Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-64/2022 05.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ 05 aprel 2022-ci il İş-№ 1(099)-64/2022 Lənkəran şəhəri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Əliyev Əli Abdulla oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi3 Əhəd oğlu və X5 iştirakı ilə, 30 avqust 1991-ci ildə Cəlilabad rayonu, Prişib şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində 11 aprel 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi və xx xxxxxx 1989-cu ildə Masallı rayonunun Xələlyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, məhkumluğu ödənilməmiş, Cəlilabad rayonu, Göytəpə şəhəri, S.Əskərov küçəsi ev 11-də qeydiyyatda olmaqla, Cəlilabad rayonu, Göytəpə şəhəri, F.Bayramov küçəsi ev 45-də yaşamış, barəsində 11 aprel 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 228.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokofrans əlaqə sistemindən istifadə edilməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 09 aprel 2021-ci ildə saat 11 radələrində Cəlilabad rayonu, Göytəpə şəhərində tanışı Təqsirləndirilən şəxs1 1 (bir) bükümdə, külli miqdarda, təmiz çəkisi -30,805 qram narkotik vasitə olan heroini 500 manata satış məqsədilə alaraq üzərində gəzdirməklə saxlamış, 09 aprel 2021-ci ildə, saat 17 radələrində Cəlilabad RPŞnin CAB-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş və polis şöbəsində onun üzərinə şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sol yan cibindən həmin çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 36,49 qram narkotik vasitə olan heroini vahid niyyətlə əldə edib həmin narkotik vasitə heroinin 30,805 qram hissəsini qanunsuz olaraq 09 aprel 2021-ci ildə, saat 11 radələrində Cəlilabad rayonu, Göytəpə şəhərində tanışı Təqsirləndirilən şəxs2 500 manata satmış, Cəlilabad RPŞ-nin CAB-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 10 aprel 2021-ci ildə, gecə saat 01 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində tutularaq Cəlilabad RPŞ-yə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sol yan cibindən qanunsuz olaraq üzərində daşıyaraq saxladığı həmin heroinin 1 (bir) ədəd bükümdə qalan 5,685 qram hissəsi aşkar olunaraq götürülmüşdur. Bundan başqa o təkrarən, qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi - 1001 qram narkotik vasitə heroin, eləcə də 01 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı, AKM markalı, 7,62 mm kalibrli “İP 5911” №-li döyüş təyinatlı, saz vəziyyətdə və atəş üçün yararlı olan yivli-odlu avtomat silahını, 17 (on yeddi) ədəd “AKM”, “AKMS” avtomatlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı və döyüş sursatı hesab edilən 7,62 mm kalibrli patronları, 01 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 01 (bir) ədəd 30 ədəd 7,62 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış və istifadəyə yararlı sandıqçanı qanunsuz olaraq əldə edib daşıyaraq saxlamış, 10 aprel 2021-ci ildə Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən yaşadığı Cəlilabad rayonu, Göytəpə şəhəri, F.Bayramov küçəsində yerləşən 45 nömrəli evə baxış keçirilən zaman ona məxsus yataq otağında olan çarpayının altından qanunsuz olaraq saxladığı 1001 qram narkotik vasitə heroin, həmçinin evin zirəmisindən isə həmin 01 (bir) ədəd AKM markalı, 7,62 mm kalibrli yivli-odlu avtomat silahı, 17 (on yeddi) ədəd 7,62 mm kalibrli patronlar, 01 (bir) ədəd 30 ədəd 7,62 mm kalibrli patron tutumuna malik sandıqça aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 09 aprel 2021-ci ildə Göytəpə şəhərinin mərkəzində olarkən polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə aparmış, polis şöbəsində rəis müavini Rövşən Quliyevin qəbulunda olarkən sonuncu iki bükümdə narkotik vasitəni onun üzərinə ataraq, “get cəzanı çək” demiş, təxminən 15 dəqiqədən sonra polislər onu buraxmış, sonradan isə polis əməkdaşları onu yenidən tutaraq polis şöbəsinə gətirmiş, polis şöbəsində Rövşən Quliyev ona təzyiq göstərərək əlayaqlarını skoçla bağlamış, sonra başını suya salıb çıxarmaqla Təqsirləndirilən şəxs1 narkotik vasitə almasını deməsinə məcbur etmiş, polis əməkdaşı tərəfindən yazılan iltizam və ifadəsinə imza etmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, 09 aprel 2021-ci ildə, saat 11 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində yerləşən Heydər Əliyev adına parkda piyada gəzərkən tanışı Təqsirləndirilən şəxs1 görüb ondan öz istifadəsi üçün narkotik vasitə heroin almaq istədiyini bildirmiş, Emil üzərində olan 30 qram narkotik vasitə heroini hörmət edib ona 500 manata sata biləcəyini demiş, həmin vaxt üzərində olan 200 manat pulu Emilə vermiş, qalan 300 manatı isə sonra hissə-hissə verəcəyini deyərkən sonuncu onunla razılaşmış, həmin gün saat 17 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsi ilə piyada gedərkən 3 nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən öz istifadəsi üçün üzərində saxladığı narkotik vasitə heroin aşkar edilərək götürülmüş, sorğu-sual zamanı narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 228.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli ifadəsində göstərmişdir ki, 09 aprel 2021-ci ildə gecə saat 22 radələrində yaşadığı evdən çıxıb piyada gedərkən yolda sonradan adının Tural özünün isə polis əməkdaşı olduğunu bildiyi şəxs üzərinə hücum etmiş, həmin şəxsin polis əməkdaşı olduğunu bilmədiyindən başı ilə ona bir zərbə vurmuş, bundan sonra polis əməkdaşları tərəfindən döyülərək polis şöbəsinə aparılmış, şöbədə rəis müavini Rövşən Quliyev və digər polis əməkdaşı Əvəz Məhərrəmov üstünə bir büküm narkotik vasitə ataraq, həmin narkotik vasitənin ona məxsus olduğunu demiş, Rövşən Quliyev həmin bükümün ona məxsus olduğunu deyəcəyi halda onu buraxacaqlarını bildirmiş, sonuncu ona elektroşok verərək onu anası ilə bağlı hədələmiş, o da məcbur qalıb törətmədiyi cinayəti etiraf etmişdir. O, polis şöbəsində olarkən Təqsirləndirilən şəxs2 polis şöbəsinə gətirilmiş, orada Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin satmadığını, onun üzərində, evində narkotik vasitə və silah olmadığını, onların kənar şəxslər tərəfindən evinə qoyulduğunu bildirmiş və məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 228.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 aprel 2021-ci ildə gecə saatlarında yaşadığı evdən çıxıb piyada H.Əliyev parkına gedərkən yolda polis əməkdaşları ona yaxınlaşıb saxlayaraq onu Cəlilabad rayon polis şöbəsinə aparmış, orada müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sol yan cibində, içərisində narkotik vasitə heroin olan bir bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, sorğu-sual zamanı həmin narkotiki şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməllərin törədilməsində təqsirkar olub-olmamalarını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 09 aprel 2021-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhərində yaşayan Təqsirləndirilən şəxs2 adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs2 Göytəpə şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılarkən sonuncu əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 09 aprel 2021-ci ildə Göytəpə şəhərində Emin adlı şəxsdən 500 manat müqabilində razılığa gələrək əldə etdiyini, 200 manat pulu nağd ödədiyini, 300 manat pulu isə borclu qaldığını, narkotik vasitəni özü istifadə etmək məqsədilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüş, əməliyyat-axtarış tədbirləri davam etdirilərək şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs1 saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü onlara təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, həmin kütləni Lənkəran şəhərində tanımadığı şəxsdən özü istifadəsi üçün əldə etdiyini, Təqsirləndirilən şəxs2 tanıdığını, lakin ona narkotik vasitə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarışla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılaraq polis şöbəsinə gətirilərkən, üzərlərinə şəxsi axtarış keçirilərkən, eləcə də izahatları alınarkən onlara qarşı hər hansı bir təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə Şahid1 ifadəsinə oxşar ifadə vermiş və əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 10 aprel 2021-ci ildə, gecə saat 01 radələrində 2021-ci ildə Göytəpə şəhəri ərazisində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirildikdən sonra onun yaşadığı evdə külli miqdarda narkotik vasitə və odlu silah saxlaması ilə bağlı rayon polis şöbəsinə məxfi məlumatlar daxil olduğundan həmin gün sonuncunun yaşadığı evə baxış keçirilməsi zərurəti yaranmış, əməliyyat qrupu Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanına getmiş, sonuncunun anası Elmira İbrahimova yaşadığı evə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirərək bu barədə ərizə yazaraq təqdim etmiş, hal şahidlərinin iştirakı ilə evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 yaşadığı evin otağında ona məxsus olan çarpayının alt tərəfində bir ədəd bükümdə şəffaf sellofana bükülmüş yapışqan lentlə bağlanmış narkotik vasitə heroinə oxşar kütlə, eləcə də evin zirzəməsində təsərrüfat alətlərinin yanında ağ rəngli kisəyə bükülmüş bir ədəd AKM 74 markalı avtomat silahı, həmin avtomata aid bir ədəd sandıqça və 17 ədəd patronlar aşkar edilmiş, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə heroinə oxşar kütlənin və avtomat silahın ona məxsus olmadığını və onların yaşadığı evə kənar şəxslər tərəfindən qoyulduğunu bildirmiş, aşkar edilənlər qablaşdırılaraq götürülmüş, sonra bu barədə protokol tərtib edilərək orada iştirak edən şəxslər, eləcə də Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 saxlanılaraq polis şöbəsinə gətirilərkən, üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilərkən, eləcə də izahatı alınarkən ona qarşı hər hansı bir təsir və ya təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Atabala oğlu, Şahid6, Şahid7, Şahid8, X11, Şahid10 və Şahid5 da Şahid3 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilən X12 ifadəsində göstərmişdir ki, hazırkı cinayət işi başlanılarkən Cəlilabad rayon polis şöbəsində əməliyyat üzrə rəis müavini vəzifəsində işləmiş, hazırda Sumqayıt şəhər polis idarəsində təhqiqatçı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə satması ilə bağlı əməliyyat məlumatı əsasında sonuncu 10 aprel 2021-ci ildə, gecə saat 01 radələrində 2021-ci ildə Göytəpə şəhəri ərazisində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən üzərindən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüş, kriminal aləmlə bağlılığı olan Təqsirləndirilən şəxs1 yaşadığı evdə külli miqdarda narkotik vasitə və odlu silah saxlaması ilə bağlı rayon polis şöbəsinə məxfi məlumatlar daxil olduğundan həmin gün sonuncunun yaşadığı evə baxış keçirilməsi zərurəti yaranmış, əməliyyat qrupu Təqsirləndirilən şəxs1 yaşadığı ünvana getmiş, sonuncunun anasının razılığı ilə yaşadığı evə baxış keçirilmiş, evindən silah və narkotik vasitə aşkar edilmiş, əməliyyat qrupunun rəhbərinin telefon zənginə əsasən o da hadisə yerinə gedərək orada baş verənlərin şahidi olmuş, aşkar edilən narkotok vasitə, avtomat silah və patronlar rəsmiləşdirilərək götürülmüş, sonra bu barədə protokol tərtib edilərək orada iştirak edən şəxslər, eləcə də Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 evindən aşkar edilən narkotok vasitə, avtomat silah və patronlar sonuncunun özünə məxsus olmuş, onlar kənar şəxslər tərəfindən onun evinə qoyulmamış, kriminal aləmlə bağlılığı olan Təqsirləndirilən şəxs1 həmişə nəzarətdə olmuş, sonuncu saxlanılaraq polis şöbəsinə gətirilərkən, üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilərkən, eləcə də izahatı alınarkən ona qarşı hər hansı bir təsir və ya təzyiq olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 09 aprel 2021-ci il tarixli təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan görünür ki, Cəlilabad rayonu, Göytəpə şəhəri, H.Aslanov küçəsi, ev 52 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumata əsasən onun ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan 09 aprel 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə heroini 09 aprel 2021-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhərində Emin adlı şəxsdən 500 manata aldığını, 200 manat pulu nağd verdiyini, qalan 300 manatı isə borclu olduğundan hissə-hissə verəcəyini, özünün narkotik vasitə istifadəçisi olduğundan narkotik vasitəni də özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini göstərmişdir. Aşkar olunaraq götürülmüş narkotik vasitə elektron tərəzidə çəkilmiş və 38,41 qram olması müəyyən edilmişdir. İş materiallarında olan 10 aprel 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 bir ədəd Samsung markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə heroini Lənkəran şəhərində tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə əldə etdiyini, həmin narkotik vasitədən istifadə etmədiyini, Təqsirləndirilən şəxs2 tanıdığını, lakin ona narkotik vasitə satmadığını göstərmişdir. İş materiallarında olan 10 aprel 2021-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanına baxış keçirilən zaman sonuncuya məxsus yataq otağında olan çarpayının yataq dəstinin altından bir ədəd bükümdə şəffaf sellofana bükülmüş yapşıqan lentlə sarılmış narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bundan başqa evin zirzəmisinə baxış keçirilən zaman təsərrüfat alətlərinin yanında üstündə 2 ədəd göy rəngli xətti olan ağ rıəngli kisəsnin içərisinə qoyulmuş şəffaf kisəyə bükülmüş bir ədəd, 1972-ci il istehsalı olan AKM 74 markalı avtomat silahı, bir ədəd sandıqça, 17 ədəd 7,62 kalibirli patronlar aşkar edilərək göürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin, avtomat silahın, bir ədəd sandıqça və 17 ədəd patronların ona məxsus olmadığını, onların yaşadığı evə kənar şəxlər tərəfindən atıldığını bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması haqqında 09 aprel 2021-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 11 aprel 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki göy cins şalvarın sol yan cibindən yapışqan lentlə bağlanmış 1 (bir) ədəd büküm çıxararaq heroin olduğunu bildirib masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs2 həmin bükümdə olan maddəni xx.xx.2021-ci ildə Göytəpə (Prişib) şəhərində tanıdığı Emin adlı şəxsdən 500 manat aldığını, 200 manat verdiyini, lakin 300 manat borclu qaldığını, həmin narkotik vasitəıni almaqda məqsədi şəxsi istifadə etmək olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilən hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 narkotik vasitənin çəkisinin nə qədər olmağı barədə sual verildikdə 30 qram olduğunu bildirmiş və ucuz olduğuna görə alıb özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Həmin büküm təhqiqatçı Nəsimi Bağırov tərəfindən elektron tərəzidə çəkilmiş və 38,41 qram olduğunu müəyyən edilmişdir. Aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə olan heroinə oxşar kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması haqqında 10 aprel 2021-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 11 aprel 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki qara rəngli şalvarın sol yan cibindən şəffaf sellofona bükülmüş 1 (bir) ədəd büküm çıxararaq kakos (heroin) olduğunu bildirib təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin bükümü 2 gün əvvəl Lənkəran şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sağ yan cibindən “Samsung” markalı mobil cihaz aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətərilərkən ona qarşı heç bir zorakılıq hərəkətləri olmadığını bildirmişdir. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 narkotik vasitəni hansı məqsədlə aldığını və üzərində gəzdirdiyini soruşduqda özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Göytəpə şəhər sakini kimi tanıdığını, aralarında ədavət və düşmənçilik olmadığını, Elnura narkotik vasitə satmadığını, ümumiyyətlə heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə heroinə oxşar kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 10 aprel 2021-ci il tarixli, 19/290 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunub götürülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 30,805 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi -30,805 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq çəkisi 30,755 qram təşkil edir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 10 aprel 2021-ci il tarixli, 19/291 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunub götürülmüş bir büküm heroinə bənzər kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 5,685 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərlərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunub götürülmüş bir büküm heroinə bənzər kütlə” və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunub götürülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə” sözlər və imzalar olan iki ədəd zərfdəki heroinlər kimyəvi tərkiblərinə görə birbirləri ilə eynidirlər. Heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi -5,685 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq çəkisi 5,635 qram təşkil edir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 11 aprel 2021-ci il tarixli, 19/292 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs1 fərdi yaşayış evindən aşkar olunub götürülmüş bir büküm narkotik maddə heroinə bənzər kütlə, sözlər və imzalar olan bir ədəd paketdəki 1 ədəd bağlamada təmiz çəkisi 1001 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərlərində Təqsirləndirilən şəxs1 fərdi yaşayış evindən aşkar olunub götürülmüş bir büküm narkotik maddə heroinə bənzər kütlə” və “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunub götürülmüş bir büküm heroinə bənzər kütlə” sözlər və imzalar olan bir ədəd paketdəki və bir ədəd zərfdəki heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə fərqlidirlər. Heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi -1001,0 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq çəkisi 1000,950 qram təşkil edir. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 04 may 2021-ci il tarixli, 3/779 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah 7,62 mm kalibrli olmaqla,“Kalaşnikov” konstruksiyalı, AKM markalı, 1972-ci ildə zavod üsulu ilə istehsal edilmiş, “İP 5911” №- li, döyüş təyinatlı, yivli-odlu avtomat silahdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 17 (on yeddi) ədəd patron 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik «AKM», «AKMS» avtomatlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 01 (bir) əDəd sandıqça Kalaşnikov” konstruksiyah silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 7,62 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır, istifadəyə yararlıdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2021-ci il tarixli 371 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspetizasının 03 iyun 2021-ci il tarixli 540 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 13 aprel 2021-ci il tarixli 778 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU (F.60.3) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri - xasiyyətcə əsəbi, hövsələsiz, affektiv reaksiyalara meylli olması, əsəbi gərginlik zamanı özünə xəsarətlər yetirməsi, həmçinin hazırkı müayinə zamanı əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 emosional davamsız şəxsiyyət pozuntusu qeyd olunur. Təqsirləndirilən şəxs1 aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi yoxdur. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 iyun 2021-ci il tarixli 1274 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə özü və ətrafındakılara zərər yetirmək təhlükəsi müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon polis şöbəsinin 05 aprel 2021-ci il tarixli, ********* nömrəli məktubundan və ona əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «Samsunq» markalı mobil telefon onun anası X3 qaytarılmışdır. İş üzrə maddi sübut kimi tanınan 30,805 qram, 5,685 qram və 1001 qram, tədqiqata sərf olunduqdan sonra təmiz qalıq çəkiləri 30,755 qram, 5,635 qram və 1000,950 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş Kalaşnikov” konstruksiyalı, AKM markalı, 1972-ci ildə zavod üsulu ilə istehsal edilmiş, “İP 5911” №- li, döyüş təyinatlı, yivli-odlu avtomat silahı, 17(on yeddi) ədəd patronlar, 01 (bir) ədəd sandıqça Cəlilabad rayon polis şöbəsində saxlanılmaqla, şəxsi axtarış aparılması və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişləri əks etdirilmiş 2 ədəd “DVD” disk cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri qismən etirafedici və şahidlərin isə istintaq zamanı və məhkəmədə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə verdikləri ifadələrini məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri, eyni zamanda məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, onların törətdiyi cinayət əməli kifayət qədər subuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının rəyləri tədqiq olunarkən müəyyən olunur ki, “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunub götürülmüş, bir ədəd bükümdə təmiz çəkisi 30,805 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunub götürülmüş, bir ədəd bükümdə təmiz çəkisi 5,685 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Bu faktlar Təqsirləndirilən şəxs2 üzərində aşkar edilən 30,805 qram çəkidə narkotik vasitə heroinin məhz Təqsirləndirilən şəxs1 ona satması, Təqsirləndirilən şəxs2 isə həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 alması faktını bir daha təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə verdikləri ifadələrində göstərdikləri xüsusatlar müdafiə xarakteri daşımaqla onların cinayət məsuliyyətindən yayınmağa yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə gəldiyi nəticələri mövcud qanunvericiliyin və Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitələr olan heroin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 külli miqdar təşkil edən, ümumi təmiz çəkisi narkotik vasitə 30,805 qram, 5,685 qram və 1001 qram olan narkotik vasitə - heroini əldə etmələri faktı - onların şəxsiyyəti müəyyən edilməmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma cinayəti kimi qiymətləndirilməlidir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməlləri isə CM-in 228.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin tövsifini məsələsini müzakirə edərək Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin, Təqsirləndirilən şəxs1 isə əməlinin CM-in 228.1, 234.4.2 və 234.4.3-cü maddələrinin dispozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 228.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onların əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onların barəsində CMin 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, onlara təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onlara qəti cəza təyin edilməlidir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə məhkum olunsa da, həmin məhkumluqlar qanunla müəyyən edilmiş qaydada ödənilmiş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2017-ci il tarixli hökmü ilə, CM-in 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il, 06 (altı) müddətə azadılqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 08 may 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 cəzası 04 (dörd) ilə endirilmiş, 11 sentyabr 2020-ci ildə cəzasının sonu ilə azad olunmuş - hazırda məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəlki məhkumluqları ödənilmiş, lakin - 08 may 2018-ci il tarixli qərarla ona təyin olunmuş cəzanın çəkilmə müddəti 11 sentyabr 2020-ci ildə başa çatsa da, onun törətdiyi əməl “az ağır” cinayət hesab olunduğundan məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu 11 sentyabr 2022-ci ildə başa çatmalı olduğu halda, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini 10 aprel 2021-ci ildə törətmişdir, yəni cinayəti məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş dövrdə törətmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs1 məhkumluqları qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli, digər Təqsirləndirilən şəxs1 isə CM-in 56.1.3-cü maddəsinə müvafiq olaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Lətifov X6 rayonu, Göytəpə şəhəri, H.Aslanov küçəsi ev 52-də qeydiyyatda olmaqla, himayəsində heç bir yerdə işləməyən yaşlı valideynləri, arvadı və iki azyaşlı uşaqları ilə birgə həmin ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarında əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu, Göytəpə şəhəri, S.Əskərov küçəsi ev 11-də qeydiyyatda olmaqla, heç bir yerdə işləməyən anası, arvadı və bir azyaşlı uşağı ilə birgə ünvan 4-də yaşamış, yaşayış yerindən mənfi xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Nəsrəddin Tusi adına Klinikadan və X4 verirmliş ambulator tibbi çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs2 hər iki azyaşlı uşaqları X8 və X1 iflic xəstəliyindən əziyyət çəkirlər. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun himayəsində 2 azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü, cinayətin açılmasına, onun digər iştirakçısının ifşa edilməsinə fəal kömək etməsini CM-in 59.1.10-cu maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də hər iki uşağının serebral iflic xəstəliyindən əziyyət çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk məhkumluğunu, həmçinin himayəsində heç bir yerdə işləməyən valideynlərinin və arvadının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində heç bir yerdə işləməyən anasının və arvadının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə maddi sübutlar məsələsini həll edərkən belə hesab edir ki, ekspertiza tədqiqatından sonra iş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan qalıq çəkiləri 30,755 qram, 5,635 qram və 1000,950 olan narkotik vasitə heroin məhv edilməli, “Kalaşnikov” konstruksiyalı, AKM markalı, 1972-ci ildə zavod üsulu ilə istehsal edilmiş, “İP 5911” nömrəli, döyüş təyinatlı, yivli-odlu avtomat silahı, 17 (on yeddi) ədəd patronlar və 01 (bir) ədəd sandıqça Azərbaycan Respublikası DİN-in X16 Baş İdarəsinin anbarına təhvil verilməli, Təqsirləndirilən şəxs1 məxsus “Samsunq” markalı mobil telefonun anası Elmira İbrahimovaya qaytarılması nəzərə alınmalı, şəxsi axtarış aparılması və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişləri əks etdirilmiş 2 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. Qeyd edilənlərlə yanaşı, ekspertiza tədqiqatının dəyəri olan 214 manat - hər birindən 107 manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınaraq Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 5 (beş) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 09 aprel 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 228.1, 234.4.2 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 228.1ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti cəza 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 10 aprel 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkiləri 30,755 qram, 5,635 qram və 1000,950 olan narkotik vasitə heroin məhv edilsin, “Kalaşnikov” konstruksiyalı, AKM markalı, 1972-ci ildə zavod üsulu ilə istehsal edilmiş, “İP 5911” nömrəli, döyüş təyinatlı, yivli-odlu avtomat silahı, 17 (on yeddi) ədəd patronlar və 01 (bir) ədəd sandıqça Azərbaycan Respublikası DİN-in X16 Baş İdarəsinə təhvil verilsin, Təqsirləndirilən şəxs1 məxsus “Samsunq”0 markalı mobil telefonun anası Elmira İbrahimovaya qaytarılması nəzərə alınsın, şəxsi axtarış aparılması və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişləri əks etdirilmiş 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 214 manat - hər birindən 107 manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınaraq Dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-64/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-64/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver