Məhkəmə qərarları › İş №1(099)-625/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-625/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-625/2022 26.10.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Sabirabad rayonu Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Axtaçı-Muğan kəndində qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdə saat 23 radələrində alkoqol sərxoşluğu vəziyyətində olmaqla qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gəlmiş, həmin gün günorta saatlarında Zərərçəkmiş şəxs onu qonşuları Şahid5 evindən dəmir boruları icazəsiz aparmaqda və ona nalayiq ifadələr işlətməkdə ittiham etməsi səbəbindən aralarında mübahisə baş vermiş, şəxsi münasibətlər zəminindəki həmin mübahisə zamanı əvvəlcə Zərərçəkmiş şəxs əlində olan dəmir parçası ilə onun başından vuraraq sol təpə nahiyəsində hematoması, təpə, sol-gicgah, ənsə nahiyələrində, sağ diz oynağının ön səthində çapıqlarla müşayiət olunan sağlamlığının qısa müddətdə pozulmasına səbəb olub qəsdən sağlamlığına yüngül zərər vuraraq, əlində olan olan dəmiri yerə atıb geri çəkilmiş, bundan sonra həyat və sağlamlığına yönləmiş qəsdin tam aradan qalxmasına baxmayaraq o, həmin vaxt üzərində olan bıçağı çıxarıb, qisas niyyəti ilə Zərərçəkmiş şəxs, hadisə yerində olan sonuncunun arvadı Şahid1 və oğlu Şahid2 gözləri qarşısında, onlara müstəsna dərəcədə qəddarlıq göstərərək, xüsusi iztirab və əzab verdiyini dərk etməklə, 6 dəfə vuraraq, sonuncuya sol qoltuqaltı xətt üzrə 3-cü qabırğa səviyəsində döş boşluğuna keçməyən bir ədəd yara, sol ön qoltuqaltı xətt üzrə 7-ci qabırğa səviyəsində qarın boşluğuna keçməyən bir ədəd yara, sol bazunun yuxarı 1/3-də bayır səthdə bir ədəd yara, sol kürək sümüyü proyeksiyasında döş boşluğunda keçməyən bir ədəd yara,çənəaltı nahiyədə bir ədəd yara, cəmi beş ədəd yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül, sol qolaltı xətt üzrə göbək səviyəsində, qarın boşluğuna keçən, daxili və xarici qanaxma ilə müşayiət olunan və həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirməklə, xüsusi amansızlıqla qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur, onu uzun müddətdir tanıyır, aralarında heç bir düşmənçilik və ədavət yoxdur. Təxminən 2021-ci ilin sentyabr aylarında onun əmisinin həyat yoldaşı Xəzəngül Yahyayevə yaşadığı evi və həyətyanı sahəsini satdığı üçün Zərərçəkmiş şəxs ondan həmin evi almış, Xəzəngül özü Şirvan şəhərinə köçmüşdür. Xəzəngül Şirvan şəhərində yaşadığı üçün Axtaçı-Muğan kəndində Niyaməddinə satdığı evin açarını ona vermişdir ki, onun həyətinə nəzarət etsin, həmçinin həyətində olan toyuqlara baxsın. O, da onun həyətinə nəzarət edirmiş, həmdə həyətdə olan toyuqlara baxmışdır. Təxminən üç ay əvvəl Niyaməddinin həyat yoldaşı Kamilə, Xəzəngülün evinin açarını onun həyat yoldaşından götürmüşdür. 27 may 2022-ci il tarixdə təxminən saat 16 radələrindəo, yaşadığı evdə olarkən qardaşı oğlu Əli Hüseynov evə gəlmiş, ona Niyaməddinlə Xəzəngülün onu çağırdıqlarını demişdir. O,Əli ilə birlikdə Xəzəngülün Niyaməddinə satdığı həyətə getmiş, həyətə daxil olduqda Niyaməddin ilə Xəzəngül həyətdə dayanmışdılar. O, Xəzəngüldən nə baş verdiyini soruşmuş, Xəzəngül bildirmişdir ki, Niyaməddin həyətdə olan dəmir boruları onun oğurlamasını deyir. O, dəmir boruları oğurlayanın öz payına nalayiq ifadə ilə təhqir etmişdir ki, onlar başa düşsünlər ki, o, dəmir boruları oğurlamamışdır. Həmçinin Xəzəngül bildirmişdir ki, dəmir boruları o, apardığı halda ona heç bir iddiası olmuyacaq, lakin kənar şəxs aparıbsa dəmir boruları geri istəyəcəkdir. O, bir daha Xəzəngülə and içmişdir ki, onun dəmir borulardan xəbəri yoxdur. Niyaməddin ona həyətdən çıxmağını bildirmiş, o, Xəzəngülə onu niyə çağırdıqlarını demiş, həmin vaxt Niyaməddin Xəzəngülə və ona hər ikisinin həyətdən çıxmaqlarını demiş, o, həyətdən çıxıb yaşadığı evə getmişdir. Təxminən bir saat sonra qardaşı oğlu Əli bir daha onun yaşadığı evə gəlmiş və Xəzəngülün əşyaları yığışdırmağa kömək etmək üçün onu çağırdığını demişdir. O, da yenidən həmin həyətə getmiş, Xəzəngülə evdən əşyalarını çıxarıb avtomobilə yükləməyinə kömək etmiş, həmin vaxtı Niyaməddin orada olmamışdır. Xəzəngül orada ona demişdir ki, dəmir boruları Niyaməddin gətirərək ona qaytarmışdır. O, Niyaməddinin nahaq yerə onu oğurluqda günahlandırdığını demişdir. Onlar əşyaları avtomobilə yüklədikdən sonra o, evinə getmişdir. Təxminən saat 21 radələrində axşam yeyib azca spirtli içki içmişdir. Həmin vaxt Xəzəngül ilə Əli onun evinə gəlmişlər, o, onlara da yemək təklif etmiş, onlarda oturub onunla yemək yemişlər. Sonra Xəzəngül həyətində aparılası əşyaların qaldığını və onları da avtomobilə yükləməyə kömək etməyini xahiş etmiş, o, Xəzəngülə həyətə getmələrini 5 dəqiqəyə gələcəyini demişdir. Xəzəngül, Əli ilə birlikdə çıxıb getmişlər, o, da stolu yığışdırmış və onların arxası ilə getmişdir. O, Xəzəngülün satdığı həyətə çatdıqda qapının bağlı olduğunu görmüş, bu səbəbdən Niyaməddinin evinə getmiş, çöldən Niyaməddini çağırmış, Niyaməddin həyətindən qapının qarşısına çıxmış, həmin vaxtı Niyaməddinin həyat yoldaşı da evin həyətində olmuşdur. O, Niyaməddindən Xəzəngülü soruşmuş, Niyaməddin Xəzəngülün getdiyini demiş, o, geri dönüb evinə getmək istədikdə, Niyaməddin onu çağırmış, ondan günorta vaxtı dəmir boruları oğurlayanları nalayiq ifadələrlə təhqir etdikdə onu nəzərdə tutduğunu soruşmuş, o, da onu təhqir etmədiyini, öz payına oğurlayanı təhqir etdiyini demiş, Niyaməddin ona qudurmusan sözünü deyərək nalayiq ifadə işlətmiş və həyətinə girmiş, ona gözləməsini bildirmiş, həmin vaxt həyətdən Niyaməddinin həyat yoldaşı lazım deyil sözünü demiş, Niyaməddin qapıdan çıxmış, qapıdan çıxan kimi əlində olan dəmir parçası ilə onun baş nahiyəsindən bir dəfə vurmuş, o, beli üstə yerə yıxılmış, bir anlıq huşunu itirmiş, ayılanda görmüşdür ki, Niyaməddin üzərinə oturub və həyat yoldaşı ilə birlikdə onun baş nahiyəsindən vururlar. Niyaməddin əlində olan dəmir parçası ilə onun baş nahiyəsindən yenə bir neçə yerdən vurmuş, o, Niyaməddinin altından durmaq istəmiş, lakin qalxa bilməmiş, yadına düşmüşdür ki, onun cibində bıçaq var, o, sağ əli ilə şalvarının sağ cibində olan bıçağı çıxartmış və Niyaməddini sol qarın hissəsi tərəfindən bir dəfə vurmuş, sonra sol qolunun altından da bir dəfə, sonra dəqiq harasından vurduğu yadında deyil, lakin bir neçə dəfə Niyaməddinə tərəf bıçağı atmışdır. Sonra Niyaməddin ayağa qalxmış, bıçaqla vurulduğunu demiş, o, da ayağa qalxmış, özünü pis hiss etdiyi üçün oradan kənarlaşıb evinə getmişdir. Sonra da qardaşı gələrək onu Şirvan ŞMX-na aparmışdır. Həmçinin o, istifadə etdiyi bıçağın cib bıçağı olduğunu, çox vaxtı üzərində gəzdirdiyini, Niyaməddinin evinə gedib onu çağırarkən onunla dava etmək və bıçaqla vurmaq niyətinin olmadığını, Xəzəngülü soruşmağa getdiyini, Niyaməddinin onu vurduğu üçün, həmçinin Niyaməddinin altından çıxmaq üçün onu bıçaqla vurduğunu, Niyaməddini öldürmək niyyətinin olmadığını, Niyaməddini yenə də bıçaqla vurmaq imkanının olduğunu, lakin vurmadığını, dava-dalaş zamanı Niyaməddinin həyat yoldaşı Kamilənin orada olduğunu, Niyaməddinlə yerdə dalaşıb qutardıqdan sonra ayağa qalxdıqda Niyaməddinin uşağının kənarda dayandığını gördüyünü, sonradan onların yanına kimlərin yaxınlaşdığını bilmədiyini, dava-dalaşın təxminən 10 dəqiqə olduğunu, Niyaməddini təhqir etmədiyini, ilk dəfə Niyaməddinin onu baş nahiyəsindən vurduğunu, sonra yerdə Niyaməddinin altında olarkən bıçaqla Niyaməddini vurduğunu, Niyaməddinin arvadı Kamilənin onun sifət nahiyəsindən sillə ilə vurduğunu bildirmişdir. Əməlindən peşimandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs dindirilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, onu uzun müddətdir tanıyır, aralarında heç bir düşmənçilik və ədavət yoxdur. 2021-ci ilin sentyabr ayında qonşuluqda yaşayan Şahid5 yaşadığı evi satdığı üçün o, evi ondan almış, həmin vaxtlar Xəzəngül Şirvan şəhərində yaşayırmış. O, Xəzəngülə evin pulunu tam ödəmədiyi üçün, həmçinin Xəzəngülün evinin həyətində toyuqları olduğu üçün Xəzəngül evin həyətinin açarını qohumu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin həyətə nəzarət edirmiş. Təxminən 2021-ci ilin noyabr ayında o, evin pulunun bir hissəsini də ödəmiş, bundan sonra Natiqin həyat yoldaşı açarı gətirib onun həyat yoldaşına vermişdir. 2022-ci ilin fevral ayında o, rəsmi olaraq Xəzəngüldən aldığı evi öz adına sənədləşdirmiş, Xəzəngül evində olan əşyalarının bir müddət sonra gəlib götürəcəyini demişdir. 27 may 2022-ci il tarixdə təxminən saat 16 radələrində Xəzəngül ona satdığı evin həyətinə gələrək onu çağırmış, ona evdə olan əşyalarını götürməyə gəldiyini demişdir. Xəzəngül əşyalarını yığışdırdıqda, həyətində dəmir borulardan ikisinin çatmadığını demiş, o, da xəbərinin olmadığını, açarın əvvəllər Natiqdə olduğu üçün həmçinin Natiqin onun həyətə gəlib getdiyi üçün Natiqdən soruşmasını demiş, bildirmişdir ki, ola bilsin ki, Natiq dəmir boruları götürmüşdür. Xəzəngüldə nəvəsi Əlini Natiqi çağırmaq üçün onun evinə göndərmiş, bir neçə dəqiqə sonra Natiq gəlmiş, nə baş verdiyini soruşmuş, söhbətin nədən getdiyini bildikdə, dəmir boru götürmədiyini, ancaq həyətdən taxta götürdüyünü demişdir. O, Natiqə bir söz deməmiş, Natiq dəmir boruları aparanı nalayiq ifadələrlə təhqir etmiş, o, da Natiqə onun dəmir boru apardığını görmədiyini demiş, Natiq dəmir boru götürmədiyini həyətdən ancaq lazımsız taxta götürdüyünü bir daha demişdir. O, Natiqin mübahisə etdiyini görmüş, bu səbəbdən ona baş qoşmamış və həyətdən çıxıb getməsini demiş, Natiq həyətdən çıxıb getmişdir. Xəzəngül həyətdə qalıb əşyalarını yığırmış, onun da torpaq sahəsində işi olduğu üçün oradan çıxıb torpaq sahəsinə getmişdir. Təxminən saat 20 radələrində sahədə işini bitirdikdən sonra yaşadığı evə qayıtmış, həmin vaxt küçədə Natiq ilə Xəzəngül dayanıb söhbət edirmişlər. O, yaşadığı evin həyətinə girmiş, evin həyətində də Xəzəngüldən aldığı həyətə getmiş, həyətə baxdıqda həyətdə olan dəmir boruların da Xəzəngülün götürdüyünü görmüşdür. Həmin vaxtı Xəzəngül həyətə daxil olmuş, o, Xəzəngüldən əşyalarını tam götürdüyünü soruşmuş, Xəzəngül də əşyalarını götürdüyünü demiş, onlar sağollaşmışlar, Xəzəngül Natiq gilə gedəcəyini demiş və çıxıb getmiş, o, da yaşadığı evə getmişdir. Evdə olarkən təxminən saat 23 radələrində həyətdə itin hürdüyünü eşitmiş, tez həyətə çıxmış, həyətin qapısına baxdıqda Natiqin qapıdan baxdığını görmüş, it həyətdə olduğu üçün Natiq həyətə girə bilməmiş, o, qapıdan küçəyə çıxmış, Natiq ondan Xəzəngülün telefon nömrəsini soruşmuş, o, da Xəzəngülün nömrəsini sildiyini demiş, sonra Natiq Xəzəngülün yeznəsi Rəşadətin nömrəsini istəmiş, o, Rəşadətin də nömrəsinin olmadığını demiş, Natiq ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. O, evdən çıxdıqda ayağına uşağın ayaqqabısını geyindiyi üçün Natiqə demişdir ki, ayaqqabısını geyinib gəlir. O, evinin həyətinə girdikdə həyat yoldaşının həyətdə olduğunu görmüş, həyat yoldaşı nə baş verdiyini, Natiqin niyə nalayiq ifadələr işlətdiyini soruşmuş,o, ayaqqabısını geyinib qayıdacağını demiş, evin qarşısında olan ayaqqabısını geyinib geriyə qayıtdıqda həyat yoldaşının həyətin qapısını örtmək istədiyini,Natiqin isə qapını çöldən itələyib içəriyə girmək istədiyini görmüşdür. Natiq qapını itələyib həyətə daxil olmuş və nalayiq ifadələr işlədərək onun üzərinə gəlmiş, o, da əsəbləşib həyətdə olan avtomobilinin yük hissəsində olan dəmir parçasını götürmüş və Natiqi baş nahiyyəsindən bir dəfə vurmuş, Natiq arxaya getmiş, sonra üzərinə gəlmiş, onu sol tərəfindən qarın nahiyəsindən vurmuş, o, elə bilmişdir ki, Natiq onu yumruqla vurmuşdur. Onlar dalaşmışlar, o,da Natiqi yumruqla bədənin müxtəlif nahiyələrindən vurmuşdur. Orada olan həyat yoldaşı Natiqin əlində bıçaq olduğunu qışqırmış, həmin vaxt Natiq yenə onu sol qolunun altından vurmuş, o, hiss etmişdir ki, Natiq onu bıçaqla vurmuşdur. O, Natiqi qucaqlayıb qaldırmış və həyətdən çıxararaq küçədə yerə çırpmış, həmin vaxt dəmir parçası əlindən düşmüş, o, Natiqin üzərində oturmuş, Natiq həmin vaxtı onu altdan bıçaqla bədən nahiyəsindən bir neçə dəfə vurmuş, o, da Natiqi yumruqla sifət və bədən nahiyəsindən vurmuş, həmin vaxtı həyat yoldaşı küçədə imiş, həyat yoldaşı kömək çağırırmış, səsə onun azyaşlı övladı Şahid2 gəlmiş, onlar dalaşdığı üçün uşaq onlara yaxınlaşa bilməmiş, sonra o, birtəhər Natiqin əllərini tutmuşdur ki, onu bıçaqla vurmasın, həmin vaxt qonşusu Şahid3 onlara yaxınlaşmış, tez oğlu ilə onları ayırmağa çalışmışlar, Natiqin əllərini tutmuşlar, o, da Natiqin üzərindən durub evinin həyətinə girmiş, hiss etmişdir ki, halı pisləşir. Həyat yoldaşı qonşusu Şahid4 çağırmışdır ki, gəlib onu həkimə aparsın. Yahya gəlib ona kömək etmiş,o, avtomobilə əyləşmiş və Yahya avtomobili sürərək yola çıxmış, yolda qaynı Elvin ilə rastlaşmışlar, Elvin tez onu öz avtomobilinə əyləşdirmiş və Şirvan ŞMX-na aparmışdır. Həmçinin o, dava-dalaşın ilk dəfə yaşadığı evin həyətində olduğunu, həmin vaxtı yanlarında həyat yoldaşı Şahid1 olmasını, sonradan evinin həyətindən küçəyə çıxdıqlarını orada dalaşdıqlarını, həyat yoldaşının səsinə azyaşlı oğlu Abasqulunun və qonşusu Xeyrullanın gəldiyini, Yahyanın isə dava qutardıqdan sonra gəldiyini, davalarının təxminən 5-6 dəqiqə olduğunu, həyat yoldaşı Kamilənin və azyaşlı oğlu Abasqulunun Natiqin onu bıçaqla vurmasını gördüklərini, Natiqin ilk dəfə evinin həyətində bıçaqla onu qarın nahiyəsindən, sol qolaltı nahiyəsindən, digər xəsarətləri də Natiqi qaldırıb yerə yıxdıqdan sonra Natiq onun altında olarkən bıçaqla yetirdiyini, Natiqin əllərini tutduğu üçün ona yenə bıçaqla zərbələr yetirə bilmədiyini, həyat yoldaşı Kamilənin Natiqi vurmadığını, ola bilsin ki, Natiqin onu vurmaması üçün Natiqi saxlamaq istəməsini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir, Təqsirləndirilən şəxs isə qonşularıdır. Onların Təqsirləndirilən şəxsla heç bir düşmənçilik və ədavətləri yoxdur. 2021-ci ilin sentyabr ayında qonşuluqda yaşayan Şahid5 yaşadığı evi satdığı üçün əri Niyaməddin evi ondan almışdır. Niyaməddin Xəzəngülə evin pulunu tam ödəmədiyi üçün, həmçinin Xəzəngülün evinin həyətində toyuqları olduğu üçün Xəzəngül evin həyətinin açarını həyətə nəzarət etmək üçün qohumu Təqsirləndirilən şəxs vermişdir. Niyaməddin evin pulunu Xəzəngülə tam ödədikdən və evi öz adına sənədləşdirdikdən, sonra Natiqin həyat yoldaşı evin açarını gətirib ona vermişdir. Xəzəngül evində olan əşyalarının bir müddət sonra gəlib götürəcəyini demişdir. 27 may 2022-ci il tarixdə təxminən saat 16 radələrində Xəzəngül onlara gələrək evin açarını istəmiş, evdə olan əşyalarını götürməyə gəldiyini demişdir. Niyaməddin evin həyət qapısını açmış, Xəzəngül əşyalarını yığmaq üçün həyətə girmiş, o, da həmin vaxt evlərinin pəncərəsindən baxırmış. Xəzəngül Niyaməddinlə həyətədə dəmir borulardan söhbət edirmişlər, bir neçə dəqiqə sonra Natiqi həyətə çağırmışlar, Natiq həyətə gələn kimi nalayiq ifadə işlədərək dəmir boruları götürmədiyini, demişdir. Onlar bir neçə dəqiqə söhbət etdikdən sonra Natiq çıxıb getmişdir. Sonra Niyaməddin evə gəlmiş, onlar birlikdə torpaq sahələrinə getmişlər. Təxminən saat 20 radələrində sahədə işlərini bitirdikdən sonra yaşadıqları evə qayıtmışlar, həmin vaxt küçədə Natiq ilə Xəzəngül dayanıb söhbət edirmişlər. Onlar yaşadığı evlərinə girmişlər, Niyaməddin çay içmiş sonra aldığı həyətə getmiş,Xəzəngül də həmin həyətə gəlmiş, onlar söhbət etmişlər, sonra Xəzəngül çıxıb getmiş, Niyaməddin də evə gəlmiş, oturub televizora baxırmış. Təxminən saat 23 radələrində həyətdə itin hürdüyünü eşitmişlər, Niyaməddin həyətə çıxmış, sonra arxası ilə o, da getmiş, Niyaməddin geriyə qayıtmış ayyaqqabısını geyinib qayıdacağını demiş, o, nə baş verdiyini soruşmuş, Niyaməddin bildirmişdir ki, Natiq gəlmiş və nə gəldi danışır, o, həmin vaxt eşitmişdir ki, Natiq nalayiq ifadələr işlətmiş və həyət qapısına tərəf getmişdir ki, qapını bağlasın, lakin Natiq qapını itələyərək içəriyə keçmiş, həmin vaxt Niyaməddin onun qarşısına gəlmiş, onlar dalaşmağa başlamışlar, o, həyətdən küçəyə çıxmışdır ki, qonşulardan köməyə çağırsın, sonra həyətə qayıtdıqda Niyaməddinin qol nahiyəsindən qan gəldiyini görmüş, bilmişdir ki, Natiq əlində olan bıçaqla Niyaməddini vurmuş,o, Natiqin əlində bıçaq olduğunu qışqırmış, Niyaməddin Natiqi qucaqlayaraq həyətdən çıxartmış, küçədə yerə çırpmış, onlar yerdə dalaşırmışlar, o, da səs küy salırmış ki, qonşular köməyə gəlsinlər. Həmin vaxt azyaşlı oğlu Abasqulu həyətə çıxmış, onun səsinə qonşuları Xeyrulla gəlmiş, Xeyrulla oğlu Abasqulu ilə köməkləşib Natiqin əllərini tutmuşlar, o, Niyaməddini qaldırmış, Natiq ayağa qalxaraq yenə Niyaməddinə tərəf gəlirmiş, o, Niyaməddin ilə evlərinin həyətinə girmişlər, sonra qonşuları Yahya gəlmiş, Niyaməddin halının pisləşdiyini demiş, onlar köməkləşib Niyaməddini avtomobilə əyləşdirmişlər, Yahya avtomobili sürüb xəstaxanaya doğru getdikdə, yolda qardaşı Elvin ilə rastlaşmışlar, onlar düşüb Elvinin avtomobilinə əyləşmişlər və Şirvan ŞMX-na getmişlər. Həmçinin o, evin həyətində dava-dalaş zamanı Natiqin əlində bıçaq olduğunu gördüyünü,həmin zaman küçəyə çıxıb qonşuları çağırıb geriyə döndükdə Niyaməddinin qol hissəsindən qan axdığını gördüyünü, bundan da Natiqin Niyaməddini bıçaqla vurduğunu bildiyini, Natiqlə Niyaməddin küçədə yerdə dalaşarkən isə qaranlıq olduğu üçün heçnə görmədiyini, Natiqi vurmadığını, sadəcə onları ayırmaq istədiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. 27 may 2022-ci il tarixdə təxminən saat 23 radələrində o, yaşadığı evdə yatmış, birdən həyətdə anasının səsinin gəldiyini eşitmiş, tez durub həyətəçıxmış, həyətlərinin qapısının açıq olduğunu görmüş, küçədən səs-küy gəldiyini eşitmişdir. O, küçəyə çıxmış atasının qonuşusu Natiqlə dalaşdığını görmüş, atası Natiqin üzərində oturmuş, anası da qonşuları çağırırmış. O, atasının qolundan qan gəldiyini görmüş, anası da Natiqin əlində bıçaq olduğunu qışqırmış, o, da atasına qışqıraraq demişdir ki, Natiq səni bıçaqla vurur. Səsə qonşuları Xeyrulla gəlmiş, o, Xeyrulla ilə köməkləşib Natiqlə atası Niyaməddini ayırmağa çalışırmışlar, həmin vaxt o, atasının kürək nahiyəsində bıçaq olduğunu görmüş, bıçaqı çıxarıb yerə atmış, bilmişdir ki, Natiq atasını bıçaqla vurub. Həmin vaxt atası Natiqin əllərini tutmuşdur, o, Xeyrulla ilə köməkləşib onları ayırmışlar,atası ayağa qalxmış, sonra Natiq yenə atasının üzərinə getmək istəmiş, atası evlərinin həyətinə girmiş, Xeyrulla da Natiqi kənara çəkmiş, o evlərinin həyətinə girmiş, sonra qonşuları Yahya gəlmiş, anası ilə köməkləşib atasını avtomobilə əyləşdirmişlər və xəstəxanaya aparmışlar. Həmçinin o, evdən çıxarkən atası ilə Natiqin küçədə dalaşdıqlarını gördüyünü, hava qaranlıq olduğu üçün Natiqin atasını bıçaqla vurmasını görmədiyini, atasının qolundan qan axdığını və sonradan atasının kürək nahiyəsindən bıçağı çıxardığı üçün Natiqin atasını bıçaqla vurduğunu bildiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki,Zərərçəkmiş şəxs onun qonşusudur, Təqsirləndirilən şəxs isə onun qaynının oğludur, onlarla heç bir düşmənçilik və ədavəti yoxdur. Onun Sabirabad rayonu Axtaçı-Muğan kəndində fərdi yaşayış evi olmuş, o, yaşamaq üçün Şirvan şəhərinə köçdüyündən, Axtaçı Muğan kəndində olan evini satırmış, həmin evi qonşusu Zərərçəkmiş şəxs 2021-ci ilin sentyabr ayında satmışdır. İlkin əvvəl Niyaməddin pulu tam ödəməmiş, həmçinin onun həyətinə və həyətində olan toyuqlara baxmaq üçün o, açarı qohumu Natiqin həyat yoldaşına vermişdir ki, onlar həyətə nəzarət etsinlər. Təxminən noyabr ayında Niyaməddin evin pulunun bir hissəsini ödədiyi üçün Niyaməddinin həyat yoldaşı evin açarını Natiqin həyat yoldaşı Sevil Hüseynovadan almış və demişdir ki, həyətə özləri nəzarət edəcəklər. O, evdə olan əşyalarını yığışdırıb aparmaq üçün Niyaməddindən vaxt istəmişdir. Həmin evinin həyətində 9 ədəd dəmir boru və 9 ədəd armatur olmuşdur. Natiq ona bir dəfə zəng edib dəmir boruları istəyənin olduğunu və satıb-satmadığını soruşmuş, o, da dəmir boruların özünə lazım olduğunu satmadığını bildirmişdir. Təxminən 2022-ci ilin aprel ayında qohumunun qara bayramında o, Axtaçı Muğan kəndində olan qohumu gilə getmişdir. Onlardan çıxdıqdan sonra Niyaməddinə satdığı evdən xırda əşyalarından götürmək istəmiş, bu səbəbdən evə getmişdir. Evin həyətinə Niyaməddin ilə birlikdə girmiş, həyətə girdikdə orada olan dəmir borularının olmadığını görmüş, o, Niyaməddindən dəmir boruların harada olduğunu soruşmuş, Niyaməddin bildirmişdir ki, dəmir boruları Natiq aparmışdır. O, ona inanmamış, bildirmişdir ki, Natiqdən bu barədə soruşacaqdır. O, həyətindən çıxıb getdikdə Natiqin evinə getmiş, Natiq həmin vaxt yatdığı üçün onu oyatmamış və dəmir borular barəsində heçnə soruşmamış və çıxıb getmiş, həmçinin fikirləşmişdir ki, Natiqə bu barədə desə əsəbləşər, bu səbəbdən ona heçnə deməmişdir. 27 may 2022-ci il tarixdə o, satdığı evdə olan əşyalarını yığışdırıb aparmaq üçün nəvəsi Əli Hüseynov ilə oraya getmiş,əşyaları yükləmək üçün də yeznəsi Rəşadət Talıblının yük avtomobili olduğu üçün onu çağırmışdır.Onlar evdə olan əşyaları yığışdırdıqda Niyaməddin oraya gəlmiş, o, Niyaməddindən həyətində olan dəmir boruların harada olduğunu soruşmuş və aparmaq istədiyini bildirmiş, Niyaməddin dəmir boruların Natiqin apardığını demişdir.O, Niyaməddinə dəmir boruları Natiqin apardığına inanmadığını demiş, bunu aydınlaşdırmaq üçün nəvəsi Əlini, Natiqi çağırmaq üçün evinə göndərmişdir. Bir neçə dəqiqə sonra Natiq gəlmiş, nə baş verdiyini soruşmuş, o, Natiqə bildirmişdir ki, Niyaməddin, həyətdə olan dəmir boruların sənin oğurladığını deyir, Natiq isə and içmişdir ki, heç bir dəmir boru götürməyib, həmçinin dəmir boruları götürəni nalayiq ifadə ilə təhqir etmişdir. Niyaməddin buna əsəbləşmiş və Natiqə həyətdən çıxmasını demiş, Natiq də həyətdən çıxıb evinə getmişdir. O, həyətdə dəmir boruların basdırıldığını görmüş, Niyaməddinə həmin dəmir boruların onun olduğunu demiş, Niyaməddin də dəmir boruları çıxarıb aparmaqlarını bildirmişdir. Sonra Niyaməddin çıxıb torpaq sahəsinə getmişdir. O, əşyaları yük avtomobilinə yüklətdirdikdən sonra dəmir boruları da çıxarıb avtomobilə yüklətdirmişdir. Həyətində ağır dolab qaldığı üçün bir daha Natiqi çağırmış, Natiq gəlib dolabı avtomobilə qoymaq üçün kömək etmiş, avtomobilin yük hissəsi dolduğu üçün yeznəsi Rəşadət avtomobili boşaldmaq üçün çıxıb getmişdir. Natiq də öz evinə getmiş, sonra o,nəvəsi Əli ilə Natiqin evinə getmişlər, orada Natiq ilə birlikdə oturub yemək yemişlər, təxminən bir saat sonra saat 23 radələrində yeznəsi Rəşadət qayıdıb onları çağırmış, o, da Natiqə arxaları ilə gəlməməsini, oturub yeməyini yeməsini demiş və Natiqlə sağollaşıb çıxıb getmişlər. Bundan bir neçə saat sonra Natiqin Niyaməddinlə dalaşdığını eşitmişdir. Səhəri gün Şirvan ŞMX-na Natiqdən onun evindən getdikdən sonra niyə Niyaməddinin evinə getdiyini soruşmuş, Natiq də bildirmişdir ki, onlar evdən getdikdən sonra elə bilmişdir ki, onu yenə köməyə çağırmışlar, bu səbəbdən gedib onları Niyaməddindən soruşmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 384 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol qoltuqaltı xətt üzrə göbək səviyəsində, qarın boşluğuna keçən, daxili və xarici qanaxma ilə müşayiət olunan bir ədəd yara, sol qoltuqaltı xətt üzrə 3-cü qabırğa səviyəsində döş boşluğuna keçməyən bir ədəd yara, sol ön qoltuqaltı xətt üzrə 7-ci qabırğa səviyəsində qarın boşluğuna keçməyən bir ədəd yara, sol bazunun yuxarı 1/3-də bayır səthdə bir ədəd yara, sol kürək sümüyü proyeksiyasında döş boşluğuna keçməyən bir ədəd yara, çənəaltı nahiyədə bir ədəd yara kəsici-deşici alətin, ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğundur. Ayrıayrılıqda dərəcəsinə görə sol qoltuqaltı xətt üzrə göbək səviyəsində, qarın boşluğuna keçən, daxili və xarici qanaxma ilə müşayiət olunan bir ədəd yara həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Aşkar edilmiş digər yaralar-sol qoltuqaltı xətt üzrə 3-cü qabırğa səviyəsində döş boşluğuna keçməyən bir ədəd yara, sol ön qoltuqaltı xətt üzrə 7-ci qabırğa səviyəsində qarın boşluğuna keçməyən bir ədəd yara, sol bazunun yuxarı 1/3-də bayır səthdə bir ədəd yara, sol kürək sümüyü proyeksiyasında döş boşluğunda keçməyən bir ədəd yara,çənəaltı nahiyədə bir ədəd yara, cəmi beş ədəd yara isə birlikdə və ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın Yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-ballistik-trosoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 384 nömrəli rəyində göstərilir ki,tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan,təsərrüfat məişət təyinatlı turist bıçağıdır,soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş puloverin və maykanın üzərində rəyin tədqiq hissəsində təsvir edilən zədələr vardır. Puloverin və maykanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (məs: bıçaq və ya bənzər xassəli alətin) təsirindən yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Lakin təqdim olunmuş puloverin və maykanın səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manatdır. İş materiallarında olan məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1844 nömrəli rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs Əlinyaz oğlu cinayət əməlini törədən dövrdə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 28 may 2021-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, hadisə Sabirabad rayonu Axtaçı-Muğan kəndində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında olmuşdur. İş materiallarında olan “götürmə aparılması və baxış keçirilməsi haqqında” 29 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi baçağı təqdim etmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyindən ünvanlanmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan 21 iyun 2022-ci il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 iyun 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sabirabad rayon Güdəcühür kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Hüseynov X1 rayonu, Axtaçı Muğan kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından ibarətdir, yaşadığı müddət ərzində cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış yaşayış yeri üzrə müsbət xarakterizzə olunur. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında» 10 sentyabr 2022-ci il taixli qərarından görünür ki, Zərərçəkmiş şəxs əynində olmuş paltarlar, 1 ədəd poliver, 1 ədəd mayka, eyni zamanda hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi bir ədəd turist bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsi ilə düzgün tövsif edilərək ittiham edilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, əməlindən peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə məhkum olunmasını, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ağırlığını, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən olunmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - Sabirabad rayon polis şöbəsində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş paltarlar, 1 ədəd poliver, 1 ədəd mayka, eyni zamanda hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi bir ədəd turist bıçağı məhv edilməsini, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə 150 (yüz yüz) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 21 iyun 2022-ci il tarixdən başlanılmasını məhkəmə əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 iyun 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış – Sabirabad Rayon polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş paltarlar, 1 ədəd poliver, 1 ədəd mayka, eyni zamanda hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi bir ədəd turist bıçağı məhv edilsin. İş üzrə 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar