Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-646/2022 21.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1968-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağcabədi rayon məhkəməsinin 08 iyul 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağcabədi şəhəri, H.Hacıyev küçəsi ev 41 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hesab edilən 7304,04 qram təmiz çəkiyə malik külli miqdarda qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda vahid niyyətlə əldə edib daşımaqla, onlardan 4,04 qram hissəsini öz üzərində və 7300 qram hissəsini isə yaşadığı Ağcabədi şəhəri, H.Hacıyev küçəsi ev 41 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidə vahid niyyətlə saxlamış, Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 27 iyul 2022-ci il tarixdə saat 12 radələrində Ağcabədi şəhəri, H.Hacıyev küçəsində saxlanılıb rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qəsdən satış məqsədi ilə qanunsuz olaraq vahid niyyətlə şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd kağız bükümdə 4,04 qram, həmçinin həmin tarixdə saat 14 radələrində qeyd edilən ünvanda yerləşən yaşadığı evə baxış aparılan zaman evin həyətindəki yardımçı tikilidən göy rəngli sintetik örtüyün altından qəsdən satış məqsədi ilə qanunsuz olaraq vahid niyyətlə istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq yaşadığı evdə saxladığı bir ədəd sintetik kisədə 7300 qram, ümumilikdə isə 7304,04 qram təmiz çəkiyə malik külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə didirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o tutulmamışdan 15 gün qabağ Bakı şəhərindən şəxsi istifadəsi üçün 550 manata, 50 qram nəşə almışdır. Aldığı nəşədən istifadə etmiş və ondan 20 qram qalmışdır. O həbsdən şərti azad olunduğu üçün Qaradağ rayonunda olan məntəqədən ona arayış vermişdilər ki, onu rayon polis şöbəsinə təqdim edib polis şöbəsindən kağız alıb, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinə təqdim etsin. Polis şöbəsində Nahid adlı polis orda olmadığı üçün o ayrı-ayrı vaxtlarda 3 dəfə rayon polis şöbəsinə getsə də, arayışı təqdim edəcəyi polis əməkdaşı orada olmamışdır. İyul ayının 27-də o evdə olarkən polis əməkdaşları gəlib, onu evində tutaraq 20 qram nəşə ilə polis şöbəsinə aparmışlar. O polis şöbəsində saxlanılarkən 3-4 nəfər polis əməkdaşı ağ bir meşoku maşına qoyub onun evinə apararaq, onun həyətində olan tikiliyə qoymuşlar. Sonra ona çəkiliş olacaq, çəkilişdə onlar deyəni deməsini əks halda evinə silahda qoyacaqlarını demişlər. Ona görə o polislərin dediklərini demişdir. Onda 20 qram nəşə olmuşdur. Torbada olan narkotik onun deyil, həyətinə onu polislər qoymuşlar. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə dindirilərkən özünü Azərbaycan Respublikası CM-234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək göstərmişdir ki, o 20 ildir ki, narkotik vasitənin marixuanadan istifadə etmişdir. Marixuanadan istifadə edərkən toxumlarını saxlayıb əkmək qərarına gəlmişdir. 2022-ci ilin aprel ayında həmin toxumları yaşadığı evin həyətyanı sahəsində yerləşən güllərin dibində 5 ədəd dibçək qablarında əkmişdir. Çətənə bitkisinin yaxşı inkişaf etməsi üçün mütəmadi olaraq həmin bitkiləri sulamışdır. O, həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluq etmiş, çətənə bitkilərdən biri inkişaf etməmiş, tez məhv olmuşdur. Əkdiyi çətənə bitkilərin digər 2 ədədi isə təxminən bir metr inkişaf etdikdən sonra inkişafdan dayanmış və məhv olmuşdur. Qalan 2 ədəd əkdiyi çətənə bitkiləri inkişaf etmiş, ağaclar uzanıb hündürlüyə qalxdığı üçün o, həmin çətənə bitkilərin görsənəcəyini və digər şəxslərin həmin çətənə bitkilərini görməsindən qorxub həmin çətənə bitkilərini təxminən 20 gün bundan əvvəl kökündən çıxardıb 1 ədəd ağ rəngli sintetik torbaya qoyub yaşadığı evin həyətində yerləşən əl damında gizlətmişdir. Həmin çətənə kollarını quruduqdan sonra özünün istifadəsi üçün saxlamışdır. O, həmin çətənə kollarından götürüb özü istifadə etmək üçün salfet kağızına bükmüş və üzərində saxlamışdır. 27 iyul 2022-ci il tarixdə axşam saat 00:10 radələrində o, yaşadığı evin qarşısında özünə məxsus olan kafedə olduğu vaxt bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Onun narkotik vasitələrin istifadəsində, üzərində gəzdirməyində və yaşadığı ünvanda saxlamaqda şübhəli olduğunu bildirərək və onun üzərimə şəxsi axtarış keçirmək istədiklərini demişlər. Bundan sonra polis əməkdaşları ona Ağcabədi Rayon Pols Şöbəsinə getməyini demiş, o da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Orada xidməti iş otaqlarının birində ona hüquq və vəzifələri izah edilmiş, ona müdafiəçi tutmaq hüququ izah edilmiş, ona özünün istəyi ilə Ağcabədi rayonunda fəaliyyət göstərən vəkil X3 təqdim etmiş, vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona üzərində hər hansı bir narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmadığını sorşulmuş, əgər vardırsa təqdim etməyini demişlər. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd salfet kağızına bükülmüş narkotik vasitə olan marixuananı çıxarıb təqdim etmişdir. Sonra aşkar olunmuş içərisində narkotik vasitə marixuanaya oxşar kütlə büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 5,68 qram olmuşdur. Həmin kütlə bizim iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, zərfin üzərinə imza etmişik, sonra üzərinə şəxsi axtarış keçirilmiş, başqa bir narkotik vasitə və ya dövriyyəsi qadağan olunmuş digər bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokola imza atmışdır. Həmin vaxt ondan üzərindən aşkar edilmiş narkotik vasitə marixuananı haradan əldə etdiyi soruşulmuş, o da həmin marixuananı 2022-ci ilin aprel ayında ünvan 1 ünvanında yaşadığı evin həyətində əkdiyini təxminən 20 gün bundan əvvəl həmin narkotik vasitə olan çətənə kollarını dərib ağ rəngli kisəyə yığıb həyətdə olan əl damında göy rəngli sellofanın atında gizlədib saxladığı bir qismini isə istifadə etmək üçün 1 ədəd salfet kağızına qoyub üzərində saxladığını bildirmişdir. Bundan sonra ona yaşadığı evə baxış keçirilməsi üçün razı olub-olmadığını soruşmuş, o da yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə razı olduğunu bildirib bu barədə ərizə yazmışdır. Daha sonra onun və vəkilinin iştirakı ilə yaşadığı evə gedib baxış keirilərkən evin həyətində yerləşən əl damında göy rəngli sellofanın altlnda gizlətmiş olduğu bir ədəd ağ rəngli sintetik torbada saxladığı marixuananı təqdim etmişdir. Onun və vəkilinin iştirakı ilə polis əməkdaşları tərəfindən həmin ağ rəngli sintetik torba açılmış, torbanın içərisində tünd yaşıl rəngli, kəskin iyli, narkotik vasitə olan marixuana aşkar edilmişdir. Sonra aşkar olunmuş içərisində narkotik vasitə marixuanaya oxşar kütlə sintetik torba ilə birlikdə tərəzidə çəkilmiş, ümumi çəkisi 7,380 qram olmuşdur. Onun əl damında saxlamış olduğu narkotik vasitə marixuna ekspertizaya təqdim edilməsi üçün qablaşdırılıb götürülmüdür. Bu barədə protokol tərtib edilmiş, protokola imza atmışdır. Bundan sonra onun və vəkilinin iştirakı ilə yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, yaşadığı evdən qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə, hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsi, dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağcabədi Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 27 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadə etməsi, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, H.Hacıyev küçəsində evinin qarşısında saxlayaraq , özlərini təqdim etdikdən sonra onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəklişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanıo özü könüllü şəkildə cibindən bir ədəd kağız bükümdə olan marixuanaya bənzər maddə çıxarıb onlara təqdim etmişdir. Həmin kağızının bükümün içərisinə baxılarkən orada qurudulmuş marixuanaya bənzər kütlənin olduğu aşkar olunmuşdur. Həmin bükümdə olan kütlə elektron tərəzidə çəkilərək, qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etdiyini soruşduqda o narkotik vasitəni öz həyətyanı sahəsində əkdiyini demişdir. Dərhal əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi şəhəri, H.Hacıyev küçəsində olan evinə getmişlər. Orada videoçəkilişlə vəkilin iştirakı ilə həyətdə olan yarımçıq tikiliyə baxış keçirilmişdir. Baxış zamanı həyətdə olan yarımçıq tikilidə əl damının içində göy gəngli örtüyün altında gizlətdiyi ağ rəngli sintetik kisəni Taleh özü təqdim etmişdir. Torba polis əməkdaşları tərəfindən götürülərək, ağzı açılıb içrisinə baxış keçirilmişdir. Baxış zamanı torbanın içində narkotik vasitə olan qurudulmuş marixuna olduğu müəyyən edilmişdir. Torba elektron tərəzidə çəkilərkən çəkisi 7,380 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitəni əkib-becərdiyi həyətyani torpaq sahəsini göstərmiş və narkotik vasitəni dibçəkdə, həyətində olan güllərin yanında əkibbecərdiyini bildirmişdir. Baxış videoçəkiliş vasitəsilə keçirimişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin otaqlarından hər-hansı dövriyyəsi qadağan olunmuş narkotik vasitə, əşya və ya predmet aşkar edilməmişdir. Dindirilmiş şahidlər Şahid2 və Şahid4 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə müdafiə və ittiham tərəfin razılığı ilə ifadəsi elan olunmaqla tədqiq edilmiş gəlməyən Şahid5 ifadəsində 27 iyul 2022-ci il tarixdə əri Talehin yenidən narkotik vastələrin saxlanmasına görə polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin gün saat 14 radələrində Talehin iştirakı ilə polis əməkdaşları yaşadıqları evə və həyətlərinə baxış keçirildiyini, baxış zamanı Talehin özünün göstərməsi ilə polis əməkdaşlarının həyətdə olan əşya saxladıqları damdan, Talehin saxladığı ağ rəngli sintetik kisənin içərisində olan narkotik vasitənin aşkar edilib götürüldüyünü, onun və qızı Səbinənin Talehin əl damından narkotik vasitə saxlamasından məlumatları olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan 27 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkəti protokolundan görünür ki, həmin gün video çəkilişlə Ağcabədi rayon polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçisi X1 iştirakı ilə hüquq və vəzifələri izah edilərək, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparlmış, həmin vaxt onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd salfet kağızı bükümündə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb təqdim etmişdir. Kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisi 5.68 qram olmuşdur. Sonra da büküm bir ədəd ağ kağız zərfdə qablaşdırılaraq, üzəri 143 saylı möhürlə möhürlənmişdir. İşdə olan 27 iyul 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan aydın olur ki, diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs müdafiəçisi X1 iştirakı ilə hüquq və vəzifələri izah edilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd salfet kağızı bükümündə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb təqdim etməsi, kütlənin aşkar olunduğu formada elektron tərəzidə çəkilməsi və həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin çəkisinin 5.68 qram olması və kütlənin qablaşdırılıb götürülməsi müşahidə olunur. İşdə olan 27 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, həmin gün saat 13:50-dən başlayaraq saat 14:30-dək video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 evin həyətindəki yardımçı tikiliyə (əl damına), Təqsirləndirilən şəxs razılığı əsasında ozünün və müdafiçisi X1 iştirakları ilə Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs yardımçı tikilidə kisədə narkotik vasitə qurudulmuş marixuananı saxladığı yeri göstərmiş, polis əməkdaşları tərədindən Təqsirləndirilən şəxs göstərdiyi yerdən sintetik kisə götürülmüş, kisə açılıb baxıldıqda işərisində qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Kisədəki kütlə çəkildikdə 7.380 qram olması müəyyən edilmiş və kisənin üzəri 143 saylı möhürlə möhürlənmişdir. Cinayət işinin materiallarında olan 27 iyul 2022-ci il tarixli diskə baxış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 evin həyətindəki yardımçı tikiliyə, Təqsirləndirilən şəxs, müdafiçisi X1 iştirakları ilə Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilməsi və həmin vaxt Təqsirləndirilən şəxs yardımçı tikilidə kisədə narkotik vasitə qurudulmuş marixuananı saxladığı yeri göstərməsi, polis əməkdaşları tərədindən Təqsirləndirilən şəxs göstərdiyi yerdən sintetik kisənin götürülməsi, kisə açılıb baxıldıqda icərisində olan ikinci kisədə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar edilməsi, Təqsirləndirilən şəxs kisədəki özünə məxsus narkotik vasitə qurudulmuş marixuananı dəmləyib içməklə qəbul etdiyini bildirməsi, kisədəki kütlənin 7.380 qram çəkidə olması və üzərinə 143 saylı möhür vurularaq götürülməsi müşahidə edilir. İşdə olan Ağcabədi rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 385 nömrəli arayışından görünür ki, xx xxxx 1968-ci il təvəllüdlü Əliyev X4 RMX-nın Poliklinika Şöbəsində nevroloji kabinetdə qeydiyyatda dayanmır. Lakin narkoloji kabinetdə qeydiyyatda dayanır. İşdə olan Ağcabədi rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına 21 sentyabr2022-ci il tarixli cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən evinin həyətində və dibçəklərdə becərilməsi qadağan olunan narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkib-becərməmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətindəki yardımçı tikilidən aşkar edilən, ona məxsus ümumilikdə 7304,04 qram cəkidə külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbə müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə dəfələrlə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Hazırda Təqsirləndirilən şəxs narkotik vasitələri satdığı şəxs (şəxslərin) müəyyən olunması istiqamətində tərəfimizdən əməliyyat tədbirləri davam etdirilir. Bu barədə müsbət nəticə olarsa istintaq bölməsinə əlavə məlumat verilməsi və həmin şəxs (şəxslərin) istintaqa təqdim edilməsi təmin olunacaqdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 27 iyul 2022-ci il tarixli, 18/794 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd salfer bükümdə təmiz çəkisi 4,04 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində əl damından” sözləri və imzalar olan sintetik torbada təmiz çəkisi 7300 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 ədəd salfet bükümdə və 1 ədəd sintetik torbada olan marixuana eyni tərkiblidir. Aşkar edilmiş marixuananın ümumi çəkisi 7304,04 qram, cəmi tədqiqata istifadə olundu – 0,2 qram (hər ob – 0,1 qram), qalıq 7303,84 qramdır. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabioniddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş məhkəmə psixiatirik ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 575 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün dəlil gətirərək üzərində 20 qram qurudulmuş marixuana olduğunu, yaşadığı evinin həyətindəki yardımçı tikilidən aşkar olunan 7.300 qram çəkidə külli miqdarda qurudulmuş marixuananın ona aid olmadığını bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarıha uyğun gəlməyən ifadə olduğundan habelə məhkəmədə tədqiq edilmiş sübutlarla tamamilə təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, işdə olan vəkilinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evin həyətindəki yardımçı tikiliyə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, həmin istintaq hərəkətlərinin qeydə alındığı video görüntülərin köçürüldüyü disklərə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, məhkəmədə elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə vermiş olduğu səmimi etirafedici və işin hallarına uyğun gələn ifadələri, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətindəki yardımçı tikilidən aşkar edilərək götürülmüş narkoik vasitələrin eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana olması barədə məhkəmə bioloji ekspertizasının rəyi, onun narkotik vasitələrin satışı ilə məşğul olması qeyd edilən əməliyyat məlumatının olması barədə təqrirlə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməli tamamilə sübuta yetirilir. Eyni zamanda məhkəmə məhkəmədə elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə vermiş olduğu ifadəsini səmimi etirafedici və işin hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından yüz dəfələrlə artıq olması onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin xırda bükümlərə ayrılması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1968-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin evdə yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən və görünür ki, Əliyev X4 Rayon Məhkəməsinin 8 iyul 2020-ci il tarixli hökmünə əsasən CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarına əsasən o qalan cəzasını çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 yanvar 2021-ci il tarixli qərarına əsasən 8 noyabr Zəfər günü münasibəti ilə amnistiya haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə onun cəzası 6 ay müddətinə azaldılmışdır. İşdə olan Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin 26 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2 ay 23 gün çəkilməmiş cəzası qalmışdır. İşdə olan Ağcabədi Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 27 iyul 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-in 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə müəyyən edilmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasından 2 ay 23 gün çəkilməmiş cəzası qalmışdır. CM-nin 76.6.3-cü maddəsinə əsasən, Ağcabədi Rayon Məhkəməsinin 08 iyul 2020ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 2 ay 23 gün müddəti çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunmalıdır. Eyni zamanda CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 2 ay 23 gün müddəti yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti cəzası təyin edilməlidir. Məhkəmədə həmçinin müəyyən edilmişdir ki, CM-nin 18.2.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi halı mövcuddur. Ona görə də bu hal CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməli və CM-in 65.2-ci maddəsinin tələbinə əsasən ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tututlan ciddi cəzanın yarısından az olmamaqla müddəasına əsaslanmaqla cəza təyin edilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 27 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 7303,84 qram qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 31,95 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 76.6.3-cü maddəsinə əsasən, Ağcabədi Rayon Məhkəməsinin 08 iyul 2020ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 2 (iki) ay 23 (iyirmi üç) gün müddəti çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunsun. CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 2 (iki) ay 23 (iyirmi üç) gün müddəti yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 7303,84 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31,95 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-646/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-646/2022
21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver