Məhkəmə qərarları › İş №1(099)-636/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-636/2023

04.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-636/2023 04.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, Dostluq küçəsi, ev 49/11, mənzil 7də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Qala Stansiya ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma və satma barədə digər şəxslər ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 499,7 qram tiryəki, külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 14049,40 qram qurudulmuş marixuananı, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan məhlul halında təmiz çəkisi 0,780 qram metadonu, külli miqdarda güclü təsir edən maddə olan 1260 ədəd kapsul şəklində təsir maddəsinin miqdarı 378 qram “Gabapentin-300” adlı dərman preparatlarını və külli miqdarda güclü təsir edən maddə olan 300 ədəd kapsul şəklində təsir maddəsinin miqdarı 45 qram olan “Preqabalin-150” adlı dərman preparatlarını digər şəxs Beyləqan rayonunun ərazisində, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 22-ci sərhəd zastavasının 31-ci sahəsinin arxa istiqamətində gizlədib, bu barədə 05 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra, o, digər şəxs ilə birlikdə sonuncunun idarə etdiyi avtomobillə Beyləqan rayonunun ərazisinə gedərək, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 22-ci sərhəd zastavasının 31-ci sahəsinin arxa istiqamətindən iki ədəd bağlamada külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddələri 06 yanvar 2023-cü il tarixdə, saat 01:00 radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, ondan cinayətkar qrupa məxsus külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 499,7 qram tiryək, külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 14049,40 qram qurudulmuş marixuanan, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan məhlul halında təmiz çəkisi 0,780 qram metadon, külli miqdarda güclü təsir edən maddə olan 1260 ədəd kapsul şəklində təsir maddəsinin miqdarı 378 qram “Gabapentin-300” adlı dərman preparatları və külli miqdarda güclü təsir edən maddə olan 300 ədəd kapsul şəklində təsir maddəsinin miqdarı 45 qram olan “Preqabalin-150” adlı dərman preparatları aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan ittihamlarda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 05 yanvar 2023-cü ildə əvvəllər tanıdığı Fərid adlı taksi sürücüsü ilə Səhiyyə Nazirliyinə əməliyyatı ilə bağlı sənəd vermək üçün getmişdir. Oradan qayıdandan sonra həmin taksi sürücüsü ilə onu Gəncəyə aparması barədə danışıb razılaşmışdır. Həmin vaxt öz evi ilə də bu barədə telefon vasitəsilə danışmışdır. Belə ki, Gəncədə onların evdən çıxarılması ilə bağlı barələrində məhkəmədə iş olmuşdur. Həmin məhkəmə prosesində iştirak etmək məqsədilə də Gəncəyə getməyə qərar vermişdir. Bu səbəbdən də anası ilə telefonda aralarında danışıq olmuşdur. Bundan başqa əvvəllər Kənan adlı şəxslə tanış olmuş, onunla telefon vasitəsilə əlaqə saxlamış, lakin üzünü görməmişdir. Həmin Kənan adlı şəxsdən isə öz istifadəsi üçün danışıb “patı” almışdır. Kənan ona “patı” göndərirmiş, o isə götürüb istifadə edirmiş. Həmin vaxt isə yenə “patı” alıb istifadə etmək məqsədilə Kənanı yığmışdır. Kənan isə ona rayonda olduğunu, daha sonra xəbər edəcəyini, “patı” tapmağın çətin olduğunu, qiymətin bahalaşdığını bildirmişdir. Daha sonra həmin Kənan ona İmişli tərəfə gəlib götürə biləcəyini demiş, ona konum atmışdır. Lakin həmin konum olan yeri özü tanımamışdır. Konumu Fəridə göstərmiş, Fərid isə gedib tapa biləcəyini demişdir. Kənan isə İmamverdili yazılan plakatın altına yarım qram “patı” qoyacağını demiş, o isə Kənanın kartına 50 manat pul göndərmişdir. Fəridlə birlikdə yola çıxmışlar. Yol boyu Fəridə demişdir ki, gəlib maşında versin, Fərid isə etiraz etmiş, razılaşmamış, demiş ki, birdən polisə işləyər, problem olar. Öz telefonu da Fəriddə olmuş, Kənanla danışmışdır. Lakin telefonu danışdıqdan sonra söndürmüşdür, ehtiyyat etmişdir. Həmin əraziyə çatana yaxın isə Kənanla danışıb az qaldığını bildirmişdir. Kənanın göndərdiyi konumla birinci dəfə getdiyi yer köhnə yanacaqdoldurma məntəqəsi olmuş, çox qaranlıq olduğundan ora düşməyə qorxmuşdur. Daha sonra Kənanla zəngləşmişlər, sonuncu demişdir ki, magistral yola yaxın plakatın altına qoyacaq. Bundan sonra həmin plakatı Fərid keçib getmiş, onunla getməyə qorxmuş, Fəridlə maşında dalaşmış bu səbəbdən və maşından düşmüşdür. Maşından düşərkən isə öz şəxsiyyət vəsiqəsi, pasportu, çantası və sənədləri Fəridin maşınında qalmışdır. Yolun kənarı ilə hərəkət etmiş, bir taksi gəlmiş, saxladıb onu qarşıya aparmasını xahiş etmişdir. Həmin taksi onu konumda göstərilən plakatın yanına gətirmiş, maşından düşmüşdür. Plakatın altında ağır iki ədəd çanta olduğunu görmüş, heçnə götürmədən, qayıtmaq istəmiş maşına tərəf ki, telefonun götürüb işıq salıb həmin yerə baxsın. Bu zaman isə onun əlindən kimsə tutmuşdur. Həmin şəxslər demişlər ki, bu çantalar sənindir. Özü isə onlara “patı” dalınca gəldiyini bildirmişdir. Onların içərisindən bir nəfər də demişdir ki, “dərman dalınca gəlmişəm, get Bakıya səni buraxacaqlar”. Onu saxlayanlar görmüşlər ki, halı pisdir, ona patı vermişlər, həmin patını maşında çəkmişdir. Daha sonra mağazaya aparıb su zad almışlar və Beyləqana hərbi hissəyə getmişlər. Yol boyu onun şəxsi həyatı ilə bağlı çoxlu suallar vermişlər. Demişlər ki, “qardaşının da maşınına narkotik qoyub onu tutarıq, biz deyəni deməlisən”. Ona demişlər ki, dedikləri kimi ifadə verməlidir. Onu bir otaqda saxlamışlar, özü həmin otaqda uzanmışdır. Sonra da gətirib sənədlərə imza etdirmişlər. Özünün məlumatı olmamışdır ki, nəyə qol çəkir. Memo adlı şəxsi tanıyır, həmin şəxsin Ərdəbildə yerləşən evinə gedib, oradan həkimə getməyi düşünmüşdür. Memo adlı şəxsin nömrəsin ona Türkiyədə bir tanıdığı qız vermişdir. Yaydan bu yana həmin şəxslə danışmışdır. Danışmaqda məqsədi sinəsində olan yanıq izi ilə bağlı həkimə getmək olmuşdur. 05 yanvar 2023-cü ildə də Memo adlı şəxslə danışmışdır. Lakin Memoya narkotik vasitə sifariş verməmiş, ondan narkotik vasitə istəməmiş, yalnız Kənan adlı şəxslə danışıb şəxsi istifadəsi üçün ondan “patı” istəmişdir. Hadisə yerində bir ədəd qara rəngli sellofan və birdə meşok kimi bir şeyi görmüşdür. Həmin yer düz magistral yola yaxın İmamverdili kəndi sözü yazılmış löhvənin yanında olmuşdur. Lakin həmin bağlamaları götürməmiş, qayıdıb maşından telefonu götürüb işıq salmaq istəmiş, bu vaxt qalxan kimi əlindən tutmuşlar. Onun ilk məhkumluğunu, qadın olmağını, özün bu işdə qismən təqsirli bilməyini, həmin narkotik vasitələrin arxasınca getməməyini nəzərə alıb, əməlini CM-nin 234.1-1-ci maddəsinə tövsif etməyi, vəziyyətini yüngülləşdirməyi məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ilkin ifadələrində bildirmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilir, 05 yanvar 2023-cü il tarixdə təqribən günorta vaxtı, əvvəllər münasibəti olmuş Alp Ferdi adlı şəxsin vasitəsi ilə tanıdığı Memo adlı iranlı istifadəsində olan “***-***-**-**” saylı nömrənin “WhatsApp” mobil tətbiqinə xatırlamadığı nömrədən səsli mesaj göndərmişdir. Həmin səsli mesajı açdığında həmin səs yazısında Memonun “özünün qaçaq yolla İİR-dən Azərbaycan Respublikasına göndərdiyi bağlamanı olduğu yerdən götürə bilibbilməyəcəyini soruşduğu” ona məlum olmuşdur. Dərhal Memoya “WhatsApp” mobil tətbiqi üzərindən zəng edərək bağlamada nə olduğunu maraqlanmış, həmin vaxt Memo ona qaçaq yolla dərman preparatlarını göndərdiyini, həmin dərmanların əsəb dərmanı olduğunu bildirmiş, həmin dərmanları olduğu yerdən götürmək üçün etibarlı tanışının olubolmadığını soruşmuşdur. Həmin vaxt bu barədə fikirləşəcəyini deyərək danışığı bitirmişdir. Bundan sonra əvvəlcədən taksi sürücüsü kimi tanıdığı, bir neçə dəfə taksi kimi istifadə etdiyi Fərid adlı şəxs yadına düşmüş, Fəridin adının yadına düşməsinin səbəbi sonuncunun narkotik vasitə istifadəçisi olmasının ona məlum olması olmuşdur. Fəridin dəqiq xatırlamadığı, lakin istifadəsində olan sonu “20-30” ilə bitən mobil nömrəsinə Memonun ona göndərdiyi səsli mesajı yollamış, həmin mesajın cavabında Fərid adlı tanışı ona özünün razı olduğunu deyərək olduğu yerə sürdüyü avtomobillə gəlmişdir. Fəridlə görüşdükdən sonra mobil telefonu ilə Memoya zəng etmiş, Memo ilə Fərid səsucaldıcı vasitəsi ilə danışmışlar. Həmin danışıqlar zamanı ona məlum olmuşdur ki, Memo qaçaq yolla göndərdiyi dərmanların əsəb dərmanları olduğunu Fəridə demiş və bu işin qarşılığında 300 manat pul verəcəyini bildirmişdir. Fərid Memoya əvvəl iranlılarla bu kimi işlər gördüyünü, lakin gördüyü işin qarşılığında iranlıların ona 600 manat pul verdiklərini desə də, nəhayət axırda onlar 300 manat qarşılığında razılaşmış, Memo adlı şəxs onların Bəhramtəpə ərazisinə gəlmələrini istəmişdir. Bu vaxt Fərid Memoya avtomobilin kirayəsini vermək üçün, həmçinin də yanacaq vurması üçün pulunun olmadığını deyərək ilkin olaraq Memonun onun plastik bank kartına 50 (əlli) manat pul göndərməsini istəmişdir. Bundan sonra özünün mobil telefonu ilə Fəridin nömrələrini xatırlamadığı plastik kartının şəklini Memoya göndərmişlər. Bir qədər sonra Fəridin kartına Memo adlı şəxs razılaşdıqları kimi 50 (əlli) manat pul göndərmiş, Fərid həmin əlli manat pulla avtomobilə yanacaq almış və onlar 05 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində Bakı şəhərindən Füzuli rayonu, Bəhramtəpə qəsəbəsi istiqamətində yola düşmüşlər. Saat 21 radələrində Bəhramtəpəyə çatdıqda Memo ilə əlaqə saxlayaraq Bəhramtəpəyə çatdıqları demişlər. Bu vaxt Memo onun mobil nömrəsinə dərmanların olduğu bağlamaların şəklini və həmin bağlamaların olduğu yerin “Google Map” üzərindən yerləşmə yerini göndərmişdir. Həmin şəkilə baxdıqda biri qara rəngli və digəri narıncı rəngli olmaqla ümumilikdə iki ədəd bağlamanın olduğunu görmüş, bundan sonra Fərid həmin şəkili və bağlamaların olduğu “Google Map” üzərindən olan yerləşmə yerini özünün mobil telefonuna göndərmiş və onlar birlikdə bağlamaların olduğu yer istiqamətində hərəkət etmişlər. Həmin yerə çatdıqda Fərid avtomobili saxlamış və o, avtomobildən düşüb bağlamaların olduğu yerə doğru getmişdir. Fərid isə avtomobildən arxası ilə telefonunun işığı ilə işıq salmışdır. Şəkildəki bağlamaları görüb tanımış və həmin bağlamaları götürmək istədikdə sərhədçilər tərəfindən saxlanılmışdır. Bu vaxt Fərid onun saxlanıldığını gördüyündən və avtomobildən düşmədiyindən avtomobili sürərək ərazidən uzaqlaşmışdır. Memo adlı iranlının narkotik vasitələri və güclü təsir edən dərman vasitələrini qaçaq yolla nə vaxt, necə və kimin vasitəsilə qanunsuz yolla dövlət sərhədindən keçirməsini bilməmiş, Memo adlı şəxs ona sadəcə olaraq əsəb dərmanlarını götürəcəyini demişdir. Memonun narkotik vasitə qaçaqmalçılığı ilə məşğul olmasını konkret olaraq bilməsə də, təxminən 2018-ci ildə sonuncu bununla bağlı ona və əvvəllər birgə yaşadığı Alp Ferdi adlı şəxsə təklif etdiyində bundan imtina etmişlər. Memodan göndərdiyi bağlamada narkotik olmasına dair şübhələnməməsinin səbəbi sonuncudan bağlamada nə olduğunu soruşduğu zaman Memonun ona əsəb dərmanları olmasını deməsi olmuşdur. X7 Respublikası vətəndaşıdır. Təqribən 40 yaşındadır, hündürboy, kök, bığsız, qara və qısa saçlıdır. Mobil telefon nömrəsini telefonuna “Memo” adı ilə yazmış, mobil telefon nömrəsini əzbər bilmir. Fərid Azərbaycan Respublikası vətəndaşıdır, bildiyinə görə Bakı şəhəri, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayır. Soyadı Abbasov olmalıdır. Mobil nömrəsini telefonunun yaddaşına yazmamış, ancaq mobil nömrəsinin sonunun “20-30”la bitdiyini dəqiq bilmişdir. Fərid təqribən 1,65-1,70 metr boyunda, arıq, az saqqallı, qara və qısa saçlı 23-24 yaşlarında olan adamdır. Bildiyi qədər 19 yaşında olduğu zaman oğlan övladı olub və onun övladının 4 yaşı vardır. Alp Ferdi isə Türkiyə Respublikası vətəndaşıdır. Onunla təxminən 4 il bir yerdə qeyri-rəsmi nigahda yaşamışlar, onun mobil nömrəsini bilmir, uzun müddətdir ki, münasibətləri yoxdur. Alp Ferdi təqribən 1,75-1,80 metr boyunda, arıq, saqqallı, qara və qısa saçlı 31 yaşında olan adamdır. Memo adlı şəxs qaçaqmalçılıq işində köməkliyin qarşılığında onunla Fəridə vəd etdiyi 300 manat pulu Fəridin plastik kartına göndərməli və Fəridlə o, həmin pulu yarıba-yarı böləcəkmişlər. İstifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Həmin mobil nömrəni 2022-ci ilin dekabr ayında Türkiyə Respublikasından qayıtdıqdan sonra almış və istifadə etmişdir. Əvvəllər istifadəsində “***- ***-**-**” saylı mobil nömrə olmuşdur. Əvvəllər psixotrop maddə olan metamfetamindən istifadə etmiş, sonuncu dəfə metamfetamini təqribən saxlanılmasından bir ay əvvəl Türkiyə Respublikasında olduğu zaman əldə edib çəkmişdir. Azərbaycan Respublikası ərazisində narkotik vasitə istifadə etməmiş, onsuz da metamfetamindən mütəmadi olaraq istifadə edən adam olmamışdır. Buna görə də Azərbaycan Respublikasında yox, yalnız Türkiyə Respublikası ərazisində metamfetamini tanımadığı şəxslərdən əldə edib istifadə etmişdir. Memo adlı şəxslə əlaqə saxladığı mobil telefon Memonun dediyi qaçaqmalı əldə etmək üçün avtomobildən düşdüyü zaman Fəridin idarə etdiyi avtomobildə qalmışdır. Fəridin törədilən cinayətdə rolu ondan ibarət olub ki, iranlı Memonun təklifini onun kimi Fərid də qəbul etmiş və Memonun qaçaq yolla göndərdiyi dərmanları deyəcəyi yerə qoyduqdan sonra onlara çatası 300 manat pulu birlikdə tən yarı böləcəkmişlər. Saxlanılan zaman DSX-nin hərbi qulluqçuları ona qarşı nə fiziki, nə də psixi təsir göstərməmişlər. Gərək, Memoya inanaraq göndərdiyi qaçaqmal əsəb dərmanlarının arxası ilə getməzmiş. Memonun göndərdiyi qaçaqmalın narkotik olmasını bilməsə də, onun qaçaqmal olduğunu və həmin qaçaqmalın əsəb sakitləşdirən dərmanlar olduğunu bilib arxası ilə getdiyi üçün əməlindən peşmandır. Saxlanılmasından təxminən bir həftə əvvəl Fərid taksi sürücüsü kimi onu hazırda xatırlamadığı, özünün Fəridə dediyi ünvana aparmış, həmin yerə çatdıqda avtomobilini kənara çəkib avtomobildə metamfetamindən istifadə etmiş və o, bunu görmüşdür. Lakin həmin vaxt Fərid ona həmin psixotrop maddədən istifadə etməyi təklif etməmiş və o da Fəriddən həmin maddədən istifadə etməsi üçün ona verməsini istəməmişdir. Fəridin həmin maddəni haradan və kimdən almasını bilmir, nə Fərid bu barədə ona nəsə deməmiş, nə də o, Fəriddən bu barədə nəsə soruşmamışdır. Fəridlə Memonun bir-biriləri ilə əvvəllər nə kimi münasibətlərinin olmasını, ümumiyyətlə birbirilərini tanıyıb-tanımamalarını bilmir. Fəridin narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olması barədə hansısa məlumatı yoxdur. Sərbəst ifadəsində də qeyd etdiyi kimi Fəridlə Memo aralarında danışdıqları zaman Fəridin əvvəllər iranlılarla əlaqəsinin olmasını Memoya dediyini eşitmişdir. Fəridlə birlikdə saxlanıldıqları yerə getdikləri avtomobilin qızılı rəngli, balaca avtomobil olmuş, markasından başı çıxmadığı üçün markası bilməmiş, dövlət nömrə nişanının isə “77” ilə başladığını dəqiq bilsə də, sonunun “137” və yaxud “153” ilə bitməsi yadındır. Səhv etmirsə həmin avtomaşının dövlət nömrə nişanı “**-PL-***” olmuşdur. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, müstəntiq tərəfindən ona heç bir təsir və ya təzyiq edilməmiş, sərhəd xidməti əməkdaşları demişlər ki, bu ifadələri versən Bakıya gedib buraxılacaqsan, düşünmüş ki bu onun xeyirinə olar, ona görə də göstərilən kimi ifadə verməyə razılaşmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında 05 yanvar 2023-cü il tarixdə xidmət etdiyi hərbi hissənin 22ci sərhəd zastavasının 31-ci sahəsinin arxa istiqamətində gizir Şahid1la birlikdə “Pusqu” xidmətinə təyin edilmişlər. Xidmətdə olduqları zaman 6 yanvar 2023-cü il tarixdə, saat 00:10-da Beyləqan rayonu, İmamverdili kəndi istiqamətində bir avtomobilin hərəkət etdiyini, həmin avtomobilin kəndin yaxınlığında dayandığını görmüşlər. Həmin vaxt avtomobildə olan kişi cinsli, üzünü görmədikləri bir nəfər şəxsin qadın cinsli digər şəxsə “tez düş götür, maşın gəlir, işiğı düşür” deyə bildirdiyini eşitmişlər. Bundan sonra qeyd olunan avtomobildən bir nəfər qadın cinsli şəxsin düşərək kolluq və qamışlıq ərazidə nəsə axtardığını görüb bu barədə aidiyyəti üzrə məruzə edərək həmin şəxsin hərəkətini müşahidədə saxlamışlar. Həmin qadın cinsli şəxs orada olan biri narıncı, digəri isə qara rəngli olan, ümumilikdə iki ədəd bağlamalardan qara rəngli bağlamanı götürmüş və avtomobil istiqamətində irəliləmək istəyərkən tərəflərindən uca səslə “Dayan!” çağırış komandası verilmiş və özü həmin şəxsi saxlamışdır. Saxlayan kimi Solmaz əlindəki torbaları yerə atmışdır. Bu zaman orada onun və torbların yanında qalıb gözləmişlər. Dərhal bu barədə aidiyyatı üzrə məruzə etmişlər. Solmaz orada özü demişdir ki, narkotik dalınca gəlib. Bir qədər sonra həmin əraziyə hərbi qulluqçular gələrək tərəflərindən saxlanılmış şəxsi müvafiq araşdırmanın davam etdirilməsi üçün aparmışlar. Bundan sonra onlara məlum olmuşdur ki, iki ədəd bağlamalardan qara rəngli bağlamanı götürdükdən sonra tərəflərindən saxlanılmış şəxs Təqsirləndirilən şəxsdır. Sonradan bilmişlər ki, Təqsirləndirilən şəxs götürdüyü qara rəngli bağlamaya və həmin bağlamanı əldə etdiyi yerdən aşkar edilmiş narıncı rəngli digər bağlamaya baxış keçirildikdə qeyd olunan bağlamaların içərisindən müxtəlif növlü narkotik vasitələr və dərman preparatları aşkar edilmişdir. Təqsirləndirilən şəxs hadisə yerinə gəldiyi avtomobildə olan şəxs avtomobili sürüb ərazidən uzaqlaşmış, həmin avtomobilin dövlət nömrə nişanını və sürücünün üzünü görməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, 06 yanvar 2023-cü il tarixdə onu 22-ci sərhəd zastavasının inzibati binasına hal şahidi kimi dəvət etmişlər. Həmin vaxt orada qazanxanada işdə olmuşdur. Xidməti otaqda ona Təqsirləndirilən şəxs narkotik vasitələr olan bağlamaları götürdüyü hadisə yerinə və qeyd olunan bağlamalara baxış keçiriləcəyi bildirilmiş, razılaşdıqdan sonra baxış başlanılmışdır. Hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs saxlanıldığı yeri əli ilə göstərmiş, həmin yer Beyləqan rayonu, İmamverdili kəndinin ərazisi olmuş və həmin yerə baxış zamanı Təqsirləndirilən şəxs saxlanıldığı yerdən biri narıncı rəngli, digər isə qara rəngli olmaqla ümumilikdə iki ədəd bağlamalar aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin, aşkar edilmiş bağlamaları götürmək üçün əraziyə gəldiyini, həmin bağlamaların ona məxsus olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs saxlanıldığı yerdən aşkar edilərək götürülmüş bağlamalara baxış keçirilən zaman içərisindən bağlamalar çıxmış, demişlər ki, bunlar narkotiklərdir. Özü isə heç bir narkotik vasitə tanımır. Solmaz özü təsdiq etdikdən sonrakı bağlamalar ona məxsusdu, bundan sonra hal şahidi qismində sənədlərə qol çəkmişdir. Əgər Solmaz bunu təsdiq etməsəydi, özü heçnəyə imza etmədən ordan çıxıb gedərmiş. Bağlamalar Solmazın iştirakı ilə açılıb baxılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan ƏAŞ-nin rəisi mayor Fərzənd Allahverdiyev tərəfindən tərtib edilmiş xx.xx.2023-c2 il tarixli raportun məzmunundan görünür ki, daxil olmuş əməliyyat məlumatına əsasən Beyləqan rayonu İmamverdili kəndinin yaxınlığında kol və qamış bitkiləri arasında (22-ci SZ-nın xidməti ərazisinin 31-ci sahəsinin arxa hüdudu) külli miqdarda narkotik vasitələrin gizlədildiyi barədə bildirilmişdir. xx.xx.2023-cü il tarixdə 2-ci sərhəd dəstəsinin əməkdaşlarından ibarət Beyləqan rayonu İmamverdili kəndinin yaxınlığında Pusqu sərhəd naryadı xidməti təşkil olunmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində bir ədəd KİA RİO markalı ** BO *** dövlət nömrə nişanlı avtomobilin gəlməsi, həmin avtomobildən bir nəfər şəxsin düşərək kol və qamış bitkiləri olan əraziyə daxil olduğunu və oradan 2 ədəd bağlamanı götürüb uzaqlaşarkən sərhəd naryadı tərəfindən saxlanılmış, həmin şəxsi əraziyə gətirən avtomobili idarə edən Fərid adlı şəxs oradan uzaqlaşmışdır. (c 1, i.v 6) İş materiallarında olan Əməliyyat tədbirlərinin keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan çıxarışdan görünür ki, narkotik vasitələrin sifarişçilərinin saxlanılması məqsədilə 2-ci SD-nin əməkdaşlarından ibarət Beyləqan rayonu İmamverdili kəndi ərazisində Pusqu sərhəd naryadı xidməti təşkil olunmuşdur. (c 1, i.v 7) İş materiallarında olan xx.xx.2023-cü il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:00-də inzibati qaydada tutulmuşdur. (c 1, i.v 9) İş materiallarında olan 06 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 22ci sərhəd zastavasının 31-ci sahəsinin arxa hüdududur. Həmin istiqamətdə Beyləqan rayonu, İmamverdili kəndi yaxınlığında sıx qamışlıq və kol bitkiləri olan ərazidə saxlanılmış Təqsirləndirilən şəxs saxlanıldığı yerdən narıncı və qara rəngli olmaqla iki ədəd bağlama aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin bağlamaları götürmək üçün əraziyə gəldiyini, həmin bağlamalarda əsəb dərmanları olmalı olduğunu bildirmişdir. (c 1, i.v 11-15) İş materiallarında olan 06 yanvar 2023-cü il tarixli aşkar edilmiş predmetlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş olan bağlamalara baxış keçirilən zaman içərisindən çəkisi 14500 qram təşkil edən qurudulmuş marixuanaya bənzər maddə, çəkisi 600 qram təşkil edən tiryəkə bənzər maddə, 1300 ml plastik qablaşdırmada olan metadon məhlulu, 1260 ədəd üzərində “Gababrel-300” yazısı olan həb, 300 ədəd üzərində “Preqabalin-150” yazısı olan həb və 10 ədəd flakonda maye halında üzərində “Sinarolac” yazısı olan dərmanların olması aşkar olunmuşdur. (c 1, i.v 16-19) İş materiallarında olan «Şübhəli şəxsin tutulması haqqında» 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 41) İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (c 1, i.v 61) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının 7 yanvar 2023-cü il tarixli, 6/60 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 499,7 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir, 1 plastik butulkadakı 850 ml həcmində sarımtıl rəngli şəffaf maye kustar üsulla hazırlanmış metadon məhluludur və həmin məhlulda metadonun təmiz çəkisi 0,780 qramdır, üzərilərində “Gabapentin 300” markalanma göstəriciləri olan 126 ədəd konvalyutda, hər konvalyutda 10 kapsul olmaqla, ümumilikdə 1260 ədəd üzərlərində “SAMİSAZ” yazısı olan qəhvəyi-sarı rəngli kapsul gabapentin tərkibli dərman preparatıdır və 1260 ədəd kapsuldan ibarət gabapentin təsiredici maddəsinin ümumi miqdarı 378 qramdır, üzərində “Pregabline -150” markalanma göstəriciləri olan 20 ədəd konvalyutda, hər konvalyutda 15 kapsul olmaqla, ümumilikdə 300 ədəd üzərlərində narıncı-göy rəngli kapsul preqabilin tərkibli dərman preparatıdır və 300 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 45 qramdır, tədqiqata təqdim edilmiş üzərində “Sinorolac” markalanma göstərici olan 10 ədəd plastik qablardakı ketorolak tərkibli göz damcısı narkotik vasitə, psixotrop maddələrə və güclü təsir edən maddələrə aid deyildir. Ekspert rəyinin qeyd hissəsində göstərilmişdir ki, tiryəkin təmiz çəkisi -499,7 qram, tədqiqata sərf olundu -0,2 qram, qalıq -499,5 qram, metadon məh. Həcmi 850 ml, tədqiqata sərf edildi 20 ml, qalıq 830 ml, 1260 gabapetin tərkibli kap. 10 kap tədqiqata sərf edildi, qalıq 1250 kap, 300 preqabalin tərkibli kap. 10 kap tədqiqata sərf edildi, qalıq 290 kap, 10 fla. Sinorolac dərm preparatdan 1 flak tədqiqata sərf edildi, qalıq 9 fakon. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir. (c 1, i.v 62-65) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə bioloji ekspertizasının 6 yanvar 2023-cü il tarixli, 7/13 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 16 ədəd sellofan bağlamalarda ümumi təmiz çəkisi 14049,40 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ekspert rəyinin qeyd hissəsində göstərilmişdir ki, marixuananın təmiz çəkisi -14049,40 qram, tədqiqata sərf olundu -0,8 qram, qalıq -14048,60 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat təşkil edir. (c 1, i.v 68-70) İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-10/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 yanvar 2023-cü ildən hesablanmışdır. (c 1, i.v 100-103) İş materiallarında olan 07 yanvar 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, narkotik vasitələr olan 830 ml məhlul halında narkotik vasitə olan metadon qalığı, 14048,60 qram narkotik vasitə olan qurudulmuş marixuana qalığı, 499,5 qram tiryək qalığı, güclü təsir edən maddələr olan 1250 kapsul Gabaprel-300 qalığı və 290 kapsul Preqabalin-150 qalığı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İstintaq və təhqiqat idarəsinin saxlanc yerinə verilmişdir. (c 1, i.v 107-108) İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 03/202 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşamadığından, onun harada işləməsini müəyyən etmək, ailə tərkibi haqqında arayış və barəsində xasiyyətnamə təqdim etmək mümkün olmamışdır. (c 1, i.v 159) İş materiallarında olan 27 fevral 2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə şəxsiyyəti istintaqa Fərid adı ilə məlum olan şəxsin istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “102” saniyəlik danışıqlar, xx.xx.2023-cü il tarixdə 1 halda “54” saniyəlik, xx.xx.2023-cü il tarixdə 7 halda “29, 1, 79, 31, 57, 18, 20” saniyəlik danışıqlar və şəxsiyyət istintaqa Memo adı ilə məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 3 halda “22, 57, 6” saniyəlik danışıqların olması müəyyən edilmişdir. (c 1, i.v 166) İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, həsb edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar olunmamışdır. (c 1, i.v 249) İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 843 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunanəməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olanan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (c 2, i.v 23-25) İş materiallarında olan Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli 1436 nömrəli rəyindən görünür ki, müayinə zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c 2, i.v 26-27) İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsin fotoşəkil üzrə tanınması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs, ifadələrində adını qeyd etdiyi, şəxsiyyəti istintaqa “Fərid” adı ilə məlum olan şəxsi tanıyaraq həmin şəxsin X4 olmasını bildirmişdir. (c 2, i.v 29-30) İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, sonuncunun yalan danışdığını, həmin şəxsin içərisində narkotik vasitələr və güclü təsir edən maddə olan iki ədəd bağlamalardan qara rəngli bağlamanı götürüb avtomobilə doğru 2-3 metr irəlilədikdən sonra saxlanıldığını bildirmişdir. (c 2, i.v 34-35) İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, sonuncunun yalan danışdığını, həmin şəxsin içərisində narkotik vasitələr və güclü təsir edən maddə olan iki ədəd bağlamalardan qara rəngli bağlamanı götürüb avtomobilə doğru 2-3 metr irəlilədikdən sonra saxlanıldığını bildirmişdir. (c 2, i.v 36-37) İş materiallarında olan 11 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işinin materiallarından şəxsiyyəti istintaqa Memo adı ilə məlum olan İİR vətəndaşı, şəxsiyyəti istintaqa Fərid adı ilə məlum olan Azərbaycan Respublikası vətəndaşı X4 və cinayətin digər iştirakçıları barəsində Azərbaycan Respublikası CM-nin 318.2, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri hazırki cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə qərar qəbul edilmişdir. (c 2, i.v 39-50) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı tam mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamın faktiki tərəfini tam mübahisələndirdiyi və özünün müdafiəsi üçün dəlillər irəli sürdüyü üçün, məhkəmə tərkibi hesab edir ki, həmin ittihamlar üzrə hüquqi tövsifə qiymət verilməmişdən öncə, Təqsirləndirilən şəxs müdafiəsi üçün irəli sürdüyü dəlillər yoxlanılmalıdır. Təqsirləndirilən şəxs elan olunmuş ittihamın faktiki tərəfinə dair müdafiəsi üçün gətirdiyi dəlillər: İİR-də olan Memo adlı şəxslə narkotik vasitələrin götürülməsi barədə aralarında razılığın olmadığını, həmin şəxslə yalnız səhhətində olan probelmlərlə bağlı həkimə getmək məqsədilə danışdığını, hadisə günü telefon vasitəsilə tanış olduğu Kənan adlı şəxslə danışıb öz şəxsi istifadəsi üçün metamfetamin götürməyə getdiyini, Kənan adlı şəxsin ona metamfetaminin olduğu yerin konumunu atdığını, Kənanın dediyi magistral yola yaxın plakatın altına gedib baxdıqda ağır iki ədəd çanta olduğunu gördüyünü, heçnə götürmədən, qayıdıb maşına tərəf telefonu götürüb işıq salıb həmin yerə baxsın, elə bu zaman saxlanıldığını, həmin şəxslərə “patı” dalınca gəldiyini bildirdiyini, narkotik vasitələr olan bağlamaları götürmədiyini, sərhəd xidməti əməkdaşları tərəfindən aldadıldığını, nəticədə etirafedici ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən onun özünün ibtidai araşdırma zamanı vermiş olduğu ilkin şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 47-50), xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 80-84) qismində verdiyi ifadələrində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs hadisə günü İİR-də olan Memo adlı şəxsin qaçaq yolla İİR-dən Azərbaycan Respublikasına göndərdiyi bağlamanı olduğu yerdən götürmək məqsədilə tanışı Fərid adlı şəxslə hadisə yerinə getdiyini, Memonun bu işin qarşılığında 300 manat pul verəcəyini, Memonun qaçaq yolla göndərdiyi dərmanları deyəcəyi yerə qoyduqdan sonra onlara çatası 300 manat pulu birlikdə tən yarı böləcəkləri barədə aralarında razılaşdıqlarını, Memo onun mobil nömrəsinə dərmanların olduğu bağlamaların şəklini və həmin bağlamaların olduğu yerin “Google Map” üzərindən yerləşmə yerini göndərdiyini, şəkildəki bağlamaları görüb tanıyıb və həmin bağlamaları götürmək istədikdə sərhədçilər tərəfindən saxlanıldığını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatlar, yuxarıda göstərilən ifadələrlə, eləcədə Təqsirləndirilən şəxs hadisə yerində saxlanılmasında iştirak etmiş şahid ifadələri (şahidlər Şahid1 və Şahid2 həmin ifadələrində Təqsirləndirilən şəxs bilavasitə hadisə yerindən iki ədəd bağlamanı götürdükdən sonra tərəflərindən saxlanılmasını bildirmişlər) ilə tam təkzib edilmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə irəli sürdüyü dəlillərin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ilkin ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ilkin ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ilkin ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bu ifadələrin təhlili göstərir ki, təqsirləndirilən şəxs ümumiyyətlə istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı digər şəxslə qabaqcadan razılaşaraq sonuncu tərəfindən Beyləqan rayonu ərazisində gizlədilmiş qanunla qadağan edilmiş predmeti götürmək məqsədilə həmin əraziyə getdiyini, ərazidə iki ədəd bağlamanı gördüyünü etiraf etmişdir, lakin ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadələrindən fərqli olaraq məhkəmə istintaqı zamanı, İİR-də olan Memo adlı şəxsin göndərdiyi külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddələri deyil, tanışı Kənan adlı şəxsin həmin ərazidə gizlətdiyi metamfetamini öz şəxsi istifadəsi üçün götürmək məqsədilə getdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı da məhz təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ilkin etirafedici ifadələri iş materiallarında olan digər sübutlarla şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları ilə tam olaraq öz təsdiqini tapır. Bu hal isə təqsirləndirilən şəxsin digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddələri qanunsuz olaraq əldə etmə, saxlama, daşıma, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin və psixotrop maddənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etməsini sübut edir. Belə ki, həm cinayət işinin materialları əsasında, həm də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ilkin ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs digər şəxslərlə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş külli miqdarda narkotik vasitələrin və külli miqdarda güclü təsir edən maddələrin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin vasitələr və maddələr ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun digər şəxslə (Memo adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə Memo adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Beyləqan rayonunun ərazisində Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 22-ci sərhəd zastavasının 31-ci sahəsinin arxa istiqamətində külli miqdarda narkotik vasitələr və külli miqdarda güclü təsir edən maddələr qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə təqsirləndirilən şəxsə dəqiq məlumatlar ötürməsini, cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin ölkə ərazisində külli miqdarda narkotik vasitələr və külli miqdarda güclü təsir edən maddələrin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxsin həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin külli miqdarda narkotik vasitələr və külli miqdarda güclü təsir edən maddələrin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdi onun cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxsin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxs CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 12(a) və 19-cu sətrlərinə əsasən qurudulmuş marixuana və tiryək narkotik vasitələr hesab edilir, həmin maddələrin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi sətr ardıcıllığına müvafiq olaraq 5 qram və 0,5 qram, külli miqdarının aşağı həddi isə sətr ardıcıllığına müvafiq olaraq 500 qram və 50 qramdır. «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» 2016-cı il 18 mart tarixli 180VQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş güclü təsir edən maddələrin və onların külli miqdarının başlıqlı siyahının 37-1 və 68-ci sətrlərinə əsasən qabapentin və preqabalin güclü təsir edən maddə hesab edilir, həmin maddələrin külli miqdarının aşağı həddi isə 5 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə bağlı ittihama gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı qeyd edilən hissədə təqsirləndirilən şəxsin əməlinin CM-nin 32.5, 206.2-ci maddəsi ilə tövsif edilməsini və həmin maddənin sanksiyasında cəza təyin edilməsini məhkəməyə təklif etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilsə də, onun Azərbaycan Respublikası CM-in nə 206.3.2-ci maddəsində, nədə ki, 32.5, 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə istintaqı aparılmış hərtərəfli araşdırma zamanı təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin nə 206.3.2-ci nədə ki, 32.5,206.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının CM-nin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə, eləcə də məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı qeyd edilən hissədə təqsirləndirilən şəxsin əməlinin CM-nin 32.5, 206.2-ci maddəsi ilə tövsif edilməsini təklif etməkdə əsassız qənaətə gəlmişdir. İş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ittiham tərəfindən Təqsirləndirilən şəxs ümumiyyətlə qaçaqmalçılıq cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, təqsirləndirilən şəxs əslində bütövlükdə satışın təşkili ilə bağlı da digər şəxslə hər hansı razılaşma əldə etməmiş, yalnız külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddələri bəlli bir yerdə qəbul etməkdən və həmin vasitələr və maddələr ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürərək satışda məqsədi yalnız bu funksiyanı həyata keçirməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan şəkildə qəbul etmə və “kuryerlik” funksiyası ilə bağlı hərəkəti yalnız satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddələri əldə edərək saxlama daşıma cinayətinin tərkibi ilə əhatə olunur. Həm də məhkəmə, qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlamətinin tam sübuta yetirildiyi qənaətindədir. Qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmədiyindən təqsirləndirilən şəxsin yalnız telefonla əlaqə saxlayıb razılıq əldə etməsi əməlin bu tövsifedici əlamətinin təsiri altına düşməsi üçün yetərlidir. Lakin ittiham tərəfindən qeyd olunan maddələrin gizlədilmiş yerdən götürülməsi anınadək Təqsirləndirilən şəxs həmin predmetlərlə bağlı hər hansı hərəkətlər etməsi, o cümlədən onun Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsində hər hansı formada (icraçı, təhrikçi, köməkçi, təşkilatçı qismində) iştirak etməsi müəyyən edilməmiş, buna dair hər hansı sübut əldə edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs həmin predmetlərin artıq Azərbaycan Respublikası ərazisində olduğunu bildikdən sonra cinayətdə iştirak etmiş, yəni, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayəti törədildikdən sonra satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, külli miqdarda güclü təsir edən maddələri əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmişdir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yəni, Təqsirləndirilən şəxs digər şəxs tərəfindən qaçaqmalçılıq cinayəti törədildikdən sonra satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, külli miqdarda güclü təsir edən maddələri əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmişdir və ona görə də Təqsirləndirilən şəxs məhz törətdiyi sübuta yetirilən bu əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qaçaqmalçılıq cinayəti ilə bağlı hissəsi yalnız fərziyyələrə söykənir. Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. Cinayət işi və ya digər materiallar üzrə sübutların elə bir məcmusu toplanılmalıdır ki, onlar sübut edilməli olan ayrı-ayrı halların, habelə CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə daxil olan bütün halların müəyyən edilməsinə imkan versin. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarında göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı şəkildə iştirakına dəlalət edən heç bir sübut müəyyən olunmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Deveyer Belçikaya qarşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, “ittiham” termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməli, məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir”. İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı əvvəlcə ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə, məhkəmə çıxışları mərhələsində isə dövlət ittihamçısı tərəfindən Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın heç bir sübuta əsaslanmadığı və həmin hissəsədə ittihamın irəli sürülməsi prosedurunun işin real olaraq müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki halı ilə uzlaşmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən şəxsin “təqsirliliyi sübuta yetirilmədikdə” məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsi ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun ilk dəfə cinayət əməli törətməsini, qadın olmasını, cavanlığını, cəzanı yüngülləşdirən halın və cəzanı ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitələrin və güclü təsir edən maddələrin, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələrin və güclü təsir edən maddələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyaları həddində yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, həmin cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs bir neçə cinayətdə təqsirli bilindiyindən ona CM-nin 66.3-cü maddəsinə əsasən cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 499,5 qram tiryək, 830 ml metadon məhlulu, 14048,60 qram qurudulmuş marixuana, güclü təsir edən maddə 1250 ədəd kapsula gabapentin, 290 ədəd kapsula preqabalin tərkibli dərman preparatı və 9 flakon Sinorolac dərman preparatı məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-202 (iki yüz iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 499,5 qram tiryək, 830 ml metadon məhlulu, 14048,60 qram qurudulmuş marixuana, güclü təsir edən maddə 1250 ədəd kapsula gabapentin, 290 ədəd kapsula preqabalin tərkibli dərman preparatı və 9 flakon Sinorolac dərman preparatı məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-202 (iki yüz iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar