Məhkəmə qərarları › İş №1(099)-624/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-624/2022

04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-624/2022 04.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1985-ci ildə Əli-bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Şirvan şəhəri Neftçilər küçəsi, ev 67-də qeydiyyatda olmaqla, Sabirabad rayonu Poladtoğay kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2022-ci ilin mart ayının sonlarında qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkini, yəni çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarını Sabirabad rayonu Poladtoğay kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində yerləşən mişar və kərpic daşları ilə əhatə olunmuş yarımçıq tikilinin içərisindəki torpaq sahəsində əkmiş, həmin toxumlardan cücərmiş tərkibində narkotik maddələr olan külli miqdarda 53 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, 2022-ci ilin iyul ayının təxminən sonlarında, istintaqla dəqiq müəyyən edilməyən müxtəlif günlərdə həmin bitkilərin hissələrini toplayıb 1635,0 qram çəkidə, yəni külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddə olan qurudulmuş marixuana hazırlamaqla əldə etdiyi həmin narkotik vasitənin 1250,0 qramını həmin tikilinin içərisində torpaq üzərində, 320,0 və 65,0 qramını isə evin zirzəmisində torpaq üzərində qanunsuz saxlamış, 27 iyul 2022-ci il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı evə, həyətyanı sahəsinə və həyətindəki tikililərə baxış keçirilən zaman həyətyanı sahədə mişar və kərpic daşları ilə əhatə olunmuş yarımçıq tikilinin içərisindəki torpaq sahəsində yaş vəziyyətdə, ümumi təmiz çəkisi 16000 qram olan 53 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli həmin çətənə (kannabis) bitkiləri, həmin bitkilərin yanında isə torpaq üzərində yığılmış vəziyyətdə 1250,0 qram narkotik vasitə qurudulmuş marixuana və yaşadığı evin zirzəməsində isə iki yerdə olmaqla, ayrı-ayrılıqda təmiz çəkiləri 320,0 və 65,0 qram olmaqla, ümumilikdə 1635,0 qram çəkidə, külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Poladtoğay kəndində ailəsi və anası ilə birlikdə yaşamışdır. 2022-ci ilin yanvar-fevral aylarında çöllükdə piyada evə tərəf gələrkən yol kənarında qara rəngli sellofon torbada nəşə bitkisinin toxumlarını tapmışdır. Fikirləşmişdir ki, nəşə bitkisinin toxumlarını lazım olsa özü üçün əkib gələcəkdə istifadə edər. Özündə saxladığı 53 ədəd nəşə bitkisinin toxumlarını həyətdəki yarım tikilinin içərisində torpağa əkmişdir. Həmin çətənə bitkilərinə mütəmadi olaraq qulluq etmiş, su və peyin vermiş, bitkinin ətrafını alaq otlarından təmizləmişdir. 27 iyul 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları yaşadığı evə gəlib, ona narkotik bitkilər əkib becərməyi və yaşadığı evdə narkotik vasitə saxlamağı barədə məlumat aldıqlarını, buna görə də həyətinə və yaşadığı evinə baxış keçirəcəklərini bildirmişlər. Evə baxış keçirilməsinə etiraz etməmişdir. Həyətyanı sahəyə baxış keçirilən zaman evin həyətindəki mişar və kərpic daşlarından tikilmiş yarım tikilidə əkmiş olduğu 53 ədəd el arasında nəşə kimi adlanan çətənə bitkiləri aşkar edilmişdir. Bundan əlavə həmin bitkilərin yanında torpağın üstündə çətənə bitkisinin qurumuş hissələri aşkar edilmişdir. Özü narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyi üçün çətənə bitkisinin bəzi hissələrini iyul ayının sonlarında qurutmaq üçün yığıb evin zirzəmisində saxlamışdır. Yarım tikilidə torpağın üzərində yığılan çətənə kollarından hazırlanmış qurudulmuş marixuana ona məxsus deyil. Heç kimə narkotik satmamışdır. Çətənə bitkilərini özü istifadə etmək üçün əkmişdir. Əkdiyi çətənə bitkilərindən ailəsinin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ilkin etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində özü qurudulmuş marixuanadan istifadə etdiyi üçün çətənə bitkisinin bəzi hissələrini iyul ayının sonlarında qurutmaq üçün yığıb evin zirzəmisində, bitkinin çəkilməyən hissələrini isə iyul ayının sonlarında yığıb yarımçıq tikilidə saxladığını göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadələri ilə ynaşı, şahid ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 27 iyul 2022-ci il tarixdə Sabirabad rayonu Poladtoğay kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik vasitə saxlaması və satması, eləcə də narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və digər polis əməkdaşları və hal şahidləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Poladtoğay kəndindəki evinə gəlmişlər. Həmin vaxtı Xəyalın özü də həyətdə olmuşdur. Xəyal etirazını bildirməmiş və bu barədə ərizə vermişdir. Bundan sonra hal şahidlərinin, aqronom mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman,evin həyətindəki mişar və kərpic daşlarından tikilmiş yarım tikilidə 53 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Bundan əlavə həmin bitkilərin yanında torpaq üzərində çətənə bitkisinin qurumuş hissələri aşkar edilmişdir. Həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirildikdən sonra həyətdəki evə də baxış keçirilmişdir. Bundan əlavə evin zirzəmisinə baxış keçirilən zaman 2 yerdə torpaq üzərində çətənə bitkisinin qurumuş hissələri aşkar edilmişdir. Bundan əlavə həyətyanı sahədən və evdən dövriyyəsi qadağan edilmiş hər hansı əşya ve predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 oxşar məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişlər. Məhkəmə baxışında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsi tədqiq edilməklə elan olunmuş, o, həmin ifadəsində 25 iyul 2022-ci il tarixdə səhər saat 12 radələrində Sabirabad rayonu Poladtoğay kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsinə keçirilən baxışda hal şahidi qismində işitrak etdiyini, evin həyətindəki mişar və kərpic daşlarından tikilmiş yarım tikilidə 53 ədəd çətənə bitkiləri, həmin bitkilərin yanında torpaq üzərində çətənə bitkisinin qurumuş hissələri aşkar edilmişdir. Dəvət edilmiş aqronom çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib etmişdir. Bundan əlavə evin zirzəmisinə baxış keçirilən zaman 2 yerdə torpağ üzərində çətənə bitkisinin qurumuş hissələri aşkar edilmişdir. Aşkar edilmiş həmim kütlələr də 2 ədəd sellofon torbalara qablaşdırılmışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 28 iyul 2022-ci il tarixli 18/797 №-li rəyindən görünür ki, 1. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış ..13 ədəd ...” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 13 (on üç) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi -10000,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. 2. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış...40 ədəd...” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 40 (qırx) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi-6000,0 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 53 ədəd bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. 3. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış ... 1 ədəd sintetik torbada.” sözləri və imzalar olan 01 ədəd sintetik torbada təmiz çəkisi-1250,0 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 4. Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən.... sarı rəngli sellofon torbaya..” sözləri və imzalar olan 01 ədəd narıncı rəngli polietilen torbada təmiz çəkisi-320,0 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 5. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən...ağ rəngli sellofon torbada ..” sözləri və imzalar olan 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi-65,0 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 53 ədəd çətənə bitkiləri və qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qurudulmuş marixuanadan 0,03 qram tədqiqata sərf olunmuş, 1634,70 qram qalıq qalmışdır. Çətənə (kannabis) bitkilərindən 5,3 qram tədqiqata sərf olunmuş, 15994,70 qram qalıq qalmışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 11 avqust 2022-ci il tarixli 4426 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş 27 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Sabirabad rayonun Poladtoğay kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə, həyətyanı sahəsinə və həyətyanı sahəsində olan tikililərə baxış keçirilən zaman həyətyanı sahədəki yarımcıq tikilidən külli miqdarda-53 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 16000 qram əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və həmin bitkilərin yanında torpaq üzərində yığılmış vəziyyətdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 1250,0 qram narkotik vasitə qurudulmuş marixuana və yaşadığı evin zirzəmisindən isə iki yerdə torpaq üzərində yığılmış vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri 320,0 və 65,0 qram olmaqla, ümumilikdə külli miqdarda-1635,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli qərarla 53 ədəd çətənə(kannabis) bitkiləri, tədqiqatdan sonra ümumi təmiz çəkisi1634,70 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında yaşadığı evin yarımçıq tikilinin içərisindəki torpağın üzərində yığılan çətənə kollarından hazırlanmış qurudulmuş marixuananın ona məxsus olmaması, heç kimə narkotik satmamasına dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı evin yarımçıq tikilidə aşkar olunan qurudulmuş marixuananın ona məxsus olmaması ilə bağlı göstərdiyi xüsusatlar ibtidai istintaqın aparıldığı ilk gündən müdafiəçisinin iştirakı ilə evə baxış keçirilməsi haqqında istintaq hərəkətinin protokolu, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ilkin etirafedici ifadələri, habelə məhkəmədə dindirilmiş çoxsaylı şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Bununla yanaşı Təqsirləndirilən şəxs cinayət təqibi başlanan andan mudafiəçisinin iştirakı ilə verdiyi ilkin ifadələrində yarmçıq tikilidə aşkar olunan qurudulmuş marixuananın ona məxsus olmaması ilə bağlı fikir ifadə etməmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ilkin ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi ilkin ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən Təqsirləndirilən şəxs həyatyanı sahəsində külli miqdarda qurudulmuş marixuanının və çətənə bitkilərinin aşkar edilməsi, həmin maddələrin eyni tərkibli olması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan qurudulmuş marixuana narkotik vasitədir.Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Həmçinin, qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin 15 ədəddən yuxarısı külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib evində qanunsuz saxlaması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun bu əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək cəzlalandırılmalıdır. 27 iyul 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 29 iyul 2022-ci il tarixdə CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin gün barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli 297 N-li arayışdan və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Elmira Əliyevadan, xx.xx.2017-ci il təvəllüdlü oğlu Nuray və xx.xx.2008-ci il təvəllüdlü qızı Şəbnəmdən ibarətdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən və məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs CMnin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, hazırda məhkumluğu ödəniməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda iki il keçmədən yenidən qəsdən cinayət törətməsi həmin Məcəllənin 18.1 -ci maddəsinin tələblərinə görə cinayətlərin residivini yaradır. Odur ki, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3 və 237.2.3-cü maddələri “ağır” cinayətlər kateqoriyasına aiddir, CM-nin 237.2.3-cü maddənin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə, CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlər nəticəsində əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallara gəldikdə isə məhkəmə belə nəticəyə gəlir ki, o, məhkum olunmasına baxmayraq tərbiyyə və islah olunmamış, yenidən cinayət törətmişdir. Odur ki, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində müəyyən edilmiş qaydada həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəza çəkilməlidir. CM-nin 65.2-ci (residivə görə cəzanın təyin olunması) maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olub Sabirabad RPŞ-də saxlanılan 53 ədəd çətənə (kannabis) bitkiləri və 1634,70 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31 manat 95 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 237.2.3-cü maddəsilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ona cinayətlərin məcmusu üzrə 7 (yeddi ) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 27 iyul 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sabirabad RPŞ-də saxlanılan 53 ədəd çətənə (kannabis) bitkiləri və 1634,70 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar