Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-632/2023 04.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Ələsgər oğlunun iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəlilabad şəhəri, M.Hüseynov küçəsi, ev 11, mənzil 01-də qeydiyyatda olmaqla Cəlilabad şəhəri, Azərbaycan küçəsi, ev 30, mənzil 19-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda, 7,518 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, 06 aprel 2023-cü il tarixdə, saat 15 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş halda həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, özü Bakı şəhərində yaşayır. 5 apel 2023-cü il tarixdə Cəlilabad şəhərində yaşayan anasına baş çəkmək üçün idarə etdiyi «Hundai Sonata» markalı, **-HO-*** qeydiyyat niaşanlı avtomobil ilə Cəlilabad şəhərinə gəlmişdir. Gecə Cəlilabad şəhərində qalmışdır. Səhəri gün, yəni 6 aprel 2023-cü il tarixdə Cəlilabad şəhərində avtomobilini yudurduğu zaman oraya gələn polis işçiləri onu rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt üzərində hər hansı narkotik vasitə olmamışdır. Orada polis işçiləri ona hədəqorxu gəlmişlər. Bu səbəbdən də aparılmış videoçəkiliş zamanı üzərində aşkar olunan metamfetaminin özünə məxsus olmasını etiraf etməli olmuşdur. Himayəsində səkkiz yaşlı bir uşağı vardır. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə göstərmişdir ki, on ildən artıqdır ki, narkotik vasitələrdən istifadə edir. Bir həftə əvvəl Bakı şəhərində olarkən narkotik vasitə istifadə etmək istəmişdir. Bakı şəhəri Yasamal rayonu ərazisində xarici görkəminə görə narkomana oxşayan bir nəfər şəxsə yaxınlaşaraq ondan 200 manat pul verməklə 8 qram psixotrop maddə metamfetamin almışdır. Həmin gün avtomobilində psixotrop maddənin bir hissəsini qəbul etmiş, qalan hissəsini isə üzərində saxlamaqla idarə etdiyi «Hundai Sonata» markalı, **-HO- *** qeydiyyat niaşanlı avtomobil ilə Cəlilabad şəhərinə qayıtmışdır. 06 aprel 2023-cü il tarixdə saat 15 radələrində idarə etdiyi avtomobili lə Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi ilə hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmış, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə onu rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, müdafiəçinin iştirakı ilə üzərində videoçəkimlişdən istifadə edilərək şaxsi axtarış aparılarkən əynindəki şalvarın sol yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə onun iştirakı ilə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materillarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəm istintaqında şahid kimi dindirilən, Cəlilabad Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, Şahid1 göstərdi ki, 06 aprel 2023-cü il tarixdə Cəlilabad şəhər sakini X2 narkotik vasitələri əldə etməsi, Cəlilabad şəhəri ərazisində saxlamaqla daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat-axtarış tədbirləri keçirilməklə həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsində idarə etdiyi «Hundai» markalı, ** HO *** qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən saxlatmışlar. Təqsirləndirilən şəxs narkotik vasitə saxlamaqda şübhəli olmasını billdirmiş, üzərində və avtomobilində narkotik vasitə olubolmamasını soruşduqda, o üzərində öz istifadəsi üçün metamfetamin olduğunu bildirmidir. Onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək şəxsi axtarış aparılarkən cibindən bir ədəd büküm çıxarıb təqdim etmiş, bükümdə psixotrop maddə metamfetamin olduğunu, bir həftə öncə Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Sonra isə Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmiş, lakin qanunsuz əşya aşkar olunmamışdır. Polis işçiləri tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təsir-təzyiq göstərməmişlər. Onun üzərinə metamfetamin qoymamışlar. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşları Şahid2 və Şahid3 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 06 aprel 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş halda psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 19/425 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1ədəd bükümdə təmiz çəkisi 7,518 qram olan, ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Məhkəmə-parkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 575 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetində xx.xx.2023-cü il tarixdən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1529 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir, cinayət əməlini törədərkən anlaqlı olmuş, hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs sübaydır. Yaşayış yernindən verilmiş eyni tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşayış yerində narkotik vasitə istifadəçisi kimi tanınır, əvvəllər evli olmuş, sonra boşanmışdır, bir uşağı vardır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən 7,518 qram psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi, yəni polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddə metamfetamin olmaması, psixotrop maddənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, polis işçilərinin ona təzyiq göstərmələri səbəbindən psixotrop maddənin özünə məxsus olmasına etiraf etməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyriobyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ilkin ifadəsi işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən məhkəmə həmin ifadəsini obyektiv ifadə hesab etməklə sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 7,518 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməyə görə ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, onun həmin maddəni satış məqsədi ilə əldə etməsi ibtidai istintaqda toplanılmış, həmçinin məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmaqla psixotrop maddə metamfetaminin aşkar olunduğu ilk anda verdiyi izahatında və ifadələrində narkotik vasitələrdən istifadə etdiyini, üzərində aşkar olunan metamfetamini öz istifadəsi üçün saxladığını, hər hansı şəxsə satmaq məqsədinin olmadığını və ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar olunan psixotrop maddə metamfetamini və ya onun bir hissəsini hər hansı şəxsə satması və ya satmaq barədə razılığa gəlməsi müəyyən edilməmişdir. Odur ki, məhkəmə işin faktiki hallarını-Təqsirləndirilən şəxs özünün narkomaniya xəstəliyindən əziyyət çəkməsini, narkomaniya xəstəliyi ilə qeydiyyatda olmasını, üzərində aşkar olunmuş psixotrop maddə metamfetaminin miqdarını, bir bükümdə olmasını, həmin maddəni satmaq barədə hər hansı şəxslə razılıq əldə etməməsini nəzərə alaraq onun psixotrop maddəni satmaq məqsədinin olmaması və öz istifadəsi üçün əldə etməsi barədə ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqları ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verməklə və Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qeyd olunan qərarına istinadən hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi təsdiq edilməmiş və onun həmin maddəni öz şəxsi istifadəsi üçün əldə etməsi sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmaqla ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CMnin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 06 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materallarında saxlanılmalı, Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 7,468 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 aprel 2023-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materallarında saxlanılsın, Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 7,468 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-632/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-632/2023
04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver