Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-617/2023 17.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri:-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X12 qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs37, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 11, mənzil 48-də yaşamış, 22 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2022-ci il tarixli, 4(005)-453/2022 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə hazırlıq iclasında baxaraq, M ü ə y y ə n e t d i: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət- Prosessual Məcəlləsi) 299.3.2-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulubpozulmaması barədə məsələyə də baxılır. Məhkəmə hazırlıq iclasında Müdafiəçi vəsatət verərək, ibtidai istintaq orqanı tərəfindən cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulmasını, istintaq sənədlərinin saxtalaşdırılmasını və ittiham aktının düzgün tərtib olunmamasını əsas gətirərək, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, ibtidai istintaqın aparılması zamanı kobud pozuntulara yol vermiş müstəntiq və prosessual rəhbərliyi həyata keçirən prokuror barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsi və məhkəmədə baxılmasını mümkünsüz edən, məhkəməyədək icraatın aparılması zamanı barəsində icraat aparılan şəxsin müdafiə hüququnun pozulması, habelə Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan bir sıra normaların kobud pozulması halları müəyyən edilmişdir. Müdafiəçi vəsatətində göstərmişdir; - hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işi üzrə ibtidai istintaqın aparılması zamanı kobud pozuntulara, saxtakarlığa yol verilmiş, Cinayət-Prosessual Məcəlləsinin 284-286, 288, 296.3.1-ci maddələrinin tələbləri kobud şəkildə pozulmaqla istintaq və digər prosessual hərəkətlər aparılmışdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və cinayət işinin materialları ilə tanış olunmaqla bu barədə protokol tərtib edildikdən sonra müstəntiq guya zərərçəkmişlərin vəsatətini təmin etməklə istintaqı təzələyib təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 178.2.2 və 1782.4-cü maddələrindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif etmiş və bu barədə nə müdafiəçi olaraq ona nədəki, təqsirləndirilən şəxsə heç bir məlumat verməmişdir. -ibtidai istintaqı aparan X7 uzun müddətdir Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə istintaq olunan və həmin maddələr ilə ittiham verilən təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmaqla ona və vəkilinə heç bir məlumat vermədən ibtidai istintaqı təzələyərək 16 iyun 2023-cü il tarixdə təsirləndirilən şəxsə yenidən ittiham verilməsi haqqında qərar çıxarmış, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarı ilə qərəzli olaraq ona hər hansı bir məlumat verilmədən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət prosesindən kənarlaşdırıldıqdan sonra təqsirləndirilən şəxsi dövlət hesabına vəkil ilə təmin edərək guya həmin müdafiəçi ilə sonuncu ittiham ona elan edilmiş və təqsirləndirilən şəxs ittihama etiraz edərək ifadə verməkdən, ittihama münasibət bildirməkdən guya imtina etmişdir. Təqsirləndirilən şəxs ilə əlaqə saxlanıldığı zaman bildirmişdir ki, 3-6 iyul 2023-cü il tarixlərində 3 X2 Yasamal RPİ-nin MSY-nə köçürülmə zamanı 3 gün ərzində onun yanına nə müstəntiq nədəki müdafiəçi gəlməmişdir. Halbuki, iş materialları ilə tanış olma zamanı görünür ki, müstəntiq guya təqsirləndirilən şəxsi və müdafiəçini 05 iyul 2023-cü il tarixdə cinayət işinin materialları ilə tanış etmişdir. Protokoldan göründüyü kimi protokolun sonu, təqsirləndirilən şəxs bildirdi: müdafiəçi bildirdi başlıqlarından sonrakı əl yazıları müstəntiq tərəfindən doldurulmuş və təqsirləndirilən şəxsin imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Müstəntiq tanış etmə ilə bağlı Təqsirləndirilən şəxs yanına getməmiş, təqsirləndirilən şəxs etiraz edir, ifadə verməkdən imtina edir, protokolu imzalamaqdan imtina edir görünütüsü yaratmaqla öz işini asanlaşdırmaq və qısa müddətdə işin məhkəməyə göndərilməsini təmin etməyə çalışmışdır. -cinayət işinin 11 cildinin 17-18-ci səhifələrində olan “təqsirləndirilən şəxsi və müdafiəçisinin cinayət işinin materialları ilə tanış etmə barədə” 05 iyul 2023-cü il tarixli protokoldan görünür ki, tanış olmanın 17:00-da başlaması və 19:30-da bitməsi qeyd edilmişdir ki, bu da 2 saat 30 dəqiqə edir. İstintaqın sonunda cinayət işinə buraxılmış bir müdafiəçi üçün 11 cild cinayət işi və maddi sübutlarla tanış olmaq üçün həddindən çox az bir müddətdir ki, burada belə müdafiənin formal aparılması, müstəntiqin maraqlarının gözlənildiyi açıq aydın görünür. -cinayət işinin 11-ci cildində səhifə 19-a baxıldığı zaman ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarı ilə onun cinayət prosesindən kənarlaşdırılmasından sonra dövlət hesabına təyin etdiyi vəkil tərəfindən imzalanmış vəsatətin də istintaqın maraqlarına xidmət etməsi açıq aydındır. Vəsatətdən göründüyü kimi vəsatət 05 iyul 2023-cü il tarixdə kompüter formatında hazırlanmaqla çap edilmiş və Yasamal RPİ-si tərəfindən 05 iyul 2023-cü il tarixli daxil olma ştampı vurulmuşdur. Bir az əvvəl qeyd etdiyi cinayət işinin materialları ilə tanış olma protokolundan görünür ki, tanış olma 19:30 radələrində bitmişdir və protokolda müdafiəçinin vəsatətlər verəcəyi qeyd edilmişdir. Müdafiəçinin tanış olmadan dərhal sonra 19:30 radələrində MSY-də dərhal kompüter vasitəsi ilə vəsatət yazması və onu dərhal dəftərxanaya təqdim etməsi mümkün deyildir. İstənilən hüquq mühafizə orqanının dəftərxanası saat 18:00-a qədər işləyir. Müdafiəçinin 48 saat müddəti olmasına rəğmən gecə vaxtı kompüter variantında vəsatət yazıb təqdim etməsi inandırıcı deyil və müstəntiq tərəfindən sırf müddət azlığından edilmiş bir oyundur. Həmçinin vəsatətin məzmununa diqqət edilərsə vəsatətin müstəntiq tərəfindən yazılması açıq aydın görünür. İstintaq zamanı müəyyən edilmişdir ki, başlıqlı abzast sözü gedən istintaq materialının istənilən tövsif qərarında, cinayət işinin başlanma qərarında vardır. Heç bir vəkil bu şəkildə başlıqla vəsatət yazmaz. -müstəntiq tərəfindən istintaq materialları saxtalaşdırılmış və onun istintaqda olmadığı gündə və saatda proktokol tərtib edilmiş, bəzi protokollarda isə onun imzası saxtalaşdırılmışdır. Belə ki, cinayət işinin 9-cu cildinin 217-218-ci səhifələrində “təqsirləndirilən şəxsin dindirilməsi” başlıqlı 07 iyun 2023-cü il tarixli protokol saxtalaşdırılmış, həmin protokolun digər səhifələri dəyişdirilərək fərqli 2-ci səhifə əlavə edilməklə guya təqsirləndirilən şəxs 218-ci səhifədə yer alan ifadəni vermiş və onlar da həmin ifadəni imzalamışlar. Həmin imzalar ona məxsus deyildir və təqsirləndirilən şəxsin digər imzaları ilə tutuşdurduqda Təqsirləndirilən şəxs imzasının da fərqli olması diqqəti çəkir. Bu protokol istintaq üçün çox əhəmiyyətlidir. Belə ki, onlar dəfələrlə ibtidai istintaq zamanı Şahid2 və Zərərçəkmiş şəxs30 ilə bağlı ifadə vermək istəsələr də bu və digər bir sıra şəxslərlə üzləşmə tələb etsələr də onların həmin vəsatətləri və ifadələri istintaq materiallarında yer almır və əvəzində guya təqsirləndirilən şəxsin həmin şəxslərin xeyrinə ifadə verdiyi qeyd edilir ki, nəticədə də müstəntiq sübutların qiymətləndirilməsi qərarında buna qiymət verərək həmin şəxslərə münasibətdə cinayət işinin başlanmasını rədd etmişdir. -cinayət işinin 9-cu cildinin 219-cu səhfəsində ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi barədə 09 iyun 2023-cü il tarixli protokol saxtalaşdırılmışdır. 09 iyun 2023-cü il tarixdə Yasamal RPİ-də ümumiyyətlə olmamışdır. 08 iyun 2023-cü il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsində sonra isə Gəncə İnzibati Məhkəməsində məhkəmə prosesləri ilə bağlı səhər tezdən Gəncəyə yola düşmüş və məhkəmədən sonra da valideynlərinin yaşadığı Şəmkir şəhərinə gedərək gecəni orada qaldıqdan sonra səhərisi günü günorta Bakıya yola düşmüş və təxminən saat 17-18 radələrində Bakı şəhərinə çatmış, həmin gün iş gününün sonu olduğundan birbaşa evə getmiş, işlə bağlı heç bir yerə getməmişdir. Protokoldan isə görünən odur ki, guya saat 10:10-10:35-də onlara ibtidai istintaqın qurtarması barədə məlumat verilmiş, lakin təqsirləndirilən şəxs və müdafiəçi imzalamaqdan imtina etmişdir, bu protokoldan onların məlumatı olmamış, müstəntiq tərəfindən iş otağında onların iştirakları olmadan tərtib edilmişdir. Bununla da saxtakarlıqla yanaşı Cinayət-Prosessual Məcəlləsinin 284-cü maddəsinin tələblərini pozmuşdur. - ibtidai istintaq saxtakarlıqla, ifadələri dəyişdirməklə, imzaları saxtalaşdırmaqla aparılmış, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuş, uzun müddətdir hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsin əməli istintaq müddətinin bitməsinə 10-15 gün qalmış Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə tövsif edilməklə həmin yeni ittiham ilə bağlı təqsirləndirilən şəxsin ifadəsi alınmamış, müstəntiqin qəbul etdiyi maddi sübut səs yazıları təqsirləndirilən şəxsə təqdim edilməmiş, həmin sübuta münasibəti aydınlaşdırılmamış, Zərərçəkmiş şəxs30 ilə üzləşdirilməmiş, dərhal vəsatət təmin edilərək istintaq yenilənmiş, rahat, istədikləri şəkildə hərəkət etmələri üçün təqsirləndirilən şəxsin müdafiəçisi qərəzli olaraq cinayət prosesindən kənarlaşdırlmış və sadaladığı istintaq hərəkətlərinin aparılması vaxt tələb etdiyindən və təqsirləndirilən şəxsin istintaq müddəti 12 iyul 2023-cü il tarixdə başa çatacağından və həbsdə saxlanma müddəti də az ağır cinayət üzrə tam başa çatdığından hər hansı istintaq və prosessual hərəkət etmək üçün zamanı olmadığından zərərçəkmiş şəxsləri razı salmaq məqsədi ilə ağır ittiham verdikdən sonra dərhal formal vəkillik ilə prosessual hərəkətləri etmiş kimi göstərərək istintaqı tamamlayıb işi məhkəməyə göndərməyə nail olmuşdur. -cinayət prosesindən kənarlaşdırılmağı ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarından Yasamal Rayon Məhkəməsinə vermiş olduğu şikayət ilə bağlı məhkəmə prosesi davam edir və həmin qərarda da hazırkı cinayət işində olduğu kimi bir çox saxtakarlıqlar müəyyən edilmişdir. Sözü gedən məhkəmə prosesində bununla bağlı araşdırmalar davam edir. Vermiş olduğu vəsatətlər, ifadələr iş materiallarında yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 180-ci maddəsinə əsasən vəsatətin kimin tərəfindən verilməsindən və kimin mənafeyinə toxunmasından asılı olmayaraq, vəsatət təmin edildikdən sonra müstəntiq təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, habelə zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə cinayət işinin materiallarının vəsatətə dair hissəsi ilə tanış olmaq üçün imkan yaratmalıdır. -ibtidai istintaq aparan orqan tərəfindən Cinayət-Prosessual Məcəlləsinin digər maddələrinin tələblərinin pozulması ilə yanaşı, həmin məcəllənin 235.1-ci maddəsinin də tələbləri pozulmuşdur. İbtidai istintaq zamanı üzləşdirmə barədə dəfələrlə vəsatətlər verməsinə baxmayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs30 və Şahid2 ilə üzləşdirməmişlər. Hansı ki, həbsdə saxlama müddətinin uzadılması ilə bağlı təqdimatda üzləşdirmə və digər istintaq hərəkətlərinin aparılmasının zəruriliyinə isitnad edilmişdir. Belə olan halda bu cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılması ilə nəticələnməyərək, təqsirləndirilən şəxs əsassız olaraq daha ağır cinayətlərin törədilməsində ittiham olunmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 235.1-ci maddəsinə əsasən ifadələrində əhəmiyyətli ziddiyyətlər olduqda, müstəntiq əvvəl dindirilmiş iki şəxs arasında üzləşdirmə aparmaq hüququna malikdir. Cinayət-Prosessual Məcəlləsinin 292.1ci maddəsinə əsasən ittiham aktını təsdiq etdikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təxirə salmadan ittiham aktının surətini cinayət prosesi iştirakçılarına çatacaq sayda əlavə etməklə cinayət işini aidiyyəti üzrə məhkəməyə göndərir. Həmin məcəllənin 292.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror eyni zamanda təqsirləndirilən şəxsə və onun müdafiəçisinə imza etdirməklə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş surətlərinin verilməsini təmin etməlidir. İttiham aktına və onun əlavələrinə dəyişikliklər edildiyi halda ittiham aktı yalnız sonuncu redaksiyada verilir. Cinayət-Prosessual Məcəlləsinin həmin maddəsinin də tələbləri pozulmuş və ittiham aktı prokuror tərəfindən müdafiə etdiyi təqsirləndirilən şəxsə göndərilməmişdir. Məhkəmə hazırlıq iclasında həmçinin Dövlət ittihamçısı vəsatət verərək ibtidai istintaq orqanı tərəfindən kobud prosessual pozuntulara yol verildiyini, Müdafiəçi tərəfindən verilmiş vəsatətdə göstərilən halların həqiqət olduğunu bildirmişdir. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət işi üzrə ittiham aktının Cinayət-Prosessual Məcəlləsinin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmaması, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması əsasları olduğundan həmin pozuntuların məhkəməyədək icraat zamanı aradan qaldırılmadan icraatın materiallarına baxılıb qanuni həll edilməsi mümkün olmağı üçün məhkəmənin hazırlıq iclası mərhələsində işin baxılmasına xitam verməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işini prosessual pozuntuların aradan qaldırılmasını təmin etmək məqsədi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroruna qaytarmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 1 (bir) ayadək uzadılmasını, Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 303.3-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: Müdafiəçi və dövlət ittihamçı Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətlərdə göstərilən faktların hər biri məhkəmə tərkibi tərəfindən hərtərəfli, tam və obyektiv yoxlanılmış və müəyyən edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində göstərilən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), 303.3.6-cı maddəsində göstərilən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması, 303.3.8-ci maddəsində göstərilən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması hallarına yol verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və cinayət işinin materialları ilə tanış olunmaqla bu barədə proktokol tərtib edildikdən müstəntiq “vəsatətə baxılması haqqında” 13 iyun 2023-cü il tarixli qərarla zərərçəkmişlərin vəsatətini təmin etməklə istintaqı təzələmiş, “toplanmış sübutların qiymətləndirilməsi və əmlin tövsif edilməsi haqqında” 16 iyun 2023-cü il tarixli qərarla təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 178.2.2 və 1782.4-cü maddəsindən həmin məcəllənin 178.3.2-ci maddəsinə tövsif etmiş və bu barədə nə təqsirləndirilən şəxsə, nə də Müdafiəçi məlumat verməmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), etirazlar etmək və vəsatətlər vermək (91.5.13), təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarlarından, yaxud hərəkətlərindən şikayət etmək (91.5.30), cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara öz etirazını bildirmək (91.5.35) hüquqlarını pozmuşdur. Həmin qərarın surəti 16 iyun 2023-cü il tarixli məktubla ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanova göndərilsə də sonuncu tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının bərpası istiqamətində hər hansı tədbir görülməsinə təşəbbüs belə göstərilməmişdir. X7 tərəfindən cinayət işi üzrə istintaq uzun müddət Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunmasına baxmayaraq “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 16 iyun 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə (qərarda maddələrlə göstərilmişdir) yenidən ittiham elan olunması qərara alınmışdır. Cinayət-Prosessual Məcəlləsinin 223.3.1-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və onun şəxsiyyəti barədə hüquqi əhəmiyyət kəsb edən digər məlumatlar göstərilir. Cinayət işinin 10-cu cildinin 90- 106-cı səhifələrindən olan sözügedən qərardan görünür ki, Təqsirləndirilən şəxs təhsili və işlədiyi yer haqqında məlumatlar qeyd edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. Qərardan görünür ki, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs29 etibarından sui-istifadə edib özünü kompüter proqramlaşması üzrə xüsusi biliklərə malik olan şəxs kimi təqdim edərək Mənzil İstismar Dövlət Agentliyi tərəfindən Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində inşa edilmiş yaşayış binalarında yerləşən mənzillərin güzəştli ipoteka şərtləri ilə satışa çıxarılacağı zaman xüsusi kompüter proqramlarından istifadə etməklə həmin satış prosesinə müdaxilə edərək sonuncu üçün mənzil əldə edilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib inandırmaqla, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək iqtidarında və niyyətində olmadan aldadaraq, ilk dəfə 08 dekabr 2021-ci il tarixdə ünvan 3 ünvanda nağd şəkildə 7.600 (yeddi min altı yüz) manat almışdır. Cinayət işinin 1-ci cildinin 11 səhfəsində olan Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, 09 dekabr 2021-ci il tarixdə saat 16:27-də Zərərçəkmiş şəxs29 7600 (yeddi min altı yüz) manat məbləğində pulu Təqsirləndirilən şəxs borc vermiş, borc alan krediti 31 may 2022-ci il tarixdə qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs29 cinayət işinin 1-ci cildinin 8-9-cu səhifələrində olan 12 aprel 2022-ci il tarixli izahatında da Təqsirləndirilən şəxs 7600 (yeddi min altı yüz) manat məbləğində pulu 09 dekabr 2021-ci il tarixdə verdiyini bildirmişdir. Bundan əlavə qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs21 etibarından sui-istifadə edib özünü kompüter proqramlaşması üzrə xüsusi biliklərə malik olan şəxs kimi təqdim edərək Mənzil İstismar Dövlət Agentliyi tərəfindən Bakı şəhəri Yasamal rayonu X17 inşa edilmiş yaşayış binalarında yerləşən mənzillərin güzəştli ipoteka şərtləri ilə satışa çıxarılacağı zaman xüsusi kompüter proqramlarından istifadə etməklə həmin satış prosesinə müdaxilə edərək sonuncu üçün mənzil əldə edilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib inandırmaqla, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək iqtidarında və niyyətində olmadan aldadaraq, 26 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs21 yaşadığı ünvan 4 ünvanda mobil telefonunda olan mobil proqram vasitəsilə bank kartının hesabından Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə aid **********083575 nömrəli bank kartının hesabına köçürdüyü 4.000 (dörd min) manat məbləğdə pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs21 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Zərərçəkmiş şəxs21 cinayət işinin 1-ci cildinin 48-ci səhifələrində olan 17 aprel 2022-ci il tarixli izahatında da Təqsirləndirilən şəxs ilə 26 dekabr 2021-ci il tarixdə danışdıqdan sonra sonuncu ona MİDA-nın satışa çıxarılmış sosial velərində olan mənzillərindən birini udub ona verəcəyini bildirmiş, razılaşdıqdan sonra Mahirin hesabına ilk olaraq 3000 (üç min) manat, sonra isə işin görülməsi üçün Mahir ondan 1000 (min manat) da istədiyindən həmin pulu da Mahirin hesabına atdığını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 49-50-ci səhifələrində olan qəbzlərdən görünür 26 dekabr 2021-ci il tarixdə birinci dəfə 1000 (bir min) manat, ikinci dəfə isə 3000 (üç min) manat pul köçürülmüşdür. Bundan əlavə qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs22 etibarından sui-istifadə edib özünü kompüter proqramlaşması üzrə xüsusi biliklərə malik olan şəxs kimi təqdim edərək Mənzil İstismar Dövlət Agentliyi tərəfindən Bakı şəhəri Yasamal rayonu X17 inşa edilmiş yaşayış binalarında yerləşən mənzillərin güzəştli ipoteka şərtləri ilə satışa çıxarılacağı zaman xüsusi kompüter proqramlarından istifadə etməklə həmin satış prosesinə müdaxilə edərək sonuncu üçün mənzil əldə edilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib inandırmaqla, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək iqtidarında və niyyətində olmadan aldadaraq, 24 sentyabr 2021-ci il tarixdə ünvan 5 ünvanda yerləşən metronun “Memar Əcəmi” stansiyasının girişi qarşısında nağd şəkildə 6.000 (altı min) məbləğdə pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs22 xeyli miqdarda 6.000 (altı min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işinin 1-ci cildinin 176-cı səhifəsində olan Zərərçəkmiş şəxs22 tərəfindən Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-nə ünvanlanmış 28 aprel 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs22 Təqsirləndirilən şəxs ondan MİDA-nın inşa etdiyi sosial layihə üzrə evlərdən mənzil alınması üçün 5000 (beş min) manat pul aldığını bildirmiş, cinayət işinin 4-cü cildinin 115-116 səhifələrində olan Zərərçəkmiş şəxs22 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs22 Təqsirləndirilən şəxs 6000 (altı min) manat pul aldığını, sonradan həmin pulun 1000 manatını qaytardığını bildirmişdir. Cinayət işinin 11-ci cildinin 79-162-ci səhifələrində olan ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən halların (Cinayət-Prosessual Məcəlləsinin 289.3.6-ci maddəsi) sırasında Zərərçəkmiş şəxs22 vrulmuş ziyanın 1000 (bir min) manatının təqsirləndirilən şəxs tərəfindən ödənilməsi göstərilməmiş, ittiham aktına əlavə olunmuş arayışda yazılmamışdır. Həmçinin həmin qərarda Zərərçəkmiş şəxs26 adı “Xalid” əvəzinə “Xaliq” kimi yazılmışdır. Müstəntiq tərəfindən “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 16 iyun 2023-cü il tarixli qərarda yol verilmiş nöqsanlar onun tərəfindən tərtib edilmiş 08 iyul 2023-cü il tarixli ittiham aktında da yol verilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 289.3.4-ci maddəsinin tələbinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsi səciyyələndirən hallar göstərilir. Həmin məcəllənin 289.3.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar göstərilir. Cinayət-Prosessual Məcəlləsinin 223.6-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın surəti onun qəbul edildiyi andan 24 saat müddətində müstəntiq tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir. İş materiallarından görünür ki, həmin qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməmiş, təqsirləndirilən şəxsin vəziyyətinin ağırlaşmasına baxmayaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 84.5.2-ci maddəsində nəzərdə tutulmuş təhqiqatçıdan və ya müstəntiqdən cinayət işinin materiallarını, sənədlərini, ibtidai araşdırmanın gedişi haqqında məlumatları tələb etmək, habelə cinayət işlərinin materiallarını və sənədlərini yoxlamaq, ibtidai araşdırmanın gedişi vəziyyəti ilə yerində tanış olmaq, həmin Məcəllənin 84.5.8-ci maddəsində nəzərdə tutulmuş təhqiqatçının və ya müstəntiqin qanunsuz və əsassız qərarlarını ləğv etmək hüquqlarından istifadə etməmişdir. Müstəntiq tərəfindən “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərar 16 iyun 2023-cü il tarixdə qəbul olunmasına baxmayaraq həmin tarixdə təqsirləndirilən şəxsə elan olunmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüquqları pozulmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 224.1-ci maddəsinə əsasən müstəntiq tərəfindən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın çıxarıldığı andan 48 saatdan gec olmayaraq və hər bir halda təqsirləndirilən şəxsin gəldiyi, yaxud tutulduğu və məcburi gətirildiyi gündən gec olmayaraq ona ittiham elan edilməlidir. Təqsirləndirilən şəxs ittiham 25 iyun 2023-cü il tarixdə, saat 15:00-da elan olunmuşdur. Həmin Məcəllənin 225.1-ci maddəsinin tələblərinə əsasən ibtidai istintaq zamanı elan edilmiş ittihamı dəyişdirmək və ya ona əlavələr etmək zərurəti yarandıqda, müstəntiq bu Məcəllənin 223 və 224-cü maddələrində müəyyən edilmiş tələblərə riayət etməklə yenidən ittiham elan etməlidir. X7 tərəfindən qəbul olunmuş “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 16 iyun 2023-cü il tarixli qərarda ibtidai istintaq zamanı özü tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihamı dəyişdirmək və ya ona əlavələr etmək zərurəti yarandığını qeyd etməmişdir. Cinayət işinin 10-cu cildinin 107-ci səhfəsində olan 17 iyun 2023-cü il tarixli, 3-13- 53/2-220116115 nömrəli məktubdan görünür ki, X7 tərəfindən Müdafiəçi ünvanlanaraq Təqsirləndirilən şəxsla zəruri istintaq hərəkətlərinin keçirilməsi məqsədi ilə 19 iyun 2023-cü il tarixdə, saat 11:00-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına gəlməli olduğu bildirilmişdir. Göründüyü kimi, X7 tərəfindən qəbul olunmuş qərarı 3 gündən gec müddətdə təqsirləndirilən şəxsə elan etməyə cəhd etməsi, məktubda məhz təqsirləndirilən şəxsə yeni ittiham elan edilməsinin qeyd edilməməsi müdafiə hüququnun kobud şəkildə pozulmasıdır. X4 sonrakı hərəkətləri təqsirləndirilən şəxsin müqavilə üzrə vəkili Müdafiəçi cinayət prosesindən kənarlaşdırılmasına xidmət etmişdir. Belə ki, 3 saylı İstintaq Təcridxanasının rəisi, ədliyyə polkovniki Cəlil Əliyev tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış- 01 avqust 2023-cü il tarixli, 3-16-xx/xx/23669/2023 nömərli məktubdan görünür ki, Elsevər Xanaliyev 19 iyun 2023-cü il tarixdə həbs edilmiş şəxs Təqsirləndirilən şəxs ilə 3 saylı İstintaq Təcridxanasının istintaq otağında görüşmüşdür. Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Hənifə Bayramzadə 19 iyun 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmamışdır. Cinayət işinin 10-cu cildinin 110, 111, 113 və 114-cü səhiflərinə qoyulmuş, 19, 20, 21 və 22 iyun 2023-cü il tarixli, hər birinin nömrəsi eyni 3-13-53/2- 220116115 nömrə olan məktublardan görünür ki, həmin məktublar Müdafiəçi ünvanlanmaqla sonuncunun bir gün sonra 3 saylı İstintaq Təcridxanasına gəlməli olduğu bildirilmişdir. Müdafiəçi məhkəmənin hazırlıq iclasında həmin məktubların formal şəkildə yazılaraq iş materiallarına qoyulduğunu, məktubların ona gönədirilmədiyini, həmin məktublardan xəbəri olmadığını bildirmişdir. Məhkəmə tərəfindən 04 avqust 2023-cü il tarixli, 1(099)-617/23 nömrəli məktubla Bakı şəhəri Yasamal RPİ-nə müraciət edilərək sözü gedən məktubların Müdafiəçi tərəfindən alınıb-alınmaması barədə qəbzlərin surətlərinin və eyni zamanda məktubların gönədirlməsi barədə müvafiq reyestrdən çıxarışların məhkəməyə gönədirilməsinə müvafiq göstəriş verilməsi xahiş edilsə də məhkəməyə heç bir cavab daxil olmamışdır. Cinayət işinin 10-cu cildinin 112-ci səhifəsində olan Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin İŞ-nin rəisi, polis moyoru Elvin Nəsibov tərəfindən imzalanmış 20 iyun 2023-cü il tarixli, 3-13-53/2-220116115 nömrəli məktubdan görünür ki, 21 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə zəruri istintaq hərəkətlərinin keçirilməsi üçün Müdafiəçi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İT-na gəlməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədrindən xahiş edilmişdir. Məktublardan görünür ki, Müdafiəçi özünə ünvanlanmış 5 ədəd məktublar və Vəkillər Kollegiyasına ünvanlanmış məktub eyni nömrəli olmuşdur. Bu da onu deməyə əsas verir ki, həmin məktublar müvafiq qaydada qeydə alınmamış, formal şəkildə tərtib olunaraq iş materiallarına qoyulmuşdur. Məhkəmə tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikasının Vəkillər X5 tərəfindən təqdim edilmiş 15 avqust 2023-cü il tarixli, 1413 nömrəli cavab məktubundan görünür ki, müraciətinizdə qeyd edilən 20 iyun 2023-cü il tarixli, 3-13-53/2-220116115 nömrəli məktub Vəkillər Kollegiyasına həmin tarixdə axşam 17:00-dan sonra daxil olmuşdur. Bildiririk ki, məktubun xahiş hissəsində 21 iyun 2023-cü il tarixidə kimin saat neçədə ƏN-in Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasına gəlməsinin təmin olunması göstərilmədiyindən, həmin məktubun icrası mümkün olmamışdır. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun müdiri Azər Quliyev tərəfindən Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 27 iyul 2023-cü il tarixli, 569 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin müstəntiqi Hənifə Bayramzadə tərəfindən 17 iyun 2023, 19 iyun 2023, 20-22 iyun 2023-cü il tarixlərdə büronun vəkili Müdafiəçi istintaq orqanına dəvət edilməsi barədə hər-hansı bir məktub daxil olmamışdır. Azərbaycan Respublikası Vəkillər X1 Bakı şəhəri Yasalam Rayon Məhkəməsinə ünvanlanmış 02 avqust 2023-cü il tarixli, 1362 nömrəli məktubdan görünür ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Hənifə Bayramzadə tərəfindən yazılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixli məktubların çatdırılıb-çatdırılmaması barədə müraciətə Vəkillər Kollegiyasının Rəyasət Heyətində baxılmışdır. Müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə imzalanmış sözügedən məktubun ikinci abzasında “xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə zəruri istintaq hərəkətlərinin keçirilməsi üçün Təqsirləndirilən şəxs (vəkilin ad soyadı yazılmalı idi) həbsdə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına gəlməsinin təmin olunması” xahiş olunmuşdur. Qeyd edilən məktub Rəyasət Heyətinə xx.xx.2023-cü il tarixdə saat 17:20 radələrində daxil olmuş, sənəd daxili kargüzarlığa uyğun olaraq qeydiyyata alınmışdır. Lakin iş gününün bitməsi, məktubda vəkilin hansı saatda təcridxanada olmasının qeyd olunmaması, prosessual və digər qanunvericilikdə Rəyasət Heyətinin vəkillərin işlərdə iştirakı ilə bağlı məlumatlandırma vəzifəsinin yazılmaması, həmçinin məktubun xahiş hissəsinin anlaşılan yazılmaması səbəbindən sənədin icra edilməsi mümkün olmamışdır. Eyni zamanda bildiririk ki, ötən müddətdə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsindən məsələ ilə bağlı Rəyasət Heyətinə yalnız 1 məktub daxil olmuşdur. Bundan başqa, Bakı şəhəri 11 saylı Vakil bürosu tərəfindən verilən yazılı məlumata əsasən Yasamal RPİ-nin müstəntiqi Hənifə Rayramzadə tərəfindən xx.xx-2023, xx.xx.2023, 20-xx.xx.2023-cü il tarixlərdə büronun vəkili Müdafiəçi istintaq orqanına dəvət edilməsi barədə hər hansı məktub daxil olmamışdır. Lakin "Bakı Kuryer” MMC-nin “məktubların çatdırılması barədə” qeydiyyat jurnalının çıxarışında məlum olmuşdur ki, 20 iyun 2023-cü il tarixdə, saat 18:00-da 1 ədəd məktub 11 saylı Vəkil Bürosuna təhvil verilmişdir. 11 saylı Vəkil Bürosundan daxil olmuş məktubların qeydiyyat jurnalında" Yasamal RPİ-nin məktubunun daxıl olması barədə qeydiyyat aparılmamış, məktub mövcud olmamış və vəkilə də təqdim edilməmişdir. "Bakı Kuryer” MMC-nin “məktubların çatdırılması barədə” qeydiyyat jurnalına büroda mütəxəssis (kargüzar) vəzifəsində işləyən X6 adından imza edilmişdir. Sorğu zamanı L.Nizamlı belə bir məktubun daxil olmadığını, vəkil Müdafiəçi təqdim etmədiyini və jurnaldakı imzanın isə onun imzasına oxşadıldığını, “Nizamlı L” yazısı da onun tərəfindən yazılmadığını, həmçinin büroya daxil olan bütün məktubların xüsusi jurnalda qeydiyyata alındığını bildirmişdir. O da qeyd edilmişdir ki, büroda saat 18:00-da iş vaxtı başa çatır. Qeyd edlənlərdən əlavə cinayət işinin materiallarında olan bütün məktublar (korrespondensiyalar) Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” təlimatın tələblərinin kobud surətdə pozulması ilə icra edilmiş, məktubların həqiqətən göndərilib-göndərilmədiyi, göndərilmişsə nə vaxt, hansı yolla (poçtla, kuryerlə və sair) göndərildiyi qeyd olunmamaqla, müvafiq sənədlər (poçt reyestri və ya digər bunu əvəz edən sənəd) iş materiallarına əlavə edilməmiş, göstərilənlər istintaqın ciddiliyinə və qeyri-müəyyənliyinə səbəb olmuşdur. X7 tərəfindən cinayət işi üzrə əməl 16 iyun 2023-cü il tarixli qərarla Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə tövsif olunmasına baxmayaraq cinayət işinin 10-cu cildinin 115-ci səhfəsində olan 24 iyun 2023-cü il tarixli vəsatətdə cinayət işi üzrə ibtidai istintaqın Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə aparıldığı qeyd edilmişdir. Həmin vəsatətin verilməsi barədə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi məlumat verilməmiş, vəsatətə baxılmasında onların iştirakları təmin edilməmişdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroru tərəfində vəsatətin əsaslı olub-olmaması hərtərəfli, tam və obyektiv yoxlanılmadan həmin tarixli “vəsatətə baxılması haqqında” qərarla vəsatət təmin olunmuş, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi qismində cinayət işi üzrə iştirakına xitam verilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 92.15.2-ci maddəsinin tələblərinə əsasən müdafiəçi uzun müddət ərzində (hər bir halda 5 (beş) gündən artıq olmamaq şərti ilə) cinayət prosesində nəzərdə tutulmuş zəruri istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək üçün gəlmədikdə, cinayət prosesini həyata keçirən orqan isə bu hərəkətlərin aparılmasını artıq təxirə sala bilmədikdə təhqiqatçı, müstəntiq və ya prokuror aşağıdakı hallarda müdafiəçinin digər vəkillə əvəz edilməsini müvafiq ərazi üzrə vəkillər qurumunun rəhbərindən tələb etməyə haqlıdır. Həmin Məcəllənin 92.16-ci maddəsinin tələblərinə əsasən vəkilin cinayət prosesində müdafiəçi qismində iştirakına aşağıdakı hallarda xitam verilmiş hesab edilir: müvafiq icraatda iştirak etmək üçün onun səlahiyyətləri olmadıqda (92.16.1), şübhəli və ya təqsirləndirilən şəxs ondan imtina etdikdə (onunla müqaviləni pozduqda) (92.16.2), cinayət prosesini həyata keçirən orqan müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halları aşkar edib onu kənarlaşdırdıqda (92.16.3). Həmin Məcəllənin 84.5.5-ci maddəsinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror vəkilin cinayət prosesində iştirakını istisna edən hallar müəyyən edildikdə, onu cinayət işi üzrə icraatdan kənarlaşdırmaq hüququna malikdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən qəbul olunmuş 24 iyun 2023-cü il tarixli “vəsatətə baxılması haqqında” qərarda Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan imperativ normaları yazılsa da həmin maddələrin tələblərinə əməl edilməmişdir. Müdafiəçi cinayət prosesindən kənarlaşdırılması barədə qərardan məhkəmə nəzarəti qaydasında şikayət etmək hüququ təmin edilmədən cinayət işi üzrə istintaq tamamlanaraq cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cianyət-Prosessual Məcəlləsinin 449.3.7-cü maddələrinin tələblərinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 6(004)-110/2023 nömrəli məktubundan görünür ki, Yasamal Rayon Prokurorluğunun ********* nömrəli cinayət işi üzrə müdafiəçinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı 24 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi şikayət 17 iyul 2023-cü ildə məhkəməyə daxil olmuş, iş hal-hazırda icraatdadır, iş üzrə növbəti məhkəmə iclası 22 avqust 2023-cü il tarixə, saat 15:40-a təyin olunmuşdur. Məhkəmə hazırlıq iclasında Müdafiəçi ********* nömrəli cinayət işi üzrə cinayət prosesindən kənarlaşdırılması barədə Yasamal rayon prokurorunun qərarını aldıqdan dərhal sonra şikayət etdiyini və məhkəmə tərəfindən icraata qəbul olunduğunu bildirmişdir. Məhkəmə tərkibi cinayət işinin 10-cu cildinin 133-135-ci səhifəsində olan “müdafiəçidən imtina edilməsinin qəbul edilməməsi haqqında” 25 iyun 2023-cü il tarixli qərara tənqidi yanaşaraq, həmin qərarın qəbul edilməsinin heç bir prosessual əsası olmadığını ifadə edir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 91.5.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək hüququ vardır. Həmin Məcəllənin 92.12-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. İşə məhkəmədə baxılarkən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə bu barədə məlumat məhkəmə iclasında elan olunur. Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2-92.3.5, 92.3.8, 92.3.12, 92.3.13 və 92.3.16-cı maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Həmin Məcəllənin 92.13-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdiyi andan özünü müstəqil müdafiə edən hesab olunur. Müdafiəçidən imtina etmiş şəxs bu imtina qəbul edildikdən sonra məhkəmə istintaqı başlananadək cinayət prosesinin hər hansı anında bununla əlaqədar öz mövqeyini dəyişməyə haqlıdır. Cinayət işinin müəyyən edilən hallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin məcburi təyin olunması halı mövcud deyildir. Cianyət-Prosessual Məcəlləsinin 287-ci maddəsi cinayət işinin materialları ilə tanış olduqdan sonra vəsatətlərin verilməsi ilə bağlı normaları özündə əks etdirsə də X7 “müdafiəçidən imtina edilməsinin qəbul edilməməsi haqqında” 25 iyun 2023-cü il tarixli qərar qəbul edilən zaman heç bir əsası olmadan həmin normaya istinat edilmişdir. Qərarın surəti həmin tarixli məktubla ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilsə də onun tərəfindən də bu prosessual pozuntular aradan qaldırılmamışdır. Məhkəmə tərkibi tərəfindən Təqsirləndirilən şəxs yekun ittihamın elan olunmasına da tənqidi yanaşaraq bildirir ki, barəsində ittiham irəli sürülmüş şəxsə geniş müdafiə imkanlarının verilməsi tendensiyası qabaqcıl beynəlxalq cinayət prosesi standartlarına xarakterikdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6.3-cü maddəsinin "a" bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs ən azı "ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq" hüququna malikdir. Avropa Məhkəməsinin qərarlarında bildirilir ki, ədalətli məhkəmə araşdırması anlayışı tərəflərin bərabərliyi prinsipini və cinayət prosesinin çəkişmə xarakteri daşımasından ibarət fundamental hüququ özündə ehtiva edir. Bu, o deməkdir ki, ittiham və müdafiə tərəflərinin digər tərəfin təqdim etdiyi qeydlərdən və sübutlardan xəbərdar olmalarına və onlara dair şərhlərini bildirmələrinə imkan verilməlidir". Avropa Məhkəməsinin presedent təcrübəsi də təsbit edir ki, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı çıxarılmış (başqa sözlə, barəsində cinayət ittihamı irəli sürülmüş) şəxs bu qərarın faktiki və hüquqi əsaslarını təşkil edən arqumentlər, o cümlədən Cinayət-Prosessual Məcəlləsinin 223.1-ci maddəsində göstərilən, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas rolunu oynayan, “cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu" barədə xəbərdar edilməli, ona bu sübutlara (və digər arqumentlərə) "dair şərhlərini bildirmələrinə imkan verilməlidir". Avropa Məhkəməsinin mülahizəsinə görə, qərarın mətninə daxil edilmiş ittiham dəlillərini şərh etmək üçün dolayı və ya hipotetik imkan yaradılması onların bilavasitə tədqiq edilməsi və mübahisələndirilməsinə həqiqi ekvivalent sayıla bilməz. Cinayət-Prosessual Məcəlləsinin 223-cü maddəsi, yəni təqsirləndirilən şəxs qismində cəlb etmənin əsasını və qaydasını tənzimləyən normasının mətnində şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas olan, cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərarın mətnində göstərilməli, ittiham elan edilən zaman isə (Cinayət-Prosessual Məcəlləsinin 224-cü maddəsi) sübutların özü təqsirləndirilən şəxsə təqdim olunmalı, ona bu sübutlara dair mövqeyini bildirmək, onları inzibati və məhkəmə qaydasında (Cinayət-Prosessual Məcəlləsinin 449-cu maddəsi) mübahisələndirmək imkanı yaradılmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, belə mexanizm cinayət təqibini daha balanslı, ədalətli edə, təqsirləndirilən şəxsin müdafiə hüquqlarının daha dolğun və səmərəli təmin edilməsinə şərait yarada bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs həmin hüquqların hamısından tam şəkildə məhrum edilmiş, müqavilə üzrə müdafiəçisinə çıxış imkanı məhdudlaşdırılmış, dövlət hesabına təyin edilmiş müdafiəçi 22 saylı Vəkil Bürosunun vəkili X8 isə öz faəliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmamaqla sanki istintaqın maraqlarına xidmət etmişdir. Məhkəmə tərkibi qeyd olunmuş müdafiə hüququ ilə bağlı kobud qanun pozuntulara dair bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını ümumbəşri yüksək dəyərlər kimi qiymətləndirərək, onların təmin edilməsini dövlətin ali məqsədi elan etmiş, hüquqları gözləməyi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu kimi təsbit etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 61ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Müdafiə hüququnun təmin edilməsi ilə bağlı şərh edilənlərdən göründüyü kimi, Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilən zaman, eləcə də müdafiəçisinin ibtidia istintaq dövründə fəaliyyətsizliyi ilə onun milli, beynəlxalq və insan hüquqları üzrə Avropa Məhkəməsnin president hüquqlarında təsbit olunmuş “praktik, səmərəli və effektiv müdafiə olunmaq” hüququ pozulmuşdur. Cinayət işinin 11-cildinin 17-18-ci səhifələrində olan “təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə” 05 iyul 2023-cü il tarixli protokoldan görünür ki, müstəntiq təqsirləndirilən şəxsi və müdafiəçini cinayət işinin materialları ilə tanış etmişdir. Protokoldan görünür ki, protokolun sonu “Təqsirləndirilən şəxs bildirdi”, “müdafiəçi X9 bildirdi” başlıqlarından sonrakı əl yazıları müstəntiq tərəfindən doldurulmuş və təqsirləndirilən şəxsin imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, müstəntiq tanış etmə ilə bağlı onun yanında olmamış, X7 təqsirləndirilən şəxs etiraz edir, ifadə verməkdən imtina edir, protokolu imzalamaqdan imtina edir görünütüsü yaratmaqla öz işini asanlaşdırmaq və qısa müddətdə işin məhkəməyə göndərilməsini təmin etməyə çalışmışdır. “Təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə” 05 iyul 2023-cü il tarixli protokoldan görünür ki, tanış olma saat 17:00-da başlamış və saat 19:30-da bitmiş, bu vaxt da cəmi 2 saat 30 dəqiqə vaxt edir. Məhkəmə tərkibi hesab edir ki, istintaqın sonunda cinayət işinə buraxılmış müdafiəçi Samirə Əhmədovanın 11 cild cinayət işi və maddi sübutlarla tanış olmaq üçün 2 saat 30 dəqiqə vaxt, həddindən çox az bir müddətdir. Vaxtın qısa müddət olması, təqsirləndirilən şəxs və onun müdafiəçisinin protokolda heç bir qeydinin olmamasını məhkəmənin o qənaətə gəlməsinə əsas verir ki, müdafiəçi Samirə Əhmədova tərəfindən müdafiə praktik olaraq icra edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 285.4-cü maddəsində göstərilmişdir ki, müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün vaxtı məhdudlaşdıra bilməz. Eyni zamanda cinayət prosesinin iştirakçıları bu vaxtı süni surətdə uzatdıqda, müstəntiq cinayət işinin həcmini və onunla tanış olmaq üçün kifayət olan vaxtı nəzərə almaqla cinayət işinin materialları ilə tanış olmaq üçün cədvəl müəyyən edə bilər. Həmin Məcəllənin 285.5-ci maddəsində göstərilmişdir ki, cinayət işinin materialları ilə tanış olan şəxslər ona aid zəruri sənədlərdən çıxarışlar etmək, surət çıxarmaq, maddi sübutların fotoşəklini çəkmək hüququna malikdirlər. İş materiallarından görünür ki, müdafiəçi Samirə Əhmədova tərəfindən heç bir zəruri sənədlərdən çıxarışlar edilməmiş, sənədlərin surətləri çıxarılmamış və ya şəkilləri çəkilməmişdir. Bütün bunlar nəticəsində məhkəmə tərkibi o qənaətə gəlir ki, müdafiəçi Samirə Əhmədovada heç bir istintaq sənədləri olmamış, sonuncu müdafiəni həyata keçirmək niyyətində belə olmamışdır. Məkəmə tərkibi müdafiəçi Samirə Əhmədova tərəfindən verilmiş cinayət işinin 11-ci cildinin 19-cu səhifəsində olan 05 iyul 2023-cü il tarixli vəsatətə də tənqidi yanaşır. Vəsatətdən göründüyü kimi vəsatət 05 iyul 2023-cü il tarixdə kompüter formatında hazırlanmaqla çap edilmiş və Yasamal RPİ-si tərəfindən 05 iyul 23-cü il tarixli daxil olma ştampı vurulmuşdur. Lakin vəsatət müvafiq qaydada qeydə alınmayaraq üzərinə cinayət işinin nömrəsi yazılmışdır. Cinayət işinin materialları ilə tanış olma protokolundan görünür ki, tanış olma 19:30 radələrində bitmiş və protokolda müdafiəçinin vəsatətlər verəcəyi qeyd edilmişdir. Müdafiəçinin 48 saat müddəti olmasına baxmayaraq gecə vaxtı tanış olmadan dərhal sonra 19:30 radələrində MSY-də dərhal kompüter vasitəsi ilə vəsatət yazması və onu dərhal dəftərxanaya təqdim etməsi ağlabatan deyildir. Müdafiəçi Samirə Əhmədova da hər hansı istintaq sənədi olmadığı, qeydlər götürmədiyi, sənədlərin şəkillərini çəkmədiyi halda vəsatəti hansı sənədlər əsasında yazdığı anlaşılan deyildir. Müdafiəçi Samirə Əhmədova tərəfindən verilmiş vəsatət “vəsatətə baxılması haqqında” 05 iyul 2023-cü il tarixli qərarla tam rədd edilsə də sonunci tərəfindən müvafiq qaydada şikayət verilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 287.3-cü maddəsinin tələblərinə əsasən müstəntiqin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsindən imtina olunması barədə qərarından bu vəsatətin rədd edilməsi barədə qərarın surəti verildiyi vaxtdan 48 saat müddətində istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilə bilər. Müdafiəçi Samirə Əhmədova tərəfindən vəsatətinin tam rədd edilməsinə dair qərardan şikayət verməməsi onun həmin vəsatəti formal şəkildə verməsi, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi istiqamətində heç bir hərəkət etmədiyi nəticəsinə gəlməyə əsas verir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamı qəbul etməməsi, sənədlər ilə razı olmaması əsasına görə müdafiəçi Samirə Əhmədova tərəfindən təqsirləndirilən şəxsin “praktik, səmərəli və effektiv müdafiə olunmaq” hüququna daha həsassızlıqla yanaşılmalı və müdafiə olunmaq hüququnu icra edilən etməli idi. Müdafiəçi vəsatətində bildirmişdir ki, müstəntiq tərəfindən istintaq materialları saxtalaşdırılmış və onun istintaqda olmadığı gündə və saatda proktokol tərtib edilmiş, bəzi protokollarda isə onun imzası saxtalaşdırılmışdır. Cinayət işinin 9-cu cildinin 217-218-ci səhifələrdə 07 iyun 2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi” protokolu saxtalaşdırılmış, həmin protokolun digər səhifələri dəyişdirilərək fərqli 2-ci səhifə əlavə edilmiş, guya təqsirləndirilən şəxs 218-ci səhifədə yer alan ifadəni vermiş və onlar da həmin ifadəni imzalamışlar. Həmin imzalar ona məxsus deyildir. Təqsirləndirilən şəxsin digər imzaları ilə tutuşdurduqda Təqsirləndirilən şəxs imzasının da fərqli olması diqqəti çəkmişdir. Bununla bağlı vəsatət verərək məhkəmədən xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Müdafiəçi sözügedən protokolun istintaq üçün çox əhəmiyyətli olduğunu qeyd etməklə, dəfələrlə ibtidai istintaq zamanı Şahid2 və Zərərçəkmiş şəxs30 ilə bağlı ifadə vermək istəsələr də bu və digər bir sıra şəxslərlə üzləşmə tələb etsələr də onların həmin vəsatətləri və ifadələri istintaq materiallarına əlavə edilməmiş və əvəzində guya təqsirləndirilən şəxsin həmin şəxslərin xeyrinə ifadə verdiyi qeyd edilmişdir. Qeyd edilmiş qanunsuzluqların nəticəsində də müstəntiq sübutların qiymətləndirilməsi qərarında buna qiymət verərək həmin şəxslərə münasibətdə cinayət işinin başlanmasını rədd etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin səsləndirdiyi fikirlərin həqiqət olduğunu, ifadənin ikinci səhfəsindəki imzanın ona məxsus olmadığını, həmin məzmunda istintaqa ifadə verməyini, ifadəsi və imzasının müstəntiq tərəfindən saxtalaşdırıldığını bildirmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması ilə bağlı pozuntuların məhkəmə iclasında aradan qaldırılması mümkün deyildir. Şərh edilənlərdən göründüyü kimi cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün kifayət qədər əsaslar var. Məhkəmə qanun pozuntularının aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə tərəflərin fikirlərini dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğundan təmin edilməlidir. Cinayət-Prosessual Məcəllənin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Cinayət-Prosessual Məcəlləyə əsasən cinayət mühakimə icraatının əsas prinsiplərindən biri cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir; insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir; hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Həmin məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, ibtidai istintaqı aparan müstəntiq və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirimiş prokuror tərəfindən cinayət prosesi prinsipləri və şərtləri pozulub, buna görə də hazırki cinayət işi üzrə başa çatmış icraat etibarsız sayılmalı, həmin cinayət işi üzrə qəbul edilmiş qararlar ləğv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Cinayət Prosessual Məcəlləsinin 303.3-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: - təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) (303.3.1); -cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması (303.3.6); məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması (303.3.8); Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Həmin Məcəllənin 300.3-cü maddəsinə əsasən bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə həmçinin məhkəməyədək icraat zamanı bu Məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda (306.2.1); cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə (306.2.2). Məhkəmə, proses iştirakçılarının fikrini dinləyərək hesab edir ki, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan icraatın materiallarına baxılıb qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi üçün məhkəmənin hazırlıq iclası mərhələsində işin baxılmasına xitam verməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işini yuxarıda göstərilən prosessual pozuntuların aradan qaldırılmasını təmin etmək məqsədi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna qaytarmalı, barəsində icraat aparılan şəxsin qanunla nəzərdə tutulan pozulmuş hüququ təmin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətinədək uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məsəlləsinin 299, 300.1, 300.1.5, 303.3, 303.3.1, 303.3.6, 303.3.8 və 306.2-cı maddələrini rəhbər tutub, məhkəmə Qəraraaldı:
1. Dövlət ittihamçısı və Müdafiəçi vəsatətləri təmin olunsun. 2.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat materiallarına baxılmasına xitam verilsin və cinayət iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna qaytarılsın. 3.Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1(bir) ay müddətinədək uzadılsın.
4. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321.4-cü maddəsinə əsasən qərar elan edildikdən dərhal sonra qüvvəyə minir. 5.Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxslərə və dövlət ittihamçısına göndərilsin. 6.Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz.