Məhkəmə qərarları › İş №1(099)-637/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-637/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-637/2024 18.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1987-ci ildə Astara rayonun Şiyəkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, Astara rayonunun Şiyəkəran kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,922 qram psixotrop maddə olan metamfetamin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 08 may 2024-cü il tarixdə, saat 14 radələrində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Astara rayonun Şiyəkəran kəndində küçədə saxlanıb üzərində şəxsi axtarış zamanı əynindəki idman şalvarının cibindən bir ədəd bükümdə külli miqdarda- 2,922 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, Astara rayonun Şiyəkəran kəndində qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmişdir. O, xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən “nəşə”dən (marixuanadan) istifadə etmiş, metamfetamindən istifadə etməmişdir. Əvvəllər üzərində narkotik maddələr saxladığına görə bir dəfə-2020-ci ildə məhkum olunmuş və 2022-ci ilin iyun ayında cəzasının sonu ilə azad olunmuşdur. 08 may 2024-cü il tarixdə, günorta saatlarında yaşadığı evin həyətində olarkən bir neçə polis əməkdaşı həyətə gəlib onu tutub rayon polis şöbəsinə aparmışlar. Həyətdən tutulub aparılarkən evdə olan atası və anası onun tutulub aparılmasını görmüşlər. Polis əməkdaşları tərəfindən tutulub şöbəyə aparılarkən üzərində narkotik maddə olmamışdır. Polis şöbəsində tanımadığı “Eddəniz” adlı şəxs onun üzünə durub guya ona narkotik satmasını demiş, o isə həmin şəxsə narkotik maddə satmadığını bildirmişdir. Orada polis əməkdaşları onu döyərək bir bükümdə olan narkotik maddəni (metamfetamini) üzərinə götürməsini tələb etmiş, o da məcbur qalıb razılaşmışdır. Sonra Rauf adlı polis əməkdaşı bir bükümdə olan narkotik maddəni (metamfetamini) cibinə qoymuş, daha sonra axşam saatlarında polis əməkdaşları vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparmış və cibinə qoyulmuş bir ədəd bükümü özü çıxarıb polislərə təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində metamfetamin kütləsi aşkar olunmuşdur. Orada şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş metamfetamini Bakı şəhərində, Balaxanı qəsəbəsi ərazisində zibillikdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün o, belə demiş, sonra da dediyi kimi ifadə vermişdir. Əslində isə tutulan vaxt üzərində narkotik maddə olmamış, cibinə metamfetamini Rauf adlı polis əməkdaşı qoymuşdur. Üzərində aşkar olunmuş metamfetaminlə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik və psixotrop maddələrdən istifadə etməyə başlamışdır. Tutulduğu vaxtdan təxminən iki həftə əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində zibilliyin yanından keçərkən yerdə bir ədəd bükümdə metamfetamin tapmış və həmin kütləni istifadəsi məqsədilə şalvarın cibinə qoyub üzərində saxlamışdır. 08 may 2024-cü il tarixdə, saat 14 radələrində yaşadığı Astara rayonun Şiyəkəran kəndində küçədə olarkən polis əməkdaşları onu saxlayıb üzərində narkotik maddələr saxlamaqda şübhəli olduğu bildirib Astara RPŞ-nə aparılmışdır. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı özü əynindəki idman şalvarının cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində metamfetamin aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş metamfetamini iki həftə əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində zibillikdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş metamfetamin elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddə (metamfetamin) olmamışdır. Tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq halları, yəni döyülməsi halları olmuş və bu səbəbdən də o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində aşkar olunmuş metamfetamin ona məxsus deyil həmin maddəni (metamfetamini) üzərinə Rauf adlı polis əməkdaşı qoymuşdur. Üzərində aşkar olunmuş metamfetaminlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Astara RPŞnin əməkdaşıdır. 08 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş və bu məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 14 radələrində əməliyyat-axtarış tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Astara rayonun Şiyəkəran kəndinin ərazisində, küçədə saxlanılıb ona üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğu bildirilib Astara RPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Mahir Tahirli tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan metamfetamini bir müddət əvvəl Bakı şəhəri, Balaxanı qəsəbəsində zibillikdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş metamfetamin kütləsi elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidr Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. Oğlu Bəhruzun əvvəllər narkotik maddələrdən istifadə etməsini bilsə də, onun narkotik maddələrdən istifadə etməsini görməmişdir. Oğlu Bəhruz bir müddət əvvəl narkotiklə bağlı tutulmuş, cəzasını çəkib qurtarıb evinə qayıtmışdır. Bildiyinə görə həbsdən çıxdıqdan sonra oğlu Bəhruz narkotik maddələrdən istifadə etməmişdir. 08 may 2024-cü il tarixdə o, arvadı Mirxanım və oğlu Bəhruz yaşadıqları evdə (Astara rayonun Şiyəkəran kəndində olan evdə) olmuşlar. Həmin gün günorta saatlarında bir neçə polis əməkdaşı həyətinə gəlmiş, həmin vaxt həyətdə olan oğlu Bəhruzu tutub polis şöbəsinə aparmışlar. Polis əməkdaşları Bəhruzu nəyə görə tutmaları barədə onlara heç bir məlumat verməmişlər, sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları Bəhruzu narkotiklə bağlı tutmuşlar. Tutulan vaxt Bəhruzun əynində idman şalvarı olmuş, polislər Bəhruza əyninin geyinməsinə imkan verməmiş, elə idman paltarında polis şöbəsinə aparmışlar. Tutularkən Bəhruzun cibində narkotik maddə olubolmamasını bilməmiş, lakin sonradan Bəhruzla telefonla danışarkən Bəhruz tutulan vaxt üzərində narkotik maddə olmadığını, polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğunu və polis əməkdaşlarının onun üzərinə narkotik maddə qoyduqlarını bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid Babayeva Mirxanım Vəkil qızı şahid Əsabəddin Babayevin ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qonşusudur və aralarında qonşu kimi münasibətləri yaxşı olmuşdur. Dəqiq xatırlamadığı tarixdə polis əməkdaşları tərəfindən qonşusu Bəhruzun yaşadığı evin həyətindən tutulub polis maşınına mindirilib aparılmasını görmüşdür. Bəhruzun nəyə görə tutulmasını bilməmiş, sonradan eşitmişdir ki, polislər onu narkotiklə bağlı tutmuşdur. Polis əməkdaşları Bəhruzu tutub apararkən polislərin Bəhruza qarşı zorakılıq hərəkətləri etmələrini görməmişdir. İşdə olan, Astara RPŞ-nin əməkdaşının 08 may 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Astara rayonun Şiyəkəran kənd sakini Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələr əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixdə, saat 14 radələrində Astara rayonun Şiyəkəran kəndində, küçədə saxlanılıb Astara RPŞ-nə gətirilmişdir. İşdə olan, Astara Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli qərarı ilə müəyyən edilir ki, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 08 may 2024-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 10 may 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, “Şəxsi axtarış keçirilməsi və götürmə barədə” 08 may 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Astara RPŞ-nin TB-nin təhqiqatçısı Mahir Tahirli tərəfindən müdafiəçi Allahverən Əbilovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki idman şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümün içərisində metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlənin metamfetamin olduğunu və həmin metamfetamini bir-iki həftə əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində zibillikdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 09 may 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə kütlə …” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi-2,922 qram ağ rəngli kristallardan ibarət olan maddə psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra qalıq metamfetamin 2,822 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 01 iyul 2024-cü il və “Sübutların qiymətləndirilməsi haqqında” 14 iyul 2024-cü il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 2,822 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Astara RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı, eləcə də istintaq hərəkətləri ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı üç ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 10 may 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 14 iyul 2024-cü il tarixli qərarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixotrop maddənin əldə etmə mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübut, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (polis əməkdaşlarının yaşadığı evin həyətinə gəlib onu tutub aparmaları, tutulub polis şöbəsinə aparılarkən üzərində narkotik maddənin olmaması, üzərində aşkar olunmuş metamfetaminin ona məxsus olmaması və həmin maddəni cibinə polis əməkdaşının qoymasına və polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını deməyə məcbur edilməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşlarının yaşadığı evin həyətinə gəlib onu tutub aparmaları, tutulub polis şöbəsinə aparılarkən üzərində narkotik maddənin olmaması, üzərində aşkar olunmuş metamfetaminin ona məxsus olmaması və həmin maddəni cibinə polis əməkdaşının qoymasına və polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını deməyə məcbur edilməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübut, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə (şəxsi axtarış zamanı üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdfiəçinin iştirakı ilə videoçəkilişlə verdiyi ifadələri (həmin ifadələrində o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə şahidlər Əsabəddin Babayev, Mirxanım Babayeva və Qulamhüseyn Əliyevin ifadələrində göstərdiyi xüsusatlar, yəni 08 may 2024-cü il tarixdə bir neçə polis əməkdaşının yaşadığı evin həyətinə gəlib Təqsirləndirilən şəxs tutub rayon polis şöbəsinə aparması, sonradan Bəhruzun dediyinə görə Bəhruz tutulan vaxt üzərində narkotik maddənin olmaması və üzərində aşkar olunmuş narkotik maddənin cibinə polis əməkdaşının qoymasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübut, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlə təkzib olunduğundan məhkəmə şahidlər Əsabəddin Babayev, Mirxanım Babayeva və Qulamhüseyn Əliyevin ifadələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə öz mülahizələrinə uyğun verilmiş ifadələr kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı psixotrop maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin psixotrop maddənin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Astara Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadələrin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramdan 400 qramadək (399 qram) külli miqdar və 400 qram və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Təqsirləndirilən şəxs götürülmüş 2,922 qram psixotrop maddə olan metamfetamin külli miqdar təşkil edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Astara Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 08 may 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən edilir ki, Rusiya Federasiyası, Maxaçkala şəhər Sovet Rayon Məhkəməsinin 18 noyabr 2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Rusiya Federasiyası CM-in 228.1-cİ maddəsinin 3-cü hissəsinin “Q” bəndi ilə təqsirli bilinib 08 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin Astara Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli amnistiya haqqında Qərarın 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış və 13 iyun 2022-ci ildə cəza müddətinin sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 20 may 2020-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən, onun bu əməlində cinayətlərin residivi vardır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətlərin residivini yaratdığından ona ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, Astara rayonun Şiyəkəran kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 15 iyun 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Astara rayonun Şiyəkəran kəndində qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə mənfi (yaşıdığı ərazidə və məhəllədə özünü yaxşı aparmamış, birgəyaşaış qaydalarına mütəmadi olaraq əməl etməmiş, həmyaşıdları və ictimaiyyət arasında yaxşı hörmətə malik olmamış, ictimai işlərdə və tədbirlərdə iştirak etməmişdir) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin 234.1-1-ci maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadlıqdan məhrumetmə cəzasının son həddinin (səkkiz ilin) yarısından (dörd ildən) az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 08 may 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Astara RPŞ-nin maddi sübutlar otağında saxlanılan 2,822 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X5 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və istintaq hərəkətləri ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 08 may 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 2,822 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış istintaq hərəkətləri ilə və istintaq hərəkətləri ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 3 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar