Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-630/2023 25.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi və zərər çəkmiş şəxsin hüquqi varisi X5 iştirakı ilə, xx xxx 1964-cü ildə Masallı rayonunun Təzə Alvadı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış və barəsində 08 may 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs arvadı X1 2022-ci ilin dekabr ayından başlayaraq yaşadığı Masallı rayonunun Təzə Alvadı kəndinin mərkəzində yerləşən “Səlim market”də xadimə işləməklə başqa şəxslə görüşdüyünü eşidib ona xəyanət etməsi şübhəsi ilə işdən çıxmasını tələb etdiyinə görə aralarında yaranmış mübahisə zamanı Sədaqət Səfərovanın birgə yaşadıqları evi tərk edib valideynlərinin evinə getməsi səbəbindən qısqanclıq zəminində onu qəsdən öldürmək qərarına gəlib bu məqsədlə 07 may 2023-cü ildə, səhər saatlarında evində spirtli içki qəbul edib sərxoş vəziyyətdə mətbəxdən bıçaq götürərək sonuncunun işlədiyi marketin yaxınlığına gəlib onun işə gəlməsini gözləmiş, həmin gün saat 08 radələrində Sədaqət Səfərovanın gəldiyini görüb üzərinə hücum edərək özü ilə gətirdiyi soyuq silah hesab edilməyən bıçaqla Sədaqət Səfərovanı öldürmək niyyəti ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə vurmuş, sonuncunun onu öldürməməsi üçün ona yalvarmasına, əlindən çıxaraq qaçmaq istəməsinə baxmayaraq öz cinayətkar niyyətini davam etdirib müstəsna dərəcədə qəddarlıq göstərərək, xüsusi amansızlıq nümayiş etdirməklə aşkar surətdə arvadına xüsusi əzab verdiyini dərk edib bunu arzulayaraq niyyətini başa çatdırmaq və şiddətli ağrılar vermək məqsədilə sonuncuya yetirildiyi anda həyat üçün təhlükəli olmaqla, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz edən ürək kisəsini, ürəyi və sol ağciyəri zədələyən 06 ədəd kəsilmiş-deşilmiş yaraları, dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz etməyən 09 ədəd kəsilmiş-deşilmiş yaraları, sol saidin, sol əlin ikinci və sağ əlin İİİ barmağının 04 ədəd kəsilmiş yaraları ilə müşayiət olunan bədən xəsarətləri yetirərək Sədaqət Səfərovanı xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, arvadı Sədaqətlə əvvəllər aralarında münasibətləri yaxşı olsa da, Sədaqət “Səlim market” adlanan ərzaq dükanında satıcı kimi işləməyə başladıqdan sonra onun dükanda işləyən Cabbar və digər şəxslərlə sevgi münasibətləri olduğunu eşidib onunla söhbət edərkən Sədaqət ona reaksiya göstərməyib öz bildiyi kimi hərəkətlər etməklə ona qarşı hörmətsizlik etdiyindən aralarında tez-tez mübahisələri olmuş, dükan sahibi Akifin yanına gedərək Sədaqəti işdən çıxarmasını xahiş etsə də sonuncu arvadını işdən azad etməmişdir. Sədaqətin ona soyuq münasibət göstərməsini xəyanət etməsi kimi düşünüb onu öldürmək qərarına gəlmiş, 07 may 2023-cü ildə, səhər saat 07 radələrində evdə 100 qram spirtli içki qəbul edərək mətbəxdən bıçaq götürüb cibinə qoyaraq Sədaqətin iş yerinə getmiş, sonuncunun piyada gəldiyini və həmin vaxt ətrafda heç kimin olmamasından istifadə edərək ona yaxınlaşarkən Sədaqət onu görüb qaçmaq istəmiş, lakin o, buna buna imkan verməyib onu arxadan tutaraq əlindəki bıçaqla sonuncuya arxadan bir neçə zərbə vurmuş, Sədaqət qışqırıb müqavimət göstərmək istəyəndə yenidən bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq onu dükanın qabağında yerə yıxmış, sonra dayanmadan ona çoxsaylı zərbələr vurmuş, Sədaqət yerdə hərəkətsiz halda qalarkən kimsə onu arxadan qucaqlayıb kənara çəkmiş, həmin vaxt əlindəki bıçaq Sədaqətin kürəyinə saplanmış vəziyyətdə qalmışdır. Arvadı Sədaqətin ona xəyanət etməklə el arasında onu rüsvay etdiyi üçün arvadını öldürdüyünü və əməlindən peşimanlıq keçirmədiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, mərhum Sədaqət Səfərova bacısı olmaqla təxminən 9 il bundan əvvəl həmkəndlisi Təqsirləndirilən şəxs ailə həyatı qurmuş, birgə nikahlarından uşaqları olmamış, onların arasında əvvəllər münasibətlər yaxşı olmuş, lakin Gülağanın spirtli içki qəbul edən zaman heç bir səbəb olmadan bacısı Sədaqəti təhqir edib incitdiyini və döydüyünü eşitmişdir. 07 may 2023-cü ildə, saat 08 radələrində Gülağanın bacısı Sədaqəti işlədiyi marketin qabağında bıçaqla çoxsaylı zərbələr vuraraq onu xüsusi amansızlıqla öldürdüyünü eşidib hadisə yerinə gələrkən bacısının meyitini həmin yerdə görmüş, bacısı Sədaqət ərinə qarşı heç vaxt xəyanət etməmiş, heç kimlə sevgi münasibəti olmamış, Gülağa bacısına şər atmaqla cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Təqsirləndirilən şəxslə barışmadığını, onu bağışlamadığını bildirmiş və Gülağaya ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 da zərər çəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və arvadı, mərhum Sədaqət Səfərova onun həmkəndliləri olmaqla onlarla aralarında həmişə normal münasibətlər olmuş, Sədaqət onun dükanında işləmiş, Sədaqətin dükanda heç kimlə problemi və ya yaxın münasibəti olmamışdır. 07 may 2023-cü ildə, səhər saat 07 radələrində dükanda satıcı işləyən bacısı oğlu Əlicabbar ona zəng edərək Gülağanın arvadı Sədaqəti dükanın qabağında bıçaqlayıb öldürməsi barədə məlumat vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Gülağanı və mərhum Sədaqəti həmkəndlisi kimi tanımış, hər iki şəxslə normal münasibətləri olmuşdur. 07 may 2023-cü ildə, səhər saat 07 radələrində heyvanlarını otarmaq üçün apararkən Akifin dükanı tərəfdən qışqırıq səsləri gəldiyini eşidib həmin yerə gedərkən Gülağanın arvadı Sədaqətin arxadan saçından tutub yerə yıxaraq vurduğunu görmüş, ilk əvvəl Gülağanın arvadına yumruqla zərbələr vurduğunu zənn etmiş, lakin ona yaxınlaşanda sonuncunun əlindəki bıçaqla Sədaqətin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurduğunu, sonra arvadını yerə yıxaraq ona bıçaqla zərbələr vurmaqda davam etdiyini görüb, “ay Gülağa yazıqdı vurma” desyərək qışqırmış, Sədaqət yerdə uzanıqlı vəziyyətdə Gülağaya onu vurmaması üçün yalvarmış, əlləri ilə Gülağaya müqavimət göstərməyə çalışmış, həmin vaxt özü və bir neçə həmkəndlisi Gülağanı Sədaqətdən uzaqlaşdırmağa çalışsalar da, sonuncu ardıcıl zərbələr vurmağı dayandırmadığından və bərk əsəbi halda onlara da xəsarət yetirə biləcəyini düşünüb ondan bir az aralanmış, Gülağa əlindəki bıçağı sonuncunun arxa sol kürəyinə sapladığı vaxt xatırlamadığ həmkəndlisi Gülağanı Sədaqətdən ayıraraq kənara itələmiş, həmin vaxt Sədaqət halsız vəziyyətdə arxası üstə yerdə çabalayaraq xırıldamış, Gülağanın onu vurduğu bıçaq isə Sədaqətin kürəyinə saplanmış vəziyyətdə qalmış, Gülağa evinə tərəf getmiş, hadisə yerində olan şəxslərdən kimsə Təcili-Tibbi Yardıma zəng etmiş, təcili tibbi yardım maşını hadisə yerinə gələrək Sədaqət Səfərovanı xəstəxanaya aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 da Şahid4 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 07 may 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Masallı rayonunun Təzə Alvadı kəndinin mərkəzində yerləşən “Səlim market” in qarşısında baş vermişdir. İş materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, hadisənin harada, hansı şəraitdə baş verdiyini əyani şəkildə göstərmiş və həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarında olan “tanınmaya təqdim etmə haqqında” protokoldan görünür ki, cinayətin aləti olan bıçaq Təqsirləndirilən şəxs təqdim edilərkən o, təqdim olunmuş bıçaqlar arasından ona məxsus olan bıçağı tanımış və arvadı Sədaqət Səfərovanı həmin bıçaqla öldürdüyünü bildirmişdir. İş materiallarında olan 07 may 2023-cü il tarixli “sərxoşluğun müayinə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 07 may 2023-cü il tarixli protokoldan görünür ki, diskdə olan videogörüntüdə Təqsirləndirilən şəxs arxadan arvadı Sədaqət Səfərovaya yaxınlaşıb əlindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurandan sonra onu yerə yıxması, yerdə olarkən əlindəki bıçaqla dayanmadan Sədaqət Səfərovanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurması, həmin vaxt yaxınlıqda olan bir neçə şəxs hadisə yerinə yaxınlaşaraq Sədaqəti Gülağanın əlindən almağa cəhd göstərməsi, lakin sonuncu onlara əhəmiyyət verməyib Sədaqəti vurmaqda davam etməsi, daha sonra isə hadisə yerinə gəlmiş şəxslərdən biri X8 ayıraraq kənara çəkməsi və Gülağanın ərazidən uzaqlaşaraq getməsi öz əksini tapmışdır. İş materiallarında olan 08 may 2023-cü il tarixli əməliyyat tapşırığına Masallı rayon polis şöbəsinin 05 iyun 2023-cü il tarixli cavab məktubundan görünür ki, Masallı rayonu, Təzə Alvadı kənd sakini Təqsirləndirilən şəxs 07 may 2023-cü ildə, saat 08 radələrində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qeyri-rəsmi nikahla yaşadığı arvadı Sədaqət Səfərovanı sonuncunun işlədiyi Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən “Səlim market” adlanan ərzaq dükanın qabağında bıçaqla çoxsaylı zərbələr vuraraq qəsdən öldürmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxslə arvadı Sədaqət Səfərova arasında dəfələrlə münaqişə olmuş, Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi keçirmiş, müsbət xarakteriza olunmamış, Sədaqət Səfərovanın digər bir şəxs o cümlədən Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən “Səlim market”in sahibi Şahid2 və sonuncunun bacısı oğlu Cabbar adlı şəxslə sevgi (intim) münasibətinin olması faktı öz təsdiqini tapmamışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 07 may 2023-cü il tarixli, saylı rəyindən görünür ki, mərhum X1 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: Döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz edən (altı ədəd) və nüfuz etməyən (doqquz ədəd) ürək kisəsini, ürəyi və sol ağciyəri zədələyən çoxsaylı deşilmiş-kəsilmiş yaraları, sol saidin, sol əlin ikinci və sağ əlin üçüncü barmağının kəsilmiş yaraları (dörd ədəd). Aşkar olunan xəsarətlər deşici-kəsici əşyanın, ola bilər ki, ekspertizaya təqdim olunan bıçağın və buna oxşar digər alətin təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir. Döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz edən (altı ədəd) ürək kisəsini, ürəyi və sol ağciyəri zədələyən kəsilmiş-deşilmiş yaraları dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə, döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz etməyən (doqquz ədəd), sol saidin, sol əlin ikinci və sağ əlin İİİ barmağının kəsilmiş yaraları (dörd ədəd) dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdir. X11 ölümünə səbəb ürəyin və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan çoxsaylı deşilmişkəsilmiş yaralar nəticəsində əmələ gələn xarici və daxili qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 2-4 saat əvvəl baş vermişdir. Mərhum S.Səfərovanın meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı qanda alkoqol və hər hansı bir narkotik maddə aşkar olunmamışdır. X11 uşaqlıq yolundan və düz bağırsaqdan götürülmüş tamponların tibbi-bioloji tədqiqatı zamanı spermatozoidlər aşkar olunmamışdır. İş materiallarında olan kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 25 may 2023-cü il tarixli, 1472 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı pxisi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törətməmişdən əvvəl, eləcə də cinayəti törətdikdən sonra xronki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, impulsivlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Kinlilik, inadkarlıq, eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini tam həcmdə dərk etməklə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində impulsivlik, qəzəb kimi hallar yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə şərtləşmişdir.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan məhkəmə-lifli materiallar ekspertizasının 09 iyun 2023-cü il tarixli 6/2841 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və X1 geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif mikrohissəciklərinin arasında,- Sədaqət Səfərovanın donunun üzərindən aşkar edilmiş göy-açıq göy poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə uyğun gəlirlər, Təqsirləndirilən şəxs köynəyinin üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Sədaqət Səfərovanın donunun tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan məhkəmə-trasoloji və soyuq silah ekspertizasının 14 iyun 2023-cü il tarixli 3/807, 3/808 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 (iki) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçaqlarıdır, soyuq silah hesab edilmirlər, üzərilərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. - Təqdim edilmiş üzərində “mərhum X2 məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş jiletin, donun, maykanın və büstqalterin səthində yerləşmə sahəsi və sayı rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr (büstqalterin səthindəki “c” və “ç” zədələri istisna olmaqla” bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində müxtəlif istiqamətlərdə (sağdan sola, yuxarıdan aşağı və s) yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Büstqalterin səthindəki “c” və “ç” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsirindən yaranmağa xarakterik kəsilmə zədələridir. - Təqdim edilmiş jiletin, donun, maykanın və büstqalterin səthindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş üzərində “təq.şəxs Təqsirləndirilən şəxs arvadı X3 öldürdüyü 01 ədəd bıçaq” yazı qeydləri olan bükülüdən aşkar edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. - Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus” bağlamadan aşkar edilmiş cins şalvarın və uzunqol köynəyin səthində zədə yoxdur. İş materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının 07 iyul 2023-cü il tarixli, 401/2023-MTBŞ nömrəli rəyindən görünür ki, X1 ABO sistemi üzrə qan qrupu: AB/H//İV/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: O/İ/-dir. Ekspertizaya təqdim edilmiş mərhum X2 məxsus papaqlı xalat, jilet, qolsuz kofta, şalvar, büstqalter, trusik, baş örtüyü, ləçək, bir cüt corab üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,B,H antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Beləliklə, bu qan ləkələri AB/H//İV/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X2 məxsus ola bilər. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə bu qan ləkələri O-alfa, beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. Bu ləkələrdə X1 qanının olması ABO sistemi ilə inkar olunur. Ekspertizaya təqdim edilən iki ədəd bıçaq üzərində və hadisə yerindən 02 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup göstəriciləri təyin edildikdə qrup antigenləri alınmadığı üçün iki ədəd bıçaq və iki ədəd pambıq topası üzərindəki qanların qrup mənsubiyyəti barədə fikir söyləmək mümkün deyil. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 may 2023-cü il tarixli 521 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə maddi sübut kimi tanınan və təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar və bir ədəd köynək, mərhum Sədaqət Səfərovaya məxsus bir ədəd gödəkçə, bir ədəd baş örtüyü, bir ədəd don, bir ədəd mayka, bir ədəd döşlük, bir ədəd şalvar, bir ədəd trusik, bir cüt corab, 01 cüt ayaqqabı, cinayətin aləti olan bir ədəd bıçaq və 02 ədəd pambıq topası üzərinə hopdurulmuş qanabənzər ləkələr Masallı rayon prokurorluğunda saxlanılır, istintaq hərəkəti protokollarına əlavələr olan 02 ədəd disk cinayət işinin materiallarında əlavə edilmişdir. İş materiallarında olan qərardan görünür ki, mərhum Sədaqət Səfərovaya məxsus 01 ədəd əl çantası içindəkiləri əşyalarla, 01 ədəd mobil telefon, 01 cüt sırğa və 01 ədəd üzüklə birlikdə zərər çəkmiş şəxsin hüquqi varisi Səfər Səfərova qaytarılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən (təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin isə məhkəməyədək icraat zamanı eyni zamanda məhkəmədə verdiklləri təsdiqedici) ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının 8-ci bəndini də nəzərə alır. Həmin qərarın 8-ci bəndinin izahına görə təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanılması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərər çəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli birbaşa qəsdlə törədilmiş, başa çatmış cinayətdir. Belə ki, təqsirləndirilən şəxs öz əməlinin (hərəkətinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı ona elan edilmiş ittihamda nəzərdə tutulan ictimai təhlükəli əməlin törədilməsini, həmin əməlin törədilməsində təqsirləndirilən şəxsin qəsdən iştirak etməsini, törədilmiş əməlin ona aid edilməsini təsdiq edən, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayəti qısqanclıq zəmnində xüsusi amansızlıqla törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Cinayət qanunvericiliyinin izahına əsasən “ağırlaşdırıcı halda qəsdən öldürmə” cinayət əməlləri cinayətlərin təsnifatına və ya Azərbaycan Respublikası CM-in 15.5-ci maddəsinə əsasən “xüsusilə ağır cinayət” hesab olunurlar. Təqsirləndirilən şəxs X6 istinad edilən əməl də “xüsusilə ağır cinayət” hesab edilir. Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən isə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah edilməsi və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür. Məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad olunması üçün, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi və ya onun şərti məhkum olunması üçün əsaslar müəyyən olunmadı. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 07 may 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, Masallı rayon məhkəməsinin 08 may 2023-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 07 may 2023-cü ildən hesablanmaqla təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-in 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CM-in 56.1, 56.1.3-cü maddələrinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Həmin Məcəllənin 56.2ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs həmin cəzanın hər hansı bir hissəsini həbsxanada çəkməsini zəruri hesab etmir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı rayon prokurorluğunda saxlanılan və təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar və bir ədəd köynək, eləcə də mərhum Sədaqət Səfərovaya məxsus bir ədəd gödəkçə, bir ədəd baş örtüyü, bir ədəd don, bir ədəd mayka, bir ədəd döşlük, bir ədəd şalvar, bir ədəd trusik, bir cüt corab, 01 cüt ayaqqabı, cinayətin aləti olan bir ədəd bıçaq və 02 ədəd pambıq topası üzərinə hopdurulmuş qanabənzər ləkələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, mərhum Sədaqət Səfərovaya məxsus 01 ədəd əl çantası içindəki əşyalarla - 01 ədəd mobil telefon, 01 cüt sırğa və 01 ədəd üzüklə birlikdə zərər çəkmiş şəxsin hüquqi varisi Səfər Səfərova qaytarılması nəzərə alınmalı, istintaq hərəkəti protokollarına əlavələr olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 234 (iki yüz otuz dörd) manat Təqsirləndirilən şəxs alınaraq dövlət hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni - 7 may 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 234 (iki yüz otuz dörd) manat Təqsirləndirilən şəxs alınaraq dövlət hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Masallı rayon prokurorluğunda saxlanılan və təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar və bir ədəd köynək, eləcə də mərhum Sədaqət Səfərovaya məxsus bir ədəd gödəkçə, bir ədəd baş örtüyü, bir ədəd don, bir ədəd mayka, bir ədəd döşlük, bir ədəd şalvar, bir ədəd trusik, bir cüt corab, 01 cüt ayaqqabı, cinayətin aləti olan bir ədəd bıçaq və 02 ədəd pambıq topası üzərinə hopdurulmuş qanabənzər ləkələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, mərhum Sədaqət Səfərovaya məxsus 01 ədəd əl çantası içindəki əşyalarla - 01 ədəd mobil telefon, 01 cüt sırğa və 01 ədəd üzüklə birlikdə zərər çəkmiş şəxsin hüquqi varisi Səfər Səfərova qaytarılması nəzərə alınsın, istintaq hərəkəti protokollarına əlavələr olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Cəlil Nəbiyev
2. Cavid Səfərli
3. Müşfiq Məmmədov