Məhkəmə qərarları › İş №1(099)-641/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-641/2023

27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-641/2023 27.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-“Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi3 Aslan oğlu və “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxx 1984-cü ildə Ağcabədi rayonunun Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonunun Poladlı kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin mart ayında yaşadığı Ağcabədi rayonunun Poladlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qarğı ilə hasara alınmış hissənin digər tərəfində, ağaclıq və kolluqların arasında qanunsuz olaraq əkmiş, onlardan bitən külli miqdarda-44 (qırx dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edib yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-1710 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib saxlayıb daşıyaraq yaşadığı evin həyətyanı sahədəki yardımçı tikilidə gizlətmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 07 iyun 2023-cü il tarixdə, saat 07 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı, Ağcabədi rayonunun Poladlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış zamanı evin həyətyanı sahəsində qarğı ilə hasara alınmış hissənin digər tərəfində, ağaclıq və kolluqların arasında torpağa əkilmiş vəziyyət 30 (otuz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, həmçinin həyətyanı sahədəki yardımçı tikilidən kökü üzərində olmaqla 14 ədəd yaş halda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar olunmaqla cəmi 44 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, habelə həyətyanı sahədə olan yardımçı tikilidən bir ədəd torbada külli miqdarda-1710 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilməyib və CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Ağcabədi rayonunun Poladlı kəndində yaşamış, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi qaydada fəhləliklə və təsərrüfat işləri ilə məşğul olmuşdur. Xeyli müddətdir ki, “nəşə” adlanan narkotik maddədən (marixuanadan) istifadə etməyə başlamış, narkotiki tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Dəqiq xatırlamadığı vaxtda çətənə kolunun toxumlarını əldə etmişdir ki, hər dəfə istifadəsi üçün pul verib marixuana almaması üçün həmin toxumları əkib özünün şəxsi istifadəsi üçün çətənə bitkisi yetişdirsin. 2023-cü ilin mart ayının əvvələrində həmin toxumları yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində olan ağaclıq və kolluqların arasında torpağa əkmişdir. Bir müddət sonra həmin toxumlar cücərib çıxmış, əkdiyi toxumlardan neçə ədəd çətənə kolu çıxmasını bilməmişdir. Sonra o, həmin bitkilərə su verməklə qulluq edib yetişdirmişdir. Həmin çətənə bitkiləri tam yetişmədiyindən onlardan istifadə etməmiş, həmçinin çətənə bitkilərin bir hissəsinin kökündən çıxarıb qurutması üçün həyətyanı sahəsində olan yardımçı tikilinin içərisinə yığması, eləcə də həmin tikilinin içərisində torbada qurudulmuş marixuana saxlaması halları olmamışdır. 07 iyun 2013-cü il tarixdə, gecə saat 03-04 radələrində yaşadığı evin həyətinə bir qrup polis əməkdaşları gəlib heç bir izahat vermədən, ailə üzvlərinin yanında onu tutub rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona məlum olmuşdur ki, polis əməkdaşları onu narkotik saxlamaqda şübhəli şəxs kimi tutmuşlar. Polis şöbəsində üzərində axtarış aparılmış, lakin heç nə aşkar olunmamışdır. Bundan sonra həmin gün saat 11 radələrində polis əməkdaşları onu yaşadığı evə aparmış və özünün iştirakı ilə, həm də videoçəkilişlə yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı o, evin həyətyanı sahəsində çətənə bitkiləri əkdiyi yeri polis əməkdaşlarına göstərmiş və həmin yerdə 24 ədəd çətənə bitkisi aşkar edilmiş, sonra həmin çətənə bitkiləri polis əməkdaşları tərəfindən kökündən çıxarılıb götürülmüşdür. Bundan sonra baxış zamanı polis əməkdaşları tərəfindən həyətində olan yardımçı tikilinin içərisinə baxış keçirilmiş və orada dəqiq xatırlamadığı sayda çətənə bitkisi və bir ədəd torbanın içərisində çətənə bitkisinin hissələri (qurudulmuş marixuana) aşkar edilmişdir. Həmin vaxt o, tikilinin içərisində aşkar olunmuş çətənə bitkilərinin və torbadakı çətənə bitkisinin hissələrinin (qurudulmuş marixuananın) ona məxsus olmamasını bildirmişdir. Daha sonra aşkar olunmuş bitkiləri polis əməkdaşları tərəfindən sayılıb torbaya qablaşdırılıb götürülmüş, həmçinin torbada olan çətənə bitkisinin hissələri də polis əməkdaşları tərəfindən götürülmüş, bundan sonra sənədləşmə aparılmışdır. Onun tərəfindən şəxsi istifadəsi üçün əkdiyi çətənə bitkiləri aşkar olunan vaxt yetişmiş vəziyyətdə olmamış, bitkilər xırda olmaqla istifadəyə yararsız olmuş, həmçinin həyətində olan yardımçı tikilinin içərisində aşkar olunmuş çətənə bitkiləri və bir ədəd sintetik torbanın içərisində olan çətənə bitkilərinin quru hissələri ona məxsus deyildir. O, güman edir ki, polis əməkdaşları onu tutub polis şöbəsinə apardıqdan sonra evin həyətində qalmış digər polis əməkdaşları tərəfindən həyətindəki yardımçı tikilinin içərisinə çətənə bitkiləri və çətənə bitkilərinin quru hissələri yığılmış torbanı qoymuş, sonradan baxış zamanı bu bitkilər və torbanın içərisində olan çətənə bitkilərinin quru hissələri aşkar olunmuşdur. Ona görə də o, həyətyanı sahəsində öz istifadəsi üçün əkdiyi 24 ədəd çətənə bitkisi ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilir, lakin həyətindəki yardımçı tikilinin içərisində aşkar olunmuş çətənə bitkiləri və torbanın içərisindəki çətənə bitkilərinin quru hissələri (qurudulmuş marixuana) ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir. O, özünün şəxsi istifadəsi üçün çətənə bitkiləri əkibyetişdirməsinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, təxminən bir ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamış və adətən narkotiki tanımadığı şəxslərdən əldə etmişdir. Təxminən 4-5 ay əvvəl (tutulduğu vaxtdan) Poladlı kəndinin ərazisində yerdən bir ədəd torbada qurudulmuş marixuana tapmış və marixuana istifadəçisi olduğundan bu torbanı yaşadığı evə gətirib həyətyanı sahəsində olan yardımçı tikilinin içərisində gizlətmişdir. Həmin torbanın içərisində marixuana toxumları da olmuş və fikirləşmişdir ki, həmin toxumları əkib özünün istifadəsi üçün çətənə bitkisi yetişdirsin ki, pul verib marixuana almasın. Bu məqsədlə o, həmin toxumları 2023-cü ilin mart ayının əvvəllərində yaşadığı evin həyətyanı sahəsində əkmiş, sonra mütəmadi olaraq həmin bitkilərə qulluq edib diblərini təmizləyib su vermişdir. Daha sonra o, əkdiyi bitkilərdən bir neçəsini kökündən çıxarıb qurutması üçün onları həyətdəki yardmçı tikilinin içərisində gizlətmişdir. 07 iyun 2023-cü il tarixdə yaşadığı evdə tək olan zaman bir qrup polis əməkdaşı həyətinə gəlib yaşadığı evin həyətyanı sahəsində çətənə kolu əkib-yetişdirməsi barədə məlumat olduğunu, evin həyətyanı sahəsinə və evə baxış keçiriləcəyini bildirmiş, o da etiraz etməmişdir. Həmin vaxt polis əməkdaşları ondan həyətində çətənə kolu əkib-əkməməsi barədə soruşmuş, o da həyətyanı sahəsində özünün istifadəsi üçün çətənə kolu əkib-yetişdirdiyini etiraf etmişdir. Sonra özünün iştirakı ilə və videoçəkilişlə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı o, yaşadığı evin həyətyanı sahəsində çətənə kollarını əkdiyi yeri polis əməkdaşlarına göstərmişdir. Həmin yerdə, yəni yaşadığı evin həyətyanı sahəsinin qarğı ilə ayırdığı çəpərinin digər tərəfində, ağaclıqların və kolların arasında əkdiyi və qulluq etdiyi cəmi 30 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən aşkar edilib kökündən çıxarılmışdır. Daha sonra ondan yaşadığı evdə və ya həyətyanı sahədə narkotik vasitə və ya çətənə bitkilərin olub-olmaması soruşulmuş, o da həyətyanı sahədə olan yardımçı tikilidə narkotik vasitə və ya çətənə bitkilərin olduğunu bildirmişdir. Bundan sonra özünün istirakı ilə polis əməkdaşları tərəfindən yardımçı tikilinin içərisinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən yardımçı tikilidən 14 ədəd qurutmaq üçün saxladığı çətənə bitkisi və bir ədəd kisədə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Aşkar edilmiş çətənə bitkiləri sayılmış və cəmi sayı 44 ədəd olmuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən çətənə kolları və bir ədəd kisədə olan marixuana kütləsi elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Sonra polis əməkdaşları onu tutub polis şöbəsinə aparmış, şöbədə üzərində axtarış keçirilmiş, üzərində heç bir qanunsuz əşya və ya narkotik maddə aşkar edilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə baxış zamanı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, 07 iyun 2023-cü il tarixdə, saat 11-12 radələrində polis əməkdaşları tərəfindən özünün iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı 30 ədəd və həyətindəki yardımçı tikilinin içərisindən 14 ədəd çətənə bitkisi, həmçinin yardımçı tikilinin içərisindən bir ədəd torbada çətənə bitkisinin quru halda olan hissələri aşkar edilmişdir. O, həyətindəki yardımçı tikilinin içərisində aşkar olunmuş 14 ədəd çətənə bitkiləri və torbanın içərisindəki çətənə bitkilərinin quru hissələri (qurudulmuş marixuana) ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin həyətyanı sahəsində öz istifadəsi üçün əkdiyi 30 ədəd çətənə bitkisi ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağcabədi RPŞ-nin əməkdaşıdır. 07 iyun 2023-cü il tarixdə ona Ağcabədi rayonun Poladlı kənd sakini Təqsirləndirilən şəxs həyətində çətənə bitkiləri əkib-becərməsi, narkotik vasitələrin istifadəsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün səhər saat 07 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı ünvana, Ağcabədi rayonun Poladlı kəndində yerləşən evinə getmişdir. Əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olduqdan sonra təhqiqatçı X13 Əliyevə qanunsuz olaraq çətənə bitkiləri əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu və bu səbəbdən həyətinə, evinə və başqa sahələrə baxış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs də baxışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra əməliyyat qrupu tərəfindən mütəxəssis-aqronom və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində torpağa əkilmiş vəziyyətdə 30 ədəd çətənə kolu aşkar edilmişdir. Həmçinin baxış zamanı həyətyanı sahədəki yardımçı tikilinin içərisindən yaş halda 14 ədəd çətənə kolu və bir ədəd torbada qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Baxışda iştirak edən aqronom-mütəxəssis aşkar olunmuş həmin bitkilərin aqrotexniki qaydada qulluq edilməklə yetişdirildiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş çətənə bitkilərini istifadəsi üçün əkib-yetişdirdiyini, həmçinin aşkar olunmuş marixuana özünə məxsus olmaqla istifadəsi üçün saxladığını bildirmişdir. Sonra aşkar olunmuş çətənə bitkiləri və bir ədəd torbada olan kütlə qablaşdırılıb götürülmüş, daha sonra keçirilmiş baxışla bağlı sənədləşmə aparılmışdır. Həmçinin əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı ünvana bir dəfə, 07 iyun 2023-cü il tarixdə, səhər saatlarında getmiş və həmin vaxt videoçəkilişlə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilərək 44 ədəd çətənə bitkisi və marixuana kütləsi aşkar edilib götürülmüşdür. Baxış keçirilərkən Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamış, həmçinin Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir. Əri Təqsirləndirilən şəxs narkotiklərdən istifadə etməsi və yaşadıqları evin həyətyanı sahəsində çətənə bitkisinin əkib-yetişdirməsi barədə məlumatı olmamışdır. 07 iyun 2023-cü il tarixdə, gecə saat 03-04 padələrində bir qrup polis əməkdaşları yaşadığı evin həyətinə gəlmiş, həmin vaxt əri Səxavət həyətdə olmuşdur. Sonra polis əməkdaşları həyətdə axtarış aparmış, daha sonra saat 06 radələrində bir neçə polis işçisi həyətdə qalmış, digər polis əməkdaşları əri Səxavəti polis şöbəsinə aparmışlar. Həmin vaxt o, uşaqları ilə birlikdə evdə olmuş, evdən kənara çıxmamışdır. Həmin gün saat 11-12 radələrində polis əməkdaşları əri Səxavəti həyətə gətirmiş və bundan sonra yaşadıqları evin həyətyanı sahəsində təkrar axtarış (baxış) aparmışlar. Elə həmin gün ona məlum olmuşdur ki, polis əməkdaşları tərəfindən yaşadıqları evin həyətyanı sahəsində çətənə bitkiləri aşkar edilmiş və həmin bitkilərin əri Təqsirləndirilən şəxs tərəfindən əkilmiş və bu səbəbə görə əri Səxavət tutulmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonun Poladlı kəndində yaşayır, Təqsirləndirilən şəxs qonşusudur. Dəqiq xatırlamadığı tarixdə, gecə saat 04 radələrində həyətində olarkən qonşusu Səxavət həyətinə gəlmiş, həmin vaxt Səxavətin narahat olmasını görüb onun kiminləsə dalaşmasını düşünmüş, sonra Səxavətlə birlikdə onun yaşadığı evin həyətinə getmiş, həmin vaxt həyətdə bir qrup polis əməkdaşlarının olmasını görmüş və polislərin Səxavətin həyətinə nəyə görə gəlmələrini bilməmişdir. Sonra polis əməkdaşları Səxavəti aparmış, bir neçə polis əməkdaşı isə həyətdə qalmışdır. Həmin gün saat 11-12 radələrində polis əməkdaşların Səxavəti evlərinə gətirməsini bilmiş, lakin polis əməkdaşların Səxavəti hansı səbəbdən polisə aparıb-gətirməsi, eləcə də Səxavətin həyətində çətənə bitkisi əkibyetişdirməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonun Poladlı kəndində yaşayır, Təqsirləndirilən şəxs qonşusudur. 07 iyun 2023-cü il tarixdə, gecə saat 03-04 padələrində bir qrup polis əməkdaşı yaşadığı evin qapısına gəlib evin Səxavətə məxsus olub-olmadığını soruşmuş, o da Səxavətin evi olmadığını bildirmiş və polis əməkdaşları çıxıb getmişlər. Həmin gün saat 12 radələrində o, Səxavətgilə getmiş və orada polis əmkdaşlarının olmasını görmüş, onların nəyə görə gəlmələri barədə məlumatı olmamışdır. İşdə olan, Ağcabədi RPŞ-nin əməkdaşının 07 iyun 2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Ağcabədi rayonun Poladlı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində çətənə bitkiləri əkib-becərməsi, kultivasiya etməsi, habelə narkotik vasitələrdən istifadəsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılmasına dair” 07 iyun 2023-cü il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Ağcabədi rayonun Poladlı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində çətənə bitkiləri əkib-becərməsi, kultivasiya etməsi, habelə narkotik vasitələrdən istifadəsi və saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması üçün təxirəsalınmaz əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılmasına dair” 07 iyun 2023-cü il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri barədə məlumat qanuni hesab edilmişdir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 07 iyun 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Ağcabədi RPŞ-nin TQ-nun təhqiqatçısı Ramil Piriyev tərəfindən polis əməkdaşlarının, Təqsirləndirilən şəxs, aqronom-mütəxəssis Şahid4 iştirakı ilə və videoçəkilişlə Ağcabədi rayonun Poladlı kəndində, Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qarğı ilə hasara alınmış yerin digər tərəfində kolluqların və ağacların arasında 30 ədəd çətənə koluna oxşar bitkilər, bundan başqa həyətyanı sahədə olan yardımçı tikilidən 14 ədəd yaş halda çətənə koluna oxşar bitkilər, eləcə də həmin yerdən bir ədəd ağ rəngli torbada narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilib qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Baxış 07 iyun 2023-cü il tarixdə, saat 07:15-də başlamış, saat 08:30-də başa çatmışdır. Baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, 07 iyun 2023-cü il tarixli “Mütəxəssis rəyi”nə əsasən həmin tarixdə Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən Ağcabədi rayonun Poladlı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş əkilmiş vəziyyətdə olan 30 ədəd bitkilər, habelə həyətyanı sahədəki yardımçı tikilidən aşkar edilmiş, qurudulması üçün torpaqdan çıxarılmış vəziyyətdə olan 14 ədəd bitkilər çətənə kollarıdır və həmin bitkilər aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 07 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda “Şübhəli şəxs: /imza var/ Təqsirləndirilən şəxs ...” sözləri yazılmış və imzalar olan sintetik torbadakı bir ədəd polietilen torbadakı təmiz çəkisi 1710 qram olan kütlə tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda “Şübhəli şəxs: /imza var/ Təqsirləndirilən şəxs ...” sözləri yazılmış və imzalar olan sintetik torbada cəmi 44 ədəd yaş vəziyyətdə ümumi çəkisi-6700,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərdən 30 ədədinə aqrotexniki qaydada xüsusi qulluq edilmiş, 14 ədəd bitki qurudulması üçün torpaqdan çıxarılmış vəziyyətdə aşkar olunmuşdur. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 1709,9 qramdır. Ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 18 iyul 2023-cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq 1709,9 qram narkotik vasitə olan qurudulmuş marixuana və 44 ədəd çətənə bitkisi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Ağcabədi RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 14 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabioniddən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki pisixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçib ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməli törədərkən və halhazırda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (07 iyun 2013-cü il tarixdə, gecə saat 03-04 radələrində polis əməkdaşları tərəfindən heç bir izahat verilmədən, ailə üzvlərinin yanında onun tutulub polis şöbəsinə aparılması və həmin gün saat 11-12 radələrində polis əməkdaşları onu yaşadığı evə gətirməsi və bundan sonra yaşadığı evin həyətyanı sahəsinə baxışın keçirilməsi, baxış zamanı yaşadığı evin həyətyanı sahəsində cəmi 24 ədəd çətənə bitkisinin aşkar edilməsi, yaşadığı evin həyətindəki yardımçı tikilinin içərisindən aşkar olunmuş 14 ədəd çətənə bitkisi və bir ədəd torbadakı çətənə bitkisinin hissələrinin (qurudulmuş marixuananın) ona məxsus olmaması, polis əməkdaşları onu tutub polis şöbəsinə apardıqdan sonra evin həyətində qalmış digər polis əməkdaşları tərəfindən həyətindəki yardımçı tikilinin içərisinə çətənə bitkiləri (14 ədəd) və çətənə bitkilərinin quru hissələri yığılmış torbanın qoyulmasını güman etməsinə aid hissələr istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni 07 iyun 2013-cü il tarixdə, gecə saat 03-04 radələrində polis əməkdaşları tərəfindən heç bir izahat verilmədən, ailə üzvlərinin yanında onun tutulub polis şöbəsinə aparılması və həmin gün saat 11-12 radələrində polis əməkdaşları onu yaşadığı evə gətirməsi və bundan sonra yaşadığı evin həyətyanı sahəsinə baxışın keçirilməsi, baxış zamanı yaşadığı evin həyətyanı sahəsində cəmi 24 ədəd çətənə bitkisinin aşkar edilməsi, yaşadığı evin həyətindəki yardımçı tikilinin içərisindən aşkar olunmuş 14 ədəd çətənə bitkisi və bir ədəd torbadakı çətənə bitkisinin hissələrinin (qurudulmuş marixuananın) ona məxsus olmaması, polis əməkdaşları onu tutub polis şöbəsinə apardıqdan sonra evin həyətində qalmış digər polis əməkdaşları tərəfindən həyətindəki yardımçı tikilinin içərisinə çətənə bitkiləri (14 ədəd) və çətənə bitkilərinin quru hissələri yığılmış torbanın qoyulmasını güman etməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə keçirilmiş baxışla bağlı aparılmış videoçəkilişlə (həmin vaxt o, aşkar olunmuş çətənə bitkilərini istifadəsi üçün əkib-yetişdirdiyini, həmçinin aşkar olunmuş marixuana kütləsi özünə məxsus olmaqla istifadəsi üçün saxladığını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri, o cümlədən 14 iyul 2023-cü il tarixli ifadəsi ilə (həmin ifadələrində o, aşkar olunmuş 44 ədəd çətənə bitkilərini istifadəsi üçün əkib-yetişdirdiyini, həmçinin yardımçı tikilinin içərisində aşkar olunmuş bir ədəd torbadakı marixuana kütləsi özünə məxsus olmaqla istifadəsi üçün saxladığını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə şahidlər Gilə Əliyeva, Qəfər Mamedov və Şahid5 ifadələrində göstərdikləri xüsusatlar, yəni 07 iyun 2013-cü il tarixdə, gecə saat 03-04 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətə gəlmələri, həyətdə axtarış aparıldıqdan sonra saat 06 radələrində polis əməkdaşlarının Təqsirləndirilən şəxs tutub polis şöbəsinə aparması və həmin vaxt bir neçə polis əməkdaşının Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qalması, sonra həmin gün saat 11-12 radələrində polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı evə gətirməsi və bundan sonra evin həyətyanı sahəsinə təkrar axtarışın (baxışın) keçirilməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə tam təkzib olunduğundan məhkəmə şahidlər Gilə Əliyeva, Qəfər Mamedov və Şahid5 ifadələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri yaxın qohum və qonşu olan Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə öz mülahizələrə uyğun verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmə, yetişdirmə və kultivasiya etməsi, habelə satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddə əldə etmə, saxlama və daşıma cinayətləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adları “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitələrdir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Habelə həmin Qanunun “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan “Çətənə növlü bitkilər”in sayı 16 ədəd və ya ondan artıq olduqda olduqda külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 44 ədəd çətənə (kannabis) bitkilərinin sayı, habelə 1710 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdardadır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Ağcabədi RİH-nin Poladlı kənd İƏD üzrə Nümayəndəyindən verilmiş 14 iyun 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağcabədi rayonunun Poladlı kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə (yaşadığı ərazidə fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, özünü nizamintizamlı aparmış, nümayəndəliyə ondan heç bir şikayət və müraciətlər daxil olmamışdır) olunur. İşdə olan, Ağcabədi RİH-nin Poladlı kənd İƏD üzrə Nümayəndəyindən verilmiş 14 iyun 2023-cü il tarixli arayışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində uşaqları-02 iyul 2005-ci il təvəllüdlü X4 və 03 may 2013-cü il təvəllüdlü X8 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə ambulator narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Ağcabədi RPŞ-nin maddi sübutlar otağında saxlanılan 44 ədəd ədəd çətənə (kannabis) bitkisi və 1709,9 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X5 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək, təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Ağcabədi Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 44 ədəd ədəd çətənə (kannabis) bitkisi və 1709,9 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar