Məhkəmə qərarları › İş №1(099)-64/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-64/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-64/2025 02.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, müdafiəçilər- Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Biləsuvar Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1961-ci ildə Biləsuvar rayonunun Ovçubərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, məhkum olunmamış, Bəilsuvar rayonunun Ovçubərə kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 182.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində Maliyyə Xidmət rəisi vəzifəsində xidmət edən Zərərçəkmiş şəxs haqqında rüsvayedici və nüfuzdansalıcı məlumatları yayacağını, yəni sonuncunun yarıçılpaq formada olan fotoşəkillərini yayacağını, işlədiyi yerdə pulları mənimsəməsi barədə yalan məlumatları müxtəlif dövlət qurumlarına teleqramlar və məktublar göndərməklə işdən çıxartdıracağı hədəsi ilə 2024-cü ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs xeyli miqdarda-10.000 (on min) manat məbləğində pulunu hədə-qorxu ilə tələb etmiş, hədə-qorxu ilə tələb etdiyi puldan 10 mart 2024-cü il tarixdə, saat 15:58-də Biləsuvar şəhəri, H.Əliyev prospekti 36 ünvanında yerləşən “Aran” marketdə olan “Milliön” ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs onun (Təqsirləndirilən şəxs arvadı X1 adına olan) verdiyi "xxxx" ASC-yə aid 5103 0714 9919 1514 saylı plastik kart hesabına göndərdiyi 500 (beş yüz) manatı alıb ələ keçirmiş, əldə olunmuş razılığa görə o, təkzibedici teleqramlar göndərdikdən sonra 11 mart 2024-cü il tarixdə, saat 14:40 radələrində Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən çayxanada Zərərçəkmiş şəxs atası Şahid1 vasitəsi ilə göndərdiyi 2500 (iki min beş yüz) manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 3000 (üç min) manat məbləğində pulunu alıb ələ keçirmiş və bu cinayət barədə daxil olmuş məlumat əsasında həmin tarixdə, saat 14:59 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev prospektində olan “Bazar Store” marketinin yaxınlığında saxlanılıb üzərində şəxsi axtarış zamanı xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etməklə əldə etdiyi 25 (iyirmi beş) ədəd olmaqla C83695576, A94918065, A76083031, 001784903, C97412341, A91538513, C89762568, D17140335, A86181907, A23412795, A18417877, C30364150, C25283558, C55036538, C91282048, Ä14392799, A67590365, C65368933, C00923623, C32843302, C65948383, A85404073, A12490224, C72527896 və C58856662 nömrəli 100 (bir yüz) manatlıq pul əskinazlarından ibarət cəmi 2500 (iki min beş yüz) manat pul vəsaiti əynindəki şalvarın cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Biləsuvar rayonun Ovçubərə kəndində qeydiyyatda olmaqla yaşamaqla heç bir yerdə işləməmiş və təqaüdçü olmaqla 2-ci qrup əlildir. Zərərçəkmiş şəxs Biləsuvar rayonun Dərvişli kənd sakini kimi tanımış və munasibətləri normal olmuşdur. 2020-ci ildə Zərərçəkmiş şəxs və onun dayısı Nizami Məmmədovun qanunsuz hərəkətləri barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və başqa dövlət təşkilatlarına şikayətlər etmişdir. Zərərçəkmiş şəxs onun barəsində nəlayiq ifadələr işlətdiyinə görə onun barəsində belə şikayətlər etmişdir. Həmin vaxt Faiq onunla əlaqə saxlayıb söhbət edib aralarında yaranmış məsələni müzakirə etmişlər və Faiq onun barəsində söyüş söymədiyini demiş, o da onun sözlərinə inanıb daha şikayət etməyəcəyini bildirmişdir. Bundan onra o, şikayətlər yazdığı dövlət orqanlarına Faiqdən şikayətinin olmaması barədə teleqramlar göndərmişdir. 2023-cü ilin sonlarında Biləsuvar rayonun Amankənd kənd sakini Asif adlı şəxs onun yanına gəlib Zərərçəkmiş şəxs tanımadığı dostları ilə birlikdə onu döyməsini bildirib ona Faiqdən şikayət etməsi üçün köməklik etməsini xahiş etmiş, o da Faiqin atası Ədalətə zəng edib bu barədə məlumat verib hərbiçi oğlu Faiqdən Asifin şikayət edəcəyini, onunla danışıb şikayətinin qarşısını almağı bildirmişdir. 2024-cü ilin yanvar ayında Bakı şəhərindən Biləsuvar rayonuna taksi ilə gələrkən maşında olan sərnişinlərlə söhbət edərkən bu şəxslər Faiqin barəsində şikayət etmiş Asif adlı şəxsin başına açdığı oyunu, onun da (Təqsirləndirilən şəxs) başına gətirəcəyini demiş, o isə bu sözlərə əhəmiyyət verməmişdir. Bundan sonra o, Faiqin atası Ədalətə zəng edib onunla görüşməyi danışmış, lakin Ədalət onunla əlaqə saxlamamış, o da Faiqin onun arxasınca danışdığı qənaətinə gəlmiş və 2024-cü ilin fevral ayında Azərbaycan Respublikasının ayrı-ayrı dövlət orqanlarına Zərərçəkmiş şəxs bir neçə hərbi hissədə maliyyə rəisi vəzifəsində işləməsini və işlədiyi dövrdə həmin hərbi hissələrdən dövlətə məxsus pulları mənimsəməsi barədə şikayətlər etmişdir. 2024-cü ilin fevral ayının əvvəllərində Biləsuvar rayon poçtunda işləyən tanışı Cəlal adlı şəxs onunla görüşüb Zərərçəkmiş şəxs onun dostu olmasını, Faiqgilin ona çox köməklik etdiyini bildirib Zərərçəkmiş şəxs daha şikayət etməməyi xahiş etmiş, həm də etdiyi şikayətlərini geri çəksə Faiqin ona hörmət edəcəyini bildirmiş, o da Faiqin ona hörmət etmək üçün şikayət etmədiyini, onun barəsində xoşagəlməz sözlər danışdığı üçün şikayət etdiyini demişdir. Cəlal ona daha şikayət etməməsi üçün üç-beş min arası pul təklif etmiş, o da bu təkliflə razılaşmışdır. Həmin vaxt o, nə Faiqdən, nə də Cəlaldan bu işlə bağlı pulun verilməsini tələb etməmiş, pulun verilməsini Cəlal təklif etmiş, o da ağır xəstəliyi ilə bağlı müalicəsi üçün pula ehtiyacı olduğundan onun təklifi ilə razılaşmışdır. Cəlalla belə razılaşmışlar ki, Zərərçəkmiş şəxs əvvəlcədən ona 500 manat pul göndərsin, sonra o, Zərərçəkmiş şəxs barəsində şikayət etdiyi ünvanlara şikayət və tələbinin olmaması barəsində teleqramlar vurduqdan sonra Faiqin atası Ədalət 2500 manat pulu gətirib ona versin. Bundan sonra o, arvadının adına olan plastik bank kartın şifrəsini vatsapla Cəlala göndərmiş və karta 500 manat köçürüldükdən sonra Cəlal pulun köçürülməsi barədə qəbzin şəklini də ona göndərmişdir. Səhərisi günü (11 mart 2024-cü il tarixdə) günorta saatlarında o, Biləsuvar rayon poçtunun ("xxxx" MMC-nin Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Biləsuvar rayon mərkəzi filialın) qarşısına gedib orada Faiqin atası Ədalətlə görüşmüş, sonra birlikdə poçta girib Zərərçəkmiş şəxs barəsində etdiyi şikayətlərlə bağlı həmin ünvanlara şikayət və tələbinin olmaması barədə teleqramlar göndərmiş və teleqramların çeklərini poçtun içərisində Ədalətə təqdim etmişdir. Bundan sonra onlar poçtun yaxınlığında olan çayxanaya getmiş və orada Şahid1 2500 manat pulu onun cibinə qoymuş, bir az sonra o, Ədalətlə sağollaşıb Biləsuvar Rayon Mərkəzi Xəstəxanası istiqamətində getmiş və küçə ilə hərəkət edərkən Biləsuvar RPŞ-nin əməkdaşları onu tutub polis şöbəsinə aparmışlar. Şöbədə ona Biləsuvar rayonun Dərvişli kənd sakini Zərərçəkmiş şəxs pul tələb etməkdə şübhəli olduğu bildirilmiş, sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü cibində olan özünə məxsus əşyaları, yəni pulları, sənədləri və bir ədəd “Samsung” markalı mobil telefonu, həm də Ədalət ona verdiyi 2500 manat pulu çıxarıb polislərə təqdim etmişdir. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş 25 ədəd yüz manatlıqdan ibarət 2500 manat pulu Biləsuvar rayonun Dərvişli kənd sakini Şahid1 oğlu Zərərçəkmiş şəxs barəsində etdiyi şikayətləri geri çəkdiyi üçün cibinə qoyduğunu bildirmişdir. Sonra həmin pullar və mobil telefon polis əməkdaşları tərəfindən götürülmüş, daha sonra sənədləşmə aparılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan və bundan sonra ona qarşı heç təzyiq və təsir olmamışdır. Bir daha bildirir ki, tanışı Şahid2 Zərərçəkmiş şəxsla dost olduğunu bildirib Faiqin barəsində etdiyi şikayətlərini geri götürməsini ondan xahiş edib buna görə ona cəmi 3000 manat pul təklif etmiş, o da xəstəliyi ilə bağlı müalicəsi üçün pula ehtiyacı olduğundan Cəlalın təklifi ilə razılaşmışdır. O, bu işlə bağlı nə birbaşa, nə də Cəlalın vasitəsilə Faiqdən 10.000 manat pul tələb etməmiş, həmçinin Faiqin barəsində hər hansı yalan məlumatı (rüsvayedici məlumatı) yayacağı ilə ona hədə-qorxu gəlməmiş, ondan hər hansı miqdarda, o cümlədən 10.000 manat və ya 6.000 manat pul tələb etməmiş və bununla bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin Faiqin barəsində etdiyi şikayətlərini geri götürməsi ilə bağlı ona verilən pulu qəbul etdiyi üçün bu əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 12 və 13 mart 2024-cü il tarixli ifadələrində göstərmişdir ki, o, Biləsuvar rayonun Dərvişli kənd sakini Zərərçəkmiş şəxs 2020-ci ildən tanımış və 2020-ci ildə Zərərçəkmiş şəxs və onun dayısı Nizami Məmmədovun qanunsuz hərəkətləri barəsində Azərbaycan Respublikasının ali icra, hökümət və dövlət orqanlarına şikayət xarakterli müraciətlər etmişdir. Həmin vaxtlarda Zərərçəkmiş şəxs və onun atası Şahid1 onunla görüşüb şikayətlərinə son verməsini xahiş etmiş, o da onların xahişini nəzərə alıb onlardan şikayət etməmişdir. 04 yanvar 2024-cü il tarixdə Bakı şəhərindən Biləsuvar rayonuna taksi ilə gələrkən taksidə olan digər sərnişinlər Biləsuvar rayonun Dərvişli kənd sakinləri olmuş və söhbət zamanı həmin şəxslər Zərərçəkmiş şəxs barəsində şikayət etmiş bir nəfər həmkəndlisini cəzalandırdığını, onu da cəzalandıracaqlarını demişlər. Həmin şəxslər onun kim olduğunu bilmədikləri üçün onlara əhəmiyyət verməmişdir. Sonra o, Şahid1 zəng etsə də, Ədalət telefonu açmamışdır. Bundan sonra o, 08 və 26 fevral 2024-cü il tarixlərdə Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının ali icra, hökümət və dövlət orqanlarına, habelə Azərbaycan Respublikasının Baş prokuroruna və Bakı Hərbi Məhkəməsinə şikayətlər etmişdir. 2024-cü ilin fevral ayının əvvəllərində "xxxx" MMC-nin Biləsuvar rayon mərkəzi filialının işçisi, tanıdığı və aralarında yaxın münasibətləri olan Cəlal adlı şəxs (Şahid2) ona zəng edib onu işlədiyi yerə çağırmış, o da gedib Cəlalla görüşüb söhbət etmişdir. Söhbət zamanı Cəlal Faiqlə dostluq əlaqələrinin olmasını, Faiqin ona köməklik etdiyini bildirib ondan Zərərçəkmiş şəxs barəsində daha şikayət etməməsini xahiş etmiş, o da Cəlala Faiqin barəsində etdiyi şikayətlərini geri çəkməsi üçün 6000 (altı min) manat pul istədiyini demiş, Cəlal da bu barədə dostu Faiqlə danışdıqdan sonra onunla əlaqə saxlayacağını bildirmişdir. Həmin gün Cəlal təkrar ona zəng edib Zərərçəkmiş şəxs 3000 manat məbləğində pulu ona verə biləcəyini demiş, o da Zərərçəkmiş şəxs 3000 manat almaq müqabilində ölkə rəhbərliyinə və mərkəzi icra hakimiyyəti orqanlarına etdiyi şikayətləri geri çəkməyə razılaşmışdır. Aralarındakı razılaşmaya görə Zərərçəkmiş şəxs əvvəlcədən ona 500 manat pul göndərməli, o da Zərərçəkmiş şəxs barəsində şikayət etdiyi ünvanlara şikayət və tələbinin olmaması barəsində teleqramlar vurduqdan sonra isə qalan 2500 manat pulu "xxxx" MMC-nin Biləsuvar rayon mərkəzi filialında Zərərçəkmiş şəxs atası Şahid1 ona verəcəkdir. Sonra o, arvadı Əzizgül İmanovanın adına olan "xxxx"a aid plastik kart hesabının 16 rəqəmli şifrəsini vatsapla Cəlala göndərmişdir. Bir müddət sonra Cəlal 500 manat pulun həmin karta köçürülməsi barədə qəbzin fotoşəklini ona göndərmişdir. Bundan sonra o, 11 mart 2024-cü il tarixdə, saat 13 radələrində "xxxx" MMC-nin Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Biləsuvar rayon mərkəzi filialına gedib küçədə gözləmiş, bir müddət sonra Şahid1 da poçt filialının qarşısına gəlmişdir. Sonra o, poçta daxil olub şikayət və tələblərinin olmaması barədə müəyyən ünvanlara teleqramlar göndərmiş və teleqramların göndərilməsinə dair qəbzləri Şahid1 təqdim etmiş, sonra onlar oradan çıxıb Əlizadə adlı şəxsə məxsus çayxanaya getmişlər. Çayxanada Şahid1 ona 2500 manat pulu vermiş, o da həmin pulu aldıqdan sonra onunla sağollaşıb çayxanadan çıxıb Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə Biləsuvar rayonu Mərkəzi Xəstəxanası istiqamətində hərəkət etməyə başlamışdır. Elə bu zaman Biləsuvar RPŞ-nin əməkdaşları onu saxlayıb Biləsuvar rayonun Dərvişli kənd sakini Zərərçəkmiş şəxs məxsus 3000 manat pulu hədə-qorxu ilə tələb etmə yolu ilə əldə etməkdə şübhəli olduğu bildirib onu Biləsuvar RPŞ-nə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı özü üzərində olan əşyaları, o cümlədən əynindəki gödəkcənin cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və əynindəki şalvarın cibindən 25 ədəd 100 manatlıq pul əskinaslarını, 1 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 4 ədəd 1 manatlıq pul əskinaslarını çıxardıb təqdim etmişdir. Şifahi sorğu zamanı o, üzərində aşkar olunan 25 ədəd 100 manatlıq pul əskinaslarını Biləsuvar rayonun Dərvişli kənd sakini Şahid1 oğlu Zərərçəkmiş şəxs barəsində etdiyi şikayətləri geri çəkmək müqabilində ondan aldığını bildirişdir. O, Zərərçəkmiş şəxs tanışı Cəlal adlı şəxsin vasitəsi ilə 6.000 manat pul istəsə də, Zərərçəkmiş şəxs 10.000 manat pul tələb etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də işin mahiyyət üzrə olan digər sübutlar tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib, 13 mart 2024-cü il tarixli ifadəsinin işin mahiyəti üzrə olan hissəsini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, onun Zərərçəkmiş şəxsla heç bir qərəzçiliyi və ya düşmənçiliyi olmamış, aralarında yaranmış anlaşılmazlıq nəticəsində belə bir hadisə baş vermişdir. Tanışı Şahid2 Zərərçəkmiş şəxsla dost olduğunu bildirib Faiqin barəsində etdiyi şikayətlərini geri götürməsini ondan xahiş edib buna görə ona 3000 manat pul təklif etmiş, o da xəstəliyi ilə bağlı müalicəsi üçün pula ehtiyacı olduğundan Cəlalın təklifi ilə razılaşmışdır. Həmin vaxt o, etdiyi şikayətlərini geri götürməsi üçün Faiqgildən 10.000 və ya 6.000 manat pul tələb etməmiş, ümumiyyətlə isə ona pul verilməsini nə özü, nə də tanışı Cəlalın vasitəsilə təklif etməmiş, belə bir təklifi ona Faiqin adından Cəlal demişdir. İşlə bağlı 13 mart 2024-cü il tarixdə verdiyi ifadəsində yazılanlar, yəni etdiyi şikayətlərini geri götürməsi üçün Faiqgildən 6.000 manat pul tələb etməsi doğru deyil, o, belə ifadə verməsini xatırlamır, həmçinin Biləsuvar Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən səhətində problemləri olduğundan orada işlə bağlı hansı izahat verdiyini də xatırlamır. İstifadəsində olmuş “Samsung” markalı mobil telefonunda Zərərçəkmiş şəxs aid fotoşəkillər olmamışdır. Onda Zərərçəkmiş şəxs barəsində heç bir rüsvayedici məlumatlar da olmamış və belə bir məlumatları yayacağını heç kimə deməmiş, həmçinin Zərərçəkmiş şəxsla görüşüb ondan hədə-qorxu ilə pul tələb etməmişdir. Ona verilən 2500 manat pulu isə Faiqin atası Ədalət onun cibinə qomuşdur. Ona görə də o, verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin Faiqin barəsində etdiyi şikayətlərini geri götürməsi ilə bağlı ona verilən pulu qəbul etdiyi üçün bu əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs onunla barışması və onların verdiyi pulun (3000 manat pulun) tam olaraq qaytarılması, özünün yaşlı və xəstə olmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində Maliyyə Xidməti rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Biləsuvar rayonun Ovçubərə kənd sakini kimi tanısa da, aralarında hər hansı bir münasibət, o cümələdən şəxsi ədavət və düşmənçilik münasibətləri olmamışdır. 2020-ci ildə Təqsirləndirilən şəxs onun barəsində Azərbaycan Respublikasının ayrı-ayrı dövlət və hökümət orqanlarına, o cümlədən Müdafiə Nazirliyinə şikayətlər etmiş və həmin şikayətlər əsassız olduğundan o, bu şikayətlərə əhəmiyyət verməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsinin sabiq rəisi Nizami Məmmədov onunla qohum olduğundan və Bakı Hərbi Məhkəməsində Nizami Məmmədovun barəsində olan cinayət işinə baxılarkən orada o, şahid kimi dindirildikdən sonra Təqsirləndirilən şəxs Nizami Məmmədova aid olan halların ona da (Zərərçəkmiş şəxs da) aid olmasını bildirən əsassız şikayətlər yazmış və bu şikayətlər əsasında Müdafiə Nazirliyi tərəfindən onun barəsində dəfələrlə yoxlama aparılmış və yazılmış şikayətlərin heç biri təsdiq olunmamışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs yenidən onun barəsində şikayətlər yazmaqda davam etmiş və həmin şikayətlər böhtan xarakterli və onu nüfuzdan salan şikayətlər olmuş, həm də Təqsirləndirilən şəxs belə şikayətlər yazmaqla onu tutduğu vəzifədən çıxartdıracağını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən yazılmış şikayətlər əsassız və yalan olsa da, bu şikayətlər əsasında o, müxtəlif dövlət orqanlarında izahat verməli və yoxlamalara məruz qalmış, bunun nəticəsində ona mənəvi ziyan da dəymişdir. Elə bu səbəbdən də həmin vaxtlar onların arasında mübahisə yaranmış və o, İsmayıldan onun barəsində belə şikayətlərin etməməsini bildirmiş, İsmayıl isə onun barəsində əsassız şikayətlər yazmaqda davam etmiş, həm də belə məlumatları sosial şəbəkədə yazmaqla yaymaqda davam etmişdir. Sonradan başa düşmüşdür ki, Təqsirləndirilən şəxs ondan pul almaq məqsədi ilə belə şikayətlər edir, ona görə də o, Təqsirləndirilən şəxsla əlaqə saxlayıb həqiqətə uyğun olmayan şikayətlər etdiyini bildirmiş, Təqsirləndirilən şəxs onun dediklərinə məhəl qoymayıb yuxarı instansiyalara onun barəsində həqiqətə uyğun olmayan şikayətlər etmiş və buna görə o, hərbi hissənin rəhbərliyi tərəfindən və Müdafiə Nazirliyində Təqsirləndirilən şəxs şikayətləri ilə bağlı bir neçə dəfə şifahi sorğu-sual edilmişdir. Təqsirləndirilən şəxs şikayətlərinə görə nüfuzuna xələl gəldiyi üçün narahatlıq hissi keçirtməyə başlamış və 2024-cü ilin mart ayının əvvələrində Təqsirləndirilən şəxs vatsapla səsli zəng edib ona heç bir pisliyinin dəymədiyini, həmyerlisi olduğunu niyə görə onun barəsində həqiqətə uyğun olmayan məzmunda şikayətlər etdiyini soruşmuş, Təqsirləndirilən şəxs da ona dövlət əmlakını mənimsədiyi, Bakı şəhərində özünə məxsus evlərin olmasını, qadınlarla nikahdankənar münasibət saxladığı, bununla bağlı onda fotoşəkillər və videoların olmasını bildirirərək tutduğu vəzifədən çıxartdıracağı ilə hədələmiş, həm də onun işdən çıxmaması və biabır olmaması üçün şikayətlərini dayandıra biləcəyini bildirmişdir. O, bu şikayətləri niyə dayandırmadığını soruşduqda İsmayıl da bu işlə bağlı ondan 10.000 manat pul istəmiş, sonra aralarında mübahisə baş vermiş və həmin vaxt o, İsmayıla “nə istəyirsən elə də et” demişdir. 2024-cü ilin mart ayının əvvəllərində Biləsuvar rayonundan olan dostu Cəlalla telefonla danışarkən haləhvalının pis olduğunu, Biləsuvar rayonun Ovçubərə kənd sakini olan İsmayılov adlı şəxsin onun barəsində həqiqətə uyğun olmayan şikayətlər etməsini demiş, Cəlal da həmin İsmayıl adlı şəxsi tanıdığını, tez-tez onun işlədiyi poçta gəldiyini və aralarında yaxşı münasibətlərin olduğunu bildirib bu məsələ ilə bağlı onunla danışacağını demiş, o da etiraz etməmişdir. Bir gün sonra Cəlal onunla əlaqə saxlayıb İsmayıla bu barədə dediyini, İsmayılın da şikayətlərini geri çəkməsi üçün 10.000 manat pul istədiyini bildirmiş, o da İsmayıla verməyə 10.000 manat pulunun olmadığını demişdir. Sonradan Cəlal bir neçə dəfə bu məsələ ilə bağlı İsmayılla söhbət etmiş və əvvəl İsmayıl ona 6.000 manat pul verdikdən sonra şikayətini geri çəkəcəyini demiş, o da Cəlala İsmayıla maksimum 2.500 manat pul verə biləcəyini demişdir. Sonra İsmayılla danışmış və İsmayıl Cəlala ondan (Zərərçəkmiş şəxs) 3.000 manatdan bir manat da az pul almayacağını bildirmişdir. O, İsmayılın onun barəsində həqiqətə uyğun olmayan ləkələyici məlumatlar yayacağından qorxduğundan İsmayıla 3.000 manat verəcəyini Cəlala demiş, Cəlal da bu sözü İsmayıla çatdırmışdır. İsmayıl yazdığı şikayətləri geri çəkməsi üçün ondan 10.000 manat pul tələb etmiş, lakin sonradan dostu Cəlalın köməkliyi ilə aparılan danışıqlar nəticəsində İsmayıl bu işlə bağlı ondan 3.000 manat pul alacağına razılaşmışdır. Bu razılağa əsasən İsmayıl 10 mart 2024-cü il tarixdə ondan əvvəl 500 manat pul istəmiş, şikayət və tələblərinin olmaması barədə 11 mart 2024-cü il tarixdə teleqramlar vurduqdan sonra isə 2500 manat pul alacağını bildirmiş, o da razılaşmışdır. Bundan sonra İsmayıl Cəlala bank kartının nömrəsini göndərmiş, o da Biləsuvar şəhərində olan “Aran” marketdəki “Million” ödəmə terminalından həmin bank kartına 500 manat pulu göndərmişdir. Sonra bu barədə atası Şahid1 da məlumat vermiş, atası isə İsmayılın qanunsuz hərəkətləri barədə Biləsuvar RPŞ-nə şikayət edəcəyini bildirmiş, o da atası ilə razılaşmış, həm də qərara almışdır ki, özü də bu məsələ ilə bağlı polisə ərizə versin. Əvvəl o, İsmayıla verməsi üçün atasına 2500 manat pul vermiş, sonra atası Biləsuvar RPŞ-nə gedib şikayət etmiş, sonra özü polisə gedib ərizə vermişdir. Sonradan ona verilən məlumata əsasən atası polisə müraciət etdikdən sonra polis əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilmiş, əvvəlcə atası Biləsuvar mərkəzi poçtunun qarşısına gedib İsmayılla görüşmüş, sonra İsmayıl poçta girib ondan şikayət və tələbinin olmaması barədə şikayət etdiyi yerlərə teleqramlar vurmuş və qəbzləri atasına vermişdir. Bundan sonra atası və İsmayıl poçtun yaxınlığındakı çayxanaya getmişlər və orada atası 2500 manat pulu İsmayıla vermiş, İsmayıl da pulu götürüb oradan aralanıb çıxıb getmişdir. Bir müddət sonra Biləsuvar RPŞ-nin əməkdaşları İsmayılı tutub polis şöbəsinə aparmış və orada üzərindən atasının ona verdiyi pullar aşkar olunmuşdur. Onun İsmayılovla heç bir qərəzçiliyi, ədavət və düşmənçiliyi olmamış, onu Biləsuvar rayonun Ovçubərə kənd sakini kimi tanımışdır. Hələ 2024-cü ilin yanvar ayında o, Biləsuvar rayonun Dərvişli kəndində atası Ədalətin evində olarkən İsmayıl ora gəlib onunla görüşmüş və onda ona aid fotoşəkilləri, rüsvayedici və ləkələyici məlumatlar olduğunu və bu məlumatları sosial şəbəkələrdə paylaşacağını bildirib onu hədləmiş, sonradan isə İsmayıl etdiyi şikayətləri geri götürməsi və ona aid olması deyilən, əslində isə yalan olan məlumatları sosial şəbəkələrə verməməsi üçün ondan əvvəl 10000 manat, sonra 6000 manat, daha sonra 3000 manat pul tələb etmiş, o da hərbi qulluqcu olmaqla nüfuzuna xələl gəlməməsi üçün ona həmin məbləğdə pulu göndərmişdir. O, hərbi qulluqçu olduğu üçün vatsapdan istifadə etmir, özünə və ailəsinə məxsus məlumatları, o cümlədən fotoşəkilləri heç bir zaman vatsapda kiminləsi paylaşmamışdır. Təqsirləndirilən şəxs mobil telefonundan aşkar edilmiş fotoşəkilləri İsmayılın hansı yolla əldə etməsi barədə məlumatı yoxdur. İsmayılın tələbi əvvəl 10000 manat, sonra 6000 manat, daha sonra 3000 manat olmuş və o, İsmayıla 3000 manat pul vermişdir. İsmayıl polis tərəfindən tutulduqdan sonra ondan götürülmüş, yəni İsmayıla verməsi üçün onun atası Ədalətə verdiyi 2500 manat, habelə daha əvvəl İsmayıla dediyi karta köçürməklə göndərdiyi 500 manat olmaqla cəmi 3000 manat pul ona qaytarılmışdır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya tələbi yoxdur. İşdə olan, Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı 20 aprel 2024-cü il tarixli və 17 yanvar 2025-ci il tarixli ərizələri ilə müəyyən olunur ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış və ona vurulmuş maddi ziyan (3000 manat) ona tam olaraq ödənilmiş və hazırda onun təqsirləndirilən şəxsə qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin Biləsuvar Rayon Poçt şöbəsində əməliyyatçı işləyir. Təqsirləndirilən şəxs Biləsuvar rayonun Ovçubərə kənd sakini kimi tanıyır, İsmayıl poçt şöbəsinə tez-tez gəldiyindən onunla arasında yaxın münasibət yaranmışdır. Zərərçəkmiş şəxs Biləsuvar rayonun Dərvişli kənd sakini kimi tanıyır və aralarında dostluq münasibətləri vardır. 2024-cü ilin mart ayının əvvəllərində Faiqlə zəngləşib söhbət edərkən Faiq Biləsuvar rayonun Ovçubərə kənd sakini İsmayıl adlı şəxsin onun barəsində həqiqətə uyğun olmayan, yalan məlumatları dövlət orqanlarına göndərməklə şikayətlər etdiyi bildirmiş, o da həmin şəxsi tanıdığını onunla danışacağını demişdir. Sonra zəng edib İsmayılla danışıb Zərərçəkmiş şəxs dostu olmasını deyib ondan şikayət etməməsini xahiş etmiş, o da gəliç onunla görüşüb bu barədə söhbət edəcəyini bildirmişlbh. Səhərisi günü o, İsmayılla görüşüb dostu Faiqdən şikayət etməməsini ondan xahiş etmiş, İsmayıl da Faiqi işdən çıxartdırmayana qədər ondan əl çəkməyəcəyini və şikayətini davam edəcəyini demişdir. Bundan sonra o, dəfələrlə İsmayıldan Faiqdən şikayət etməməsini xahiş etmiş, İsmayıl da Faiqin atası Ədaləti tanıdığını və onunla da əvvəllər münasibətlərinin yaxşı olduğunu demişdir. Sonra o, İsmayıla Faiqlə barışmasını, şikayət etməməsini təkrar xahiş etmiş, İsmayıl da fikirləşəcəyini, barışsa da onun xətrinə barışacağını bildirib cibindən kağız parçası çıxarıb üzərinə 10.000 rəqəmi yazıb ona “Faiq mənə 10.000 manat pul versin ondan əl çəkim” demişdir. Bundan sonra o, İsmayılın Faiqdən şikayətlər etməsinin səbəbinin pul əldə etmək olmasını başa düşüb İsmayıla 10.000 manat böyük məbləğdir demiş, İsmayıl isə ya həmin pulu alacağını, ya da Faiqi tutduracağını bildirmişdir. Sonra o, İsmayıldan aralanıb Faiqə vatsapla zəng edib İsmayılın şikayət etməməsi üçün ondan 10.000 manat pul tələb etməsini bildirmiş, Faiq də həmin pulun çox olduğunu, bu qədər pul verə bilməyəcəyini, şikayətləri geri çəksə az miqdarda ona hörmət edə biləcəyini demişdir. Sonra o, İsmayılın yanına qayıdıb Faiqlə danışdığını, onun 10.000 manat pul verməyə imkanının olmamasını, lakin şikayəti geri çəksə az miqdarda ona hörmət edə biləcəyini demişdir. Həmin vaxt İsmayıl ona Faiqdən dediyindən 2-3 min manat az, 6.000 manat pul alacağını demiş və ondan ayrılıb getmişdir. Sonra o, Faiqlə yenidən əlaqə saxlayıb İsmayılın ondan 6.000 manat pul istədiyini demiş, Faiq də bu qədər pul verə bilməyəcəyni, bir neçə günə Biləsuvar rayonuna gələcəyini bildirmişdir. Bundan sonra İsmayıl ona bir neçə dəfə zəng edib Faiqin onunla görüşmək üçün nə zaman gələcəyini soruşmuş, o da dediyi sözləri Faiqə dediyini bildirmişdir. X10 2.500 manat pul verə biləcəyini demiş, o da İsmayılla mobil telefonla əlaqə saxlayıb Faiqin 2.500 manat pul verə biləcəyini demiş, İsmayıl isə minimum 3.000 manat alacağını bildirmişdir. Sonradan da İsmayıl ona dəfələrlə zəng edib bir məlumat istəmiş, o da Faiqin bir söz deyəcəyini bildirmişdir. Daha sonra Faiq İsmayılın barəsində həqiqətə uyğun olmayan yalan məlumatlar yayacağından qorxaraq İsmayıla 3.000 manat verəcəyinə razı olduğunu ona demiş, o da bu barədə İsmayıla məlumat vermişdir. 10 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs Biləsuvar rayonuna gəlmiş və İsmayıl həmin gün əvvəlcədən 500 manat məbləğində pul verilməsini, şikayətini geri çəkdikdən sonra isə 2.500 manat məbləğində pulu alacağını demişdir. Sonra o, Faiqə İsmayılın əvvəlcədən 500 manat pul istəməsini, şikayətini geri çəkdikdən sonra isə 2.500 manat pul alacağını demiş, Faiq də razılaşmışdır. Sonra İsmayıl plastik bank kartın kod nömrəsini vatsapla ona, o da həmin rəqəmləri vatsapla Faiqə göndərmişdir. 10 mart 2024cü il tarixdə Faiq 500 manat pulu İsmayılın dediyi bank kartının hesabına köçürmüş və pulun köçürülməsinə aid qəbzin şəkilini ona, o da bu qəbzin şəkilini İsmayıla vatsapla göndərmişdir. Bundan sonra razılaşmışlar ki, İsmayıl şikayət və tələbinin olmaması barədə poçtdan teleqramlar göndərdikdən sonra qalan 2.500 manat pulu da Faiq atası Ədalətin vasitəsilə İsmayıla versin. 11 mart 2024-cü il tarixdə, günorta saatlarında İsmayıl və Faiqin atası Ədalət birlikdə poçta daxil olmuşlar və o, həmin şəxslərə yaxınlaşıb görüşmüş, sonra İsmayıl Faiqdən şikayət etdiyi dövlət orqanlarının ünvanlarına şikayət və tələbinin olmaması barədə teleqramlar vurmuşdur. Bundan sonra İsmayıl və Ədalət poçtdan çıxıb getmişlər. Həmin gün o, İsmayılın Faiqdən pul tələb etməsi bağlı Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs oğludur. Oğlu Faiq hərbi qulluqçudur, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissələrin birində maliyyə xidmətində xidmət edir. Təqsirləndirilən şəxs tanısa da, aralarında heç bir münasibətlər olmamışdır. Oğlu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 2020-ci ildən müxtəlif dövlət orqanlarına əsassız şikayətlər etməyə başlamış, onun hansı səbəblərə görə Faiqdən şikayətlər etməsini bilməmiş, sonradan İsmayılla danışıb oğlundan şikayət etməməsini xahiş etmiş, o da razılaşmışdır. Həmin vaxtlarda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə İdarəsində işləyən qohumu Nizami Məmmədov tutulmuş, sonradan isə onun işi hərbi məhkəmədə baxılarkən bu işlə bağlı oğlu Faiqi də çağırıb şahid kimi dindirmişlər və oğlu Faiqin Nizaminin işi ilə heç bir əlaqəsi olmaması məlum olmuşdur. 2024-cü ilinin yanvar ayında yaşadığı Biləsuvar rayonun Dərvişli kəndindəki evinə İsmayıl gəlmiş, həmin vaxt oğlu Faiq də evdə olmuşdur. İsmayıl Faiqlə söhbət edərkən onun qohumu Nizami Məmmədovla birlikdə dövlət vəsaitini mənimsədiyini bildirib Faiqi hədələyib ondan dövlət orqanlarına şikayətlər etdiyini və tutduğu vəzifəsindən çıxartdıracağını bildirmişdir. O, İsmayıldan aralarında heç bir ədavət və qərəzçilik olmadığını deyib nəyə görə belə hərəkət etməsini soruşmuş, İsmayıl da Faiqin dövlət əmlakını mənimsədiyini, həmin pullarla Bakı şəhərində özünə bir neçə ev aldığını, başqa qanunsuz işlərlə məşğul olmasını və bununla bağlı əlində faktların olmasını, şikayətlər edəcəyini və sosial şəbəkələrdə bu barədə videolar paylaşacağını bildirmişdir. Onlar İsmayıla dediklərinin doğru olmadığını bildirmiş, sonra oğlu Faiqlə İsmayılın arasında mübahisə olmuşdur. İsmayılın bu hərəkətləri ilə oğlu Faiqdən pul tələb etmək məqsədi ilə etdiyini başa düşdükləri üçün onlar onunla əlaqə saxlamamışdır. Sonradan İsmayıl bir neçə dəfə ona zəng etsə də, ondan və oğlundan pul tələb edəcəyini bildiyi üçün zənglərinə cavab verməmişdir. İsmayıl isə oğlundan əsassız olaraq şikayətlərini davam etdirmişdir. Bir müddət sonra qohumu Mahir onunla əlaqə saxlayıb İsmayılla görüşmək lazım olduğunu demiş, o da onun İsmayılla görüşməsini dedikdə ona pul verməyini nəzərdə tutduğunu başa düşmüşdür. 2024-cü ilin fevral ayında İsmayıl yenidən oğlu Faiqin barəsində ayrı-ayrı dövlət orlaqlarına böhtan xarakterli şikayətlər etmişdir. 2024-cü ilin mart ayının əvvəllərində oğlu Faiq onunla əlaqə saxlayıb tanışı Cəlal adlı şəxsin İsmayılla bu barədə danışdığını və İsmayılın şikayətlərini geri çəkməsi üçün ondan 10.000 manat pul istədiyini, lakin onun İsmayıla verəcək 10.000 manat pulunun olmadığını demişdir. Daha sonra İsmayıl şikayətlərini geri çəkməsi üçün Faiqdən 6.000 manat pul istəmiş, oğlu Faiq isə İsmayıla 3.000 manat pul verməyə razılaşmışdır. Aralarında olan razılaşmaya görə oğlu Faiq 10 mart 2024-cü il tarixdə İsmayılın əvvəlcədən istədiyi 500 manat pulu İsmayılın dediyi kartın hesabına göndərmiş, qalan 2500 manat pul da İsmayıl poçtda gedib şikayət və tələbinin olmaması barədə şikayətlər etdiyi dövlət orqanlarına teleqramlar vurduqdan sonra verilməsinə razılaşmışlar. 11 mart 2024- cü il tarixdə evdə oğlu Faiq ona 2.500 manat pul verib İsmayılla görüşməyə getməyini bildirmiş, o da İsmayılın bu hərəkətləri ilə bağlı polisə şikayət edəcəyini demiş, Faiq də razılaşmışdır. Bundan sonra o, Biləsuvar RPŞ-nə gedib ərizə ilə müraciət etmişdir. Sonra polis şöbəsində ona izah edilmişdir ki, onun köməkliyi ilə Təqsirləndirilən şəxs əməlini ifşa etmək lazımdır və o da polis əməkdaşlarına köməklik edəcəyini bildirmişdir. Bundan sonra o, İsmayıla verəcəyi 25 ədəd yüz manatlıqlardan ibarət olan 2.500 manat pulu polislərə təqdim etmiş və pulların şəkilləri çəkilib götürülmüş, sonra pullar ona qaytarılmışdır. Bundan sonra o, həmin gün günorta saatlarında Biləsuvar rayon poçtunun qarşısına gedib İsmayılla görüşmüşdür. Həmçinin onun İsmayılla olan görüş zamanı aralarında olan danışıqlar əvvəlcədən mobil telefonla gizlincə yazılmışdır. Aralarındakı razılaşmaya əsasən o, İsmayılla poçtun qarşısında görüşüb söhbət etdikdən sonra birlikdə poçta daxil olub poçtun əməkdaşı Cəlala yaxınlaşmışlar və İsmayıl Faiqdən şikayət və tələbinin olmaması barədə şikayətlər etdiyi dövlət orqanlarının adına teleqamlar göndərmiş və teleqramların göndərilməsinə dair qəbzləri ona təqdim etmişdir. Sonra onlar poçtdan çıxıb yaxınlıqdakı çayxanaya getmişlər və orada o, 2.500 manat pulu İsmayıla vermiş, İsmayıl da pulu götürüb cibinə qoyub ondan ayrılıb getmişdir. Elə həmin gün ona məlum olmuşdur ki, İsmayıl ondan ayrılıb getdikdən sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, Biləsuvar RPŞ-nin əməkdaşıdır. Biləsuvar rayon sakini Şahid1 11 mart 2024-cü il tarixdə Biləsuvar RPŞ-nə ərizə ilə müraciət edərək hərbiçi oğlu Zərərçəkmiş şəxs barəsində Biləsuvar rayonun Ovçubərə kənd sakini Təqsirləndirilən şəxs müxtəlif dövlət orqanlarına böhtan xarakterli şikayətlər edərək ondan 6.000 manat pul tələb etməsini, sonra 3.000 manat pul verməyə razılaşmalarını, 10 mart 2024-cü il tarixdə oğlu Faiqin 500 manat pulu həmin şəxsə göndərməsini, qalan 2.500 manat pulu isə özünün ona verməli olduğunu bildirmişdir. Şahid1 müraciəti əsasında Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Sonra Şahid1 Təqsirləndirilən şəxs təqdim edəcəyi 25 ədəd yüz manatlıq pul əskinazların fotoşəkilləri çəkilib seriya nömrələrini qeyd etməklə protokol tərtib olunmuş və pul əskinazlarının fotoşəkilləri protokola əlavə olunmuşdur. 11 mart 2024-cü il tarixdə, saat 14:59-da Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Bazar Store” yaxınlığında piyada hərəkətdə olarkən əməliyyat qrupu tərəfindən saxlanılıb ona hədə-qorxu ilə pul tələb etməkdə şübhəli olduğunu izah edib Biləsuvar RPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Mahsun Kərimov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi əşyaları, o cümlədən bir ədəd mobil telefon, həmçinin pullar aşkar olunmuşdur. Aşkar olunmuş pulların içərisində 25 ədəd yüz manatlıq pul əskinazları da olmuş və həmin pul əskinazların bir az əvvəl Şahid1 təqdim etdiyi 25 ədəd yüz manatlıq pul əskinazları ilə eyni seriya və nömrəli olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin pulun (25 ədəd bir yüz manatlıq pul əskinazlardan ibarət 2500 manat pulun) Şahid1 aldığını bildirmişdir. Aşkar olunmuş əşyalar, o cümlədən bir ədəd mobil telefon və 25 ədəd yüz manatlıq pul əskinazları qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, sonra şəxsi axtarışla bağlı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Biləsuvar rayonun Dərvişli kənd sakinləri Zərərçəkmiş şəxs və onun atası Şahid1 Biləsuvar RPŞ-nə yazdıqları 11 mart 2024-cü il tarixli ərizələri ilə müəyyən edilir ki, Biləsuvar rayonun Ovçubinə kənd sakini Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs barəsində dövlət orqanlarına yazdığı şikayətləri geri götürməsi üçün Zərərçəkmiş şəxs 10.000 manat pul tələb etmiş, sonra Təqsirləndirilən şəxs 3.000 manat verəcəyi ilə razılaşaraq 500 manat pul Təqsirləndirilən şəxs göndərdiyi bank kartına köçürülmüş, qalan 2500 manat pulun da verilməsini Təqsirləndirilən şəxs tələb edir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması xahiş olunur. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 11 mart 2024-cü il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs barəsində rüsvayedici və ləkələyici məlumatlar yaymaqla hədə-qorxu ilə pul tələb etməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 11 mart 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan, 11 mart 2024-cü il tarixli protokolla müəyyən edilir ki, Biləsuvar rayonun Dərvişli kənd sakini Şahid1 Biləsuvar RPŞ-nə etdiyi müraciətinə əsasən Biləsuvar rayonun Ovçubinə kənd sakini Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs barəsində dövlət orqanlarına yazdığı şikayətləri geri götürməsi üçün Zərərçəkmiş şəxs 10.000 manat pul tələb etməsi ilə bağlı Zərərçəkmiş şəxs atası Şahid1 11 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs verməli olan 2500 manat pul vəsaitini təşkil edən 25 ədəd bir yüz manatlıq pul əskinazların fotoşəkilləri çəkilərək götürülmüş və həmin fotoşəkillər protokola əlavə edilmiş, 2500 manat pul vəsaiti isə Şahid1 qaytarılmışdır. İşdə olan, 11 mart 2024-cü il tarixli protokolla (əməliyyat-axtarış tədbirinin keçirilməsi haqında) müəyyən edilir ki, həmin tarixdə Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən Biləsuvar rayonun Ovçubinə kənd sakini Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs barəsində dövlət orqanlarına yazdığı şikayətləri geri götürməsi üçün Zərərçəkmiş şəxs tələb etdiyi pulu Zərərçəkmiş şəxs atası Şahid1 alması ilə bağlı əməliyyat-axtarış tədbiri keçirilmişdir. Əməliyyat-axtarış tədbiri zamanı 11 mart 2024-cü il tarixdə, saat 14:10-da "xxxx" MMC-nin Biləsuvar poçt filialının qarşısında Şahid1 Təqsirləndirilən şəxsla görüşüb poçta daxil olmaları, saat 14:40-da onların poçtdan çıxmaları və Əlizadə adlı şəxsin çayxanasına daxil olub orada 5-10 dəqiqə söhbət etmələri, sonra onların ayrılması və Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə “Bazar store” marketinə istiqamətində hərəkət etməyi müşahidə olunmuş, bundan sonra əməliyyət qrupu tərəfindən Təqsirləndirilən şəxs saxlanılıb cinayət törətməkdə şübhəli olduğu izah edilib Biləsuvar RPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə haqqında” 11 mart 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı Mahsun Kərimov tərəfindən müdafiəçi Səfərəli Baxşiyevin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, gödəkcənin sol içəri cibindən şəxsiyyət vəsiqəsini, içərisində "xxxx" MMC-yə aid dörd ədəd poçt zərfləri, Biləsuvar rayonun Dərvişli kənd sakini Zərərçəkmiş şəxs barəsində mərkəzi icra hakimiyyəti orqanlarına ünvanlandığı məktubun surətləri, Bakı Hərbi Məhkəməsindən ona ünvanlanmış məktub, Azərbaycan Respublikası Baş prokuroruna ünvanlanmış teleqram, beş ədəd poçt göndərişlərinin verilməsi haqqında xəbərnamə blankları, iki ədəd üzərində “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Teleqram” yazılmış boş blanklar və dörd ədəd məktubun göndərilməsi barədə "xxxx" MMC-yə məxsus məktub qəbzlər olan fayılı, əynindəki şalvarın sol yan cibindən 25 ədəd 100 manatlıq pul əsginasları, bir ədəd 50 manatlıq, iki ədəd 20 manatlıq, iki ədəd 10 manatlıq, dörd ədəd 01 manatlıq pul əsginasları çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul vəsaitlərindən 25 ədəd C83695576, A94918065, A76083031, D01784903, C97412341, A91538513, C89762568, D17140335, A86181907, A23412795, A18417877, C30364150, C25283558, C55036538, C91282048, A14392799, A67590365, C65368933, C00923623, C32843302, C65948383, A85404073, A12490224, C72527896 və C58856662 nömrəli bir yüz manatlıq pul əskinazları olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan 25 ədəd bir yüz manatlıq pul əskinazlardan ibarət 2500 manat pulu Şahid1 onun cibinə qoyduğunu, Zərərçəkmiş şəxs barəsində dövlət orqanlarına yazdığı şikayətləri geri götürməsinə görə Şahid1 həmin pulu verdiyini və əlavə olaraq bank kartına da 500 manat pul keçirildiyini bildirmişdir. Aşkar olunmuş pul vəsaitləri və bir ədəd “Samsung” markalı mobil telefon aparatı qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 16 mart 2024-cü il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs istifadəsində üzərində 050/693-75-61 saylı mobil telefon nömrəsi olan “Samsung A13” markalı mobil telefonun “zənglər”, “mesajlar”, “şəkillər” və “vatsap” bölmələrinin yaddaşında qalan məlumatlarda Təqsirləndirilən şəxsla Şahid2 arasında çoxsaylı danışıqlar, yazılı mesajlar, fotoşəkillər, o cümlədən 500 manat pulun köçürülməsinə dair qəbzin fotoşəkili, eləcə də üç ədəd Zərərçəkmiş şəxs çimərlik paltarında fotoşəkillər aşkar olunmuşdur. Aşkar olunmuş mesajlar və fotoşəkillər çap edilib protokola əlavə edilmişdir. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 14 mart 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Öz psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də, o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Əqli- intelektual imkanları normaya uyğundur, eqosentrizm, inadkarlıq, laqeydlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. O, hərəkətlərin xarakterini və mənasını anlaya bilərdi, başqalarının təsiri altında uydurmağa meyillilik aşkar olunmamışdır. İşdə olan “Sübutların qiymətləndirilməsi barədə” 14 iyun 2024-cü il tarixli qərarla müəyyən edilir ki, bir ədəd “Samsung A13” markalı mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Biləsuvar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk və səs yazılarının (danışıqların) audioyazıların yazıldığı bir ədəd CD və pul vəsaitinin köçürülməsinə dair 10 mart 2024-cü il tarixli qəbz iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahid1, Şahid3 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa iştirak və şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (Zərərçəkmiş şəxs dövlət orqanlarına etdiyi şikayətlərini geri götürməsi üçün Zərərçəkmiş şəxs 10.000 manat və ya 6.000 manat pul tələb etməməsi, ümumiyyətlə ona pul verilməsini nə özü, nə də tanışı Cəlalın vasitəsilə təklif etməməsi, pulun verilməsi təklifinin ona Faiqin adından Cəlalın deməsi, istifadəsində olmuş mobil telefonunda Zərərçəkmiş şəxs aid fotoşəkillərin olmaması, Zərərçəkmiş şəxs barəsində olan rüsvayedici məlumatları yayacağı hədəsi ilə ondan pul tələb etməməsi, Zərərçəkmiş şəxsla görüşüb ondan hədə-qorxu ilə pul tələb etməməsi və ona verilən 2500 manat pulu Faiqin atası Ədalətin onun cibinə qoymasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahid1, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni Zərərçəkmiş şəxs dövlət orqanlarına etdiyi şikayətlərini geri götürməsi üçün Zərərçəkmiş şəxs 10.000 manat və ya 6.000 manat pul tələb etməməsi, ümumiyyətlə ona pul verilməsini nə özü, nə də tanışı Cəlalın vasitəsilə təklif etməməsi, pulun verilməsi təklifinin ona Faiqin adından Cəlalın deməsi, istifadəsində olmuş mobil telefonunda Zərərçəkmiş şəxs aid fotoşəkillərin olmaması, Zərərçəkmiş şəxs barəsində olan rüsvayedici məlumatları yayacağı hədəsi ilə ondan pul tələb etməməsi, Zərərçəkmiş şəxsla görüşüb ondan hədə-qorxu ilə pul tələb etməməsi və ona verilən 2500 manat pulu Faiqin atası Ədalətin onun cibinə qoymasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahid1, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 12 və 13 mart 2024-cü il tarixli ifadələri (həmin ifadələrində o, zərərçəkmiş şəxsdən 6.000 manat pul tələb etdiyini bildirməklə ittihamda göstərilən digər halları da təsdiq etmişdir) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs haqqında rüsvayedici və nüfuzdan salan məlumatları yayacağını, yəni sonuncunun fotoşəkillərini yayacağını, işlədiyi yerdə pulları mənimsəməsi barədə yalan məlumatları müxtəlif dövlət qurumlarına teleqramlar və məktublar göndərməklə işdən çıxartdıracağı hədəsi ilə ondan xeyli miqdarda-10.000 manat məbləğində pulunu hədə-qorxu ilə tələb etmiş, hədə-qorxu ilə tələb etdiyi həmin puldan Zərərçəkmiş şəxs ona plastik kart hesabına köçürməklə göndərdiyi 500 manat və Zərərçəkmiş şəxs atası Şahid1 vasitəsi ilə göndərdiyi 2.500 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 3.000 manat məbləğində pulunu alıb ələ keçirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 182.2.4-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 mart 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Biləsuvar rayon Ovçubərə kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 27 mart 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonunun Ovçubərə kəndində qeydiyyatda olmaqla yaşamış və yaşadığı yer üzrə müsbət (yaşadığı ərazidə kənd sakinləri və qonşuları ilə münasibəti yaxşı olmuş, kəddə keçirilən ictimai işlərdə yaxından iştirak etmiş və ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Azərbaycan Respublikası ƏƏSMN-nin DSMF-nun Biləsuvar şöbəsi+ndən 07 oktyabr 2016-cı il tarixdə verilmiş 000879 №-li Vəsiqənin surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ümumi xəstəliklə 2-ci qrup (dərəcə) əlildir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi CM-nin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi həmin Məcəllənin 59.1.13-cü maddəsinə, habelə Təqsirləndirilən şəxs 2-ci qrup (dərəcə) əlil olması bu Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 182.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 62 və 70ci maddələrinin tətbiq olunması, habelə barəsində xüsusi müsadirə təyin edilməsi üçün (həmin Məcəllənin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi CM-nin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edib, bu Məcəllənin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını məhkəmə nəzərə alaraq hesab edir ki, cəza təyini zamanı CM-nin 60-cı maddəsinin müddəalarının tətbiq edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 11 mart 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə iş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung A13” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs oğlu Nemət İsmayılova (ünvan: Biləsuvar rayonun Ovçubərə kəndi) təhvil verilməlidir. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk, səs yazıların (danışıqların) audioyazıları yazılmış 1 (bir) ədəd CD disk və pul vəsaitinin köçürülməsinə dair 10 mart 2024-cü il tarixli bir ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasıı təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 11 mart 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung A13” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs oğlu X2 (ünvan:Biləsuvar rayonun Ovçubərə kəndi) təhvil verilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk , səs yazıların (danışıqların) audioyazıları yazılmış 1 (bir) ədəd CD disk və pul vəsaitinin köçürülməsinə dair 10 mart 2024-cü il tarixli 1 (bir) ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar