Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-618/2025 30.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədli Ənnağı Əbdül oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi - X23, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Saatlı rayonu, Leninkənd (Mustafabəyli) kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Mustafabəyli kəndində qeydiyyatda olmaqla yaşamış, 15 sentyabr 2025ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Saatlı Rayon Məhkəməsinin 4(055)-47/2025 nömrəli, 17 sentyabr 2025-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 yanvar 2025-ci il tarixdə, saat 17:40da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, 2 nömrəli məhkəmə iclas zalında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda, ümumi təmiz çəkisi 1605,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişi qanunsuz olaraq əldə edib, daşıyaraq özünün bərbər işlədiyi Saatlı rayonu, Mustafabəyli kəndində yerləşən bərbərxana binasında giriş hissədən sol tərəfdə yerləşən ikinci kreslonun altında satış məqsədi ilə qanunsuz olaraq saxlamış, Saatlı rayon PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində xx.xx.2025-ci il tarixdə, saat 16:36-dan 16:52-dək olan müddətdə baxış keçirilərkən Saatlı rayonu, Mustafabəyli kəndində yerləşən həmin bərbərxana binasında giriş hissədən sol tərəfdə yerləşən ikinci kreslonun altından 1 ədəd rəngli polietilen torbanın içərisindəki üzəri yapışqan lentlə bağlanmış 1 ədəd polietilen bağlamada həmin 1605,0 qram çəkidə, külli miqdarda narkotik vasitə həşiş aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi və ya CM) 234.4.3-cü maddəsi irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, özünü Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə təqsirli bilir. Saatlı rayonu, Mustafabəyli kəndində ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı kəndə bərbərxanada işləyir. Ona məxsus bərbərxanada aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana ona aiddir, öz istifadəsi üçün saxlamışdır. Narkotik vasitəni tutulmamışdan bir həftə əvvəl Bakı şəhərindən götürmüşdür. 3-4 il olar ki, narkotik vasitədən istifadə edir. Tutulduğu günü polis əməkdaşları onun iş yerinə gələrək obyektə baxış keçirəcəklərini demişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, mobil telefonunda aşkar edilmiş yazışmalardan xəbəri yoxdur, ola bilər ki, kimsə onun mobil telefonunu götürüb yazmışdır. O, “SMS” göndərməsini xatırlamır. Valideyinləri ilə birlikdə yaşayır. O, adətən “nəşə” istifadə edir, bir dəfə narkotik vasitə olan həşişdən istifadə etmişdir. “Baba” adlı İran İslam Respublikası vətəndaşı ilə sosial şəbəkə vasitəsi ilə əlaqə saxlamış, tutulmamışdan 10 gün əvvəl İranlının dediyi yerdən, Bakı şəhəri, Günəşli qəsəbəsindən narkotik vasitəni götürmüşdür. Götürdüyü narkotik vasitəyə görə 1500 manat məbləğində pul verəcəyini desə də pulunu verməmişdir. İbtidai istintaq zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında müəyyən ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ifadəsindən görünür ki, ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Saatlı rayonu, Mustafabəyli kəndində atası Əlimərdan və anası Firuzə ilə bir evdə yaşayır, bacısı və qardaşı ailə həyatı qurub evlərindən köçmüşlər, o isə subaydır. Rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı kənddə özünə məxsus bərbərxana vardır və orada bərbər kimi fəaliyyət göstərir. Mahiyyəti üzrə bildirmişdir ki, təxminən 10 ildən artıq müddətdir ki, el arasında “nəşə” adlanan narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Təxminən 1 ay əvvəl “İnstagram”sosial şəbəkəsində özünü “Baba” kimi təqdim edən, profil şəkilində müxtəlif narkotik vasitələrin şəkillərini qoymuş İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Belə ki, o, narkotik vasitə istifadə etdiyi üçün həmin “İnstagram” səhifəsi onda maraq doğurduğundan həmin şəxsə mesaj yazmış və bu yolla həmin şəxslə tanış olmuşdur. Bir-iki gün “İnstagram” səhifəsində yazışdıqdan sonra həmin “Baba” adlı şəxs ona İran İslam Respublikasına aid mobil telefon nömrəsində istifadə etdiyi “WhatsApp” nömrəsini vermiş, bundan sonra həmin iranlı şəxslə “WhatsApp” vasitəsilə əlaqə saxlamağa başlamışdır.4-5 gün yazışdıqdan sonra iranlı şəxs ona istənilən narkotik vasitəni təşkil edə biləcəyini demişdir. O, da dəqiq tarixləri xatırlamadığı vaxtlarda həmin şəxsdən bir dəfə 50 manatlıq “patı” və bir dəfə 100 manatlıq həşiş almışdır. Həmin şəxs “WhatsApp” ilə onunla əlaqə saxlamış, narkotiklərin şəkillərini və narkotiklərin atıldığı yerin konumunu göndərmiş, o da gedib narkotikləri götürmüşdür. Hər dəfə Bakı şəhərində, Günəşli qəsəbəsi ərazisindən narkotikləri götürmüşdür, lakin eyni yerdən deyil fərqli yerlərdən. Narkotikə görə pulu isə iranlının ona “WhatsApp” ilə göndərdiyi bank kartlarına göndərmişdir. Bu yolla o, həmin iranlı şəxsin etibarını qazanmış və sonra fikirləşmişdir ki, həmin şəxsi aldatsın, çox çəkidə narkotik götürüb, pulunu verəcəyini deyib verməsin. Bu səbəbdən də dəqiq tarixi xatırlamadığı vaxtda, təxminən 10 gün əvvəl iranlı şəxslə əlaqə saxlayan zaman həmin şəxsdən istifadə etmək üçün çox çəkidə narkotik vasitə istəmişdir. İranlı şəxs ona təxminən 1 kq 700 qram həşişi 2000 manata verə bilcəyini demiş, o da həmin şəxslə razılaşmışdır. Eyni qaydada “WhatsApp” ilə ona Bakı şəhərində Günəşli qəsəbəsi ərazisində konum göndərmiş və gedib həmin yerdən həşişi götürüb Saatlı rayonuna yaşadığı kəndə gətirib işlədiyi bərbərxanada kreslonun altında az-az istifadə etməsi üçün gizlətmişdir. 15 sentyabr 2025-ci il tarixdə saat 16 radələrində özünə məxsus Mustafabəyli kəndində yerləşən bərbərxanada olarkən mülki geyimli tanımadığı bir neçə nəfər şəxs videoçəkilişlə ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərərək onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirmişlər. O, da özünü təqdim etdikdən sonra ona üstündə qanunla qadağan edilmiş əşya, predmet vardırsa təqdim etməsi təklif edilmiş, o etiraz etməmiş, üstündə olan pul əskinazlarını, özünə məxsus 1 ədəd “Redmi” markalı mobil telefonu və 1 ədəd açarı polis əməkdaşlarına təqdim etmişdir. Pul əskinasları onun özünə qaytarılmış, daha sonra isə polis əməkdaşlarının onun narkotik saxlamasını dəqiq bildiklərini başa düşdüyü üçün səmimi olaraq bərbərxanada narkotik vasitə olduğunu bildirmiş və qeyd etdiyi kimi bərbərxanada kreslonun altında saxladığı həşişi çıxarıb polis əməkdaşlarına təqdim edərək, həmin narkotiki İran İslam Respublikasının vətəndaşından aldığını, Bakı şəhəri, Günəşli qəsəbəsindən gedib götürdüyünü bildirmişdir. Bundan sonra mobil telefonunun “Whatsapp” proqramında həmin şəxsə göndərdiyi səsli mesaja və mobil nömrəyə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Daha sonra bərbərxanadan aşkar edilmiş narkotik vasitə aşkar olunduğu sellofanda bağlama ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 1765 qram olduğu müəyyən edilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən bərbərxanadan aşkar edilmiş narkotik vasitə olduğu sellofan bağlama ilə birlikdə qablaşdırılmış, möhürlənmiş, üzəri o, da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Ona məxsus olan 1 ədəd “Redmi” markalı mobil telefon və 1 ədəd dəmir açar da polis əməkdaşları tərəfindən götürülmüşdür. Bərbərxanadan aşkar edilərək götürülmüş narkotik vasitə həşişdən başqa qanunla saxlanması, daşınması, əldə edilməsi qadağan olunmuş hər hansı bir narkotik vasitə və sair əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları videoçəkilişi dayandırmış, baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolun doğruluğu o, da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra polis əməkdaşları ilə polis şöbəsinə gətirilmiş, polis şöbəsində yerləşən xidməti otaqların birində videoçəkilişlə bərbərxanadan aşkar edilmiş içərisində narkotik vasitə həşiş olan 1 ədəd sellofandakı bağlama açılmış, içərisinə baxış keçirilmiş, həmin vaxt da narkotik vasitə həşişi İran İslam Respublikası vətəndaşından öz istifadəsi üçün aldığını, Bakı şəhəri, Günəşli qəsəbəsindən gedib götürdüyünü bildirmişdir. Sonra bərbərxanadan aşkar edilmiş narkotik vasitə həşiş yenidən qabalaşdırılaraq götürülmüşdür. Bu barədə də protokol tərtib edilmiş, protokolun doğruluğu o, da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra ona bir daha hüquq və vəzifələri izah edilməklə şübhəli şəxs qismində tutulmuş, vəkillə təmin edilmiş və hüquq və vəzifələrinə dair bildiriş təqdim edilmişdir. Sonradan ekspertiza rəyi ilə tanış olarkən bərbərxanasından aşkar edilmiş narkotik vasitə həşişin çəkisinin 1605,0 qram olduğunu bilmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, təxminən 10 ildir ki, əsasən narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir, arada “patı” da qəbul etmiş, İranlı şəxslə tanış olduqdan sonra isə həşiş istifadə etmişdir. Narkotik vasitənin satışı ilə məşğul olmamış, həmin narkotik vasitəni yalnız özü istifadə etmək üçün saxlamış, heç kimə satmamış, nədə ki, verməmiş, kiməsə satmaq fikri olmamışdır. Narkotik vasitə həşişi təxminən 10 gün əvvəl, yəni sentyabr ayının əvvələrində İran İslam Respublikası vətəndaşından öz istifadəsi üçün almışdır. İranlı şəxsin “İnstagram” sosial şəbəkəsində səhifəsinin adı yadında qalmamış, lakin profil şəkilində narkotik şəkilləri olmuşdur. Özünün “İnstagram” sosial şəbəkəsində səhifəsinin adı öz adı, yəni “Təqsirləndirilən şəxs” olmuş, lakin təxminən 15 gün əvvəl “İnstagram” səhifəsini tam silmişdir. İranlı şəxsin “Whatsapp” nömrəsi yadında qalmamış, mobil telefonunda qeyd etmişdir. Qeyd etdiyinə görə o, bir ay ərzində həmin İranlı şəxsdən “patı” və 100 manatlıq həşiş almış, həmin narkotikləri, istifadə edib qurtarması, sonra çox çəkidə narkotiki yenidən alması barədə bildirmişdir ki, “patı” bir dəfə istifadə etmək üçün olmuş, həşişin isə yarısından çoxunu itirmiş, yəni bərbərxananın yanında çöldə gizlətmiş, sonra tapa bilməmişdir. Buna görə də sonuncu aldığı həşişi bərbərxanada gizlətmişdir. 1605,0 qram həşişi qeyd etmişdir ki, satmaq fikri olmamış, yalnız özü istifadə etmək üçün almış, həmin narkotik ona 1 ildən artıq müddətə bəs edəcəkdir, qeyd etdiyi kimi iranlıya pul verməmək üçün həmin şəxsi aldadıb çox narkotik almışdır. İranlı şəxsin bank kartlarının nömrəsi yadında qalmamış, hansı banklara məxsus olduğunu da xatırlamır, pulu isə Bakı şəhərindən ödəmə terminalı vasitəsilə göndərmiş, narkotikləri götürməmişdən əvvəl, İranlı özü demişdir ki, yalnız ödəmə terminalı vasitəsilə göndərsin. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. O, narkotik vasitə olan həşişi götürən zaman və polis əməkdaşları tərəfindən saxlanılan zaman tək olmuş, yanında başqa heç kim olmamış, narkotik vasitə istifadə etməsindən ailə üzvləri də daxil olmaqla heç kimin xəbəri olmamışdır.(i.v.58-61) Təqsirləndirilən şəxs tədqiq olunan xx.xx.2025-ci il tarixli əlavə ifadəsindən görünür ki, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, "xxxx" MMC-nin 17 noyabr 2025-ci il tarixli məktubuna əlavə edilmiş onun istifadəsində olmuş ***-***-**-** mobil nömrənin telefon danışıqlarında müəyyən edilmiş mesajlarla bağlı bildirmişdir ki, həmin mobil nömrələri və mesajları xatırlamır. ***-***-**-** və ***-***-**-** mobil nömrələr Saatlı şəhər sakini X13 məxsus olmuş və o, Böyükağa ilə uşaqlıqdan bir yerdə olmuşdur. Bir neçə dəfə onlar birlikdə narkotik çəkmişlər. Lakin nə Böyükağa, nə o, bir-birlərinə narkotik satmamışlar. Ümumiyyətlə o, heç kimə narkotik satmamışdır. Həmin mesajlar da narkotik vasitə ilə bağlı olmamış, pul məsələləri borca görə olmuşdur. Həmçinin, ondan götürülmüş 1 ədəd “Redmi” markalı mobil telefona baxış zamanı mobil telefonun qalereya bölməsində müxtəlif vaxtlarda, müxtəlif formalarda narkotik vasitə və psixotrop maddələrə oxşar kütlələrin fotoşəkilləri aşkar edilməsi barədə bildirmişdir ki, qeyd etdiyi kimi o, 10 ildən artıqdır ki, narkotik vasitələrdən istifadə edir. Ola bilsin ki, bir neçə dəfə özü istifadə edərkən fotoşəkillərini özü üçün çəkib saxlamışdır. Tam xatırlamır.(i.v.155-159) Təqsirləndirilən Təqsirləndirilən şəxs tədqiq olunan 20 dekabr 2025-ci il tarixli ifadəsində ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini, özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tam təqsirli bildiyini qeyd edərək, əvvəlki ifadələri ilə eyni məzmunlu ifadə vermişdir.(i.v.192-196) İfadəsi elan edildikdən sonra verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, işlədiyi bərbərxananın içərisində olan kreslonun altından rəngli sellofanda aşkar olunmuş narkotik vasitəni, tutulmamışdan 10 gün əvvəl Bakı şəhəri, Günəşlli qəsəbəsindən götürmüşdür. Götürdüyü narkotik vasitəyə görə İranlıya 1500 (bir min beş yüz) manat məbləğində pul verəcəyinə dair söz versə də pulu verməmişdir. Həmin narkotik vasitənin olduğu rəngli polietilen torbanı açıb içərisində olan narkotik vasitədən istifadə etməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona məxsus bərbərxanada aşkar olunaraq götürülmüş, narkotik vasitə olan, təmiz çəkisi 1605,0 qram (1 kq 605 qram) çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həşişi öz istifadəsi üçün saxlaması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə tərkibi araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Saatlı rayon PŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir, Saatlı rayon PŞ-nə Saatlı rayonu Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi və saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bunula bağlı onun tərəfindən rəhbərliyə raportla məruzə olunmuş, əməliyyat qrupu yaradılmış və təxirə saxlınmaz əməliyyat tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs işlədiyi bərbərxananın qarşısında saxlanılmış, ondan üzərində narkotik vasitələrin olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə yoxdur, lakin onda külli miqdarda narkotik vasitə var. Daha sonra o, işlədiyi bərbərxananın içərisində saxladığı narkotik vasitələri onlara təqdim etmiş, videoçəkilişlə narkotik vasitə götürülmüş, elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq Saatlı Rayon Polis Şöbəsinin təhqiqat bölməsinə təhvil verilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı olmamışdır. Əməliyyat tədbirindən sonra da Təqsirləndirilən şəxs narkotik vasitələrin şatışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Saatlı rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, 15 sentyabr 2025-ci il tarixdə Saatlı rayon PŞ-nin əməkdaşı Şahid1 Saatlı rayon Mustafabəyli kənd sakini Fuad adlı şəxsin üzərində külli miqdarda narkotik vasitələri gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin günü əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri ilə birlikdə Mustafabəyli kəndinə Təqsirləndirilən şəxs işlədiyi bərbərxananın qarşısında onu saxlamışlar, ondan üzrərində narkotik vasitələrin olubolmaması soruşulduqda, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin olmadığını, lakin bərbərxananın içərisində külli miqdarda narkotik vasitələr olduğunu bildirmiş və özü narkotik vasitəni onlara könüllü təqdim etmişdir. Narkotik vasitə qablaşdırılmış və Saatlı Rayon Polis Şöbəsinin təhqiqat bölməsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Saatlı rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, 15 sentyabr 2025-ci il tarixdə Saatlı rayon, Mustafabəyli kənd sakini Fuad adlı şəxsin narkotik vasitələri əldə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Fuadın Mustafabəli kəndində olacağı yerlər əməliyyat nəzarətinə götürülmüş və onu həmin kənddə yerləşən bərbərxananın qarşısında saxlamışlar. Fuada hüquq və vəzifələri izah edilmiş, o, da öz növbəsində bərbərxananın içərisində kreslonun altında rəngli sellofanın içərisində izolentlə bükülmüş narkotik vasitəni onlara təqdim etmişdir. Təqdim olunmuş kütləyə baxış keçirilmiş və içərisindən həşişə bənzər kütlə aşkar edilmiş, daha sonra sənədləşdirilmiş, qablaşdırılmış və Saatlı Rayon Polis Şöbəsinin təhqiqat bölməsinə təhvil verilmişdir. Fuad saxlanılan zaman onlara narkotik vasitəni 10-15 gün əvvəl Bakı şəhərində İran vətəndaşından əldə etdiyini bildirmişdir. Fuadın narkotik vasitələrin satışı ilə bağlı məlumatı olmamış, yalnız saxlması və daşıması badərə əməliyyat məlumatı olmuşdur. O, 3 ildir Saatlı Rayon Polis Şöbəsində çalışır, ona görə də 3 ildən əvvəl Fuadın narkotik vasitələrdən istifadə edib-etməməsi barədə heç nə deyə bilmir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” 16 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, 15 sentyabr 2025-ci il tarixdə saat 16:30 radələrində Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Saatlı rayonu Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı kənddə yerləşən özünə məxsus bərbərxanada saxlanılmış və bərbərxanadakı oturacağın altında satış məqsədi olmadan qanunsuz olaraq saxladığı və təqdim etdiyi 1 ədəd polietilen torbada külli miqdarda, təmiz çəkisi 1605,0 qram (1 kq 605 qram) olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həşiş narkotik vasitəsinin aşkar edilərək götürülməsi faktı əsasında Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır.(cild 1, i.v.1) -“Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 15 sentyabr 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Saatlı rayonu, Mustafabəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs yaşadığı kənddə yerləşən işlədiyi bərbərxanaya baxış keçirilən zaman kreslonun altından 1 ədəd rəngli polietilen torbanın içərisindəki üzəri yapışqan lentlə bağlanmış 1 ədəd polietilen bağlamada təmiz çəkisi 1675 qram külli miqdarda narkotik vasitə həşişə oxşar kütlə aşkar edilərək götürülmüşdür.(i.v.8-10) -“Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 15 sentyabr 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Saatlı rayonu, Mustafabəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs yaşadığı kənddə yerləşən işlədiyi bərbərxanada kreslonun altından aşkar olunaraq götürülmüş 1 ədəd rəngli polietilen torbanın içərisindəki üzəri yapışqan lentlə bağlanmış 1 ədəd polietilen bağlamada təmiz çəkisi 1675 qram külli miqdarda narkotik vasitə həşişə oxşar kütləyə baxış keçirilərək qablaşdırılaraq götürülmüşdür.(i.v.12-14) -“Şübhəli şəxsin tutulması haqqında” 15 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2025-ci il tarixdə, saat 16:36 radələrində yaşadığı Saatlı rayonu, Mustafabəyli kəndində yerləşən özünə məxsus bərbərxanada şübhəli şəxs qismində tutulmuşdur.(i.v.15) -“Məhkəmə bioloji ekspertizası”nın 16 sentyabr 2025-ci il tarixli, 18/672 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs bərbərxanasından...” sözləri yazılmış polietilen torbada olan 01 ədəd polietilen torbada təmiz çəkisi - 1605,0 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişdir.(i.v.36-38) -“Cinayət işinin icraata qəbul edilməsi haqqında” 16 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir.(i.v.42) -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, Saatlı Rayon Məhkəməsinin 4(055)-47/2025 nömrəli, 17 sentyabr 2025-ci il tarixli qərarı ilə Fad Axundov barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (i.v.50-51; 109-112) -“Maddi sübut kimi tanıma haqqında” 17 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi- 1604,90 qram təşkil edən həşiş narkotik vasitəsi maddi sübut kimi tanınaraq saxlanılması üçün Saatlı RPŞ-nin məsul saxlanışına təhvil verilmişdir.(i.v.70) -“Saatlı Rayon Məhkəməsinin” 17 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Saatlı rayonu, Mustafabəyli kəndində yaşayan Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanmasını təmin etmək məqsədi ilə Saatlı RPŞ-nin NMQnun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 təxirəsalınmaz-əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 15 sentyabr 2025-ci il tarixli qərarı qanuni hesab edilmişdir.(i.v.80-81) -“Diskə baxış keçirilməsi haqqında” 18 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, diskdə “VİD-20250916-WA0009” adlı, 84.058 KB həcmində “MP4” formatında videofayl vardır. Həmin videofaylı açdıqda 7 dəqiqə 24 saniyə müddətində video olduğu müəyyən olunmuşdur. Həmin videoya baxdıqda isə müəyyən olundu ki, baxış zamanı Təqsirləndirilən şəxs əməliyyat tədbiri zamanı göstərdiklərini bir daha təsdiq etmiş, bundan başqa narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə edərkən pul vermədiyini, daha sonra hissə-hissə göndərəcəyini, konkret qiymət danışmadıqlarını bildirmişdir. Həmin təqdim olunmuş kütləyə təhqiqatçı tərəfindən baxış keçirilərkən içərisində yaşıl rəngli, toz şəkilli, spesifik iyə malik həşişə oxşar kütlə olması müəyyən edildi. Həmin 1 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli bağlama sellofanda qablaşdırılıb, möhürlənmiş, iştirakçılar tərəfindən üzərində imza edildikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 1 ədəd açar və açarlıq onun özünə qaytarılmışdır. Daha sonra videoçəkiliş dayandırılmışdır.(i.v.82-83) -“Mobil telefona baxış keçirilməsi haqqında” 19 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefon “Redmi Note 8T” markalı olmaqla ön hissəsi qara, arxa hissəsi göy rənglidir, mobil telefon smartfon tiplidir, toxunuşla idarə olunur, telefonda 2, 3, 2 və 5 nömrəli ekran kilidi vardır. İçərisində qalereya, qısa mesaj, zəng qeydiyyatı, telefon kitabçası ilə yanaşı, “Whatsapp”, “Youtube” və sair proqramlar vardır. Həmin mobil telefonda ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçilirilmiş “Whatsapp” proqramına daxil olduqda orada “Dossssim Baki” adı ilə qeyd olunmuş +**********27 mobil nömrə ilə, həmçinin digər mobil nömrələrə baxış keçirilən zaman mesajlar 24 saat müddətli avtomatik silinmədə olduğu üçün iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonun qalereyasına baxış keçirilirkən müxtəlif vaxtlarda müxtəlif formalarda narkotik vasitə və psixotrop maddələrə oxşar kütlələrin fotoşəkillərinin çəkildiyi müəyyən olunmuşdur. Digər sosial və mesajlaşma proqramlarında və digər bölmələrində iş üçün sübut əhəmiyyəti kəsb edən yazışmalara, mesajlara, şəkillərə, videolara və digər məlumatlara rast gəlinməmişdir.(i.v.84-92) -“Saatlı Rayon Mərkəzi Xəstəxanası” X36 22 sentyabr 2025-ci il tarixli, 18-1-65/2- 699/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Saatlı RMX-nın polklinika şöbəsində MSS-nin üzvü xəstəliyi eplepsik tutmalar və şəxs dəyişikliyi, ruhi xəstəliklə qeydiyyatda durur, lakin narkoloji kabinetlərində və digər xəstəliklə qeydiyyatda yoxdur.(i.v.98-99) -“Cinayət işinin istintaq materiallarında olan "xxxx" MMC-nin 17 noyabr 2025-ci il tarixli 28595 nömrəli məktubuna əlavə edilmiş SD-R-ə baxış keçirilməsi haqqında” 19 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, SD-R-də aşağıdakı faylar vardır: “505242325_SMS.txt” adlı faylda ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan mesajlar barədə məlumatlar əks olunmuşdur “***-***-**-** saylı mobil nömrə.txt” adlı faylda ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan mesajlar barədə məlumatlar əks olunmuşdur “abuneciler13055.xls” adlı faylda ***-***-**-** mobil telefon nömrəsinə daxil olan, çıxan zənglərin və mesajların mobil nömrələrin kimlərin adına qeydiyyatda olması barədə məlumatlar əks olunmuşdur. “antena13055.xls” adlı faylda ***-***-**-** mobil telefon nömrələrinə olan və göndərilən zənglərin və mesajların antenləri barədə məlumatlar əks olunmuşdur. Mobil telefon danışıqlarına dair məlumatlar təhlil olunarkən, iş üçün əhəmiyyət kəsb edən aşağıdakılar məyyən müəyyən olundu: “***-***-**-** mobil nömrə.txt”, və “antena13055.xls” adlı fayllara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumatlara rast gəlinməmişdir. “505242325_SMS.txt” adlı fayla baxış zamanı aşağıdakı məzmunda mesajlar müəyyən olunmuşdur: -xx.xx.2025-ci il tarixdə saat 21:29:08-də ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Emoglu aldiqim puldan 100 atdim bu gun sene.bawva donerem”, saat 21:30:08-də ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “opurem qaqam narahat olma bawua donerem ureyimsen he geldi sagol”, -xx.xx.2025-ci il tarixdə saat 19:40:33-də ***-***-**-** mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “a yeke mujiksen telfoni zadi acmirsan ag saqal siqaretsiz it kimi uluyur kontir yoxundu olsa atene qoymamisiz damaziga qala kredit”, -xx.xx.2025-ci il tarixdə saat 16:04:41-də ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Bebe zeng ele men uje, kecdim rewidin magazasini”, saat 16:04:50-də “Alo?”, saat 21:12:48-də “Abi mene yig tecili tapamiram”, saat 21:12:55-də “Hara qoymusan?”, -xx.xx.2025-ci il tarixdə saat 11:47:46-da ***-***-**-** mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Demir qabi yadundan cixarma”, saat 11:55:05-də “Catiram”, -xx.xx.2025-ci il tarixdə saat 16:23:00-da ***-***-**-** mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ay qa 10 manat pulum var atim karta”, -xx.xx.2025-ci il tarixdə saat 18:13:29-da ***-***-**-** mobil nömrədən ***-***-**-**-də “Emoglu 4 deyqeye atram pulu”, -xx.xx.2025-ci il tarixdə saat 19:47:27-də ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Qaqa 10 manat atim kartina”, saat 21:34:28-də “Qaqa atim kartina pul”, -xx.xx.2025-ci il tarixdə saat 12:45:08-də ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “menem emioglu Aga”, saat 15:10:04-də ***-***-**-** mobil nömrədən ***- ***-**-**-də “Emoglu geliim? cay icey....axwam sene 100 pul verecem”, -xx.xx.2025-ci il tarixdə saat 01:49:11-də ***-***-**-** mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Meni colde vayifat edirem yeke oglansan tay ne dedin eledim meni bu vaxti gicley niye qoyursan tay yarim saat 2saat oldu”, -xx.xx.2025-ci il tarixdə saat 15:29:26-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**- ** mobil nömrəyə “Abi sene pul atacam birazdan. Bawva donum meni yaddan cixarmada”, -xx.xx.2025-ci il tarixdə saat 15:31:37-də ***-***-**-** mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qaqa bawua donerem dunen deyirsen 100 atiram 60 atirsan dedim axi sene men vacib atmaliyam bakiya men indi lomkada oturmuwam varypxuna nehlet her nese daniwariq”, saat 17:00:31-də “and ola qeyretime 67 manata gore nece saatdi menim duzelmir inanirsan qaqa? mennen elaqe saxla bidene qaqa” -xx.xx.2025-ci il tarixdə saat 12:54:45-də ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Emoglu nagarsan.sene yaxwi pul vermey isdeyireme”, -xx.xx.2025-ci il tarixdə saat 19:14:33-də ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Qaqam 15 onu elebbidene beyakibaziydib onu sen ikmizin cqni yaxsi et xeber et pulu atim gellem”, -xx.xx.2025-ci il tarixdə saat 11:27:50-də ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Aga Allahmiza and olsun qizillarim bankda batir.bu gun axrinci gundu.bidene banka deyim .senen elaqe saxlayiram”, xx.xx.2025-ci il tarixdə saat 17:03:16-da “Aga Allaha and olsun indi kocub pul.yarim saat olar.oncun gec atdim”, xx.xx.2025-ci il tarixdə saat 23:38:31 “Ay emoglu veziyet pisdi qaqa.mene komek et aga.2 gundu qalxa bilmirem”, xx.xx.2025-ci il tarixdə saat 23:41:57-də ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “yigarsan qaqa”, xx.xx.2025-ci il tarixdə saat 15:03:10-da ***-***-**-** mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Aga cox sagol brat.meni veziyetden cixardin.bawva donerem.yaddan cixarmaram mende.bawva donerem”, -xx.xx.2025-ci il tarixdə saat 15:13:51-də ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrədən “Qaqa gec olacaqsa atma.qaqa tobe mawin tapmiwam.oda cixib gedir.gucnen saxlamiwam.5 deyqe demiwem gozde.gozdemir.5 deyqeye ata bilirsen?”, -xx.xx.2025-ci il tarixdə saat 18:18:55-də ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Qaqa bawva donum namiqden at pulu.sonra gedinde hara gedesizse.vacibdi tobe”, -xx.xx.2025-ci il tarixdə saat 08:47:34-də ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Ay balam resıdı daş var ella”, saat 08:48:05-də “Bırazdan yığım senı”, -xx.xx.2025-ci il tarixdə saat 00:30:34-də ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Yeke oğlansan onedı balaca birşey qoymaan” -xx.xx.2025-ci il tarixdə saat 08:45:21-də ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “dosim duranda xeber ed on cekim firiyimda iwden cixanda atacam kartua hec vidide bilmesin se alfon verecem”, -xx.xx.2025-ci il tarixdə saat 18:16:41-də ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Qaqa salam çay içmak isurduk 10?”, -xx.xx.2025-ci il tarixdə saat 19:31:20-də ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Qaqa yene basdadun masennikliy elemeye?”, saat 19:32:19-da “Axı bele danismamusdug Qaqa? İncidme de qaqani, sene dedim axi ehtiyac var”, saat 19:45:28-də “Qaqa yene basdama da qardaşım”, xx.xx.2025-ci il tarixdə saat 03:02:05-də “Ay qaqas bele eleme, bu gunnen iş qurarmir.bugunun sarayında fikirles. Sen bura gelen de Men senin üçün elimnen geleni eliyirem.budu senin sagolun?”, saat 03:03:32-də “Qaqa zengin zadun lazım dor, heç telefonunda acma. Mene pul at Men qıznan görüşüb aynoyun goturmeliyem”, xx.xx.2025-ci il tarixdə saat 01:01:53-də “Yeke oglansan kusub incimey vaxdi dor. Cavab ver danisag meslehetnen bir qerara gelsey.”, xx.xx.2025-ci il tarixdə saat 14:49:40-da “Ac canavar biraz pul ata bilmersen qaqana?”, saat 17:09:25-də “X40 o pulu at. Qardaşım camaata pul atmaliyam.”, -xx.xx.2025-ci il tarixdə saat 12:18:34-də ***-***-**-** mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Aga salam qardaw. Netersen? Qaqa bawva donerem dunen sene pay getriceydim. Prosda brat elimden aldi veren uwaq. emoglu mendeydi getrirdim.hemen uwaqa yigarsan”, -xx.xx.2025-ci il tarixdə saat 15:23:40-da ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Resıdı”, saat 15:27:23-də “Ay qaqa acde telı”, saat 15:28:13-də ***-***-**- ** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Hardan gotrum pulu hara qoyum”, -xx.xx.2025-ci il tarixdə saat 13:17:30-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**- ** mobil nömrəyə “Qaqa sen canin o pulu at . Allahaqi uwaq yigir bayaqdan. Bawim xarab olub”, saat 13:23:54-də “Qaqa telfonum bagli olar. Karti yazira.5239.1517.9130.2733”, 13:29:48-də “Ay qaqa seni gozdeyrem. Nazim Allahaqi cox vacibdi”, saat 14:24:27-də “Ay qaqa bu hereketdi. Pulu atda qaqa.dedim pis veziyetdi”, saat 14:06:37-də “Nazim Allahaqi duz elemirsen mene qarwi.senden gozdemezdim. Pulu atsan qaqa? He yox”, xx.xx.2025ci il tarixdə saat 14:53:27-də “Ay nazim pulu at. Allahaqi yaxwi olmaz sene”, -xx.xx.2025-ci il tarixdə saat 17:42:48-də ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “qaqa axwama pil catmaldi”, saat 19:25:59-da “qaqa alahqi bugunen oyanasi yoxdi kiwde yigib direnib oni hel ele mende qadaldiyam mecubir eliyirsen binda pozim yeke oglansan”, saat 19:27:45-də “kiwi dirrnibki gel mrnde gotir gedey”, xx.xx.2025ci il tarixdə saat 20:35:48-də “qaqa pil tap varxin sikim pis olacaf”, -xx.xx.2025-ci il tarixdə saat 19:59:09-da ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “emoglu hec kim bilmesinde bizim goruwmeymizi. Ola bilsin yene yigdim”, -xx.xx.2025-ci il tarixdə saat 15:38:52-də ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Qaqa burdayiq ber bemoaning qanaginda pul duzelib Biden tez a”, xx.xx.2025-ci il tarixdə saat 15:39:44-də ***-***-**-** mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa rayondayam. 15 20 deyqe firanin gellem”, -xx.xx.2025-ci il tarixdə saat 10:30:44-də ***-***-**-** mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Aga salam qardaw. Emoglu iwin duzelmir hele? Yarim metre 1 metre lazim idi”, -xx.xx.2025-ci il tarixdə saat 01:17:35-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**- ** mobil nömrəyə “Dima atarsan doqaza salafada nolar götrerem”, saat 17:52:29-da “Dima indi çıxacam tefonu bi dieqeliy açde”, saat 18:03:55-də “Dima cavab verde ureymi partadma”, 18:07:39-da “Seni gözdirem çıxmaxa”, saat 18:28:59-da Bele etmede”, -xx.xx.2025-ci il tarixdə saat 19:16:45-də ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Qaqa cabirdi mene zeng ele”, saat 20:00:48-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa adboy verir. Gozde biraz. 5239.1517.9130.2733”, -xx.xx.2025-ci il tarixdə saat 14:40:49-da ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Burda otrmwam ee qaqa”, saat 14:41:44-də “Nagarim qaqa bir kelme he yox de daa abektin qabagndayam?”, -xx.xx.2025-ci il tarixdə saat 16:29:19-da ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Abi acda bunu.vacib sozum var xeyrimize”, saat 21:57:44-də “He qaqa?zeng elemisen”, -xx.xx.2025-ci il tarixdə saat 17:17:37-də ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Qaqa uwaqdan pul almiwam. İsdeyor pulun oncun yigirdim. Bir soz yazda”, -xx.xx.2025-ci il tarixdə saat 17:02:03-də ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrədən “Dima qaqa Allahaqi pul lazimdi bunda isdeyen var. Mecbur vermeliyem. Pulu ata bilmirsense verimde bunu, saat 17:07:36-də “Qaqa bawva donum 30 at gel burda 10 verecem. Arxayin ol”, saat 17:37:47-də "5239.1517.9130.2733”, -xx.xx.2025-ci il tarixdə 01:36:41-də ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Fuad ciyrmi yandirma ani” məzmunda mesajlar yazılmışdır. Bundan başqa, ***-***-**-** mobil nömrənin X11 adına, ***-***-**-** mobil nömrənin X9 adına, ***-***-**-** mobil nömrənin X20 adına, ***-***-**-** mobil nömrənin X11 adına, ***-***-**-** mobil nömrənin X2 adına, ***-***-**-** mobil nömrənin X16 adına, ***-***-**-** mobil nömrənin X12 adına, ***-***-**-** mobil nömrənin X10 adına, ***-***-**-** mobil nömrənin X17 adına, ***-***-**-** mobil nömrənin X1 adına, ***-***-**-** mobil nömrənin X7 adına, ***-***-**-** mobil nömrənin X4 adına, ***-***-**-** mobil nömrənin X5 adına, ***-***- **-** mobil nömrənin X8 adına qeydiyyatda olduğu müəyyən olunmuşdur.(i.v.133-138) -“Ambulator məcburi narkoloji tibbi yoxlama”nın 03 oktyabr 2025-ci il tarixli, 6137 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji Tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür.(i.v.142- 143) -“Ambulator məhkmə-psixiatrik ekspertizası”nın 17 oktyabr 2025-ci il tarixli, 3545 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.(i.v.145-146) -“Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir.(i.v.163-183) -“Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli qərardan görünür ki, 15 sentyabr 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” və “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokollara əlavə edilmiş 2 ədəd CD iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.163-183) -“Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 20 dekabr 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamam əlavə və dəyişiklik edilərək, o, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir.(i.v.185-186) Məhkəmə tərkibi iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 1605,0 qram çəkidə həşiş narkotik vasitəsini, əldə edib üzərində saxlayaraq daşıması onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və qeyd edilən kütlələri qanunsuz olaraq satış məqəsi ilə əldə etdiyindən əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli biliinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında narkotik vasitələrin satışı ilə məşğul olmaması, işlətdiyi bərbərxanadan aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən həşişi öz istifadəsi üçün əldə etməsi ilə bağlı ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq və məhkəmə istintaqı zamanı qismən etirafedici ifadələri, iş üzrə dindirilmiş şahid ifadələri audio-video yazılar, baxış keçirilməsi haqqında protokol və əlavəsi olan fotocədvəl, telefonlara baxış keçirilməsi haqqında protokol, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər obyektiv halları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxs göstərdikləri digər sübutlarla təsdiqini tapmadığından, məhkəmə həmin halları təqsirləndirilən şəxsin özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzanı yüngülləşdirmək məqsədi daşıdığı üçün həqiqətəuyğun olmayan hesab edir və həmin hissədə sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefonda istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp”da “Dossssim Bakı” adı ilə qeyd olunmuş +**********27 saylı mobil nömrə ilə, həmçinin digər mobil nömrələrlə aparılmış yazışmalar 24 saat müddətli avtomatik silinmədə olduğu üçün hər hansı bir məlumat və həmin şəxslərin şəxsiyyətləri təhqiqat orqanı tərəfindən müəyyən edilməmişdir. Lakin mobil nömrədə mövcud olan zənglər, SMS-lər və telefonun qalereyasında olan fotoşəkillər işin faktiki halları ilə müqayisə edildikdə Təqsirləndirilən şəxs həqiqətən narkotik vasitəni götürmək üçün Bakı şəhərinə getməsi, əldə etdiyi narkotik vasitə hesab edilən həşişi işlədiyi bərbərxanada olan kreslonun altında saxlaması işin mübahisəsiz halıdır və həmin hal digər sübutlarla da təsdiq edilmişdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən həşiş narkotik vasitə hesab edilir. Siyahılara əsasən narkotik vasitə həşişin 1 qramı xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, 100 qramı külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, 10000 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs məxsus bərbərxanada aşkar edilmiş narkotik vasitə olan həşiş ekspert tədqiqatından sonra qalıq qalmış çəkisi 1605,0 qram qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar şəxsi istehlak miqdarından 1604,0 qram çoxdur. Bundan başqa, məhkəmə istintaqında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, adətən narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. İranlı ilə tanış olduqdan sonra narkotik vasitə olan həşişdən bir dəfə istifadə etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1605,0 qram çəkidə narkotik vasitə həşiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”da nəzərdə tutulmuş külli miqdar həddindən dəfələrlə artıq miqdarlarda olmuşdur. Məhkəmə tərkibi hesab edir ki, 1605,0 qram çəkidə narkotik vasitə hesab edilən həşişin təqsirləndirilən şəxs tərəfindən şəxsi istehlakı üçün əldə edilməsi ağlabatan deyil. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus “Redmi Note 8T” markalı “mobil telefona baxış keçirilməsi haqqında” 19 sentyabr 2025-ci il tarixli protokola əlavə edilmiş fotoşəkillərdən (i.v.88-89-90) görünür ki, həmin 07 may 2025, 28 dekabr 2023, 07 may 2020 və 04 mart 2025 tarixləri qeyd olunmuş fotoşəkillərdə Təqsirləndirilən şəxs tərəfindən sellofan və kağız kəsiklərinin üzərində, həmçinin kiçik sellofan qablaşdırmada narkotik vasitələrə və psixotrop maddələrə bənzər kütlələr əks olunmaqla nümayiş etdirilir, həmçinin protokolda (i.v.87-90-91-92) olan digər fotoşəkillərdən görünür ki, həmin 11 iyun 2025, 01 avqust 2025, 22 fevral 2025, 07 aprel 2025, 22 fevral 2025 və 21 avqust 2025 tarixləri qeyd olunmuş fotoşəkillərdə Təqsirləndirilən şəxs tərəfindən içərilərində narkotik vasitələrə və psixotrop maddələrə bənzər kütlələr bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş “şpris”ləri, şüşə borucuqları və “siqaret” oxşar düzəldilmiş bükülüləri əldə tutularaq əks olunmaqla nümayiş etdirilmişdir. Təqsirləndirilən şəxs ona məxsus “Redmi Note 8T” markalı mobil telefonun qalereya bölməsində müxtəlif vaxtlarda, müxtəlif formalarda narkotik vasitə və psixotrop maddələrə oxşar kütlələrin fotoşəkillərinin aşkar edilməsi barədə suallara cavab olaraq, 10 ildən artıq müddətdə narkotik vasitələrdən istifadə etdiyini, bir neçə dəfə özü istifadə edərkən fotoşəkillərini özü üçün çəkib saxladığını və şəkilləri nəyə görə çəkdiyini dəqiq xatırlamadığını bildirmiş, bunula da Təqsirləndirilən şəxs ona məxsus “Redmi Note 8T” markalı mobil telefonun qalereya bölməsində müxtəlif vaxtlarda, müxtəlif formalarda aşkar edilmiş fotoşəkillərdəki kütlələrin müxtəlif narkotik vasitələr və psixotrop maddələr olmasını təsdiq etməklə, həmin narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə nümayiş etdirdiyini təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixlə 8 №-li qərarında məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli həmin qərarının doqquzuncu bəndində qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyidl, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yartdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a) şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b) şəxs belə hərəkətləri qanunsuz etməlidir; c) narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxs külli miqdarda - 1605,0 qram çəkidə narkotik vasitə həşişi, əldə edib üzərində saxlayaraq daşıması onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və qeyd edilən kütləni qanunsuz olaraq satış məqəsi ilə əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. Məhkəmə tərkibi, həmçinin qey edir ki, “cinayət işinin istintaq materiallarında olan "xxxx" MMC-nin 17 noyabr 2025-ci il tarixli 28595 nömrəli məktubuna əlavə edilmiş SD-R-ə baxış keçirilməsi haqqında” 19 noyabr 2025-ci il tarixli protokolla SD-R-də Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan çoxsaylı SMS-lər, narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısını aid SMS mətinləri, Təqsirləndirilən şəxs narkoman olan çoxsaylı müxtəlif şəxslərlə tanışlığı olması ilə yanaşı, həmin şəxslərlə müxtəlif vaxtlarda narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olduğunu sübut edir. “X15 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri,-“əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokol və ona əlavə edilmiş videoçəkiliş, “mobil telefona baxış keçirilməsi haqqında” protokol, "xxxx" MMC-nin 17 noyabr 2025-ci il tarixli 28595 nömrəli məktubuna əlavə edilmiş SD-R-ə baxış keçirilməsi haqqında” protokol, “məhkəmə ekspertizası”nın rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış həşiş narkotik vasitəsi, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v.95) -Saatlı rayon İcra Hakimiyyəti Başçısının Mustafabəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 dekabr 2025-ci il tarixli, 450-451 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonu Mustafabəyli kəndində yaşayır, ailə üzvləri ata-anasından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v.161-162) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ailə və maddi vəziyyəti Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.(CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X24rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X22 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə tutulduğu vaxtdan 15 sentyabrl 2025-ci il tarixdən hesablanmalı və Saatlı Rayon Məhkəməsinin 4(055)-47/2025 nömrəli, 17 sentyabr 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə təyin edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 6137 nömrəli, xx.xx.2025-ci il tarixli rəydən görünür ki, məhkəmə-narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülmüşdür.(i.v 142-143) Qeyd olunanlara və Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 67 (altımş yeddi) manat 30 (otuz) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 67 (altımş yeddi) manat 30 (otuz) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Saatlı Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi-1604,90 qram təşkil edən həşiş narkotik vasitəsi məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 2 (iki) ədəd DVD icraat materiallarının saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı faktiki azadlığının məhdudlaşdırıldığı vaxtdan - 15 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Saatlı Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 1604,90 qram təşkil edən həşiş narkotik vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” və “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” görüntüləri özündə əks etdirən 2 (iki) ədəd DVD icraat materiallarının saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılsın. Ekspertlərə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 67 (altımş yeddi) manat 30 (otuz) qəpik məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ənnağı Məmmədli Hakimlər Cavanşir Nəbiyev Esmira Məmmədova
Məhkəmə qərarları › İş №1(099)-618/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-618/2025
30.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver