Məhkəmə qərarları › İş №1(099)-635/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-635/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-635/2024 03.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 1980-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd polietilen torbanın içərisində 08 ədəd polietilen torbada müavfiq olaraq çəkiləri 1000,0 qram, 1030,0 qram, 1070,0 qram, 1055,0 qram, 1010,0 qram, 1045,0 qram, 1015,0 qram, 65,854 qram ümumi təmiz çəkisi 7290,854 qram olan xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponetlərinə görə eyni tərkibli narkotik vasitə olan heroini əldə edib satışını həyata keçirmək üçün digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 18 mart 2024-cü il tarixdə axşam saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Şirvan şəhəri, Səməd Vurğun küçəsində gizlədilmiş 01 ədəd polietilen torbanın içərisində 08 ədəd polietilen torbada yuxarıda göstərilmiş xüsusilə külli miqdarda xarici əlamətlərinə və kimyəvi tərkib komponetlərinə görə eyni tərkibli narkotik vasitə olan heroini Şirvan şəhəri, Səməd Vurğun küçəsindən götürməklə əldə edib sağ əlində daşıyaraq saxlamış, 19 mart 2024-cü il tarixdə saat 00:10 radələrində Təqsirləndirilən şəxs Şirvan şəhəri, Səməd Vurğun küçəsində yaşadığı evin yaxınlığında qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan Şəhər Polis Şöbəsinə gətirilərək 19 mart 2024-cü il müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində sağ əlində olan həmin 01 ədəd polietilen torbanın içərisində 08 ədəd polietilen torbada müavfiq olaraq çəkiləri 1000,0 qram, 1030,0 qram, 1070,0 qram, 1055,0 qram, 1010,0 qram, 1045,0 qram, 1015,0 qram, 65,854 qram ümumi təmiz çəkisi 7290,854 qram olan xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponetlərinə görə eyni tərkibli narkotik vasitə olan heroin aşkar olunaraq rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özü narkotiklərdən marixuanadan istifadə etmişdir. Serial çəkilişlərində işləmiş, video operator olmuşdur. 18 mart 2024-cü ildə iran vətəndaşı ona zəng vurmuşdur. Belə ki, çəkdikləri serialları youtobe və başqa sosial şəbəkələrdə yayımladıqlarından, həmin iran vətəndaşı da onunla sosial şəbəkə vasitəsilə tanış olmuşdur. İranlı şəxs onların çəkdiyi serial ilə maraqlanmış, özü isə ondan Şah İsmayıl və Fizulinin məqbərələrini çəkib ona göndərməyi xahiş etmişdir. 18 mart 2024-cü ildə də iran vətəndaşı zəng vurub, onun bayramın təbrik etmiş və danışmışlar. Həmin vaxt iranlı təklif etmiş ki, “Bakıda adamım var, Şirvandan keçəcək istəyirsənsə sənin üçün 3-4 qram marixuana qoydurum, gedib götürərsən.” Özü isə iranlıya pulunun olmadığını, biraz hörmət edə biləcəyini, 50 manat pul göndərəcəyini bildirmişdir. İranlıya əvvəlki danışıqlarında marixuana çəkdiyini demiş, onun bu barədə məlumatı olmuşdur. Daha sonra iranlıya eman proqramı vasitəsilə 50 manat pul göndərmişdir. Bundan sonra həmin iranlı gecə 12-ə qalmış ona şəkil, konum göndərmiş, şəkildə zibil qutuları olmuş, onların arasında narkotik olmuşdur. Özü də evdən çıxıb həmin yerə getmiş, görmüş ki, orada yekə bağlama var, düşünmüş ki, bu qədər olmaz, aralanıb getmək istəyəndə polislər tərəfindən tutulmuşdur. Şəkildə isə ox işarəsi olmuş, tut ağacı olmuş, ərazini təxmin edib, ora yaxınlaşmışdır. Həmin yerə evindən çıxıb piyada getmişdir. Şəkildə qazanxananı görən kimi yeri tanışmışdır. Saxlanılanda narkotiklə arasında 5 metr məsafə olmuşdur. Tutulduqdan sonra Şirvan Şəhər Polis Şöbəsinə aparılmışdır. Şöbədə demişlər ki, “sən bunun dalınca gəlmisən”. Özü isə həmin bağlamaya görə gəlmədiyini, onun nə olduğunu bilmədiyini demişdir. Sonra isə həmin bağlamanı aparıb evindən çıxaracaqları ilə hədələmişlər. Özünün isə uşaqları xəstə olduğundan, arvadının da səhhətində ciddi problemlər olduğundan razılaşmış, onu səhər saat 5-ə-6-ya kimi saxlamışlar, video çəkiliş etmişlər. Çəkilişdə isə nə demişlərsə, təsdiq etmişdir. Polislər isə ona hər şeyin yaxşı olacağını demişlər. Belə ki, onun kuriyer olduğunu, narkotik satmadığını, buraxılacağını bildirmişlər. Özü isə bu işləri bilmədiyindən tam razılaşmışdır. Onu şöbədə heç kim döyməyib, yalnız evə qoyacaqlarını dediklərindən razılaşmışdır. Məhkəmədən dəqiq araşdırma aparılmağını xahiş edir. Saxlanılarkən əlində heçnə olmamışdır, saxlanılıb qandalı qoluna vurublar, sonra da torbanı gətirib qucağına qoyub şəklini çəkmişlər. Tutularkən qaçmaq istədiyinə görə şillə təpik vurmuşlar, lakin şöbədə onu heç kim vurmamışdır. Ona real olaraq heç bir hədə gəlməyiblər, psixi təsir etmiş, ona görə də etiraf etmişdir. Ehtimal edir ki, iranlı çəkdikləri seriala görə ondan acıq çıxıb, çünki serialda insan alverinə, narkotik alverinə qarşı mənfi rollar çəkilmişdir. Özü o şeyin dalınca getməmişdir. Beş qram narkotik dalınca getmiş, o boyda şeyi heç kim əldə aparmaz, günahı beş qram “nəşə” dalınca getməyidir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin yay aylarında Şirvan şəhər ərazisində “Şaman“ adlı qısa metrajlı serialın çəkilişin video lentə almışdır və həmin video “YouTube” sosial şəbəkəsində tərəfindən paylaşılmışdır. Həmin video “YouTube” sosial şəbəkəsində paylaşıldıqdan sonra videonun altında olan şərh bölməsində bir nəfər şəxs onunla kino haqında maraqlanmış və İran İslam Respublikası (bundan sonra İİR) vətəndaşı olmasını, adının Rasim olduğunu bildirdikdən sonra onunla tanış olmuşlar. Biri-birilərinə əlaqə nömrələrini vermişdirlər. Bu müddətdən sonra həmin İİR vətəndaşı olan Rasimlə ara bir “WhatsApp” proqramı vasitəsi ilə danışmışlar. Bundan sonra Rasim ilə danışmağa ara vermiş, öz işləri ilə məşğul olmağa başlamışdır. 2024-cü ilin mart ayının 14-də Rasim istifadəsində olan +**********29 saylı mobil nömrəsi altında istifadə etdiyi “WhatsApp” proqramı vasitəsi ilə ona zəng vurmuş, onunla hal-əhval tutub bayramlaşmışdır. Rasim ilə danışan zaman ona maddi vəziyyətinin yaxşı olmamasını bildirmiş, Rasim ona köməklik edəcəyini bildirmişdir. Bundan sonra Rasimlə sağollaşıb danışığa son qoymuşdur. xx.xx.2024-cü il tarixdə İİR vətəndaşı olan Rasim istifadəsində olan +**********29 saylı mobil nömrəsi altında istifadə etdiyi “WhatsApp” proqramı vasitəsi ilə ona zəng vurmuş, ona bir yerə sellofan torba qoyacağını və həmin sellofan torbada narkotik vasitə olan heroin olmasını və həmin heroini oradan götürüb sonra onun dediyi yerə qoyacağını demişdir. Bundan sonra Rasimlə razılaşmış, xx.xx.2024-cü il tarixdə saat 23:56-da Rasim ona həmin sellofan torbanı qoyduğu yerin şəklini atmış, həmin sellofan torbanı gedib Şirvan şəhəri, S.Vurğun küçəsində yerləşən zibil tullantıları atılması üçün nəzərdə tutulan qabların yanından götürmüş və açıb içinə baxdıqda içində 8 ədəd bükümün olmasını görmüş, bir neçə metr kənarlaşıb hərəkətə başlamışdır ki, Şirvan şəhəri, S.Vurğun küçəsində yerləşən yaşadığı evin yaxınlığında bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində qanunsuz narkotik vasitələrin gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün üzərinə şəxsi axtarış aparacaqlarını deyib, onu polis şöbəsinə dəvət etmişlər. Etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Şirvan Şəhər Polis Şöbəsinə gəlmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı sağ əlində saxladığı 01 ədəd polietilen torbanı masanın üzərinə qoymuş, bildirmişdir ki, həmin poletilen torbada olan 8 ədəd bükümdə narkotik vasitə heroin var. Daha sonra təqdim etdiyi narkotik vasitə heroin elektron tərəzi vasitəsi ilə çəkildikdə 7,670 qram olması müəyyən olunmuşdur. Sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış və üzərindən bir ədəd “Samsung” markalı mobil telefon bir ədəd “leobanka” məxsus plastik kart 5 ədəd 1 manatlıq pul əskinazı aşkar edildikdən sonra 5 ədəd 1 manatlıq pul əskinazı özünə geri qaytarıldıqdan sonra üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Polis əməkdaşları ondan həmin heroini haradan əldə etməyini soruşduqda, xx.xx.2024-cü il tarixdə saat 23:56 radələrində Şirvan şəhəri, S.Vurğun küçəsində yerləşən zibil tullantıları atılması üçün nəzərdə tutulan qabların yanına tanıdığı İİR vətəndaşı olan Rasim adlı şəxs tərəfindən qoyulduğunu həmin 8 ədəd bükümü gedib götürüb və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, bütün iştirakçılar kimi protokola imza etmişdir. Üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinə bənzər kütlənin ona məxsus olmasını, həmin narkotik vasitə olan heroinləri İİR vətəndaşı Rasim adlı şəxslə xx.xx.2024-cü il tarixdə “WhatsApp” proqramı vasitəsi ilə danışıb xx.xx.2024-cü il tarixdə saat 23:56 radələrində Şirvan şəhəri, S.Vurğun küçəsində yerləşən zibil tullantıları atılması üçün nəzərdə tutulan qabların yanına İİR vətəndaşı olan Rasim tərəfindən qoyulduğunu, həmin 8 ədəd bükümü götürdüyünü və istifadə etmək üçün üzərində saxladığını, Rasim adlı şəxslə “WhatsApp” proqramı vasitəsi ilə danışdığı üçün onun bədən əlamətlərin bilmədiyini, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını, ***-***-**-** saylı mobil nömrəsinin olduğunu, İİR vətəndaşı olan Rasimlə danışmağına dair səs yazılarının olduğunu, Rasimin ona həmin narkotik vasitəni hara qoyması barədə fotoşəkillərin olduğunu, həmin narkotik vasitədən bir qismini özü istifadə etmək üçün götürəcəyini qalanını isə Rasimin dediyi yerə aparıb qoyduqdan sonra Rasimin ona zəhmət haqqı verəcəyini, həmin narkotik vasitəni Rasimin dediyi yerə apardıqdan sonra Rasimin ona nə qədər pul verəcəyi barədə heç bir söz demədiyini, Şirvan Şəhər Polis Şöbəsində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zorakılıq edilmədiyini, törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs elan olunmuş ifadələri təsdiq etmədiyini, həmin sözləri ona deyib məcbur etdiklərini, özünün isə dediyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 18 mart 2024-cü il tarixdə əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin Şirvan şəhər ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış, daha sonra məlumatın yoxlanılması ilə bağlı Şirvan şəhəri, Səməd Vurğun küçəsinə Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığına getmişlər. 19 mart 2024-cü il tarixdə saat 00:10 radələrində Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşıb, onu Şirvan Şəhər Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs sağ əlində olan 01 ədəd politelen torbanı masanın üzərinə qoymuş, həmin torbada 8 ədəd sellofan bükümdə narkotik vasitə heroin olduğunu bildirmiş, həmin sellofan torbanın içərsindən 8 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini iran vətəndaşı olan “Rasim” adlı şəxsin göndərdiyini, onun sözü ilə götürdüyün bildirmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən bağlama onun əlində olmuşdur. Ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə saxlamaqda, istifadə etməkdə və satışında şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 3) İş materiallarında olan «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 4-5) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:10-dan faktiki olaraq azadlığı məhdudlaşdırılmışdır. (c İ, i.v 21-22) İş materiallarında olan şəxsi axtarış və götürmə protokolundan və video-çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu sağ əlində olan 01 ədəd polietilen torbanı masanın üzərinə qoymuş və həmin 01 ədəd polietilen torbada 08 ədəd sellofan bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirir, onun təqdim etdiyi 01 ədəd polietilen torbada olan 08 ədəd sellofan bükümü açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. (c İ, i.v 28-30) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsinin 19 mart 2024-cü il tarixli 3-16-16/2-18/311 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış polietilen torba bağlamadakı 8 ədəd üzəri yapışqan lentlə bağlanmış politetilen torba bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000,0 qram, 1030,0 qram, 1070,0 qram, 1055,0 qram, 1010,0 qram, 1045,0 qram, 1015,0 qram, 65,854 qram, ümumi təmiz çəkisi 7290,854 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponetlərinə görə eyni tərkibli narkotik vasitə olan heroindir. Heroinin ümumi təmiz çəkisi 7290,854 qram, cəmi təhqiqata sərf edildi 0,8 qram (hər ob-0,1qr), qalıq 7290,054 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manatdır. (c 1, i.v 39-41) İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(032)- 76/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 19 mart 2024-cü ildən hesablanmışdır. (c İ, i.v 75-77) İş materiallarında olan 20 mart 2024-cü il tarixli Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş fotoşəkillər və CD diskdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 055 452 22 07 mobil nömrə ilə İİR operatoruna məxsus “+98 914 33 04 429” nömrə arasında 18 ədəd səs yazısı və 05 ədəd fotoşəkil aşkar edilmişdir. Həmin səs yazılarından görünür ki: “qardaşım başına dönərəm, pulum pənəm yoxdur. Şirvanın bu başı ilə o başı 2 kmdır. O gəlirsə təzə şəhərə gəlsin”, “narahat olma qardaşım o əmanətdi məndə bilirəm haradadır, zor yerdədir, davay getdim”, “nəsə qoysa təzə şəhərə qoysun, köhnə şəhərə yox, çünki orada məni tanımırlar, 12-dən sonra bizdə maraqlanırlar hara gedirsən”, “hə dədə səhərdən çölə çıxamamışam. Hazırlıqlıyam. Allah işimizi avand edsin. O qardaş kimdirsə onun da işini”, “o, Şirvana gəlmir ki, Şirvanda maşına ehtiyac yoxdur” səs yazısını göndərmiş; həmin nömrədən isə Təqsirləndirilən şəxs “anam canı mal yetirəcəm ora”, “sənin canının qadasını alım, nə qədər vaxta çatırsan. Konumda görürsən, tanıyırsan oranı, mən deyəndə sən onu çıxıb qoyacaqsan”, “necəsən ürəyim qurban, hazırlığın olsun, Bakıdan çıxıbdır”, “mən də yol gedirəm o, da gəlir. Özüm xəbər edəcəm. Ciyərim qurban maşın olsun altında” səs yazısı göndərilmişdir. Bundan başqa narkotik vasitə heroinin qoyulduğu yeri və bağlamanı özündə əks etdirən 05 ədəd fotoşəkil aşkar edilmişdir. (c 1, i.v 89-93) İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (c 1, i.v 108) İş materiallarında olan xx.xx.2024-cü il tarixli Şirvan ŞİHB-nın 1 X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır, barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (c İ, i.v 115-116) İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 151 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. (c İ, i.v 136-137) İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2024-cü il tarixli, 2726 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və kannabiodlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 138-139) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 2097 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər-hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxsmda həmçinin ona ittiham olunan əməl dövründə hər-hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (c İ, i.v 140- 142) İş materiallarında olan 08 iyul 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq 7290,054 qram narkotik vasitə olan heroinin qalığı iş üzrə maddi sübut kimi tanınıb və PŞ-də maddis sübutların saxlanma otağına təhvil verilməsi, şəxsi axtarış keçirilməsinin kadrları əks olunmuş 01 ədəd kompakt diskin maddi sübut qismində tanınması və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (c İ, i.v 166-167) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamın faktiki tərəfini qismən mübahisələndirdiyi və özünün müdafiəsi üçün dəlillər irəli sürdüyü üçün, məhkəmə tərkibi hesab edir ki, həmin ittihamlar üzrə hüquqi tövsifə qiymət verilməmişdən öncə, Təqsirləndirilən şəxs müdafiəsi üçün irəli sürdüyü dəlillər yoxlanılmalıdır. Təqsirləndirilən şəxs elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: İİR-də olan tanışı Rasim adlı şəxsin ona şəxsi istifadəsi üçün 50 manat qarşılığında 3-4 qram qurudulmuş marixuana göndərdiyini, həmin narkotik vasitəni götürmək məqsədilə göndərilmiş konuma getdiyini, lakin sellofan torbanın böyük həcmdə olduğunu görüb, onu götürmədiyini, ətrafına baxdıqda isə 7-8 nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını və sellofan torbanı qucağına qoyub, şəklini çəkib, şöbəyə apardıqlarını, orada polis əməkdaşları tərəfindən ona təhdidlər edildiyi üçün həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin təhdidlər edilməklə alındığını, yəni tutulduqdan sonra polis əməkdaşlarının psixoloji təzyiqinə məruz qaldığını, təzyiqin isə polis əməkdaşları tərəfindən evinə narkotik vasitələr qoyulacağı və qəbildən olan digər məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonrakı qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonrakı mərhələlərində iddia etdiyi hallarla bağlı vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs üç aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı psixoloji təzyiqlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı da müdafiəçisi tərəfindən verilmiş suallara cavab olaraq söylədiyi səsli nitqində saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilmədiyini, şikayət və tələbinin olmadığını, təklikdə demək istədiyi heç bir şeyin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, üzərinə narkotik vasitə qoyulmadığını bildirmişlər. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz psixoloji təzyiq və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən psixoloji təzyiqə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra psixoloji təzyiqə və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən onun özünü ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri (ilkin şübhəli və təqsirləndirilən şəxs qismində), şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü ildə şübhəli (cild İ – i.v. 58-59), xx.xx.2024-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 68-69) qismində verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında, (cild İ – i.v. 75-77) eləcə də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:56 radələrində Şirvan şəhəri, S.Vurğun küçəsində yerləşən zibil tullantıları atılması üçün nəzərdə tutulan qabların yanına İİR vətəndaşı olan Rasim tərəfindən narkotik vasitənin qoyulduğunu, həmin 8 ədəd bükümü götürdüyünü və istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitədən bir qismini özü istifadə etmək üçün götürəcəyini qalanını isə Rasimin dediyi yerə aparıb qoyduqdan sonra Rasimin ona zəhmət haqqı verəcəyini, həmin narkotik vasitəni Rasimin dediyi yerə apardıqdan sonra Rasimin ona nə qədər pul verəcəyi barədə heç bir söz demədiyini, narkotik vasitəni götürdükdən sonra bir neçə metr kənarlaşıb hərəkətə başladıqda saxlanıldığını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeydşərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bundan başqa iş materiallarında olan Təqsirləndirilən şəxs hadisə zamanı istifadəsində olan mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs İİR operatoruna məxsus “+98 914 33 04 429” nömrəyə: “qardaşım başına dönərəm, pulum pənəm yoxdur. Şirvanın bu başı ilə o başı 2 kmdır. O gəlirsə təzə şəhərə gəlsin”, “narahat olma qardaşım o əmanətdi məndə bilirəm haradadır, zor yerdədir, davay getdim”, “nəsə qoysa təzə şəhərə qoysun, köhnə şəhərə yox, çünki orada məni tanımırlar, 12-dən sonra bizdə maraqlanırlar hara gedirsən”, “hə dədə səhərdən çölə çıxamamışam. Hazırlıqlıyam. Allah işimizi avand edsin. O qardaş kimdirsə onun da işini”, “o, Şirvana gəlmir ki, Şirvanda maşına ehtiyac yoxdur” səs yazısını göndərmiş; həmin nömrədən isə Təqsirləndirilən şəxs “anam canı mal yetirəcəm ora”, “sənin canının qadasını alım, nə qədər vaxta çatırsan. Konumda görürsən, tanıyırsan oranı, mən deyəndə sən onu çıxıb qoyacaqsan”, “necəsən ürəyim qurban, hazırlığın olsun, Bakıdan çıxıbdır”, “mən də yol gedirəm o, da gəlir. Özüm xəbər edəcəm. Ciyərim qurban maşın olsun altında” səs yazısı göndərilmişdir. Bundan başqa narkotik vasitə heroinin qoyulduğu yeri və bağlamanı özündə əks etdirən 05 ədəd fotoşəkil aşkar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hadisə yerinə öz istifadəsi üçün 50 manat pul qarşılığında 3-4 qram qurudulmuş marixuana götürmək məqsədilə getməsi, lakin orada iri bir bağlamanı görüb, onu götürmədən, əlinin belə həmin narkotikə dəyməməsi barədə ifadəsində göstərdiyi xüsusatlar, yuxarıda göstərilən neytral sübutla (İİR məxsus mobil operatoruna göndərdiyi və ona göndərilən səsli mesajlar, narkotik vasitə olan bağlamanın fotoşəkilləri, halbuki həmin fotoşəkillərdə açıq-aşkar bağlamanın içirəsində 3- 4 qram çəkidə hər hansı bir növdə narkotik vasitənin olmaması onun həcminin böyüklüyündən əvvəlcədən ona məlum olması, eləcədə onun hadisə yerində saxlanılmasında iştirak etmiş şahid ifadələri (şahidlər Şahid1 və Şahid2 həmin ifadələrində Təqsirləndirilən şəxs bilavasitə hadisə yerindən bir ədəd bağlamanı götürdükdən sonra tərəflərindən saxlanılmasını bildirmişlər) ilə tam təkzib edilmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə irəli sürdüyü dəlillərin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin (ilkin şübhəli və təqsirləndirilən şəxs qismində) isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bu ifadələrin təhlili göstərir ki, Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə xüsusilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişdir. Belə ki, həm cinayət işinin materialları əsasında yuxarıda tətqiq edilmiş təkzibedilməz sübutlarla, həm də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu (ilkin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi) ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs digər şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş xüsusilə külli miqdarda narkotik vasitənin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin narkotik vasitə ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun digər şəxslə (Rasim adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə Rasim adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Şirvan şəhəri, Səməd Vurğun küçəsində narkotik vasitə qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə təqsirləndirilən şəxsə dəqiq məlumatlar ötürməsini, cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin ölkə ərazisində xüsusilə külli miqdarda narkotik vasitənin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxsin həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin xüsusilə külli miqdarda narkotik vasitənin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdi onun cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxsin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxs CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsbit edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 83-cü sətrinə əsasən heroin narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 800 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 6-cı bəndində qeyd olunur ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 6 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 9-cu bəndinə görə, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağının olması CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən haldır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olması müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halın olmamasını aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyaları həddində, yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 19 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7290,054 qram heroin məhv edilməli, iş materiallarında olan videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs alınaraq, “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 19 mart 2024-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7290,054 qram heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar