Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-643/2022 19.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi1 və İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1966-cı ildə İmişli rayonu, Gövhərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, İmişli rayonu, Gövhərli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 1,55 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq yaşadığı İmişli rayonu, Gövhərli kəndində yerləşən fərdi yaşayış evində saxlamış, 2020-ci ilin iyul ayının sonlarında arvadı X1 Ağamirzəyevin evin həyətindəki qarajda ot bağlamalarının arasında gizlətdiyi ayrıayrılıqda 0,52 qram və 1,03 qram olmaqla, iki ədəd kibrit qutusunda, ümumilikdə 1,55 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edərək, 6 avqust 2020-ci il tarixdə saat 15:30 radələrində könüllü olaraq İmişli rayon prokurorluğuna təqdim etmişdir. Bundan başqa, o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2,613 qram çəkidə narkotik vasitə olan heroin, 12,10 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 1,713 qram çəkidə psixotrop maddə olan metamfetamin və 0,2 qram çəkidə güclü təsir edən maddə olan tramadol əldə edib daşıyaraq yaşadığı İmişli rayonu Gövhərli kəndində yerləşən fərdi yaşayış evində saxlamış, 27 aprel 2022-ci il tarixdə saat 23 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı onun yaşadığı evə baxış keçirilərkən evin mətbəxindəki masanın üzərindən 2 ədəd ampulda ümumi miqdarı 0,2 qram olan güclü təsir edən maddə tramadol, yataq otağınında çarpayının üzərində olan döşəyin altından 7 ədəd kibrit qutusunun içərisində ayrı-ayrılıqda 2,70 qram, 1,73 qram, 2,46 qram, 2,46 qram, 2,08 qram, 0,30 qram və 0,37 qram olmaqla, ümumilikdə 12,10 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə 2,613 qram çəkidə, külli miqdarda narkotik vasitə olan heroin və bir ədəd sellofan bükümdə 1,713 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür.. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X3 onun həyat yoldaşı olmuşdur. Ailəsində 2020-ci il tarixdə “Qurban bayramı”ndan 2 gün sonra münaqişələr baş vermişdir. Bəxtigül oğulları Cəfəri öyrədərək onun üzərinə salmışdır. Bu səbəbdən o, ailə üzvlərini döyüb-söymədən evdən çıxartmışdır. Şahid10 onun guya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şikayət etmiş, ona şərböhtan atmışdır. Şahid10 onun evindən tapdığı narkotik vasitə olan qurudulmuş marixuanadan xəbəri olmamış, narkotik vasitərlərin istifadəsi və əkilib becərliməsi ilə məşğul deyildir. Əvvəllər qurudulmuş marixuadan siqaretə doldurma yolu ilə bir neçə dəfə qəbul etmişdir. Şahid10 onun ata mülkündə gözü olduğundan onu şərləmək istəmişdir. Şahid10 İmişli rayon prokurorluğuna təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuana barədə onun məlumatı olmamış, Şahid10 narkotik vasitələri haradan əldə etməsini bilməmiş və ot bağlamaları arasında heç bir narkotik vasitə gizlətməmişdir. Buna görədə həmin epizod üzrə verilən ittihamı rədd etmişdir. Şahid10 qardaşına məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə qonşuların adından onun guya narkotik vasitələr satması və daşıması barədə 102 xidmətinə müraciət etmiş və bu barədə onun izahatı alınmışdır. Bundan başqa o, səhətində olan problemlərlə bağlı mütəmadi olaraq həkimlərin resepti əsasında narkotik tərkibli dərman vasitələri qəbul etmişdir. 27 aprel 2022-ci il tarixdə təxminən saat 24 radələrində evdə qohumu Xəzər Əzimovla birlikdə yeyib-içdikləri vaxt polis əməkdaşları yaşadığı evə daxil olmuş və evə baxış keçirmək istədiklərini bildirmişlər. O isə polis əməkdaşlarının evində baxış keçirməsinə etiraz etməmişdir. Polis əməkdaşları mətbəxdən başlayaraq evinə baxış keçirməyə başlamış, sonra yataq otağına keçmişlər. Yataq otağında da bütün əşyaları bir-bir yoxlamış, yataq otağında olan yataq dəstinin matrasını qaldırmış, matrasın altında olan sellofan torbanı götürüb həmin torbanın içərisinə baxmışlar. Həmin torbanın içərisində sayını bilmədiyi qədər kibrit qutusu olmuş, kibrit qutularının dolu və ya boş olması barədə heç bir məlumatı olmamışdır. Kibrit qutusunun içərisindən nə çıxdığını görməmiş, yataq otağında olan döşəyin altında ona məxsus alt paltarlndan başqa bir şey olmamışdır. 27 aprel 2022-ci il tarixdə, səhər saat 5 radələrində məşğulluq idarəsindən verilmiş qoyunları otarmaq üçün getmiş, axşam saat 21 radələrində evinə qayıtmışdır. X8 kredit yolu ilə alıb ona verdiyi, 10 baş qoyunu Şahid10 tutulduqdan sonra mənimsəmişdir. Evindən çıxan narkotik vasitələr ona məxsus olmamış, kim tərəfindən necə qoyulmasından heç bir xəbəri yoxdur. Evin pənəcərələrinin şüşələri olmadığından, pənəcərələrə sellofan vurmuşdur. 27 aprel 2022-ci il tarixdə vaxt siqaretə nəşə doldurmamışdır. İmişli rayon mərkəzi xəstəxanasında qeydiyyatda olduğu üçün psixotrop tərkibli dərman vasitələrini həmin xəstəxanadan almışdır. Bürosülüyoz xəstəliyi olduğundan və ankoloji xəstəlikdən əziyyət çəkdiyi üçün və ağrıları artan zaman taramadol dərman vasitəsindən istifadə etmişdir. Həmin dərman vasitəsini resept əsasında aptekdən almış, aldığı aptek yadında qalmamışdır. Ona resept İmişli rayon mərkəzi xəstəxanasından illər əvvəl verilmiş, 50-dən çox həkimi olmuşdur. Hər biri ona ayrı-ayrılıqda resept vermişdir. Əlavə olaraq “lepaneks 100-lük” dərman vasitəsi qəbul etmiş, həmin dərmandan güclü təsiredici dərman vasitəsidir və həmin dərman vasitəsini özü polis əməkdaşlarına təqdim etmişdir. Heç bir günahı yoxdur, məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin əməkdaşı X6 ifadəsində göstərmişdir ki, 27 aprel 2022-ci il tarixdə İmişli rayonu, Gövhərli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evində narkotik vasitə olması barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Polis əməkdaşları ilə birlikdə saat 23 radələrində Xanlar Ağamirzəyin evini müşahidəyə götürüb, sonuncunun evdə olduğunu görmüş və darvazanın qarşısında səsləmişlər. Lakin Təqsirləndirilən şəxs, onlar səslərinə cavab verməmişdir. Təqsirləndirilən şəxs evinin darvası açıq olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs evinə yaxınlaşıb, çağırmış və Təqsirləndirilən şəxs qapının qaşısında qarşılamışdır. Evə baxış keçiriləcəyini demişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və bununla bağlı ərizə vermişdir. Təqsirləndirilən şəxs evində ondan başqa bir nəfərdə qohumuda olmuşdur. Hal şahidlərinin və Xanlar Ağamrzəyevin iştirakı ilə əvvəlcə mətbəxə baxış keçirilmişdir. Mətbəxdəki televizor olan stolun üzərində, televizorun yanında, müxtəlif növ dərman preparatları aşkar edilmişdir. Həmin dərmanlar onlar tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs həmin dərman preparatlarını həkim resepti əsasında istifadə etdiyini bildirmişdir. Bundan sonra yataq otağına baxış keçirilmişdir. Yataq otağına keçirilən baxış zamanı, yataq otağında olan 2 nəfərlik çarpayının üzərində olan ağ rəngli zavod döşəyinin altından 1 ədəd rəngli sellofan aşkar edilmiş və sellofanın içərisinə keçirilən baxış zamanı, 10 ədəd kibrit qutusu aşkar edilmişdir. Kibrit qutusunun 1 ədədinin içərisindən narkotik vasitə olan heroin və qurudulmuş marixuanaya bənzər kütlə, 1 ədədinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya və psixotrop maddə olan metamfetminə bənzər kütlə, 5 ədədinin içərisində isə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Digər 3 qutu boş olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik və psixotrop vasitələrin ona məxsus olmadığını bildirirək, qışqırmağa başlayaraq onlara müqavimət göstərmişdir. Onlarda Təqsirləndirilən şəxs müqavimətinin qarşısını almaq üçün qandal vurmuşlar. Sonra isə digər otağlara baxış keçirilmiş, digər otağlarda isə qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində təhqiqatçı, hal şahidlərinin, onun, Şahid3 və Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin əməkdaşları Şahid2, Şahid3, Şahid4, Şahid6 eyni məzmunlu ifadə verərək şahid X4 göstəridiyi xüsusatları bir daha təsdiq etmişdirlər. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs onun əri olmuş, aralarında heç bir ədavət və düşmənçiliyi olmamış, 1990-cı ildə ailə həyatı qurmuş, 2 övladları var. Kənd camaatından Xanların narkoman olduğunu eşitmişdir. Lakin narkotik vasitə istifadə etdiyini görməmişdir. Evləndikdən 5-6 il sonra Xanların narkotik vasitədən istifadə etməsini bilmişdir. Sonralar isə Xanlar narkotik vasitəni açıq-aşkar yanında istifadə etməyə başlamışdır. Bir müddət keçdikdən sonra Xanlar evi bazara çevirmişdir. Müxtəlif şəxslər mütəmadi olaraq Xanlardan narkotik vasitə alırmışlar. Xanlar tanımadığı şəxslərlə evin həyətindəki tövlədə narkotik vasitə qəbul etmişdir. Xanlar mütəmadi olaraq evin bağında, hətda “teksun” qablarında çətənə bitkisi əkmişdir. Son zamanlarda isə Təqsirləndirilən şəxs əldə etdiyi tramvadol dərmanından şpris ilə damarına vurmuşdur. O, qorxusundan bu barədə heç kimə heç bir məlumat verə bilməmişdir. Xanlar ilə yaşadığı müddət ərzində qorxu və həyəcan içərisində yaşamışdır. İmişli rayon prokurorluğuna təqdim etdiyi 2 ədəd kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuananı, tapdığı gündən, yəni 6 avqust 2020-ci il tarixdən 10-15 gün əvvəl Təqsirləndirilən şəxs evin həyətindəki qarajda, ot bağlamalarının arasında və 1 ədəd kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuananı toxumlarını isə həmin tarixdən 5- 6 gün əvvəl yaşadığları evin qonaq otağındakı dolabda, boşqabın içərisindən tapmışdır. Bundan Xanların xəbəri olmamışdır. Həmin narkotik vasitəni prokurorluğa təqdim etməkdə məqsədi Xanların camaatın övladını zəhərləməsinin qarşısını almaq olmuşdur. Həmdə, o, qorxu və həyəcan içərisində yaşamağdan bezmiş, övladlarının pis yola düşüb narkotik vasitə qəbul etməsindən qorxmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır, aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. O, hər zaman Xanların hörmətini saxlamışdır. Lakin Xanların etdiyi bəzi hərəkətlərə görə kənd içərisində sonuncunun oğlu olmaqdan utanmışdır. Təqsirləndirilən şəxs evin qapısının qarşısında və tövləsində tanımadığı özü kimi narkotik istifadəçilərini toplamasına görə utanmışdır. Xanlar 2017-ci ildən həbsdən azadlıqa çıxdıqdan sonra müxtəlif şəxslərlə qeyd etdiyi yerlərdə qurudulmuş marixuanadan siqaretə doldurma yolu ilə istifadə etmişdir. O da Təqsirləndirilən şəxs qorxusundan bu barədə polisə heç bir məlumat verə bilməmişdir. Təqsirləndirilən şəxs özü kimi şəxslərlə istifadə etdiyi narkotik vasitəni İmişli rayonu, Gövhərli kəndinin çöl-əkin sahəsinə yaxın olan “Qızıl arx” adlanan su kanalının ətrafında yerləşən qamışlıq əraziyə əkdiyi narkotik vasitə olduğunu təxminən bilmişdir. Çünki, Təqsirləndirilən şəxs əkinlə bağlı olmayan səbəblərə görə tez-tez sahəyə getmişdir. Təqsirləndirilən şəxs türmədən çıxdıqdan sonra mütəmadi olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. Sonra isə yavaş-yavaş narkotik vasitənin satışı ilə məşğul olmağa başlamışdır. Belə ki, tarixini xatrılamadığı vaxtda işdən gələn zaman dəfələrlə tanımadığı şəxslərin avtomobillə və ya piyada qapının qarşısında olmasını, hətda tövlədən çıxmasını görmüşdür. Həmin şəxslər Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün gəlmişdir. Bir dəfə evə gələrkən, qapının qarşısıdan “VAZ-21011” markalı, dövlət qeydiyyat nişanına fikir vermədiyi avtomobildə 4-5 nəfər, 30-35 yaşları arasında adamlar olduğunu görmüş, onlarla salamlaşıb, qapının qarşısında dayanmalarının səbəbini soruşmuşdur. Həmin adamlardan biri ona: “Əmini gözləyirik” demişdir. Həmin vaxt avtomobildən bir nəfəri onun kim olduğumu soruşmuşdur. O da həmin adama etiraz edərək, onun kim olmasını bilmədiyi halda qapının qarşısında nə üçün durmalarını soruşmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs həyətdən çıxmış, həmin adamların qonağı olduğunu demiş və onların avtomobilinə minmişdir. Təqsirləndirilən şəxs 2-3 dəqiqə avtomobildə oturub, sonra isə düşmüşdür. Təqsirləndirilən şəxs düşdükdən sonra həmin adamlar çıxıb getmişlər. Bundan sonra Təqsirləndirilən şəxs ilə tanımadığı şəxsləri evinə gətirməsinə görə mübahisə etmiş, həmin adamların evə gəlməməsi barədə xahişdə etmişdir. Təqsirləndirilən şəxs isə hər zaman belə olacağını, istəmədikləri təqdirdə evdən çxıb getməklərini istəyərək, özünə xəsarət yetirməyə başlamışdır. Təqsirləndirilən şəxs əxlaqsız və şər-böhtan xarakterli hərəkətlərindən qorxaraq evdən çıxmışlar. Təqsirləndirilən şəxs ilə mübahisə edən vaxt, onu qarşı heç bir hərəkət eməmişdir. O, həyat yoldaşı və övladını qaynatasının İmişli rayonu, Məzrəli kəndində yerləşən evinə, anası ilə bacısını dayısının Saatlı rayonu, Qaralar kəndində yerləşən evinə aparmış, özü isə 2 ay müddətinə Bakı şəhərində qalmışdır. Sonradan isə anası, bacısı, həyat yoldaşını və uşağlarını Bakı şəhərində kiryadə yaşadığı evə aparmışdır. Təqsirləndirilən şəxs tutulduqdan 1 gün sonra öz evilərinə qayıtmışlar. O, evdən çıxdıqdan sonra iki dəfə İmişli rayonuna gəlmişdir. Nə anası nədə ki, özüə evdən çıxdıqdan sonra Təqsirləndirilən şəxs İmişli rayonu, Gövhərli kəndindəki evinə getməmişdir. İş üzrə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişidir ki, Təqsirləndirilən şəxs tanıyır. 27 aprel 2022-ci il tarixdə, təxminən saat 19 radələrində Xanlar zəng edərək evinə dəvət etmişdir. O da Xanların evinə getmişdir. Yemək yeyərək araq içmişdir. Təxminən 20 dəqiqə sonra Təqsirləndirilən şəxs ayağa durub yataq otağına keçmişdir. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs yataq otağından çıxmış, mətbəxdə olan stola yaxınlaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əlində olan kəklikotuna bənzər yaşıl rəngli otlar olmuşdur. Təqsirləndirilən şəxs özünə məxsus siqaret qutusunda bir ədəd siqaret çıxardıb içindəki tütünü boşaltmış və əlindəki kəklikotuna bənzər bitkini həmin siqaretin içinə doldurmuşdur. Təqsirləndirilən şəxs ona siqaretin içinə doldurduğu otun “nəşə” olduğunu demişdir. Təqsirləndirilən şəxs həmin siqareti çəkməsini istəmiş, həmin vaxt araq içidiyi üçün bundan imtina etmişdir. Həmin vaxt onlardan baqşa heç kim olmamışdır. Sərxoş olduğuna görə evə getməkdə çətinlik çəkmiş, evə getməkdə gecikmişdir. Bir-neçə saat sonra polis əməkdaşları daxil olmuşlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağına keçmiş, yataq otağında olan yataq dəstinin matrasının altında olan sellofan torba aşkar etmiş, həmin torbanın içərisində baxmışlar. Torbanın içərsindən 10 ədəd kibrit qutusu aşkar edilmişdir. Kibrit qutularının içərisində narkotik vasitələr olması müəyyən edilmişdir. İş üzrə Şahid14 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. İmişli rayon, Gövhərli kəndinə müştəri aparıb evinə qayıdan zaman polis əməkdaşları onu saxlayaraq ona Təqsirləndirilən şəxs evinə baxış keçiriləcəyini deyib, hal şahidi kimi iştirak etməsini istəmişlər. O, da polis əməkdaşları ilə razılaşmışdır. Sonra polis əməkdaşları Xanların Ağamirzəyevin çöl qapıdan həyətinə içəri daxil olaraq, evin qapısından Xanları çağırmışlar. Xanlar evin qapısının içəri tərəfində polis əməkdaşlarını qarşılamışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs evinə baxış keçiriləcəyini demişlər, sonuncu da buna etiraz etməmiş və bununla bağlı ərizə vermışdır. Evdə başqa bir nəfərdə şəxs də olmuşdur. Xanların iştirakı ilə əvvəlcə mətbəxə baxış keçirilmişdir. Mətbəxdəki televizor olan stolun üzərində, televizorun yanında, müxtəlif növ dərman preparatları aşkar edilmişdir. Həmin dərmanlar polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs həmin dərman preparatlarını həkim resepti əsasında istifadə etdiyini bildirmişdir. Bundan sonra yataq otağına baxış keçirilmişdir. Yataq otağına keçirilən baxış zamanı, yataq otağında olan 2 nəfərlik çarpayının üzərində olan ağ rəngli zavod döşəyinin altından 1 ədəd rəngli sellofan aşkar edilmişdir. Həmin sellofanın içərisinə keçirilən baxış zamanı, 10 ədəd kibrit qutusu aşkar edilmişdir. Kibrit qutusunun 1 ədədinin içərisindən narkotik vasitə olan heroin və qurudulmuş marixuanaya bənzər kütlə, 1 ədədinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya və psixotrop maddə olan metamfetminə bənzər kütlə, 5 ədədinin içərisində isə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik və psixotrop vasitələrin ona məxsus olmadığını bildirmişdir. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-fiziki-kimyəvi və bioloji ekspertizasının 28 aprel 2022-ci il tarixli, 18/471-472 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən....” sözləri yazılmış kağız paketdə 07 siqaret qutusunun içərisindən ayrı-ayrılıqda təmiz çəkisi – 2,70 qram, 1,73 qram, 2,46 qram, 2,08 qram, 0,30 qram, 0,37 qram ümumi təmiz çəkisi 12,10 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuanadır. 01 ədəd sellofan bükümdə təmiz çəkisi – 2,613 qram olan qəhvəyimtil rəngli maddə kustar usulla hazırlanmış, narkotik vasitə olan heroindir. 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,713 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonrakı qalıq narkotik vasitə marixuanna 11,96 qram, narkotik vasitə heroin 2,563 qram və psixotrop maddə metamfetamin 1,663 qarm. Qeyd: Aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat 90 (doxsan) qəpik təşkil edir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 11 avqust 2022-ci il tarixli, 18/805 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş üzərində: “Şahid10 təqdim etdiyi...” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi – 0,24 qram olan bitki toxumlarının tərkibində narkotik aktivliyə malik komponnentlər yoxdur, onlar narkotik vasitələrə aid deyildir, 02 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkisi 0,52 qam, 1,03 qram ümumi təmiz çəkisi – 1,55 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonrakı qalıq bitki toxumları 0,22 qram, narkotik vasitə qurudulmuş marixuanna1,51 qram. Qeyd: Aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 iyun 2022-ci il tarixli 6/3251 nömrəli rəyindən görünür ki, eskpertiza tədqiqata təqdim olunan, adları və digər göstəriciləri 1 saylı cədvəldə göstərilən dərman vasitələrindən Tramadol (Tramadol) və Triheksifenidil (Üikladol) 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların küllü miqadarının siyahısı”na daxildir. Fenazepam (Fenzepin) dərman vasitəsi 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı”na (Siyahi İİİ) daxildir. Həmin dərman vasitələrinin təsiredici maddələrinin miqdarı 1 saylı cədvəldə göstərilmişdir. Digər dərman vasitələri tərkiblərinə görə nəzarətdə olan maddələrin siyahılarına daxil olmadığından təsiredici maddələrinin miqdarı müəyyən edilmir. Tədqiqata təqdim olunan 01 ədəd 3 mm-lik istifadə edilmiş boş şprisdə narkotik vasitə, psixotrop və ya güclü təsir edən maddələrə məxsus izlər müəyyən edilmir. Qeyd: Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir. İş materiallarında olan 02 iyul 2022-ci il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının 1731 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə “Emiosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunub. Təqsirləndirilən şəxs halhazırda emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs qeyd olunan emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qəbiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda “emiosinal davamsız şəxsiyyət pozuntusu” qeyd olunur. Təqsirləndirilən şəxs qeyd olunan “emosional davamsız şəxsiyyət pozuntusu” onu öz hərəkətlərinə cavab verməkdən və onlara rəhbərlik etmək qabiliyyətindən məhrum etmir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 30 may 2022-ci il tarixli, 3802 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrə aid olmayan güclü təsir edən Tramadolun qabəlu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniydan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 27 aprel 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan həmçinin qeydə alınmış videoçəkilişdən görünür ki, baxış İmişli rayonu, Gövhərli kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə keçirilmişdir. Evin mətbəxində olan televizorun altına qoyulmuş stolun üzərində sellofan torbada müxtəlif adlarda dərman preperatları, bir ədəd istifadə edilmiş şpris vardır. Yataq otağında yataq dəsdinin ayaq tərəfindən alt hissədən üzərində “Vostok-A” sözləri yazılmış sellofan torbanın içərisində 10 ədəd kibrit qutusu aşkar edilmişdir. Kibrit qutularından 3 ədədinin içərisi boşdur. 7 ədəd kibrit qutusunun 1 ədədinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya və heroinə bənzər kütlə, 1 ədədinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya və psixotrop maddə olan metamfetmianə bənzər kütlə, 5 ədədinin içərisində isə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 02 may 2022-ci il tarixli «maddi sübutun tanınması haqqında» qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 7 ədəd kibrit qutularındanda ümümi təmiz çəkisi 11,96 qram qurudulmuş marixuanna, 2,563 qram narkotik vasitə heroin və 1,663 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün İmişli RPŞ-in saxlama anbarına təhvil verilmişdir. İş materiallarında olan 03 sentyabr 2022-ci il tarixli «maddi sübutun tanınması haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 6 ədəd ampulada “Diklofenak-Akov”, 2 ədəd ampulada “Tramadol”, 3 bilisterdə 26 ədəd tablet formasında “Leponex” dərmanları, 1 ədəd blisterdə tablet formasında 12 ədəd “Bisakadil-Xemofarm” dərmanları, 8 ədəd blisterdə 76 ədəd “Fenezepin” dərmanları, 11 ədəd blisterdə 110 ədəd “Amitriptilin”, 4 ədəd blisterdə tablet formasında 106 ədəd “Çikladol-Qrindeks” dərmanları və bir ədəd 3 ml qram həcmində olan istifadə olunmuş şpris cinayət işi üzrə maddi sübüt kimi tanınaraq saxlanılması üçün İmişli RPŞ-in saxlama anbarına təhvil verilmişdir. İş materiallarında olan İmişli rayon məhkəməsinin 12 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair İmişli Rayon Polis Şöbəsinin “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 25 iyun 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Şalhar oğlu barəsində 08 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə başlanılmış (2********) cinayət işi hazırki cinayət işinə birləşdirilməklə bir icraatda aparılmışdır. İş materiallarında 12 sentyabr 2022-ci il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi» haqqında qərardan görünür ki, hazırki cinayət işindənAzərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan İmişli rayon məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 28 aprel 2022-ci il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 06 iyul 2022-ci il tarixli İmişli Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin arayışından görünür ki, Ağamirzəyev (Güllərov) Xanlar Şahlar oğlu xəstəxananın polikilinika şöbəsində «isteriya ilə əlaqədar affektiv pozuntu» diaqnozu ilə ambulator qeydiyyatdadır. İş materiallarında olan “İmişli rayon mərkəzi xəstəxanası” X12 19 avqust 2022-ci il tarixli PHŞ/6.46-2-2022-597 nömrəli məktubundan görünür ki, xx xxxxxx 1966-cı il təvəllüdlü, İmişli rayonu, Gövhərli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 14 mart 2017-ci il tarixdən “İmişli RMX” PHŞ-in Poliklinika şöbəsində İsteriya ilə əlaqədar affektiv pozuntu diaqnozu ilə dispanser qeydiyyatındadır. Təqsirləndirilən şəxs hər ay dövlət tərəfindən Fenazepam 0,1 mq № 30 tabletka, Cyclodol 2 mq № 30 tabletka, Amitiriptilin 25 mq № 30 tabletka dərman vasitələri verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, görünür ki, Təqsirləndirilən şəxs İmişli rayon məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məkum edilmişdir. İş materiallarında olan İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında “Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021- ci il tarixli Qərarının 2-5-ci bəndi tətbiq edilərək 27 yanvar 2022-ci il tarixdə cəzadan azad edilmiş və həmin tarixdə İmişli rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinnin Mil-Muğan regional mərkəzinin arayışından görünür ki, Təqsirləndirilən şəxs filialdan müddətsiz olaraq «İİ» dərəcəli əlilliyə görə 268,62 (iki yüz altmış səkkiz) manat 62 (altmış iki) manat məbləğində əmək pensiyası almışdır. İş materiallarında olan 16 iyun 2022-ci il tarixli İmişli rayonu Qaradonlu kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli rayonu Gövhərli kəndində qeydiyyatda olmaqla yaşayır, ailəli olmuş, lakin ailə münaqişəsi zəmnində həyat yoldaşı və uşaqlarından ayrılmış, tək yaşayır, yaşadığı müddət ərzində ictimai əxlaq qaydalarına hörmətlsizliklə yanaşır, problemləri sülh yolu ilə həll etməyə meyilli olmamış, istəyini yerinə yetirmək üçün çox vaxt gərgin və əsəbi olmuş, indiki və gələcək nəsil üçün nümunəli olmamış, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.4.2, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dindirilərkən ifadələrində “onun yaşadığı evdə aşkar olunan narkotik vasitələrin ona aid olmaması, şərlənərək həbs olunması” bildirməsini işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır, cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi heroinnarkotik vasitə “külli miqdar” kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniydan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- İmişli rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 7 ədəd kibrit qutularındanda ümümi təmiz çəkisi 11,96 qram qurudulmuş marixuanna, 2,563 qram narkotik vasitə heroin və 1,663 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 6 ədəd ampulada “Diklofenak-Akov”, 2 ədəd ampulada “Tramadol”, 3 bilisterdə 26 ədəd tablet formasında “Leponex” dərmanları, 1 ədəd blisterdə tablet formasında 12 ədəd “Bisakadil-Xemofarm” dərmanları, 8 ədəd blisterdə 76 ədəd “Fenezepin” dərmanları, 11 ədəd blisterdə 110 ədəd “Amitriptilin”, 4 ədəd blisterdə tablet formasında 106 ədəd “Çikladol-Qrindeks” dərmanları və bir ədəd 3 ml qram həcmində olan istifadə olunmuş şpris məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 205 (iki yüz beş) manat 85 (səksən beş) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 28 aprel 2022-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2, 234.4.3 və 240.1-ci ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası CMin 234.4.2, 234.4.3-cü maddəsi ilə ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 205 (iki yüz beş) manat 85 (səksən beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - İmişli rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 7 ədəd kibrit qutularındanda ümümi təmiz çəkisi 11,96 qram qurudulmuş marixuanna, 2,563 qram narkotik vasitə heroin və 1,663 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 6 ədəd ampulada “Diklofenak-Akov”, 2 ədəd ampulada “Tramadol”, 3 bilisterdə 26 ədəd tablet formasında “Leponex” dərmanları, 1 ədəd blisterdə tablet formasında 12 ədəd “Bisakadil- Xemofarm” dərmanları, 8 ədəd blisterdə 76 ədəd “Fenezepin” dərmanları, 11 ədəd blisterdə 110 ədəd “Amitriptilin”, 4 ədəd blisterdə tablet formasında 106 ədəd “Çikladol-Qrindeks” dərmanları və bir ədəd 3 ml qram həcmində olan istifadə olunmuş şpris məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli
Məhkəmə qərarları › İş №1(099)-643/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-643/2022
19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver