Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-62/2024 11.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Cinayət işinin icraatına xitam verilməsi haqqında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsi, "xxxx" QSC-nin hüquq şöbəsinin müdiri Nümayəndə iştirakları ilə xx xxxxxx 1969-cu ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 3 nömrəli X12 bazasının direktoru vəzifəsində işləmiş, evli, məhkum olunmamış, Sabirabad şəhəri, M.Mirağaoğlu küçəsi, ev 60-da qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 179.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti üzrə 01 iyun 2012-ci il tarixli, 231 K/Ş nömrəli əmrlə həmin Cəmiyyətin 3 nömrəli X12 bazasının direktoru vəzifəsinə təyin edilməklə 23 sentyabr 2022-ci il tarixədək həmin vəzifədə işləyərkən Cəmiyyət tərəfindən 01 noyabr 2016-cı il tarixdə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Neft terminalı bazasının direktorunun vəzifə təlimatının 1-ci bəndinə əsasən, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X20 birbaşa rəhbərliyin həyata keçirilməsi, bütün işçilərinin işinə nəzarət edilməsi, NTB-nin işçilərinin iş rejiminin və NTBnin sutkalıq fasiləsiz işinin təşkil və bazaya ümumi rəhbərlik edilməsi, NTB-nin fəaliyyətinin cari və perspektiv iş planlarını işləyib hazırlaması, istehsalın inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyətin istiqamətləndirilməsi, NTB-nin işçilərinin işə davamiyyətinə nəzarətin həyata keçirilməsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsinə nəzarət edilməsi, işçilərin təlimatlandırılması və bu sahədə təxirəsalınmaz işlərin həyata keçirilməsi, ətraf mühitin qorunması üçün müvafiq qanunvericiliyin tələblərinə riayət olunmasının təmin edilməsi, NTB-nin mühafizəsinin təşkilinə nəzarət edilməsi və lazım gəldikdə Cəmiyyətin Mühafizə şöbəsinin rəhbərliyinə təkliflərin verilməsi, NTB-nin bütün cihazlarının gündəlik yoxlanaraq saz vəziyyətdə olmasına nəzarət edilməsi, "Yanacağın qəbulu və onun saxlanılması haqqında" təlimata əsaslanaraq yanacağın qəbulunun şəxsən aparılması, onun qəbulunun, saxlanılmasının və buraxılmasının təşkil edilməsi, NTB-yə gətirilmiş yanacağın TTX əməkdaşlarının iştirakı ilə nümunəsinin götürülməsi, onun tərkibində başqa qarışığın olmaması və yanacağın səviyyəsi müəyyənləşdirildikdən sonra anbarlara vurulmasına şəxsən nəzarət edilməsi, NTB-də yanğın təhlükəsi olarsa, NTB-in istismarını dərhal dayandırılması, yanğın söndürmə bölməsinə xəbər verilməsi, Cəmiyyətin rəhbərliyinin məlumatlandırılması, mühasibin işinə nəzarət edilməsi, gündəlik, həftəlik və aylıq satış hesabatlarının şəxsən yoxlanması və müvafiq sənədlər tərtib edilməsi, NTB-nin bütün işçilərininin əməyin təhlükəsizliyi, yanğın təhlükəsizliyi və sair aidiyyatı mövzularla təlimatlandırılması və bu barədə müvafiq qeydiyyatın aparılması, sanitariya-gigiyena qaydalarına, istehsalat sanitariyasına əməl olunmasına nəzarətin həyata keçirilməsi, ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə “Tullantıların son həddi" normalarına riayət olunmasına nəzarət edilməsi, Cəmiyyət rəhbərliyinin əmr, sərəncam və göstərişlərinin vaxtında və keyfiyyətlə icra edilməsi və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə "xxxx" QSC-yə məxsus olmaqla ona etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə mənimsəmə yolu ilə talamaq məqsədilə 3 nömrəli X12 bazası üzrə xx.xx.2020-xx.xx.2022-ci illər ərzində, o cümlədən, 3 nömrəli X12 bazası üzrə anbar hərəkəti haqqında hesabatlara və yanacaqların gətirilməsi haqqında həmin tarixli qaimələrə əsasən 2020-ci ilin yanvar ayı üzrə cəmi 1.646,416 ton, fevral ayı üzrə 1.525,489 ton, mart ayı üzrə 2.281,5390 ton, aprel ayı üzrə 1.268,895 ton, may ayı üzrə 2.006,626 ton, iyun ayı üzrə 2.474,308 ton, iyul ayı üzrə 2.887,567 ton, avqust ayı üzrə 1.781,077 ton, sentyabr ayı üzrə 2.847,407 ton, oktyabr ayı üzrə 2.345,714 ton, noyabr ayı üzrə 2.466,139 ton, dekabr ayı üzrə 2.188,847 ton, 2021-ci ilin yanvar ayı üzrə 1.984,957 ton, fevral ayı üzrə 2.247,043 ton, mart ayı üzrə 1.930,609 ton, aprel ayı üzrə 2.638,348 ton, may ayı üzrə 2.312,948 ton, iyun ayı üzrə 2.112,290 ton, iyul ayı üzrə 2.418,297 ton, avqust ayı üzrə 2.229,940 ton, sentyabr ayı üzrə 3.423,881 ton, oktyabr ayı üzrə 2.147,772 ton, noyabr ayı üzrə 2.726,574 ton, dekabr ayı üzrə 2.412,05 ton, 2022-ci ilin yanvar ayı üzrə 2.299,306 ton, fevral ayı üzrə 2.473,347 ton, mart ayı üzrə 2.127,942 ton, aprel ayı üzrə 2.519,28 ton, may ayı üzrə 1.851,13 ton, iyun ayı üzrə 2.270,923 ton, iyul ayı üzrə 2.860,435 ton, avqust ayı üzrə 1.923,686 ton, sentyabr ayı üzrə 2.371,922 ton, cəmi 75.002,704 ton (75.002 ton 704 kiloqram) Aİ 92 markalı benzin, həmçinin, 2020-ci ilin yanvar ayı üzrə 2.258,644 ton, fevral ayı üzrə 1.812,638 ton, mart ayı üzrə 1.617,014 ton, aprel ayı üzrə 1.745,758 ton, may ayı üzrə 2.960,247 ton, iyun ayı üzrə 2.826,033 ton, iyul ayı üzrə 3.232,82 ton, avqust ayı üzrə 2.012,927 ton, sentyabr ayı üzrə 3.052,473 ton, oktyabr ayı üzrə 3.300,412 ton, noyabr ayı üzrə 3.086,407 ton, dekabr ayı üzrə 2.317,541 ton, 2021-ci ilin yanvar ayı üzrə 1.722,008 ton, fevral ayı üzrə 2.177,969 ton, mart ayı üzrə 1.405,726 ton, aprel ayı üzrə 2.829,981 ton, may ayı üzrə 2.061,319 ton, iyun ayı üzrə 3.087,293 ton, iyul ayı üzrə 2.775,391 ton, avqust ayı üzrə 2.849,247 ton, sentyabr ayı üzrə 2.959,453 ton, oktyabr ayı üzrə 2.843,734 ton, noyabr ayı üzrə 2.783,075 ton, dekabr ayı üzrə 2.838,009 ton, 2022-ci ilin yanvar ayı üzrə 1.420,451 ton, fevral ayı üzrə 2.059,335 ton, mart ayı üzrə 2.003,516 ton, aprel ayı üzrə 3.014,808 ton, may ayı üzrə 1.544,877 ton, iyun ayı üzrə 2.508,672 ton, iyul ayı üzrə 2.899,991 ton, avqust ayı üzrə 2.126,944 ton, sentyabr ayı üzrə 2.845,955 ton, cəmi 80.980,668 (80.980 ton 668 kiloqram) L-62 markalı dizel yanacağının Bazaya daxil olmasına baxmayaraq, rəhbəri olduğu həmin Bazadan Aİ 92 markalı benzin və L-62 markalı dizel yanacağının alqı-satqısı barədə müqavilə bağlanmış müxtəlif fiziki və hüquqi şəxslərə yuxarıda qeyd olunmuş hesabatlarda göstərilmiş həcmdə həmin müddətdə, yəni 2020-ci ilin yanvar ayı üzrə cəmi 1.342,431 ton, fevral ayı üzrə cəmi 1.457,368 ton, mart ayı üzrə cəmi 1.815,153 ton, aprel ayı üzrə cəmi 1.613,569 ton, may ayı üzrə cəmi 1952,307 ton, iyun ayı üzrə cəmi 2.731,724 ton, iyul ayı üzrə cəmi 2.889,330 ton, avqust ayı üzrə cəmi 2.195,453 ton, sentyabr ayı üzrə cəmi 2.537,188 ton, oktyabr ayı üzrə cəmi 2.477,054 ton, noyabr ayı üzrə cəmi 2.501,318 ton, dekabr ayı üzrə cəmi 1.937,889 ton, 2021-ci ilin yanvar ayı üzrə cəmi 2.058,061 ton, fevral ayı üzrə cəmi 1.685,775 ton, mart ayı üzrə cəmi 2.050,755 ton, aprel ayı üzrə cəmi 2.517,483 ton, may ayı üzrə cəmi 2.215,079 ton, iyun ayı üzrə cəmi 2.663,658 ton, iyul ayı üzrə cəmi 2.285,708 ton, avqust ayı üzrə cəmi 2.741,318 ton, sentyabr ayı üzrə cəmi 2.602,730 ton, oktyabr ayı üzrə cəmi 2.433,894 ton, noyabr ayı üzrə cəmi 2.677,480 ton, dekabr ayı üzrə cəmi 2.480,069 ton, 2022-ci ilin yanvar ayı üzrə cəmi 2.245,375 ton, fevral ayı üzrə cəmi 1.987,558 ton, mart ayı üzrə cəmi 2.624,470 ton, aprel ayı üzrə cəmi 2.298,809 ton, may ayı üzrə cəmi 2.076,547 ton, iyun ayı üzrə cəmi 2.638,112 ton, iyul ayı üzrə cəmi 2.371,3160 ton, avqust ayı üzrə cəmi 2.236,083 ton, sentyabr ayı üzrə cəmi 2.210,848 ton, ümumilikdə 74.551,9120 (74.551 ton 9120 kiloqram) ton Aİ 92 markalı benzin, həmçinin, 2020-ci ilin yanvar ayı üzrə cəmi 1.395,731 ton, fevral ayı üzrə cəmi 1.713,152 ton, mart ayı üzrə cəmi 1.737,386 ton, aprel ayı üzrə cəmi 1.581,904 ton, may ayı üzrə cəmi 2.244,268 ton, iyun ayı üzrə cəmi 3.728,152 ton, iyul ayı üzrə cəmi 3.376,031 ton, avqust ayı üzrə cəmi 2.669,911 ton, sentyabr ayı üzrə cəmi 2.808,926 ton, oktyabr ayı üzrə cəmi 3.084,195 ton, noyabr ayı üzrə cəmi 3.327,653 ton, dekabr ayı üzrə cəmi 2.438,697 ton, 2021-ci ilin yanvar ayı üzrə cəmi 1.579,024 ton, fevral ayı üzrə cəmi 2.089,358 ton, mart ayı üzrə cəmi 1.863,114 ton, aprel ayı üzrə cəmi 2.301,528 ton, may ayı üzrə cəmi 1.931,364 ton, iyun ayı üzrə cəmi 3.367,161 ton, iyul ayı üzrə cəmi 2.658,057 ton, avqust ayı üzrə cəmi 2.537,363 ton, sentyabr ayı üzrə cəmi 3.175,754 ton, oktyabr ayı üzrə cəmi 2.629,213 ton, noyabr ayı üzrə cəmi 3.044,614 ton, dekabr ayı üzrə cəmi 2.783,497 ton, 2022-ci ilin yanvar ayı üzrə cəmi 1.306,795 ton, fevral ayı üzrə cəmi 2.117,211 ton, mart ayı üzrə cəmi 2.394,709 ton, aprel ayı üzrə cəmi 3.153,328 ton, may ayı üzrə cəmi 1.630,381 ton, iyun ayı üzrə cəmi 2.503,573 ton, iyul ayı üzrə cəmi 2.249,426 ton, avqust ayı üzrə cəmi 2.595,627 ton, sentyabr ayı üzrə cəmi 2.476,0 ton, ümumilikdə 80.493,1030 (80.493 ton 1030 kiloqram) ton L-62 markalı dizel satılmaqla həqiqətən 2020-ci ilin yanvar ayı üzrə cəmi 0,6300 ton, fevral ayı üzrə cəmi 0,6030 ton, mart ayı üzrə cəmi 0,7070 ton, aprel ayı üzrə cəmi 0,5860 ton, may ayı üzrə cəmi 0,8640 ton, iyun ayı üzrə cəmi 1,2020 ton, iyul ayı üzrə cəmi 1,2610 ton, avqust ayı üzrə cəmi 0,9920 ton, sentyabr ayı üzrə cəmi 1,1950 ton, oktyabr ayı üzrə cəmi 0,8810 ton, noyabr ayı üzrə cəmi 0,8850 ton, dekabr ayı üzrə cəmi 0,7280 ton, 2021-ci ilin yanvar ayı üzrə cəmi 0,7780 ton, fevral ayı üzrə cəmi 0,6550 ton, mart ayı üzrə cəmi 0,8160 ton, aprel ayı üzrə cəmi 0,8680 ton, may ayı üzrə cəmi 1,0990 ton, iyun ayı üzrə cəmi 1,0910 ton, iyul ayı üzrə cəmi 1,0800 ton, avqust ayı üzrə cəmi 1,1320 ton, sentyabr ayı üzrə cəmi 1,3020 ton, oktyabr ayı üzrə cəmi 0,8220 ton, noyabr ayı üzrə cəmi 0,9520 ton, dekabr ayı üzrə cəmi 0,8700 ton, 2022-ci ilin yanvar ayı üzrə cəmi 0,8350 ton, fevral ayı üzrə cəmi 0,8550 ton, mart ayı üzrə cəmi 0,8190 ton, aprel ayı üzrə cəmi 0,8380 ton, may ayı üzrə cəmi 0,8680 ton, iyun ayı üzrə cəmi 1,1050 ton, iyul ayı üzrə cəmi 1,2000 ton, avqust ayı üzrə cəmi 0,9640 ton, sentyabr ayı üzrə cəmi 0,900 ton, ümumilikə 30,3830 (30 ton 3830 kiloqram) ton Aİ 92 markalı benzin, həmçinin, 2020-ci ilin yanvar ayı üzrə cəmi 0,2820 ton, fevral ayı üzrə cəmi 0,2320 ton, mart ayı üzrə cəmi 0,2130 ton, aprel ayı üzrə cəmi 0,2090 ton, may ayı üzrə cəmi 0,3120 ton, iyun ayı üzrə cəmi 0,3170 ton, iyul ayı üzrə cəmi 0,3320 ton, avqust ayı üzrə cəmi 0,2690 ton, sentyabr ayı üzrə cəmi 0,3190 ton, oktyabr ayı üzrə cəmi 0,3280 ton, noyabr ayı üzrə cəmi 0,3450 ton, dekabr ayı üzrə cəmi 0,2780 ton, 2021-ci ilin yanvar ayı üzrə cəmi 0,2490 ton, fevral ayı üzrə cəmi 0,2580 ton, mart ayı üzrə cəmi 0,2220 ton, aprel ayı üzrə cəmi 0,2770 ton, may ayı üzrə cəmi 0,3000 ton, iyun ayı üzrə cəmi 0,3220 ton, iyul ayı üzrə cəmi 0,3230 ton, avqust ayı üzrə cəmi 0,3030 ton, sentyabr ayı üzrə cəmi 0,3050 ton, oktyabr ayı üzrə cəmi 0,3330 ton, noyabr ayı üzrə cəmi 0,3110 ton, dekabr ayı üzrə cəmi 0,3360 ton, 2022-ci ilin yanvar ayı üzrə cəmi 0,2140 ton, fevral ayı üzrə cəmi 0,2560 ton, mart ayı üzrə cəmi 0,2450 ton, aprel ayı üzrə cəmi 0,3020 ton, may ayı üzrə cəmi 0,2140 ton, iyun ayı üzrə cəmi 0,2750 ton, iyul ayı üzrə cəmi 0,3030 ton, avqust ayı üzrə cəmi 0,2490 ton, sentyabr ayı üzrə cəmi 0,2810 ton, ümumilikdə 9,3140 (9 ton 3140 kiloqram) ton L-62 markalı dizel sərf (məxaric - itki, generator, avtomobil) olunduqdan sonra 3 nömrəli X12 bazasının Sabirabad şəhəri, Eynulla Nadirov küçəsi 65 ünvanında yerləşən yanacaq çənlərində əvvəlki dövrlərdən, o cümlədən, xx.xx.2020-ci il tarixə 659,526 ton, xx.xx.2020ci il tarixə 727,044 ton, xx.xx.2020-ci il tarixə 1.192,723 ton, xx.xx.2020-ci il tarixə 847,463 ton. xx.xx.2020-ci il tarixə 900,918 ton, xx.xx.2020-ci il tarixə 642,300 ton, xx.xx.2020-ci il tarixə 639,276 ton, xx.xx.2020-ci il tarixə 223,908 ton, xx.xx.2020-ci il tarixə 532,932 ton, xx.xx.2020-ci il tarixə 400,711 ton, xx.xx.2020-ci il tarixə 364,647 ton, xx.xx.2021-ci il tarixə 614,877 ton, xx.xx.2021-ci il tarixə 540,995 ton, xx.xx.2021-ci il tarixə 1.101,608 ton, xx.xx.2021-ci il tarixə 980,646 ton, xx.xx.2021-ci il tarixə 1.100,643 ton, xx.xx.2021-ci il tarixə 1.197,413 ton, xx.xx.2021-ci il tarixə 644,954 ton, xx.xx.2021-ci il tarixə 776,463 ton, xx.xx.2021-ci il tarixə 263,953 ton, xx.xx.2021-ci il tarixə 1.083,802 ton, xx.xx.2021-ci il tarixə 796,858 ton, xx.xx.2021-ci il tarixə 852,456 ton, xx.xx.2022-ci il tarixə 783,567 ton, xx.xx.2022-ci il tarixə 836,663 ton, xx.xx.2022-ci il tarixə 1.321,597 ton, xx.xx.2022-ci il tarixə 824,250 ton, xx.xx.2022-ci il tarixə 1.043,883 ton, xx.xx.2022-ci il tarixə 817,598 ton, xx.xx.2022-ci il tarixə 449,304 ton, xx.xx.2022-ci il tarixə 937,223 ton, xx.xx.2022-ci il tarixə 623,862 ton, xx.xx.2022-ci il tarixə 784,036 ton, ümumilikə 25.508,0990 (25.508 ton 990 kiloqram) ton Aİ 92 markalı benzin, xx.xx.2020-ci il tarixə 1.056,207 ton, xx.xx.2020-ci il tarixə 1.155,461 ton, xx.xx.2020-ci il tarixə 1.034,876 ton, xx.xx.2020-ci il tarixə 1.198,521 ton. xx.xx.2020-ci il tarixə 1.914,188 ton, xx.xx.2020-ci il tarixə 1.011,752 ton, xx.xx.2020-ci il tarixə 868,209 ton, xx.xx.2020-ci il tarixə 210,956 ton, xx.xx.2020-ci il tarixə 454,184 ton, xx.xx.2020-ci il tarixə 670,073 ton, xx.xx.2020-ci il tarixə 428,482 ton, xx.xx.2021-ci il tarixə 307,048 ton, xx.xx.2021-ci il tarixə 449,783 ton, xx.xx.2021-ci il tarixə 538,136 ton, xx.xx.2021-ci il tarixə 80,526 ton, xx.xx.2021-ci il tarixə 608,702 ton, xx.xx.2021-ci il tarixə 738,357 ton, xx.xx.2021-ci il tarixə 458,167 ton, xx.xx.2021-ci il tarixə 575,178 ton, xx.xx.2021-ci il tarixə 886,759 ton, xx.xx.2021-ci il tarixə 670,153 ton, xx.xx.2021-ci il tarixə 884,341 ton, xx.xx.2021-ci il tarixə 636,093 ton, xx.xx.2022-ci il tarixə 690,269 ton, xx.xx.2022-ci il tarixə 803,711 ton, xx.xx.2022-ci il tarixə 745,579 ton, xx.xx.2022-ci il tarixə 354,141 ton, xx.xx.2022-ci il tarixə 215,319 ton, xx.xx.2022-ci il tarixə 129,601 ton, xx.xx.2022-ci il tarixə 134,425 ton, xx.xx.2022-ci il tarixə 784,687 ton, xx.xx.2022-ci il tarixə 315,755 ton, xx.xx.2022-ci il tarixə 685,429 ton, ümumilikdə 21.695,0680 (21.695 ton 680 kiloqram) ton L-62 markalı dizel yanacağı qalıq qalmaqla, 33 nömrəli Aİ 92 markalı benzin çənində 222.280,90 manat dəyərində 184.926 kiloqram, 34 nömrəli L-62 markalı dizel çənində 52.182,49 manat dəyərində 61.828 kiloqram yanacaq 01 yanvar 2020-ci il tarixdən 24 sentyabr 2022-dək olan müddətdə istintaqla müəyyən edilməyən şəraitdə hissə-hissə şəxsən götürərək istintaqla müəyyən edilməyən formada satıb, əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etmək, həmin müddətdə həqiqətən satılan və sərf edilən (məxaric) edilən yanacaqlarla yanaşı özünə götürdüyü yanacaqlar da, daxil olmaqla cəmi 74.767,2210 (74.767 ton 2210 kiloqram) ton Aİ 92 markalı benzin və 80.564,2450 (80.564 ton 2450 kiloqram) ton L-62 markalı dizel yanacağının tamlıqla satılması və qalan hissələrinin çənlərdə olması görüntüsü yaratmaq, yəni özünün mənimsədiyi yanacağın aşkar olunmasının qarşısını almaq məqsədilə Bazanın qeyd edilən ünvanında yerləşən inzibati binasında kompyuterdə vəzifəli şəxs qismində tamah niyyətilə məzmununa yanacaqların satılması, məxarici və qalıq qalmasına dair bilə-bilə yalan məlumatların 2020-ci ilin yanvar ayından 2022-ci ilin oktyabr ayınadək olan anbar hərəkəti haqqında hesabatlara daxil edilməsi barədə həmin Bazada böyük mühasib işləyən, cinayətdən xəbərsiz X2 göstəriş verməklə surətinin kağız daşıyıcı üzərində çıxarıb hazırlanmasına nail olub həmin hesabatların həqiqətən anbarda qalıq qalmış yanacaqlara dair olmasını bildirməklə özü və sonuncu tərəfindən imzalanmaqla Bazanın özündə saxladığı möhürü ilə təsdiq edib idarənin mühasibatlığına təhvil verməklə, öz qulluq mövqeyindən istifadə etməklə "xxxx" QSC-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 222.280,90 manat dəyərində 184.926 kiloqram Aİ 92 markalı benzin, 52.182,49 manat dəyərində 61.828 kiloqram L-62 markalı dizel yanacaq olmaqla cəmi 274.463,39 (iki yüz yetmiş dörd min dörd yüz altmış üç manat otuz doqquz qəpik) manat pul vəsaitini külli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəyərək talamış, həmin hərəkətləri ilə "xxxx" QSC tərəfindən fiziki və hüquqi şəxslərin tələb olunan miqdarda Aİ 92 markalı benzin və L-62 markalı dizel yanacağı ilə təmin edilməsinin təşkili sahəsində fəaliyyətini pozmaqla həmin Cəmiyyətin əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vahid tamah niyyətilə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 179.3.2, 308.2 və 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2012-ci il tarixdə "xxxx" QSC-nin 3 nömrəli X12 bazasına direktor vəzifəsinə təyin olunmuş və xx.xx.2022-ci il tarixə qədər həmin vəzifədə işləmişdir. 3 saylı X12 bazasının müdiri kimi vəzifəsi bazaya ümumi rəhbərlik etmək, “Yanacağın qəbulu və onun saxlanılması haqqında” təlimata əsaslanaraq yanacağın qəbulunu şəxsən aparmaq, onun qəbulunu, saxlanılmasını və buraxılmasını təşkil etmək, mühasibin işinə nəzarət etmək, gündəlik, həftəlik və aylıq satış hesabatlarını şəxsən yoxlamaq və müvafiq sənədlər tərtib etmək, X20 gətirilmiş yanacağın TTX əməkdaşlarının iştirakı ilə nümunəsini götürülərək, onun tərkibində başqa qarışığın olmaması və yanacağın səviyyəsi müəyyənləşdirildikdən sonra, anbarlara vurulmasına şəxsən nəzarət etməkdən ibarət olmuşdur. Anbarda olan neft məhsullarının qalıqlarına uyğun olaraq anbardarın məlumatına əsaslanıb özü rəsmi olaraq mühasibin iştirakı ilə "xxxx" QSC-yə lazım olan neft məhsullarının göndərilməsi ilə bağlı sifariş vermişdir. Həmin sifarişlərə uyğun olaraq "xxxx" QSC tərəfindən göndərilmiş neft məhsulları Bakı şəhərində terminalda vaqonlara yüklənilmiş, bundan sonra neft məhsullarının kəmiyyət və keyfiyyətinə, daşınmasına və çatdırılmasına məsul olan “X4” MMC-nin inspektoru yüklənmiş vaqonları orada ölçərək neft məhsulunun miqdarını müəyyən etmiş və vaqonu plomladıqdan sonra vaqonlar dəmir yolu vasitəsi ilə bazaya yola salınmışdır. “X4” MMCnin bir inspektoru Bakı şəhərində, digər inspektoru isə Sabirabadda olmuşdur. Neft məhsulu yüklənmiş vaqonlar 3 saylı X14 bazasına daxil olduqdan sonra “X4” MMC inspektoru neftbazanın nümayəndələrinin iştirakları ilə vaqonların plombunu açmış vı vaqonlarda daxil olan neft məhsulu ölçülmüşdür. Vaqonlar yol gələrkən və xüsusilə də ilin isti aylarında yanacağın tempuratura dəyişdiyindən neft məhsullarının bazada qəbul edilməsi zamanı vaqonlarda çatışmazlıq, yəni yükləmə ilə boşalma arasında əskiklik aşkar olunmuşdur. Hər bir halda vaqon sisternalarda aşkar olunmuş əskiklik barədə “X4” MMCnin inspektorunun iştirakı ilə akt tərtib edilmişdir. Hər bir halda vaqonlar üzrə çatışmazlıqlar barədə "xxxx" QSC-nin təchizat idarəsinə telefonla məlumat vermiş, eyni zamanda aylar üzrə qəbul edilmiş neft məhsullarına dair yekun akt "xxxx" QSC-nin email adresinə göndərilimişdir. "xxxx" QSC-nin rəhbərliyi vaqon sisternlərdə göndərilmiş neft məhsullarını göndərmə sənədlərində göstərilən miqdarda qəbul etməsini, çatışmazlıqları göstərməməsini, çatışmazlıqların neftbazanın üzərindən silinəcəyini vəd etmişdir. Ona görə də 2020-2022-ci illərdə neftbazaya vaqon sistrnlərdə göndərilmiş Aİ-92 markalı benzini və dizel yanacağını çatışmazlıqlar nəzərə alınmadan göndərmə sənədlərində olduğu kimi qəbuluna dair aylıq və illik hesabatlar vermişdir. “X5” MMC-nin inspektoru həmçinin öz təşkilatlarına hər bir halda vaqon-sisternlərdə faktiki qəbul edilmiş neft məhsullarının miqdarı, həmçinin göndərmə ilə boşalma arasındakı fərq barədə hesabat vermişdir. Sonralar "xxxx" QSC vaqonlarla göndərilmiş neft məhsullarının boşaldılması zamanı aşkar edilmiş çatışmazlıqlar barədə məlumatları qəbul etməkdən imtina etmişdir. Hər dəfə qəbul edilən neft məhsullarında əskiklik olsa da, buna dair akt tərtib olunmuş, faktiki qəbul edilən neft məhsullarının ölçüsü və miqdarı yazılmış, həmin akt iştirakçılar tərəfindən imzalanmış, onun tərəfindən təsdiq olunmuşdur. 3 saylı X14 bazasına daxil olan neft məhsulları Sabirabad, Saatlı, İmişli, Beyləqan, Füzuli rayonlarının ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri, eləcə də, rayon ərazisində yerləşən dövlət təşkilatlarına satılmış, qeyd edilən yanacaqdoldurma məntəqələri ilə "xxxx" QSC arasında müqavilə bağlanılmış, yanacaq doldurma məntəqələri əvvəlcədən "xxxx" QSC-nin bank hesabına alınacaq yanacağın miqdarını köçürmüşlər, bundan sonra həmin məbləğə uyğun olaraq neft məhsullarını 3 saylı X14 bazasından almışlar. Eyni zamanda, rayon ərazisində neft məhsulları satılan dövlət təşkilatları "xxxx" QSC ilə müqavilə bağlayıb QSC-nin bank hesabına pul qoymuş, qoyulan məbləğə uyğun olaraq da həmin dövlət təşkilatlarına neft məhsulları satılmışdır. Alıcılar tərəfindən vəsait əvvəlcədən QSC-nin bank hesabına ödənilmiş, sonradan neft məhsullarının satışı həyata keçirilmişdir. Neft məhsullarının satışı tarif şurasının müəyyən etdiyi qiymətlərə uyğun həyata keçirilmişdir. Gündəlik neft məhsullarının satışı ilə bağlı günün sonunda mühasib tərəfindən hazırlanmış "xxxx" onun və mühasib tərəfindən təsdiq olunaraq QSC-nin mühasibatlığına elektron qaydada göndərilmişdir. Bundan başqa, hər ayın sonunda 3 saylı X14 Bazası üzrə anbar hərəkəti haqqında mühasib tərəfindən aylıq hesabat hazırlanmış, anbar qalığı barədə məlumatı təqdim etmiş, həmin məlumatlar əsasında tərtib edilmiş, onun və mühasibin imzası, X15 möhürü ilə tərəfindən təsdiq olunub "xxxx" QSC-nin baş ofisinə göndərilmişdir. Həmin möhür onda olmuş, heç kimə verilməmişdir. Aylıq hesabatda 3 saylı Sabirabad NTB-yə mədaxil olan neft məhsulları aylıq göndərilmiş qaimələrdəki rəqəmə uyğun yazılsa da, faktiki həmin miqdarda neft məhsulu qəbul edilməmiş, faktiki aylıq qəbul edilən neft məhsullarının miqdarı tərtib edilmiş aktlarda əks olunmuşdur. Bu əskiklik əsasən 2020-ci ildən yaranmağa başlamış, çünki əvvəllər baş direktor tərəfindən bunlar silinmiş, amma son 2-3 ildə silinmədiyindən əskiklik artmağa, üst-üstə yığılmağa başlamışdır. Həmin aktda faktiki qeyd edilən neft məhsullarının miqdarı anbar hərəkətinə dair aylıq hesabatda qeyd edilməmiş, çünki əvvəlcədən QSC-nin mühasibatlıq şöbəsi qarışıqlıq olacağını əsas gətirib faktiki qəbul etdikləri neft məhsullarının miqdarını yazmağa icazə verməmişdir. Bu barədə QSC-nin sabiq direktoru Şahid11 dəfələrlə məlumat vermiş, o da aktları emailə göndərməyini, ona uyğun baxılacağını qeyd etmişdir. Təchizat, yəni satış şöbəsi qeyd etdiyi aktları qəbul etsə də, mühasibatlığa verməmiş, rəhbərliyin məlumatının olduğunu bildirmişlər. 2021-ci ilin təxminən oktyabr ayında QSC-nin rəhbərliyi dəyişmiş, yeni rəhbərlik gəlmiş, neft məhsullarının rəhbəri olduğu NTB-yə qəbul edilməsi ilə bağlı tərtib edilmiş aktları əvvəlki qaydada göndərmişlər, lakin 2022-ci ilin təxminən may ayından həmin aktları QSC qəbul etməmiş, çünki köhnə işçilər hamısı çıxarılmış, yeni gələn işçilər qeyd edilən aktları qəbul etməmişdir. 2022-ci ilin sentyabr ayında 3 saylı Sabirabad NTBda QSC-nin və «SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətindən monitorinq və yoxlama gəlmiş, həmin vaxt neft məhsullarında çatışmazlıq aşkar etmişlər və bu səbəbdən də, onu işdən azad etmişlər. Qeyd etdiyi çatışmazlıq isə yuxarıdakı səbəblərlə bağlı olmuş, o heç bir pul vəsaitini, yanacaq məhsulunu mənimsəməmiş, qanunsuz satışını həyata keçirməmişdir. xx.xx.2022-ci il tarixdə neftbazada aparılan yoxlamada iştirak etməmişdir. Catışmazlıq Aİ-92 markalı benzində 184.926 kq, L-62 markalı dizel yanacağında isə 61,828 kq müəyyən edilmişdir. Həmin miqdarda Aİ-92 markalı benzinin və L-62 markalı dizeyl yanacağının çatışmazlığından yaranan ziyan düzgün hesablanmamışdır. Belə ki, çatışmayan 184926 kq Aİ-92 markalı benzin 1 tonunun qiyməti 996,44 manat, ƏDV məbləği 33168,18 manat, yol vergisi 4845,06 manat da daxil olmaqla cəmi 222280,9 manat kimi, çatışmayan 61,828 kq L-62 markalı dizel yanacağının 1 tonunun qiyməti 695,08 manat, əlavə dəyər vergisi məbləği 7735,57 manat, yol vergisi 1471,51 manat da daxil olmaqla cəmi 52182,49 manat- cəmi Aİ-92 markalı benzin və L-62 markalı dizel yanacağının çatışmazlığından dəyən ziyan 274463,39 manat kimi hesablanmışdır. Belə ki, neftbaza «SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətindən aldığı Aİ-92 markalı benzinin və L-62 makralı dizel yanacağının 1 tonu qiymətləndirilərkən həmin qiymətə əlavə dəyər vergisi və yol vergisi daxil edilmişdir. Lakin neftbazada benzin və dizel yanacığının çatışmazlığından dəyən diyan hesablanarkən əlavə dəyər vergisi və yol vergisi təkrar hesablanmışdır. Bundan başqa 2020, 2021 və 2022-ci ilin yanvar-iyul ayları üzrə vaqon sisternlərin boşaldılması zamanı Aİ-92 marakalı benzin məhsulun 141869 kq olmaqla 166226 manat dəyərində, dizel yanacağının isə 117276 kq olmaqla 87939 manat dəyərində, cəmin 254165 manat dəyərində çatışmazlıqların olması barədə aktları istintaqa təqdim etmişdir. Eyni zamanda həm «X10» MMC, həm də «SOCAR PETROLEUM” QSC də həmin dövrdə vaqon siternlərin neftbazada boşaldılması zamanı Aİ-92 markalı benzində və L-62 markalı dizel yanacağında 203497,48 manat məbləğində əskikgəlmələr olması barədə sənədləri Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinə göndərmişlər. Yəni vaqon sisternlərin boşaldılması zamanı 203497,48 manat məbləğində əskikgəlmələrin olmasını həm «X10» MMC, həm də «SOCAR PETROLEUM” QSC etiraf etmişlər. Onun təqdim etdiyi aktlara əsasən göstərilən dövrdə boşaldılma zamanı Aİ-92 markalı benzin və L-62 markalı dizel yanacağında əskikgəlmələrin 254165 manat, «X10» MMC-nin təqdim etdiyihesabatlarda isə 203497,48 manat təşkil etməsinin səbəbi odur ki, hər iki hesabatlar üzrə əskik gəlmiş neft məhsullarının miqdarı eynidir. Lakin «X10» MMC-nin nümayəndəsi neft məhsullarının sıxlığını havanın faktiki tempraturundan asılı olmayaraq həminə müsbət 20 dərəcə hava şəraiti əsasında hesablamışlar. Lakin onlar əskiki gələn yanağacın sıxlığını faktiki hava temperaturu əsas götürülməklə hesablamışlar. İstintaqda məhkəmə mühasibatlaqı ekspertizası keçirilmiş, ekspert «X10» MMC-nin hesabatları nəzərə alınmaqla 70 mindən bir qədər artıq ziyan müəyyən edilməsi barədə rəy vermiş, lakin ekspertin rəyi nəzərə alınmadan ona 274.463,39 manat məbləğində benzini və dizel yanacağını mənimsəməyə görə ittiham verilmişdir. Zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçının)- "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə məhkəmədə göstərdi ki, Təqsirləndirilən şəxs Sabirabad 3 saylı X16 direktoru işlədiyi müddətdə "xxxx" QSC-yə məxsus olmaqla ona etibar edilmiş 222.280,90 manat dəyərində 184.926 kiloqram Aİ 92 markalı benzin, 52.182,49 manat dəyərində 61.828 kiloqram L-62 markalı dizel yanacaq olmaqla cəmi 274.463,39 (iki yüz yetmiş dörd min dörd yüz altmış üç manat otuz doqquz qəpik) manat məbləğində pul vəsaitini mənimsəməklə külli miqdarda ziyan vurmuşdur. Həmin ziyanın "xxxx" QSC-nin hesabına ödənilməsini tələb edir. Şahid11 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 2010-cu ildən 2021-ci ilin oktyabr ayına kimi "xxxx" QSC-nin baş direktoru vəzifəsində işləmişdir. Neft məhsulları Heydər Əliyev adına neft emalı zavodunda emal olunmuş, neft məhsulları müqavilə əsasında "xxxx" QSC-nə satılmışdır. "xxxx" QSC neft emalı zavodundan neft məhsullarını neft bazaların sifarişləri əsasında satın alaraq dəmiryol xətti ilə vaqonlar vasitəsi ilə rayon neftbazalarına göndərilmişdir. "xxxx" QSC ilə «X3» MMC arasında bağlanmış müqaviləyə əsasən dəmir yolu ilə, vaqonlarla göndərilən neft məhsullarının kəmiyyətinə nəzarəti həmin cəmiyyət həyata keçirmişdir. Neft məhsulu vaqon sisternlərə yükləndikdən sonra «X3» MMC-nin nümayəndəsi tərəfindən möhürlənmiş, neftbazalarda isə həmin cəmiyyətinin nümayəndəsinin iştirakı ilə möhür açılmaqla vaqondan boşaldılmışdır. Neft məhsullarının daşınmasını və çatdırılmasına isə "xxxx" QSC-nin Marketinq idarəsi həyata keçirmişdir. Neft məhsullarının vazalarda boşaldılması zamanı xırda çatışmazlıqlar olmuş, bunlar da işçi qaydasında həll olunmuşdur. 24 sentyabr 2022-ci il tarixdə Sabirabad 3 saylı X11 inventarlaşdırma aparılarkən 274.463,39 manat dəyərində Aİ-92 markalı benzinin və L-62 markalı dizel yanacağının əskik gəlməsi barədə məlumatı olmamışdır, bunun səbəbi barədə heç nə deyə bilməz. Bildiyi qədər neft məhsulları vaqonlara gözəyarı vurulmuşdur. Yəni vaqonların içərisində şkala olur, həmin şkalaya çatanda vaqona neft məhsulunun vurulması dayandırılmışdır. Neft məhsulunu vaqona praktiki cəhətdən dəqiq vurmaq mümkün deyildir. Ona görə ki, neft məhsulu vaqona yüksək təzyiqlə vurulur. Ona görə də vaqona vuralan neft məhsulu şkala üzrə ölçüdən həm az, həm də artıq ola bilər. Bundan başqa yanacaq məhsulunun fəsillərə görə sıxlığı da dəyişir. Məsələn yayda sıxlıq artarsa, qışda azalar. Bunlar isə neft məhsullarının bazalarda boşaldılması zamanı fərq yaranmasına səbəb ola bilər, lakin bu çox ola bilməz. Belə ki, gözəyarı doldurmaya əsasən bir vaqonda yanacaq ölçüdən artıq, digər vaqonda isə əskik ola bilər ki, bu da birbirini əvəzləyir. Təqsirləndirilən şəxs isə ona vaqonların boşaldılması zamanı əskikgəlmələrin olması barədə məlumat verməmiş, onda belə məlumat olmamışdır. Şahid11 ziddiyyətli ifadə verərək həmçinin göstərmişdir ki, neft məhsullarının vaqonlardan boşaldılması zamanı aşkar olunmuş cüzi əskikgəlmələr barədə ona Təqsirləndirilən şəxs və eləcə də digər neftbazaların müdirləri müraciət etmişlər. Lakin o, həmin müraciətlərin üzərində dayanmamışdır. Çünki həmin fərqlər sıxlıqla bağlı yaranmışdır. Məhkəmə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, 2017-ci ildən 2022-ci ilin yanvar ayınadək "xxxx" QSC-də müxtəlif vəzifələrdə, 2022-ci ilin yanvar ayından isə Neft və qaz məhsullarının təchizatı və nəzarət şöbəsinin rəis müavini işləmişdir. Vəzifəsi yanacaq doldurma məntəqələrinin maye qazla təchizatı və X6 dizel yanacağı və benzillə təchiz olunması və sairdən ibarət olmuşdur. 3 saylı X12 bazasına yeni müdir təyin olunduğunda həmin bazada müvafiq komissiya tərəfindən inventarlaşdırma aparılmışdır. xx.xx.2022-ci il tarixdə aparılmış invetarlaşdırma zamanı çənlərdə olan yanacaq ölçülərkən 33 nömrəli Aİ-92 markalı yanacaq çənində 184.926 kq Aİ-92 markalı benzin çatışmazlığı, 34 nömrəli Dizel-62 markalı yanacağın çənində 61,828 kq Dizel-62 markalı yanacaq çatışmahlığı aşkar edilmişdir. Neft məhsullarının 3 saylı Sabirabad NTB-yə verilməsi zamanı əskik gəlmələr barədə tərtib edilmiş aktlar haqqında hər hansı bir məlumatı olmamışdır. 2020-2022-ci illərdə həmin neft məhsullarının vaqonlardan boşaldılması zamanı aşkar edilmiş əksiklərlə bağlı onu deyə bilər ki, Aİ-92 markalı benzin vaqonları Əhmədli qəsəbəsində yerləşən terminalda, dizel yanacağı isə Bakı şəhəri Güzdək qəsəbəsində yerləşən terminalda yüklənmişdir. Vaqonlara neft məhsulları "xxxx" QSC-nin Marketinq İdarəsinin və yanacağın miqdarına və daşınmasına məsul olan “X4” MMC-nin nümayəndələrinin iştirakları ilə doldurulmuş, məhsulun çəkisi müəyyən edilmiş, plomlanmış və Marketinq tərəfindən “X4” MMC-nin nümayəndəsinə təhvil verilmişdir. Vaqonlar təyinat məntəqəsinə çatdırıldıqda “X4” MMC-nin nümayəndəsinin iştirakı ilə plom açılmış və boşaldılmışdır. Neft məhsulu təyinat məntəqəsində boşaldılarkan da ölçülməklə onun çəkisi müəyyən edilmişdir. Vaqonlara yüklənmiş neft məhsulunun çəkisi müəyyən edilərkən, dolma ilə boşalma arasında 150-200 kq fərq (artıq və ya əskik) verə bilər. Buna «göz xətası» deyilir. Vaqonlarda daşınan və təhvil verilən məhsulun çəkisinə “X4” MMC cavabdeh olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən "xxxx" QSC-nin Daxili nəzarət və monitorinq şöbəsinin müdiri vəzifəsində işləyən Şahid2, həmin şöbənin böyük təftişçisi vəzifəsində işləyən Şahid1 və Satış və marketinq şöbəsinin böyük eksperti işləyən Şahid3 da Şahid6 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqvında şahid kimi dindirilən Şahid9 göstərdi ki, 2019-cü ildən 2020ci ilin avqust ayına kimi «X4» MMC-nin 3 saylı X14 Bazası üzrə inspektoru vəzifəsində işləmişdir. Onun vəzifəsi vaqon sisternlərlə neftbazaya daxil olan vaqonların polmblarını açmaq, vaqonlarda olan neft məhsullarını ölçməklə faktiki çəkisini müəyyən etmək olmuşdur. Vaqonlarda daxil olan neft məhsulları faktiki qəbul olunarkən əksər hallarda az miqdarda çatışmazlıq, bəzən də artıqlıq müəyyən edilmişdir. Bəzi hallarda onun apardığı hesablamalarla neftbazanın işçilərinin apardıqları hesablamalar arasında fərq yaranmasının səbəbi o olmuşdur ki, «X4» MMC tərəfindən ona neft məhsularının çəkisinin 20 dərəcə istilik şərti ilə sıxlıq nəzərə alınaraq hesablanmasına icazə verilmişdir. Neftbazanın işçiləri isə yanağacın miqdarını hesablayarkən faktiki hava tempraturunu əsas götürmüşlər. Hər gün ərzində vaqon sisternlərlə fatiki qəbul olunmuş neft məhsullarının miqdarı, göndərmə ilə boşalma zamanı yaranmış fərqlər barədə cəmiyyətə məlumat vermiş, sonra isə sənədləri də göndərmişdir. Ona təqdim olunan 2020-ci ilin yanvar ayı ərzində 3 saylı X12 bazasının dalan dəmir yoluna boşalma üçün verilən vaqonları miqdarına görə ölçüb qəbul edərkən 2214 kq dizel yanacağının və 998 kq Aİ-92 markalı avtomobil denzinin əskiki olması barədə 31 yanvar 2020-ci il tarixli, fevral ayında 5568 kq dizel yanacağı və 2582 kq Aİ-92 markalı avtomobil benzinin əskik gəlməsi barədə 29 fevral 2020-ci il tarixli, mart ayında 3879 kq dizel yanacağının və 4278 kq Aİ-92 markalı avtomobil benzininin əskik gəlməsi barədə 31 mart 2020-ci il tarixli, aprel ayında 2869 kq dizel yanacağının və 3015 kq Aİ-92 markalı avtomobil benzininin əskik gəlməsi barədə 30 aprel 2020-ci il tarixli, may ayında 7089 kq dizel yanacağının və 6142 kq Aİ-92 markalı avtomobil benzininin əskik olması barədə 31 may 2020-ci il tarixli, iyun ayında 8961 kq dizel yanacağının və 4670 kq Aİ-92 markalı avtomobil benzininin əskik olması barədə 30 iyun 2020-ci il tarixli, iyul ayında 7754 kq dizel yanacağının və 3629 kq Aİ-92 markalı avtomobil benzininin əskik gəlməsi barədə 31 iyul 2020-ci il tarixli aktlarda adım və soyadım qarşısında imzalar mənə mxsusdur. Həmin aktlarda göstərilən dizel yanacağı və avtomobil benzininin əskik gəlməsi barədə yazılanlar doğrudur. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid7 göstərdi ki, 2020-ci ilin sentyabr ayından xx.xx.2022-ci ilədək “X4” MMC-nin sahə bölməsində müfəttiş vəzifəsində işləmişdir. “X4” MMC ilə "xxxx" QSC arasında bağlanmış müqaviləyə əsasən "xxxx" QSC tərəfindən Sabirabad 3 saylı X20 vaqon sisternlərlə göndərilən neft məcsullarının daşınmasını və neftbaza təhvil verilməsini X4” MMC öz üzərinə götürmüşdür. Bakı şəhəri ərazisində terminallarda neft məhsulları vaqonlara yükləndikdən sonra «X4” MMC-nin Bakı şəhərində olan müfəttişi tərəfindən xüsusi ölçmə ilə neft məhsulunun miqdarı müəyyən edilmiş və vaqon polmlanmışdır. Bundan sonra neft məhsulu üyklənmiş vaqon sistern dəmir yolu vasitəsi ilə Sabirabad 3 saylv X20 çatdırıldıqdan sonra vaqonun plombunun açılması yalnız onun səlahiyyətində olmuşdur. O, vaqonun plomunu neftbazanın işçilərinin iştirakları ilə açmış və vaqonda olan neft məhsulunun miqdarını xüsusi ölçmə cihazı ilə ölçmüşdür. Əksər hallarda vaqonlarda olan neft məhsulları göndərilən miqdardan 200-300 litir az olmuşdur. Bu isə vaqonlar yolda olduqları müddətdə temperaturun dəyişməsi ilə əlaqədar olmuşdur. Az hallarda isə vaqonlarda daxil olan neft məhsullarında göndərmə ilə müqayisədə daha çox əskiklik müəyyən edilmişdir. Bu isə onunla əlaqədar olmuşdur ki, vaqonlarda axıtma olmuşdur. Daxil olan vaqonlarda neft məhsulları bir-iki dəfə göndrilməyə nisbətən artıq olmuşdur. Hər dəfə neftbaza daxil olan vaqonlarda neft məhsulunun faktiki miqdarı barədə neftbazanın işçilərinin iştirakları ilə akt yazılmış və həmin akt neftbazanın müdiri tərəfindən təsdiq olunmuşdur. O, daxil olan vaqonlarda neft məhsullarının əskikliyi barədə hər bir halda aktın surətini «X4” MMC-nin ofisinə göndərməklə rəsmi məlumat vermişdir. Ümumiyyətlə vaqona yüklənmiş neft məhsulunun miqdarını tam dəqiq ölçmək özü də mümkün deyildir. Çünki, yanacağın vaqondakı hündürlüyünü ölçərkən xırda qeyri dəqiqlik baş verə bilər, həm də havanın temperaturu dəyişdikcə yanacağın sıxlığı da, onun çəkisi də dəyişir. Ona təqdim olunan cinayət işinin 12-ci cildində 2020-ci ilin avqust ayı ərzində X12 bazasının dalan dəmir yoluna boşaltma üçün verilən vaqonları miqdarına görə ölçüb qəbul edərkən 2980 kq dizeyl yanacağı və 1871 kq A-92 markalı avtomobil benzinin əskik olmasının aşkar olunması barədə 31 avqust 2020-ci il tarixli, sentyaba ayı ərzində 4236 kq dizel yanacağı və 4731 kq A-92 markalı avtomobil benzininin əskikliyinin aşkar olunması barədə 30 sentyabr 2020-ci il tarixli, oktyabr ayı ərzində 1609 kq dizel yanacağının və 3148 kq A-92 markalı avtomobil benzininin əskikliyinin aşkar olunması barədə 31 oktyabr 2020-ci il tarixli, noyabr ayı ərzində 2657 kq dizel yanacağının və 4006 kq A-92 markalı benzinin əskikliyinin aşkar olunması barədə 30 noyabr 2020-ci il tarixli, dekabr ayı ərzində 519 kq dizel yanacağının və 2422 kq A-92 markalı avtomobil benzininin əskikliyinin aşkar olunması barədə 31 dekabr 2020-ci il tarixli, 2021-ci ilin yanvar ayı ərzində 764 kq dizel yanacağının və 5064 kq A-92 markalı avtomobil benzininin əskikliyinin aşkar olunması barədə 31 yanvar 2021ci il tarixli, fevral ayı ərzində 1538 kq dizeyl yanacağının və 4826 uk A-92 markalı avtomobil benzininin əskikliyinin aşkar olunması barədə 28 fevral 2021-ci il tarixli, mart ayı ərzində 3453 kq dizel yanacağının və 3459 kq A-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən edilməsi barədə 31 mart 2021-ci il tarixli, aprel ayı ərzində 2604 kq dizel yanağağının və 7277 kq A-92 markalı avtomobil benzininin əskikliyinin aşkar olunması barədə 30 aprel 2021-ci il tarixli, may ayı ərzində 3295 kq dizeyl yanacağının və 5823 kq A-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən edilməsi barədə 31 may 2021-ci il tarixli, iyun ayı ərzində 7689 kq dizeyl yanacağının və 6164 kq A-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən edilməsi barədə 30 iyun 2021-ci il tarixli, iyul ayı ərzində 5283 kq dizeyl yanacağının və 8965 kq A-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən edilməsi barədə 31 iyul 2021-ci il tarixli, avqust ayı ərzində 7280 kq dizeyl yanacağının və 5798 kq A-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən edilməsi barədə 31 avqust 2021-ci il tarixli, sentyabr ayı ərzində 6920 kq dizeyl yanacağının və 7890 kq A-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən edilməsi barədə 30 sentyabr 2021-ci il tarixli, oktyabr ayı ərzində 4734 kq dizeyl yanacağının və 6736 kq A-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən edilməsi barədə 31 oktyabr 2021-ci il tarixli, noyabr ayı ərzində 2402 kq dizeyl yanacağının və 6394 kq A-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən edilməsi barədə 30 noyabr 2021-ci il tarixli, dekabr ayı ərzində 1481 kq dizeyl yanacağının və 4428 kq A-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən edilməsi barədə 30 dekabr 2021-ci il tarixli, 2022-ci ilin yanvar ərzində 581 kq dizeyl yanacağının və 2942 kq A-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən edilməsi barədə 31 yanvar 2022-ci il tarixli, fevral ayı ərzində 523 kq dizeyl yanacağının və 1394 kq A-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən edilməsi barədə 28 fevral 2022-ci il tarixli, mart ayı ərzində 2085 kq dizeyl yanacağının və 3575 kq A-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən edilməsi barədə 31 mart 2022-ci il tarixli, aprel ayı ərzində 2583 kq dizeyl yanacağının və 4067 kq A-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən edilməsi barədə 30 aprel 2022-ci il tarixli, may ayı ərzində 2071 kq dizeyl yanacağının və 3945 kq A-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən edilməsi barədə 31 may 2022-ci il tarixli, iyun ayı ərzində 4453 kq dizeyl yanacağının və 5564 kq A-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən edilməsi barədə 30 iyun 2022-ci il tarixli, iyul ayı ərzində 7202 kq dizeyl yanacağının və 6066 kq A-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən edilməsi barədə 30 iyul 2022-ci il tarixli, aktlarda və göstərilən dövrlərə uyğun olaraq həmin aktlara illər və aylar üzrə əlavə olunmuş «neft məhsulunun miqdarına görə qəbul akt»larında ad və soyadı qarşısında imzalar ona məxsusdur. Həmin aktlarda göstərilən miqdarlarda dizel yanağacı və A-92 markalı avtomobil benzinini vaqonları ölçüb miqdarına görə qəbul edərkən faktiki olaraq göndərmə sənədləri ilə müqayisədə əskik olmuşlar. Bu barədə tərtib edilmiş aktların surətlərini hər bir halda «X4” MMC-nin ofisinə göndərməklə rəsmi məlumat vermişdir. İstintaq zamanı «X4” MMC tərəfindən göndərilmiş, 2020-2022-ci illərdə neft məhsulunun vaqonlardan boşaldılması zamanı müəyyən edilmiş əskikgəlmələrə dair hesabatlarda Təqsirləndirilən şəxs təqdim etdiyi əskikliyə dair aktlarda göstərilmiş məlumatlar arasında fərq olmasının səbəbini bilmir. Məhkəmə istintaqında şahid kimi dindirilən X13 göstərdi ki, 18 avqust 2022-ci il tarixdən “X4” MMC-nin sahə bölməsində müfəttiş vəzifəsində işləyir. “X4” MMC ilə "xxxx" QSC arasında bağlanmış müqaviləyə əsasən "xxxx" QSC tərəfindən Sabirabad 3 saylı X20 vaqon sisternlərlə göndərilən neft məhsullarının daşınmasını və neftbaza təhvil verilməsini X4” MMC öz üzərinə götürmüşdür. Bakı şəhəri ərazisində terminallarda neft məhsulları vaqonlara yükləndikdən sonra «X4” MMC-nin Bakı şəhərində olan müfəttişi tərəfindən xüsusi ölçmə ilə neft məhsulunun miqdarı müəyyən edimlmiş və vaqon polmblanmışdır. Bundan sonra neft məhsulu yüklənmiş vaqon sistern dəmir yolu vasitəsi ilə Sabirabad 3 saylı X20 çatdırıldıqdan sonra vaqonun plombunun açılması yalnız onun səlahiyyətində olmuşdur. O, vaqonun plombunu neftbazanın işçilərinin iştirakları ilə açmış və vaqonda olan neft məhsulunun miqdarını xüsusi ölçmə cihazı ilə ölçmüşdür. Əksər hallarda vaqonlarda olan neft məhsulları göndərilən miqdardan 200-300 litir az olmuşdur. Bu isə vaqonlar yolda olduqları müddətdə tempraturun dəyişməsi ilə əlaqədar olmuşdur. Ona təqdim olunan 31 avqust 2022-ci il tarixli aktda ad və soy adı qarşısında imza ona məxsusdur. Həmin aktda göstərilmişdir ki, 2022-ci ilin avqust ayı ərzində Sabirabad 3 saylı neət terminalı bazasının dalan dəmir yoluna boşaltma üçün verilən vaqonlarda olan neft məhsulları miqdarına görə ölçülüb qəbul olunarkən 8383 kq dizel yanacağı və 7121 kq A- 92 markalı avtomobil benzininin əskikliyi yaranmışdır. 2022-ci ilin avqust ayı ərzində daxil olan vaqonların boşaldılması zamanı həqiqətən də göstərilən miqdarda dizel yanacağı və avtomobil benzini çatışmamışdır. Bu barədə onun iştirakı ilə akt tərtib olunmuşdur. O, vaqon sisternlərlə göndərilmiş yanacağın boşaldılması zamanı aşkar olunmuş əskikgəlmələr barədə hər bir halda “X4” MMC-nə hesabat vermişdir. “X4” MMC-nin sahə müfəttişinin verdiyi hesabatla faqon sisternlərdə boşalma zamanı əskikgəlmələr barədə tərtib olunmuş aktlarda göstərilən əskikgəlmələr arasında fərq yaranması onunla əlaqədar olmuşdur ki, boşalma zamanı vaqon-sisternlərlə ölçmələr faktiki mövcud hava tempraturu nəzərə alunmaqla aparılmışdır. Faktiki hava tempuraturu çox hallarda yüksək olduğu halda, “X4” MMC-nin rəhbərliyi tərəfindən ona verilmiş göstərişə əsasən həmişə müsbət 20 dərəcə hava tempuraturu əsas götürülməklə vaqonlarda daxil olan yanacağın sıxlığı və çəkisi barədə hesabatlar vermişdir. Əslində isə havanın temperaturu yüksək olduğundan yanacağın sıxlığı az olmuş və bu nəzərə alınmaqla qəbul olunan yanacağın miqdarı tərtib edilmiş aktlarda doğru göstərilmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid10 göstərdi ki, 2019-cu ildən 2021ci ilin dekabr ayının 1-dək 3 nömrəli Sabirabad X11 anbardar işləmişdir. O, anbardar vəzifəsinə təyin olunarkən anbarda olan neft məhsulları ona təhvil-təslim edilməmişdir. Eyni ilə anbardar vəzifəsindən çıxarkən də anbarda olan neft məhsulları ondan sonra anbardar vəzifəsinə təyin edilmiş Şahid8 təhvil verilməmişdir. Çünki anbarda maddi məsul şəxs neft bazanın direktoru Təqsirləndirilən şəxs özü olmuşdur. Neft terminal bazasında anbardar işlədiyi müddətdə "xxxx" QSC tərəfindən Sabirabad 3 saylı X20 vaqon sisternlərlə göndərilən neft məhsulları X4” MMC-nin inspektorunun iştirakı ilə qəbul olunmuşdur. Vaqon sisternlərlə göndərilən neft məhsullarının ölçülüb qəbulu zamanı göndərmə ilə boşalma arasında fərqlər bəzən artıqlıq, bəzən də əskikgəlmələr mövcud olmuşdur. Bu barədə tərtib edilmiş aktlara anbardar kimi imza etmişdir. Vaqonların boşaldılması zamanı göndərilən məhsulla faktiki qəbul olunan məhsulun arasında fərqlərin olması havanın temperaturunun dəyişməsi, nəticədə neft məhsulunun sıxlığının artması və azalması ilə, həmçinin vaqonlarda olan neft məhsulunun ləpələnməsi ilə əlaqədar olmuşdur. Elə hallar olmuşdur ki, vaqonlar neftbazada çox saxlanıldıqda baza dəmir yolu tərəfindən cərimə olunmuşdur. Bu səbəbdən də vaqonlar ləpələnmə tam dayanmadan boşaldılmışdır. Ona təqdim olunan 2020-ci ilin yanvar ayı ərzində 3 saylı X12 bazasının dalan dəmir yoluna boşaltma üçün verilən vaqonları miqdarına görə ölçüb qəbul edərkən 2214 kq dizel yanacağının və 998 kq Aİ-92 markalı avtomobil benzininin əskik olmasını barədə 31 yanvar 2020-ci il tarixli, fevral ayında 5568 kq dizeyl yanacağının və 2582 kq Aİ-92 markalı avtomobil benzininin əskik olması barədə 29 fevral 2020-ci il tarixli, mart ayında 3879 kq dizel yanacağının və 4278 kq Aİ-92 markalı avtomobil benzininin əskik olması barədə 31 mart 2020-ci il tarixli, aprel ayında 2869 kq dizeyl yanacağının və 3015 kq Aİ-92 markalı avtomobil benzininin əskik olması barədə 30 aprel 2020-ci il tarixli, may ayında 7089 kq dizel yanacağının və 6142 kq Aİ-92 markalı avtomobil benzininin əskik olması barədə 31 may 2020-ci il tarixli, iyun ayında 8961 kq dizel yanacağının və 4670 kq Aİ-92 markalı avtomobil benzininin əskik olması barədə 30 iyun 2020-ci il tarixli, iyul ayında 7754 kq dizeyl yanacağının və 3629 kq Aİ-92 markalı avtomobil benzininin əskik olması barədə 31 iyul 2020-ci il tarixli, avqust ayında 2980 kq dizel yanacağının və 1871 kq Aİ-92 markalı avtomobil benzinin əskik olması barədə 31 avqust 2020-ci il tarixli, sentyabr ayında 4236 kq dizeyl yanacağının və 4731 kq A-92 markalı avtomobil benzininin əskik olması barədə 30 sentyabr 2020-ci il tarixli, oktyabr ayında 1609 kq dizel yanacağının və 3148 kq Aİ-92 markalı avtomobil benzininin əskik olması barədə 31 oktyabr 2020-ci il tarixli, noyabr ayında 2657 kq dizel yanacağının və 4006 kq Aİ-92 markalı avtomobil benzininin əskik olması barədə 30 noyabr 2020-ci il tarixli, dekabr ayında 519 kq dizel yanacağının və 2422 kq Aİ-92 markalı avtomobil benzininin əskik olması barədə 31 dekabr 2020-ci il tarixli, 2021-ci ilin yanvar ayında 764 kq dizel yanacağının və 5064 kq Aİ-92 markalı avtomobil benzininin əskik olması barədə 31 yanvar 2021-ci il tarixli, fevral ayında 1538 kq dizeyl yanacağının və 4826 kq Aİ-92 markalı avtomobil benzininin əskik gəlməsi barədə 28 fevral 2021-ci il tarixli, mart ayında 3453 kq dizel yanacağının və 3459 kq Aİ-92 markalı avtomobil benzininin əskik gəlməsi barədə 31 mart 2021-ci il tarixli, aprel ayında 2604 kq dizel yanacağının və 7277 kq Aİ-92 markalı avtomobil benzininin əskik olması bparədə 30 aprel 2021-ci il tarixli, may ayında 3295 kq dizeyl yanacağının və 5823 kq Aİ-92 markalı avtomobil benzininin əskik olması barədə 31 may 2021-ci il tarixli, iyun ayında 7689 kq dizel yanacağının və 6164 kq Aİ-92 markalı avtomobil benzininin əskik olması barədə 30 iyun 2021-ci il tarixli, iyul ayında 5283 kq dizeyl yanacağının və 8965 kq Aİ-92 markalı avtomobil benzininin əskik olması barədə 31 iyul 2021-ci il tarixli, avqust ayında 7280 kq dizel yanacağının və 5798 kq Aİ-92 markalı avtomobil benzininin əskik olması barədə 31 avqust 2021-ci il tarixli, sentyabr ayında 6920 kq dizel yanacağının və 7890 kq Aİ-92 markalı avtomobil benzininin əskik olması barədə 30 sentyabr 2021-ci il tarixli, oktyabr ayında 4734 kq dizeyl yanacağının və 6736 kq Aİ-92 markalı avtomobil benzininin əskik olması barədə 31 oktyabr 2021-ci il tarixli, noyabr ayında 2402 kq dizeyl yanacağının və 6394 kq Aİ-92 markalı avtomobil benzininin əskik olması barədə 30 noyabr 2021-ci il tarixli aktlarda anbardar kimi onun ad və soyadı qarşısındakı imzalar ona məxsusdur, həmin aktların məzmununu təsdiq edir. Həqiqətən də göstərilən aylarda vaqon sisternlər boşaldılarkən göndərmə sənədləri ilə müqayisədə aktlarda göstərilən miqdarda çatışmazlıqlar olmuşdur. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid8 Üzeyr oğlu göstərdi ki, 01 dekabr 2021-ci il tarixdən "xxxx" QSC-nin 3 saylı X12 Bazasının anbardarı vəzifəsində işləmişəm. Vəzifəm faktiki olaraq anbara boşaldılmış neft məhsullarını qəbul etmək və qaimə üzrə buraxmaq olmuşdur. Anbar işlədiyi müddətdə neft və benzin çənlərində ölçmə aparmaqla əskiklik olmasını müəyyən etmiş və bu barədə bazanın direktoru Təqsirləndirilən şəxs məlumat vermişdir. Təqsirləndirilən şəxs isə maddi məsul şəxs özünün olduğunu, çatışmazlıq barədə rəhbərliyin məlumatı olduğunu, çatışmazlığın silinəcəyini bildirmişdir. Onun anbar müdiri işlədiyi müddətdə bazaya vaqon sisternlərlə daxil olan neft məhsulları «X4» MMC-nin inspektorunun və neft bazanın işçilərinin iştirakları ilə ölçülməklə anbara boşaldılmışdır. Əksər hallarda vaqonların boşaldılması zamanı benzin və dizel yanacağında göndərmə ilə fərq əmələ gəlmişdir. Bu bəzən əskik, bəzən də artıq olmuşdur. Hər bir vaqon üzrə neft məhsulları boşaldılarkən akt tərtib olunmuşdur. 3 saylı X14 Bazasında xx.xx.2022-ci il tarixdə neft məhsullarının inventarlaşdırılması aparılarkən o da iştirak etmişdir. İnventarlaşdırma nəticəsində 184926 kq Aİ-92 iarkalı benzin və 61828 kq dizel əskik gəlmişdir. Neftbazaya daxil olan vaqonlara yüklənilmiş neft məhsulları boşaldılarkən hər bir vaqon barədə akt tərtib olunmuşdur. Aktda artıq və əskikliklər göstərilmişdir. Əksər hallarda vaqonlarla daxil olan neft məhsullarının vaqonlarda olan faktiki dolma hündürlüyü dəyişməsə də, «X4» MM-nin inspektoru onlara icazə verilən 20 dərəcə hərarət götürməklə neft məhsulunun çəkisini hesabladıqlarından nisbi olaraq fərqlər yaranmış və bu eyni bir aktda qəbul edilmişdir. Ona təqdim edilən sənədlər üzrə deyə bilər ki, 2022-ci ilin yanvar ayı ərzində 3 saylı X14 Bazasının dalan dəmir yoluna boşaltma üçün verilən vaqonları miqdarına görə ölçüb qəbul edərkən 851 kq dizel yanacığının və 2942 kq Aİ-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən olunması barədə 31 yanvar 2022-ci il tarixli, fevral ayı ərzində 523 kq dizel yanacığının və 1394 kq Aİ-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən olunması barədə 28 fevral 2022ci il tarixli, mart ayı ərzində 2085 kq dizel yanacığının və 3575 kq Aİ-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən olunması barədə 31 mart 2022-ci il tarixli, aprel ayı ərzində 2583 kq dizel yanacığının və 4067 kq Aİ-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən olunması barədə 30 aprel 2022-ci il tarixli, may ayı ərzində 2071 kq dizel yanacığının və 3945 kq Aİ-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən olunması barədə 31 may 2022-ci il tarixli, iyun ayı ərzində 4453 kq dizel yanacığının və 5564 kq Aİ-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən olunması barədə 30 iyun 2022-ci il tarixli, iyul ayı ərzində 7202 kq dizel yanacığının və 6066 kq Aİ-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən olunması barədə 30 iyul 2022-ci il tarixli, avqust ayı ərzində 8383 kq dizel yanacığının və 7121kq Aİ-92 markalı avtomobil benzininin əskikliyinin müəyyən olunması barədə 31 avqust 2022-ci il tarixli aktlarda ad və soyadı qarşısında imzalar ona məxsusdur. Həmin aktlar aylar ərzində neftbazaya daxil olmuş ayrı-ayrı vaqonların qəbulu zamanı aşkar olunmuş çatışmazlıqlar barədə tərtib olunmuş aktlar əsasında tərtib olunmuşdur. Ona təqdim olunan aktlar üzrə onu deyə bilər ki, vaqonların boşaldılması zamanı faktiki aşkar olunmuş neft məhsullarının miqdarı barədə tərtib olunmuş aktlarda imzalar ona məxsusdur. Vaqonlarda daxil olan neft məhsulları hər bir halda «X4» MMC-nin inspektorunun iştirakı ilə ölçülmüş və akta onun tərəfindən də imza olunmuşdur. Bəzi hallarla eyni bir vaqonda aşkar olunmuş yanacağın miqdarı barədə «X4» MMC-nin inspektorunun apardığı hesablama ilə fərq yaranması onunla əlaqədar olmuşdur ki, həmin cəmiyyətin nümayəndəsi havanın temperaturunu həmişə 20 dərəcə qəbul etməklə hesablama aparmışdır. Lakin qəbul olunan neft məhsulunun vaqonlarda olan hündürlüyü, yəni həcmi barədə fərqli hallar olmamışdır. İşdə olan sənədlərlə müəyyən edilir: "xxxx" QSC-nin baş direktorunun 01 iyun 2012-ci il tarixli əmri ilə Təqsirləndirilən şəxs 03 nömrəli X14 Bazasının direktoru vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci il tarixli əmri ilə onunla əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Neft terminalı bazasının direktorunun vəzifə təlimatına əsasən direktor X20 birbaşa rəhbərliyi həyata keçirir, bütün işçilərin işinə nəzarət edir. «Yanacağın qəbulu və onun saxlanılması haqqında» təlimata əsaslanaraq yanacağın qəbulunu şəxsən amarmalı, onun qəbulunu, saxlanılmasını və buraxılmasını təşkil etməlidir. "xxxx" QSC ilə 3 saylı X12 Bazasının direktoru Təqsirləndirilən şəxs arasında 05 yanvar 2022-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs əmək müqaviləsi və vəzifə təlimatı əsasında ona etibar edilmiş maddi dəyərlərin qorunmasını, yanacağın qəbulunu, saxlanılmasını və buraxılışını təşkil etməyi, cəmiyyətə maddi ziyan gətirməməyi və maddi ziyan vurduğu halda əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Cinayət işinin materiallarında olan (sifarişçi) Socar Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ilə (icraçı) «X7» MMC arasında bağlanılmış 07 iyul 2015-ci il tarixli müqaviləyə əsasən sifarişçinin tapşırığına əsasən icraçı sifarişçi tərəfindən müvafiq yükləmə terminallarından yüklənəcək və Azərbaycanın bölgələrində yerləşən müxtəlif qəbul məntəqələrinə təchiz olunacaq neft məhsullarının kəmiyyətinin və keyfiyyətinin yükləmə terminallarında, çənlərdə və dəmir yol sisternlərində DÜST və ASTM üsulları ilə vaxtaşırı inspeksiyasının aparılmasını öhdəsinə götürmüşdür. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 3 nömrəli X12 Bazasının direktorunun dəyişməsi ilə əlaqədar olaraq neftbazanın xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində maliyyə-fəaliyyəti təftiş olunmuş və xx.xx.2022-ci il tarixdə aparılmış invetarlaşdırma nəticəsində 222.280,90 manat dəyərində 184.926 kiloqram Aİ- 92 markalı benzin və 52.182,49 manat dəyərində 61.828 kiloqram L-62 markalı dizel yanacağı olmaqla-cəmi 274.463,39 manat məbləğində çatışmazlıq aşkar olunmuşdur. Bu barədə materiallar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 14 noyabr 2022-ci il tarixli qərarı ilə fakta görə Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. İbtidai istintaq zamanı «X8» MMC-nin direktoru Araz Aslanovun 08 fevral 2023-cü il tarixli məktubu ilə 2020, 2021 və 2022-ci illərdə Sabirabad 3 saylı X14 Bazasında benzin və dizel yanacağının boşaldılması zamanı əskikgəlmələr barədə hesabatlar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsinin istintaq idararəsinə göndərilməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin hesabatlara əsasən göstərilən dövrdə vaqon sisternlərin neftbazada boşaldılması zamanı Aİ-92 markalı benzində və L-62 markalı dizel yanacağında 203497,48 manat məbləğində əskikgəlmələrin olması təsdiq edilmişdir. Bundan başqa, «SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinin 18 mart 2023-cü il tarixli məktubu ilə də 2020, 2021 və 2022-ci illərdə Sabirabad 3 saylı X14 Bazasında benzin və dizel yanacağının boşaldılması zamanı 203497,48 manat məbləğində əskikgəlmələrin olması barədə «X8» MMC-nin inspektorları tərəfindən tərtib edilmiş aktlar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsinə göndərilmişdir. Həmin hesabatlardan görünür ki, hətta Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdə Sabirabad 3 saylı X15 direktoru vəzifəsindən azad olunmasından sonrakı aylarda da «SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həmin neftbaza göndərilən dizel yanacağı və Aİ-92 markalı benzinin vaqonlardan boşaldılması zamanı əskikliklər (göndərmə və boşalma aparsında fərq) aşkar olunmuşdur. Belə ki, vaqonların boşaldılması zamanı 2022-ci ilin oktyabr ayında 3.317 kq benzin və 0,976 kq dizel yanacağı, noyabr ayında 7.471 kq Aİ-92 markalı benzin və 3.393 kq dizel yanacağı, dekabr ayında 4.889 ki Aİ-92 markalı benzin və 6.430 kq dizel yanacağı əskik gəlmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayından 2022-ci ilin sentyabr ayınadək olan müddətdə Aİ-92 markalı benzin və L-62 markalı dizel yanacağı yüklənmiş vaqon sisternlərin boşaldılması zamanı aşkar olunmuş əskikgəlmələr barədə tərtib olunmuş, «X8» MMC-nin inspektoru tərəfindən imzalanmaqla təsdiq olunmuş aktları istintaqa təqdim etmişdir. Həmin aktlara əsasən göstərilən dövrdə Aİ-92 markalı benzinin və L-62 markalı dizel yanacağının boşaldılması zamanı əskikgələmələr ümumilikdə 254165 manat təşkil etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Vasif Əsgərovun 28 fevral 2023-cü il tarixli qərarı əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübaprizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin mütəxəssisi tərəfindən «SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinin 3 saylı X14 bazasına qəbul edilən benzin və dizel yanacağı ilə əlaqədar təqdim edilmiş istintaq materialları, «SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli aparılmış yoxlamanın nəticələri, neft bazasının sabiq direktoru Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş aktlar və «X7» MMC tərəfindən təqdim olunmuş 2020, 2021 və 2022-ci illər üzrə Aİ-92 markalı benzin və L-62 markalı dizel yanacağının hesabatları əsasında araşdırma aparılmaqla 10 aprel 2023-cü il tarixli rəy verilmişdir. Həmin rəydə göstərilmişdir ki, 3 saylı X14 bazasında benzin və dizel yanacağının inventarlaşdırılması aparılarkən xx.xx.2022-ci il tarixdə yoxlama zamanı benzin çənində 222280,90 manat dəyərində 184926 kq, dizel çənində isə 52182,49 manat dəyərində 61828 kq-cəmi 274463,39 manat məbləğində yanacaq çatışmazlığı aşkar edilmişdir. 3 saly X14 Bazasında neft məhsullarının hesabatı vaqon qaimələri əsasında aparılmışdır. 3 saylı X12 Bazasının sabiq direktoru Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş 2020, 2021 və 2022-ci illərdə neft məhsullarının miqdarına görə aktlarda göstərilən vaqon sisternlərdə neft məhsullarının miqdarının ölçülməsi zamanı aşkar edilmiş 254165 manat məbləğində əskikliklər «SOCAR PETROLEUM” QSC tərəfindən aparılan yoxlama zamanı nəzərə alınmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi, 2020, 2021 və 2022-ci illərdə 3 saylı X12 Bazasına vaqon sisternlərlə göndərilmiş neft məhsullarının boşaldılması zamanı aşkar edilmiş əskikgəlmələr barədə aktlar araşdırılaraq aşağıdakılar müəyyən olunmuşdur: 2020-ci ildə 3 saylı X12 Bazasının ünvanına daxil olan vaqon sisternlərdə neft məhsullarının miqdarının ölçülməsi zamanı aşkar edilmiş əskikliklərə dair aktlar üzrə Aİ-92 markalı benzin 41492 kq olmaqla dəyəri 44770 manat, dizel yanacağı üzrə 50335 kq olmaqla dəyəri 30906 manat, 2021-ci il üzrə Aİ-92 markalı neft məhsulu 72824 kq olmaqla dəyəri88117 manat, dizel yanacağı 47443 kq olmaqla dəyəri 40421 manat, 2022-ci ilin yanvar-iyul ayları üzrə Aİ-92 markalı benzin 27553 kq olmaqla dəyəri 33339 manat, dizel yanacağı 19498 kq olmaqla dəyəri 16612 manat-cəmi 2020, 2021 və 2022-ci ilin yanvariyul ayları üzrə Aİ-92 marakalı benzin məhsulu 141869 kq olmaqla dəyəri 166226 manat, dizel yanacağı isə 117276 kq olmaqla dəyəri 87939 manat, yekun məbləğ isə 254165 manat təşkil etmişdir. Bundan başqa, «SOCAR PETROLEUM” QSC-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 14-6/2- 352/2023 saylı məktubuna əlavə olunan 2020-2021 və 2022-ci illərdə tərəflər arasında satıcı adlanan SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ilə alıcı adlanan «SOCAR PETROLEUM” QSC ilə bağlanılmış müqavilələrə əsasən satıcı neft məhsullarının satışını, alıcı isə həmin neft məhsullarının qəbul edilməsini və müqavilə üzrə malın dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmçinin SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ilə «X7» MMC arasında bağlanmış müqaviləyə əsasən Respublikanın daxili bazarında satılan neft məhsullarının kəmiyyətinin və keyfiyyətinin inspeksiyasının aparılmasını «X10» MMC öhdəsinə götürmüşdür. «X10» MMC-nin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinə ünvanladığı 08 fevral 2023-cü il tarixli , Cıc La 23-006 saylı məktubuna əlavə olunmuş benzin və dizel məhsullarının cədvəllərinə əsasən 3 saylı Sabirabad X11 neft məhsullarının yüklənmə göstəriciləri ilə boşalma arasında fərq 2020-ci ildə boşaldılan benzin məhsulunda 20048 kq, dizel məhsulunda 27304 kq, 2021-ci ildə boşalan benzin məhsulundan 62860 kq, dizel məhsulunda 27287 kq, 2002-ci ilin 9 ayı ərzində isə benzin 30858 kq, dizel məhsulunda 24818 kq fərq olmuşdur. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ilə alıcı adlanan «SOCAR PETROLEUM” QSC arasında bağlanmış müqaviləyə əsasən Aİ-92 markalı benzinin bir tonunun qiyməti 1200,60 manat, dizel yanacağının bir tonunun qiyməti 842,60 manat təşkil etdiyindən boşaldılan 2020-ci ildə benzin məhsulundan 24069,63 manat, dizel məhsulundan 23006,35 manat, 2021-ci ildə benzin məhsulundan 75469,72 manat, dizel məhsulundan 22992,03 manat, 2022-ci ildə benzin məhsulundan 37048,11 manat, dizel məhsulundan 20911,65 manat olmaqla cəmi benzin məhsulundan 136587,46 manat, dizel məhsulundan 66910,02 manat olmaqla yekun olaraq 203497,48 manat fərq yaranmışdır. Eyni zamanda SOCAR-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinə göndərdiyi xx.xx.2023-cü il tarixli, 14-6/2-352/2023 saylı məktubu ilə «X17» MMC-nin təqdim etdiyi, 3 saylı Sabirabad X11 neft məhsullarının yükləmə ilə boşalma göstəriciləri arasında 2020, 2021 və 2022-ci illər üzrə 203497,48 manat məbləğində fərq hesabatını təsdiq etmişdir. İbtidai istintaq zamanı cinayət işi üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzənin tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının 18 may 2023-cü il tarixli, 9/2983 saylı rəyindən görünür ki, SOCAR-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən və «X10» MMC tərəfindən təqdim edilmiş 3 saylı X14 Bazasına 2020, 2021 və 2022-ci ilin 9 ayı ərzində göndərilmiş neft məhsullarının yükləmə ilə boşalma göstəriciləri, yəni neft məhsullarının 3 saylı X14 Bazasında qəbulu (boşaltma) zamanı aşkar olunmuş 203497,48 manat məbləğində əskikgəlmələr nəzərə alınmaqla neftbazada ümumilikdə 70.965,91 manat məbləğində benzin və dizel məhsullarının çatışmazlığı müəyyən edilmişdir. Lakin məhkəmə mühasibatlıq ekspertizasının həmin rəyində heç bir əsas göstərilmədən «X10» MMC-nin və «SOCAR PETROLEUM” QSC-nin 2020, 2021 və 2022ci ilin doqquz ay ərzində Sabirabad 3 saylı X18 vaqon sisternlərlə göndərilmiş benzinin və dizel yanacağının neftbazada boşaldılması zamanı göndərmə sənədlərindəki çəkilərlə boşalma arasında 203497,48 manat fərqin yaranmasına dair hesabatları nəzərə alınsa da, Təqsirləndirilən şəxs təqdim etdiyi, yanacağın çəkisinə nəzarəti həyata keçirən «X10» MMC-nin nümayəndəsi tərəfindən də imzalanmış 254165 manat məbləğində əskikgəlmələrin aşkar olunması barədə sənədlər nəzərə alınmamışdır. Həmçinin neft məhsullarının Sabirabad 3 saylı X11 qəbulu aktlarından görünür ki, daxil olmuş vaqon sisternlərdə olan yanacağın miqdarı müəyyən edilərkən «X10» MMCnin nümayəndəsinin iştirakı ilə vaqonda olan neft məhsulunun hündürlüyü müvafiq cihazla ölçülmüş, aktın həm neftbazaya aid olan hissəsində, həm də «X10» MMC-nə aid olan hissəsində neft məhsulunun vaqonlarda hündürlüyü eyni göstərilmişdir. Yəni fiziki olaraq yanacağın ölçüsündə fərq, fikir ayrılığı olmamışdır. Lakin «X10» MMC-nin nümayəndəsi neft məhsulunun sıxlığını və bunun da əsasında miqdarını hesablayarkən ilin bütün fəsillərində və bütün günlərində havanın temperaturunu sənədlərdə həmişə müsbət 20 dərəcə kimi göstərmişdir. Lakin aktların neftbazaya aid hissəsində havanın temperaturu ilin fəsillərinə uyğun olaraq ayrı-ayrı dərəcələrdə göstərilmiş və hesablama bunun əsasında aparılmışdır. Belə ki, neft məhsulunun sıxlığı havanın temperaturuna uyğun olaraq dəyişir, bu isə hesablamada fərqli rəqəmlərin meydada gəlməsinə səbəb olur. Göstərilənlərə əsasən zərurət yavrandığından 2020, 2021 və 2022-ci ilin doqquz ayı ərzində «SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 3 nömrəli X12 Bazasına göndərilən Aİ-92 markalı benzinin və L-62 markalı dizeyl yanacağının boşaldılması zamanı yaranmış fərqlərin müəyyən edilməsi, «X10» MMC və «SOCAR PETROLEUM” QSC-nin boşalma zamanı yanacaq çatışmazlığına dair təqdim etdikləri hesabatlar, həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi sənədlər nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə Təqsirləndirilən şəxs anbar hesabında mövcud olan çatışmazlığın müəyyən edilməsi məqsədi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərarı ilə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Məhkəmənin qərarı əsasında aparılmış məhkəmə mühasibatlıq ekspertizasının 11 iyul 2024-cü il tarixli, 9/3224 nömrəli rəyində göstərilmişdir ki, SOCAR-ın Marketind və İqtisadi Əməliyyatlar İdarəsi ilə alıcı adlanın «SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanılmış müqaviləyə əsasən 2020-2021və 2022-ci illərdə neft məhsullarının miqdarına görə gündəlik qəbul aktları üzrə aparılmış tədqiqat zamanı neft məhsullarının sıxlığı nəzərə alınmaqla yaranmış fərqlər (əskikgəlmələr və artıqgəlmələr müəyyən edilmişdir. Ekspert rəyində qeyd edilir ki, neft məhsullarının qəbul aktlarından görünür ki, logistika təşkilatı «X10» MMC-nin inspektoru neft məhsullarının miqdarını hesablayarkən havanın temperaturunun necə olmasından asılı olmayaraq həmişə müsbət 20 dərəcə kimi nəzərə almışdır. Lakin təqdim edilmiş iş materiallarında olan neft məhsulunun miqdarına görə gündəlik qəbul aktlarında vaqonlarda olan neft məhsullarının faktiki miqdarı hesablanarkən havanın mövcud temperaturu (10,15,20,30) dərəcə olması nəzərə alınmaqla aparılmış hesablama nəticəsində (bu barədə hesablama cədvəlləri rəyə əlavə olunmuşdur) sənədlər əsasında göndərilən neft məhsullarının miqdarına görə gündəlik qəbul aktları üzrə boşaldılan 2020-ci ildə benzin məhsulunda 42.872,25 manat, dizel məhsulunda 23393,10 manat, 2021-ci ildə benzin məhsulunda 85054,11 manat, dizel məhsulunda 23024 manat, 2022-ci ildə benzin məhsulunda 39135,96 manat, dizel məhsulunda 18458 manat olmaqla cəmi benzin məhsulunda 167062,32 manat, dizel məhsulunda 64875,99 manat olmaqla yekun olaraq 231938,31 manat fərq müəyyən edilmişdir. Hazırkı tədqiqatla aparılmış hesablamaya əsasən, neft məhsulunun miqdarına görə gündəlik qəbul aktları üzrə aparılmış tədqiqat nəticəsində neft məhsulunun qəbulu zamanı yükləmə göstəriciləri ilə boşalma zamanı faktiki göstəricilər arasında yaranmış fərqlər-yəni 139,149 kq Aİ-92 markalı benzin (167062,32 manat) və 76,995 kq L-62 markalı dizel yanacağının (64875,99 manat), ümumilikdə 216,144 kq (231938,31 manat dəyərində) neft məhsullarının boşalma zamanı əskik gəlməsi nəzərə alınmaqla 3 nömrəli Sabirabad X11 xx.xx.2022-ci il tarixdə aparılmış inventarlaşdırma nəticəsində müəyyən edilmiş yanacaq çatışmazlığından dəyən ziyan (274463,39 manat -231938,31 manat) 42525,08 manat müəyyən edilir. Bundan başqa mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, məhkəmənin ekspertiza təyini barədə qərarında göstərilmiş suallara cavab olaraq «X10» MMC-nin təqdim etdiyi 2020, 2021 və 2022-ci ilin yanvar-iyul aylarında «SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən vaqon sisternlərlə 3 saylı X12 Bazasına göndərilmiş Aİ-92 markalı benzinin və L-62 markalı dizel yanacağının qəbulu (boşaldılması) zamanı aşkar olunmuş 203497,48 manat məbləğində əksikgəlmələr nəzərə alınmaqla neftbazada neft məhsullarının çatışmazlığından dəyən ziyan 70965,91 manat müəyyən edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2020, 2021 və 2022-ci ilin yanvar-iyul aylarında «SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən vaqon sisternlərlə 3 saylı X12 Bazasına göndərilmiş Aİ-92 markalı benzinin və L-62 markalı dizel yanacağının qəbulu (boşaldılması) zamanı aşkar olunmuş 254.165 manat məbləğində əksikgəlmələr nəzərə alınmaqla neftbazada neft məhsullarının çatışmazlığından dəyən ziyan 20298,39 manat müəyyən edilir. Göründüyü kimi, tədqiqata təqdim edilmiş mövcud hər bir göstərici üzrə: 1) neft məhsulunun miqdarına görə gündəlik qəbul aktları üzrə; 2) Təqsirləndirilən şəxs təqdim etdiyi aylıq aktlar üzrə və 3) «X10» MMC-nin təqdim etdiyi dolma-boşalma cədvəlləri üzrə hesablama aparılaraq müvafiq nəticəyə gəlinmişdir. Gəlinmiş nəticələrə əsas olmuş mövcud göstəricilərin hansının düzgün olmasına məhkəmə tərəfindən sənədlərin düzgün tərtib olunması, tam təqdim olunması və s. yoxlanıldıqdan sonra qiymət verilməlidir. Məhkəmə ekspertizanın aparılması zamanı ekspert tərəfindən neft məhsullarının miqdarına görə gündəlik qəbul aktları üzrə havanın mövcud tempraturu nəzərə alınmaqla aparılmış hesablamanı, yəni 2020, 2021 və 2022-ci ilin yanvar-iyul aylarında «SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən vaqon sisternlərlə 3 saylı X12 Bazasına göndərilmiş Aİ-92 markalı benzinin və L-62 markalı dizel yanacağının qəbulu (boşaldılması) zamanı aşkar olunmuş əskikgəlmələri nəzərə almaqla 42525,08 manat məbləğində çatışmazlığın müəyyən edilməsini obyektiv nəticə hesab edir. Məhkəmə «X10» MMC-nin təqdim etdiyi dolma-boşalma cədvəlləri üzrə aparılmış hesablamanı obyektiv hesab etmir. Ona görə ki, həmin hesabatlar həmişə havanın tempraturunun müsbət 20 dərəcə olması şərti ilə aparılmışdır. Havanın tempraturu isə ilin müxtəlif vəsillərində həmişə sabit olaraq müsbət 20 dərəcə ola bilməz. Havanın tempraturu neft məhsulunun sıxlığına və nəticə etibarı ilə hesablama aparılmasında miqdarına təsir göstərir. Bayram Bayramovun təqdim etdiyi sənədlər uzrə hesablama ona görə qəbul edilmir ki, neft məhsullarının qəbuluna dair həmin aktlarda havanın faktiki tempraturu göstərilsə də, hesablama ixtisaslı mütəxəssis tərəfindən deyil, neftbazanın Bayram Bayramovun tabeliyində olan işçiləri tərəfindən aparılmışdır. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinə görə CM-nin 179-cu maddəsində «xeyli miqdar» dedikdə beş min manatdan yuxarı, lakin 50 min manatdan artıq olmayan məbləğ, «külli miqdar» dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hesabında xx.xx.2022-ci il tarixə neft məhsullarının invetarlaşdırılması nəticəsində neft məhsullarının çatışmazlığından dəyən real ziyanın 42525,08 manat, yəni xeyli miqdar təşkil etməsi və Təqsirləndirilən şəxs 3 saylı X14 Bazasının direktoru vəzifəsində işləməklə maddi məsuliyyətində olan neft məhsullarının satışından əldə edilmiş həmin məbləğdə pulun mənimsənilməsi cinayətini öz qulluq mövqeyindən istifadə etməklə törətməsi nəzərə alınaraq onun əməli Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsindən 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif olunmalıdır. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən CM-nin 179.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixli, BPM**********16№-li mədaxil qəbzi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Azərbaycan Respublikası Beynəlxalq Bankında olan depozit hesabına 40.000 manat məbləğində pul qoymuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində «SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinə 42525,08 manat məbləğində maddi ziyan vurması ilə razılaşaraq həmin ziyanın tam şəkildə ödənilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə «SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinin hesabına 2526 manat məbləğində pul ödəmiş və bundan əlavə Azərbaycan Respublikasının dövlət büdcəsinə 42525,08 manat məbləğində ziyanın iyirmi beş faizi olaraq xx.xx.2024-cü il tarixli qəbzlərlə 10.632 manat məbləğində pul ödəmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək əməlinin CM-nin 179.2-ci maddəsinə tövsif olunmasını, cinayət əməli nəticəsində dəymiş 42525,08 manat ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 179.3.2-ci maddəsindən 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif olunmaqla yanaşı, dəymiş ziyanı tamamilə ödəməsi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi və ərizəsi nəzərə alınmaqla barəsində həmin maddələrlə cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad olunmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixədək 3 saylı X14 Bazasının direktoru vəzifəsində işlədiyi müddətdə vəzifəli şəxs kimi rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vahid tamah niyyətilə vəzifə saxtakarlığı cinayəti törətməyə görə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə də ittiham verilmişdir. Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki il müəyyən edildiyindən CM-nin 15.2-ci maddəsinə əsasən həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxs 3 saylı X14 Bazasının direktoru vəzifəsindən xx.xx.2022-ci il tarixdən azad edilmiş və onun sonuncu vəzifə saxtakarlığı cinayətini törətdiyi gündən xx.xx.2024-cü il tarixdə iki il keçmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə başlanılmış cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin məcəllənin 39.1.3cü maddəsində nəzərdə tutulmuş halda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində Azərbaycan Respublikası CM-nin 313-cü maddasi ilə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Odur ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və ərizəsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində CM-nin 313-cü maddəsi ilə cinayət təqibinə xitam verilməlidir. Bundan əlavə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə "xxxx" QSC-yə məxsus olmaqla ona etibar edilmiş Aİ 92 markalı benzinin və L-62 markalı dizel yanacağının satışından əldə edilmiş 274.463,39 manat pul vəsaitini külli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəyəyə görə CMnin 179.3.2-ci maddəsi ilə yanaşı, həmin hərəkətləri ilə "xxxx" QSC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə CM-nin 308.2-ci maddəsi ilə də ittiham verilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs mənimsəmə cinayətini 3 saylı X14 Bazasının direktoru, eyni zamanda maddi məsul şəxs olmaqla ona etibar olunmuş neft məhsullarının satışından əldə edilmiş pul vəsaitini "xxxx" QSC-nin hesabına keçirməyərək öz şəxsi ehtiyaclarına xərcləməklə törətmişdir. Həmin cinayəti törətmək üçün öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq cəmiyyətin əmlak hüquqlarına və qanuni mənafeyinə zərər vurmaya səbəb olan başqa növ hərəkətlər etməmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 179.2.3-cü maddəsinin dispozisiyası ilə əhatə olunur, ona həm də vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə CM-nin 308.2-ci maddəsi ilə ittiham verilməsinə zərurət yoxdur. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 №-li qərarında göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-nin həm ümumi, həm də xüsusi normalarında nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-nin 17.4-cü maddəsinə əsasən xüsusi norma tədbiq olunur (məsələn, vəzmfəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törətdikdə, buə məli təsbit edən CM-nin 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-nin 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-nin 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 179.2.3-cü maddəsi ilə əhatə olunduğundan ona verilmiş ittihamdan CM-nin 308.2-ci maddəsi xaric olunmalıdır. İş üzrə müstəntiqin 25 aprel 2023-cü il tarixli qərarı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin məhkəmə baxışı zamanı "xxxx" Qapalı Shmdar Cəmiyyəti Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün dövlət rüsumu da daxil olmaqla 275.028,39 manat məbləğində mülki iddia vermişdir. Məhkəmə hesab edir ki, "xxxx" QSC tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia qismən, yəni 42525,08 manat məbləğində təmin edilməli, bu məqsədlə Təqsirləndirilən şəxs tərəfindən "xxxx" QSC-nin hesabına 2526 manat pulun ayrıca ödənilməsi nəzərə alınmaqla Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyduğu 40.000 (qırx min) manat məbləğində pul "xxxx" QSC-nin hesabına köçürülməlidir. İş üzrə Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə ittiham verilmiş və barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində qətimkan tədbirinin tədbiqinə zərurət aradan qalxdığından barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübut kimi tanınmış 3 saylı Sabirabad X11 çənlərdə qalıq malın yoxlanılması haqqında akt, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli inventarlaşdırma aktları və cədvəl, 2020-2022-ci illər üzrə hesabatlar, arayışlar, cədvəllər, qaimələr və 3 saylı X12 Bazasının inventarlaşdırılmasına dair sənədlər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası xərcləri 1200 (bir min iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Ailə tərkibi haqqında 07 mart 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, 1996 və 2003-cü illərdə doğulmuş uşaqları vardır. Sabirabad Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədə Bayram Bayramov müsbət səciyyələnir. Azərbaycan Respubulikaksı Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsindən daxil olmuş 29 dekabr 2022-ci il tarixli məktuba əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73-1.2, CPM-nin 39.1, 39.1.3, 39.1.11, 43.1, 43.3, 155, 175.2, 280 və 318.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə verilmiş ittiham üzrə əməli CM-nin 179.3.2-ci maddəsindən CM-in 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif olunsun, ittihamdan CM-nin 308.2-ci maddəsi xaric olunsun. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət təqibinə dəymiş ziyanı tamamilə ödəməsi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmaqla xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 3 saylı Sabirabad X11 çənlərdə qalıq malın yoxlanılması haqqında akt, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli inventarlaşdırma aktları və cədvəl, 2020-2022-ci illər üzrə hesabatlar, arayışlar, cədvəllər, qaimələr və 3 saylı X12 Bazasının inventarlaşdırılmasına dair sənədlər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası xərcləri 1200 (bir min iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Təqsirləndirilən şəxs qarşı 275.028,39 (iki yüz yetmiş beş min iyirmi səkkiz manat otuz doqquz qəpik) manat məbləğində mülki iddiası qismən, yəni 42525,08 (qırx iki min beş yüz iyirmi beş manat səkkiz qəpik) məbləğində təmin edilsin. Təqsirləndirilən şəxs tərəfindən "xxxx" QSC-nin hesabına 2526 (iki min beş yüz iyirmi altı) manat pulun ödənilməsi nəzərə alınmaqla onun Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyduğu 40.000 manat məbləğində pul "xxxx" QSC-nin hesabına (PASA BANK ASC Hesab № AZ55PAHA38060AZNHC**********, VÖEN ********** fin kod) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-62/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-62/2024
11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver