Məhkəmə qərarları › İş №1(099)-625/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-625/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-625/2024 30.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1966-cı ildə Ağdam rayonunda anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsillidir, evli, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, Ağdam rayonu Maqsudlu kəndində qeydiyyatda olmaqla, Xırdalan şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edilməsinə dair “Ramin” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilərazılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək, xx.xx.2024-cü il tarixdə Biləsuvar rayonuna getmiş, orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun üzvü tərəfindən gizlədilmiş Biləsuvar şəhəri ərazisində yerləşən “Azpetrol” YDM-nin arxa hissəsindən keçən asfalt yolun sağ kənarından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 4085,0 qram çəkidə narkotik vasitə tiryəki, külli miqarda- 41,821 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 760,0 qram çəkidə narkotik vasitə heroini, -425,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və təsiredici maddəsinin ümumi miqdarı -5,6 qram olan külli miqdarda 140 ədəd qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə metadon həblərini əldə edib daşıyaraq, üzərində saxlamış, həmin tarixdə saat 21:20 radələrində Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində o, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Çənlibel” kafesinin yaxınlığında saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı göy rəngli sellofan bağlamada olan qara rəngli idman çantasının içərisindən bir ədəd bükülüdə külli miqdarda, təmiz çəkisi 4085,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd bükülüdə külli miqarda təmiz çəkisi 41,821 qram olan ağ rəngli kristallardan psixotrop maddə metamfetamin, bir ədəd bükülüdə külli miqdarda təmiz çəkisi 760,0 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükülüdə təmiz çəkisi 425,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və təsiredici maddəsinin miqdarlarına görə bir-biriləri ilə eyni olan ümumi miqdarı -5,6 qram olmaqla külli miqdar təşkil edən 14 ədəd konvalyutda 140 ədəd qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ona elan olunmuş CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Ağdam rayonu Maqsudlu kəndində qeydiyyatda olmaqla, Xırdalan şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, H.Əliyev küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Müxtəlif rayonlarda sifariş əsasında toylarda və el şənliklərində müğənni kimi fəaliyyət göstərir və bununla ailəsini dolandırır. Ramin adlı şəxsi cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssiəsindən tanıyır, onunla birlikdə cəza çəkmişdi və munasibətləri yaranmışdır. O, cəzaçəkmə müəssisəsindən azadlığa çıxdıqdan sonra Raminin Whatsapp vasitəsilə əlaqə saxlayaraq hal-əhval tutmuşdur. 26 aprel 2024-cü il tarixdə saat 16 radələrində Ramin adlı şəxs ona zəng vuraraq Biləsuvar şəhərində olmasını və ad günü qeyd etməsini deyərək onu da Biləsuvar şəhərinə dəvət etmişdir. O, Bakı şəhərindən Biləsuvar şəhərinə taksi ilə gəlmiş və Raminlə Biləsuvar şəhərində yerləşən restoranlardan birində görüşmüşlər. Bir qədər yemək yeyib spirtli içki qəbul etdikdən sonra tanımadığı bir nəfər şəxs, onların yanına gələrək yemək yemiş, adının Elməddin olduğunu sonradan bilmişdir. Saat 21 radələrində o, Bakı şəhərinə qayıtmaq istədiyini Raminə bildirmişdir. Raminə zəng gəlmiş, sonuncu çölə çıxıb danışdıqdan sonra qayıtmışdır. Onlar kafedən çıxmışlar, Ramin onun cibinə 300 manat pul salaraq xərcləməsini demiş, onlar bir qədər ayaqla getdikdən sonra “Çənlibel” adlı kafenin yaxınlığında Bakı şəhərinə gedən taksilərə yaxınlaşmışlar. Orada Ramin ona uşaqlar üçün pay qoyduğunu bildirib bağlamanı avtombilə qoymasını bildirmişdir. O avtombilə oturmuş, Ramin isə oradan çıxıb getmişdir. Ramin getdikdən bir qədər sonra polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona müdafiəçi verilmiş, müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Raminin ona verdiyi bağlamada müxtəlif növdə narkotik vasitə və psixotrop maddələr aşkar olunmuşdur. Polis şöbəsində ona təziqlər etdikləri üçün məcbur qalıb narkotik vasitəsinin ona məxsus olmasını bildirmişdir. Aşkar olunmuş bağalamada olan narkotik vasitələr ona məxsus olmamış, həmin narkotik vasitələrini taksiyə Ramin qoymuş, kafedə oturub yemək yeyən vaxtı Raminlə aralarında narkotiklə bağlı heç bir danışığı olmamışdır. Günahı olmadığı üçün məhkəmədən ona bəraət verilməsini xahiş edir. Sahib İsmayılovun məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı hər iki hadisə üzrə verdiyi ifadələri elan edilmiş, həmin ifadələrdə o, göstərmişdir ki, 2008-ci ildə CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 11 il müddətinə azadlıqdan məhrum edilmiş, 2011-ci ildə 2 saylı cəzaçəkmə müəssiəsində cəza çəkən zaman onunla birlikdə İran İslam Respublikası vətəndaşı Ramin adlı şəxs də cəzasını çəkmişdir. Ramin 3-4 il cəza çəkdikdikdən sonra cəzasının qalan hissəsini İranda çəkməsi üçün oraya köçürmüşlər. Cəza çəkdikləri müddət ərzində onun Ramin adlı İİR vətəndaşı ilə münasibəti yaranmışdır və onlar bir-birilərinə telefon nömrələrini vermişlər. O, cəzaçəkmə müəssisəsindən azadlığa çıxdıqdan sonra Raminin istifadəsində olan +**********64 saylı nömrə ilə Whatsapp mobil tətbiqi vasitəsilə əlaqə saxlayaraq hal-əhval tutmuşdur. O, Ramin ilə cəzaçəkmə müəssisəsində həmsöhbət olan zaman Ramin ona Biləsuvar rayonunda qohumlarının olmasını bildirmişdir. 26 aprel 2024-cü il tarixdə Ramin ona zəng vuraraq Biləsuvar şəhərində olmasını və ad günü qeyd etməsini deyərək onu da Biləsuvar şəhərinə dəvət etmişdir. O, Bakı şəhərindən Biləsuvar şəhərinə taksi ilə gəlmiş və Ramin adlı şəxslə Biləsuvar şəhərində yerləşən adını bilmədiyi restoranların birində görüşmüşlər. Bir qədər yemək yeyib spirtli içki qəbul etdikdən sonra tanımadığı bir nəfər şəxs də onların yanına gələrək yemək yemişdir. Sonradan həmin şəxs ona adını Elməddin kimi təqdim etmişdir. Həmin gün, saat 21 radələrində o, Bakı şəhərinə qayıtmaq istədiyini Raminə bildirmişdir. Onlar hər üçü əyləşdikləri restorandan duraraq onun Bakı şəhərinə qayıtması üçün Biləsuvar şəhər “Azpetrol” YDM-nin yaxınlığına getmişlər. Ramin həmin əraziyə çatan kimi yaxınlıqda narkotik vasitə və psixotrop maddələrin olduğu bağlamanın olmasını ona demişdir. “Azpterol” YDM-in yaxınlığında dayanmış, Ramin də ondan bir qədər aralıda dayanaraq gözləmiş, Raminin yanında olan adını Elməddin kimi təqdim edən şəxs isə “Azpetrol” YDM-in arxa tərəfində olan küçəyə gedərək yolun sağ tərəfində yerdən 1 ədəd göy rəngli bağlamanı götürərək ona yaxınlaşaraq vermişdir.Bundan sonra Ramin ona həmin bağlamanı Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyasının yaxınlığına aparmasını, həmin sellofan torbanı qeyd olunan ünvana apardıqdan sonra Raminə məlumat verməsini və başqa bir şəxsin ondan həmin narkotik vasitə və psixotrop maddələrin olduğu bağlamanı alacağını bildirmişdir. Bunun müqabilində Ramin onun kart hesabına 1500 manat məbləğində pul göndərəcəkdir. O, bu formada Ramin ilə razılaşdıqdan sonra Ramin ilə Elməddin rayonun mərkəzinə doğru gəlməyə başlamış, o isə Bakı şəhərinə gedən taksilərin dayandığı duracağa “Çənlibel” kafesinin yanına yaxınlaşmışdır. Orada tanımadığı bir taksiyə əyləşərək Bakı şəhərinə getmək istəyən zaman Biləsuvar rayon polis şöbəsinin əməkdaşları onu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlamış və onu Biləsuvar RPŞ-nə gətirmişlər. Bağlamaya baxış keçirilərkən içərisindən narkotik vasitə və psixotrop maddələr aşkar olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “aşkar olunmuş bağlamada narkotik vasitə olmasından məlumatsız olması, həmin bağlamanı taksiyə Raminin qoyması, Raminlə narkotik barədə heç bir danışığının olmaması” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, özünü müdafiə xarakteri daşıyır və ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. İbtidai istintaq zamanı verdiyi ifadələr isə işin faktiki hallarına uyğundurlar, toplanmış digər sübutlarla da öz təsdiqlərini tapırlar. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri sübut növü kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Biləsuvar rayon Polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 26 aprel 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 26 aprel 2024-cü il tarixdə saat 21:20 dəqiqədə İsmaylov X6 rayon “Azpterol” YDM-in yaxınlığında olan “Çənlibel” kafesinin yaxınlığında saxlanılaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edib Biləsuvar rayon Polis Şöbəsinə gətirmişlər. X9 müdafiəçisinin iştirakı və videoçəkilişlə onun üzərinə şəxsi axtarış aparılmış. Şəxsi axtarış zamanı X3 təqdim etdiyi bir ədəd göy rəngli sellofan torbaya baxış keçrilməyə başlanılmışdır. Göy rəngli sellofan torba açıldıqda içərisində bir ədəd qara rəngli idman çantasının olması, həmin idman çantası açıldıqda isə içərisində bağlamalar aşkar olunmuşdur. Aşkar olunmuş bağlamalarına içərisində narkotik vasitə tiryək, heroin, qurudulmuş marixuana, psixotrop maddə metamfetaminə bənzər maddə və metadon həbləri aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr tərəzidə çəkilərək qablaşdırıldı, bu barədə protkol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 oğlu analoji ifadə verərək Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları öz ifadəsində bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 aprel 2024-cü il tarixli 18/368 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bağlama...» sözlər və imzalar olan bir ədəd bağlamadakı, bir ədəd bükülüdə təmiz çəkisi 760,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; bir ədəd bükülüdə təmiz çəkisi 41,821 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir; bir ədəd bükülüdə təmiz çəkisi 4085,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; bir ədəd bükülüdə təmiz çəkisi 425,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 14 ədəd konvalyutda ümumi sayı 140 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadon həbləridir, həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 5,6 qramdır.(bir həbdə 0,04 qr) Tədqiqatdan sonrakı qalıq heroin narkotik vasitəsi 759,9 qram, metamfetamin psixotrop maddəsi 41,721 qram, tiryək narkotik vasitəsi 4084,9 qram, marixuana narkotik vasitəsi 424,9 qram və metadon həbləri 128 ədəd təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1197 nömrəli ambulator məhkəməpsixatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1197 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xətəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərkətlərində iştirak etmək iqtidarındadır. İş materiallarında olan 01 may 2024-cü il tarixli 397 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmayır. Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30 aprel 2024-cü il tarixli 192 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 26 aprel 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olması şübhəsinə görə Biləsuvar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1, CAB-nin əməliyyat müvəkkili Şahid2, KTQ-nun baş ekspert-kriminalisti Şahid3 və vəkil Mehman Mütəllimovun iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtraış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə varsa təqdim edilməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da əlində olan göy rəngli sellofan torbanı təqdim edərək həmin torbanın içərisində narkotik vasitə və psixotrop maddə olmasını, həmin narkotik vasitə və psixotrop maddələri Ramin adlı şəxsdən əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba açılaraq baxıldıqda içərisində bir ədəd qara rəngli idman çantasının olması, həmin idman çantası açıldıqda isə içərisində 3 ədəd qara rəngli, sellofana bükülmüş bağlama, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm və üstündə M40 sözləri yazılmış 14 ədəd kanvalyut aşkar oldu. 3 ədəd qara rəngli sellofan büklmüş bağlamalar açıldıqda, 1-ci bağlamada narkotik vasitə tiryəkə bənzər, 2ci bağlamada narkotik vasitə heroinə bənzər, 3-cü bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 4-cü şəffaf sellofana bükülmüş büküm açıldıqda içərisində ağ rəngli, kristal formada psixotrop maddə metamfetaminə bənzər kütlə olması, üzərində Metodon 40 yazılı 14 ədəd konvalutun hər birində 10 ədəd olmaqla ümumilikdə 140 ədəd psixotrop maddə metodona bənzər preparatlar olması müəyyən edilmişdir. İş materiallarında olan 28 aprel 2024-cü il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, iş üzrə təqsirləndirilən şəxs İsmaylov X6 rayonu “Azpetrol” YDM-in arxasından keçən yolda Q.Həsənova küçəsində yolun sağ kənarında quraşdırılmış üzərində «90» yazılmış lövhəni təqdim edərək 26 aprel 2024-cü il tarixdə saat 21 radələrində Ramin adlı İran İslam Respublikasının vətəndaşı və Elməddin adlı şəxs ilə birlikdə Biləsuvar rayonu Gömrük yolunda olan üzərində “90” yazısı olan lövhənin yaxınlığına getməsini,həmin yerdən Elməddin adlı şəxsin göy rəngli sellofan bağlamanı götürüb ona verməsini və daha sonra o da həmin yerdən Biləsuvar rayonu “Azpterol” YDM-in yaxınlığında olan “Çenlibel” kafesinin yaxınlığına gələrək Bakı şəhərinə getmək istəyən zaman saxlanılmasını bildirirək ifadəsini bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması barədə tərtib edilmiş protokol və çəkilmiş fotoşəkillər cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 20 may 2024-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan mobil telefon qara rəngli olmaqla ”Samsung” markalıdır.Telefonda «Azercell» mobil operatoruna məxsus ***- ***-**-** saylı mobil nömrə vardır. Telefonun “Kontaktlarına”-na baxış keçirilərkən adı “İranlı” kimi yazılmış İran İslam Respublikası mobil operatoruna məxsus olan +**********64 saylı mobil nömrənin olması müəyyən edilmişdir. Həmçinin, həmin mobil telefonun “WhatsApp” proqramına baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə adı “ İranlı” kimi yazılmış İran İslam Respublikası mobil operatorlarına məxsus olan +**********64 saylı nömrəsindən üzərində “ 90 ” yazılmış lövhənin fotoşəkilinin, “ o dediyim şey qoyanda mene deyersen zengini gözdyrem” sms-lərinin göndərilməsi, məkan göndərməsi, habelə Təqsirləndirilən şəxs da plastik kart şəkilini göndərməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən fotoşəkillərin, zənglərin və sms-lərin fotoşəkilləri çəkilmiş, tərtib edilmiş protokol və fotoşəkillər cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 26 aprel 2024-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, X7 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 28 aprel 2023-cü il tarixli qərarı ilə , X7 barəsində həbs olunmasının əvvəli 26 aprel 2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, hökmün surətindən və Gəngə Apellyasiya Məhkəməsinin 09 aprel 2009-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə cəzası dəyişdirilərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş məhkumluğu ödənilməmişdir. İş materiallarında olan 29 aprel 2024-cü il tarixli Biləsuvar Rayon Məhkəməsinin qərarından görünür ki, X3 ətrafında müvafiq əməliyyat axtarış tədbirinin keçirilməsinə dair Biləsuvar RPŞ-nin əməliyyat müvəkkili Şahid1 qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Ağdam rayonu, Maqsudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 may 2024-cü il tarixli yaşayış yeri üzrə verillmiş arayışdan və xasiyyətnamədən görünür ki, X1 rayonu, Maqsudlu kəndində qeydiyyatdadır, ailə tərkibi arvadından yetkinlik yaşına çatmış oğlu və qızından və nəvəsindən ibrətdirbarəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 01 may 2024-cü il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 759,9 qram heroin narkotik vasitəsi, 41,721 qram psixotrop maddəsi metamfetamin, 4084,9 qram narkotik vasitəsi tiryək, 424,9 qram narkotik vasitəsi marixuana və 128 ədəd metadon həbləri maddi sübut kimi tanınmış və Biləsuvar RPŞ-nin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan 02 iyul 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, X3 şəxsi axtarış zamanı üzərindən götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon, şəxsi axtarış keçirilməsinə dair 2 ədəd CD disk maddi sübut kimi tanınmış, 2 ədəd CD disk iş materiallarına əlavə olunmuş, bir ədəd “Samsung” markalı mobil telefon Biləsuvar RPŞnin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan 02 iyul 2024-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqında” qərarla iş üzrə İİR-nın vətəndaşı Ramin və cinayətin digər iştirakçılarını müəyyən etmək məqsədilə cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, X5 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, X3 əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. X3 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələri ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən X3 əməlini etiraf etməsi və yaşayış yerindən müsbət xarakterizə olunması cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. X7 hazırkı iş üzrə cinayəti Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X7 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 759,9 qram heroin narkotik vasitəsi, 41,721 qram psixotrop maddəsi metamfetamin, 4084,9 qram narkotik vasitəsi tiryək, 424,9 qram narkotik vasitəsi marixuana və 128 ədəd metadon həbləri məhv edilməli, Sahib İsmayılova məxsus 1 ədəd “Samsung” markalı mobil telefon onun yaxın qouhmlarına qaytarılmalı, iş materiallarına əlavə edilmiş şəxsi axtarış keçirilməsi protokolunun görüntülərini özündə əks etdirən 02 (iki) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, onun barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altmış) manat məbləğində pul X4 tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 26 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: X10 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2024-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. -İş üzrə maddi sübut kimi tanınmış – Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 759,9 qram heroin narkotik vasitəsi, 41,721 qram psixotrop maddəsi metamfetamin, 4084,9 qram narkotik vasitəsi tiryək, 424,9 qram narkotik vasitəsi marixuana və 128 ədəd metadon həbləri məhv edilsin. - Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon onun yaxın qouhmlarına qaytarılsın. -İş materiallarına əlavə olunmuş materiallarına əlavə edilmiş şəxsi axtarış keçirilməsi protokolunun görüntülərini özündə əks etdirən 02 (iki) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlansın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Sahib İsmayılova hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar