Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-614/2022 16.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimləri- Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kürdəmir şəhəri, Koroğlu küçəsi ev 55/6 qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə 0,420 qram narkotik vasitə heroini, 01 ədəd bükümdə 0,412 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımaqla 22 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində tanışı Şahid1 pulsuz, pay qismində, əvəzsiz olaraq vermişdir. Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-2,558 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda - 0,800 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və 0,282 qram narkotik vasitə metadonu əldə edib üzərində saxlayaraq daşımışdır. 29 mart 2022-ci il tarixdə saat 13 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir şəhəri Babək prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli gödəkçənin sağ ön cibində olan 09 ədəd polietilen bükümlərində, ayrı-ayrılıqda 0.318 qram, 0.088 qram, 0.302 qram, 0.221 qram, 0.301 qram, 0.300 qram, 0.408 qram, 0.295 qram, 0.325 qram - ümumi təmiz çəkisi 2.558 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə 0.800 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 0,280 qram tərkibində metadon olan 07 ədəd üzərilərində “Methadone 40” göstəriciləri dərman konvolyutu kəsiklərində 07 ədəd açıqqəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, bir ilə yaxındır ki, müxtəlif narkotik vasitələrdən və psixotrop tərkibli həblərdən istifadə edir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Türkiyə Respublikasının vətəndaş Şahid1ı avtomobil təmiri ustası olmaqla onun avtomobilini bir neçə dəfə təmir etmişdir. Bu səbəbdən də onunla aralarında münasibət yaranmışdır. Onunla birlikdə pul qoyub öz istifadələri üçün birlikdə 1 qram heroin və yarım qram metamfetamin almışlar. Həmin maddələrin yarısını o, yarısını isə Şahid1 götürmüşdür. Şahid1 verdiyi heroini və metamfetamini sonuncunun Şahid4 verməsini, Şahid4 isə həmin maddələri öz tanışı Canbulad Hüseynovaya göndərməsini bilməmişdir. Ümumiyyətlə Nurtacı və Canbulad adlı şəxsi tanımamışdır. 29 mart 2022-ci il tarixdə Kürdəmir şəhərində polis işçiləri tərəfindən saxlanılarkən həqiqətən də üzərində 2,558 qram heroin, 0,800 qram tiryək, yeddi ədəd dərman həbləri olmuşdur. Həmin maddələri öz istifadəsi üçün əldə etmiş və satış məqsədi olmamışdır. Tiryəkin 0,282 qramını Arzu Həsənovaya pay kimi vermişdir. Qalan maddələr isə özündə olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində eyni xüsusatları təsdiq etməklə göstərmişdir ki, Şahid1la birlikdə narkotik vasitələrdən istifadə etmişlər. 22 noyabr 2021-ci il tarixdə narkotik almaq üçün instaqramda tanımadığı İran İslam Respublikasının vətəndaşı olan şəxslə əlaqə saxlamış və həmin şəxsin Vhatsapda ona bildirdiyi kart hesabına 60 manat göndərmişdir. Həmin günü saat 03-04 radələrində yaşadığı evdə olarkən Şahid1 ona zəng vuraraq ağrıdğını və narkotik vasitə lazım olduğunu bildirmişdir. İran vətəndaşı da narkotik vasitənin olduğu yerin şəklini çəkərək telefonuna göndərmişdir. Şahid1la Bakı şəhəri Nizami metrostansiyasının yaxınlığında görüş təyin edərək görüşmüş və narkotik vasitənin yerləşdiyi yerə, yəni Yasamal rayonu Naxçıvanski küçəsinə gedib, orada ağacın altına qoyulmuş bükülünü götürmüşdür. Bükülünün bir hissəsini özü üçün götürmüş, bir ədəd bükümdə heroini və bir ədəd bükümdə metamfetamini Şahid1 vermişdir. Şahid1 narkotik vasitə ilə psixotrop maddə müqabilində ona pul və ya digər heç bir əşya verməmişdir. Ona narkotik vasitəni pulsuz, əvəzsiz olaraq pay qismində vermişdir. Sonradan isə 2 gün üstündən keçəndən sonra onu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları saxlamışlar. Polis şöbəsində üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunsuz əşya aşkar edilməmişdir. Polis idarəsində olarkən Şahid1 ondan özü üçün istədiyi narkotik vasitə ilə psixotrop maddəni tanımadığı Nurtac adlı qadına aparıb verdiyini öyrənmişdir. xx.xx.2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Whastapp vasitəsi ilə İran vətəndaşı olmasını bildiyi, hazırda nömrəsini xatırlamadığı şəxslə əlaqə saxlayaraq onun göndərmiş olduğu plastik bank kartına 250 manat vurmaqla 6 qrama yaxın narkotik vasitə heroin və 10 ədəd metadon dərmanı almışdır. Qeyd olunan vasitələri onun Bakı şəhərində qoyduğu yerdən gedib götürmüşdür. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində mağazaya getmək üçün tanışı Arzu ilə birlikdə evdən çıxmışlar. Kürdəmir şəhəri, Koroğlu küçəsində olan zaman Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları onları saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib polis şöbəsinə aparmışlar. Polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, müdafiəçinin iştirakı ilə üzərində narkotik vasitə varsa, təqdim etməsini təklif etmişlər. O, əynində olan gödəkçəsinin sağ ön cibindən 01 ədəd polietilen kəsiyi, şalvarının sol ön cibindən isə 01 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində axtarış aparılmış, başqa qanunsuz əşya və predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunan 01 ədəd polietilen kəsiyə baxış zamanı içərisindən 09 ədəd polietilen bükümdə qəhvəyimtil rəngli narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd bükümdə qara rəngli narkotik vasitə tiryəkə bənzər kütlə və 07 ədəd üzərində “metadon” yazılan həblər aşkar olunmuşdur. Həmin maddələr paketə qoyulmuş, qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, özü narkotik vasitələrdən istifadə edir. Avtomobil təmiri ustası olmaqla əvvəllər Təqsirləndirilən şəxs avtomobilini təmir etmişdir. Beləliklə də də Təqsirləndirilən şəxsla aralarında münasibət yaranmışdır. Onunla birlikdə narkotik alıb istifadə etmişlər. Romanla 22 noyabr 2021-ci il tarixdə Bakı şəhərində görüşərkən Roman ona 02 ədəd bükümdə narkotik vasitə heroin və 02 ədəd bükümdə psixotrop maddə metamfetamini pay kimi vermişdir. Daha doğrusu, həmin maddələri birlikdə alıb istifadə etmişlər. Sonda isə bir hissəsini Roman, bir hissəsini isə o, götürmüşdür. O isə həmin maddələri tanışı Nurtaca vermişdir. Təqsirləndirilən şəxs Nurtacı tanımamış və onunla heç bir əlaqəsi olmamışdır. Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə günorta saatlarında Bakı İstintaq Təcridxanasında saxlanılan tanışı Canbulad adlı şəxs ona zəng vuraraq narkotik vasitəyə olan tələbatından dolayı ağrılarının olduğunu, buna görə Şahid1 adlı şəxslə danışdığını və Şahid1 onun yanına gələrək ona narkotik vasitə gətirəcəyini bildirmişdir. Bundan başqa, Canbulad həmin narkotik vasitəni gizli şəkildə Bakı İstintaq Təcridxanasına keçirmək lazım olduğunu ona bildirərək narkotik vasitəni qəndin içərisinə yerləşdirməsini tapşırmışdır. O da Şahid1 danışdıqda Şahid1 ona gecə saatlarında gələcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə gecə saatlarında Şahid1 yaşadığı evə gələrək ona 02 ədəd bükümdə narkotik vasitə heroin və 02 ədəd bükümdə psixotrop maddə metamfetamin vermişdir. Həmin bükümləri Şahid1 götürərək sovqatın içərisində gizlətdikdən sonra onu yenidən çağıracağını bildirmişdir. Şahid1 getdikdən sonra həmin bükümləri qəndin içərisinə yerləşdirmiş və xx.xx.2021-ci il tarixdə günorta saatlarında Şahid1 zəng vuraraq həmin bükümləri Bakı İstintaq Təcridxanasında Canbulada çatmalı olan sovqatı da qəndin içərisinə yerləşdirdiyini bildirmişdir.Şahid1 da yaşadığı evə gələrək həmin sovqatı ondan götürmüş və çıxıb getmişdir. xx.xx.2021-ci il tarixdə saat 18:30 radələrində yaşadığı evin yaxınlığında olan zaman polis işçiləri onu saxlamışlar. Təcridxanaya göndərdiyi narkotik vasitənin aşkar olunmasını bilmişdir. Şahid2 məhkəmədə göstərdi ki, Kürdəmir Rayon Polis Şöbəsində Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 mart 2022-ci il tarixdə Kürdəmir şəhəri Koroğlu küçəsi ev 55/6-da yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs 29 mart 2021ci il tarixdə saat 13 radələrində Kürdəmir şəhəri Babək prospektində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan polis şöbəsinə gətirmişlər. Polis şöbəsində CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet vardırsa, təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan gödəkçəsinin sağ ön cibindən 01 ədəd polietilen kəsiyi çıxarıb masanın üzərinə qoymuşdur. Onun üzərində axtarış aparılmış, başqa qanunsuz əşya və predmet aşkar olunmamışdır. Raman Sadıqovun üzərindən aşkar olunan 01 ədəd polietilen kəsiyinə baxış zamanı içərisindən 09 ədəd polietilen bükümdə qəhvəyimtil rəngli narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd bükümdə qara rəngli narkotik vasitə tiryəkə bənzər kütlə və 07 ədəd üzərində “metadon” yazılan həblər aşkar olunmuşdur. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilən polis əməkdaşı Şahid3 da anoloji ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. 29 mart 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən o, əynində olan gödəkçəsinin sağ ön cibindən 01 ədəd polietilen kəsiyini çıxarıb təqdim etmişdir. 01 ədəd polietilen kəsiyinə baxış zamanı içərisindən 09 ədəd polietilen bükümlərdə qəhvəyimtil rəngli, narkotik vasitə heroinə bənzər kütlələr, 01 ədəd bükümdə qara rəngli narkotik vasitə tiryəkə bənzər kütlə və 07 ədəd üzərində “metadon” yazılan həblər aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlələrin narkotik vasitə heroin, tiryək və metadon olduğunu, onları özünün qəbul etdiyini və həmin maddələri İran vətəndaşından Whastapp vasitəsi ilə əlaqə saxlayaraq aldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Materialların məhkəmə ekspertiasının 30 mart 2022-ci il tarixli, 6/1710 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunan 7 ədəd üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiklərində 7 ədəd olan açıqqəhvəyi rəngli, “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,280 qram təşkil edir. 9 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,318 qr., 0,088 qr., 0,302 qr., 0,221 qr., 0,301 qr., 0,300 qr., 0,408 qr., 0,295 qr., 0.325 qr.- ümumi təmiz çəkiləri 2,558 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,800 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 1 ədəd bükümdə təmiz çəkisi 0,800 qram olan narkotik vasitə tiryəklə A.Həsənovadan götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,282 qram olan narkotik vasitə tiryək xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Materialların məhkəmə ekspertiasının 23 noyabr 2021-ci il tarixli, 6/5179 nömrəli rəyində göstərilmişdir ki, X2 Bakı İstintaq Təcridxanasına gətirdiyi sovqata baxış keçirilərkən götürülmüş bir ədəd kağız paketdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,256 qram, 0,164 qram - ümumi təmiz çəkisi 0,420 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,199 qram, 0,213 qram-ümumi təmiz çəkisi 0,412 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 24 may 2022-ci il tarixli, 698 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan metadon və tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Kürdəmir Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Kürdəmr Rayon Polis Şöbəsinin 29 mart 2022-ci il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuni hesab edilmişdir. İş materitallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2011 və 2013-cü illərdə doğulmuş iki azyaşlı uşaqları vardır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşıması, eyni zamanda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryəki və metadonu əldə edib üzərində saxlayaraq daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.1 və 234.4.3cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən şal kimi nəzərə alır. Onun cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan 2,468 qram heroin, 0,700 qram tiryək, 0,232 qram tiryək, 6 ədəd metadon həbləri, 0,260 qram heroin və 0,252 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza xərci 113 manat 64 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan 2,468 qram heroin, 0,700 qram tiryək, 0,232 qram tiryək, 6 ədəd metadon həbləri, 0,260 qram heroin və 0,252 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza xərci 113 (yüz on üç) manat 64 (altmış dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-614/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-614/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver