Məhkəmə qərarları › İş №1(099)-628/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-628/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-628/2024 05.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X17, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxx 1997-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əməklə məşğul olmuş (ofisiant işləmiş), əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazisində külli miqdarda narkotik vasitələri satıb qazanc əldə etmək məqsədi ilə “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək, 25 mart 2024-cü il tarixdə Biləsuvar rayonuna gəlmiş, orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun istintaqla müəyyən edilməmiş digər üzvü tərəfindən Biləsuvar rayon Xırmandalı kəndi ərazisindən keçən Ələt-Astara yolunun 93-cü kilometrliyində yerləşən körpünün yanında gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1229,0 qram çəkidə narkotik vasitə tiryək və külli miqdarda 1624,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə, saat 18:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən Ələt-Astara yolunun 94-cü kilometrliyində yerləşən “Araz” kafesinin yaxınlığında saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı bir ədəd sarı rəngli bağlamanın içərisində bir ədəd bükülüdə külli miqdarda, təmiz çəkisi 1229,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və iki ədəd bükülüdə ayrıayrılıqda təmiz çəkiləri 489,0 və 1135,0 qram olmaqla, ümumilikdə külli miqdarda təmiz çəkisi 1624,0 qram olan orqanoleptik əlamətlərinə görə bir-birilərindən fərqlənən bitki mənşəli kütlələr, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olmuş, tiryəkdən istifadə etmiş, lakin narkotik satışı ilə məşğul olmamışdır. Təxminən dörd ildir ki, narkotik vasitə tiryəkdən istifadə edir. Beynində xəstəlik olduğuna görə narkotik istifadə etmişdir. İran İslam Respublikasının vətəndaşı ilə danışmış, sonuncu ona “İnstagram” sosial şəbəkəsində yazmış, ondan şəxsi istifadəsi üçün 50 qram tiryək istəmişdir. Sonra İran vətəndaşı ona “WhatsApp” nömrəsini vermiş və onlar həmin proqram vasitəsilə əlaqə qurmağa başlamışlar. İranlı ona narkotik vasitəni Lənkəran ərazisinə deyil, Biləsuvar rayonuna yerləşdirəcəyini demiş, ondan narkotik vasitəyə görə pul istəmiş, o da pulunun olmadığını, bir həftəyə pulu verəcəyini demişdir. 50 qram narkotik vasitəni götürüb qayıtmalı imiş. Əməlində cinayət olduğunu bilir. 25 mart 2024-cü il tarixdə, saat 14 radələrində Lənkərandan çıxmış, yolda üç avtomobil dəyişmişdir. Belə ki, “Ləvəngi” dairəsi yaxınlığında “Vito” markalı avtomobilə oturub Salyan rayonu ərazisində “Yolüstü” restoranının yanında avtomobildən düşmüşdür. İran vətəndaşı ona bağlamanın olduğu yerin şəklini və məkan məlumatını göndərmişdir. Yoldan keçən avtomobillərə əl elədərək saxlamalarını istəmiş, tanımadığı bir avtomobil saxlamış, o da oturmuşdur. “İpəkyolu”nun, yəni Biləsuvar rayonunun girişində, körpünün yanında həmin avtomobildən düşmüş və sürücüyə yol pulu olaraq 3 (üç) manat vermiş, sonra başqa avtomobilə əyləşərək “konum”da göstərilən körpüyə kimi getmiş, saat 17 radələrində deyilən yerə çatmış, körpünün yanında narkotik vasitəni görmüş, lakin bağlama böyük olduğuna görə götürməyə çəkinmişdir. Ona göndərilən fotoşəkil uzaq məsafədən çəkildiyinə görə bağlamanın o qədər böyük olduğunu görməmişdir. Beş dəqiqəyə yaxın orada qalmışdır. 50 qram narkotik vasitə dalınca getmişdir və bağlamada olan qədər narkotik vasitə üçün getmədiyinə görə bağlamanı götürmək istəməmiş, həm də həmin vaxt avtomobilsiz olmuşdur. Bağlamanı götürmədən yolun əks tərəfinə keçdikdən sonra yol polisi əməkdaşları onu saxlamış, avtomobilə oturdub mobil telefonuna baxış keçirmişlər. Sonra bağlamanı götürüb ona vermiş, daha sonra isə polis şöbəsinə aparmışlar. Polis şöbəsində təsir altında olduğu üçün ifadəsində səhvlər ola bilər. Polis şöbəsində dörd saat saxlanılmışdır. Onun telefonunda 50 qram narkotik vasitə dalınca getdiyini təsdiq edən mesajlar olmuş, lakin ittiham aktında həmin mesajlar qeyd olunmamışdır. Polisdə ona həmin bağlamanın dalınca getdiyini bildirmişlər, o qədər narkotik dalınca gəlmədiyini demişdir. Videoçəkiliş başlayanda birinci hər şeyi olduğu kimi danışmış, bu zaman videoçəkiliş dayandırılmış, polis şöbəsində çəkindiyi üçün təkrar videoçəkiliş zamanı polislərin ona dediyi sözləri demişdir. Videoçəkiliş zamanı bağlamanı idman pencəyi ilə örtdüyünü bildirmiş, amma saxlanılan zaman həmin pencək onun əynində olmuşdur. Lənkəran şəhərində, habelə ümumiyyətlə heç bir yerdə, heç kimə narkotik vasitə satmamış, əvvəllər İran vətəndaşı ilə heç bir iş görməmiş, başqa narkotik vasitələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, əvvəllər adətən 5-7 qram narkotik vasitə almışdır. Narkotik vasitə tapmaqda çətinlik çəkdiyi üçün bu dəfə 50 qram götürmək istəmişdir ki, iki-üç ay yavaş-yavaş istifadə etsin. Hadisə baş verən gün bağlamanı götürməmişdir. Əgər həmin bağlamanı götürüb hansısa avtomobilə otursaydı, əlindəkinin nə olduğu soruşular və qanunsuz predmet olduğu bilinərdi. Videoçəkiliş zamanı bağlama onun yanında olmuşdur. Üzərinə baxış keçirilən zaman müdafiəçisi yanında olmuş, lakin ondan heç nə soruşmamış, o da heç nə deməmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələr arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa vermiş olduğu ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, dalan 1, ev 3-də ailə üzvləri ilə birlikdə yaşayır. Lənkəran şəhərində ofisiant işləyir və bundan əlavə gündəlik fəhləlik edir. Təxminən dörd ildir ki, narkotik vasitə olan tiryəki dərman kimi udmaq yolu ilə qəbul edir. Əvvəlcədən məhkumluğu olmamışdır. 20 mart 2024-cü il tarixdə, saat 20 radələrində “İnstaqram” sosial şəbəkəsindən istifadə edən zaman İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxslə tanış olmuşdur. Daha sonra Əli adlı şəxs ona “İnstaqram” sosial şəbəkəsində yazaraq istifadəsində olan +98-917-477-6640 saylı mobil nömrəsini vermişdir. Bundan sonra Əli ilə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə danışmağa davam etmiş və hadisədən bir gün öncə Əli ona narkotik vasitə tiryək satmaq istəməsini bildirmişdir. Əliyə həmin günü pulunun olmadığını deyərək, narkotik vasitə tiryək ala bilməyəcəyini bildirmiş və bundan sonra onunla əlaqə saxlamamışdır. 25 mart 2024-cü il tarixdə, saat 13 radələrində telefonuna baxan zaman Əlinin ona “salam necəsən” sözlərini yazmasını görmüş, ona mesajla cavab vermiş və söhbət etməyə başlamışlar. Söhbət zamanı Əli ondan narkotik vasitələr istəyib-istəmədiyini soruşmuş, tiryək istədiyini, lakin hazırda pulunun olmadığını, alandan bir neçə gün sonra pulunu ödəyə biləcəyini demişdir. Əli ona 50 qram tiryək verə biləcəyini, lakin ilkin olaraq 50-60 (əlli-altmış) manat ödəniş etməyini deyib, ümumilikdə 400 (dörd yüz) manat pul istəmiş, ona hazırda pulunun olmadığını demiş, Əli də ona, “əgər tiryəki nisyə alırsansa, gedib Salyan rayonundan götürməlisən” sözlərini demişdir. Əli ilə razılaşmış və Salyan rayonuna getmək üçün Lənkəran şəhərində yerləşən “Ləvəngi” dairəsi adlanan yerin yaxınlığında olan avtovağzalda dayanan mikroavtobusa əyləşmişdir. Həmin tarixdə saat 14 radələrində Lənkəran şəhərindən yola çıxmış və saat 16 radələrində Salyan rayonunun girişində olan körpüdə düşmüşdür. Bundan sonra Əli ilə əlaqə saxlamış və ondan narkotik vasitə olan tiryəki haradan götürəcəyini soruşmuş, Əli də hazırda 100 qram tiryəki tanışı vasitəsi ilə qoydurduğunu deyərək, həmin yerin konum və şəklini ona “WhatsApp” vasitəsi ilə göndərmişdir. Konuma baxdıqdan sonra həmin yerin təxminən 20 kilometr uzaqda, yəni Biləsuvar rayonunda olmasını bilmiş, Biləsuvar rayonu istiqamətində gedən avtomobillərə əl edərək saxlamalarını xahiş etmiş, tanımadığı bir sürücü avtomobili saxlamış, sürücüdən onu Biləsuvar rayonuna aparmağı xahiş etmişdir. Həmin sürücü onu 3 (üç) manat müqabilində Biləsuvar rayonunun girişində körpüyə kimi gətirmişdir. Bundan sonra Biləsuvar rayonuna daxil olaraq rayonun mərkəzinə doğru hərəkətdə olan avtomobillərə əl etməyə başlamış, tanımadığı bir nəfər avtomobili saxlamış, o da avtomobilə əyləşib, sürücüdən onu qarşıda olan körpüyə kimi aparmağı xahiş etmişdir. Konumda göstərilən körpüyə 50 metr qalmış avtomobili saxlamasını istəmiş və avtomobildən düşəndən sonra piyada həmin körpüyə doğru hərəkətə başlamışdır. Körpüyə yaxınlaşmış və şəkildə qeyd olunan yerə çatmışdır. Körpüyə çatan zaman bir ədəd böyük sarı rəngli bağlama görmüşdür. Bağlamanın böyüklüyünə görə qorxmuş və bir anlıq tərəddüd etmiş, lakin daha sonra əynində olan idman gödəkçəsini çıxarıb, həmin bağlamanı bükmüşdür. Bundan sonra yolun əks istiqamətinə keçib, Lənkəran şəhərinə getmək üçün avtomobillərə əl etməyə başlamış, eyni zamanda piyada hərəkət etmişdir. Təxminən 150-200 metr piyada getdikdən sonra Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuş, sonra öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün X11 vəkil kimi dəvət olunmuş, videoçəkiliş aparılmaqla polis əməkdaşı ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa, hamısını çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. Polis əməkdaşlarına üzərində heç bir qeyri-qanuni əşya olmadığını deyərək, əlində olan bir ədəd bağlamanın içərisində narkotik vasitə tiryək olmasını bildirib, təqdim etmişdir. Özünə məxsus olan bir ədəd “Samsung” markalı mobil telefonu təhvil vermişdir. Təqdim etdiyi bir ədəd üzəri sarı rəngli yapışqan lentlə sarılmış bağlamaya açılıb baxıldıqda, içərisində göy rəngli sellofana bükülmüş, üzərləri göy rəngli yapışqan lentlə sarılmış üç ədəd bükülü olması, həmin bükülülərdən ikisinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütlələri, üçüncü bükülünün içərisində isə narkotik vasitə olan tiryəkə bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra içərisində narkotik vasitə qurudulmuş marixuana olan birinci bükülü elektron tərəzidə çəkildikdə çəkisinin 1160 qram, içərisində narkotik vasitə qurudulmuş marixuana olan ikinci bükülü elektron tərəzidə çəkildikdə çəkisinin 500 qram və içərisində narkotik vasitə olan tiryək olduğu üçüncü bükülü elektron tərəzidə çəkildikdə çəkisinin 1240 qram olması müəyyən olunmuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilsə də, qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmiş, daha sonra həmin bükülülər qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Həmin protokolla müdafiəçisi Əli Hüseynov ilə birlikdə tanış olub, imzalamışdır. Əli adlı şəxsin kim olmasını bilmir və onunla üzbəüz danışmamışdır. Əli onu aldatmış, o, şəxsi istifadəsi üçün 50 qram tiryək istəmiş, lakin bağlamanı götürməmişdən əvvəl ona 100 qram tiryək qoydurmasını bildirmişdir. Həmin külli miqdarda narkotik vasitələr tiryək ilə qurudulmuş marixuananın çəkilərindən məlumatı olmamış, tiryəki özü istifadə etmək üçün əldə etmişdir. Aşkar olunmuş həmin külli miqdarda narkotik vasitələr tiryək və qurudulmuş marixuananı kiməsə verməklə bağlı Əli ilə arasında heç bir söhbət olmamışdır. Narkotik vasitələrin Azərbaycan Respublikasına hansı yolla gəlməsini bilmir və Əli ona Salyan rayonunda bir nəfər narkotik daşıyan adamın olduğunu, həmin şəxs tərəfindən narkotik vasitələrin deyilən yerə qoyulacağını bildirmişdir. Əlinin “İnstaqram” sosial şəbəkəsində olan profilində açıq-aşkar narkotik vasitələrin satışı ilə bağlı elanlar olmamışdır. Saxlanılan zaman ona qarşı heç bir zor tətbiq olunmamışdır (iş vərəqi 192-196). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti şöbədə olarkən qorxudan özünü itirməsi, polis əməkdaşları tərəfindən ona deyilən məzmunda ifadə verməli olduğu barədə göstərilmiş təsirlə əlaqələndirmiş, lakin bu təsirin nədə ifadə olunduğunu izah edə bilməmiş, son sözündə özünü narkotik vasitə istifadəçisi kimi təqsirli bildiyini, əməli törətdiyini (şəxsi istifadəsi üçün az miqdarda narkotik vasitə götürməyə getməsinə münasibətdə) və bundan çox peşman olmasını, atasız böyüdüyünü, anasının yaşlı olmaqla (altmış dörd yaş) bir gözünün görmədiyini, anasına ondan başqa baxan olmadığını bildirərək, göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxs və şahidlərin ifadələri) dinləyərək, habelə iş materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi X3 baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 25 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün həmin tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş, o, Şahid2, Orxan Ərzumanlı və Elvin Məmmədlidən ibarət əməliyyat qrupu yaradılmışdır. 25 mart 2024-cü il tarixdə, saat 18:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən Ələt-Astara yolunun 94-cü kilometrliyində piyada hərəkətdə olan zaman saxlanılmışdır. Əhməd saxlanılan zaman onda idman pencəyinə bükülmüş sarı rəngli sellofan torba olduğu müəyyən edilmiş və həmin torba ilə birlikdə Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində şəxsi axtarış zamanı Əhməd könüllü şəkildə sarı rəngli torbanı təqdim edərək, içərisində özünün əldə etdiyi narkotik vasitə olduğunu bildirmişdir. Torbaya baxış zamanı içərisindən üç ədəd büküm çıxmışdır. Bükümlərdən ikisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər, digərində isə narkotik vasitə tiryəkə bənzər kütlələr olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan birinci bükülü çəkildikdə çəkisinin bükülü ilə birlikdə 1160 qram, ikinci bükülü çəkildikdə çəkisinin bükülü ilə birlikdə 500 qram, içərisində narkotik vasitə olan tiryəkə bənzər kütlənin olduğu üçüncü bükülü çəkildikdə çəkisinin bükülü ilə birlikdə 1240 qram olması müəyyən olunmuşdur. Əhmədin üzərinə şəxsi axtarış keçirilsə də, qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun üzərindən aşkar edilmiş içərisində narkotik vasitələrə bənzər kütlələr olan bükülülər bağlamaya qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şahid1 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıması barədə daxil olmuş, narkotik vasitənin hansı yolla həmin yerə qoyulduğu barədə əməliyyat məlumatı daxil olmamışdır. Əhmədi Bakı istiqamətində piyada hərəkətdə olan zaman müşahidəyə götürmüş və saxlamışlar. Əhməd saxlanılan vaxt onlar dörd nəfər olmuş, özü şəxsən iştirak etmişdir. Əhmədə yaxınlaşanda onun əlində bağlama olmuş, saxlanılarkən onlardan yayınmağa çalışmamış, ona qarşı tərəflərindən hər hansı fiziki və ya psixoloji təzyiq olmamışdır. Əhməd ilkin olaraq narkotik vasitə tiryək aludəçisi olduğunu və şəxsi istifadəsi üçün tiryək sifariş verdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Biləsuvar Rayon Polis X18 Xidməti Bölüyünün polis nəfəri, polis baş serjantı Şahid2 Mehti oğlu ifadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də mötəbər sübut kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis X7 xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01-02). Biləsuvar Rayon Polis Şöbəsi X3 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması və daşımasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 05). Biləsuvar Rayon Polis Şöbəsi X3 xx.xx.2024-cü il tarixli qərarı və eyni tarixli əmrindən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 06-11). Biləsuvar Rayon Polis Şöbəsi X3 xx.xx.2024-cü il tarixli protokol və raportundan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən Ələt-Astara yolunun 94-cü kilometrliyində yerləşən “Araz” kafesinin yaxınlığında piyada hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması izah olunmaqla Biləsuvar Rayon Polis Şöbəsinə aparılmışdır (iş vərəqi 12-13). Biləsuvar Rayon Polis X7 xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, həmin tarixdə, saat 18:35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və bu barədə yaxın qohumlarına məlumat vermək hüququ təmin olunmuşdur (iş vərəqi 15, 25). Biləsuvar Rayon Polis X7 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o, əlləri ilə tutduğu üzəri idman gödəkçəsi ilə örtülmüş sarı rəngli yapışqan lentlə sarılmış bağlamanı, əynindəki qara rəngli şalvarının cibindən bir ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək, bağlamanın içərisində narkotik vasitə olmasını, bağlamanı əvvəllər tanımadığı, sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq əldə etməsini bildirmiş, bağlamaya açılıb baxıldıqda, içərisində göy rəngli sellofana bükülmüş üzəri göy rəngli yapışqan lentlə sarılmış üç ədəd bükülü olması, həmin bükülülərdən ikisinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki, üçüncü bükülünün içərisində isə narkotik vasitə olan tiryəkə bənzər kütlə olması müəyyən olunmuş, videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 33-35). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 19/282 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə kimyəvi-bioloji ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs aşkar olunmuş bükülülərin qablaşdırıldığı bağlama ...” sözlər və imzalar olan paketdəki bir ədəd bükülüdə təmiz çəkisi 1229,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; iki ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 489,0 və 1135,0 qram, ümumi təmiz çəkisi 1624,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır və orqanoleptik əlamətlərinə görə bir-birilərindən fərqlidirlər. Ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1228,9 qram olan tiryək və 1623,8 qram qurudulmuş marixuana geri qaytarılmış, aparılmış tədqiqatın dəyəri 130 (bir yüz otuz) manat müəyyən edilmişdir (iş vərəqi 44-47). Biləsuvar Rayon Polis X7 25 və 26 mart 2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi aidiyyəti üzrə həmin X12 Bölməsinə verilmiş və icraata qəbul olunmuşdur (iş vərəqi 49, 53). Biləsuvar Rayon Polis X8 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir (iş vərəqi 64-65). Biləsuvar Rayon Polis X8 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 67-68). Biləsuvar Rayon Məhkəməsinin 4(022)-33/2024, 4(022)-54/2024 nömrəli, 27 mart və 17 iyul 2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 25 mart 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə seçilmiş həbs qətimkan tədbirinin müddəti 09 avqust 2024-cü il tarixinədək uzadılmışdır (iş vərəqi 92-93; 221-224). Biləsuvar Rayon Məhkəməsinin 5(022)-107/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Biləsuvar Rayon Polis Şöbəsi X3 baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat axtarış tədbirinin keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqi 100). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 116). Biləsuvar Rayon Polis X8 xx.xx.2024-cü il tarixli qərar və müşayiət məktubundan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərdən aşkar olunaraq götürülmüş 1229,0 qram çəkidə narkotik vasitə tiryəkin tədqiqatdan sonrakı 1228,9 qramı və 1624,0 qram narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 1623,8 qram qalığı cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir (iş vərəqi 117-118). Biləsuvar Rayon Polis X8 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş mobil telefona baxış zamanı korpusunun mavi rəngli olmaqla, “Samsung” markalı, üzərində “Azercell” mobil operatoruna məxsus 010 ***-**-** və 051 ***-**-** saylı nömrələrin olması müəyyən edilmiş, telefonun “zənglər”, “mesajlar”, “şəkillər”, “WhatsApp” və “İnstagram” proqramlarına baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilmişdir. Belə ki, “Samsung” markalı mobil telefonun “WhatsApp” proqramında Təqsirləndirilən şəxs istifadəsində olan 010 ***-**-** saylı nömrə ilə İran İslam Respublikasına məxsus olan “Əli” adlı şəxsin işlətdiyi +98-917-477-6640 saylı mobil nömrə ilə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə yazılı və səsli olaraq mesajlaşması və qarşılıqlı zəngləri olmuşdur. Həmin səsli və yazılı mesajlar aşağıdakılardır:- “Əli”- “Ay Əhməd, hardasan nə qədər yolun qalır”; Təqsirləndirilən şəxs- “Yoldayam, yarım saat”; “Əli”- “Hə yaxşı 15 dəqiqə yolun qalanda mənə de, malı qoydurum”; Təqsirləndirilən şəxs- “15 dəqiqə sonra ordayam”; “Əli- “Gözlə malı atıram”; Təqsirləndirilən şəxs- “Yaxşı konum şəkil atacaqsan Baba 5-6 dəqiqəyə çatıram, mən orda çox qalmıyımda”; “Əli- “10 dəqiqə sonra malı atıram”. “Əli” adlı İran İslam Respublikasının vətəndaşı bir ədəd konum və bir ədəd də narkotik vasitə olan bağlamanın yerini göstərən şəkil göndərmişdir. Təqsirləndirilən şəxs- “Baba sənin atdığın konumla mənim olduğum yer arasında 40 kilometr məsafə var mən indi ora necə gedim”; “Əli”- “qardaşım həmin malı ora kuryer qoyub sənə zəhmət götür, gəldiyin avtomobillə gəldə”; Təqsirləndirilən şəxs- “mən gəldiyim avtomobili buraxdım getdi, indi piyadayam”; “Əli”- “yoldan keçən avtomobillərə əl et səni gətirsinlər; “15 dəq yoldu körpüdən düşəndə sağda yol qırağında körpü yanı” bu yazını kuryer göndərib”; Təqsirləndirilən şəxs- “10 dəqiqə sonra ordayam”; “Əli”- “götürməyibsə qayıdım götürüm ortada qalmasın bu sözləri kuryer yazmışdır”. Mobil telefonda olan mesajların fotoşəkilləri və səs yazılarının əks olunduğu CD disk protokola əlavə olunmuşdur (iş vərəqi 125-133). Biləsuvar Rayon Polis X8 xx.xx.2024-cü il tarixli qərar və müşayiət məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən müddi sübut kimi tanınaraq, məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir (iş vərəqi 134-135). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X13 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 298 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 148). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X15 “canlı şəxsin ekspertizasına dair” 143 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır (iş vərəqi 149- 150). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 805 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri müəyyən edilmir, hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir, şərh olunan cinayət əməlini törədərkən öz əməlinin hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur və buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür (iş vərəqi 151-153). Biləsuvar Rayon Polis X8 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiklərini bir daha təsdiq edərək, istintaq hərəkətinin iştirakçılarını Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən Ələt-Astara yolunun 93-cü kilometrliyində yerləşən körpünün yanına apararaq üzərindən aşkar olunmuş narkotik vasitələri həmin körpünün yanından götürdüyünü bildirmiş və həmin yeri əyani olaraq göstərib təqdim etmiş, fotocədvəllər protokola əlavə olunmuşdur (iş vərəqi 159-163). Biləsuvar Rayon Polis X8 “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 411 nömrəli və “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş; şəxsi axtarış zamanı “Samsung” markalı videokamera ilə çəkilmiş videogörüntülərin əks olunduğu bir ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılmışdır (iş vərəqi 164-173; 181-182). Azərbayan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqları onun tərəfindən 14 (on dörd) iş saatı həcmində müdafiə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməllərin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə müdafiəçisi vasitəsi ilə suallar verilmiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, narkotik vasitə istifadəçisi olmaqla tiryəkdən istifadə etsə də, narkotik satışı ilə məşğul olmaması, İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün 50 qram tiryək istəməsi, ona göndərilən fotoşəkil uzaq məsafədən çəkildiyinə görə bağlamanın o qədər böyük olduğunu görməməsi, 50 qram narkotik vasitə dalınca getməsi, lakin bağlamanın böyük olduğunu görüb götürməməsi, yolun əks tərəfinə keçdikdən sonra yol polisi əməkdaşlarının onu saxlayıb, mobil telefonuna baxış keçirdikdən sonra bağlamanı götürüb ona verərək, onu polis şöbəsinə aparmaları, şöbədə təsir altında olduğu üçün ifadəsində səhvlər ola bilməsi, telefonunda 50 qram narkotik vasitə dalınca getdiyini təsdiq edən mesajların olması, lakin ittiham aktında həmin mesajların qeyd olunmaması, üzərində şəxsi axtarışın videoçəkilişinin iki dəfəyə çəkilməsi, çəkindiyi üçün təkrar videoçəkiliş zamanı polislərin ona dediyi məzmunda danışması, videoçəkiliş zamanı bağlamanı idman pencəyi ilə örtdüyünü bildirsə də, əslində saxlanılan zaman həmin pencəyin əynində olması, heç kimə narkotik vasitə satmaması, narkotik vasitə tapmaqda çətinlik çəkdiyi üçün şəxsi istifadə məqsədi ilə birdəfəlik 50 qram narkotik götürmək istəməsi barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə, həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı (həmin istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən DVD diskdən görünür) əlində olan bağlamanın içərisində narkotik vasitə olduğunu, bağlamanı əvvəllər tanımadığı, sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayaraq əldə etməsini etiraf etmiş, ilkin izahatında, şübhəli şəxs və təqsirləndirilən kimi də eyni məzmunlu ifadələr verərək, əlavə olaraq polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq olunmadığını bildirmişdir. Bundan başqa, o, Biləsuvar Rayon Məhkəməsində barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəmə nəzarəti qaydasında keçirilmiş məhkəmə iclasında ona elan edilmiş ittihamla özünü tam təqsirli bildiyini, artıq dörd ildir narkotik vasitə olan tiryək istehlak etdiyini bildirmişdir. Bundan əlavə, o, ibtidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi narkotik vasitələr barədə məhkəmə-kimyəvi-bioloji ekspertizasının rəyi ilə tanış olarkən hər hansı bir vəsatətinin olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-26-cı bəndlərinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti ibtidai istintaq zamanı qorxudan özünü itirməsi, polis əməkdaşları tərəfindən ona dedikləri kimi ifadə verməli olduğu barədə göstərilmiş təsirlə əlaqələndirmiş, lakin bu təsirin nədən ibarət olduğunu ifadə edə bilməmiş, həmçinin ona qarşı hər hansı bir fiziki və ya psixoloji təzyiq göstərilməməsini bildirmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona güya təsir göstəilməsi ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda özü bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs ifadələri arasındakı içərisində narkotik vasitələr olan bağlamanı götürməməsi barədə olan hissədə yaranmış ziddiyyəti əsaslandıra bilməməsini, polis şəbəsində olarkən qorxmasına və təsir altında olmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bu barədə təfərrüatlı ifadə vermədən, ümumi olaraq təsirə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təsir nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təsirə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Təqsirləndirilən şəxs narkotik vasitələrin yalnız tiryək növündən istifadə etməsi, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmək istəməsi, bağlamanı içərisindəki narkotikin ona deyiləndən çox olduğunu gördüyü üçün götürməməsi, polis əməkdaşlarının götürüb ona verməsi və videoçəkiliş zamanı ona dedikləri məzmunda ifadə verməsini bildirdikləri üçün qorxub, onların dediklərini etməsinə dair göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ibtidai istintaq zamanı onun ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Buna görə də, məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadan verməsini bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Bundan başqa, cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş “Samsung” markalı mobil telefona baxış zamanı onun istifadəsində olan 010 ***-**-** saylı nömrə ilə İran İslam Respublikasına məxsus olan “Əli” adlı şəxsin işlətdiyi +98-917-477- 6640 saylı mobil nömrə ilə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə narkotik vasitələrlə əlaqədar yazılı və səsli olaraq mesajlaşması və qarşılıqlı zənglərinin olduğu müəyyən olunmuşdur (həmin səsli və yazılı mesajlarların mətni hökmün təsviri hissəsində geniş formada əks olunmuşdur). Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Əli” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girməsi, 25 mart 2024-cü il tarixdə Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilməsi və orada üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı bir ədəd sarı rəngli bağlamanın içərisindəki bükülülərdən külli miqdarda narkotik vasitə olan tiryək və qurudulmuş marixuananın aşkar edilərək götürülməsi işin mübahisəsiz halıdır. Cinayət işinin materiallarından həm də o, görünür ki, Təqsirləndirilən şəxs əlində olan bağlamadakı narkotik vasitələrin tiryək və qurudulmuş marixuana növündə, eyni zamanda külli miqdarda olmaqla, şəxsi istehlak miqdarından çox olmaları, onun narkotik vasitəni öz istifadəsi üçün deyil, məhz satış məqsədilə əldə etməsini deməyə əsas verir. Məhkəmə eyni zamanda qeyd edir ki, narkotik vasitələrin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, işin digər hallarını, yəni, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəkdən istifadə etməsini, hadisə baş verən gün İran İslam Respublikasının vətəndaşı ilə danışıb, onun göndərdiyi narkotik vasitəni götürmək üçün əvvəlcədən müəyyənləşdirilmiş yerə getməsi, üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı aşkarlanmış narkotik vasitələr barəsində məhkəmə-kimyəvi-bioloji ekspertizasının rəyi ilə tanış olarkən rəy üzrə hər hansı bir vəsatətinin olmaması, təqsirləndirilən qismində verdiyi ifadələrində, habelə barəsində qətimkan tədbirinin seçilməsi zamanı məhkəmədə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək əməlindən peşiman olması, polis şöbəsində ona qarşı zor tətbiq edilməməsi barədə dediklərini nəzərə alaraq hesab edir ki, o, narkotik vasitə olan qurudulmuş marixuana və tiryəki qəsdən satış məqsədilə əldə etmiş, daşımış və saxlamışdır. Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələri satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, yuxarıda qeyd olunanlardan başqa ondan aşkar olunan narkotik vasitələrin qurudulmuş marixuana və tiryək kimi müxtəlif növdə olmaları, çəkiləri narkotik vasitələrə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə qeyd olunan cinayət əməllərinin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixotrop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum Qərarının 14-cü bəndinin 2-ci yarımbaşlığına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 102 və 146cı bəndlərinə əsasən tiryək və marixuana dövriyyəsi qadağan olunmuş narkotik vasitələrdir; Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 109.1-ci bəndinə əsasən təmiz halda 500 qramdan 50000 qramadək çəkidə narkotik vasitə qurudulmuş marixuana və 182-ci bəndinə əsasən təmiz halda 50 (əlli) qramdan 5000 (beş min) qramadək tiryək külli miqdar təşkil edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi ilkin izahat və ifadələri ilə yanaşı, məhkəmədə verdiyi qismən etirafedici, habelə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, “şəxsi axtarış və götürmə haqqında”, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər sənədlər, maddi sübut kimi tanınmış ayrı-ayrı növdə olan narkotik vasitələr, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefonda olan məlumatlar və aparılan yazışmalar (sms mətnləri), yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və narkotik vasitə istifadəçisi olduğu üçün peşmançılıq çəkdiyini bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamadakı bükülülərdən aşkar olunaraq götürülmüş 1229,0 qram çəkidə narkotik vasitə tiryəkin tədqiqatdan sonrakı 1228,9 qram və 1624,0 qram narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 1623,8 qram qalıqları məhv edilməli; Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı; şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin əks olunduğu DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 130 (bir yüz otuz) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 25 mart 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 130 (bir yüz otuz) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamadakı bükülülərdən aşkar olunaraq götürülmüş 1229,0 qram çəkidə narkotik vasitə tiryəkin tədqiqatdan sonrakı 1228,9 qram və 1624,0 qram narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 1623,8 qram qalıqları məhv edilsin; Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın; şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin əks olunduğu DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar