Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-620/2023 04.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-Cabbarov Azad Atabala oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1981-ci ildə Lənkəran rayonu, Türkəkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran Rayon Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum edilməsi cəzasına məhkum olunmuş, Saylan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 2 (iki) ay 21 (iyirmi bir) gün vaxtından əvvəl şərti azad olunmuş, sınaq müddəti bitdiyi üçün 31 iyul 2017-ci il tarixdə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmiş, 20 aprel 2023-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 22 aprel 2023-cü il tarixli, 4(049)-126/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsinin) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əkilib-becərilməsi qadağan edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib 2023-cü ilin fevral ayının ortalarında yaşadığı Lənkəran rayonu, Moğonojoba kəndində yerləşən evin həyətyanı torpaq sahəsində və həyətyanı torpaq sahəsində yerləşən limon meyvəsi yetişdirmək üçün nəzərdə tutulmuş istilikxanada qanunsuz olaraq əkib, onlardan bitən 47 ədəd tərkibində narkotik maddələr olan, külli miqdarda çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edərək yetişdirməklə, çətənə növlü bitkiləri kultivasiya etmiş, 20 aprel 2023-cü il tarixdə saat 14 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, qeyd olunan tarixdə saat 13:25 dəqiqədə Lənkəran rayonu, Moğonojoba kəndi ərazisində piyada hərəkətdə olarkən saxlanılaraq yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən külli miqdar təşkil edən həmin 47 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 905,0 qram olan 15-30 sm arası hündürlükdə, narkotik təbiətli çətənə (kannabis) bitkilərinin 02 ədədi yaşadığı evin həyətyanı torpaq sahəsində kök üstə, 03 ədədi həyətyanı torpaq sahəsində yerdən çıxarılaraq divarın yanına qoyulmuş vəziyyətdə və 42 ədədi həyətyanı torpaq sahəsində yerləşən limon meyvəsi yetişdirmək üçün nəzərdə tutulmuş istilikxanadan kök üstə aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı ittiham irəli sürülmüş Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə özünü tam təqsirli bilərək göstərmişdir ki, ailə üzvülərilə birlikdə Lənkəran rayonu, Moğonojoba kəndində yaşayır. 2016-cı il tarixdə Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum edilmiş və 2017-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Uzun müddətdir ki, hərdən bir narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretin kağızında yandırıb tüstüsünü udmaqla istifadə etmişdir. İstifadə etdiyi qurudulmuş marixuananı Lənkəran şəhər bazarının yaxınlığında üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən almışdır. Təxminən bir il bundan əvvəl yaşadığı kənd ərazisində yerləşən otlaq sahəsinin kənarında bir ədəd narkotik tərkibli çətənə kolu görmüş və həmin kolu çıxardıb yaşadığı evin həyətinə gətirmişdir. Ailə üzvülərindən gizlin həmin çətənə kolunu qurutmuş və uzun müddət ərzində həmin qurudulmuş marixuanadan istifadə etmişdir. Həmin çətənə kolunun toxumlarını isə həyətində olan limon parnikində (istilikxana) əkib-becərərək özü istifadə etmək məqsədilə bir qaba yığıb saxlamışdır. 2023-cü ilin fevral ayının ortalarında ailə üzvülərinin və qonşularının bilməməsi üçün həmin toxumları həyətdə olan meyvə ağaclarının dibində və həyətdəki limon parnikində limon ağaclarının yanında yerə əkmişdir. Sonra isə əkdiyi həmin nəşə toxumlarının cücərməsi üçün qulluq etməyə başlamışdır. 2 gündən bir əkdiyi həmin toxumlara su verərək, toxumlara qulluq etməyə başlamışdır. Toxumlar çücərdikdən sonra isə tərkibində narkotik maddə olan həmin çətənə bitkilərinin diblərini dəmir parçası ilə boşaldaraq qulluq etməyə başlamışdır. Həyətdə əkdiyi toxumlardan yalnız 5 ədədi çücərərək böyüməyə başlamışdır. Limon parnikində əkdiyi toxumlardan isə 42 ədədi cücərərək böyüməyə başlamışdır. 2-3 gün əvvəl görmüşdür ki, həyətdə olan 5 ədəd narkotik tərkibli çətənə kollarından 3 ədədi yaxşı inkişaf etmir və buna görə də həmin 3 ədəd kolları yerdən çıxardıb həyətdə olan divarın yanına qoymuşdur ki, sonra aparıb uzağa atar. 20 aprel 2023-cü il tarixdə, saat 14 radələrində yaşadığı Moğonojoba kəndində piyada getdiyi zaman Lənkəran ŞRPŞ-nin əməkdaşları ona yaxınlaşmışlar və narkotik vasitələrdən istifadə etməkdə və narkotik tərkibli çətənə kollarının əkilib-becərilməsində şübhəli olduğunu bildirib, yaşadığı evin həyətinə baxış keçirmək istədiklərini bildirmişlər. Polis əməkdaşları ilə razılaşmış və yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazıb polis işçisinə vermişdir. Bundan sonra polis işçiləri ilə birlikdə yaşadığı evin həyət qapısının qarşısına gəlmişdir. Polis işçisi, ona hüquq və vəzifələrini izah etmiş və evinin həyətyanı torpaq sahəsinə baxışı videoçəkilişlə aparacağını bildirmişdir. Polis işçisi ona təklif etmişdir ki, əgər yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik vasitə və yaxud da narkotik tərkibli bitkilər varsa təqdim etsin. Həyətində əkdiyi narkotik tərkibli çətənə kollarını təqdim edəcəyini bildirmiş, polis işçiləri və sonradan adını bildiyi Qulaməli adlı mütəxəssislə birlikdə yaşadığı evin həyətinə daxil olmuşdur. Həyətyanı torpaq sahəsində əkib-becərdiyi 2 ədəd çətənə kolunu və 2-3 gün əvvəl yaxşı inkişaf etmədiyi üçün yerdən çıxardıb divarın dibinə qoyduğu 3 ədəd çətənə kollarını və həyətdə yerləşən limon parnikində əkib-becərdiyi 42 ədəd çətənə kollarını polis işçilərinə təqdim etmişdir. Polislər torpaqda olan 44 ədəd narkotik tərkibli çətənə kollarını bir-bir çıxardıb yerə qoymuşlar. Sonra isə polislər çətənə kollarını saymışlar və çətənə kollarının sayı 47 ədəd olmuşdur. Polislər həmin 47 ədəd çətənə kollarını bir ədəd sintetik kisəyə yığmışlar. Əkdiyi çətənə kollarından yerə tökülmüş yaş vəziyyətdə olan yarpaq qırıntılarını da polis işçisi həmin kisənin içərisinə yığmışdır. Sonra isə içərisində çətənə kolları olan sintetik kisəni polis işçisi asma elektron tərəzidə çəkmiş və o, elektron tərəzinin ekranında görmüşdür ki, çəkisi 117.0 qramdır. Polislər həmin sintetik kisəni və çətənə kollarına qulluq edərək su verdiyi bir ədəd vedrəni və bir ədəd dəmirdən olan rəng boyası qutusunu avtomobilin yük yerinə qoymuşlar. O da həmin avtomobilə əyləşmiş və polis işçiləri ilə birlikdə Lənkəran ŞRPŞ-nə getmişlər. Polis Lənkəran ŞRPŞ-nin inzibati binasında, yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi ilə bağlı protokol tərtib etmiş və o, baxışda iştirak etmiş şəxslərlə birlikdə həmin protokola imza etmişdir. Polis əməkdaşı üzərində axtarış da aparacağını ona bildirmiş, Lənkəran Rayon Vəkil Bürosunun vəkillərinin siyahısını təqdim etmiş, özü seçdiyi vəkil İntiqam Hüseynovun və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparmışdır. Axtarış aparılmazdan əvvəl polis əməkdaşı üzərində aparılan şəxsi axtarışın video çəkilişlə aparılacağı barədə ona məlumat vermişdir. Bundan sonra adını bilmədiyi polis əməkdaşı mobil telefonunun video kamerası ilə çəkiliş aparmağa başlamışdır. Polis əməkdaşı, ona hüquq və vəzifələrini izah etmiş, ona təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim etsin. Üzərində narkotik vasitə və hər hansı bir qanunsuz əşya və maddənin olmadığını bildirmiş, sonra onun üzərində axtarış aparmış və axtarış zamanı üzərindən narkotik vasitə və hər hansı bir qanunsuz əşya və maddə aşar olunmamışdır. Sonra isə polis əməkdaşı onun üzərində axtarış aparılması ilə bağlı protokol tərtib etmiş və o da digər şəxslərlə birlikdə həmin protokola imza etmişdir. Ona istifadə etmək üçün qurudulmuş marixuana satmış şəxsin kimliyini və yaşadığı ünvanı bilməmişdir. Narkotik tərkibli həmin 47 ədəd çətənə kollarını özü istifadə etmək üçün əkib-becərmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin, CAB-nın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Lənkəran rayonu, Moğonojoba kənd sakini Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdən etibarən tanıyır. Təqsirləndirilən şəxsla qohumluğu və düşmənçiliyi olmamışdır. 20 aprel 2023-cü il tarixdə, saat 10 radələrində icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi və kultivasiyası ilə məşğul olması, həmin narkotik vasitəni yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra əməliyyat məlumatının yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs ətrafında və evinin həyətyanı sahəsində təxirəsalınmadan əməliyyat tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar onun rəhbərliyi altında ŞRPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, ŞRPŞ-nin PPXB-nin polis nəfərləri, polis serjantı Şahid5 və polis serjantı Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirində ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Bəhruz Qurbanov da iştirak etmişdir. Tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsində mütəxəssis kimi iştirak etmək üçün Lənkəran rayonu, Şilavar kəndində yaşayan, ali təhsili, alim-aqranom Hüseynov X1 ŞRPŞ-nə dəvət olunmuşdur. Onlar 20 aprel 2023-cü il tarixdə, saat 13 radələrində avtomobillərə əyləşib Lənkəran rayonu, Moğonojba kəndinə getmişlər. Həmin günü, saat 13:25 dəqiqədə Təqsirləndirilən şəxs Moğonojba kəndində piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməkdə və narkotik tərkibli çətənə kollarının əkilib-becərilməsində şübhəli olduğunu və onun yaşadığı evin həyətinə baxış keçirmək istədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs da yaşadığı evin həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı evin həyət qapısının qarşısına gəlmişlər. X2 Həsənova hüquq və vəzifələrini izah etmiş və evinin həyətyanı torpaq sahəsinə baxışın videoçəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Polis serjantı Şahid5 "Samsung A51" markalı mobil telefonun kamerası ilə videoçəkiliş aparmağa başlamışdır. X2 Həsənova təklif etmişdir ki, əgər yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik vasitə və yaxud da narkotik tərkibli bitkilər varsa təqdim etsin. Təqsirləndirilən şəxs da bildirmişdir ki, həyətində əkdiyi narkotik tərkibli çətənə kollarını təqdim edə bilər. Təqsirləndirilən şəxs icazəsi ilə onun evinin həyət qapısından içəri daxil olmuşlar. Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsində və həyətdə yerləşən polietilen örtüklü istilikxanada olan limon ağaclarının yanında əkib-becərdiyi narkotik tərkibli çətənə kollarına bənzər bitkiləri, həmçinin Təqsirləndirilən şəxs deməsinə görə 2-3 gün bundan əvvəl yaxşı inkişaf etmədiyi üçün yerdən çıxardıb divarın dibinə qoyduğu narkotik tərkibli çətənə kollarına bənzər bitkiləri onlara göstərərək bildirmişdir ki, həmin bitkilər narkotik vasitə olan marixuana kollarıdır və özü istifadə etmək üçün narkotik tərkibli çətənə toxumlarını əkib becərməklə yetişdirmişdir. Həmin vaxtı görmüşdür ki, Təqsirləndirilən şəxs deməsinə görə 2-3 gün bundan əvvəl yaxşı inkişaf etmədiyi üçün yerdən çıxardıb divarın dibinə qoyduğu narkotik tərkibli çətənə kollarına bənzər bitkilər 3 ədəddir və yaş vəziyyətdədir. Təqsirləndirilən şəxs tərəfindən həyətyanı torpaq sahəsində və həyətdə yerləşən polietilen örtüklü istilikxanada olan limon ağaclarının yanında əkilərək becərilmiş narkotik tərkibli çətənə kollarına bənzər bitkiləri torpaqdan çıxardıb, bir yerə yığmışlar və sayarkən müəyyən olunmuşdur ki, torpaqdan çıxardıqları narkotik tərkibli çətənə kollarına bənzər bitkilərin sayı ümumilikdə 44 ədəddir. Həmin vaxtı mütəxəssis Şahid2 bildirmişdir ki, torpaqdan çıxarılmış və divarın dibinə qoyulmuş yaş vəziyyətdə olan cəmi 47 ədəd bitkilər narkotik tərkibli çətənə kollarıdır və həmin çətənə bitkiləri 2 ay əvvəl torpağa toxum şəklində əkilmiş, aqrotexniki qaydada qulluq edilmiş, dibi yumşaldılmış, gübrələnmiş, mütəmadi olaraq suvarılmış və becərilmişdir. Həmin narkotik tərkibli çətənə kollarına bənzər bitkilər mütəxəssis Şahid2 tərəfindən ölçülərkən, uzunluqlarının 15 sm-dən, 30 sm-dək olması müəyyən edilmişdir. Onlar həmin 47 ədəd narkotik tərkibli çətənə kollarına bənzər bitkiləri və bitkilərdən yerə tökülmüş yaş vəziyyətdə olan yarpaq qırıntılarını bir ədəd sintetik kisəyə yığmışlar və asma elektron tərəzidə çəkmişlər, təxmini çəkisi 117 qram olması müəyyən olunmuşdur. Şahid5 videoçəkilişi dayandırmışdır. Təqsirləndirilən şəxs həmin 47 ədəd narkotik tərkibli çətənə kollarına bənzər bitkilərə qulluq etmək üçün istifadə etdiyi 1 ədəd plastik su vedrəsini və 1 ədəd boya qabını Bəhruz Qurbanova təqdim etmişdir. İçərisində 47 ədəd narkotik tərkibli çətənə kollarına bənzər bitkilər olan sintetik kisəni, bir ədəd plastik su vedrəsini və bir ədəd boya qabını avtomobilə qoymuşlar. Sonra isə Təqsirləndirilən şəxs avtomobilə əyləşmiş və onlar Lənkəran ŞRPŞ-nə aparmışlar. X2 Həsənovun evinin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi barədə protokol tərtib etmiş və o, digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Mütəxəssis Şahid2 həmin narkotik tərkibli çətənə kollarına bənzər bitkilərə görə rəy vermiş və polis şöbəsindən çıxıb getmişdir. Bəhruz Qurbanov üzərində şəxsi axtarış keçiriləcəyi barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Bəhruz Qurbanov tərəfindən, onun, Şahid3, Şahid5 və Lənkəran Rayon Vəkil bürosunun vəkili İntiqam Hüseynovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Bəhruz Qurbanov tərəfindən, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir. Polis serjantı Şahid5 "Samsung A51" markalı mobil telefonun videokamerası ilə çəkiliş aparmağa başlamışdır. X2 Həsənova təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs da üzərində narkotik vasitə və hər hansı bir qanunsuz əşya və maddənin olmadığını bildirmişdir. X2 Həsənovun üzərində axtarış aparmış və axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya və maddə aşkar olunmamışdır. Şahid5 videoçəkilişi dayandırmışdır. X2 Həsənovun üzərində axtarış aparılması ilə bağlı protokol tərtib etmiş və o da digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin, PPXB-nin polis nəfərləri, polis serjantı Şahid4 Şahid1 ifadəsində göstərdiyi faktları olduğu kimi təsdiq etməklə, eyni məzmunlu ifadə vermişdir. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Lənkəran rayonu, Şilavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini işləyir, ali təhsilli alim-aqronomdur. Lənkəran rayonu, Moğonojoba kənd sakini Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdən etibarən tanımışdır. Təqsirləndirilən şəxsla qohumluğu və düşmənçiliyi olmamışdır. 20 aprel 2023cü il tarixdə, saat 13 radələrində yaşadığı Lənkəran rayonu, Şilavar kəndində olduğu zaman Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 onun mobil telefon nömrəsinə zəng edərək, Lənkəran rayonu, Moğonojoba kəndində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərməkdə şübhəli olduğu üçün evinə baxış keçirdəcəklərini bildirib, həmin evin həyatyanı sahəsinə baxışda mütəxəssis kimi iştirak etməyini ondan xahiş etmişdir. Şahid1 ilə razılaşmış və Lənkəran ŞRPŞ-nə gəlmişdir. Lənkəran ŞRPŞ-nin TB-nın təhqiqatçısı, polis kapitanı Bəhruz Qurbanov, onu, Təqsirləndirilən şəxs adlı şəxsin evinin həyətyanı torpaq sahəsinə keçiriləcək baxışda mütəxəssis qismində iştirak etməyi barədə qərarla tanış etmiş və ona hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Lənkəran rayonu, Moğonojoba kəndinə getmişdir. Həmin günü, saat 14 radələrində Təqsirləndirilən şəxs adlı şəxs Moğonojoba kəndində piyada hərəkətdə olan zaman polis işçiləri, Təqsirləndirilən şəxs saxlamışlar və Təqsirləndirilən şəxs "sən narkotik vasitələrdən istifadə etməkdə və narkotik tərkibli çətənə kollarının əkilib-becərilməsində şübhəlisən, sənin yaşadığın evin həyətinə baxış keçirmək istəyirik" bildirmişlər. Təqsirləndirilən şəxs da yaşadığı evin həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Onlar Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı evin həyət qapısının qarşısına gəlmişlər. X2 Həsənova hüquq və vəzifələrini izah etmiş və evinin həyətyanı torpaq sahəsinə baxışın videoçəkilişlə aparılacağı barədə məlumat vermişdir. Həmin vaxtı polis əməkdaşı videoçəkiliş aparmağa başlamışdır. X2 Həsənova təklif etmişdir ki, əgər yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik vasitə və yaxud da narkotik tərkibli bitkilər varsa təqdim etsin. Təqsirləndirilən şəxs da bildirmişdir ki, həyətində əkdiyi narkotik tərkibli çətənə kollarını təqdim edə bilər. Onlar, Təqsirləndirilən şəxs icazəsi ilə onun evinin həyət qapısından içəri daxil olmuşlar. Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsində və həyətdə yerləşən polietilen örtüklü istilikxanada olan limon ağaclarının yanında əkibbecərdiyi narkotik tərkibli çətənə bitkilərini, həmçinin 2-3 gün bundan əvvəl yaxşı inkişaf etmədiyi üçün yerdən çıxardıb divarın dibinə qoyduğu narkotik tərkibli çətənə bitkilərini onlara göstərərək bildirmişdir ki, həmin bitkilər narkotik vasitə olan marixuana kollarıdır və özü istifadə etmək üçün narkotik tərkibli çətənə toxumlarını əkib becərməklə yetişdirmişdir. Həmin narkotik tərkibli çətənə bitkilərinə baxanda görmüşdür ki, həmin çətənə bitkiləri 2 ay əvvəl torpağa toxum şəklində əkilmiş, aqrotexniki qaydada qulluq edilmiş, dibi yumşaldılmış, gübrələnmiş, mütəmadi olaraq suvarılmış və becərilmiş, həmçinin torpaqdan çıxarılaraq divarın dibinə qoyulmuş 3 ədəd narkotik tərkibli çətənə bitkiləri yaş vəziyyətdədir. Polis əməkdaşı ilə birlikdə narkotik tərkibli çətənə kollarını torpaqdan çıxardaraq saymış və müəyyən olunmuşdur ki, onların sayı 44 ədəddir. Cəmi 47 ədəd olan narkotik tərkibli çətənə bitkilərinin hündürlüklərini ölçmüş və müəyyən olunmuşdur ki, onların hündürlüyü 15-30 sm-dir. Polis əməkdaşları tərəfindən həmin 47 ədəd narkotik tərkibli çətənə bitkiləri və çətənə kollarından yerə tökülmüş yaş vəziyyətdə olan yarpaq qırıntıları bir ədəd sintetik kisəyə yığılmış və asma elektron tərəzidə çəkilmiş, təxmini çəkisi 117 qram olması müəyyən olunmuşdur. Polis əməkdaşı videoçəkilişi dayandırmışdır. Təqsirləndirilən şəxs həmin 47 ədəd narkotik tərkibli çətənə bitkilərinə qulluq etmək üçün istifadə etdiyi 1 ədəd plastik su vedrəsini və 1 ədəd boya qabını polis işçilərinə təqdim etmişdir. Polis əməkdaşları içərisində 47 ədəd narkotik tərkibli çətənə bitkiləri olan sintetik kisəni,bir ədəd plastik su vedrəsini və bir ədəd boya qabını avtomobilə qoymuşlar. Sonra isə Təqsirləndirilən şəxs da avtomobilə əyləşmiş və onlar Lənkəran ŞRPŞ-nə getmişlər. X2 Həsənovun evinin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi barədə protokol tərtib etmiş və o, digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Həmin narkotik tərkibli çətənə bitkilərinə görə rəy vermiş və yaşadığı Şilavar kəndinə qayıtmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik tərkibli bitkiləri yaşadığı evin həyətyanı sahəsində əkib-becərməsinə dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 20 aprel 2023-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş yazılı ərizə, onun Lənkəran rayonu, Moğonojba kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş videoçəklişdən iş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri, yaşadığı evin həyətyanı sahəsinə baxışın əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v .3-16) -Lənkəran rayonu, Moğonojoba kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus evin həyətyanı torpaq sahəsinə və həyətyanı torpaq sahəsində yerləşən limon meyvəsi yetişdirmək üçün nəzərdə tutulmuş istilikxanaya baxış keçirilməsi haqqında protokoldan, həmçinin baxış keçirilərkən aparılmış video çəkilişdən görünür ki, həyətyanı torpaq sahəsində və həyətyanı torpaq sahəsində yerləşən limon meyvəsi yetişdirmək üçün nəzərdə tutulmuş istilikxanada əkilmiş, yaş vəziyyətdə 44 (qırx dörd) ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri, həmçinin həyətyanı torpaq sahəsində yerdən çıxarılaraq divarın yanına qoyulmuş yaş vəziyyətdə 3 (üç) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs həmin narkotik təbiətli çətənə (kannabis) bitkilərini əkib-becərərək, kultivasiya etməklə yetişdirdiyini təsdiq edir. (i.v. 14- 16) -iş üzrə mütəxəssis qismində təyin edilmiş, ali təhsilli, alim-aqronom Şahid2 20 aprel 2023-cü il tarixli mütəxəssis rəyindən (arayış) görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olmaqla yaşadığı Lənkəran rayonu, Moğonojoba kəndi ərazisində yerləşən evinin həyətyanı torpaq sahəsində və həyətyanı torpaq sahəsində yerləşən limon meyvəsi yetişdirmək üçün nəzərdə tutulmuş istilikxanadakı tökmə torpaqda kök üstə narkotik tərkibli çətənə bitkiləri, həmçinin torpaqdan təxminən 2-3 gün əvvəl çıxarılaraq divarın dibinə qoyulmuş yaş vəziyyətdə olan narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuş və həmin narkotik tərkibli çətənə bitkiləri tərəfindən ölçülərkən, uzunluqlarının 15 sm-dən, 30 sm-dək olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin narkotik tərkibli çətənə bitkiləri 2 ay əvvəl torpağa toxum şəklində əkilmiş, aqrotexniki qaydada qulluq edilmiş, dibi yumşaldılmış, gübrələnmiş, mütəmadi olaraq suvarılmış və becərilmişdir. Həmin narkotik tərkibli çətənə bitkiləri tərəflərindən torpaqdan çıxarılmış və torpaqdan çıxarılaraq divarın dibinə qoyulmuş yaş vəziyyətdə olan 3 ədəd narkotik tərkibli çətənə bitkiləri ilə birlikdə ümumi sayları 47 (qırx yeddi) ədəd olmuşdur. (i.v. 17) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:15-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 29 ) -“məhkəmə bioloji ekspertizası” nın 21 aprel 2023-cü il tarixli, 19/478 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş 10 ədəd karli və 37 ədəd çətənə bitkisi......" sözlər və imzalar olan bir ədəd kisədəki,ümumi sayı 47 ədəd olmaqla, yaş vəziyyətdə ümumi təmiz çəkisi:-905,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. (i.v. 52-55) -“təqsirləndirilən şəxs qismində cəlb etməklə ittihamın elan olunması haqqında” 22 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 61-62) -Lənkəran Rayon Məhkəməsinin 22 aprel 2023-cü il tarixli, 4(049)-126/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 aprel 2023-cü il tarixdən saat 13:25-dən hesablanmışdır. (i.v. 78-80) -“məhkəmə ambulator-narkoloji ekspertizası” nın 24 aprel 2023-cü il tarixli, 468 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (i.v. 81) -Lənkəran rayonlararası Psixiatriya xəstəxanasının 25 aprel 2023-cü il tarixli, 689 nömrəli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada qeydiyyatda deyildir. (i.v. 87) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə tərkibi Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. İş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəllənin 237.2.3-cü maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən çətənə növlü bitkilər tərkibində narkotik maddələr olan bitki, qurudulmuş marixuana isə narkotik vasitə hesab edilir. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarının aşağı həddi 16 ədəddən (31 hissə) başlayır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs 47 ədəd olmaqla külli miqdar təşkil edən çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkmə və yetişdirməklə kultivasiya etməsi əməlində Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid1, Şahid4 və Şahid2 ifadələri, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə 20 aprel 2023-cü il tarixli protokol, digər istintaq hərəkəti protokolları, mütəxəssis rəyi, məhkəmə-bioloji ekspertizasının rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış çətənə bitkilərinin qalıqları ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən və Lənkəran Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum edilmiş, Saylan Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 2 (iki) ay 21 (iyirmi bir) gün vaxtından əvvəl şərti azad olumuş və sınaq müddəti bitdiyi üçün 31 iyul 2017-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. (i.v. 88-89) -Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şürük kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli, 370 nömrəli arayış, 18 nömrəli xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi arvadı və iki azyaşlı uşaqlarından ibarətdir. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (i.v. 104-109). Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, eləcə də himayəsində iki azyaşlı uşağının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən), cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə tərkibi Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 237.2.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 20 aprel 2023-ci il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 22 aprel 2023-cü il tarixli, 4(049)-126/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə tərkibi ambulator-narkoloji ekspertizasının 24 aprel 2023-cü il tarixli, 468 nömrəli rəyi nəzərə alınaraq, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 904,0 qram çəkidə ümumi sayı 47 (qırx yeddi) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri və 47 (qırx yeddi) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkilərinin əkilib-becərilərək yetişdirilməsində istifadə olunmuş bir ədəd plastik su vedrəsi və bir ədəd boya qabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə tərkibi, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H O K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 904,0 qram çəkidə ümumi sayı 47 (qırx yeddi) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri və 47 (qırx yeddi) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkilərinin əkilib-becərilərək yetişdirilməsində istifadə olunmuş bir ədəd plastik su vedrəsi və bir ədəd boya qabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-620/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-620/2023
04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver