Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-615/2023 09.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə İmişli rayonu Məzrəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, İmişli rayonu Məzrəli kəndində qeydiyyatda olan və hazırda İmişli şəhər Xiyabani küçəsi 7, ev 14-də yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən isttifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 2,252 qram çəkidə çəkidə narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, 29 mart 2023-cü il tarixdə saat 17:30 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, İmişli şəhəri, A.Şadlinski küçəsində saxlanılıb, İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən bir ədəd polietilen bükümün arasında, külli miqdarda yəni 2,252 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə edir. 29 mart 2023-cu ildə saat 17-18 radələrin polis əməkdaşları ona yaşadığı evin yaxınlığında saxlayaraq polis şöəbsinə aparmışlar. Şöbədə ona təzyiqlər edərək üzərinə narkotik vasitə qoyaraq videoçəkilişlə üzərinə baxış keçirilmişdir. O, saxlanılarkən və polis şöbəsinə gətirilərkən üzərində heç bir narkotik vasitə olmamışdır. Polis əməkdaşları ona təzyiqlər etdikləri üçün məcbur qalıb sənədlərə imza etmişdir və etirafedici ifadələr vermişdir, əslində isə üzərində narkotik vasitə olmamışdır. İstintaq zamanı verdiyi ifadələri təsdiq etmir. Məhkəmədən barəsində aşağı həddə cəza təyin edilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında təqsirləndirilən şəxsin verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, 29 mart 2023-cu ildə saat 17 radələrində İmişli şəhəri A. Şadlinski küçəsi ilə hərəkət edərkən yolun kənarından 1 ədəd sellofan büküm tapmış, sellofanı açdıqda içərisində heroin olmasını görüb, şalvarının sağ ön cibinə qoymuş, həmin ərazidə olan «Nur» marketinin yanına getmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları yaxınlaşaraq onu polis şöbəsinə aparmışlar və üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunsuz əşya və narkotik maddə saxlayıb-saxlamadığını soruşmuş və o, əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən bir ədəd sellofan bükümdə olan heroin çıxarıb təqdim etmişdir. Həmin heroin bir ədəd zərfə qoyulmaqla qablaşdırılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “saxlanılan zaman üzərində narkotik vasitə olmammış, polis əməkdaşları ona təzyiq etmişlər və o, məcbur olaraq narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş İmişli rayon Polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə İmişli şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsin üzərində narkotik vasitə olan heroin gəzdirməsi barəsində əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun üzvləri ilə birlikdə həmin gün saat 17:30-də Təqsirləndirilən şəxs ola biləcəyi ünvana, İmişli şəhəri A. Şadlinski küçəsinə getmişlər. Saat 17:30 radələrində Təqsirləndirilən şəxs İmişli şəhər A. Şadlinski küçəsində onlar tərəfindən müşahidəyə görülmüş, sonuncuya yaxınlaşıb onu üzərində narkotik vasitə gəzdirməkdə şübhəli şəxs olması izah edilmiş və şəxsi axtarış aparılması üçün polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində narkotik vasitə və ya qanunla saxlanılması, gəzdirməsi və ya daşınması qadağan ola biləçək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da şalvarının sağ cibindən bir ədəd sellofana bükülmüş vəziyyətdə bir bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükülüyə baxış keçirildikdə içərisində heroinə bənzər maddə olması müəyyən edilmişdir. Həmin maddə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılarkən, üzərinə baxış keçirilərkən ona qarşı heç bir təzyiq, təsir və döymə olmamış, heç bir polis əməkdaşı tərəfindən onun üzərinə narkotik vasitə qoyulmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunda ifadələr verərək Şahid1 ifadəsindən göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə kimyəvi ekspertizasının 30 mart 2023-cü il tarixli 18/370 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs üstündən..." sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd poletilen kəsiyi bükümündə təmiz çəkisi 2,252 qram olan maddə kustar üsülla hazırlanmış narkotik vasitə heroindir. (Qeyd - heroinin umumi təmiz çəkisi - 2,252 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq - 2,202 qram) Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil edır. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli 4017 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 29 mart 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və məhkəmə zamanı tədqiq edilmiş həmin şəxsi axtarışın videogörüntülərindən məlum olur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz saxlanan narkotik vasitə və cinayət xarakterli predmetləri könüllü təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin olmasını bildirmiş və əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən bir ədəd sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. İş materiallarında olan 29 mart 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan İmişli rayon məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs İmişli rayon məhkəməsinin 06 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndi tətbiq edilmiş, Amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv ediləndən sonra həyata keçirilməsi qərara alınmışdır. Salyan rayon məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məcburi müalicəsi ləğv edilmiş və həmin tarixdə cəzadan azad olunmuş. Həmin amnistiya aktının 7-ci bəndinə əsasən əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürüldüyündən, məhkumluğu ödənilmiş hesab edilmişdir. İş materiallarında olan 07 iyul 2023-cü-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 2,202 qram narkotik vasitə heroin maddi sübut kimitanınmış İmişli RPŞ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. İş materiallrında olan 07 iyul 2023-cü il tarixli İmişli rayon X3 hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan İmişli şəhər X5 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 iyul 2023-cü il tarixli arayışdan, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli rayonu, Mərzəli kəndində qeydiyyatda olmaqla başqa ərazidə yaşayır. İmişli rayonu Mərzəli kəndində yaşadığı müddətdə qohum-qonşu, bütün ailə üzvləri ilə qeyri səmimi olması ilə fərqlənmiş, barəsində dəfələrlə polis orqanlarında şikayətlərə baxılmış, əvvələr məhkum olunmuşdur. Yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə düzgün ittiham verilmişdir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi heroin narkotik vasitə “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- İmişli rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,202 qram heroin narkotik vasitəsi məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 29 mart 2023-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 mart 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - İmişli rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,202 qram heroin narkotik vasitəsi məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-615/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-615/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver