Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-626/2023 17.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1969-cu ildə Sabirabad rayonunun Yaxa-Dəllək kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 46,87 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə etmiş və o, təkrarən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,477 qram narkotik vasitə heroin əldə edib üzərində qanunsuz daşıyaraq həmin narkotik vasitələri Sabirabad rayonunun Yaxa-Dəllək kəndində yerləşən yaşadığı evin həyətindəki metal lövhələrlə əhatə olunmuş yerdə 1 ədəd sintetik torbada qanunsuz olaraq saxlamışdır. Bundan başqa, o, narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin mart ayının əvvələrində Sabirabad rayonunun Yaxa-Dəllək kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində metal lövhələrlə əhatə olunmuş yerdə dibçəklərə əkmiş, həmin toxumlardan bitmiş tərkibində narkotik maddələr olan, külli miqdarda, yəni 25 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, 16 mart 2023-cü ildə Sabirabad RPŞ-nin Qaragüney PB-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı evə, həyətyanı sahəsinə və həyətindəki tikililərə baxış keçirilən zaman həyətyanı sahədə yaş vəziyyətdə, ümumi təmiz çəkisi 4,12 qram olmaqla 25 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitilləri, həmin bitkilərin yanında 1 ədəd sintetik torbanın içərisindəki 01 ədəd polietilen torbada təmiz çəkisi 46,87 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,477 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə marixuana istifadə etmiş, istifadə etdiyi marixuananın toxumlarını yaşadığı evdə saxlamış, öz istifadəsi üçün toxumlardan 25 ədədini 2023-cü ilin mart ayının əvvələrində metal vedrələrə əkmiş, toxumlardan cücərmiş olan şitillərə aqrotexniki qaydada qulluq etmişdir. 16 mart 2023-cü ildə saat 18 radələrində polis əməkdaşları həyətinə aqronom və hal şahidlərinin iştirakı ilə gələrək videoçəkiliş aparılmaqla həyətyanı sahəsinə, evinə baxış keçirərkən həyətyanı sahədə dəmirlə əhatə olunmuş yerdə dəmir vedrələrdə əkmiş olduğu 25 ədəd çətənə bitkisinin şitilləri, eləcə də həmin vedrənin yanında 1 ədəd çantanın içərisində 1 ədəd sellofon torbada narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd sellofon torbada çətənə bitkisinin toxumlarını və 01 ədəd kağız bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilələrək götürülmüş, sonra protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş, yazılan protokolu imzalamışdır. Hazırda əməlindən peşmanlıq keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının, 3-ü azyaşlıı olmaqla bir yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında Sabirabad RPŞ-nin Qaragüney PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 16 mart 2023-cü ildə rayonun Yaxa-Dəllək kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi ilə məşğul olması, eləcə də narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, həmin gün aqronomun və hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyanı sahədə dəmirlə əhatə olunmuş yerdə dəmir vedrələrdə əkilmiş 25 ədəd çətənə bitkisinin şitilləri, həmçinin həmin vedrənin yanında 1 ədəd çantanın içərisində 1 ədəd sellofon torbada narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd sellofon torbada çətənə bitkisinin toxumları və 01 ədəd kağız bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüş, aşkar olunanlarla bağlı müvafiq protokol tərtib edilərək iştirakçılar o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X3 da digər Şahid1 ifadəsini təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 16 mart 2023-cü ildə, saat 18 radələrində həmkəndlisi Şahid4la birlikdə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsində hal şahidi qismində iştirak etmiş, polis əməkdaşlarının, eləcə də aqronomun iştirakı ilə keçirilmiş baxış zamanı Mərdanın yaşadığı evin həyətyanı sahəsində həyətyanı sahədə dəmirlə əhatə olunmuş yerdə dəmir vedrələrdə əkilmiş 25 ədəd çətənə bitkisinin şitilləri, vedrənin yanında 1 ədəd çantanın içərisində 1 ədəd sellofon torbada narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd sellofon torbada çətənə bitkisinin toxumları və 01 ədəd kağız bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar olunaraq götürülmüş, baxışla bağlı protokol tərtib olunaraq iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 da digər Şahid3 ifadəsini təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “baxış keçirilməsi haqqında” 16 mart 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Sabirabad rayonunun Yaxa-Dəllək kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə, həyətyanı sahəsinə və həyətyanı sahəsində olan tikililərə baxış keçirilən zaman həyətyanı sahədəki metal lövhələrdə əhatə olunmuş yerdə külli miqdarda-25 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 4,12 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri və həmin bitkilərin yanında 1 ədəd sintetik torbanın içərisindəki 01 ədəd polietilen torbada təmiz çəkisi 46,87 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd polietilen torbada təmiz çəkisi 131,17 qram çətənə (kannabis) bitkisinin toxumları və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,477 qram olan narkotik vasitə heroin oxşar kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 17 mart 2023-cü il tarixli 18/316-18/317 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə...” sözləri yazılmış və imza olan kağız paketdəki:-1 ədəd polietilen torbada təmizi çəkisi-46,87 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanandır. 1 ədəd polietilen torbada ümumi çəkisi-131,17 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyildir.
2. Tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə” sözləri yazılmış və imza olan kağız paketdəki 1 ədəd polietilen torbada cəmi 25 ədəd yaş vəziyyətdə, ümumi çəkisi-4,12 qram olan bitki mənşəli əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş şitillərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir.
3. Tədqiqata təqdim olunmuş üzərində: “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə...” sözləri yazılmış və imza olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi - 0,477 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 09 iyun 2023-cü il tarixli 3617 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinodilərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan qərardan görünür ki, maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonra qalıq qalmış 25 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, qalıq çəkisi 46,85 qram narkotik vasitə qurudulmuş marixuana, 0,427 qram narkotik vasitə heroin və çətənə bitkisinin toxumları Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağında təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində, eləcə də məhkəmə istintaqında verdiyi etirafedici və şahidlərin isə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir və onun həmin maddələrlə təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə gəldiyi nəticələri mövcud qanunvericiliyin, həmçinin, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunun izah və tələbləri baxımından da əsaslı hesab edir. “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərə dair 3 saylı siyahı”ya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş, tərkibində narkotik maddələr olan “çətənə” növlü bitkilərin ölçü vahidləri 15 ədəddən yuxarıdırsa, onlar “külli miqdar” hesab olunur. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmuşdur. Cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından Təqsirləndirilən şəxs əməli qanuna müvafiq cəzalandırılmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalı, saxlanılması üçün Lənkəran şəhər-rayon polis şöbəsinə təhvil verilməli və oradan Bakı İstintaq Təcridxanasına etap olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddələrinin tətbiqinə heç bir əsas görmür və ona təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü ildə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmiş, 16 iyul 2023-cü ildə isə həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışınadək, yəni 2023-cü ilin mart ayının 16-dan iyul ayının 16-dək şübhəli və təqsirləndirilən şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 04 (dörd) ay ona təyin olunacaq cəzaya hesablanmaqla çıxılmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Sabirabad rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2800 (iki min səkkiz yüz)manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildəi Sabirabad rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Amnistiya qərarının 1.8-ci bəndinə əsasən cərimə cəzasının ödənilməmiş hissəsindən azad edilmiş, hazırda Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 04 iyul 2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Hacıyev X2 rayonu, Yaxa Dəllək kəndində qeydiyyatda olmaqla heç bir yerdə işləməyən arvadı, biri yazyaşlı olmaqla üç uşağı ilə birgə həmin kənddə yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən onun himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda törətdiyi cinayəti etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, eləcə də ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təkrar törətməsini CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sabirabad rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 25 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, qalıq çəkisi 46,85 qram narkotik vasitə qurudulmuş marixuana, 0,427 qram narkotik vasitə heroin və çətənə bitkisinin toxumları məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 99 (doxsan doqquz) manat 48 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 237.2.3cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1ci maddəsi ilə 1 (bir ) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək, yəni 16 mart 2023-cü ildən 16 iyul 2023-cü ilədək şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı müddət, yəni 4 (dörd) ay ona təyin olunmuş cəzaya hesablanmaqla çıxılsın, üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs saxlanılması üçün Lənkəran şəhər-rayon polis şöbəsinə təhvil verilsin, oradan Bakı İstintaq Təcridxanasına etap olunsun. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra ümumi sayı 25 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, təmiz çəkisi 46,85 qram narkotik vasitə qurudulmuş marixuana, 0,427 qram narkotik vasitə heroin və çətənə bitkisinin toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci 99 (doxsan doqquz) manat 48 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Cəlil Nəbiyev Hakimlər: Cavid Səfərli Müşfiq Məmmədov