Məhkəmə qərarları › İş №1(099)-632/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-632/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-632/2024 29.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X7 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi, Müdafiəçi iştiraklar ilə, 09 fearal 1981-ci ildə İran İslam Respublikasının Dolat Abad şəhərində doğulmuş, İran İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, İran İslam Respublikası Dolat Abad şəhəri, İmam Xomeyni xiyabanı, Lalə küçəsi, ev 17-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (X11 Mohammad) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.2 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasının İsfahan şəhərində buprenorfin psixotrop maddəsinin təsiredici miqdarı külli miqdarda, 0,154 qram təşkil edən, üzərində “B2” yazısı olan, ağ rəngli 77 ədəd həbləri satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə həmin həblərdən 12 ədədini idarə etdiyi “Scania” markalı, “İT794İT/NN836H” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinəsində olan qırmızı rəngli gödəkcəsinin astarında, 65 ədədini isə əynindəki şalvarın sağ cibində salfet kağızına bükərək saxlamış, daşımış və 30 mart 2024cü il tarixdə saat 12 radələrində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Astara rayonu ərazisində yerləşən Astara Gömrük İdarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş, həmin tarixdə keçirilmiş gömrük yoxlaması zamanı həmin həblər saxlanıldığı yerlərdən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, sürücü olaraq üç aydır ki, beynəlxalq yükdaşımalar ilə məşğul olur, idarə etdiyi “SCANİA” markalı, “İT794İT/NN836H” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi özünündür. Dişlərində iltihab olduğuna görə həkim göstərişinə uyğun olaraq dərmanlardan istifadə edir, ondan aşkar edilən üzərində “B2” yazısı olan 77 ədəd həbləri və üzərində heç bir yazısı olmayan 3 ədəd həbləri üç ay öncə İranın İsfahan şəhərində diş həkiminin yazdığı resept əsasında aptekdən almışdır. Həmin həblərin hər gün bir ədədini qəbul etmişdir. Həbləri çox sayda almasının səbəbi o olmuşdur ki, əgər yük olsa, Gürcüstan da Türkiyəyə getmək məqsədi olmuşdur. Ona görə də uzunmüddətli istifadə üçün nəzərdə tutmuşdur. Həmin həblərin Azərbaycan Respublikasında qadağan olunmasını bilməmişdir. Təqribən 10 gün əvvəl Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Gürcüstan Respublikasına yük aparmaq üçün idarə etdiyi yük nəqliyyat vasitəsinə Rəşt şəhərindən dəmir armaturlar yükü götürmüşdür. Azərbaycan Respublikasına keçirmək və özü ilə aparmaq məqsədi ilə həblərin bir hissəsini gödəkcəsinin astarına, bir hissəsini isə salfet kağıza bükərək əynindəki şalvarın cibinə qoymuşdur. Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Gürcüstan Respublikasına yükü aparmaq üçün İran İsalm Respublikasının Astara şəhərində yerləşən gömrük sərhədinə iki gün öncə gəlmiş, İİR-nın Astara şəhərində Azərbaycan Respublikasına keçmək üçün növbə gözləmişdir. 30 mart 2024-cü il tarixdə İran- Azərbaycan sərhədini keçib Azərbaycan Respublikasının Astara şəhərində yerləşən gömrük ərazisinə daxil olmuşdur. Nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüşdür. Yoxlama xəttində gömrük işçisi onunla şifahi şəkildə sorğusual apararaq üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan edilməli olan və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuşdur. O isə üzərində və avtomaşınında qadağan olunmuş, gömrük nəzarətinə bəyan edilməli olan maddələrin olmadığını bildirmişdir. Bundan sonra iki nəfər hal şahidləri dəvət edilərək onların iştirakları ilə idarə etdiyi nəqliyyat vasitəsinə yoxlama tətbiq olunmuş, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində saxladığı, ona məxsus olan qırmızı rəngli gödəkçənin astarından 12 ədəd üzərində “B2” yazısı olan, ağ rəngli və üç ədəd sarı rəngli, üzərində heç bir yazısı olmayan həblər gömrük əməkdaşları tərəfindən aşkar edilmişdir. Daha sonra kömrük işçisi onun üzərində yoxlama aprarkən əynindəki şalvarın sağ cibindən salfet kağıza bükmüş olduğu 65 ədəd ağ rəngli, üzərində “B2” yazılmış həblər aşkar edilmişdir. Onun avtomaşınındakı ködəkçəsinin astarından və şalvar cibindən aşkar olunmuş cəmi 80 ədəd həblər götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra onu gömrük orqanından buraxmışlar və Azərbaycanda qalıb işinin istintaqa getməsini gözləmiş, işi istintaqa gələnə qədər idarə etdiyi nəqliyyat vasitəsində, arada da sürücü yoldaşları ilə birlikdə Astara şəhərində və ya Lənkəran şəhərində qalmış, 30 aprel 2024-cü il tarixdə öyrənmişdir ki işi istintaq orqanına gedib, ona görə də istintaq orqanına gəlmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, İran İslam Respublikasında aldığı həblərin Azərbaycan Respublikasına aparılmasının qadağan olduğunu sürücü yoldaşlarından öyrənmiş, ona görə də gömrükdə aşkar edilməməsi üçün həblərin bir hissəsini gödəkcəsinin astarında, bir hissəsini isə salfet kağıza bükərək əynindəki şalvarın cibində gizlətmişdir. Təqsirləndirilən şəxs X1 cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin inspektoru vəzifəsində işləyir. 30 mart 2024-ci il tarixdə Astara Gömrük İdarəsinin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün saat 12 radələrində İran İslam Respublikasından Gürcüstan Respublikasına dəmir yükü aparan, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “SCANİA” markalı, “İT794İT/NN836H” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. O, Təqsirləndirilən şəxs ilə şifahi sorğu-sual apararaq üzərində, əl yüklərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş və ya dövriyyəsinə məhdudiyyət qoyulmuş, eləcə də gömrük nəzarətindən gizlədilmiş, yaxud bəyan olunmamış predmetlərin olub olmamasını soruşmuş, Təqsirləndirilən şəxs üzərində, əl yüklərində və idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş heç bir predmetin olmadığını bildirmişdir. Lakin sürücünün danışığı və hərəkətləri onda şübhə doğurmuşdur. Yük nəqliyyat vasitəsinə ”BUÇ” ləqəbli kinoloji xidməti it tətbiq edilərkən it nəqliyyat vasitəsinin kabinə hissəsinə reaksiya verdiyi üçün Təqsirləndirilən şəxs əl yüklərinə və idarə etdiyi yük nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakları ilə gömrük yoxlaması tətbiq etmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinəsində, yataq yerinin üzərindəki qırmızı rəngli gödəkçənin astar hissəsindən 12 ədəd üzərində “B2” yazısı olan ağ rəngli və 3 ədəd üzərində heç bir yazısı olmayan sarı rəngli həblər aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılarkən onun əynindəki şalvarın sağ cibindən salfet kağızına bükülmüş, gömrük nəzarətindən gizlədilmiş formada 65 ədəd ağ rəngli, üzərində “B2” yazısı olan həblər aşkar edilmişdir. Həmin həblər qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, kinoloq olmaqla Astara Gömrük İdarəsində idxal xəttində daxil olan yük nəqliyyat vasitələrinə gömrük baxışı zamanı kinoloji itin tətbiqini həyata keçirmişdir. 30 mart 2024-cü il tarixdə saat 12 radələrində İran İslam Respublikasından Gürcüstan Respublikasına dəmir yükü aparan, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “SCANİA” markalı, “İT794İT/NN836H” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Gömrük idarəsinin inspektor Şahid1 göstərişinə əsasən yük nəqliyyat vasitəsinə “Buç” ləqəbli kinoloji xidmət iti tətbiq etmiş, it yük nəqliyyat vasitəsinin kabinasına reaksiya vermişdir. Bundan sonra hal şahidlərinin iştirakları ilə nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinəsində, yataq yerinin üzərindəki qırmızı rəngli gödəkçənin astar hissəsindən 12 ədəd üzərində “B2” yazısı olan ağ rəngli və 3 ədəd üzərində heç bir yazısı olmayan sarı rəngli naməlum həblər aşkar edilmişdir. Həmin həblər gödəkçənin çibi çırılmaqla astar hissəyə salınmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılarkən əynindəki şalvarın sağ cibindən salfet kağızına bükülmüş 65 ədəd ağ rəngli, üzərində “B2” yazısı olan həblər aşkar edilmişdir. Həmin həblər götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 göstərdi ki, 30 mart 2024-cü il tarixdə Şahid3 ilə birlikdə hal şahidi kimi dəvət olunmaqla Astara Gömrük İdarəsində İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “SCANİA” markalı, “İT794İT/NN836H” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilməsində iştirak etmişlər. Nəqliyyat vasitəsinin kabinəsində - yataq yerinin üzərindəki qırmızı rəngli gödəkçənin astar hissəsindən 12 ədəd üzərində “B2” yazısı olan ağ rəngli və 3 ədəd üzərində heç bir yazısı olmayan sarı rəngli naməlum həblər aşkar edilmiş, daha X15nin üzərində şəxsi yoxlama aparmış, şəxsi yoxlama zamanı onun əynindəki şalvarın sağ cibindən salfet kağızına bükülmüş, gömrük nəzarətindən gizlədilmiş formada 65 ədəd ağ rəngli, üzərində “B2” yazısı olan həblər aşkar edilmişdir. Həm avtomaşının kabinəsindəki gödəkçənin astar hissəsindən, həm də Narimani Zamanabadinin cibindən aşkar olunmuş ümumi sayı 80 ədəd olan həblər qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Protokolu hal şahidi kimi imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 da Şahid4la eyni məzmunlu iəadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Astara Gömrük İdarəsində tərtib edilmiş 30 mart 2024-cü il tarixli malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə protokoldan görünür ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “SCANİA” markalı, “İT794İT/NN836H” dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin kabinası yoxlanan zaman kabinada, yataq yerinin üzərindəki qırmızı rəngli gödəkçənin astar hissəsindən 12 ədəd üzərində “B2” yazısı olan, ağ rəngli və 3 ədəd üzərində heç bir yazısı olmayan sarı rəngli naməlum həblər aşkar edilərək götürülmüşdür. Astara Gömrük İdarəsində tərtib edilmiş 30 mart 2024-cü il tarixli şəxsi yoxlama haqqında protokoldan görünür ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi yoxlama zamanı əynindəki şalvarın sağ cibindən salfet kağızına bükülmüş, gömrük nəzarətindən gizlədilmiş 65 ədəd ağ rəngli, üzərində “B2” yazısı olan həblər aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “SCANİA” markalı “İT794İT/NN836H” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə 30 mart 2024-cü il tarixdə saat 11:47-də Astara dövlət sərhəd buraxılış məntəqəsindən İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Materialların məhkəmə ekspertizasının 19 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1854 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 77 ədəd üzərində “B2” yazısı olan, ağ rəngli, dairəvi formalı həblər psixotrop maddə buprenorfin olub, 77 ədəd həbdə buprenorfin təsiredici maddəsinin ümumi miqdarı 0,154 qramdır. Həmin paketin içərisində olan 3 ədəd üzərində heç bir yazısı olmayan, sarı rəngli həblər narkotik, psixotrop, zəhərli və güclü təsir edən maddələrə aid deyildir. Məhkəmə-narkoloji ekspertizasının 1 iyul 2024-cü il tarixli, xx/xx-7710 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərdən və buprenorfindən istifadə etmə halları olub. Lakin narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Təqsirləndirilən şəxs iş üzrə 30 aprel 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə saxlanılır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq tərkibindəki buprenorfin psixotrop maddəsinin təsiredici miqdarı külli miqdar, yəni 0,154 qram təşkil edən 77 ədəd həbləri əldə edərək saxlayıb daşımaqla 30 mart 2024-cü il tarixdə Astara Gömrük İdarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliym tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin başlanğıcı 30 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə təqsirləndirilən şəxsə CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza da təyin edilməli, CM-nin 52.1-1-ci maddəsinə əsasən məhkumluğu ödənilədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 74 ədəd psixotrop maddə buprenorfin həbləri və 02 ədəd sarı rəngli həblər məhv edilməlidir. Ekspertiza xərci 88 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs (X3) Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 206.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 74 ədəd psixotrop maddə buprenorfin həbləri və 02 ədəd sarı rəngli həblər məhv edilsin. Ekspertiza xərci 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar