Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-648/2023 07.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Neftçala rayonu Bankə qəsəbəsi, N.Nərimanov küçəsi, ev 1, mənzil 9-da qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 2,332 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 29 aprel 2023-cü il tarixdə saat 09:45 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Bankə qəsəbəsi, N.Nərimanov küçəsində, yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ arxa yan cibindən 1 ədəd polietilen kəsiyi bükümündə 2,332 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Narkotik vasitələrdən arabir istifadə edir. Bir müddət şəxsi işləri ilə əlaqədar Bakı şəhərində olmuş, 29 aprel 2023-cü il tarixdə səhər vaxtı Neftçala şəhərinə gəlmək üçün Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsinə taksilər dayanan yerə gəlmişdir. Orada olarkən yerdə polietilen bükümdə narkotik vasitə heroin tapmışdır. Heroini cibinə qoymuş, ondan iki dəfə istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. 29 aprel 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı Neftçala rayonu Bankə qəsəbəsində heroindən yenidən istifadə edərkən polis əməkdaşlar tərəfindən saxlanılmış və polis şöbəsinə dəvət olunmuşdur. Üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ arxa yan cibində polietilen bükümdə olan narkotik vasitə heroini təqdim etmişdir. Həmin narkotik vasitə qablaşdırılmış, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra protokol tərtib olunmuşdur. Üzərində şəxsi axtarış müdafiəçinin iştirakı ilə və videoçəkimlişdən istifadə edilməklə aparılmışdır. Ona polis əməkdaşları tərəfindən təzyiq-təsir olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair səndlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Neftçala Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala rayonu Bankə qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyatı məlumatı əsasında əməliyyat tədbirləri həyata keçirilməklə İlham Əhmədov 29 aprel 2023cü il tarixdə saat 09:45 radələrində Neftçala rayonu Bankə qəsəbəsi, N.Nərimanov küçəsində evinin yaxınlığında tərəflərindən saxlanılmış, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu bildirilməklə rayon polis şöbəsinə dəvət edilmişdir. O, şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa, təqdim etmək təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ arxa yan cibindən bir ədəd polietilen kəsiyi bükümünü təqdim edib içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi polietilen kəsiyi bükümü açılıb-baxıldıqda içində narkotik maddə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin polietilen kəsiyi bükümü zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilən Neftçala Rayon Polis Şöbəsinin əməkdaşı Şahid2 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Təqsirləndirilən şəxs Neftçala rayon prokurorluğuna ünvanladığı ərizəsində bildirmişdir ki, o, üzərində aşkar edilmiş narkotik vasitə heroini istifadə etmək üçün saxlamış, satış məqsədi olmamışdır. Şəxsi axtarış və götürmə aparılması barədə 29 aprel 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinəbənzər maddə aşkar olunaraq götürülmüşdür. Həmin maddə elektron tərəzidə çəkilmiş və 2,5 qpam olması müəyyən edilmişdir. Maddə qablaşdırılaraq götürülmüşdür. Materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/451 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,332 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 12 iyul 2023-cü il tarixli, 728 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan opioidlərdən istifadə halları olmuşdur. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Neftçala rayonu Bankə qəsəbə İƏDÜN-dən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs sübaydır. Eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət səciyyələnir. Neftçala RMX” PHŞ-nin xx.xx.2023-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əsəb-ruhi, nevroloji və narkoloji dispanser qeydiyyatlarında yoxdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar təşkil edən 2,332 qram narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalında həbsə alınmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ev dustaqlığında və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 29 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Neftçala Rayon Polis Şöbəsində saxlanılan 2,282 qram narkotik vasitə heroin məhv edilməlidir. Ekspertiza xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs İhlam oğlunun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 29 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Neftçala Rayon Polis Şöbəsində saxlanılan 2,282 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-648/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-648/2023
07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver