Məhkəmə qərarları › İş №1(099)-642/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-642/2022

14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-642/2022 14.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1961-ci ildə Əli-Bayramlı (hazırkı Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 01 may 2022-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında yerləşən fəri yaşayış evinin həyətyanı torpaq sahəsinin arxa tərəfindəki üzəri alüminium örtüklə örtülmüş və ətrafı dəmir barmaqlıqlarla hasarlanmış tövlənin qarşısında qanunusuz olaraq 1 ədəd, tövlənin sağ tərəfində olan böyürtkan kollarının arasında isə 35 ədəd-ümumilikdə 36 ədəd, külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmiş, onlara aqrotexniki qaydada qulluq edib becərməklə yetişdirərək kultivasiya etmişdir. Bu barədə daxil olmuş məlumat əsasında Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 20 may 2022-ci il tarixdə saat 19:45-də yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən 36 ədəd köküstə olan, yaşıl çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailəsi ilə Şirvan şəhəri, İ.Qayıbov küçəsi, 22 saylı fərdi yaşayış evində yaşayır. Uzun müddətdir narkotik vasitə marixuanadan istifadə edir. Evinin həyəyanı torpaq sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsindən iki-üç ay əvvəl yaşadığı evin yaxınlığından keçən Kür çayının sahilində olarkən orada çətənə bitkilərinin toxumlarını tapmışdır. Həmin toxumları evinə gətirmişdir. 01 may 2022-ci il tarixdə çətənə bitkisi toxumlarından bir ədədini evinin həyətyanı torpaq sahəsində yerləşən tövlənin qarşı tərəfindəki heyva ağacının yanında, 35 ədidini isə həmin tövlənin sağ tərəfindəki böyürtkan kollarının arasında əkmişdir. Əkdiyi çətənə bitkisi toxumlarını suvarmış və onlara qulluq etmişdir. 36 ədəd çətənə bitkisi bitkiləri böyümüşlər. Həmin çətənə bitkilərini şəxsi istifadəsi üçün hazırlamaq məqsədilə əkib-becərmişdir. 20 may 2022-ci il tarixdə saat 19:30 radələrində yaşadığı evdə olarkən polis işçiləri evinin həyətinə gəlmişlər. Ona yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərməkdə şübhəli olduğunu və bu səbəbdən yaşadığı ünvana baxış keçirəcəklərini söyləmişlər. O, eyinin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə razılıq vermişdir. Həmin gün saat 19:45-də polis əməkdaşları onun və aqronomun iştirakları ilə videoçəkilişdən istifadə etməklə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirmişlər. Baxış zamanı evin həyətyanı torpaq sahəsinin arxa tərəfində yerləşən tövlənin sağ tərəfdə olan böyürtkan kolluğunun arasından 35 ədəd narkotik xassəli çətənə kolları aşkar olunmuşdur. O, həmin kolların narkotik tərkibli çətənə kolları olduğunu, ona məxsus olmasını, həmin çətənə kollarını özünün əkib-becərdiyini və qulluq etdiyini bildirmişdir. Həmin kollara aqronom tərəfindən baxış keçirilmiş və aqronom həmin narkotik tərkibli çətənə kollarının əkilibbecərilməsini, həmçinin qulluq edilərək yetişdirilməsini bildirmişdir. Həmin 35 ədəd çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq ağ kisəyə qoyulmuş və qablaşdırılmışdır. Sonra tövnin qarşı tərəfindəki heyva ağacının yanından 01 ədəd narkotik xassəli çətənə kolu aşkar olunmuşdur. O, həmin çətənə bitkisi kolunun da ona məxsus olmasını bildirmişdir. 36 ədəd yaşıl çətənə bitkisi kolları köklərindən çıxuralmaqla götürülmüş və bu barədə onun iştirakı ilə protokol tərtib olunmuşdur. Həmin bitkiləri öz şəxsi istifadəsi üçün qurudulmuş marixuana əldə etmək məqsədi ilə əkmişdir. Əməlindən peşimandır. Məhkəmədən yaşlı adam olmasının və ailə vəziyyətinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Şirvan şəhər Polis Şöbəsinin Cinayət axtrış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 may 2022-ci il tarixdə icraatına Şirvan şəhəri İ.Qayıbov küçəsi, ev 22-də yaşayan Təqsirləndirilən şəxs yaşayış evinin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi zərurəti yaranmışdır. Saat 19:10 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları və aqronom mütəxəssislə birlikdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısına gəlmişlər. Evə olan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib, aqrotexniki qayadada qulluq edərək becərməsində şübhəli olduğunu və evin həyətyanı sahəsinə baxış keçirməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə razılıq vermişdir. Bundan sonra saat 19:45-də Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə videoçəkiliş vasitəsilə tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı evin həyətinin arxa tərəfində olan tövlənin qarşısındakı heyva ağacının yanından 01 ədəd, həmin tövlənin sağ tərəfində olan böyürtkan kollarının arasından isə 35 ədəd- ümumilikdə 36 ədəd narkotik xassəli çətənə kolları aşkar olunmuşdur. Həmin kolların diblərinin təmizlənməsi və aqrotexniki qaydada qulluq olunması müəyyən olunmuşdur. Mütəxəssis də həmin narkotik xassəli bitki kollarına baxış keçirərək onların aqrotexniki qaydalara uyğun olaraq əkilib-becərilməsi və qulluq olunması barədə rəy vermişdir. Bundan sonra aşkar olunmuş 36 ədəd çətənə kolları köklərindən çıxarılaraq ekspertizaya təqdim edilmişdir. Şahid2 da məhkəmədə Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Baxış keçirilməsi barədə 20 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı torpaq sahəsində 36 ədəd yaşıl, köküstə olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 21 may 2022-ci il tarixli, 18/560 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş 36 ədəd yaş vəziyyətdə olan, ümumi təmiz çəkisi-2000 qram təşkil edən bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Məhkəmə-narkoloji ekspertizasının 28 iyul 2022-ci il tarixli, 4128 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Lakin onun yaşı 60 dan yuxarı olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı qərarına əsasən ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatriya ekspertizasının 27 avqust 2022-ci il tarixli, 2296 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət hadisəsini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. “Şirvan şəhər mərkəzi xəstəxanası” X4 arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır, lakin ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Ailə tərkibi haqqında 05 avqust 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində azyaşlı uşaq yoxdur. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkilərini əkib becərməklə kultivasiya etməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən onun yaşını (62 yaş) və kultivasiya etdiyi narkotik tərkibli bitkilərin miqdarını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi ilə əlaqədar olaraq “Şirvan şəhər mərkəzi xəstəxanası” X4 poliklinikasında qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 36 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Ekspertiza xərci 60 manat 80 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 may 2022-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi ilə əlaqədar ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 36 ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin. Ekspertiza xərci 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar