Məhkəmə qərarları › İş №1(099)-649/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-649/2023

21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-649/2023 21.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), məmmədov Neymət Hüsən oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1966-cı il tarixdə Neftçala rayonunun Qədimkənd kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Neftçala rayonunun Qədimkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında X1na məxsus yaşayış olmayan fərdi evin həyətyanı sahəsində sıx böyürtkən kollarının arasında 5 metr uzunluqda 3 metr enində olan torpaq sahəsində 24 ədəd, külli miqdarda əkib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 25 may 2023-cü il tarixdə saat 11:30 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X7 məxsus yaşayış olmayan fərdi evin həyətyanı sahəsinə baxış keçirilən zaman evinin həyətyanı sahəsindən külli miqdar təşkil edən, 24 ədəd narkotik tərkibli əkib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə marixuannadan arabir istifadə etmişdir. 25 may 2023-cü il tarixdə saat 11 radələrində X1nın yaşadığı evin həyətinə alça dərmək üçün girmiş, həyətdə alça yığarkən polis əməkdaşlırı həyətə daxil olub onu saxlamışlar. Polis əməkdaşları alça yığdığı ağacın ətrafında əkilmiş çətənə kollarını aşkar etmişdirlər. Polis əməkdaşları əkilmiş çətənə kollarının ona məxsus olub olmamasını soruşduqda ona məxsus olmamasını bildirmişdir. Polis əməkdaşları həmin çətənə kollarının ona məxsus olmasını demişlər, o da polis əməkdaşlarından qorxduğu üçün sənədləri imzalayaraq etirafedici ifadə vermişdir. Əslində həmin çətənə kollarını o əkməmiş, əkilmiş çətənə kollarının ona heç bir aidiyyəti yoxdur. Başqasının həyətinə icazəsiz alça yığmağa girdiyinə görə əməlindən peşimandır, nəzərə alınmasını xahiş edir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında təqsirləndirilən şəxsin verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayının əvvəllərində Salyan şəhərindəki tərəvəz bazarından həyətində əkmək üçün göyərti toxumları almışdır. Mart ayının sonlarında həmin toxumları əkmək istəyəndə diqqətlə baxıb görmüşdür ki, içində çətənə toxumları var. Narkotik maddə istifadəçisi olduğu üçün çətənə toxumlarını dərhal tanımış və qərara gəlmişdir ki, şəxsi istifadəsi üçün toxumları əksin. X1 ailə üzvləri ilə uzun müddətdir ki, Bakı şəhərində yaşayırlar, kənddəki evlərinə gəlmirlər, ev sahibsizdir, həyəti tamam sıx keçilməz böyürtikan kolları bürüyüb və o qərara gəlmişdir ki, orada narkotik əksə heç kim bilməz. 2023-cü ilin mart ayının sonlarında Əfruzə Əliyevanın evinin həyətyanı sahəsində böyürtkən kollarını təmizləyib orada çətənə toxumlarını əkmişdir. Hər gün əkdiyi çətənə toxumlarını sulayır və çətənələr inkişaf etdikcə dibini yumşaldıb peyin vermişdir. 25 may 2023-cü il tarixdə saat təxminən 11:30 radələrində o, əkdiyi çətənələrə qulluq etməyə gedərkən onu saxlayaraq həmkəndlisi Əfruzə Əliyevaya məxsus yaşayış olmayan sahibsiz evin həyətində narkotik tərkibli bitki əkməyi barədə məlumatları olduqlarını bildirmişlər. O, da həmkəndlisi Əfruzə Əliyevaya məxsus yaşayış olmayan sahibsiz evin həyətyanı sahəsində qanunsuz əkib becərdiyi 24 ədəd çətənə bitkilərini təqdim etmişdir. Bu barədə protokol tərtib olunmuş, çətənə bitkiləri ağ rəngli polietilen torbaya qoyulub möhürlənmiş, o da protokola və narkotik vasitə qoyulan torbalara imza etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “həmkəndlisinin həyətinə alça yığmaq üçün girməsi, heç bir çətənə kolları əkməməsi, polis əməkdaşlarından qorxduğu üçün etirafedici ifadə verməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Neftçala rayon Polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala rayonu Qədimkənd kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əkib yetişdirməsi barədə əməliyyat məlumatları daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin qərar əsasında 25 may 2023-cü il tarixdə saat 11:30 radələrində təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana gedib Təqsirləndirilən şəxs bildirmişlər ki, X1na məxsus fərdi yaşayış evinin həyətində qanunsuz olaraq narkotik xassəli bitkilərin əkibbecərməsi barədə məlumat daxil olmuşdur. Zöhrabr Hüseynov bildirmişdir ki, həqiqətən həmin həyətdə narkotik tərkibli çətənə bitkiləri əkmişdir. Daha sonra polis əməkdaşlarının, müdafiəçinin və aqranomun iştirakı ilə həmin həyətyanı sahəyə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinin həyətyanı sahəsində olan sıx böyürtkən kollarının arasında 24 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər əkilməsi müəyyən edilmişdir. Həmin bitkilərin hər birinin dibi yumşaldılmış və suvarılmış vəziyyətdə olmuşdur. Baxışda iştirak edən aqronom bildirmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir və onlara xüsusi aqrotexniki qaydada qulluq edilmişdir. Sonra bitkilər kökündən çıxarılmış, sintetik torbaya qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra orada protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Neftçala Rayon Polis Şöbəsinin əməkdaşıları Şahid2 və Şahid3 Fizuli oğlu eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdilər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 26 may 2023-cü il tarixli, 18/550 nömrəli rəyində qeyd olunmuşdur ki, “Təqsirləndirilən şəxs əkdiyi” sözləri yazılmış və imzalar olan sintetik torbada cəmi 24 ədəd yaş vəziyyətdə ümumi çəkisi-1600.0 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin bitkilər tərkiblərinə görə eynidir. Aqronomun (mütəxəssis) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Çətənə bitkisindən kustar üsulla marixuana, həşiş qətranı, həşiş kimi narkotik vasitələr hazırlamaq mümkündür, bu kimi narkotik vasitələr kustar üsulla hazırlandığı üçün əvvəlcədən miqdarı təyin etmək olmur. Ekspertiza tədqiqatından sonrakı qalıq çətənə bitkilərinin çəkisi 1599,5 qram. Qeyd: Aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil edir. İş materiallarında olan 08 iyul 2023-cü il tarixli, 4257 nömrəli “ambulator məcburinarkoloji tibbi yoxlama” rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 25 may 2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və məhkəmə zamanı tədqiq edilmiş videogörüntülərdən müəyyən dilir ki, Təqsirləndirilən şəxs X7 məxsus yaşayış olmayan fərdi evin həyətyanı sahəsində sıx böyürtikan kollarının arasında, təmizlənmiş yerdə, 5 metr uzunluğunda 3 metr enində olan şumlanmış ərazidə cərgə ilə səliqəli vəziyyətdə çətənə (kannabis) bitkiləri əkmişdir. Vət. Hüseynov köküstü hündürlükləri 20-100 sm olan 24 ədəd külli miqdarda əkib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmişdir. İş materiallarında olan 25 may 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Neftçala rayonu, Qədimkənd kənd sakini X10sına məxsus yaşayış olmayan evin həyatyanı sahəsində aşkar edilmiş 24 ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilmiş, dibləri boşaldılmış, peyin şirəsi verilmiş və suvarılaraq xüsusi qulluq göstərilmişdir. İş materiallarında olan 25 may 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Neftçala rayon məhkəməsinin 25 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 25 may 2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.1, 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 23 gün müddətini çəkmədən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını tam olaraq çəkib qurtarmış, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Neftçala rayon Qaramanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Neftçala rayonu Qaramanlı kənd qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi iki yetkinlik yaşına çatmış uşaqlarından ibarətdir, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 237.2.3-cü maddəsrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Neftçala rayon polis şöbəsində saxlanılan 24 (iyirmi dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 25 may 2023-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Neftçala rayon polis şöbəsində saxlanılan 24 (iyirmi dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar