Məhkəmə qərarları › İş №1(099)-649/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-649/2024

04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-649/2024 04.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxx 1957-ci il tarixdə Sabirabad rayonu Kalinovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Hacıqabul rayonu Meyniman kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 26 ədəd çətənə tumlarını 2024-cü ilin mart ayının ortalarında yaşadığı Hacıqabul rayonu, Meyniman kəndində evin qabaq tərəfində bağın ortasında yerləşən istixananın içərisində 01 ədədini torpaqda və 17 ədədini dibçəkdə, yaşadığı evin sol tərəfində isə 08 ədəd dibçəkdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 26 ədəd çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş (əkmiş və yetişdirmiş), Hacıqabul rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 23 aprel 2024-cü il tarixdə saat 12 radələrində aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etdiyi külli miqdarda 26 ədəd (1 ədədi torpaqda, 25 ədədi isə dibçəklərdə əkilmiş vəziyyətdə) tərkibində narkotik maddələr olan çətənə bitkisi Hacıqabul rayonu Meyniman kəndindəki evin həyətində aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər əkdiyi narkotik vasitə çətənə bitkilərinin 26 ədəd tumlarından yaşadığı evin həyətyanı sahəsində gizlətmişdir. 2024-cü ilin mart ayından həmin tumların bir qismini yaşadığı evin həyətyanı sahəsində olan istixanada (parnikdə), bir hissəsini isə evin nərdivanın yanında olan dibçəklərdə əkib quluq etmişdir. Həmin tumlar yerdən çıxaraq marixuana şitili olmuşdur. 23 aprel 2024-cü il tarixdə saat 12 radələrində, Hacıqabul rayonu, Meyniman kəndində öz yaşadığı evin qarşısında küçədə olan zaman polis əməkdaşları yaxınlaşıb cətənə şitilləri əkməyi barədə məlumat olduğunu deyib yaşadığı evin həyətyanı sahəsinə baxış keçirimək istədiklərini bildirmişlər, bundan sonra polis əməkdaşları video çəklişdən istifadə etməklə keçirmişlər, baxış keçirilən zaman yaşadığı evin həyətyanı sahəsində olan istixanada (parnikdə) 17 ədədə dibçəklərdə və 1 ədəd torpaqda çətənə şitilləri, evinin qarşısında olan 6 ədəd dibçəklərdə 08 ədəd narkotik vasitə çətənə şitilləri aşkar olunaraq götürülmüşdür. 26 ədəd çətənə kollarına onun iştirakı ilə aqranom baxmış və onların çətənə kollarına oxşamasını və onlara aqrotexniki qaydada qulluq olunmasını bildirmişdir. Törətdiyi əməldən peşmandır, yaşını nəzərə alıb ona aşağı həddə cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Hacıqabul rayon Polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 23 aprel 2024-cü il tarixdə Hacıqabul rayonu Meyniman kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində və həyətyavnı sahəsində narkotik xassəli bitkilərin əkib becərməsi barədə məlumatı daxil olmuş, əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edərək əməliyyat qrupu yaradılmışdır. Həmin günü polis əməkdaşları və aqronomu Şahid3 ilə birlikdə saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüb yaxınlaşaraq özlərini təqdim edib gəlişləinin səbəbini bildirdikdən sonra onun razılığı əsasında, evin həyətyanı sahəsinə video çəklişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan istixanada (parnikdə) 17 ədədə dibçəklərdə və 1 ədəd torpaqda narkotik vasitə çətənə şitilləri və evin qarşısında 6 ədəd dibçəklərdə 08 ədəd çətənə kolları aşkar olundu. Aqronom tərəfindən baxış keçirilmiş və həmin kolların çətənə kollarına oxşamasını və onlara aqrotexniki qaydada qulluq olunması müəyyən edilmişdir və bu bu barədə mütəxəssis rəy vermişdir. 26 ədəd çətənə kolları kökündən çıxıarılıb qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, üzərində hər hansı bir şübhəli əşya aşkar olunmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sabirabad regional mərkəzinin, Hacıqabul rayon üzrə X6 mərkəzininin baş aqronomu vəzifəsində işləyir. 23 aprel 2024-cü il tarixdə polis əməkdaşlarının iştirakı ilə saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu Meyniman kəndində yerləşən evin həyətyanı sahəsinə keçirilmiş baxışda iştirak etmişşdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan istixanada (parnikdə) 17 ədədə dibçəklərdə və 1 ədəd torpaqda, evin qarşısında olan 6 ədəd dibçəklərdə 08 ədəd, 10 santimetrdən 57 santimetrə qədər hündürlüyündə olan cəmi 26 ədəd çətənə kolları aşkar olunmuşdur. Aşkar olunmuş kollara baxış keçirirkən həmin kolların çətənə kollrına bənzər kolların olmasını və onlara aqrotexniki qaydada qulluq olunmasını müəyyən etmiş və bu barədə mütəxəssis rəy vermişdir. 26 ədəd çətənə kolları Təqsirləndirilən şəxs iştirakı ilə çıxıarılıb qablaşdırılmış, bu barədə protokol tərtib edilərək polis əməkdaşları və özü də imzalamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 23 aprel 2024-cü il tarixli, 3-16-16/2-18/426 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs yaşadığı evinin həyətindən» sözləri və imzlar olan kağız paketdə ümumi sayı 26 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi-200 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Qeyd: Aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edir. İş materiallarında olan 17 may 2024-cü il tarixli, 3419 nömrəli “ambulator məcburinarkoloji tibbi yoxlama” rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 17 may 2024-cü il tarixli, 3419 nömrəli “Kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının” rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətinin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Öuna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesabolunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidrındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 24 aprel 2024-cü il tarixli, 178 nömrəli “məhkəmə tibbi ekspertizasının” rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində müayinə zamanı həmin günə uyğun hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır. İş materiallarında olan Hacıqabul RMX-nı Publik hüquqi şəxsin 06 may 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs publik hüquqi şəxsin konsultativ şöbəsinin narkoloji kabinetində xx.xx.2011-ci il tarixdən qeydiyyatda durur, lakin ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan 23 aprel 2024-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu Meyniman kəndində yerləşən fərdi yaşayış evinin ön tərəfində olan həyətyanı sahəsində istixananın içərisində 01 ədədini torpaqda, 17 ədədini dibçəkdə, 08 ədədini isə həmin fərdi yaşayış evinin çöl hissəsində pəncərənin qarşısına qoyduğu dibçəklərdə tərkibində narkotik maddələr olan çətənə kolları aşkar olunaraq dibindən çıxarılıb götürülmüşdür. Baxış və götürmə aparılması ilə əlaqədar 26 ədəd çətənə kollarının aşkar olunmasını özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan 23 aprel 2024-cüi il tarixli mütəxəssis rəyindən görünür ki, Hacıqabul rayon, Meyniman kəndində həyatyanı sahəyə baxış keçrilən zaman həyətin içərisində 26 (iyirmi altı) ədəd müxtəlif ölçüdə çətənə bitkilərinə bənzər bitkilər aşkar olundu. Həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarında olan 29 aprel 2024-cü il tarixli “əşyanın maddi sübut kimi tanınması və saxlanca təhvil verilməsi haqqında” qərarla ilə ekspertiza tədqiqatından sonrakı qalıq 26 (iyirmi altı) ədəd 199,48 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri, Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD maddi sübut kimi tanınmış, 1 ədəd DVD disk iş materiallarına əlavə olunmuş, 26 (iyirmi altı) ədəd 199,48 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri saxlanılması üçün Hacıqabul rayon polis şöbəsinin saxlanc kamerasına təhvil verilmişdir. İş materiallarında olan 23 aprel 2024-cüi il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 23 aprel 2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Əliyev X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli «Amnistiya» qərarının 1.14-cü bəndinə əsasən cəzadan azad edlmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Hacıqabul rayon Meyniman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X1 rayon Meyniman kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi iki yetkinlik yaşına çatmış uşaqlarından və nəvəsindən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 22 iyul 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq aldığı şəxsin şəxsiyyəti müəyyən edilərək istintaqa cəlb edilməsi məqsədilə cinayət işindən materiallar ayrılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 237.2.3-cü maddəsrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, onun xx.xx.2011-ci il tarixdən ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdırlar. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Hacıqabul rayon polis şöbəsində saxlanılan 26 (iyirmi altı) ədəd 199,48 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 23 aprel 2024-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2024-cüi il tarixdən hesablansın. Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdən ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Hacıqabul rayon polis şöbəsində saxlanılan 26 (iyirmi altı) ədəd, 199,48 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. - Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Esmira Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar