Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-631/2024 20.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə, xx xxxx 1997-ci ildə Lənkəran Rayonu Aşağı Nüvədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu Aşağı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 28 mart 2024-cü il tarixdə saat 08 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi “Mercedes Benz 240 minik” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran rayonu Sütəmurdov kəndindən keçən avtomobil yolu ilə Lənkəran rayonu Gərmətük kəndi istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü olaraq sürətdən və hərəkət şəraitindən asılı olaraq eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısını almaq üçün zəruri ara məsafə seçməli olduğu və avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda həmin sürət həddini aşmamalı, Qanunun həmin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda avtomobili icazə veriləndən artıq, yəni 70 km/saat sürətlə idarə etmiş, həmçinin qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan istintaqla müəyyən olunmamış «Chevrolet Cruze» markalı avtomobil ilə lazımı ara məsafə saxlamamış, «Chevrolet Cruze» markalı avtomobilin sürücüsünün qəflətən əyləci basıb avtomobili yolun ehtiyat hissəsinə çıxarmaq istədiyini gördükdə həmin avtomobillə toqquşmanın qarşısını almaq üçün avtomobili əks istiqamətli hərəkət zolağına çıxarmış və həmin hərəkət zolağında üzü Lənkəran şəhəri istiqamətində 100 km/saat sürətlə hərəkətdə olan, X3 idarə etdiyi VAZ-21093 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan yolnəqliyyat hadisəsi törətməklə iki şəxsin-sonuncu avtomobilin sürücüsü X3 həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmaya aid olan-qabırğaların iki tərəfli sınıqları (sol İİ-Vİİİ, sağ İİ-X), hər iki ağciyər, dalağın zədələnməsi, döş və qarın boşluğunda qanaxma (1400 ml), döş qəfəsinin yumşaq toxumalar altına yayılmış qansızma, sağ baldır sümüyünün açıq qəlpəli, sol bud sümüyünün qapalı, alt çənə sümüyünün sınıqları, sağ baldır, alt çənə nahiyələrində əzilmiş yaralar, sol gicgah, sol bud, sol diz qapağı nahiyələrində sıyrıqlar, sol gözaltı, sol iç topuq nahiyələrində qançırları, avtomobildə sərnişin qismində olan atası X5 isə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik-qabırğaların ikitərəfli sınıqları (sol İ-X, sağ İİ-X), ürək, hər iki ağciyər, dalağın zədələnməsi, döş və qarın boşluğunda qanaxma (1750 ml), döş qəfəsinin yumşaq toxumalar altına yayılmış qansızma, sol körpücük sümüyünün sınığı, sol bazu sümüyünün açıq yerini dəyişən qəlpəli, sol bud sümüyünün qapalı, sol çanaq sümüyünün, sağ said sümüklərinin açıq sınıqları, sol bazu, sağ said nahiyələrində əzilmiş yaralar, alın, burun, sol bud, hər iki baldır nahiyələrində sıyrıqlar, sol körpücük nahiyəsində qançırdan ibarət xəsarətlər almaqla ölümələrinə səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli biərək göstərdi ki, baş etibarnamə ilə «Mercedes Benz E240» markalı, **- OZ-*** qeydiyyat nişanlı avtomobili BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə bacısı uşağını Lənkəran şəhər 4 saylı tam orta məktəbinə aparıb saat 08 radələrində oradan yaşadığı Lənkəran rayonu Aşağı Nüvədi kəndi istiqamətində yola düşmüşdür. Lənkəran rayonu Sütəmurdov kəndindən keçən avtomobil yolu ilə Gərmətük qəsəbəsi istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən qarşımda göy rəngli, «Chevrolet Cruze» markalı avtomobil hərəkətdə olmuşdur. Həmin avtomobilə 7-8 metr ara məsafəsi saxlamışdır. Bu zaman qarşısında hərəkətdə olan «Chevrolet Cruze» markalı avtomobilin sürücüsü əyləci basmış, sürəti azaltmış və avtomobili yolun sağ ehtiyyat hissəsinə istiqamətləndirmişdir. Ara məsafə az olduğundan avtomobili saxlamaq imkanı olmamış və həmin avtomobil ilə toqquşmamaq üçün avtomobili sol tərəfə, qarşı əks hərəkət zolağına döndərmişdir. Ani olaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan «VAZ 21093» markalı, **-BL-*** qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya güclü zərbə ilə toqquşmuşdur. Bundan sonra həmin zolaqda əks istiqamətdə hərəkətdə olan başqa bir «Chevrolet Cruze» markalı, **-HG-*** qeydiyyat nişanlı avtomobil onun avtomobilinin sağ ön tərəfdən qabaq hissəsinə sürtünmüşdür. Hadisədən sonra onu təcili tibbi yardım avtomaşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Hadisə nəticəsində «VAZ 21093» markalı avtomobilin sürücüsü X7 və onun atası X9 ölmüşlər. Ölmüş zərərçəkmiş şəxslərin hüquqi varisi ilə barışıq əldə etmiş və maddi yardım göstərmişdir. Əməlindən peşimandır. Zərərçəkmiş şəxslərin hüquqi varisi X4 məhkəmədə göstərdi ki, həyat yoldaşı Zaur Kərimov və oğlu Mircavad Kərimzadə xx.xx.2024-cü il tarixdə səhər saat 08 radələrində Mircavad Kərimzadənin idarə etdiyi «VAZ-21093 minik» markalı, **-BL-*** qeydiyyat nişanlı avtomobil ilə evdən çıxıb işə getmişlər. Həmin gün saat 09 radələrində həyat yoldaşının və oğlunun Lənkəran rayonu Sütəmurdov kəndindən keçən yolda qəzaya düşdüklərini eşitmiş və dərhal Lənkəran Rayon Mərkəxi Xəstəxanasına getmişdir. Ona məlum olmuşdur ki, həyat yoldaşı Zaur Kərimov və oğlu Mircavad Kərimzadə oğlunun idarə etdiyi avtomobillə xx.xx.2024-cü il tarixdə işə getdikləri zaman Sütəmurdov kəndinin ərazisində əks istiqamətdə hərəkətdə olan Əzizulla Sədyarov idarə etdiyi «Mersedes» markalı avtomoblili onların yoluna çıxarmış və nəticədə avtomaşınlar toqquşmuşlar. Oğlu Mircavad və əri Zaur elə hadisə yerində ölmüşlər. Hadisə ehtiyatsızlıq ucbatından baş vermiş, buna görə də «Mercedes» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxsla barışmışdır, Əzizulla Sədyarov və qohumları ona maddi köməklik göstərmişlər, Əzizulla Səyyarovdan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, xx.xx.2024-cü il tarixdə, səhər saat 08 radələrində idarə etdiyi «Chevrolet Cruze markalı», **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lənkəran şəhəri istiqamətində Sütəmurdov kəndindən keçən yolla hərəkətdə olarkən Kanserv zavodunun qarşısında «Mercedes» və «VAZ- 21093» markalı avtomobillərin toqquşduğunu, ətrafda olan bir neçə şəxsin hadisə yerinə toplaşdığını görüb avtomobildən düşmüşdür. Kimsə təcili tibbi yardıma zəng etmişdir. O isə bir nəfər şəxsin avtomobildə sıxışıb qaldığını bilərək istifadəsində olan ***-***-**-** saylı mobil telefonla “112” qaynar xəttinə zəng edib iki avtomobilin toqquşması, 1 nəfər şəxsin maşında sıxılıb qalması barədə məlumat vermişdir. Sonra isə işə getməli olduğna görə hadisə yerində qalmayıb oradan uzaqlaşmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 28 mart 2024-cü il tarixdə saat 08 radələrində idarə etdiyim «Chevrolet Cruze» markalı, **-HG-*** qeydiyyat nişanlı avtomobillə Lənkərpan rayonu Sütəmurdov kəndindən keçən avtomobil yolu ilə Lənkəran şəhəri istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən arxadan onunla eyni istiqamətdə hərəkət edən «VAZ-21093» markalı, **-BL-*** qeydiyyat nişanlı avtomobil onun avtomobilimi ötərək öz hərəkət zolağına qayıtmış və təxminən 100 km/saat sürtələ hərəkətini davam etdirmişdir. Elə bu anda əks istiqamətdə hərəkətdə olan «Mercedes» markalı, **-OZ-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü öz qarşısında hərəkətdə olan «Chevrolet Cruze» markalı avtomobili ötmək üçün «VAZ-21093» markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmış və onlar qarşı-qarşıya toqquşmuşlar. «VAZ- 21093» markalı avtomobillə «Mercedes» markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşduqdan sonra onun idarə etdiyi avtomobil «Mercedes» markalı avtomobilə yüngülcə dəymişdir. Bundan sonra avtomobildən yerə düşmüş, ətrafda olan şəxslər də qaçaraq hadisə yerinə gəlmişlər. Orada məlum olmuşdur ki, «VAZ-21093» markalı avtomobildə olmuş şəxslər hər ikisi hadisədən dərhal sonra ölmüşlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 Xəqani oğlu göstərdi ki, Lənkəran Şəhər Rayon X13 X15 yol patrul xidməti inspektoru vəzifəsində işləyir. 28 mart 2024-cü il tarixdə saat 08 radələrində ona Lənkəran rayonu Sütəmurdov kənd yolunda iki avtomobilin toqquşması barədə məlumat daxil olmuşdur. O, dərhal idarə etdiyi xidməti avtomobil ilə Lənkəran rayonu Sütəmurdov kənd yoluna getmişdir. Hadisə yerinə çatdıqda X6rşısında Gərmətük qəsəbəsi istiqamətində hərəkətdə olan «Mercedes Benz E240» markalı, **-OZ-*** qeydiyyat nişanlı avtomobil ilə Lənkəran şəhəri istiqamətində hərəkətdə olan «VAZ-21093» markalı, **-BL-*** qeydiyyat nişanlı avtomobilin «VAZ-21093» markalı avtomobilin hərəkət zolağında qarşı-qarşıya toqquşmaları məlum olmuşdur. «VAZ-21093» markalı avtomobilin sürücüsü Mircavad Kərimzadə və həmin avtomobildə sərnişin qismində olan atası Zaur Kərimov hadisə yerində ölmüşlər. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə Lənkəran rayonu Sütəmurdov kəndindən keçən avtomobil yolunda, yaşayış mənətəqəsi ərazisində baş vermişdir. Yol iki istiqamətlidir, asfaltın üzərində əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.5 nişanlanma xətti (qırıq xətt) vardır. Yolda hərəkət sürəti 60 km/saatdır. Toqquşma «VAZ-21093» markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən diskə baxış zamanı Lənkəran rayonu Sütəmurdov kənd yolunda üzü Gərmətük qəsəbəsi istiqamətində hərəkətdə olan «Mercedes Benz E240» markalı, **-OZ-*** qeydiyyat nişanlı avtomobilin qarşısında hərəkətdə olan avtomobili ötərkən əks istiqamətli yolda üzü Lənkəran şəhəri istiqamətində hərəkətdə olan «VAZ-21093» markalı, **-BL-*** qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşması, daha sonra üzü Lənkəran şəhəri istiqamətində hərəkətdə olan «Chevrolet Cruze» markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin «Mercedes Benz E240» markalı, **-OZ-*** qeydiyyat nişanlı avtomobilə sürtünməsi müəyyən olunmuşdur. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15 may 2024-cü il tarixli, 8/1137 saylı rəyindən görünür ki, hadisənin baş vermə şəraitində «Mercedes Benz E240» markalı, **-OZ-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Belə ki, sürücü Təqsirləndirilən şəxs qarşıda eyni istiqamətdə hərəkətdə olan avtomobilin sürətini azaltması və dayanması zamanı həmin avtomobil ilə toqquşmanın qarşısını almaq üçün lazım olan ara məsafəni saxlamamış, eyni zamanda avtomaşını sürət həddinin 60 ki/saat hədditndə məhdudlaşdırıldığı yolda 70 km/saat sürətlə idarə etmiş, bununla da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərini pzmuşdur. 28 mart 2024-cü il tarixli, 000449 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə zamanı sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Məhkəmə-tibbi ekspertizasının 20 aprel 2024-cü il tarixli, 06 saylı rəyindən görünür ki, mərhum X5 bədəni üzərində - qabırğaların iki tərəfli sınıqları (sol İ-X, sağ İİ-X), ürək, hər iki ağciyər, dalağın zədələnməsi, döş və qarın boşluğunda qanaxma (1750 ml), döş qəfəsinin yumşaq toxumalar altına yayılmış qansızma, sol körpücük sümüyünün sınığı, sol bazu sümüyünün açıq yerini dəyişən qəlpəli, sol bud sümüyünün qapalı, sol çanaq sümüyünün, sağ said sümüklərinin açıq sınıqları, sol bazu, sağ said nahiyələrində əzilmiş yaralar, alın, burun, sol bud, hər iki baldır nahiyələrində sıyrıqlar, sol körpücük nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə sərnişin olduğu minik avtomaşının digər avtomaşınla toqquşması zamanı avtomaşın salonunun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum: X5 ölümünə - döş qəfəsi və qarının küt travması ilə əlaqədar qabırğaların iki tərəfli sınıqları, ürək, hər iki ağciyər və dalağın zədələnməsi, daxili qanaxma səbəb olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 20 aprel 2024-cü il tarixli, 07 saylı rəyindən görünür ki, mərhum X3 bədəni üzərində - qabırğaların iki tərəfli sınıqları (sol İİ-Vİİİ, sağ İİ-X), hər iki ağciyər, dalağın zədələnməsi, döş və qarın boşluğunda qanaxma (1400 ml), döş qəfəsinin yumşaq toxumalar altına yayılmış qansızma, sağ baldır sümüyünün açıq qəlpəli, sol bud sümüyünün qapalı, alt çənə sümüyünün sınıqları, sağ baldır, alt çənə nahiyələrində əzilmiş yaralar, sol gicgah, sol bud, sol diz qapağı nahiyələrində sıyrıqlar, sol gözaltı, sol iç topuq nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə idarə etdiyi minik avtomaşının digər avtomaşınla toqquşması zamanı avtomaşın salonunun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum: X3 ölümünə - döş qəfəsi və qarının küt travması ilə əlaqədar qabırğaların iki tərəfli sınıqları, hər iki ağciyər, dalağın zədələnməsi və daxili qanaxma səbəb olmuşdur. Mərhum: X3 qanında məhkəmə-kimya tədqiqatı zamanı narkotik, alkoqol, psixotrop və güclü təsiredici maddələr aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16-5/2-5004/2024 nömrəli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Lənkəran rayonu Aşağı Nüvədi kənd sakini xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə “BC” kateqoriyalı, AE-820529 saylı sürücülük vəsiqəsinin verildiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş zərərçəkmiş şəxslərin hüquqi varisi X4 həm ibtidai istintaqda, həm də məhkəmə istintaqı zamanı ərizə ilə müraciət edərək göstərmişdir ki, sürücü Təqsirləndirilən şəxs ilə barışmışdır, hadisə nəticəsində ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs və qohumları tərəfindən ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. İstintaq zamanı «Mercedes Benz E240» minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı və «VAZ 21093» markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillər cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılmasından ötrü sahiblərinə verilmişdir. İstintaq zamanı baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 2591 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2021-ci il təvəllüdlü azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, onları biri-biri ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv təhlil edib hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması səbəbindən eyhtiyyatsızlıqdan yol-nəqliyyat hadisəsinin baş verməsinə və iki şəxsin ölümünə səbəb olması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Əzizulla Sədyarovun əməli CM-nin 263.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58, 59, 61-ci maddələrinin tələblərini nəzərə alaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, həmçinin cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini və dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın müddətini müəyyən edərkən CM-nin 60.1-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, şəxsin cəzasını CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş yüngülləşdirici hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs ittiham oldunduğu CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddi on il müəyyən edildiyindən, ona təyin olunan cəzanın müddəti yeddi il altı aydan çox ola bilməz. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ilk məhkumluğunu, əməlindən stmimi peşimançılıq hissiləri keçirməsini, zərərçəkmiş şəxslərin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş aşağı həddə, yəni beş il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs CM-nin 56.1.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz E 240 minik» markalı, **-OZ-*** qeydiyyat nişanlı və «VAZ 21093» markalı, **-BL-*** qeydiyyat nişanlı avtomobillərin sahiblərinə verilməsi nəzərə alınmalıdır. Baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk cinayət işinədə saxlanılmalıdır. Ekspertiza xərci 128 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həmin müəssisədə qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz E 240 minik» markalı, **-OZ-*** qeydiyyat nişanlı və «VAZ 21093» markalı, **-BL-*** qeydiyyat nişanlı avtomobillərin sahiblərinə verilməsi nəzərə alınsın. Yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk cinayət işinədə saxlanılsın. Ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-631/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-631/2024
20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver