Məhkəmə qərarları › İş №1(099)-629/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-629/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-629/2023 22.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 30 avqust 1976-cı ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada avtomobillərin təmiri ustası işləyən, məhkum olunmamış, Astara şəhəri, S.Vurğun küçəsi, ev 2-də qeydiyyatda olmaqla, Astara şəhəri, N.Orucov küçəsində yerləşən fərdi yaşayış evində yaşamış və və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda- 806,087 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib bir hissəsini üzərində saxlayaraq daşımış, bir hissəsini isə yaşadığı Astara şəhəri, N.Orucov küçəsində yerləşən fərdi yaşayış evinin həyətində olan tikilinin içərisində saxlamış, 21 aprel 2023-cü il tarixdə, saat 08:30-da o, idarə etdiyi “Mercedes Daimler” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara şəhəri ərazisində yük daşıma qaydalarını pozduğuna görə Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra özünü şübhəli apardığına və üzərində narkotik vasitə olduğunu bildirdiyinə görə Astara Rayon Polis Şöbəsinə aparılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda 3,034 qram və 3,053 qram olmaqla cəmi 6,087 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüş, habelə həmin gün, saat 10 radələrində Təqsirləndirilən şəxs yaşadığı Astara şəhəri, N.Orucov küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə baxış zamanı evin həyətindəki tikilinin içərisində olan sandığın içərisindən iki ədəd sellofan bağlamada ayrı-ayrılıqda 690,0 qram və 110,0 qram olmaqla cəmi 800,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vadır və ailəsi ilə birlikdə Astara şəhəri, S.Vurğun küçəsi, ev 2-də qeydiyyatda olmaqla, Astara şəhəri, N.Orucov küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi qaydada avtomobillərin təmiri ilə məşğul olmuşdur. Təxminən 5-6 ildir ki, marixuanadan istifadə etməyə başlamışdır. Mütəmadi olmasa da, ay ərzində bir neçə dəfə marixunadan istifadə etmişdir. Marixuananı tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Üç-dörd il əvvəl Astara şəhərində dəniz kənarında olarkən kolluğun dibindən bir ədəd sellofan torbanın içərisində marixuana tapmışdır. Marixuana istifadəçisi olduğundan həmin torbanı evinə gətirib həyətindəki anbar kimi istifadə etdiyi tikilinin içərisində olan sandıqda gizlətmişdir. Sonra həmin torbadan hər dəfə az miqdarda götürüb xeyli müddət istifadə etmişdir. Həmçinin hər dəfə istifadəsi üçün torbadan götürdüyü marixuananı 1-2 ədəd kibrit qutusuna yığıb avtomobilə qoyub saxlamışdır ki, istifadə etsin. 21 aprel 2023-cü il tarixdə, səhər saatlarında yanacaq almaq məqsədi ilə 6 ədəd kanistrı özünə məxsus “Mercedes” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuşdur. Yük yerinə kanistırları yığdığından avtomobilin yük yerinin qapısı tam bağlanmamış, açıq qalmışdır. Həmin vaxt istifadəsi üçün iki ədəd kibrit qutusunda marixuana da avtomobilində olmuşdur. Sonra o, avtomobili idarə edib həyətindən küçəyə çıxıb Astara şəhəri ərazisində hərəkətdə olarkən post-patrul xidməti avtomobilində olan polis əməkdaşı ona avtomobili saxlamasına göstəriş vermiş, o da avtomobili yolun kənarına çəkib dayandırmışdır. O, polislərin avtomobilini axtaracaqlarını düşünüb, avtomobilinə qoyduğu iki ədəd kibrit qutusunda marixuananı hər ehtimala qarşı götürüb əynindəki gödəkcənin cibinə qoyub avtomobildən düşmüşdür. Polis əməkdaşları ona yaxınlaşarkən özündən asılı olmayaraq həyəcanlanıb özünü itirmiş və polislərə üzərində istifadəsi üçün marixuana olduğunu bildirib onu buraxmalarını xahiş etmişdir. Polislər isə ona avtomobilinin yük yerinin qapısının açıq olduğu və bu səbəbdən yük daşıma qaydalarını pozduğunu bildirmiş, sonra da onu, həm də avtomobilini Astara RPŞ-nə aparmışlar. Polis şöbəsinə aparılarkən üzərində iki ədəd kibrit qutusunda marixuana olmuş, üzərində marixuana olmasını polis əməkdaşları da bilmişdir. Polis şöbəsində ona üzərində axtarış aparılacağı bildirilmiş, sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü əynindəki gödəkcənin cibindən iki ədəd kibrit qutusunu çıxarıb təqdim edib içərisində marixuana olduğunu, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi iki ədəd kibrit qutusunun içərisindən marixuana aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən aşkar olunmuş marixuana kütlələri elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Sonra üzərində aşkar olunmuş marixuana ilə bağlı sorğu-sual olunub izahat verərkən o, bir neçə il əvvəl içərisində marixuana olan torba tapdığını, həmin marixuanadan istifadə etdiyini, qalan hissəsinin isə yaşadığı evin həyətində olan tikilidə saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evə baxış keçiriləcəyini bildirmiş, o da etiraz etməmiş və həmin gün özünün və vəkilin iştirakı ilə, həm də videoçəkilişlə yaşadığı evin həyətində olan tikiliyə baxış keçirilmişdir. Baxış zamanı özü evinin həyətindəki anbar kimi istifadə etdiyi tikilidə olan sandığı açıb içərisindən bir ədəd torbanı götürüb polislərə təqdim etmişdir. Həmin torbanın içərisindən iki ədəd bağlamada marixuana kütlələri aşkar edilmişdir. Təqdim etdiyi marixuana kütlələri elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, sonra sənədləşmə aparılmışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, üzərindən və yaşadığı evdən aşkar olunmuş marixuana ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Astara RPŞnin əməkdaşı olmaqla Astara RPŞ-nin PPXB-nin tağım komandiri vəzifəsində xidmət edir. 21 aprel 2023-cü il tarixdə, saat 08 radələrində Astara şəhəri ərazisində PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3la birlikdə post-patrul xidməti apararkən küçədə yolla hərəkət edən “Mercedes” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinin açıq vəziyyətdə çoxlu sayda kanistr daşımasını görüb sürücü yük daşıma qaydalarını pozduğuna görə həmin avtomobilin sürücüsünə işarə verib saxlamasını bildirmiş, avtomobili idarə edən tanımadığı şəxs də avtomobili saxlamışdır. Sonra o, avtomobildən düşüb sürücüyə tərəf getmiş, sürücü də avtomobildən düşüb onlara tərəf gəlmişdir. O, avtomobilin sürücüsünə, yəni sonradan adını bildiyi Aftandil adlı şəxsə (Təqsirləndirilən şəxs) özünü təqdim edib, hansı səbəbdən avtomobili yük yeri açıq vəziyyətdə idarə etməsini soruşmuş, Aftandil isə özünü itirib həyəcanlanaraq verdiyi suallara cavab verə bilməmişdir. Ona bir az da yaxınlaşanda Aftandil daha da həyəcanlanıb, üzərində “nəşə” (marixuana) olduğunu, marixuanadan istifadə etdiyini bildirib onu buraxmalarını xahiş etmişdir. Aftandil üzərində narkotik maddə olmasını bildirdiyindən o, Aftandilə polis şöbəsinə aparılacağını bildirmiş, Aftandil polis şöbəsinə getmək istəməyib onu buraxmalarını xahiş etmiş, o isə Aftandilə gəlməməsi və araşdırmadan yayınmasının məsuliyyətə səbəb olacağını izah etmiş, bundan sonra Aftandil onunla razılaşmış və onlar onu avtomobillə birlikdə rayon polis şöbəsinə aparmışlar. Şöbədə o, hadisə ilə bağlı dərhal raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Bundan sonra şöbədə təhqiqatçı Samir Rəsullu tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə Aftandilin üzərində axtarış aparılmışdır. Axtarış zamanı Aftandil əynindəki gödəkcənin cibindən iki ədəd kibrit qutusunu çıxarıb təqdim edib içərisində marixuana olduğunu, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin iki ədəd kibrit qutusunun içərisindən marixuana kütlələri aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Şifahi sorğu zamanı Aftandil üzərində aşkar olunmuş marixuananı bir müddət əvvəl yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bir iki saatdan sonra təhqiqatçı tərəfindən vəkilin və Aftandilin iştirakı ilə, həm də videoçəkilişlə Aftandilin yaşadığı evin həyətinə baxış keçirilmişdir. Baxış zamanı Aftandil yaşadığı evin həyətində olan tikiliyə daxil olmuş və orada olan sandığın içərisindən bir ədəd sellofan torbanı götürüb təqdim edib torbanın içərisində marixuana olduğunu bildirmişdir. Həmin torbanın içərisindən iki ədəd bağlamada marixuana kütlələri aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Aftandil üzərindən və yaşadığı evdən aşkar olunmuş marixuananı öz istifadəsi üçün saxladığını, heç kimə marixuana satmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Astara RPŞ-nin əməkdaşının 21 aprel 2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, həmin tarixdə, saat 08:30-da Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Daimler” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara şəhəri ərazisində yük daşıma qaydalarını pozduğuna görə Astara RPŞ-nin RPŞ-nin PPX-nin əməkdaşları tərəfindən saxlanılmış və Təqsirləndirilən şəxs özünü şübhəli apardığına və üzərində narkotik vasitə olduğunu bildirdiyinə görə saxlanılıb Astara RPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması barədə” 21 aprel 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Astara RPŞ-nin TB-nin təhqiqatçısı Samir Rəsullu tərəfindən müdafiəçi Allahverən Əbilovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iki ədəd kibrit qutusunda marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin marixuana olduğunu, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, “Baxış və götürmənin aparılması barədə” 21 aprel 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Astara RPŞ-nin TB-nin təhqiqatçısı Samir Rəsullu tərəfindən müdafiəçi Allahverən Əbilovun və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Astara şəhəri, Nail Orucov küçəsində yerləşən fərdi yaşayış evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin həyətində yerləşən tikilinin içərisində olan sandıqdan bir ədəd qara rəngli sellofan torbanı götürüb təqdim etmiş, həmin torbanın içərisində iki ədəd bağlamada qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı iki ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 22 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Astara şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi-3,034 qram və 3,053 qram olmaqla ümumi təmiz çəkisi 6,087 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Astara şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki anbardan aşkar edilmiş kütlələr ...” sözlər və imzalar olan bir ədəd bağlamadakı, ayrı ayrılıqda təmiz çəkisi-690,0 qram və 110,0 qram olmaqla ümumi təmiz çəkisi 800,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Astara şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr...” və “Astara şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki anbardan aşkar edilmiş kütlələr...” sözlər və imzalar olan 1 ədəd zərfdəki və 1 ədəd bağlamadakı ümumilikdə 4 ədəd olmaqla ümumi təmiz çəkisi 806,087 qram olan marixuanalar, xarici görünüşlərinə və bioloji komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 805,887 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulunda yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Sübutların qiymətləndirilməsi və əməlin tövsifi haqqında” 12 iyul 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 805,887 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Astara RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı üç ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 12 iyul 2023cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitənin mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarış və baxışa dair protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayəti törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 806,087 qram narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlara və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-806,087 qram qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Astara Rayon Məhkəməsinin 24 aprel 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 aprel 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Astara şəhər İƏD üzrə Nümayəndəlikdən verilmiş 17 iyul 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Astara şəhəri, S.Vurğun küçəsi, ev 2-də qeydiyyatda olmaqla, Astara şəhəri, N.Orucov küçəsində yerləşən fərdi yaşayış evində yaşamış və yaşadığı müddətdə qənaətbəxş (nümayəndəliyə ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Astara şəhər İƏD üzrə Nümayəndəlikdən verilmiş 17 iyul 2023-cü il tarixli arayışla müəyyən olunur ki, 10 dekabr 2015-ci il təvəllüdlü X1 Yusifovun himayəsindədir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirin halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirin halı, habelə şəxsiyyətini xarakterizə edən halları, o cümlədən ilk məhkumluğu və törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını, eləcə də işin faktiki halları, o cümlədən üzərində narkotik maddə olmasını bildirməklə yanaşı yaşadığı evdədə narkotik maddə saxlamasını etiraf edib həmin narkotik maddəni təhqiqat orqanına təqdim etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası aşağı həddə təyin edilməsi əsaslı və qanunidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Astara RPŞ-nin maddi sübutlar otağında saxlanılan 805,887 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə edilmiş, axtarış və baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 805,887 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə edilmiş, axtarış və baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı 3 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar