Məhkəmə qərarları › İş №1(099)-62/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-62/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-62/2023 12.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9 və müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkilləri- Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1999-cu ildə Masallı rayonu Təzə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Masallı rayonu Təzə Alvadı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və 12 avqust 2004-cü ildə Masallı rayonu Təzə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Masallı rayonu Təzə Alvadı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) CM-in 120.2.1ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Səfərov X10 rayonu Təzə Alvadı kəndində ona və ailə üzvlərinə babalarından qalmış yaşadıqları fərdi yaşayış evindən istifadə və yaşayış hüququ əldə etmələrinə baxmayaraq əmisi xx.xx.1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs həmin evin ona məxsus olduğunu bildirməklə mütamadi olaraq aralarında mübahisələr olmuş, sonuncu xx.xx.2022-ci il tarixdən həmin evdə söküntü işləri aparmağa başlamış, o, buna etirazını bildirməsinə baxmayaraq əmisi hərəkətlərini davam etdirmiş, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs özü ilə gətirdiyi fəhlələrlə birlikdə söküntünü işlərini davam etdirməklə sökülmüş taxtaların onlar tərəfindən oğurlanmasını bildirib onu və ailə üzvlərini nalayiq söyüşlərlə təhqir etmiş, bu səbəbdən həmin evin dəhlizində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək, yaxasından tutub yerə yıxaraq dəhlizin döşəməsindən götürdüyü qəhvəyi rəngli, kustar üsula hazırlanmış, məişət təsərrüfat təyinatlı, soyuq silah hesab edilməyən taxta parçası ilə yaşamaq üçün vacib olan başına və bədəninin müxtəlif nahiyyələrinə bir neçə zərbə vurmuş, həmin vaxt digər otaqda olan qardaşı xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 yatdığı otaqda çarpayının altında olan dəstək və işçi metal hissədən ibarət, ümumi uzunluğu 475 mm, məisşət təsərrüfat təyinatlı, soyuq silah hesab edilməyən məişətdə istifadə etdikləri baltanı götürərək Zərərçəkmiş şəxs üzərinə hücum edib əlindəki baltanın kəsici hissəsi ilə qəsdən sonuncunun baş və bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr vurmuş, o, niyyətini başa çatdırmaq məqsədilə Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında birləşərək hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs ölümünə səbəb olan açıq kəllə-beyin travması, baş beynin əzilməsi, baş beyin toxumasına və yumşaq qişası altına yayılmış qansızma, sol gicgah və ənsə sümüyünün xətti sınığı, sol qulaq seyvanın əzilmiş yarası, sol qulaq seyvanı-ənsənin sol yarısı-boynun sol yan səthi və sol çiyin nahiyəsinin qançırı vahid kompleks təşkil etməklə dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, başın təpə nahiyəsinin, başın alın nahiyəsinin tüksüz hissəsinin, başın təpə nahiyəsinin, sol bazunun, sağ və sol çiyin nahiyəsinin, sol əlin arxa hissəsinin və sol baldır nahiyəsinin sıyrıqları ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, qardaşı Təqsirləndirilən şəxs2 isə əlində olan balta ilə Zərərçəkmiş şəxs sağ çiyin nahiyəsinin sağ döş boşluğuna nüfuz edən kəsilmiş-çapılmış yarası-dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, başın sağ təpə və ənsə nahiyəsinin, sağ çiyin nahiyəsinin bir ədəd kəsilmiş-çapılmış yarası,sol budun və sol diz oynağı nahiyəsinin kəsilmiş-çapılmış yarasıdərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, bu hərəkətləri ilə o, bir qrup şəxs halında, Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Səfərov X6 rayonu Təzə Alvadı kəndində ona və ailə üzvlərinə babalarından qalmış yaşadıqları fərdi yaşayış evindən istifadə və yaşayış hüququ əldə etmələrinə baxmayaraq əmisi Zərərçəkmiş şəxs həmin evin ona məxsus olduğunu bildirməklə mütamadi olaraq aralarında mübahisələr olmuş, sonuncu xx.xx.2022-ci il tarixdən həmin evdə söküntü işləri aparmağa başlamış o, ailə üzvləri ilə birlikdə buna etirazını bildirməsinə baxmayaraq əmisi hərəkətlərini davam etdirmiş, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs özü ilə gətirdiyi fəhlələrlə birlikdə söküntünü davam etdirib onun ailə üzvlərini nalayiq söyüşlərlə təhqir etmiş, bu səbəbdən həmin evin dəhlizində qardaşı Təqsirləndirilən şəxs1 ilə aralarında mübahisə yaranmış, sonuncu Zərərçəkmiş şəxs yaxasından tutub yerə yıxaraq dəhlizin döşəməsindən götürdüyü qəhvəyi rəngli, kustar üsulla hazırlanmış, məişət təsərrüfat təyinatlı, soyuq silah hesab edilməyən taxta parçası ilə yaşamaq üçün vacib olan başına və bədəninin müxtəlif nahiyyələrinə bir neçə zərbə vurmuş, o (Təqsirləndirilən şəxs2), qardaşına kömək etmək və əmisi Zərərçəkmiş şəxs qisas alaraq qəsdən öldürmək qərarına gəlib yatdığı otaqda yerləşən çarpayısının altında olan dəstək və işçi metal hissədən ibarət, ümumi uzunluğu 475 mm, məisşət təsərrüfat təyinatlı, soyuq silah hesab edilməyən məişətdə istifadə etdikləri baltanı götürərək dəhlizə çıxıb qardaşı Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs üzərinə hücum edib əlindəki baltanın kəsici hissəsi ilə qəsdən baş və bədəninin müxtəlif nahiyyələrinə bir neçə zərbə vurmaqla Zərərçəkmiş şəxs sağ çiyin nahiyəsinin sağ döş boşluğuna nüfuz edən kəsilmiş-çapılmış yarası-dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, başın sağ təpə və ənsə nahiyəsinin, sağ çiyin nahiyəsinin bir ədəd kəsilmiş-çapılmış yarası,sol budun və sol diz oynağı nahiyəsinin kəsilmiş-çapılmış yarası- dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, həmin vaxt qrupun digər üzvü olan qardaşı Təqsirləndirilən şəxs1 niyyətini başa çatdırmaq məqsədilə hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs ölümünə səbəb olan açıq kəllə-beyin travması, baş beynin əzilməsi, baş beyin toxumasına və yumşaq qişası altına yayılmış qansızma, sol gicgah və ənsə sümüyünün xətti sınığı, sol qulaq seyvanın əzilmiş yarası, sol qulaq seyvanı-ənsənin sol yarısı-boynun sol yan səthi və sol çiyin nahiyəsinin qançırı vahid kompleks təşkil etməklə dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, başın təpə nahiyəsinin, başın alın nahiyəsinin tüksüz hissəsinin, başın təpə nahiyəsinin, sol bazunun, sağ və sol çiyin nahiyəsinin, sol əlin arxa hissəsinin və sol baldır nahiyəsinin sıyrıqları ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bu hərəkətləri ilə o, bir qrup şəxs halında, Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Masallı rayon Təzə Alvadı kəndindəki babalarından qalmış fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır, özü psixi xəstədir, epilepsiyadan əziyyət çəkir, mərhum Zərərçəkmiş şəxs onun əmisi olmuş, əmisi ilə aralarında ədavət olmuşdur. Belə ki, onların hazırda yaşadığı evin 1/3 hissəsi məhkəmənin qətnaməsi ilə 2018-ci ildə əmisi İbadullaya verilmişdir. Buna baxmayaraq əmisi heç vaxt həmin evdə yaşamamış, son zamanlar isə dəfələrlə onlara gəlib evdən çıxmalarını tələb edərək evə özünün köçəcəyini, onlara evdə yaşamağa imkan verməyəcəyini bildirmişdir. Bu səbəbdən dəfələrlə aralarında mübahisələr baş vermişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 07 radələrində əmisi Zərərçəkmiş şəxs yaşadıqları evin həyətinə daxil olaraq özünə məxsus olan taxtaların güya onlar (Ariz və Təqsirləndirilən şəxs2lar) tərəfindən oğurlandığını bildirərək üzərinə hücum etmişdir. Zərərçəkmiş şəxs onun öldürəcəyini deyərək yaxasından tutaraq boğmağa çalışmışdır. Bu vaxt onun epilepsiya xəstəliyi tutaraq huşunu itirmiş və yerə yıxılmış, ayılan zaman isə xəstəxanada olmuşdur. Zərərçəkmiş şəxs taxta ilə vurmamış, heç bir xəsarət yetirməmiş, onu öldürməmişdir. İstintaq zamanı müstəntiq ona əmisini öldürməyə dair ifadə verməsinə məcbur etdiyinə görə ifadəni imzalamışdır. Psixoloji xəstədir, epilepsiyası var, heç bir günahı yoxdur, həbsdən azad olunmasını xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün onun ibtidai istintaq zamabı verdiyi ifadəsi elan edilmiş, həmçinin həmin ifadənin qeyd olunduğu videogörüntülərə baxılaraq tədqiq edilmişdir. Həmin ifadədə o, bildirmişdir ki, xx.xx.2022-ci ildə Zərərçəkmiş şəxs tanımadığı fəhlə ilə onların evinə gəlmiş və evi sökəcəyini demişdir. Zərərçəkmiş şəxs həqiqətən evin müəyyən hissələrini və damını da sökmüşdür. O, əmisindən xahiş etmişdirlər ki, heç olmasa atası həbsxanadan çıxanadək onlara möhlət versin ki, evsiz qalmasınlar. İbadulla isə onların xahişlərinə məhəl qoymamış, hər gün onları nalayiq sözlərlə təhqir edirmiş. Dəfələrlə evilərinə gələn işıq xəttini də kəsmişdir ki, yaşaya bilməyib evdən çıxsınlar. Onlar isə gedəcəkləri başqa yer olmadığı üçün evdə qalmağa məcbur olmuşlar. xx.xx.2022-ci il tarixdə səhər saat 07 radələrində Zərərçəkmiş şəxs yenə də iki nəfər fəhlə ilə birlikdə söküntünü davam etdirmək üçün yaşadıqları evə gəlmiş, həmin vaxt anası həyəti süpürürmüş, o isə evin sökülmüş vəziyyətdə olan zal hissəsində dayanmışdır. Qardaşı Fəqan isə hələ oyanmamışdı. İbadulla gələn kimi əvvəlki gün söküb kənara qoyduğu taxtaların harada olduğunu soruşmuş, o taxtalardan məlumatı olmadığını bildirmişdir. İbadulla isə onları hədələyərək təhqir etmiş, anasına qarşı nalayiq ifadələr işlədərək onun paltarlarını əynindən çıxarıb soyunduracağını demişdir. Hətta anasının üzərinə getmişdir. O Zərərçəkmiş şəxs ilə əlbəyaxa olmuş, sonuncu müqavimət göstərərək onun əynində olan köyənəy dartaraq arxa hissəsini çırmış, lakin ona xəsarət yetirə bilməmiş, həmin vaxt o, söküntü zamanı evdən çıxarılmış taxta parçasını əlinə götürüb Zərərçəkmiş şəxs yaxasından tutub dartaraq yerə yıxmışdır. İbadulla üzü üstə yerə yıxılandan sonra əlindəki taxta parçası ilə İbadullanın başına, belinə və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirmiş, həmin vaxt qardaşı Təqsirləndirilən şəxs2 onun İbadulla ilə dalaşdığını eşidərək əlində balta ilə otaqdan çıxaraq yerdə üzü üstə uzanmış vəziyyətdə olan İbadullanı əvvəlcə baltanın iti ucu ilə sol ayağına 2-3 zərbə sonra isə baş və boyun nahiyələsinə bir neçə zərbə vurmuşdur. Həmin vaxt o da İbadullanın başına taxta ilə vururmuş. O və qardaşı Fəqan İbadullanı öldürmək məqsədi ilə əsasən onun baş nahiyəsinə olmaqla bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmuşdur. İbadulla əvvəlcə qışıqırsa da, qardaşının balta ilə zərbələr vurmasından sonra xırıldamağa başlamışdır. Zərərçəkmiş şəxs tamamilə hərəkətsiz qaldığını, yəni öldüyünü gördükdən kənar çəkilmişlər. xx.xx.2022-ci il tarixdə gəlib anasını təhqir edərək söyməsi onu daha da qəzəbləndirmiş, bu səbəbdən İbadullanı öldürmək qərarına gəlmişdir. Qardaşı Fəqan əlində balta ilə gəlmiş, o taxta ilə qardaşı Fəqan isə balta ilə İbadullanı vurmuş, İbadulla zərbələr dəydikcə qışqırırmış, İbadullanın tez ölməsi üçün çoxsaylı zərbələr vurmuşlar. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “Zərərçəkmiş şəxs taxta ilə vurmamış, heç bir xəsarət yetirməmiş, onu öldürməmişdir. İstintaq zamanı müstəntiq ona əmisini öldürməyə dair ifadə verməsinə məcbur etdiyinə görə ifadəni imzalamışdır” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edir və sübut kimi qəbul edir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən babasından atasına vərəsəlik əsasında keçmiş ikimərtəbəli fərdi yaşayış evində yaşamış, mərhum əmisi Zərərçəkmiş şəxs babasından atasına vərəsəlik qaydasında qalmış evə görə mütəmadi olaraq mübahisə etmişdir. Atası ailədə 4 qardaş, 4 bacı ümumilikdə 8 uşaq olsalar da, əmisi Zərərçəkmiş şəxs başqa evə görə atası ilə mübahisə edən olmamışdır. Yaranmış mübahisənin həlli kimi evin 1/3-ni əmisi İbadullanın mülkiyyətinə, 2/3-nü isə atasının mülkiyyətinə verilməsi ilə bağlı məhkəmə qətnamə çıxarılmışdır. 2022-ci ilin yanvar ayında əmisi İbadulla yenidən onların yaşadığı evə gələrək atası Farizlə həmin ev üstündə yenidən mübahisə etməyə başlamış və evi tamamilə sökəcəyini bildirmişdir. Aralarında yaranmış mübahisə zəminində atası İbadullanın haqsız rəftarından və mübahisələrindən bezərək ona xəsarət yetirmişdir. Həmin xəsarətin yetirilməsi səbəbindən atası barəsində 2022-ci ilin aprel ayında məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Atasının məhkum edilməsindən sonra əmisi İbadulla tez-tez yaşadıqları evə gələrək evin ona düşən pay hissələrini sökməyə və əşyaları aparmağa başlamışdır. Onlar həmişə İbadullaya onlara düşən pay hissəni sökməməyi, özünə düşən pay hissəni isə sökə biləcəyini demiş, lakin İbadulla atasının məhkum olmasından istifadə edərək 2022-ci ilin aprel ayında özünün pay hissələri ilə yanaşı evin ümumi damını və onlara düşən hissələri də sökməyə başlamışdır. Onlar əmisinin onlara aid olan hissələri sökməsi səbəbindən polisə müraciət etmiş, iyul ayının 22nədək əmisi onların yaşadığı evə gəlməmişdir. 22 iyul 2022-ci il tarixdə saat 09 radələrində isə əmisi İbadulla yanında 3 fəhlə ilə gələrək söküntü işlərini davam etdirməyə başlamış, anası Şəlalə İbadullaya damı sökmək hüququnun olmadığını bildirsə də, İbadulla anası Şəlalənin dediklərinə məhəl qoymayaraq evin damını sökməyə davam etdirmişdir. 31 iyul 2022-ci il tarixdə səhər 07 radələrində o, evin otağında yatarkən səsə oyanmış, əmisinin yanında Raqif və Elnur adlı fəhlələrlə yaşadqları evə daxil olarkən qardaşı Arizin yerdə uzanıqlı vəziyyətdə olduğunu, əmisi İbadullanın isə anasının üzərinə cumduğunu və söydüyünü görmüşdür. Bu hala əsəbləşərək yerdən taxta parçasını götürmüş və əmisi İbadullanın üzərinə cumaraq onun üz nahiyyəsinə zərbə vurmuş, daha sonra əmisi özü ilə gətirdiyi baltanı yerdən götürərək əmisinin baş və bədən nahiyyələrinə zərbələr vurmuşdur. İbadullanın tərpənmədiyini gördükdən sonra ondan əl çəkmiş və qardaşı Arizi xəstəxanaya aparmışdır. Əmisi İbadullanı öldürmək niyyəti olmamış, lakin əmisinin onu və ailəsini uzun müddətdir ki, incitdiyinə, atasını haqsız yerə həbs etdirdiyinə, evlərinin sökülərək ailəsinin küçələrdə qalmasına dözə bilməyərək əmisini öldürmüşdür. Lakin, qardaşı Təqsirləndirilən şəxs1 əmisi İbadullaya heç bir xəsarət yetirməmiş, onu öldürməmiş, balta və taxta ilə zərbələr vurmamışdır, Ariz epilepsiya xəstəsidir, onu günahı olmadığına görə qardaşının azadlıqa buraxılmasını xahiş edir. Öz əməlinə gəldikdə isə, peşimandır, yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, hadisə günü qardaşı evin dəhlizində, anası isə həyətdə olmuş, əmisinin evin onlara aid olan hissəsini sökməyə başlamış, qardaşı Ariz əmisi İbadullaya onlara düşən hissəni sökməməsini bildirdikdə, əmisi “sökürəm, yaxşı edirəm, canınızı da alacam” deyə bildirmiş və ailələrini nalayiq formada təhqir etmişdir. Əmisinin onları təhqir etməsini görən qardaşı Ariz İbadulla ilə mübahisə etməyə başlamış, bir müddət sözlü mübahisədən sonra Ariz və İbadulla əlbəyaxa olmuşdur. O qardaşı və əmisinin əlbəyaxa olmasını görüb yatdığı otaqdan sökülmüş vəziyyətdə olan dəhlizə çıxaraq otağın giriş qapısının yanında durmuş, qardaşı Ariz əmisini yerə yıxaraq taxta parçası ilə baş və sifət nahiyyəsinə bir neçə dəfə bərk zərbə vurmuşdur. O qardaşının əmisini yerə yıxaraq əlindəki taxta ilə vurduğunu görüb yatdığı otağa qayıdaraq çarpayının altında olan baltanı götürüb dəhlizə çıxaraq baltanın qabaq hissəsi ilə yerdə üzü üstə uzanıqlı vəziyyətdə olan İbadullanın başına, çiyninə və ayağına bərk zərbələr vurmuşdur. Zərbələrin təsirindən əmisinin hərəkətsiz qalmasını və xırıldadığını görüb qardaşı ilə təkrar zərbələr vurmağı dayandırmışdır. Məhkəmə qeyd olunan iki ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar digər təqsirləndirilən şəxs olan qardaşı Təqsirləndirilən şəxs1 müdafiə məqsədini daşıdığı qənaətinə gəlir və sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X9 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun əri olmuşdur. İbadulla ilə evləndiyi gündən İbadulla qardaşı Şahid9 ailəsi ilə birlikdə yaşadığı ata evi üstündə mübahisələri olmuşdur. Ərinin həmin evin tikintisində fəhlə kimi işləməsini və müəyyən vəsait xərcləməsini əsas gətirərək həmin evin ona aid olmasını demişdir. Qardaşı Fariz isə İbadullaya həmin evin ataları Nəhmət tərəfindən vərəsəlik qaydasında birinciyə verildiyini bildirərək evin özünə aid olduğunu demiş, bu səbəbdən də daima İbadulla ilə Fariz arasında mübahisə olmuşdur. Əri İbadulla ədalətli bölgünün olması üçün 2018-ci il tarixdə Masallı rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə isə ərinin iddiasını qismən təmin edərək evin 1/3 hissəsini ərinin mülkiyyətinə, 2/3 hissəsini isə Farizin mülkiyyətinə vermişdir. Əri isə həmin evdə yaşaya bilməyəcəyindən ozünə düşən hissədəki əşyaları və evin hissələrini sökmək qərarına gəlmişdir. O əri İbadulla ilə birlikdə 2022-ci ilin yanvar ayının sonlarında Farizin ailəsi ilə birlikdə yaşadığı 1/3 hissəsi ərinə məxsus olan evdə olan qab-qaşıq gətirmək üçün getmiş, həminvaxt İbadulla ilə Fariz arasında mübahisə yaranmış və mübahisə əsnasında Fariz əlindəki lomla İbadullanın başına zərbə endirmişdir. Fariz əri İbadullaya xəsarət yetirdiyinə görə 2022-ci ilin aprel ayında 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Əri Farizin belə əməl tutmasından qəzəblənib bir də o evə getməmək üçün evin özünə düşən hissəsini tamamilə sökmək qərarına gəlmişdir. O, dəfələrlə İbadullaya həmin evə getməməsini bildirsə də, İbadulla onun dediklərinə məhəl qoymamışdır. İbadulla 2022-ci ilin iyul ayının ortasından sonra fəhlələrlə birlikdə evin özünə düşən hissəsinin söküntüsü ilə məşğul olmağa başlamışdır. 31 iyul 2022-ci il tarixdə səhər saatlarında İbadulla evdən çıxarkən ona fəhlə kimi işləyən Raqib və Elnur adlı həmkəndliləri ilə birlikdə Farizin ailəsinin yaşadığı evin özünə düşən hissəsini sökmək üçün həmin evə gedəcəyini bildirmişdir. 31 iyul 2022-ci il tarixdə saat 12 radələrində Əsəd adlı həmkəndlisi yaşadığı evə gələrək əri İbadullanın xəstəxanaya düşdüyünü deyib onu öz maşını ilə xəstəxanaya aparmışdır. O xəstəxanaya getdikdə məlum olmuşdur ki, əri Zərərçəkmiş şəxs qardaşı oğlanları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən öldürülmüşdür. Əlavə olaraq bildirmişdir ki, hadisənin şahidi olmuş, İbadullanın evi sökmək üçün özü ilə birlikdə apardığı fəhlələrdən biri olan Raqibdən hadisənin necə baş verdiyini soruşduqda Raqib ona evin ikinci mərtəbəsində yerləşən dəhlizdə İbadulla ilə Arizin mübahisə etdiyini, mübahisə münaqişəyə çevrildiyini, münaqişə əsnasında Arizin əmisi İbadullanı yerə yıxıb dəhlizdən götürdüyü taxta ilə onun başına və bədənin müxtəlif nahiyələrinə zərbələr endirdiyini, bunu görən Farizin kiçik oğlu Fəqanın da əlində balta ilə yataq otağından çıxaraq qardaşı Ariz ilə birlikdə əmisinin başına ayağına və bədənin müxtəlif nahiyyələrinə zərbələr yetirərək onu öldürdüklərini demişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, fəhlə kimi işləyir, Zərərçəkmiş şəxs onun həmkəndlisi olmuşdur. İbadullanın uzun müddətdir ki, onunla eyni kənddə yaşayan qardaşı Şahid9la atalarından miras qalmış evlə bağlı aralarında mübahisələri olmuşdur. Hadisədən təxminən bir həftə əvvəl İbadulla onunla əlaqə saxlayıb qardaşı Farizin ailəsi ilə birlikdə yaşadığı evin özünə düşən hissəsini söküb aparacağını demiş və ondan fəhlə kimi evin söküntüsündə kömək etməyini istəmişdir. Onunla birlikdə həmkəndlisi Elnurla da fəhlə kimi işləməsi üçün razılaşmışdır. xx.xx.2022-ci il tarixdə səhər təxminən saat 07 radələrində İbadulla öz maşını ilə gəlib onu evindən götürüb Farizgilə gətirmişdir. Elnur da onlarla birlikdə gəlmişdir. Həyətdə olarkən İbadulla söküntüdən qalan taxtaların olmadığını bildirib Arizin üstünə cumaraq taxtaların harada olmasını soruşaraq onları taxtaları oğurlanmasında ittiham etmiş və təhqirə keçmişdir. İbadulla həmin vaxt Arizin köynəyini cırmış, daha sonra Təqsirləndirilən şəxs2 oraya gələrək balta ilə əmisi İbadullaya zərbə vurmuşdur, Təqsirləndirilən şəxs1 isə əmisinə heç bir xəsarət yetirməmişdir. Şahid1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, hadisə zamanı İbadulla Arizin üzərinə gedərək ondan bir daha taxtaların harda olduğunu soruşmuş, əlbəyaxa olmuşlar Ariz oradan taxta parçası götürərək İbadullanın başından vurmuşdur. İbadulla qışqıraraq üzü üstə yerə yıxılmış, Ariz əlində olan taxta parçası ilə İbadullanın başına əlavə bir neçə zərbə də vurmuş, İbadulla yerdə üzü üstə uzanıqlı vəziyyətdə dayanıb əllərini başına qoyaraq zərbələrin başına dəyməsinin qarşısını almağa çalışmışdır. Həmin vaxt Farizin kiçik oğlu Təqsirləndirilən şəxs2 əlində balta ilə otaqdan çıxıb birbaşa İbadullanın üzərinə gedərək yerdə uzanıqlı vəziyyətdə olan İbadullanın bədəninə zərbələr vurmuşdur. Məhkəmə Şahid1 həm ibtidai istintaq, həmdə məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi məlumatları tədqiq etmişdir. Belə ki, Şahid1 məhkəmə baxışı zaman ifadəsində “Təqsirləndirilən şəxs1 isə əmisi Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş” sözlərini bildirmiş, lakin ibtidai istintaq zamanı ifadəsində “Ariz əlində olan taxta parçası ilə İbadullanın başına bir neçə zərbə vurmuş, İbadulla yerdə üzü üstə uzanıqlı vəziyyətdə dayanıb əllərini başına qoyaraq zərbələrin başına dəyməsinin qarşısını almağa çalışmışdır” sözlərini göstərmişdir. Məhkəmə qeyd olunan iki ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusat işin faktiki hallarına, iş materiallarına uyğun deyil, digər sübutlarla təkzib olunur. Məhkəmə onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 müdafiə məqsədini daşıdığı qənaətinə gəlir və sübut kimi qəbul etmir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. İşi üzrə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun övladlarıdır. Ailə üzvləri ilə birlikdə qaynatası Nəhmət Səfərovdan əri Farizə miras qalan Masallı rayon Təzə Alvadı kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evində yaşayır. Əri Farizlə qaynı İbadulla arasında uzun müddət idi ki, həmin ev üstündə mübahisə etmiş, İbadulla daima həmin evin tikintisində işlədiyini və evin tikintisi üçün müəyyən qədər vəsait ayırdığını əsas gətirərək evin özünə məxsus olmasını tələb edirmiş. 2018-ci il tarixdə İbadulla Masallı rayon məhkəməsinə müraciət edərək evin ozünə məxsus olması ilə əlaqədar iddia tələbi irəli sürmüşdür. Məhkəmə isə İbadullanın iddiasını qismən təmin edərək evin 1/3-ni İbadullaya, 2/3-nü isə onların mülkiyyətinə vermişdir. Evin məhkəmə qaydasında bölünməsinə baxmayaraq İbadulla teztez yaşadıqları evə gəlib evdən çıxmalarını, evin özünə aid olduğunu deyib əri ilə mübahisə edirmiş. 21 yanvar 2022-ci il tarixdə günorta saatlarında İbadulla arvadı Arzu ilə birlikdə evin özünə məxsus olan hissəsində yerləşən əşyaları aparmaq üçün yaşadıqları evə gəlmiş, həmin vaxt əri ilə İbadulla arasında mübahisə yarandığını və mübahisə əsnasında əri İbadullaya xəsarət yetirmiş, nəticədə 2022-ci ilin aprel ayında əri 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Ərinin məhkumluq həyatı yaşamasından, onların başsız qalmağından istifadə edən İbadulla 2022-ci ilin iyul ayının 20dən sonra yanında gətirdiyi fəhlələrlə birlikdə evin özünə düşən hissəsini, habelə onlara düşən hissələri və evin ümumi damını da sökməyə başlamışdır. 31 iyul 2022-ci il tarixdə saat 07 radələrində İbadulla yanında Elnur və Raqib adlı iki fəhlə ilə birlikdə onların yaşadığı evə gəlmiş, həmin vaxtı o həyəti süpürmüş, Ariz dəhlizdə, Fəqan isə yataq otağında yatmışdır. İbadulla fəhlələrlə birlikdə gəlmiş, söküntü işlərindən qalan taxta parçalarının yerində olmadığını görərək yuxarı qalxmış, səslərdən eşitmişdir ki, İbadulla böyük oğlu Arizin üstünə cummuş, təhqir etmiş, o, səsə getdikdə Arizin epilepsiyası tutaraq yerdə yıxılı vəziyyətdə olduğunu, kiçik oğlunun isə qaynını balta ilə vurduğunu görmüş, qaynının xırıldadığını eşitmişdir. X11 xəsarət yetirməmiş, onu yalnız Fəqan vurmuşdur. Sonra polis əməkdaşları gəlmişlər. Şahid3 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, hadisə günü Arizlə İbadullanın mübahisə etdiyini eşidib yuxarı qalxmış, İbadulla oğlu Arizə söküntüdən qalan taxtaların harda olmasını demiş, həmin vaxt mübahisə başlamış İbadulla ilə Arizin bir-birinin yaxasından tutduğunu görmüş, Ariz qəfildən İbadullanı dartıb yerə yıxmış və dəhlizdə söküntüdən qalan taxta ilə ilk öncə İbadullanın üzünün sol tərəfindən daha sonra başına və bədənin müxtəlif nahiyələrinə zərbələr vurmağa başlamış, İbadulla da qışqırırmışdır. Arizin İbadullanı yerə yıxaraq əlindəki taxta ilə vurmasını görən yataq otağında olan kiçik oğlu Fəqan da yataq otağından əlində atasından qalma balta ilə dəhlizə çıxaraq yerdə uzanıqlı vəziyyətdə olan İbadullaya ilk öncə əlindəki baltanın iti ucu ilə sol ayağından, başının təpə hissəsindən və bədənin müxtəlif nahiyyələrindən zərbələr vurmuşdur. Məhkəmə Şahid3 həm ibtidai istintaq, həmdə məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi məlumatları tədqiq etmişdir. Belə ki, Şahid1 məhkəmə baxışı zaman ifadəsində “Ariz İbadullaya xəsarət yetirməmiş” sözlərini bildirmiş, lakin ibtidai istintaq zamanı ifadəsində “Ariz qəfildən İbadullanı dartıb yerə yıxmış və dəhlizdə söküntüdən qalan taxta ilə ilk öncə İbadullanın üzünün sol tərəfindən daha sonra başına və bədənin müxtəlif nahiyələrinə zərbələr vurmağa başlamış, İbadulla da qışqırırmışdır” sözlərini göstərmişdir. Məhkəmə qeyd olunan iki ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, Şahid3 məhkəmə baxışı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusat işin faktiki hallarına, iş materiallarına uyğun deyil, digər sübutlarla təkzib olunur. Məhkəmə onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları oğlu olan Təqsirləndirilən şəxs1 müdafiə məqsədini daşıdığı qənaətinə gəlir və sübut kimi qəbul etmir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, mərhum X2 onun qardaşı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu isə qardaşı Farizin oğlanlarıdır. Hadisənin baş verdiyi ev onların ata evi olmuş, evi ataları Nəhmət sağlığında qardaşı Farizə vəsiyyət etmişdir. Qardaşı İbadulla atasının sağlığında həmin evin tikintisində fəhlə kimi işlədiyini əsas gətirərək ata evinin özünə aid olduğunu bildirirmiş. Atası isə övladlarının hamısına ev verdiyini Farizə isə ata evini verəcəyini bildirmiş və qardaşı İbadullanın mütamadi olaraq ev tələbinə görə onu evdən qovmuşdur. Atası ölümündən öncə vərəsəlik qaydasında həmin evi qardaşı Farizə vermişdir. Atasının 2000-ci illərin əvvəlində ölümündən sonra Farizlə İbadulla arasında davalar olmağa başlamışdır. İbadulla Masallı rayonu, Təzə Alvadı kəndində başqa evinin olmasına baxmayaraq ata evinin tamamilə özünə məxsus olduğunun əsas gətirərək 2018-ci il tarixdə məhkəməyə iddia vermiş, məhkəmə isə İbadullanın vermiş olduğu iddia tələbi əsasında evin 1/3-nun sonucuya, 2/3nü isə qardaşı Farizin mülkiyyətində olmasını müəyyən etmişdir. 2022-ci ilin yanvar ayında İbadulla 1/3 hissəsi ona aid olan evin sökmək üçün evə gəldikdə Farizlə aralarında mübahisə yaranmış, Fariz İbadullaya xəsarət yetirmiş, nəticədə Fariz 2022-ci ilin aprel ayında 4 ay müddətinə həbs olunmuşdur. Mərhum qardaşı İbadulla xaraktercə bir o qədərə yaxşı insan olmadığı üçün qardaşı Farizin azadlıqdan məhrum edilməsindən sonra evin başsız qaldığını görüb Farizin ailəsinin orda yaşamağına baxmayaraq evin divarlarını, taxtalarını və damını sökməyə başlamışdır. Hadisənin baş verdiyi gün, yəni 31 iyul 2022-ci il tarixdə baş vermiş hadisəni görməmiş, lakin sonradan Farizin arvadı Şəlalə ona danışmışdır ki, evin ikinci mərtəbəsində yerləşən dəhlizdə Arizlə İbadulla mübahisə etməyə başlamış, İbadulla Arizin yaxasından tutmuş, Ariz isə İbadullanı yerə yıxaraq evin ikinci mərtəbəsində yerləşən dəhlizdən götürdüyü taxta parçası ilə İbadullanın başına, üzünə və bədəninin müxtəlif nahiyələrinə vurmuş, bunu görən Farizin kiçik oğlu Fəqan da yatdığı otaqdan əlində balta ilə gəlib İbadullanın bədəninin müxtəlif yerlərinə zərbələr vuraraq öldürmüşdürlər. İş üzrə şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, Mərhum Zərərçəkmiş şəxs onun atası, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə onun əmisi oğlanları olmuşdur. Hadisənin baş verdiyi ev babası Nəhmətin evi olmuşdur. Həmin evi babası Nəhmət sağlığında əmisi Farizə vəsiyyət etmişdir. Atası İbadulla babasının sağlığında həmin evin tikintisində fəhlə kimi işlədiyini əsas gətirərək baba evinin ona aid olduğunu bildirirmiş. Babası 2000-ci illərin əvvəlində ölümündən sonra Farizlə İbadulla arasında davalar olmağa başlamışdı. İbadulla Masallı rayonu, Təzə Alvadı kəndində başqa evinin olmasına baxmayaraq ata evinin tamamilə özünə məxsus olduğunun əsas gətirərək bildiyinə görə 2018-ci il tarixdə məhkəməyə iddia vermiş, məhkəmə isə İbadullanın vermiş olduğu iddia tələbi əsasında evin az hissəsini ona, çox hissəsini isə əmisi Farizin mülkiyyətində olmasını müəyyən etmişdir. Eşitdiyinə görə 2022-ci ilin yanvar ayında İbadulla Fariz arasında mübahisə yaranmış, mübahisə əsnasında əmisi Fariz atası İbadullaya xəsarət yetirmişdir. Bu səbəbdən əmisi Fariz azadlıqdan məhrum edilmişdir. Atası İbadulla xaraktercə bir o qədərə yaxşı insan olmadığı üçün aralarında münasibət yaxşı olmamış, demək olar ki, danışmamışlar. Ata və oğul münasibəti demək olar olmamışdır. Çünki atasının qanuni 3, qeyri qanuni isə çox arvadı olmuşdur. O, atasının ilk arvadından olan oğlu olmuşdur. Sonradan hadisənin şahidi olmuş Raqib və Elnurun danışdığı qədər bilirmiş ki,əmisi oğlanları Ariz və Fəqan atası İbadulla ilə həmin evlə bağlı aralarında baş verən mübahisə zamanı İbadullanı öldürmüşlər, lakin hadisənin şahidi olmamışdır. İşi üzrə şahid qismində dindirilmiş Şahid9 göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qardaşı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə onun övladlarıdır. Ailəsi ilə birlikdə atası Nəhmət Səfərovdan ona miras qalan Masallı rayon Təzə Alvadı kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evində yaşayırmış. 19 aprel 2022-ci il tarixdə qardaşı İbadullaya xəsarət yetirdiyi üçün 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkumluğumun bitməsinə az qalmış 02 avqust 2022-ci il tarixdə cəzaçəkmə müəssisəsində olarkən oğulları Ariz və Fəqanın qardaşı İbadullanı öldürməkdə təqsirli olmalarına görə həbs olunmalarını öyrənmişdir. Azadlığa çıxdıqdan sonra evinə gəlmiş və hadisə gözləri qarşısında baş vermiş arvadı Şəlalədən hadisənin necə baş verdiyini soruşduqda Şəlalə ona 31 iyul 2022-ci il tarixdə saat 07 radələrində İbadulla gələrək oğlanları ilə mübahisə etdiyini, İbadullanın Arizə hücum etməsini, Fəqanın da İbadullanı balta ilə vuraraq öldürdüyünü demişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə tibbi ekspertizasının 30 avqust 2022-ci il tarixli 2022-ci il tarixli 20 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin xarici və daxili müayinəsi zamanı aşkar olunan xəsarətlər-açıq kəllə-beyin travması,baş beynin əzilməsi, baş beyin toxumasına və yumşaq qişası altına yayılmış qansızma, sol gicgah və ənsə sümüyünün xətti sınığı, sağ çiyin nahiyəsinin bir ədəd sağ döş boşluğuna nüfuz edən kəsilmiş-çapılmış yarası, sağ çiyin nahiyəsinin bir ədəd kəsilmiş-çapılmış yarası, başın sağ təpə və ənsə nahiyəsinin iki ədəd, sol budun iki ədəd və sol diz oynağı nahiyəsinin bir ədəd kəsilmiş-çapılmış yarası, sol qulaq seyvanın əzilmiş yarası, başın təpə nahiyəsinin, sol qulaq seyvanı-ənsənin sol yarısı-boynun sol yan səthi və sol çiyin nahiyəsinin qançırı, başın alın nahiyəsinin tüksüz hissəsinin, başın təpə nahiyəsinin, sol qulaq seyvanının aşağı hissəsinin boyun-ənsə nahiyəsini əhatə edən, sol bazunun, sağ və sol çiyin nahiyəsinin,sol əlin arxa hissəsinin və sol baldır nahiyəsinin sıyrıqları. Açıq kəllə-beyin travması, baş beynin əzilməsi,baş beyin toxumasına və yumşaq qişası altına yayılmış qansızma, sol gicgah və ənsə sümüyünün xətti sınığı, sol qulaq seyvanın əzilmiş yarası, başın təpə nahiyəsinin, sol qulaq seyvanı-ənsənin sol yarısı-boynun sol yan səthi və sol çiyin nahiyəsinin qançırı, başın alın nahiyəsinin tüksüz hissəsinin, başın təpə nahiyəsinin, sol qulaq seyvanının aşağı hissəsinin boyun-ənsə nahiyəsini əhatə edən, sol bazunun, sağ və sol çiyin nahiyəsinin, sol əlin arxa hissəsinin və sol baldır nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların),ola bilər ki, ekspertizaya təqdim olunan taxta parçasının təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir. Açıq kəllə-beyin travması,baş beynin əzilməsi,baş beyin toxumasına və yumşaq qişası altına yayılmış qansızma, sol gicgah və ənsə sümüyünün xətti sınığı, sol qulaq seyvanın əzilmiş yarası, sol qulaq seyvanı-ənsənin sol yarısı-boynun sol yan səthi və sol çiyin nahiyəsinin qançırı vahid kompleks təşkil etməklə dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir. Başın təpə nahiyəsinin qançırı,başın alın nahiyəsinin tüksüz hissəsinin,başın təpə nahiyəsinin, sol bazunun,sağ və sol çiyin nahiyəsinin,sol əlin arxa hissəsinin və sol baldır nahiyəsinin sıyrıqları sağlamlığa zərərvurmadıqları üçün dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdir. Sağ çiyin nahiyəsinin sağ döş boşluğuna nüfuz edən kəsilmişçapılmış yarası, başın sağ təpə və ənsə nahiyəsinin, sağ çiyin nahiyəsinin bir ədəd kəsilmişçapılmış yarası, sol budun və sol diz oynağı nahiyəsinin kəsilmiş-çapılmış yarası kəsiçiçapıçı alətin (alətlərin),ola bilər ki, ekspertizaya təqdim olunan baltanın təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir. Sağ çiyin nahiyəsinin sağ döş boşluğuna nüfuz edən kəsilmiş-çapılmış yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir. Başın sağ təpə və ənsə nahiyəsinin, sağ çiyin nahiyəsinin, sol budun və sol diz oynağı nahiyəsinin kəsilmiş-çapılmış yarası dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs olümünə səbəb sol qulaq seyvanı nahiyəsinə küt alətlə vurulan güclü zərbənin təsirindən əmələ gələn baş beynin əzilməsi, baş beyin toxumasına və yumşaq qişası altına yayılmış qansızma olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit müayinə olunmağa başlandığı vaxtdan 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya təhqiqatı zamanı qanda alkaqol və hər hansı bir narkotik maddə aşkar olunmaışdır. İş materiallarında olan lifli materialların məhkəmə-kriminalistik ekspertizasının 02 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş açıq-göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən köynəyin səthi üzərindən aşkar edilmiş qəhvəyi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 154 (yüz əlli dörd) manat təşkl edir. İş materiallarında olan məhkəmə-tibbi kriminalistik və kriminalistik ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 407/2022-MTKŞ nömrəli rəyindən görünür ki, -Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin yaxalığının arxa nahiyəsində üç ədəd, köynəyin arxa-yuxarı nahiyəsində dörd ədəd, şalvarın sol ayağının orta-yan nahiyəsində dörd ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin(alətləri), ola bilsin ki, baltanın ucunun təsirindən əmələ gəlmişlər. - Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyinin sol qolunun arxa nahiyəsində üç ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyələrinin hər hansı bir əşyaya, ola bilsin ki, taxta parçasına ilişib-dartılması nəticəsində yaranmışdır. -Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus köynəyin ön-sol nahiyəsində bir ədəd və köynəyin sol qolunun arxa nahiyəsində bir ədəd məhdud cırılmalar aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində yaranmışdır. -Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus köynək və şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. -Ekspertizaya təqdim olunmuş baltanın işçi metalik hissəsi zavod üsulu ilə və dəstəyi kustar üsulla hazırlanmış, kəsici-çapıcı, vurucudağıdıcı xassəyə malik məişət-təsərrüfat təyinatlı baltadır və soyuq silah hesab edilmir. - Ekspertizaya təqdim olunmuş taxta parçası kustar üsulla hazırlanmışdır, məişət-təsərrüfat təyinatlıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının 13 sentyabr 2022-ci il tarixli 512/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-Balfa/H/(İİİ); Təqsirləndirilən şəxs1 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-O/İ/; Təqsirləndirilən şəxs2 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-B/İİİ/-dür. Ekspertizaya təqdim olunan 01 ədəd taxta parçası, balta, 03 ədəd tənzif tampon, Təqsirləndirilən şəxs1 məxsus qısaqol mayka, Təqsirləndirilən şəxs2 məxsus kofta, Zərərçəkmiş şəxs məxsus şalvar, köynək, trusik, 01 cüt ayaqqabı və bir cüt corab üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “B”, “H” antigenləri, Zərərçəkmiş şəxs məxsus köynək və şalvar üzərindəki ləkələrdə həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs2 məxsus ola bilər, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs2 məxsus şalvar və Zərərçəkmiş şəxs məxsus corabın digər tayı üzərində qana şübhəli ləkələr aşkar olunmadı. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 2426 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 “Şəxsiyyətin qarışıq tip pozuntusu, anamnezində qıcolma halları müəyyən edilir. Onda aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hal-hazırkı psixiatrik müayinə nəticəsində müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 öz törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməpsixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs1 qıcığa qarşı həssaslıq, emosional qeyrisabitlik, hövsələsizlik, tez özündən çıxmaq, inadkarlıq, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun əqli inkişafında gerilik müşahidə olunmur. O cinayət əməlini törədərkən əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 2427 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs2 qıcığa qarşı həssaslıq, hövsələsizlik, tez özündən çıxmaq, inadkarlıq, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun əqli inkişafında gerilik müşahidə olunmur. O cinayət əməlini törədərkən əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur.Təqsirləndirilən şəxs2 cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 01 mart 2023-cü il tarixli 23 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda «QARİŞİQ TİPLİ ŞƏXSİYYƏT POZUNTUSU, ANAMNEZİNDƏ QİCOLMA HALLARİ» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F61.0) müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 31 07.2022-ci il tarixdə saat 07 radələrində qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayət əməli barəsində anlaqh hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda da qanşıq tipli şəxsiyyət pozuntusu qeyd olunur. Bununla belə Təqsirləndirilən şəxs1 qeyd edilən həmin psixi pozuntunun hal-hazırda müəyyən edilən əlamətləri onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidanndan məhrum etmir. Odur ki, Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 tibbi sənədlərə əsasən ona ittiham olunan cinayət əməlini törətməmişdən əvvəl qanşıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Qarışıq tipli şəxsiyyət pozuntusunun gedişində kompensasiya və dekompensasiya mərhələləri bir-birini əvəzləyir. Beləliklə, müxtəlif vaxtlarda da Təqsirləndirilən şəxs1 qarışıq tipli şəxsiyyət pozuntusundan əziyyət çəkmiş, həmin psixi pozuntunun gedişində kompensasiya və dekompensasiya mərhələləri olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədənədək öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək iqtidarında olub-olmaması barəsində qoyulmuş sualda konkret olaraq tarix qeyd edilmədiyi üçün həmin suala ümumən cavab vermək düzgün deyildir. A Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidannda olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidannda olmuşdur. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayət əməlinə görə anlaqh hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs1 hal-hazırkı hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. İş materiallarında olan 03 avqust 2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ona təqdim edilmiş hadisə zamanı üzərində olan ağ rəngli qısaqol köynəyi, əmisi Zərərçəkmiş şəxs əynində olmuş ağ-boz rəngli xətləri olan köynəyi, qardaşı Təqsirləndirilən şəxs2 əmisi Zərərçəkmiş şəxs öldürərkən istifadə etdiyi baltanı və özünün əmisi Zərərçəkmiş şəxs öldürərkən istifadə etdiyi taxta parçasını tanımışdır. İş materiallarında olan 03 avqust 2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ona təqdim edilmiş hadisə zamanı üzərində olan narıncı rəngli qısaqol köynəyi, əmisi Zərərçəkmiş şəxs əynində olmuş ağ-boz rəngli xətləri olan köynəyi, özünün əmisi Zərərçəkmiş şəxs öldürərkən istifadə etdiyi baltanı və qardaşı Təqsirləndirilən şəxs1 əmisi Zərərçəkmiş şəxs öldürərkən istifadə etdiyi taxta parçasını tanımışdır. İş materiallarında olan 31 iyul 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Masallı rayonu, Təzə Alvadı kəndində Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs2 ailəsi ilə birlikdə yaşadığı yarımtikili vəziyyətdə olan fərdi yaşayış evidir. Qeyd olunan evin darvazası qoşa taylı olmaqla, dəmir materialdandır, açıq boz rənglidir. Darvazadan sağa və sola torpaq yol gedir. Həmin küçədə torpaq yolun ümumi eni 4,5 metr metrdir. Darvazadan içəri girdikdə sol tərəfdə qarşıya çır-çırpı yığıldığı kənarları açıq, üstündə keramik örtüklü kiçik talvar çıxır. Talvarın arxa tərəfində iki mərtəbəli, birinci mərtəbəsi tamamilə təmirsiz, divarları olan ev qarşıya çıxır. Evin həyətindən ikinci mərtəbəyə qalxmaq üçün 11.10 metr uzunluqda betondan, yanları dəmir çərçivəli pilləkən vardır. Pilləkəndən yuxarıya qalxdıqda qarşıya damı olmayan dəhliz çıxır. Dəhlizin tavanı tamamilə açıqdır. Pilləkənlərdən dəhlizə qədər məsafə 4.40 metrdir. Dəhlizdə əşyalar nizamsız düzülməklə dağılmış formadadır. Dağılmış dəhlizin qapısından mərhum Zərərçəkmiş şəxs meyidinin aşkar olunduğu yerə qədər məsafə 5 metrdir. Dəhlizdə Zərərçəkmiş şəxs öldürüldüyü yeri baxışda iştirak etmiş Şahid1 təqdim etdi. Həmin yerdə bir-birinə yaxın məsafədə yerləşmiş qanabənzər ləkələr vardır. Dəhlizin qapısından ilk qanabənzər ləkəyə qədər məsafə 5 metrdir. 2-ci və 3-cü qanabənzər ləkəyə qədər məsafə 6 metrdir. Evin ikinci mərtəbəsində dəhlizin döşəməsində olan qana bənzər ləkələr bint tampona hopdurularaq götürüldü və baxış protokoluna əlavə edildi. Evin yataq otağına keçdikdə qarşıya çıxan stol ilə çarpayının arasında yerdə üzərində qanabənzər ləkələr olan balta görünür. Dəhlizdən arakəsməsi olmayan, taxtalara bağlanmış ağ parça ilə dəhlizi ayıran mətbəx vardır. Mətbəxdə yerləşən dəmir setkalı çarpayının altında dartılmadan irəli gələ biləcək yırtılmaya səbəb olmuş ağ rəngli köynək vardır. Mətbəxə keçdikdə nizamsız vəziyyətdə düzülmüş mətbəx əşyalarının olduğu görünür. Evin həyətinə baxış zamanı darvazanın qarşısından keçən küçədə, sol tərəfdə, darvazadan 3,40 metr aralıda üzərində qanabənzər ləkələrin olduğu görünən bir ədəd taxta parçası vardır. Hadisənin baş verdiyi evdən 01 ədəd üzərində qanabənzər ləkələrin olduğu balta, 01 ədəd dartınma nəticəsində cırıla biləcək ağ rəngli qısaqol köynək, hadisənin baş verdiyi evin darvazasından 3,40 metr sol tərəf istiqamətdə üzərində qanabənzər ləkələrin olduğu taxta parçası və dəhlizin döşəməsində olan qandan 03 ədəd tənzif tampona batırılaraq nümunə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında» qərar ilə iş üzrə hadisənin törədildiyi 1 ədəd balta, 1 ədəd taxta parçası, Zərərçəkmiş şəxs hadisə vaxtı üzərində olmuş köynək, şalvar, trusik, 1 cüt corab, 1 cüt ayaqqabı, Təqsirləndirilən şəxs1 hadisə vaxtı üzərində olan 1 ədəd köynək, Təqsirləndirilən şəxs2 hadisə vaxtı üzərində olan köynək, şalvar və qan nümunələrinin götürüldüyü 3 ədəd salfet tapmon cinayət təqibi üzrə əhəmiyyət kəsib etdikləri üçün maddi sübut kimi tanınaraq Masallı rayon Prokurorluğunda saxlanılır. İş materiallarında olan «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 31 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs olmanın əvvəli 31 iyul 2022-ci il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmamışlar. İş materiallarında olan Lənkəran şəhər Psixatriya xəstəxanasının 02 avqust 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 xəstəxanada qeydiyyatda yoxdur, Təqsirləndirilən şəxs1 isə xəstəxanada «şəxsiyyətin qarışıq tip pozuntusu» diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Lənkəran şəhər Narkoloji Xəstəxanasının 10 avqust 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xəstəxanada qeydiyyatda yoxdurlar. İş materiallarında olan Masallı rayon X5 Şəxsin 30 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xəstəxanada narkoloji, ruhi-əsəb, onkoloji və sair dispanserdə qeydiyyatda yoxdurlar İş materiallarında olan Penitensiar Xidmətin Müalicə Müəsisəsinin 05 avqust 2022ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə «Eiletik qıcolma tutmaları. Sağ Dirsək çuxurunun posteinyeksion yarası» diaqonozu ilə müəlicə müəssisəsinin intensiv terapiya şöbəsinə daxil olmuş və müalicə olunmuşdur. İş materiallarında olan Masallı Rayon Polis Şöbəsinin 15 avqust 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və onların ailə üzvləri şöbədə xx.xx.2021-ci il tarixdən münaqişəli ailə kimi qeydiyyatdadırlar. İş materiallarında olan Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2022-ci il tarixli arayışından və Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ataları Səfərov X3 Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Masallı rayon, X12 Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 sentyabr 2022-ci il tarixli arayışdan və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Səfərov X10 rayon, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayırlar, ailə tərkibləri ata və analarından ibarətdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı müddətdə barələrində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamış, əmiləri Zərərçəkmiş şəxs tərəfindən tez-tez narahat olunmuşdurlar. İş materiallarında olan Masallı rayon, X12 Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 sentyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, mərhum Zərərçəkmiş şəxs Təzə Alvadı kəndində yaşadığı müddətdə əhali arasında heç bir nüfuza sahib olmamış, yaşadığı müddətdə bir neçə dəfə evlənmiş və boşanmışdır, davranışı müsbət xarakterizə olunmamış, öz qohumlarına qarşı münasibəti normal olmamış, tez-tez qardaşı və qardaşı uşaqları ilə münasibətləri korlanddığı üçün ailə münaqişəli ailə kimi qeydiyyata götürülmüşdür. Mərhum Zərərçəkmiş şəxs barəsində nümayəndəliyə qardaşı və qardaşının ailəsi tərəfindən bir neçə dəfə şifahi formada şikayət dazxil olmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şahid9 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir, bu cinayətlərə görə onlara ittiham verildiyi CM-in 120.2.1-ci maddəsri ilə nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, CM-nin 59.1.12-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etmələrini, CM-nin 59.2-ci maddəsinə əsasən ilk məhkumluqlarını, gənc olmalarını, Təqsirləndirilən şəxs2 əməllərini səmimi etiraf etməsini və əməlindən peşman olmasını cəzalarını yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10 – 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 120.2.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzaları təyin edilməli təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 85.5-ci maddəsində göstərilir ki, azadlıqdan məhrumetmə yetkinlik yaşına çatmayan məhkumlara on ildən çox olmayan müddətə təyin edilir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətdiyi üçün ona on ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin olunmuş cəzanı çəkməlidir. “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 iyun 2002-ci il tarixli, 2 saylı qərarının 12-ci bəndinin 2-ci hissəsində göstərilir ki, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən, xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-nin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilməsini, Təqsirləndirilən şəxs2 CM 59.1.12 və 60.1-ci maddərinə görə zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini və cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətdiyini nəzərə alaraq, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının son həddinin, yəni 10 il azadlıqdan məhrum etmə cəzasını dörddə üçündən çox olmamalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Masallı rayon prokurorluğunda saxlanılan 1 ədəd balta, 1 ədəd taxta parçası, Zərərçəkmiş şəxs hadisə vaxtı üzərində olmuş köynək, şalvar, trusik, 1 cüt corab, 1 cüt ayaqqabı, Təqsirləndirilən şəxs1 hadisə vaxtı üzərində olan 1 ədəd köynək, Təqsirləndirilən şəxs2 hadisə vaxtı üzərində olan köynək, şalvar və qan nümunələrinin götürüldüyü 3 ədəd salfet tapmon məhv edilməlidir. İş üzrə 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci müştərək qaydada olmaqla təqsirləndirilən şəxslərin hər birindən 77 (yetmiş yeddi) manat tutularaq dövlət nəfinə keçirilməsini, cəzaçəkmə müddətinin 31 iyul 2022-ci il tarixdən başlanılmasını məhkəmə əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 120.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 iyul 2022-ci il tarixdən hesablansın. İş üzrə 77 (yetmiş yeddi) manat məbləğində ekspertiza xərci Araz Səfərovdan tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 120.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 iyul 2022-ci il tarixdən hesablansın. İş üzrə 77 (yetmiş yeddi) manat məbləğində ekspertiza xərci Araz Səfərovdan tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Masallı rayon prokurorluğunda saxlanılan 1 ədəd balta, 1 ədəd taxta parçası, Zərərçəkmiş şəxs hadisə vaxtı üzərində olmuş köynək, şalvar, trusik, 1 cüt corab, 1 cüt ayaqqabı, Təqsirləndirilən şəxs1 hadisə vaxtı üzərində olan 1 ədəd köynək, Təqsirləndirilən şəxs2 hadisə vaxtı üzərində olan köynək, şalvar və qan nümunələrinin götürüldüyü 3 ədəd salfet tapmon məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar