Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-623/2024 21.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X16, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1972-ci ildə Ağcabədi rayonu, Hindarx qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 1(017)- 10/2023 nömrəli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, 12 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Ağcabədi Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 4(017)-25/2024 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən xeyli miqdarda-0,542 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib hər birini ayrı-ayrılıqda falqa kəsiyi bükümündə ayıraraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxlamaqla daşımış, 18 yanvar 2024-cü il tarixdə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında, istifadə etməsində və daşımasında şübhəli bilinərək saat 08 radələrində yaşadığı Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 08:55-dən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxladığı hər biri ayrı-ayrılıqda falqa kəsiyi bükümündə, ayrıayrılıqda təmiz çəkiləri 0,316 qram və 0,226 qram olmaqla, ümumilikdə xeyli miqdarda- 0,542 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda-9,339 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib bir ədəd polietilen bükümdə və 01 ədəd siqaretin gümüşü kağızı bükümdə üzərində saxlayaraq daşımış, 12 mart 2024-cü il tarixdə istintaqa və məhkəməyə dəqiq məlum olmayan saatda qanunsuz olaraq tamah niyyəti və satış məqsədi ilə əldə edib saxladığı 9,339 qram olan narkotik vasitə heroindən 01 ədəd siqaretin gümüşü kağızı bükümdə təmiz çəkisi 0,106 qram olan narkotik vasitə heroini tanışı Şahid5 Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən yaşadığı evin qarşısında qəsdən, qanunsuz olaraq 10 manata satdıqdan sonra 9,233 qram olan narkotik vasitə heroini 01 ədəd polietilen bükümdə üzərində qəsdən tamah niyyəti və satış məqsədi ilə daşımaqla saxlamış, 12 mart 2024-cü il tarixdə saat 20:30 radələrində Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə üzərində saxlamasında və satışı ilə məşğul olmasında şübhəli bilinərək Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən yaşadığı evin qarşısında saxlanılaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 21:50-dən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sağ yan cibində 01 ədəd polietilen kəsiyi bükümdə külli miqdarda-9,233 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməmiş, özünü yalnız Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. 18 yanvar 2024-cü il tarixdə evdə oturan zaman ona zəng gəlmiş, ona zəng edən İmran Bakı şəhərindən kəndə gəldiyini demişdir. Evində İmrana çay süfrəsi açmışdır. Bir az üstündən keçmişdi, çöldən səs gəlmiş, pəncərədən baxanda qapısında bir neçə adam görmüşdür. Evdə yatılı olan arvadı qorxmaması üçün yuxudan oyatmışdır. Polis əməkdaşları pəncərini qırıb evin içərisinə daxil olmuşlar. Polis əməkdaşları onlarda narkotik vasitə olduğunu demişlər. Polis əməkdaşlarına narkotik vasitə istifadə etdiyini, narkotik vasitə xəstəsi olduğunu, amma narkotik vasitə satmadığını demişdir. Polis əməkdaşları onu yerə yıxmışlar və başına təpiklə vurmuşlar. Həmin vaxtı arvadının ürəyi getmişdir. Polis əməkdaşları arvadına artislik etməməsini demişlər. Yenə onu döymüşlər, qonşular onun döyülməsini görmüşlər. Onun evində olan Babək və İmranı da polis şöbəsinə aparmışlar. Polis şöbəsində Babəkdən 3000 manat, ondan isə 2000 manat pul alaraq onları buraxmışlar. Polis şöbəsində xəstə olduğunu demiş, onu narkotik vasitə xəstəsi kimi sənədləşdirmişlər. Bacısı, tibb bacısı işlədiyi üçün gəlib onu evdə müalicə etmişdir. 12 mart 2024-cü il tarixdə evdə oturduğu vaxt ona zəng gəlmişdir. Zəng edən şəxs İlkin olmuş, ilkin ona çölə çıxmasını, onunla işi olduğunu bildirmişdir. Çölə çıxanda polis əməkdaşlarını görmüş, ancaq İlkini orada görməmişdir. Polis əməkdaşları onu saxlamışlar. Sonradan bilmişdir ki, İlkini polis əməkdaşları tutmuşlar, İlkinə polis əməkdaşları “sən bizə iş ver, səni buraxacağıq” demişlər. Gecə saat 21 radələri olardı polis əməkdaşları onu polis şöbəsinə aparmışlar, polis şöbəsində onu yenidən döymüşlər. Polis şöbəsində qabağına 1 kq narkotik vasitə qoymuşlar. O, da daha çox narkotik vasitə ilə sənədləşdirilməkdən qorxduğu üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Şahid5 narkotik vasitə satmamış, ancaq İlkindən narkotik vasitə almışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 18 yanvar 2024cü il tarixdə onu polis şöbəsinə aparanda üzərindən narkotik vasitə çıxmamışdır. İmran onlara gələndə Babəklə ona narkotik vermiş, onlar da həmin narkotik vasitəni istifadə etmişlər. İmranın verdiyi həmin narkotik vasitədən onlarda qalanı olmamışdır. Polis şöbəsində İmrandan 7 qram narkotik vasitə çıxmışdır. Onunla Babəkin üzərindən narkotik vasitə aşkar olunmamışdır. Polis əməkdaşları evə girən vaxt, stolun üzərində bükümdə narkotik vasitə olmamış, narkotik vasitə ancaq şprisdə olmuşdur. Narkotik vasitəni şpris vasitəsi ilə qəbul edir. Polis Şöbəsində onu Fuad, Fərid və Cavid vurmuşlar, polis əməkdaşları ondan narkotik vasitə satmasını etiraf etməsini tələb etmişlər. Üzərindən çıxan narkotik vasitəni üzərinə Fuad adlı polis əməkdaşı qoymuşdur. İki gündən sonra onu evə buraxmışlar. 2024-cü ilin yanvar ayında saxlanılan zaman onu Fuad, Fərid və Cavid döymüşlər. 2024-cü ilin mart ayında saxlanılan zaman isə onu Fuad və Fərid döymüşlər. İkinci dəfə polis şöbəsinə aparılmasının səbəbi kimi guya onun İlkinə narkotik vasitə satması olmuşdur. 2024-cü ilin mart ayında saxlanılan zaman da narkotik vasitəni üzərinə Fuad qoymuşdur. İkinci dəfə polis şöbəsinə aparılan zaman da arvadı evdə olmuşdur. Birinci dəfə saxlanılan zaman arvadı bir dəfə şikayət etmiş, bundan sonra onlardan kağız almışlar, ona görə də bir daha şikayət etməmişdir. Özünü narkotik vasitə istifadə etdiyinə görə təqsirli bilmişdir. 18 yanvar 2024-cü il tarixdə polis əməkdaşları evini axtarmışlar. Həmin vaxt qonşular orada olmuşlar. Qonşuları Samirə ilə Lamiyə görmüşlər, qardaşı Qardaşxan da olara gəlmişdir. Həmin vaxtı ayağında qolbağ olmuşdur. 18 yanvar 2024-cü il tarixdə saxlanılandan sonra polis şöbəsindən buraxılıb evə qayıdanda aravadı onun şəkillərini çəkmişdir. 12 mart 2024-cü il tarixdə də polis əməkdaşları onu evində tutmuşlar və evini də axtarmışlar. Onu polis şöbəsinə aparandan yarım saat sonra üzərinə baxış keçirmişlər. Bundan əlavə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid1 yadına sala bilməmişdir. Şahid5 yalan danışmış, İlkinə narkotik vasitə satmamışdır. Polis əməkdaşları İlkinin telefonundan ona zəng etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi və ona elan olunmuş ifadələrində ittiham üzrə özünü qismən təqsirli bilərək demişdir ki, o uzun müddətdir ki, narkotik vasitə istifadə edir. Əvvələr də narkotik vasitə istifadə etdiyi və oğurluq etdiyi üçün bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hal-hazırda cəzasını çəkir. 17 yanvar 2024-cü il tarixdə yaşadığı Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində yerləşən sahibsiz olan həyətyanı sahəsinə əkdiyi arpaya baxmaq üçün gedən zaman yolda siqaretin qızılı kağızına bükülmüş iki ədəd balaca büküm görmüşdür. O, həmin bükümləri götürərək içərisinə baxan zaman içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu görmüş, həmin bükümləri istifadə etmək məqsədi ilə götürərək cibinə qoymuş və üzərində gəzdirmişdir. 18 yanvar 2024-cü il tarixdə saat 08 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində yaşadığı evin qarşısında olan zaman 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirib Ağcabədi rayon Polis Şöbəsinə gəlməyi üçün onu dəvət etmişlər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Ağcabədi rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində inzibati otaqların birində onun hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və həmin müdafiəçilərdən kimi istəyirəsə seçə bilər təklif olunmuş, əgər seçməkdə tərəddüd edərsə bu gün növbətçi vəkilin yardımından istifadə edə bilər. O, təqdim olunmuş vəkillərin siyahısından hər hansı birinin hüquqlarının dövlət hesabına müdafiə olunması üçün etiraz etmədiyini bildirib bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X8 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Həmin sənədlərlə müdafiəçinin iştirakı ilə tanış olmuş və düzgün tərtib edildiyi üçün imza etmişdir. Bundan sonra Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olubolmadığı soruşulmuş, o, əynində olan qara rəngi gödəkçənin sağ yan cibindən iki ədəd falqaya bükülmüş bükülünü təqdim etmişdir. O, həmin falqa bükümlərinin içərisində olan kütlənin “kakos” adlandırdığı narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış və bundan başqa üzərində başqa hər hansı cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Həmin içərisində narkotik vasitə heroin olan falqa bükümlər müdafiəçinin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş, 1-ci büküm 0,41 qram, 2-ci büküm isə 0,30 qram olmuşdur. Sorğu zamanı o həmin kütlənin ona məxsus olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, ona qarşı heç bir fiziki və psixoloji təsir edilmədiyini, heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra ona ekspertin rəyi elan edilmiş və o öyrənmiş ki, üzərindən aşkar edilərək götürülmüş hər biri ayrı-ayrılıqda falqa kəsiyi bükümündə xeyli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,316 qram və 0,226 qram, ümumi çəkisi 0,542 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bundan başqa bildirmişdir ki, təxminən 2024-cü ilin mart ayının əvvəlində o, yaşadığı evdən çıxıb piyada mərkəz tərəfə gedən zaman yerdə büküm görmüş, diqqətini cəlb etdiyindən götürüb açıb baxmış, içərisində narkotik vasitə heroin olduğunu görüb götürmüşdür. 12 mart 2024-cü il tarixdə o yaşadığı evin qarşısına çıxan zaman polis əməkdaşları onu saxlatmışlar. Özlərini Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim etmiş, onu Ağcabədi Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində ona hüquqlarını izah edib müdafiəçi tutmaq hüququnu da bildirmiş, o təqdim olunmuş siyahıdan Ağcabədi rayonunda fəaliyyət göstərən vəkil X1 hüquqlarını müdafiə etməsini xahiş etmiş, həmin vəkillə onu təmin etmişlər. Vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə varsa da təqdim etməsi təklif olunmuş, o da əynində olan gödəkçənin sağ yan cibində saxladığı 1 ədəd polietilen kəsiyinə bükülmüş bükümdə olan heroini təqdim etmişdir. Onun işitirakı ilə həmin bükümə baxış keçirilmişdir. Aşkar olunmuş heroin aptek tərəzsində çəkilmiş, heroinin çəkisinin 9,61 qram olması məlum olmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən başqa bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş digər bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş heroin onun, vəkilinin iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, şəxsi axtarış protokoluna və həmin zərfin üzərinə imza etmişlər. Üzərinə şəxsi axtarış keçirilərkən də narkotik vasitəni tapdığını, özünün şəxsi istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir. O, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, narkotik vasitə qəbul etməyini heç kim bilməmişdir. O, heç kimə narkotik vasitə verməmiş və ya satmamış, ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq edilməmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşlarından və vəkili Məhəmməd Bağırovdan başqa həmin halı kimsə də görməmiş, onun yanında da heç kəs olmamışdır, o tək olmuş, onu gətirəndə kənar şəxslərin görüb-görmədiyini bilmədiyini bildirmişdir. O, təxminən 7-8 il olar ki, narkotik vasitədən istifadə edir. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşqul olmadığını göstərmişdir. O, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni tapmış, təxmini çəkisini bilmişdir, rəylə tanış olduqda məlum olmuş ki, üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisi 9,233 qramdır. Yuxarıda qeyd etdiyi kimi 17 yanvar 2024-cü il tarixdə yaşadığı Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində yerləşən sahibsiz olan həyətyanı sahəsinə əkdiyi arpaya baxmaq üçün gedən zaman yolda siqaretin qızılı kağızına bükülmüş iki ədəd balaca büküm görmüş və içərisinə baxdıqda narkotik vasitə heroin olduğunu görüb şəxsi istifadəsi üçün cibində saxlamış və gəzdirmişdir. O, İlkinə narkotik vasitə satmadığını, həmin narkotik vasitəni o, İlkinlə dəyişdiyini, İlkinə heroin verib əvəzində “patı” metamfetamin aldığını bildirmişdir. İlkindən aldığı metamfetamini də istifadə etdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarının 18 yanvar 2024-cü il tarixdə gecə saat 4 radələrində yaşadığı evə daxil olaraq onu, Babəki və İmranı zorla polis şöbəsinə aparmaları, onu döymələri, üzərinə narkotik vasitə qoyaraq götürmələri, 12 mart 2024-cü il tarixdə polis əməkdaşlarının qapısına gələrək onu tutub aparmaları, üzərinə narkotik vasitə qoyaraq götürmələri, Şahid5 narkotik vasitə satmaması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə ağır cinayət əməlini törtəməyə görə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kiçik-leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, daşıması və satışı ilə məşqul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, qrupa rəhbərliyi özü etmişdir. Təqsirləndirilən şəxs yerini müəyyən etdikdən sonra həmin yerə getmişlər, Hindarx qəsəbəsində evinə yaxın yolda gedərkən Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib, onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmişdir. Təqsirləndirilən şəxs Ağcabədi RPŞ-nə gətirdikdən sonra müdafiəçinin və təhqiqatçının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs etirazının olub-olmaması ilə bağlı sual verilmişdir. Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmişdir. Videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və ya predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərindən heroinə bənzər maddə çıxarıb təqdim etmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, əməliyyatda Fuad adlı əməkdaş iştirak etməmişdir. Təqsirləndirilən şəxs evində deyil, evinin yaxınlığında saxlamışlar. Faiqi saat neçədə saxladıqlarını xatırlamamışdır. Faiqin evinə baxış keçirməmişlər. İstifadəsində olan nömrə ***-***-**-** və ***-***-**-** saylı nömrəlidir. 12 mart 2024-cü il tarixdə mobil nömrələri üzərində olmuşdur. Faiqi saxladıqları yerlə polis şöbəsinə qədər məsafə təxminən 40 dəqiqə olardı. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat məlumatında narkotik vasitələri satması və gəzdirməsi barədə məlumat verilmişdir. Faiqin konkret kimə narkotik vasitə satması ilə bağlı şöbədə siyahıya baxıb deyə bilər. Faiqi polis şöbəsinə aparan kimi, onun üzərinə şəxsi axtarış keçirilmişdir. Dindirilmiş Şahid2 Elşən oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatçı Şahid1 əməliyyat məlumatı daxil olmuş, Röyal onu özünə köməkçi kimi götürmüşdür. Təqsirləndirilən şəxs evinin yaxınlığından götürüb polis şöbəsinə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkarlanmışdır. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, əməliyyata Röyal ilə birlikdə getmişlər. ***-***-**-** saylı mobil nömrə özünə məxsusdur, həmin vaxt üzərində olmuşdur. Hindarx qəsəbəsindən polis şöbəsinə qədər olan məsafə 30 dəqiqəlik yoldur. Təqsirləndirilən şəxs heç kim döyməmişdir. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayıb Ağcabədi RPŞ-nə aparmışlar və üzərində axtarış aparılan zaman onun üzərindən narkotik vasitə aşkar olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini olduğu kimi təsdiq etmişdir. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdə keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlamışlar, ancaq Təqsirləndirilən şəxs saat neçədə saxladıqları yadında qalmamışdır. Təqsirləndirilən şəxs saxlayıb polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs döyən olmamışdır. Təqsirləndirilən şəxs evinin pəncərəsini qırıb evə girməmişlər. Həmin gün Babək adlı şəxsi şöbəyə gətirməmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirdikdən yarım saat sonra üzərinə baxış keçirmişlər. Faiqin üzərindən narkotik vasitə çıxmış, ancaq hansı növdə narkotik vasitə olduğunu xatırlamamış, hansı çəkidə olduğu yadında qalmamışdır. 2024-cü ilin yanvar ayında Fuad adlı polis əməkdaşının Ağcabədi RPŞ-də işləyib-işləməməsini xatırlamamışdır. Dinirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 12 mart 2024-cü il tarixdə Hindarx qəsəbəsində Faiqdən 10 manatlıq narkotik vasitə almış, sonra isə polis əməkdaşları tərəfindən tutulmuşdur. Faiqə zəng edib gedib narkotik vasitə almışdır. Əvvələr də dəfələrlə zəng edib Faiqdən narkotik vasitə almışdır. İstifadəsində olan telefon nömrəsi ***- ***-**-** saylı mobil nömrəsidir. Faiqə Muğanlı kəndindən zəng etmiş, həmin vaxtı günorta olardı. Faiqə zəng edəndə Faiq Hindarx qəsəbəsində olmuşdur. Muğanlı kəndindən Hindarx qəsəbəsinə qədər 20 dəqiqəlik yol olardı. O, öz avtomobili ilə Hindarx qəsəbəsinə Faiqin qapısına gedib narkotik vasitə alıb qayıtmışdır, bu hal dəfələrlə olmuşdur. Narkotik vasitəni alandan sonra polis əməkdaşları onu Muğanlı kəndində tutmuşlar. Faiqlə qoyun alış-verişi olmamışdır. Faiqə narkotik vasitə satmamış, özü Faiqdən narkotik vasitə almışdır. O, Faiqdən narkotik vasitə aldığını etiraf etdiyi üçün, Faiq qərəzli olaraq ondan narkotik vasitə aldığını demişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, 17 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixə keçən gecə yatmışdır, pəncərənin şaqqıltısına ayılmış, görmüşdür ki, polis əməkdaşları pəncərini qırıb evin içərisinə girmişlər, əri Faiqin başını ayaqlarının arasına qoyub, Faiqin başına vurmuşlar. Polis əməkdaşlarına Faiqin başının xəstə olduğunu, Faiqi vurmamalarını demişdir. Polis əməkdaşları ona artislik etməməsini demişlər. Polis əməkdaşları evinin hər tərəfini dağıtmışlar. Həmin vaxt evində Babək və İmran adlı şəxləri görmüşdür. Respublika Prokurorluğuna 161 zəng xidmətinə zəng edib, Faiqin saxlanılması barədə məlumat vermişdir. 18 yanvar 2024-cü il tarixdə Faiqi buraxmışlar. Faiq evə gəldikdən sonra şəkillərini çəkmiş, Faiqin qolları və ayaqları göm-göy olmuşdur. 12 mart 2024-cü il tarixdə zəng edib Faiqi çölə çıxartmışlar, qapıda Faiqi tutmuşlar və aparmışlar. Faiqin xırıltısını eşitmiş, həmin vaxtı polis əməkdaşları evlərinə girməmişlər. Verilmiş suallara cavab olaraq şahid Təranə Quliyeva bildirmişdir ki, 18 yanvar 2024cü il tarixdə polis əməkdaşları evinə girmişlər. Həmin vaxtı polis əməkdaşları evini axtarmışlar, qonşuları da evlərində olmuşdur. Polis əməkdaşları onlara sənəd imzalatmışlar ki, evindən qanunsuz heç bir əşya aşkar olunmamışdır. 12 mart 2024-cü il tarixdə Faiqi saxladıqdan sonra qaynı və qaynı oğlu onlara gəlmişlər. Polis əməkdaşları 18 yanvar 2024-cü il tarixdə səhərə yaxın saat 4-də onlara gəlmişlər. 12 mart 2024-cü il tarixdə axşam saat 19-20 radələrində polislər Faiqi aparmışlar. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, 18 yanvar 2024-cü il tarixdə Faiqin yoldaşı gecə saat 4-də ona zəng edib qışqıraraq tez gəl Faiqi öldürdülər demiş, həmin vaxt arvadını və qonşuluqda yaşayan digər qardaşının oğlunu götürüb Faiqgilə getmişdir. Orada polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşları onu evin içərisinə buraxmamışlar. Evin içərisindən bərk qışqırıq səsləri gəlmişdir. Həmin vaxtı polis əməkdaşı Faiq onu vurmaq istəmiş, lakin Cavid adlı polis əməkdaşı buna imkan verməmişdir. Daha sonra Faiqgili gətirib maşına mindirib aparmışlar. 12 mart 2024-cü il tarixdə Lamiyə ona zəng edib tez gəl Faiqi döyürlər demişdir. Təranə Lamiyəyə ona zəng vurmasını demişdir. O gələndə polis əməkdaşları artıq Faiqi aparmışlar. Verilmiş suallara cavab olaraq şahid Qardaşxan Həsənov bildirmişdir ki, 18 yanvar 2024-cü il tarixdə polis əməkdaşları onun yanında Faiqin üstünü axtarmamışlar. Faiqgilə qardaşı oğlu Rafiq və arvadı ilə bir yerdə getmişlər. Həmin vaxtı gecə saat 4-5 radələri olardı. Faiqlə onun evinin məsafəsi maşınla təxminən 5 dəqiqəlik yoldur. Faiqgilə gələndə polis əməkdaşları Faiqin evinin içində olmuşlar, evin pəncərələri qırıq olmuş, evin içində qan olmuşdur. Onun yanında heç kimə sənədə imza çəkdirməmişlər, Faiqi götürüb aparmışlar. Evin içində olan qanın kimin qanı olduğunu bilməmişdir. Faiqlə birgə İmranı və Babəki götürüb aparmışlar. 12 mart 2024-cü il tarixdə ona gələn zəngdə Təranə səni çağırır demişlər. 12 mart 2024-cü il tarixdə Faiqi evdən aparmışlar, o çatanda Faiqi maşına basıb artıq aparmışlar, həmin vaxtı artıq saat 23 radələri olardı. Polis şöbəsində olarkən ona, İlkin adlı şəxsin Faiqin üzünə durduğunu, Faiqdən narkotik vasitə aldığını demişlər. İlkin adlı şəxsi tanımamışdır. Faiqlə danışanda Faiq ona İlkinlə aralarında qoyun alveri olduğunu, İlkin ona qoyunu qaytar deməsini desə də qoyunu qaytarmadığını, buna görə İlkinin ona şər atdığını demişdir. İlkinin Faiqdən narkotik vasitə alması barədə heç nə deyə bilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, yaşadığı evdə yatılı olan, səhərə yaxın təxminən saat 5 radələrində pəncərə səsinə oyanmışdır. Faiqin arvadı ankoloji xəstədir, elə bilmişdir ki, Faiqin arvadına nəsə olmuşdur. Faiqin arvadına baş çəkmək üçün onun yanına getmişdir. Faiqgilin evinə girəndə polis əməkdaşlarının 3 nəfəri yerdə uzandırıb başına vurduqlarını görmüşdür. Polis əməkdaşları Faiqi, Babəki və digər bir nəfər şəxsi gözlərinin qabağında döymüşlər. Babək qonşularıdır, ancaq digər şəxsi tanımamışdır. Faiqgilin evinin hər tərəfini dağıtmışlar. Daha sonra Faiqin arvadını götürüb evdən çıxmışdır. Verilən suallara cavab olaraq şahid Samirə Qasımova bildirmişdir ki, Faiqgilə gedən zaman polis əməkdaşları orada olmuşlar, Faiqin arvadı xəstə olduğu üçün onu evin içərisinə buraxmışlar. 12 mart 2024-cü il tarixdə Faiqin polis əməkdaşları tərəfindən saxlanılmasını görməmişdir, səhər Faiqgilə getmiş, Təranə Faiqin polis əməkdaşları tərəfindən saxlanıldığını demişdir. 18 yanvar 2024-cü il tarixdə polis əməkdaşları evdən heç nə aşkar olunmamasına dair sənədlərə imza çəkdirmişdir. Ondan başqa Faiqin qardaşı Qardaşxan da orada olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, 18 yanvar 2024-cü il tarixdə səhər vaxtı uşağı məktəbə yola salan zaman küçədə çoxlu maşın olduğunu və polis əməkdaşlarının Faiqgilin həyətində olduğunu görmüşdür. Onun övladı Hindarx qəsəbəsində yerləşən 2 nömrəli orta məktəbdə oxuyur, səhər tezdən uşağı məktəbə yola salmağa görə yuxudan tez durur. Polislər həmin vaxt onları Faiqgilin həyətinə girməyə qoymamışlar. Faiqin döyülməsin görməmişdir. Həmin gün axşam üstü Faiqgilin evinə getmişlər, pəncərələr qırılmışdır, yer qan olmuşdur. Orada başqa heç nə görməmişdir. 12 mart 2024-cü il tarixdə Təranənin səsinə çölə çıxmış, Faiqgilin darvazaları açıq olmuş, Təranədən nə olduğunu soruşan zaman Təranə Faiqi polis əməkdaşlarının apardıqlarını demişdir. Faiqin qardaşı gəldikdən sonra çıxıb getmişdir. Verilən suallara cavab olaraq şahid Lamiyə Həsənova bildirmişdir ki, 18 yanvar 2024cü il tarixdə Faiqin arvadı Təranədən polis əməkdaşlarının Faiqi nə üçün apardıqlarını soruşmamışdır. Təranə Faiqin döyüldüyünü demiş, ancaq Faiqi kimin döydüyünü deməmişdir. 12 mart 2024-cü il tarixdə Faiqə zəng olunub, Faiq qapıya çıxanda onu tutub aparmışlar. Heç bir sənədə imza çəkməmişdir. Faiqin və Babəkin narkotik vasitə istifadə etdiklərini eşitməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, 17 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixə keçən gecə səhərə yaxın saat 4 radələri olardı, yaxın qonşusu həm də əmisi olan Qardaşxan telefonla ona zəng edib, Faiqin arvadı Təranənin zəng etdiyini, evlərinə adam girdiyini, Faiqi döydüklərini bildirməsini demişdir. Tez geyinib yola çıxmış, əmisi ilə birlikdə Faiqgilə getmişdir. Faiqgildə 7-8 polis maşını olmuşdur. Evin içərisindən səs-küy gəlmiş, evə keçəndə evdə qan olmuş, polis əməkdaşlarından birinin əli kəsilmişdir. Faiqin burnundan və alnından qan gəlmişdir. Polis əməkdaşları söyüşlə danışmışlar, əmisi söyüşlə danışmamalarını bildirmişdir. Faiq, Babək və İmran yerdə uzaınılı vəziyyətdə olmuşlar, əlləri arxadan bağlı olmuşdur. Fuad adlı polis əməkdaşı Faiqi başının arxasından vurmuşdur. Polis əməkdaşlarından biri əmisi Qardaşxanı vurmaq istəmiş, ancaq axtarışın rəisi buna imkan verməmişdir. 12 mart 2024cü il tarixdə axşam saat 23 radələrində Faiqi polis əməkdaşları aparmışlar. Verilən suallara cavab olaraq şahid Rafiq Həsənov bildirmişdir ki, Şahid5 tanımamışdır. Faiqi, İmranı və Babəki polis əməkdaşları döymüşlər. Faiqgildə heç bir sənədə imza çəkməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Faiq dayısıdır. 18 yanvar 2024-cü il tarixdə olan hadisədən sonra, yəni 20 yanvar 2024-cü il tarixdə polis əməkdaşlarının Faiqi apardığını eşitmişdir. Faiqgilə gedərək onun vəziyyətini görmüş, evin əşyaları dağılmışdır, dayısı yataqda olmuşdur. Faiq özü tövşəyirdi, sol ayağı qançır idi, sifətində qaralar var idi, evin hər bir əşyası dağınıq olmuşdur. Dayısının qabırğalarından səs gəlmişdir. Verilən suallara cavab olaraq şahid Zamin Qurbanov bildirmişdir ki, Faiqgilə gələndə onun ayaqları göy olmuşdur. 12 mart 2024-cü il tarixdə Faiqin polis əməkdaşları tərəfindən aparılmasını görməmiş, ancaq eşitmişdir. Tibbi təhsili yoxdur. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, hadisə günü Faiqgildə çay içmişlər. Təqsirləndirilən şəxs ona zəng etmişdir ki, maşını işə düşmür, bir qonaq var onu götürmək lazımdır. Faiqə “hə” cavabı vermiş, həmin vaxtı axşam saat 23 radələri olardı, qonağı tanımamış, birinci dəfə idi görmüşdür. Qonağı götürüb Faiqgilə aparmışlar, Faiqgildə çay içmişlər, çay içən zaman səs-küy gəlmişdir. Bir az da keçəndən sonra pəncərələrin hamısından səs gəlmiş, daha sonra qapı döyülmüşdür. Faiq qapının belə döyülməsini başa düşmədiyini deyərək qapını açmamışdır. Polis əməkdaşları evin 2-ci mərtəbəsindən pəncərədən evə daxil olmuşlar. Polis əməkdaşları evin içərisinə daxil olduqdan sonra heç bir sorğu sual etmədən, onları döymüşlər. Polis əməkdaşlarına taksi sürücüsü olduğunu demiş, həmin vaxtı gecə saat 24 radələrini keçmişdir, polis əməkdaşları nəfəsi kəsilənə qədər onu döymüşlər. Sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar, orada üstünə baxış keçirtmişlər, üstündən heç nə çıxmamışdır. Polis şöbəsində onu bir də döymüşlər. Onun “eplepsiya” (qıc olma) xəstəliyi vardır. Ürəyi getmiş, daha sonra ayılmışdır ki, evdədir. Polis əməkdaşları ona narkotik vasitə verərək, “qoy cibinə və Faiqdən aldığını de” demişlər. Verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, Faiqin döyülməsini görmüş, pəncərədən evə daxil olan adamlar Faiqi döymüşlər, onları hansı səbəbdən döydüklərini deməmişlər. Polis əməkdaşları əllərini bağlamışlar. Faiqi yerə uzandırmışlar. Qonağı da yerə uzatmışlar, qonağın adını bilməmişdir. Faiqi hər tərəfdən vurmuşlar. Onun yanında Faiqin üst-başın yoxlamışlar, üzərindən heç nə çıxmamışdır. Polis şöbəsində üzərini yoxlayan zaman videoçəkiliş olmamışdır. 12 mart 2024-cü il tarixdə Faiqin tutulmasından xəbəri olmamışdır. Şöbədən çıxandan sonra Faiqin yanına getmiş, həmin vaxtı Faiq pis gündə olmuş, arvadı Faiqin foto şəkillərin çəkmişdir. Həmin vaxtı narkotik vasitə istifadə etməmiş, Faiq də onun yanında narkotik vasitə istifadə etməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, Faiqgildə olan zaman polis əməkdaşları gəlib onu tutmuşlar. Faiqgildə olan zaman gecə saat 4-5 radələri olardı, polis əməkdaşları gəlib pəncərələri qırıb evə girmişlər, onları saxlayıb polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona təzyiq göstərmişlər, onu döymüşlər. Verilən suallara cavab olaraq şahid İmran Qasımov bildirmişdir ki, 18 yanvar 2024-cü il tarixdə tutulmuş, Faiqgildə Babək adlı şəxs də olmuşdur. Evin içində üstlərinə baxış keçirtməmişlər. Stolun üzərində narkotik olub-olmadığını görməmişdir. Evdə olan zaman polis əməkdaşları onu, Faiqi və Babəki döymüşlər. Həmin günü bütün evi gəzmişlər. Onları polis şöbəsinə aparandan 1 saat sora üzərilərinə baxış keçirtmişlər. Faiqin üzərində narkotik vasitə olduğunu görməmişdir. Faiqə və Babəkə narkotik vasitə verməmişdir. Bu barədə Faiq yalan ifadə vermişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə heroin aşkar olması faktı ilə bağlı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunmaqla istintaq aparılmışdır.(cild 1, i.v.1-86) -Ağcabədi RPŞ-nin, CAB-nin əməliyyat müvəkkili, polis kiçik-leytenantı Şahid1 12 mart 2024-cü il tarixli “raport”undan görünür ki, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan xx xxxxx 1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı, istifadəsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, i.v.5) -“əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılmasına dair” 12 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və Ağcabədi RPŞ-nin PPXB-nün polis nəfəri polis kiçik sertjantı Şahid2 Elşən oğlundan ibarət əməliyyat qrupunun yaradılması qərara alınmışdır.(cild 1, i.v.6) -Ağcabədi RPŞ-nin, CAB-nin əməliyyat müvəkkili, polis kiçik-leytenantı Şahid1 12 mart 2024-cü il tarixli “raport”undan görünür ki, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan xx xxxxx 1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı, istifadəsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə xx.xx.2024-cü il tarixdə satta 20 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmişdir.(cild 1, i.v.9) -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 12 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:50-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.18) -“şəxsi axtarış və götürmə barədə” 12 mart 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd polietilen bükümdə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Baxış keçirilən zaman həmin video görüntüdən görünür ki, şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və ondan üzərində hər hansı bir narkotik vasitə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd polietilen kəsiyi bükümündə büküm çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəziyə qoyulub çəkildikdə, çəkisinin 9,61 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə qablaşdırılaraq və üzəri Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənərək götürülmüşdür.(cild 1, i.v.25-27) -“məhkəmə fiziki-kimyəvi ekspertizası”nın 13 mart 2024-cü il tarixli, 3-16-16/2- 18/280 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: «...Təqsirləndirilən şəxs üzərindən..» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-9,233 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin-28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı).(cild 1, i.v.35-38) -Ağcabədi RPŞ-nin, TB-nin rəisi, polis mayoru Amil Abbasovun 13 mart 2024-cü il tarixli “raport”undan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1986-cı il təvəllüdlü Şahid5 narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsində şübhəli olduğundan Ağcabədi rayonu ərazisində saxlanılaraq Ağcabədi RPŞ-nə gətirilmişdir. Şahid5 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızında təmiz çəkisi 0.106 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Şahid5 üzərindən aşkar olunmuş 01 ədəd siqaretin gümüşü kağızında təmiz çəkisi 0.106 qram narkotik vasitə heroini Ağcabədi rayonu, Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxs 10 manata aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir.(cild 1. i.v.43) -“məhkəmə fiziki-kimyəvi ekspertizası”nın 13 mart 2024-cü il tarixli, 3-16-16/2- 18/281 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Şahid5 üzərindən…” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi- 0,106 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Şahid5 məxsus narkotik vasitə heroin ilə Təqsirləndirilən şəxs məxsus narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. (xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/280 №li rəyə əsasən birgə tədqiqat aparılıb).(cild 1. i.v.75-78) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 14 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Ağcabədi Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 4(017)- 25/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 mart 2024-cü il tarixdən hesablanmışdır.(cild 1, i.v.98-99, i.v. 128-129) -Ağcabədi Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 5(017)-75/2024 nömrəli qərarı ilə xx xxxxx 1972-ci il tarixdə anadan olmuş Ağcabədi rayonu, Hindarx qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə Ağcabədi Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 12 mart 2024-cü il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri bardə məlumat qanuni hesab edilmişdir.(cild 1. i.v.135) -“cinayət işinin icraata qəbul edilməsi, bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilərək, icraatda olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilməklə, cinayət işinin istintaq materialları Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənini 234.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş və bi icraatda ********* nömrəli cinayət işi kimi davam etdirilmişdir.(cild 1, i.v.140-142) -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən hər biri ayrı-ayrılıqda sellofan kəsiyinə bükülmüş 2 ədəd falqa kəsiyi bükümündə xeyli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,316 qram və 0226 qram ümumi çəkisi 0,542 qram olan narkotik vasitə heroin aşkar olması faktı ilə bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunmaqla istintaq aparılmışdır.(cild 1, i.v.144) -“əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılmasına dair” 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və Ağcabədi RPŞ-nin PPXB-nün polis nəfəri polis sertjantı Şahid4 ibarət əməliyyat qrupunun yaradılması qərara alınmışdır.(cild 1, i.v.148) -“şübhəli şəxsin tutulması haqqında” 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, faiq Hnəsənov həmin tarixdə saat 08:45-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.166) -“şəxsi axtarış və götürmə aparılması haqqında” 18 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 (iki) ədəd polietilen kəsiyi bükümündə büküm çıxarıb təqdim etmiş, bükümlər elektron tərəzidə çəkilmiş, 1-ci bükümün çəkisi 0,41 qram, 2-ci bükümün çəkisi 0,30 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq, üzəri Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənərək götürülmüşdür.(cild 1, i.v.173-175) -“məhkəmə fiziki-kimyəvi ekspertizası”nın 18 yanvar 2024-cü il tarixli, 18/78 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən…” sözləri yazılmış və imzalar olan kağız paketdəki 02 ədəd falqa kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,316 qram, 0,226 qram, ümumi çəkisi 0,542 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.(cild 1.i.v.184- 187) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur.(cild 1, i.v.195-196) -“təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 19 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(cild 2, i.v.9-10) -Ağcabədi Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 5(017)-23/2024 nömrəli qərarı ilə xx xxxxx 1972-ci il tarixdə anadan olmuş Ağcabədi rayonu, Hindarx qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə Ağcabədi Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 18 yanvar 2024-cü il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri bardə məlumat qanuni hesab edilmişdir.(cild 2. i.v.19) -“Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X24 12 fevral 2024-cü il tarixli, 18-1-23/2- 154/2024 nömrəli məktubundan görünür ki, Həsənov X14 RMX-nın poliklinika şöbəsinin ruhi-əsəb kabinetində “BQD pozğunluğu” diaqnozu ilə dispanser qeydiyyatdadır. Eyni zamanda narkoloji kabinetdə dispanser qeydiyyatdadır.(cild 2, i.v.20) -“əşyanın maddi sübut hesab edilməsi haqqında” 12 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və Şahid5 üzərindən götürülmüş ümumi təmiz çəkisi 9,881 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi- 9,631 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanması üçün Ağcabədi RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. (cild 2, i.v.43-46) -“ambulator məhkəmə-psixiatrik ekspertizası”nın 19 aprel 2024-cü il tarixli, 252 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddlərinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur.(cild 2, i.v.96-98) -Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin 29 may 2024-cü il tarixli, 54/23-38-03 nömrəli məktubundan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-sü il tarixli, 1(017)-10/2023 nömrəli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs ona təyin olunmuş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını 14 mart 2024-cü il tarixədək 11 (on bir) ay 11 (on bir) gününü çəkmiş, 6 (altı) ay 15 (on beş) gün çəkilməmiş cəzası qalmışdır.(cild 2, i.v.101) -“ambulator məcburi-narkoloji tibbi yoxlama”nın 27 may 2024-cü il tarixli, 926 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kağinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür.(cild 2, i.v.108) -Ağcabədi Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 4(017)-60/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 (bir) ay müddətinə, yəni 12 avqust 2024-cü il tarixədək uzadılmışdır.(cild 2, i.v.134-136) -“cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 04 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmışdır. 3 (üç) ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 2, i.v.137- 154) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət- Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşlarının 18 yanvar 2024cü il tarixdə gecə saat 4 radələrində yaşadığı evə daxil olaraq onu, Babəki və İmranı zorla polis şöbəsinə aparmaları, onu döymələri, üzərinə narkotik vasitə qoyaraq götürmələri, 12 mart 2024-cü il tarixdə polis əməkdaşları qapısına gələrək onu tutub aparmaları, üzərinə narkotik vasitə qoyaraq götürmələri, Şahid5 narkotik vasitə satmaması məzmununda göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi 2,0 qram, xüsusilə külli miqdarı 800 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961- İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olubolmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ədliyyə Nazirliyi Probasiya Xidmətindən daxil olmuş 06 noyabr 2024-cü il tarixli, 3- 16-21/2-42868 nömrəli məktubda göstərilmişdir ki, “Attenti” elektron monitorinq sistemindən əldə edilmiş məlumata əsasən məhkum Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdə elektron nəzarət vasitələrini (mobil nəzarət qurğusunu) gəzdirmək və işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrinə əməl etmədiyindən coğrafi yerdəyişməsini müəyyən etmək mümkün olmamış, həmçinin 12 mart 2024-cü il tarixdə saat 00:00-dan saat 13:13-dək, saat 16:51-dən saat 18:04-dək Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən yaşayış yerində, saat 18:04-dən saat 20:22-dək qəsəbə ərazisində müxtəlif ünvanlarda, saat 20:22-dən saat 22:47-dək isə yaşayış yerində və onun yaxınlığında olmuşdur. Qeyd olunur ki, 12 mart 2024-cü il tarixdə saat 13:13-dən saat 16:51-dək və saat 22:47-dən başlayaraq məhkumun elektron nəzarət vasitələrini gəzdirməməsi və mobil nəzarət qurğusunun enerji ehtiyatının tükənməsi ilə əlaqədar izlənməsi mümkün olmadığından əlavə hərəkət trayektoriyasına dair məlumatın təqdim edilməsi imkan xaricindədir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən xeyli miqdarda-0,542 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib hər birini ayrı-ayrılıqda falqa kəsiyi bükümündə ayıraraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxlamaqla daşımış, 18 yanvar 2024cü il tarixdə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında, istifadə etməsində və daşımasında şübhəli bilinərək saat 08 radələrində yaşadığı Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 08:55-dən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxladığı hər biri ayrı-ayrılıqda falqa kəsiyi bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,316 qram və 0,226 qram olmaqla, ümumilikdə xeyli miqdarda-0,542 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən evindən Şahid6 və İmran Qasımov ilə birlikdə saxlanılaraq aparılması öz təsdiqini tapmamış, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 18 yanvar 2024cü il tarixdə saat 08 radələrində yaşadığı Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılmışdır. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda-9,339 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib bir ədəd polietilen bükümdə və 01 ədəd siqaretin gümüşü kağızı bükümdə üzərində saxlayaraq daşımış, 12 mart 2024-cü il tarixdə istintaqa və məhkəməyə dəqiq məlum olmayan saatda qanunsuz olaraq tamah niyyəti və satış məqsədi ilə əldə edib saxladığı 9,339 qram olan narkotik vasitə heroindən 01 ədəd siqaretin gümüşü kağızı bükümdə təmiz çəkisi 0,106 qram olan narkotik vasitə heroini tanışı Şahid5 Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən yaşadığı evin qarşısında qəsdən, qanunsuz olaraq 10 manata satdıqdan sonra 9,233 qram olan narkotik vasitə heroini 01 ədəd polietilen bükümdə üzərində qəsdən tamah niyyəti və satış məqsədi ilə daşımaqla saxlamış, 12 mart 2024cü il tarixdə saat 20:30 radələrində Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə üzərində saxlamasında və satışı ilə məşğul olmasında şübhəli bilinərək Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən yaşadığı evin qarşısında saxlanılaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 21:50-dən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sağ yan cibində 01 ədəd polietilen kəsiyi bükümdə külli miqdarda- 9,233 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid5 12 mart 2024-cü il tarixdə, o cümlədən əvvəllər dəfələrlə Təqsirləndirilən şəxs narkotik vasitə heroin aldığını bildirmişdir. “Məhkəmə fiziki-kimyəvi ekspertizası”nın rəyindən görünür ki, Şahid5 üzərindən aşkar olunmuş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi- 0,106 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin ilə Təqsirləndirilən şəxs məxsus narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Göstərilən hallar Təqsirləndirilən şəxs narkotik vasitə heroindən istifadə etməsi və heroinin satışı ilə məşğul olması barədə nəticələrə gəlməyə tam əsas verir. Məhkəmə istintaqı zamanı polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə gələrək onu tutub aparmaları öz təsdiqini tapmamış, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə saat 20:30 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən yaşadığı evin qarşısında saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X22 09 oktyabr 2024-cü il tarixli, 18-1-23- 1140/2024 nömrəli məktubla daxil olmuş TTYŞ-də olan xəstələrin qeydiyyat jurnalının 18 yanvar 2024-cü il tarixdən 11 iyul 2024-cü il tarixə kimi olan surətindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olması ilə bağlı xəstəxanaya müraciət etməmişdir. Ağcabədi RPŞ-dən daxil olmuş 26 sentyabr 2024-cü il tarixli, 6d2-27727/24 nömrəli məktubdan görünür ki, 18 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq Ağcabədi RPŞ-nin MSY-nə təhvil verilmiş, üzərinə və bədəninə baxış keçirilən zaman heç bir xəsarət aşkar olunmamışdır. 12 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutularaq Ağcabədi RPŞ-nin MSY-nə təhvil verilmiş, üzərinə və bədəninə baxış keçirilən zaman heç bir xəsarət aşkar olunmamışdır. Heç bir tibbi yardım almamışdır. Ağcabədi rayon prokurorluğundan daxil olmuş 20 sentyabr 2024-cü il tarixli, 2-2- 403/2-132486/2024 nömrəli məktubdan görünür ki, Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalmasına dair rayon prokurorluğuna heç bir maraciəti daxil olmamış və bununla bağlı araşdırma aparılmamışdır. Bakı İstintaq Təcridxanasından daxil olmuş 15 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adına açılmış 1674/2024/320 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs sol qaşında 1 ədəd, sol saiddə çoxsaylı, qarnında çox saylı köhnə çapıq toxuması, yuxarı ətraflarda ineksiyadan sonrakı yaralar aşkar olunmuşdur. Məhkəmə-tibbi ekspertizasının 21 oktyabr 2024-cü il tarixli, 510/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş sağ təpə nahiyəsinin, sol qaş nahiyəsinin, hər iki saidin, sağ əlin və qarın nahiyəsinin çapıqları müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdirlər, atrofiya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə mexanizmi, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında fikir söyləmək mümkün deyildir. Məhkəmə istintaq nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək pisixi zorakılığa məruz qalmasına dair dedikləri öz təsdiqini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” və “Selmuni Fransaya qarş” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə bağlı ibtidai istintaq hərəkətləri aparılan zaman çəkilmiş vidioçəkilişlərdə sonuncunun bədəni üzərində hər hansı xəsarətin olması müşahidə olunmamışdır. Nə Təqsirləndirilən şəxs nə də müdafiəçisi tərəfindən polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol vermələri və onu döymələri barədə hər hansı bir müraciətləri olmamışdır. Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol vermələri və döymələri barədə ibtidai istintaq zamanı hər-hansı orqana şikayət etmədiyini bildirmişdir. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. “İ.H.Avstriyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Mövcud olan halda məhkəmə tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində polis əməkdaşlarının 18 yanvar 2024-cü il tarixdə gecə saat 4 radələrində yaşadığı evə daxil olaraq onu, Babəki və İmranı zorla polis şöbəsinə aparmaları, onu döymələri, üzərinə narkotik vasitə qoyaraq götürmələri, 12 mart 2024-cü il tarixdə polis əməkdaları qapısına gələrək onu tutub aparmaları, üzərinə narkotik vasitə qoyaraq götürmələri, Şahid5 narkotik vasitə satmamasını bildirməsi işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini daha çox inandırıcı hesab edir, onun məhkəmə istintaqı zamanı vediyi ifadələri özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin Şahid5 narkotik vasitə heroin satmaması, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmamasına münasibətdə həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə özünü ağır cinayətə görə məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrinin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrini, müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyindən, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi, hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X9, X10, X4, X17, Şahid6, X11, X13 və X3 ifadələrinə münasibətdə məhkəmə tərkibi tənqidi yanaşaraq həmin ifadələrin cinayət işinin materiallarına uyğun olmadığı, müəyyən edilmiş obyektiv həqiqətlərə zidd olduğu, həmin ifadələrin yaxın qohumları, qonşuları və tanışları tərəfindən Təqsirləndirilən şəxs məsuliyyətdən azad edilməsinə hesablanaraq deyildiyi üçün, sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “şəxsi axtarış və götürmə barədə” protokollar, həmin protokollara əlavə edilmiş videoçəkilişlər, “məhkəmə fiziki-kimyəvi ekspertizaları”nın rəyləri, “ambulator məcburi-narkoloji tibbi yoxlama”nın rəyi, “ambulator məhkəmə psixiatrik ekspertizası”nın rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 28 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 1(017)- 10/2023 nömrəli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur.(cild 2, i.v.83-85) -Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Hindarx İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 mart 2024-cü il tarixli, 78 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşamışdır, yaşayış yeri üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.(cild 2, i.v.31-32) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, Ağcabədi RMX-nın poliklinika şöbəsinin ruhiəsəb kabinetində “BQD pozğunluğu” diaqnozu ilə dispanser qeydiyyatda olması, yəni beyin qan dövranı pozğunluğu beyin damarlarında blok, anomaliya və qanaxma nəticəsində neyronların ölümünə səbəb olan qan təchizatının pozulması xəstəliyindən əziyyət çəkməsi, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən hal, ailə, maddi və sosial vəziyyəti, ailəsində tək qazanc gətirən şəxs olması, himayəsində xəstə arvadının olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar olaraq müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən az ağır və ağır cinayətlər törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin 29 may 2024-cü il tarixli, 54/23-38-03 nömrəli məktubundan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 1(017)-10/2023 nömrəli hökmünə əsasən, Faqi Həsənov Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs ona təyin olunmuş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 14 mart 2024-cü il tarixədək 11 (on bir) ay 11 (on bir) gününü çəkmiş, 6 (altı) ay 15 (on beş) gün çəkilməmiş cəzası qalmışdır. Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs çəkilməmiş qalan 6 (altı) ay 15 (on beş) gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə birləşdirilərək ona hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 12 mart 2024-cü il tarixdən hesablanmalı və Ağcabədi Rayon Məhkəməsinin 14 mart 2024cü il tarixli, 4(017)-25/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutulduğu 18 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək olan 1 (bir) gün müddət təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə, “ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyi nəzərə alınıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs Ağcabədi RMX-nın poliklinika şöbəsinin narkoloji kabinetdə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 113 (bir yüz on üç) manat, 64 (altmış dörd) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 113 (bir yüz on üç) manat, 64 (altmış dörd) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra 1 (bir) ədəd bükümdə qalıq çəkisi 0,056 qram olan və 1 (bir) ədəd bükümdə qalıq çəkisi 9,133 qram olan heroin narkotik vasitələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 3 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 5 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 1(017)-10/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona qəti olaraq təyin olunmuş, 1 (bir) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 6 (altı) ay 15 (on beş) gün çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla 3 (üç) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 5 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutulduğu 18 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək olan 1 (bir) gün müddət təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti olaraq 5 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 12 mart 2024-cü il tarixdən hesablansın. Ağcabədi Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 4(017)-25/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 113 (bir yüz on üç) manat 64 (altmış dörd) qəpik məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra 1 (bir) ədəd bükümdə qalıq çəkisi 0,056 qram olan və 1 (bir) ədəd bükümdə qalıq çəkisi 9,133 qram olan heroin narkotik vasitələri məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 3 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-623/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-623/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver