Məhkəmə qərarları › İş №1(099)-625/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-625/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-625/2023 12.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər – Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-cı ildə Lənkəran şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, İİ qrup əlil, 27 fevral 2019-cu ildə Lənkəran rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 oktyabr 2019-cu ildə Şirvan Apellyasiya məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək təyin olunan azadlıqdan məhrumetmə cəzası 01 ilə endirilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Salyan Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qərarı ilə CMnin 76-cı maddəsinə əsasən 01 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilmiş, Lənkəran şəhəri, M.Füzuli küçəsi ev 99-da qeydiyyatda olmaqla, Lənkəran rayonu, Şiləvar kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə Lənkəran rayonu, Velədi kəndində, satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən külli miqdar hesab edilən 7 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri - 0,483 qram, 0,499 qram, 0,450 qram, 0,246 qram, 0,439 qram, 0,322 qram, 0,252 qram, ümumi 2,691 qram tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 05 aprel 2023-cü il tarixdə narkotik vasitə heroindən 4 bükümdə, yəni 0,246 qram, 0,439 qram, 0,322 qram, 0,252 qram, ümumi 1,259 qramını cəmi 20 manata tanışı Şahid4 satmış, qalan 3 bükümdə ümumi 1,432 qram narkotik vasitə heroini satış məqsədi ilə üzərində saxlamaqla daşımış, Şahid4 05 aprel 2023-cü il tarixdə saat 16:20-də keçirilən əməliyyat tədbirləri nəticəsində Lənkəran rayonu, Separadi kəndində saxlanılaraq Lənkəran ŞRPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılarkən ondan aldığı xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eyni olan dörd bükümdə ümumi 1,259 qram narkotik vasitə heroin əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat tədbirləri nəticəsində o, 06 aprel 2023-cü il tarixdə saat 17:10-da Lənkəran rayonu, Sütəmurdov kəndində küçədə saxlanılaraq Lənkəran ŞRPŞ-nə gətirilmiş, şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki cins şalvarının sol yan cibindən 3 ədəd bükümdə ümumi 1,432 qram çəkidə tiryəkdən küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanılana qədər taksi fəaliyyəti ilə məşğul olmuşdur. 06 aprel 2023-cü il tarixdə avtomobili ilə hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə aparılmışdır. Şöbədə olarkən polis əməkdaşları ona hədə qorxu gələrək 3 bükümdə heroini ona verərək üzərinə götürməsini bildirmişlər. Polis əməkdaşlarının hədəsindən qorxduğundan narkotiki üzərinə götürmüş və istintaq zamanı etirafedici ifadələr vermişdir. Saxlanılarkən üzərində narkotik olmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid4 tanıyır, onunla yalnız bir neçə dəfə 2023-cü ilin mart ayında narkotik çəkmişdir. Faiqə narkotik satmamışdır. Velədi kəndindən narkotiki öz istifadəsi üçün götürmüş, 20 manat pulu daşın altına qoymuşdur. İİ qrup əlildir. Polis əməkdaşları tərəfindən döyülməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində özünü qismən təqsirli bilərək göstərmişdir ki, 04 aprel 2023-cü il tarixdə sosial şəbəkə vasitəsilə Elçin adlı şəxslə tanış olmuş, Elçin ona narkotiklərin satışı ilə məşqul olduğunu demiş, lakin onu görməmişdir. 5 aprel 2023-cü ildə saat 11 radələrində Elçinin ona dediyi yerdən - Velədi kəndində yerləşən körpünün yanında siqaret qutusunda olan 8-9 bükümdə narkotik vasitəni götürüb 30 manat həmin qutunun içinə qoyub oradan uzaqlaşmışdır. Heroinin bir hissəsini özü istifadə etmişdir. Həmin günü saat 14 radələrində tanışı Faiqi «raypo» adlanan ərazidə görmüş, sonuncu ondan narkotik istəmiş, 20 manat pulun müqabilində özündə olan 4 büküm heroini Faiqə vermişdir. Qalan bükümləri özündə saxlamışdır. 06 aprel 2023-cü il tarixdə saat 17 radələrində Lənkəran rayonu, Sütəmurdov kəndində küçədə saxlanılıb şöbəyə aparılmış, şəxsi axtarış zamanı əynində olan cins şalvarının sol yan cibində olan 3 büküm heroini təqdim etmişdir. Bükümlər tərəzidə çəkilmiş və ümumi çəkisi 1,60 qram olmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilməklə istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, istintaq hərəkətinin protokolları, cinayət işində olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Şiləvar kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuş, polis əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirilmiş, 6 aprel 2023-cü ildə saat 17 radələrində Mahir Lənkəran rayonu, Sütəmurdov kəndində saxlanılıb şöbəyə aparılmış, onun üzərinə şəxsi axtarış keçiriləkən əynində olan cins şalvarın sol yan cibindən 3 ədəd sellofana bükülmüş ümumi çəkisi 1,60 qram olan heroinə bənzər kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Mahir bildirmişdir ki, heroini istifadəsi üçün üzərində saxlamış, onları internet vasitəsilə üzdən tanıdığı və adını bilmədiyi şəxsdən Lənkəran şəhər ərazisində hər bükümünü 5 manatdan olmaqla ümumi 15 manata almışdır. Daha sonra məlumat əsasında məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu Separadi kənd sakini Şahid4 heroin satmışdır. Faiq saxlanılarkən bu barədə bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, CMnin 234.1-ci maddəsilə məhkum olunmuş, hazırda 15 saylı CÇM-də cəza çəkir. Təqsirləndirilən şəxs taksi şoferi kimi tanımışdır. Mahirdən narkotik almamış və satmamışdır. Mahir ona istifadəsi üçün bir büküm marixuana vermiş, bunun müqabilində pul almamışdır. Mahir ona heroin verməmiş və satmamışdır. Mahirdən marixuana almışdır. İstintaq zamanı polis əməkdaşları onun ifadəsində Mahirdən guya heroin aldığını qeyd etmişlər. İstintaq zamanı yazılan ifadəsini təsdiq etmir. Məhkəmə istintaqının gedişatında elan edilməklə tədqiq edilmiş Şahid4 ifadəsində 5 aprel 2023-cü ildə saat 14 radələrində tanışı Mahirlə Lənkəran rayonu, «raypo» deyilən ərazidə rastlaşıb ondan 20 manata 4 büküm heroin aldığını, həmin gün saat 16 radələrində Lənkəran rayonu, Separadi kəndində saxlanılıb şöbəyə aparıldığını, 7 aprel 2023-cü ildə CMnin 177.2.3 və 234.1-ci maddələri ilə həbs olunduğunu, Mahirin narkotiki kimdən almasından məlumatının olmadığını, Mahirin narkotiki öz istifadəsi üçün aldığını göstərmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 07 aprel 2023-cü il tarixli 19/426 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd zərfdəki, 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,483 qr; -0,499 qr; -0,450 qram: ümumi təmiz çəkisi 1,432 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmədə tədqiq edilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının 10 may 2023-cü il tarixli 19/507 №-li rəyində göstərilmişdir ki, Şahid4 üzərindən aşkar edilmiş 1 ədəd zərfdəki 4 büküm və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd zərfdəki 3 büküm olan 2 ədəd zərfdəki, ümumi sayı 7 büküm olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 10 aprel 2023-cü il tarixli 407 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulunundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nın təqdim etdiyi arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyatda alınması məsləhət görülür Məhkəmədə tədqiq edilmiş 06 aprel 2023-cü il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üç bükümdə ümumi 1,60 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, o həmin narkotik vasitənin özünə məxsus olduğunu, sosial şəbəkə vasitəsi ilə üzdən tanıdığı və adını bilmədiyi şəxsdən əldə etdiyini göstərmişdir. İşdə olan əməliyyat tapşırığının cavabından görünür ki, Lənkəran rayonu Şiləvar kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməklə istifadəsi və satışı ilə məşğuldur, onun üzərindən aşkar olunaraq götürülmüş ümumi 1,432 qram və Şahid4 satdığı ümumi 1,259 qram narkotik vasitə olan heroini haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs, Şahid4 başqa narkotik vasitə satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. İşdə olan 28 aprel 2023cü il tarixli, 178 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. İşdə olan məhkumluq haqqında tələbnamədən, Lənkəran Rayon Məhkəməsinin hökmünün və Şirvan Apellyasiya məhkəməsinin qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2019-cü ildə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 oktyabr 2019-cu ildə Şirvan Apelyasiya məhkəməsinin qərarı ilə hökm dəyişdirilmiş, ona təyin olunan azadlıqdan məhrum etmə cəzası 01 ilə endirilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Salyan Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 01 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuşdur. 25 fevral 2020-ci il tarixdə şərti azad etmənin müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək saxlanılan zaman üzərində heç bir narkotik vasitənin olmadığını, narkotikin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, Şahid4 narkotik vasitə satmadığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, ibtidai araşdırma başlandığı ilk gündən istintaq başa çatanadək şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, üzərinə heroinin polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı heç yerə şikayət etməmiş, tanışı Şahid4 hər hansı bir narkotik vasitə satmaması ümumiyyətlə ifadələrində bu xüsusatla bağlı hər hansı bir fikir irəli sürməmişdir. Məhkəmədə tədqiq olunmuş videoçəkilişlərdən də görünür ki, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan 3 büküm heroin aşkar olunur o, həmin bükümlərin özünə məxsus olduğunu səmimi etiraf edir, həmin maddənin polis əməkdaşları tərəfindən cibinə qoyulması, döyülməsi, hədə-qorxuya və ya təzyiqlərə məruz qalması ilə bağlı müdafiəçinin iştirakı ilə hər hansı bir dəlil irəli sürmür. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 351 №-li məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs saxlanılarkən bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007) Həmçinin, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən heroinin qoyulması ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmə, hazırkı iş üzrə 15 saylı CÇM-də cəza çəkən Şahid4 Təqsirləndirilən şəxs 20 manat pulun müqabilində narkotik vasitə almamasına dair məhkəmədə göstərdiyi xüsusatlara hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə Şahid4 hazırda azadlıqdan məhrum etmə ilə bağlı olan cəza çəkməsini, habelə həbsdə olan şəxslər arasında münasibətlərin və davranışın özünəməxsusluğunu və bilavasitə Təqsirləndirilən şəxs üzünə qarşı doğru ifadə verməkdə çətinlik çəkməsini nəzərə alıb Şahid4 məhkəmədə ifadəsində Mahirdən hər hansı bir narkotik vasitə almamasına dair göstərdiyi xüsusata tənqidi yanaşaraq bu xüsusatı işin obyektiv hallarına uyğun olmayan, Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə, Şahid4 məhkəməyədək icraat zamanı üzərində aşkar olunan narkotik vasitə heroini məhz Təqsirləndirilən şəxs pulnan almasına dair ifadəsində göstərdiyi xüsusatı işin obyektiv hallarına uyğun gəldiyi üçün Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübut növü kimi qiymətləndirir. Habelə, məhkəmədə tədqiq edilmiş məhkəmə--kimyəvi ekspertizasının rəyi ilə də müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Şahid4 aşkar olunan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin məhkəmədə tədqiq edilmiş ibtidai araşdırma dövründə verdiyi ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokolu, əməlini etiraf etməsinə dair videoçəkilişləri və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olunması və üzərinə narkotik vasitənin qoyulmasına dair gətirdiyi dəlillər əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Şahid4 20 manat pulun müqabilində heroin verməsi, habelə onun üzərində 3 bükümdə heroinin aşkar edilməsi, təqsirləndirilən şəxsin həqiqətən də heroini qanunsuz əldə etməsi, saxlaması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır» Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq xırda bükümlərdə narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, habelə Şahid4 heroin satması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də, ona həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmaldır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. İşdə olan xx.xx.2023-cü il tarixli 12-31/477 N-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu Şiləvar kəndində yaşamaqla ailə tərkibi arvadı Samirə Qurbanovadan, 2008-ci il təvəllüdlü oğlu İbrahim Şıxəlizadədən, 2013-cü il təvəllüdlü Yusif Şıxəlizadədən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yünügülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. İşdə olan 6 aprel 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 8 aprel 2023-cü il tarixdə CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Lənkəran rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 6 aprel 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs İİ qrup əlil olduğundan barəsində narkomaniyadan məcburi müalicə təyin edilə bilməz, lakin o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 6 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran ŞRPŞ-də saxlanılan üç bükümdə ümumi 1,232 qram narkotik vasitə heroin (ilkin çəkisi 1,432 qram olmuşdur), 1 ədəd zərfdə dörd bükümdə ümumi 1,049 qram narkotik vasitə heroin (ilkin çəkisi 1,259 qram olmuşdur), hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 125 (yüz iyirmi beş) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1).Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 6 aprel 2023-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran ŞRPŞ-də saxlanılan üç bükümdə ümumi 1,232 qram narkotik vasitə heroin (ilkin çəkisi 1,432 qram olmuşdur), 1 ədəd zərfdə dörd bükümdə ümumi 1,049 qram narkotik vasitə heroin (ilkin çəkisi 1,259 qram olmuşdur), hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 125 (yüz iyirmi beş) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Müşfiq Məmmədov Hakimlər: Cəlil Nəbiyev Cavid Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar