Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-618/2022 10.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emil Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştiraki ilə xx xxxxxx 1999-cu ildə Füzuli rayonu, İşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Zərgar kəndində qeydiyyatında olmaqla, Füzuli rayonu, 6 saylı Qayıdış qəsəbəsi, 199 saylı evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Füzuli rayonu, 6 saylı Qayıdış qəsəbəsi, 58 nömrəli evdə yaşayan Zərərçəkmiş şəxs əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədilə 09 may 2022-ci il tarixdə saat 19 radələrində alkoqol sərxoşluğu vəziyyətində tutacaq hissəsi qara rəngli yapışqan lentlə sarınmış taxta parçası ilə silahlanıb Zərərçəkmiş şəxs yaşadığı evə gələrək niyyətini gizlətmək məqsədilə sonuncudan nisyə siqaret istəmiş, Zərərçəkmiş şəxs yaşadığı evinin qarşısında yerləşən mağaza kimi istifadə etdiyi dəmir vaqonda siqaret olmadığını desə də, o, təkidlə Zərərçəkmiş şəxs ilə birlikdə həmin dəmir vaqona daxil olmuş, orada siqaret olmadığına görə nisyə ətir və danışıq kartı aldıqdan sonra Zərərçəkmiş şəxs icazə alaraq onunla birlikdə yaşadığı evin həyətinə daxil olmuş, Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin girişində yerləşən divanda, o, isə qapının ağzında oturub bir qədər söhbət etmiş, diqqəti yayındırmaqdan ötrü Zərərçəkmiş şəxs içmək üçün su istədikdən sonra qəflətən özünün quldurluqla bağlı niyyətini həyata keçirmək, yəni Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxs kimi sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək onu yerə yıxmış, Zərərçəkmiş şəxs səs-küy salaraq müqavimət göstərdiyindən o, əlləri ilə ağzını tutaraq bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla, həmçinin özü ilə gətirdiyi silah qismində istifadə etdiyi taxta parçası ilə onun baş və sifət nahiyələrinə bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs sol gicgah nahiyəsində əzilmiş yara, sol gözaltı-almacıq nahiyəsində hematoma, sağ gözaltı və alt çənə nahiyələrində isə qançırlar ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs huşunu itirdikdən sonra o, evdə pul və digər qiymətli əşya axtarsa da, tapa bilməmiş, bir qədər sonra Zərərçəkmiş şəxs ayıldığını görərək oradan qaçıb getməklə quldurluq etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 may 2022-ci il tarixdə, saat 15 radələrində Füzuli rayonu, 5 saylı Qayıdış qəsəbəsində yerləşən kafelərin birində tanışı Hüseynlə birlikdə yemək yeyib, araq içmişlər. Yeməyin pulunu Hüseyn ödəmişdir. Saat 17- 18 radələrində Hüseyn onu avtomobili ilə yaşadığı qəsəbəyə aparmışdır. Onun siqareti olmadığından qonşusu Qunçadan siqaret almaq üçün onun evinə getmişdir. Qunça siqaretinin olmadığını bildirdiyinə görə ondan bir ədəd 250 qramlıq araq və iki ədəd bir manatlıq sim konturu nisyə istəmiş, Qunça da dəmir vaqondakı vitrindən bir ədəd 250 qramlıq arağı ona vermiş, sonra da o, vitrindən bir ədəd kişi ətirini götürərək, ətiri işlədiyi yerlərdə olan şəxslərə göstərəcəyini, müştəri olarsa ondan gəlib yenə ətir alacağını demişdir. Qunça onun təklifi ilə razılaşandan sonra arağı və ətiri sellofan torbaya qoymaq üçün vaqondan çıxıb həyətindəki evinə daxil olmuşdur. O, Qunçanın ardınca evə daxil olub qapının ağzında oturmuşdur. Qunça evdən bir ədəd sellofan torba götürüb, ona vermiş o, torbanın ağzını açmış, Qunça arağı və ətiri həmin torbaya qoymuşdur. Qunça əlavə olaraq ona iki ədəd bir manatlıq konturu da ona vermişdir. O həmin anda Qunçanı itələyib yerə yıxmış və onun evini axtarmışdır. Lakin özündə olmadığı üçün onu nə üçün itələdiyini və evi axtardığını deyə bilmir. İbtidai istintaq zamanı izahat və ifadə vermişdir. O saxlanılarkən, izahat və ifadə verərkən ona hər hansı təsir təzyiq olunmamışdır. İlkin izahatını öz xətti ilə yazmışdır. İfadələrini də oxuyaraq imzalamışdır. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 09 may 2022-ci il tarixdə, saat 15 radələrində Füzuli rayonu, 5 saylı Qayıdış qəsəbəsində yerləşən kafelərin birində onunla eyni qəsəbədə yaşayan soyadını bilmədiyi Hüseyn Rəfail oğlu ilə birlikdə şam edərkən spirtli içki qəbul etmiş, hesabı Hüseyn ödəmişdir. Saat 17-18 radələrində Hüseyn onu avtomobili ilə yaşadığı qəsəbəyə gətirmiş, onun siqareti olmadığından qonşusu Qunçadan siqaret almaq məqsədi ilə sonuncunun yaşadığı evə yaxınlaşmış, Qunçanı həyət darvazasının qarışısındakı dəmir vaqondan olan mağazanın qabağında stulda oturmasını görmüşdür. O, Qunça ilə görüşəndən sonra ona siqaret almağa gəlməsini demiş, Qunça siqaretinin olmadığını bildirdiyinə görə ondan bir ədəd 250 qramlıq arağı və iki ədəd bir manatlıq sim konturu nisyə istəmişdir. Qunça ona nisyə araq və kontur verməyə razılaşandan və yol tərəfdən dəmir vaqona daxil olduqda sonra o, da Qunçanın ardınca vaqona daxil olmuşdur. Qunça vitrindən bir ədəd markasını bilmədiyi 250 qramlıq arağı ona vermiş, o,vitrində bir neçə ədəd kişi və qadın ətirlərini görüb bir ədəd kişi ətirini götürərək Qunçadan ətirin qiymətini soruşmuşdur. Qunça ona ətirin dəyərinin 8 manat olduğunu demiş, o, ətiri işlədiyi yerlərdə olan şəxslərə göstərəcəyini, müştəri olduğu halda ondan gəlib yenə ətir alacağını demişdir. Qunça onun həmin təklifi ilə razılaşandan sonra ətiri nisyə dəftərində qeyd etməyəcəyini bildirərək arağı və ətiri sellofan torbaya qoymaq üçün vaqondan çıxıb həyətindəki evinə daxil olmuşdur. O, Qunçanın ardınca evə daxil olub qapının ağzında oturmuşdur. Qunça evin girişindəki stolun üzərindən bir ədəd sellofan torba götürüb ona vermiş, o, torbanın ağzını açmış, Qunça arağı və ətiri həmin torbaya qoyub ona vermişdir. Sonra Qunça əynində olan jiletin cibindən iki ədəd bir manatlıq sim konturu ona verərək ondan anasının nənəsi Nərgizgilə gedib-gəlməsini soruşmuş, o, Qunçaya nənəsinin ayağının sındığını, hazırda yataqda olduğundan anasının onlara gedib-gəlməsini demişdir. Qunça nisyə dəftərində onun adını qeyd edərək adına 5 manat pul yazmışdır. O, bir ədəd ətiri nisyə dəftərində qeyd etməmişdir. O, evin giriş qapısının çöl tərəfində uzunluğu 50-60 santimetr əl tutacaq hissəsinə qara rəngli izolent sarınmış bir ədəd ağac parçası görmüş, həmin ağac parçası ona maraqlı gəldiyinə görə həmin ağac parçasını götürüb baxaraq sonra yenə əvvəlki yerinə qoymuş, sonra susadığına görə Qunçadan su istəmiş, Qunça ona suyun qapının ağzındakı soyuducunun yanındakı baçokda olduğunu bildirərək ona stəkan vermişdir. O, özü plasmas baçokdan suyu stəkana süzüb içmişdir. Qunça ondan pul qazanıbqazanmamasını soruşmuş, o, malyar işində normal pul olduğunu və qazancının yaxşı olmasını demişdir. O, sərxoş vəziyyətdə olduğundan Qunçanın evində pul və qiymətli əşyanın ola biləcəyini, pulu və qiymətli əşyanı götürmək üçün onu zərərsizəşdirib evdə axtarış aparmaq qərarına gəlmişdir. O, bu məqsədlə qəflətən Qunçanın üzərinə hücum edib onun başını qoltuğunun altına salıb boğaraq yumruqla başına və sifət nahiyəsinə bir neçə zərbələr vurmuş, Qunça qışqıraraq ondan nə istəməsini soruşmuş, o, Qunçanı yerə yıxmış və özü də onun üzərinə yıxılmışdır. Zərbələrdən sonra Qunça özündən gedərək döşəmə üzərində uzanılı vəziyyətdə qalmış, o, ayağa durub evdəki divanın altında pul və qiymətli əşya axtarsa da, heç nə tapa bilməmiş, evdəki digər otaqlara daxil olmamış, Qunçanın özünə gəlib ayağa qalxmaq istəməsini görüb evdən çölə çıxaraq həmin yerdən uzaqlaşmış və qorxduğuna görə ondan aldığı bir ədəd arağı və bir ədəd ətiri qəsəbəarası yolun kənarına tullamışdır.Təxminən bir saat sonra atası Tarzan ona zəng edərək, polis əməkdaşı Elçibəy İbişlinin onun yaşadığı evə gedib onu soruşması barədə məlumat vermişdir. O, atasının telefonu ilə Elçibəy İbişli ilə danışmış və ona qəsəbəarası yolda olmasını demişdir. Bir neçə dəqiqə sonra Elçibəy İbişli idarə etdiyi avtomobillə onun olduğu yerə gəlmiş, o, Elçibəyin idarə etdiyi avtomobilə minmiş, Elçibəy həmin gün saat 23 radələrində onu Füzuli rayon Polis şöbəsinə gətirmişdir. O, öz xətti ilə təhqiqatçı polis mayoru Vüqar Abdullayevə izahat yazaraq əməlindən peşman olduğunu göstərmiş, sonra həkim tərəfindən sərxoşluq vəziyyəti yoxlanılmışdır. O, Zərərçəkmiş şəxs evinə gedərkən özü ilə ağac parçası aparmamış, həmin ağac parçası ilə onun baş və sifət nahiyəsinə vurmamışdır. Füzuli rayonu, 11 saylı Qayıdış qəsəbəsinin ərazisində yerləşən Əmir adlı şəxsin işlətdiyi yanacaqdoldurma məntəqəsindən heç vaxt nisyə yanacaq almamış, həmin yanacaq doldurma məntəqəsinə borcu olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün məhkəmədə elan olunmaqla tədqiq edilmiş vəkilinin iştirakı ilə vermiş olduğu ifadəsindən başqa, dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun həyətində kiçik mağazası var. 09 may 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə olarkən Ramazan onun evinə gələrək ondan siqaret istəmiş, o, Ramazana mağazasında siqaret olmadığını demiş, lakin Ramazan ona inanmadığına görə vaqonun içərisinə baxmaq istəmişdir. O, vaqonun qapısını açmış, Ramazan mağazada siqaret olmadığınıgörmüşdür. O vitrində qadın ətirlərini görüb birini götürərək ona işlədiyi yerlərdə göstərəcəyini, xoşlarına gələrsə, həmin ətirlərdən satmaq üçün gəlib götürəcəyini demişdir. Sonra da Ramazan ondan 2 ədəd 1 manatlıq konturu istəyərək pulunu səhəri gün verəcəyini bildirmişdir. O, da razılaşaraq vaqondan çölə çıxmışlar. O, həyət darvazasını açıb evinin həyətinə daxil olmaq istədikdə Ramazan da onun ardınca həyətə girmiş, ondan nəyə görə həyətə girdiyini soruşmuş, Ramazan nənəsinin ayağı sındığından anasının onun yanına getdiyini, evdə heç kimin olmadığını və ona görə onun həyətində bir qədər oturmaq istəməsini bildirmişdir. Sonra Ramazan evin girişinə daxil olmuş və ondan su istəmişdir. O, Ramazana suyun soyuducunun yanında, stəkanın isə stolun üzərində olduğunu demiş, Ramazan qəflətən stolun üzərindəki stəkanı götürüb, ona hücum etmiş, sonra da əlləri ilə ağzını yummuş, o, isə qışqıraraq ondan nə istəməsini soruşduqda Ramazan onun başını qoltuğunun altına salaraq saçını yolmuş, yumruq və ağac parçası ilə sifət və başına zərbələr vurmuş, o qışqırsa da Ramazan onu döşəmənin üzərinə yıxmış və əli ilə ağzını tutaraq qışqırmasına və nəfəs almasına imkan verməmiş, yerdə də yumruq və ağac parçası ilə başına və sifətinə bir neçə zərbə vurmuş, o, zərbələrdən huşunu itirmişdir. Bir neçə dəqiqə sonra özünə gələrək ayağa durmuş, Ramazanın orada olmadığını, ev əşyalarının dağıldığını, evin axtarıldığını görmüşdür. O, özünü pis hiss etdiyindən qonşuları Elşəngilə getmiş və Elşənə Ramazanın onu yumruq və ağac parçası ilə döyərək xəsarət yetirdiyini bildirmişdir. Bir neçə dəqiqə sonra məntəqə həkimi Cəmalə Elşənin evinə gələrək ona tibbi yardım göstərmişdir. O, həmin gün axşam istifadə etdiyi telefondan qonşusu Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə 102 xidmətinə məlumat vermişdir. Sonra da Füzuli rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Özünü pis hiss etdiyinə görə qardaşı Vaqifin oğlu Elçin onu idarə etdiyi avtomobillə Füzuli rayon Mərkəzi Xəstəxanasına aparmış, orada onu müalicə edərək, 11 may 2022-ci il tarixdə evə buraxmışlar. Onun evinə baxış keçirilmişdir. Ramazanı da tutduqdan sonra onun evinə gətirərkən o hadisə barədə danışmışdır. Ramazan ona qarşı çox pis iş tutduğundan onunla barışmır. Lakin, anası yazıq olduğundan ondan heç bir tələb və şikayəti yoxdur. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qonşularıdır. 09 may 2022-ci il tarixdə saat 19-20 radələrində yaşadığı evin həyətində olarkən Qunça üzü qanlı halda onun həyətinə girmiş, o, Qunçanı görən kimi yerindən durub ona tərəf qaçmış və ondan nə baş verməsini soruşsa da, o həyacanlı olduğundan ona bir söz deyə bilməmişdir. O, Qunçanı həyətində stulda oturtmuş və özünə gələ bilməsi üçün ona bir stəkan su vermişdir. Bir neçə dəqiqə sonra Qunça özünə gəlmiş, o, Qunçadan bir daha nə baş verdiyini soruşduqda, Qunça ona qonşuları Tarzanın oğlu Ramazanın onu heç bir səbəb olmadan evində yumruq və taxta parçası ilə döyüb xəsarətlər yetirməsini bildirmişdir. Bir neçə dəqiqə sonra oraya gələn məntəqə həkimi tərəfindən Qunçaya tibbi yardım göstərilmiş və sonra qohumları tərəfindən yaşadığı evə aparılmışdır. Dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 09 may 2022-ci il tarixdə, saat 20 radələrində yaşadığı evdə olarkən yeznəsi Duman ona zəng edərək Füzuli rayonu, 5 saylı Qayıdış qəsəbəsində yaşayan bacısı Qunçaya hücum edildiyini, ona xəsarətlər yetirildiyini, evinin dağıdıldığını və onun hazırda qonşusu Elşəngildə olduğunu bildirdiyindən o dərhal oraya getmiş və bacısı Qunçanın üz-başının qan içində olduğunu və həkim tərəfindən tibbi yardım göstərildiyini görmüşdür. Qunça ona qəsəbə sakini Tarzanın oğlu Ramazanın onu evində yumruq və taxta parçası ilə döyüb xəsarətlər yetirdiyini bildirmişdir. O oğlu Elçinlə birlikdə bacısını idarə etdiyi avtomobillə Füzuli rayon Mərkəzi Xəstəxanasına aparmış, orada bacısına tibbi yardım göstərilmişdir. O, ertəsi gün Qunçanın evinə getmiş, evdəki əşyaların, yorğan-döşəyin yerə töküldüyünü, evin axtarıldığını və evdə bir ədəd bir tərəfi qara rəngli izolentlə sarınmış ağac parçası görmüşdür. Bunları görüb o başa düşmüşdür ki, Təqsirləndirilən şəxs Qunçaya hücum edib, özü ilə gətirdiyi ağac parçası ilə onu döyüb bədən xəsarətləri yetirməsi nəticəsində, Qunça özündən getmiş, Ramazan da evdə pul və ya qiymətli əşya axtarsa da heç nə tapa bilməyib çıxıb getmişdir. O ifadəsində əlavə olaraq göstərmişdir ki, hadisədən bir-iki gün sonra qəsəbə sakinlərindən Təqsirləndirilən şəxs Füzuli rayonu, Əmir adlı şəxsin yanacaqdoldurma məntəqəsindən nisyə benzin aldığını və ona olan borcunu qaytarmaq üçün Qunçanın evindən pul və qiymətli əşya ələ keçirmək məqsədilə hücum edərək ona bədən xəsarətləri yetirdiyini bilmişdir. Məhkəmədə tədqiq edilmiş cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının 11 may 2022-ci il tarixli, 145/22 №-li rəydən görünür ki, Zərərçəkmiş şəxs sol gicgah nahiyəsində əzilmiş yara, sol gözaltı-almacıq nahiyəsində hematoma, sağ gözaltı və alt çənə nahiyəlrində isə qançırlar aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmədə tədqiq edilmiş cinayət işinin materiallarında olan Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasından verilmiş 11 avqust 2022-ci il tarixli, 294 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq,kobudluq, laqeydlik və.s kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır. Təqsirləndirilən şəxs hadisə zamanı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan və fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, Zərərçəkmiş şəxs yaşadığı Füzuli rayonu, 6 saylı Qayıdış qəsəbəsi, 58 nömrəli evin həyətinin qarşısında qoyulmuş dəmir vaqonun içərisindən bir ədəd araq və bir ədəd ətir aldığı yeri, bir ədəd ağac parçasını görüb götürdüyü yeri və sonra Zərərçəkmiş şəxs yaşadığı evin içərisində onun üzərinə hücum edərək onu döyüb ona bədən xəsarətləri yetirdiyi yerləri əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 11 may 2022-ci il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, hadisə yeri Füzuli rayonu Qayıdış-6 qəsəbəsi 58 saylı evdir. Evin içərisində olan yorğan - döşəklər və əşyalar dağınıq şəkildədir. Bəzi yerlərdə qan ləkələri vardır. Baxış zamanı uzunluğu 35 cm. olan bir ədəd taxta parçası, Zərərçəkmiş şəxs məxsus baş tükləri aşkar edilərək götürülmüşdür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs taxta parçasının ona aid olmadığını, həmin taxta parçası ilə Təqsirləndirilən şəxs onu baş nahiyyəsinə xəsarətlər yetirdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ifadələri arasında olan ziddiyyətlərin aydınlaşdırılmasından ötrü onların arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir. Cinayət işinin materiallarında olan Füzuli rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsi poliklinika şöbəsinin verdiyi 10 avqust 2021-ci il il tarixdə verilmiş 257 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs 09 may 2022-ci il tarixdə, saat 22:56-da müayinə zamanı sərxoş vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 26 may 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən 11 may 2022-ci il tarixdə hadisə yerinin baxışı aparılarkən götürülmüş bir ədəd 35 santimetr uzunluqda bir tərəfi izolentlə sarınmış ağac parçası və saç tükləri maddi sübut kimi tanınaraq saxlanılması üçün Füzuli rayon Polis şöbəsinə təhvil verilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək quldurluq cinayəti törətmədiyini, Zərərçəkmiş şəxs evində olarkən onu itələyib yıxdığını, lakin özündə olmadığından onu itələməsinin səbəbini bilmədiyini göstərmişdir. Məhkəmə onun bu ifadəsini özünü ağır ittihamdan müdafiə məqsədi daşıdığından, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi və məhkəmə psixiatrik ekspertizasının rəyləri, hadisə yerinə baxış keçirilməsi, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolları, barəsində qətimkan tədbirinin seçiləməsi ilə əlaqədar keçirilmiş məhkəmə iclasına təqsirini boynuna alması barədə izahatı, əldə olunmuş maddi sübutlar və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi əməli etiraf etməsi barədə olan ifadəsini işin hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o, CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1999-cu ildə doğulmuşdur. Füzuli rayonu, Zərgar kəndində pasport qeydiyyatında olmaqla Füzuli rayonu, 6 saylı Qayıdış qəsəbəsi, 199 nömrəli evdə yaşamışdır, Füzuli rayon İcra Hakimiyyəti başçısının 6 saylı Qayıdış qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnaməyə əsasən yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan Füzuli Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 20 iyul 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxsə cəza təyin edilərkən aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmamasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 1934-ci il təvəllüdlü olmaqla qoca şəxsdir. Eyni zamanda məhkəmə CM-nin 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti qoca şəxsə qarşı törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən hallar kimi zərərçəkmiş şəxsin ondan heç bir tələb və ya şikayətinin olmamasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi cinayəti qoca şəxsə qarşı törətməsi halını nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 20 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutların məsələsi də həll olunmalıdır. İş üzrə maddi sübut olan və Füzuli Rayon Polis Şöbəsində saxlanılan bir ədəd ağac parçası və saç tükləri məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 132, 344-349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Füzuli Rayon Polis Şöbəsində saxlanılan bir ədəd ağac parçası və saç tükləri məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-618/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-618/2022
10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver