Məhkəmə qərarları › İş №1(099)-65/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-65/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-65/2022 19.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – X10, onun nümayəndəsi 4 saylı Bakı “Asan Xidmət” mərkəzində fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1993-cü ildə Lənkəran rayonu, Sütəmurdov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla, həbs olunana qədər həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.11, 181.3.3 və 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayının ortalarında avtomobil satın almaq istəyən tanışı Şahid3 nəqliyyat vasitələrinin alqı-satqısı ilə məşğul olduğunu və ona saz vəziyyətdə “Vaz” markasına aid avtomobillərdən daha ucuz qiymətə avtomobil təşkil edib sata biləcəyini vəd etmiş, satacağı avtomobili yanacaq dolduraraq yaşadığı ünvana gətirməkdən ötrü Şahid3 30 manat pul aldıqdan sonra söz verdiyi avtomobili təşkil etmək üçün özgəyə məxsus avtomobili quldurluq yolu ilə ələ keçirib sataraq qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə o, əvvəlcədən qəbul etdiyi psixotrop maddə olan metamfetaminin təsirindən yaranmış sərxoşluq vəziyyətində 25 iyul 2021-ci il tarixdə saat 17 radələrində zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, uzunluğu 205 mm, tiyəsinin uzunluğu 88 mm, eni 21 mm və qalınlığı 2 mm olan, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı qatlanan turist bıçağını götürüb şalvarının kəmər hissəsinə keçirməklə yaşadığı evdən çıxaraq taksi xidməti göstərən şəxslərin dayandıqları Lənkəran şəhərində yerləşən “Heydər Əliyev adına park”a gələrək bir müddət orada piyada gəzişib havanın qaralmasını gözləyərək ətrafı müşahidə edib, saat 22 radələrində taksi sürücüsü kimi tanıdığı Zərərçəkmiş şəxs parkın arxa hissəsində, Lənkəran şəhəri, Z.Əliyeva küçəsində, yolun kənarında istifadəsində olan ağ rəngli, “Vaz 21154” markalı, **- EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində tək oturduğunu görüb, həmin avtomobili quldurluq yolu ilə ələ keçirəcəyini yəqinləşdirərək, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə sərnişin qismində yaşadığı Lənkəran rayonu Sütəmurdov kəndindəki evin qarşısına gedib çatdıqdan sonra ətrafda kimsənin olmadığını görüb, öz niyyətini həyata keçirtmək üçün əlverişli şəraitin yarandığını qətiləşdirərək, həmin gün saat 22 radələrində yaşadığı evin qarşısında avtomobildən yerə düşüb Zərərçəkmiş şəxs yanına çağıraraq üzərində gəzdirdiyi bıçağı silah qismində tətbiq edib qəfildən onun üzərinə hücum edərək həyatı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib həmin bıçaqla əvvəlcə yaşadığı evin girişində, sonra isə ailə üzvlərinin evdə olmadıqlarını bildiyinə görə hadisəni başqalarının görə biləcəyindən və yaranan səs-küyü eşidə biləcəyindən ehtiyat edib əli ilə sonuncunun ağız nahiyəsindən tutub müqavimətini qıraraq evin həyətinə salmış, orada məqsədyönlü şəkildə Zərərçəkmiş şəxs boyun, körpücük və kürəküstü nahiyələrinə qəsdən zərbələr endirərək ona yetirildiyi anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid əzələ və vətərlərin sağ və sol yuxu arteriyaları və sol körpücükaltı arteriyanın zədələnməsi ilə müşayiət olunan boynun sağ və sol ön səthlərində və sol körpücüküstü nahiyələrində hərəsində 1 ədəd olmaqla, cəmi 3 ədəd və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid boynun sol səthində 2 ədəd, arxa səthində 2 ədəd, aşağı səthində 2 ədəd və sol kürəküstü nahiyəsində 4 ədəd olmaqla, cəmi 10 ədəd kəsilmiş-deşilmiş yaralardan ibarət, boyun nahiyəsinin, hər iki yuxu və sol körpücükaltı arteriyaların kəsilməsi ilə əlaqədar kəskin qanitirmə ilə nəticələnib ölümünə səbəb olan xəsarətlər yetirərək sağlamlığına ağır zərər vurmaqla hücuma məruz qalmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs quldurluqla əlaqədar qəsdən öldürdükdən sonra sonuncunun xeyli miqdar orta bazar qiyməti 9000 (doqquz min) manat təşkil edən 2012-ci il buraxılışlı, ağ rəngli, “Vaz 21154” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilini ələ keçirmiş, bundan sonra Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən ölməsinə tam əmin olub, törətdiyi cinayətin izlərini gizlətmək məqsədi ilə meyiti sürüyüb apararaq özünün əynindən çıxardığı paltarlarla birlikdə evin həyətində sanitar qovşaq üçün nəzərdə tutulan dayaz qazılmış quyuya atıb, üzərinə sellofan örtük sərərək üstünə torpaq tökməklə Zərərçəkmiş şəxs meyitini basdırmış, daha sonra cinayətin aləti olan bıçağı da həyətdə su ilə yuyaraq özü ilə götürüb qeyd olunan avtomobilin sükanı arxasında əyləşərək, hadisə yerini tərk edib, həmin gecə avtomobili onun əməllərindən xəbərsiz olan Şahid3 yaşadığı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə yerləşən nömrəsiz evə apararaq, aralarında olmuş şifahi razılıq əsasında avtomobili sonuncuya təqdim etməklə sonradan dəyərini ödəmək və adına sənədləşdirmək şərti ilə satmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs məxsus olan ağ rəngli, “Vaz 21154” markalı, **- EX-*** dövlət qeydiyyat nişanlı avtomobili quldurluq yolu ilə ələ keçirib avtomobili şifahi razılıqla tanışı Şahid3 yaşadığı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə yerləşən nömrəsiz evdə təqdim etdikdən sonra 27 iyul 2021-ci il tarixdə saat 15 radələrində avtomobilin əşya bölməsindən (bardaçok) Zərərçəkmiş şəxs adına 10 saylı Səyyar Asan Xidmət mərkəzindən 12 iyul 2016-cı il tarixdən 12 iyul 2026-cı il tarixədək 10 il müddətinə verilmiş “B” kateqoriyalı AF 101670 saylı “sürücülük vəsiqəsi”, 12 iyun 2010cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Cənub X6 tərəfindən verilmiş P3982870 nömrəli, xxxxxxx fin kodlu “ümumvətəndaş pasportu”, 21 sentyabr 2011-ci il tarixdə ********** qeydiyyat nömrəli Lənkəran şəhəri, X12 ev 48 ünvanında yerləşən 10 saylı mənzilə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”, 26 avqust 2013-cü il tarixdə Səyyar ASAN 1 tərəfindən verilmiş AZE №******** seriyalı “vətəndaşın şəxsiyyət vəsiqəsi”, 26 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin Lənkəran Regional Qeydiyyat İmtahan və X13 tərəfindən verilmiş BD № 003845 seriyalı “nəqliyyat vasitəsinin uçot kartoçkası” və 14 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş taksi ilə sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələri üçün DMV № 017467 seriyalı “fərqlənmə nişanı” adlı sənədləri özü ilə götürüb, həmin gün yaşadığı Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən evə qayıtdıqdan sonra digər şəxsi niyyətlə, yəni törətdiyi cinayəti ört-basdır etməklə izlərini itirməkdən ötrü saat 18 radələrində evin arxa hissəsində qeyd olunan rəsmi sənədlərdən “B” kateqoriyalı AF 101670 saylı sürücülük vəsiqəsini, P3982870 nömrəli, xxxxxxx fin kodlu ümumvətəndaş pasportunu və mənzilə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışı yandırmaqla məhv etmiş, AZE № ******** seriyalı vətəndaşın şəxsiyyət vəsiqəsini, BD № 003845 seriyalı nəqliyyat vasitəsinin uçot kartoçkasını və taksi ilə sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələri üçün DMV №017467 seriyalı fərqlənmə nişanını isə yaşadığı evin həyətində tualetin dam örtüyündə gizlətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən yəni, Zərərçəkmiş şəxs öldürməkdə CM-nin 120.1-ci maddəsilə təqsirli bilib ifadəsində göstərmişdir ki, 2021-ci il iyul ayının 25-də saat 18 radələrində Lənkəran Şəhər İcra Hakimiyyətinin binasının qarşısında Heydər Əliyev adına parka gəzməyə getmişdir. Saat 22 radələrində yaşadığı evə qayıtmaq üçün parkın sonunda yol qırağında duran ağ rəngli VAZ 21015 markalı taksiyə minmiş və yaşadığı Sütəmurdov kəndinəki evinə aparmasını demişdir. Taksidə olarkən sürücü adını sonradan bildiyi İlham telefonla kiminləsə yüksək səslə söyüşlə danışmış, ona yaşadığı həyətin qarşısında söyüşlə danışmamağı deyərək irad bildirsə də, İlham ona “küçük sən kimsən mənə nəsə deyirsən” demişdir. Bundan sonra əsəbləşmiş və aralarında mübahisə başlamışdır. Sütəmurdov kəndində yaşadığı evə çatdıqdan sonrada mübahisə davam etmiş və hər ikisi də maşından düşüb əlbəyaxa olaraq yerə yıxılmışlar. Bu zaman cibindən çıxardığı bıçaqla İlhama əvvəlcə bir bıçaq zərbəsi vurmuş, İlham qışqıraraq onu söydüyü üçün ağzından tutub sürüyərək yaşadığı evin həyətinə salmış və həyətdə onun boğazından və başından 7-8 bıçaq zərbəsi vurmuşdur. İlhamın öldüyünə əmin olduqdan sonra onu həyətlərində olan əvvəlcədən tualet üçün qazılmış quyunun içərisinə atmış və üzərini torpaqla dolduraraq basdırmışdır. İlhamla dalaşarkən əlindən bıçaq xəsarəti almışdır. Sonra əlüzünü yumuş və İlhamın maşınını rayon ərazisində sürmüş, marketə gedib su və çörək alıb evə qayıtmışdır. Hadisə vaxtı əynində olan paltarları İlhamı basdırdığı quyunun yanına atmış və üstünü səliqəli torpaqla örtmüşdür. İlhamı öldürdüyü və basdırdığı zaman yanında və evlərində heç kim olmamışdır. Evlərində hamam olmadığı üçün valideyinləri həmin vaxt kənddə yaşayan dayısıgilə çimməyə getmişlər. Heç vaxt avtomobil satışı ilə məşğul olmamış, İlhamı maşına görə deyil, yalnız ona nalayiq sözlər işlətdiyi üçün öldürmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, İlhamı öldürdükdən sonra 26 iyul 2021-ci il tarixdə gecə saat 7 radələrində İlhamın maşını ilə Bakı şəhəri, Lökbatanda yaşayan əmisi qızı Aygüngilə getmiş, bir gün onlarda qalmış, İlhamın maşınını Aygüngildə qoymuş və 27 iyul 2021-ci il tarixdə yol maşını ilə Lənkəran rayonuna qayıtmışdır. 30 iyul 2021-ci il tarixdə evdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. İlhamı öldürdüyü bıçağı Elxana hədiyə vermişdir. Maşından İlhama məxsus sənədləri götürməmiş, onları yandırmamışdır. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərmişdir ki, əmisi qızı Aygünün əri Elxana İlhamın maşınını və ya ümumiyyətlə başqa bir maşını satması barədə aralarında hər hansı bir söhbət və əvvəlcədən heç bir razılaşma olmamışdır. İlhamı öldürdükdən sonra onun mobil telefonundan istifadə etmiş, sonra telefonu və maşının üzərində olan **- EX-*** nömrəni Sütəmurdov kəndində olan körpüdən çaya atmışdır. İlhamın şəxsiyyət vəsiqəsini, maşının “texpasportunu” və taksi nişanını həyətlərindəki tualetdə gizlətmişdir. Heç vaxt narkotikdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında (quldurlluqla adam öldürmə ilə əlaqədar, psixotrop maddədən istifadə etmə və avtomobilin sənədlərini məhv etmə xüsusatları üzrə) əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu etirafedici ifadələri elan olunmuşdur. Belə ki, o, həmin ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs öldürməmişdən 4-5 gün əvvəl Bakı şəhəri, Lökbatan qəsəbəsində yaşayan əmsi qızı Aygünün əri Elxana maşın almaq istədiyi üçün ona bankda krediti ödənilməyən ucuz VAZ 2107 markalı maşın təşkil edə biləcəyini, məbləğin 20-30%-ni ilkin ödəniləcəyini sonra isə qalan pullar aybaay müəyyən müddətə banka ödənilməli olduğunu yalandan söz vermiş, lakin Bakı şəhərinə getmək üçün benzin pulu olmadığından Elxan onun tanışı Sədinin pul kartına 30 manat yanacaq pulu göndərmiş, həmin pulu Sədi ona çatdırmışdır. İlhamı öldürdükdən sonra onun VAZ 21015 markalı maşınını özü idarə edərək 26 iyul 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhərinə getmiş və maşını Elxana göstərərək 07 tapa bilmədiyini, 015 gətirdiyini demişdir. Bir neçə saatdan sonra Elxan həmin maşınla arvadı Aygünü işə aparmaq istəyərkən maşının **-EX-*** nömrəsini çıxartmış və Elxana maşına başqa nömrə bağlamasını, belə sürməyin təhlükəli olduğunu demişdir. 27 iyul 2021-ci il tarixdə İlhamın maşınından sonuncunun xarici pasportunu, sürücülük vəsiqəsini və mənzilə dair çıxarışı, maşının üzərində olan **-EX-*** nömrəni götürmüş, maşın Elxangildə qalmış və özü yol maşını ilə Lənkərana qayıtmışdır. İlhamın sənədlərinin bir hissəsini yandırmış, maşının nömrəsini Sütəmurdov kəndində çaya atmış və digər sənədləri həyətlərində olan tualetin tavanında gizlətmişdir. Maşını Elxangildə qoyarkən aralarında pul barədə hər hansı bir söhbət olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində mərhum Zərərçəkmiş şəxs mobil telefonundan istifadə edərək onun arvadı ilə İlhamın adından danışdığını, sonra cinayətin izini itirmək üçün telefonu çaya atdığını, həmçinin hadisədən bir neçə gün əvvəl 2021-ci ilin iyul ayının təxminən 21-22-də metamfetamindən istifadə etdiyini etiraf etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlləri zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs doğma atasıdır, təxminən 2 ilə yaxındır ki, atası «8333» taksi şirkətinə qoşulmuş və idarə etdiyi VAZ 21015 markalı avtomobili ilə Lənkəran rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. 27 iyul 2021-ci il tarixdə bacısı Rəna ona zəng edərək atası Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili ilə itkin düşdüyünü, atasının istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə zəng etsələr də, özünü atası kimi təqdim edən başqa şəxs telefona cavab vermişdir. Bundan sonra bacısının əri Şahid2 Lənkəran rayon polis şöbəsinə müraciət etmişdir. Səhərisi gün Lənkəran rayon polis şöbəsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, atasının idarə etdiyi avtomobil Qaradağ rayonu, Lökbatan qəsəbəsində tapılmış, Təqsirləndirilən şəxs adlı şəxs atası Zərərçəkmiş şəxs 25 iyul 2021-ci il tarixdə axşam saat 23 radələrində Lənkəran rayonu, Sütəmurdov kəndində öldürərək həyətlərində basdırmış və onun avtomobilini idarə edərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə tanışlarının yanına getmişdir. Təqsirləndirilən şəxs ifadəsində atası ilə bağlı göstərdikləri tamamilə yalandır, atası yaşlı adamdır, ümumiyyətlə söyüş söyən insan və mübahisəyə meyilli deyildir. Elvin atasının maşını ələ keçirmək üçün onu öldürmüşdür.Elvini əvvəllər tanımamışdır. Hazırda Elvindən şikayətçidir, onu bağışlamır, Elvinə ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum əri Zərərçəkmiş şəxs rayonda maşını ilə taksi fəaliyyəti ilə məşğul idi. 25 iyul 2021-ci il tarixdə səhər saat 09 radələrində əri İlham onu marşrutla Bakı şəhərinə yola salmışdır. 26 iyul 2021-ci il tarixdə saat 8-9 radələrində İlhama zəng etmiş, lakin İlham telefona cavab verməmişdir. Bir necə dəqiqə sonra İlhamın telefonundan ona geri zəng gəlmiş, bu zaman özünü İlham kimi təqdim edən şəxs telefona cavab vermişdir. İlhama bildirmişdir ki, “Medican Hospital”dan analizinin cavablarını götürüb şəklini çəkib ona göndərsin. O, bildirmişdir ki, Bakıya adam apardığına görə şəkilləri göndərə bilməz. Səsin İlhamın səsinə oxşamadığını hiss etmiş və “İlham sən deyilsən?” sualını vermiş, o da cavabında “mənəm də, İlham, bir az soyuqlamışam deyə səsim qalınlaşıb” cavabını verərək telefonu söndürmüşdür. Saat 10:20-də yenidən İlhama zəng etmiş, çünki sonuncunun səsi onda şübhə yaratmışdır. Saat 20 radələrində özünü İlham kimi təqdim edən həmin şəxs ona bildirmişdir ki, “çörək qazanmaq üçün Bakıya adam gətirmişəm, gəldim ki, 200 manat pul qazanım, kondisionerin soyuğu vurdu, xəstələndim”, bu zaman həmin şəxsə bildirmişdir ki, “sənin maşınında kondisioner yoxdur, necə soyuqladın axı?”, bu zaman o bildirmişdir ki, “soyuq su içmişəm, soyuq dəyib də”. İlhamla ilk dəfə 26 iyul 2021-ci il tarixdə səhər danışıb şübhələnən zaman kürəkəni Anara zəng edib bu barədə məlumat vermişdir. Bir müddət keçdikdən sonra Anar ona zəng edərək İlhamla danışdığını, İlhamın Bakıya adam gətirdiyini və soyuq su içdiyinə görə boğazının şişdiyini bildirmişdir. Səhərisi gün 27 iyul 2021-ci il tarixdə səhər saat 09 radələrində İlhamın qardaşı İlqar Cavadov ona “whatsapp” proqramından mesaj yazaraq Lənkərana getdiyini, İlhama zəng etsə də, telefonuna zəng çatmadığını bildirmişdir. Həmin vaxt əmin olmuşdur ki, danışan İlham deyil. Buna görə də Anara bu barədə məlumat vermiş və Anar da polisə gedərək şikayət etmişdir. Həmin gün müxtəlif vaxtlarda 3 dəfə də İlhama zəng etmiş, lakin telefona zəng çatmamışdır. 27 iyul 2021-ci il tarixdə saat 19 radələrində Lənkərana qayıtmış, Anarla birlikdə Lənkəran rayon polis şöbəsinə gedərək izahat vermişdir. Evə qayıtdıqdan sonra saat 20 radələrində ona İlhamın nömrəsindən “Natəvan, məni bağışla, deməyə üzüm gəlmirdi, 3 ildir ki, Gəncədə yaşayan bir qadınla münasibətim var, 3 yaşında bir qız övladım var, ailəmi götürüb Rusiyaya gedirəm, özündən və uşaqlardan muğayat ol” məzmununda mesaj gəlmişdir. Dərhal Anara zəng edərək bu barədə məlumat vermişdir. Həmin mesajın mətnini kopyalayıb Anara göndərmək istəyən zaman həyəcandan həmin mesajı silmişdir. Bundan sonra yenidən rayon polis şöbəsinə qayıtmışlar. Bir necə gündən sonra müəyyən olunmuşdur ki, İlhamın avtomobili Qaradağ rayonu, Lökbatan qəsəbəsində tapılmışdır. Bundan sonra polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində müəyyən olunmuşdur ki, əvvəllər tanımadığı Sütəmurdov kənd sakini Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs 25 iyul 2021-ci il tarixdə axşam saat 23 radələrində öldürərək həyətlərində basdırmış və İlhamın avtomobilini idarə edərək Bakı şəhərinə getmişdir. Əri Zərərçəkmiş şəxs heç kimə borcu olmamışdır. Onun heç kimlə ədavət və düşmənçiliyi olmamışdır. Əri Zərərçəkmiş şəxs iki ədəd mobil nömrəsi olmuş, biri ***-***-**-**, digəri isə ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qaynatası olmuşdur. 26 iyul 2021-ci il tarixdə saat 11 radələrində qaynanası Natəvan Bakıdan ona zəng edərək İlhama zəng etdiyini, İlhamın Bakıya getdiyini, onun “Medican Hospital”da analizlərinin nəticələrini götürüb şəkillərini çəkib ona göndərməsini demişdir. Həmçinin o, İlhamla danışan zaman İlhamın səsinin dəyişdiyini və başqa bir adamın onunla danışmasını şübhələndiyini bildirmişdir. Bu zəngdən sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə İlhamın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, lakin telefona cavab verən olmamışdır. Günortadan sonra yenidən İlhama zəng etmiş, bu zaman özünü İlham kimi təqdim edən şəxs telefonu açmış və ondan necə olduğunu, hal-əhvalını soruşmuş, daha sonra onun səsinə nə olduğunu, səsinin nə üçün dəyişdiyini soruşmuş, bu zaman həmin şəxs soyuq su içdiyinə görə boğazının şişdiyini, həmçinin Bakıya müştəri apardığını bildirmişdir. İlhamın Bakı şəhərinə işləmədiyini bildiyi üçün ona maraqlı gəlmişdir ki, sonuncu Bakıya kimi aparmış, buna görə də ondan bu barədə soruşan zaman o, bir nəfər hərbçi şəxsi toya apardığını, axşam rayona qayıdacağını, həmçinin arvadı Natəvanın tez-tez ona zəng etdiyini, narahat olmamasını deyərək zəngi başa çatdıırmışdır. Bundan sonra dəfələrlə İlhama zəng etsə də, ya həmin nömrəyə zəng çatmamış, ya da telefona cavab verilməmişdir. Həmin gün İlhamın həmişə taksi kimi dayandığı “Canon” aptekin qarşısına getmiş və tanımadığı taksi sürücülərindən İlhamı sonuncu dəfə nə vaxt gördüklərini soruşmuşdur. Məlum olmuşdur ki, İlhamı sonuncu dəfə 25 iyul 2021-ci il tarixdə, yəni 2 gün əvvəl görmüşlər. 26 iyul 2021-ci il tarixdə İlhama zəng etmiş, lakin onunla başqa şəxsin danışdığından şübhələnmiş, İlhama suallar vermək istəyən zaman həmin şəxsin ona “başımı xarab eləmə” sözlərini deyərək telefonu söndürmüşdür. Həmin gün saat 15 radələrində “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. 28 iyul 2021-ci il tarixdə gecə vaxtı ona məlum olmuşdur ki, İlhamın maşını Lökbatan qəsəbəsində müşahidə kameralarına düşmüş, maşını bir nəfər arıq oğlan idarə etmişdir. 30 iyul 2021-ci il tarixdə səhər vaxtı Lənkəran rayon polis şöbəsinə çağırılmış, orada məlum olmuşdur ki, Lənkəran rayonu, Sütəmurdov kəndində yaşayan Təqsirləndirilən şəxs adlı şəxs Zərərçəkmiş şəxs 25 iyul 2021-ci il tarixdə axşam saatlarında yaşadığı evin həyətində öldürərək meyitini də həmin həyətdə basdırmış və onun avtomobilini idarə edərək Lökbatan qəsəbəsinə getmişdir. Elvini və onun ailə üzvlərini əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs qaynatasını hansı məqsədlə öldürməsini bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 20 iyul 2021-ci il tarixdə saat 14 radələrində arvadı Aygünün əmisi oğlu Elvin dostunun “nar” nömrəsindən zəng edərək ona əlində 04 ədəd banka məxsus kredit maşınların olduğunu, onlardan ikisinin Vaz 2107 markalı, birinin Vaz 21015 markalı, birinin isə Mercedes C180 markalı avtomaşın olduğunu demişdir. Həmin maşınların kimə məxsus olmasını soruşduqda Elvin bu barədə ona heç nə deməmiş, maşın almaq istəyibistəmədiyini soruşmuşdur. O, həmin maşınların qiyməti ilə maraqlanmış, bu zaman Elvin ona 07 markalı maşınlardan birinin qara rəngdə, digərinin metallik rəngdə olduğunu bildirəndə qara rəngli maşının qiymətini soruşmuşdur. Elvin həmin maşını 1500 manata ona satacağını bildirmişdir. Sonra Elvin 07-ni yox, 015 markalı maşını ona satmağa çalışmış, lakin o, 07 markalı maşın almaq istədiyini bildirmişdir. Elvin ona Vaz 21015 markalı avtomaşını gətirəcəyini bildirəndə o, Elvinlə razılaşmış, Elvin də həmin gün axşam Bakıya çıxacağını bildirib, yanacaq üçün ondan 30 manat pul istəmiş, 21 iyul 2021-ci il tarixdə saat 15 radələrində Elvinin dostu Sədinin “Kapital Bank”a məxsus kartına arvadı Aygünün “Kapital bank” kartından 30 manat pul göndərmişdir. Lakin buna baxmayaraq Elvin gəlib çıxmamış, onunla dəfələrlə telefonla danışaraq maşını nə vaxt gətirəcəyəini soruşmuşdur. 26 iyul 2021-ci il tarixdə saat 08 radələrində onun ***-***-**-** saylı nömrəsinə “İlham taksi” adı ilə olan nömrədən Elvin ona zəng etmiş, yolda olduğunu, maşını gətirdiyini bildirimşdir. Elvin saat 7 radələrində ağ rəngli 015 markalı maşınla gəlmiş, həmin maşının banka məxsus olduğunu, ona 4500 manata sata biləcəyini, lakin onun üçün ucuz qiymətə də verə biləcəyini bildirmişdir. Lakin həmin avtomobili o qiymətə almaq istəmədiyini deyən zaman Elvin ona hörmət edərək 1500 manata həmin avtomobili sata biləcəyini bildirmişdir. Razılıqları belə olmuşdur ki, həmin 1500 manatı da hissə-hissə ödəyəcək. Elvin maşını həyətə salmış, onlarda gecələmişdir. 27 iyul 2021-ci il tarixdə saat 09 radələrində Elvin Vaz 21015 markalı avtomaşının nömrəsini açmağı istəmiş, ondan səbəbini soruşduqda nömrənin axtarışa verildiyini bildirmişdir. Maşının nömrəsini açıb Elvinə vermiş, sonra o, maşının içərisindən hansısa sənədləri götürüb, nömrə ilə birlikdə əzib, sellofana qoymuşdur. Maşını evin qarşısında kənara verib saxlamış, taksi çağırmış və həmin taksi ilə o, arvadı Aygün və Elvin “Cənub” kafeyə getmişlər. Elvini oradan da tanımadığı taksi ilə Lənkəran rayonuna yola salmışdır. 29 iyul 2021-ci il tarixdə saat 23 radələrində evə gəlib, evin həyətində saxladığı **-FX-*** qeydiyyat nişanını Elvinin gətirdiyi 015 markalı maşına bağlamışdır. Təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları onlara gəlib və ona Elvinin Lənkəranda kimisə öldürdüyünü, maşının da öldürülən adama məxsus olduğunu bildirmişlər. Şahid3 əlavə olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onlarda olarkən sol əlində kəsik və sol qolunda sıyrıqlar görmüş, Elvin xəsarətləri çayçıda işlədyi zaman stəkanın əlini kəsdiyini, qolundakı xəsarəti isə dəmir hasara ilişməsi nəticəsində aldığını göstərmişdir. Elvin onlarda olarkən üzərində olan qatlanan büçağı ona hədiyyə vermiş, həmin bıçağı yataq otağındakı şkafda paltarların altına qoymuşdur. Elvinin adam öldürməsindən məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 şahid Elxan Bədlovla oxşar məzmunlu ifadə verərək ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Sütəmurdov kəndində yaşayır, onların evi ilə üzbəüz Elvingilin yaşadığı ev yerləşir. 25 iyul 2021-ci il tarixdə saat 23 radələrində evdə olarkən çöldən qışqırıq səsinin gəldiyini eşitmiş və həyətə düşmüş, narahat olduğu üçün yola tərəf getmiş, ətrafa baxmış, həmin vaxt yolda heç kim olmamışdır. Lakin Elvinin yaşadığı evin qarşısında ağ rəngli “Vaz 21015” markalı avtomobil dayanmış, Elvinlə görüşüb salamlaşmış və əhvalını soruşmuşdur. Elvin isə hər şeyin yaxşı olduğunu bildirmişdir. Aralarında başqa hər hansı bir söhbət olmamış, bundan sonra evə getmişdir. Əvvəllər də Elvinin müxtəlif maşınları sürdüyünü görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Elvinin atasıdır, birlikdə Lənkəran rayonu Sütəmurdov kəndində yaşayırlar. Evlərində hamam olmadığı üçün kənddə yaşayan arvadının qardaşı Səfayılgilə çimməyə gedirlər. 25 iyul 2021-ci il tarixdə axşam saat 18 radələrində evdən çıxarkən Elvini görmüş, Elvinə qaynı Səfayılgilə çimməyə getdiklərini və axşam evə gec gələcəklərini bildirmişdir. Həmin gün saat 23 radələrində arvadı ilə yaşadıqları evə qayıdan zaman Elvin idarə etdiyi hansısa ağ rəngli maşını onların yanında saxlamış və maşına minmələrini demişdir. Maşına oturduqda arvadı maşının kimin olduğunu soruşduqda Elvin həmin maşını dostundan aldığını, birazdan qaytaracağını demişdir. Həmin vaxt Elvinin yanında Tahir adında tanışı da olmuşdur. Elvin onları həmin maşınla evinə aparmış və sonra çıxıb getmişdir. 26 iyul 2021-ci il tarixdə saat 18 radələrində Elvinə zəng edib harada olmasını soruşmuş, Elvin isə Bakıda olduğunu, işinin olduğunu, işini həll edib evə gələcəyini demişdir. Elvin növbəti gün - 27 iyul 2021-ci il tarixdə günorta evə gəlib çıxmışdir. 30 iyul 2021-ci il tarixdə gecə saatlarında polis əməkdaşları yaşadığı evə gəlib oğlu Elvini polis şöbəsinə aparmışlar. Məlum olmuşdur ki, oğlu Elvin bir neçə gün əvvəl İlham adında taksi sürücüsünü öldürüb həyətdə qazdığı quyuda basdırmışdır. Oğlu Təqsirləndirilən şəxs avtomobil alqı-satqısı və ya kirayəsi ilə məşğul olması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 Şahid7la oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur. Elvingilin hamamı olmadığı üçün 25 iyul 2021-ci il tarixdə axşam saat 19 radələrində Elvinin valideyinləri çimməyə onlara gəlmişlər, çimib qurtardıqdan sonra gecə saat 23 radələrində evlərinə getmişlər. Telefonla Elvinlə danışıqları yalnız dayı qızı bibi oğlu kimi qohumluq münasibətləri ilə bağlı olmuşdur. 29 iyul 2021-ci il tarixdə axşam saat 19 radələrində Elvin onlara gəlib çimib getmişdir. Səhərisi gün eşitmişdir ki, Elvin İlham adında taksi sürücüsünü öldürüb həyətlərində torpağa basdırmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 19 iyul 2021-ci il tarixdə nişanı ilə bağıl Bakı şəhərindən evlərinə Lənkəran şəhərinə gəlmişdir. 21 iyul 2021-ci il tarixdə saat 17 radələrində Elvin ona zəng etmiş və Lənkəran şəhəri, Vidadi küçəsində yerləşən “Sahil” çay evinə getmişlər. Elvin ondan plastik kartının olub-olmamasını soruşmuş, o da "xxxx" ASC-yə məxsus kartının olduğunu bildirmişdir. Bu zaman Elvin mobil telefonda tanımadığı bir şəxslə danışmış, sonra onun nömrəsi ilə ona məxsus kartı ***-***-**-** saylı mobil nömrənin “whatsapp”ına göndərmiş və bildirmişdir ki, həmin nömrənin sahibi onun kartına 30 manat pul göndərəcəkdir, həmin pulu kartdan çıxarıb ona versin. Onunla razılaşmışdır. Söhbət əsnasında Elvin maşın almaq istədiyini və buna görə pul yığdını bildirmişdir. Bir az da oturduqdan sonra ayrılmışlar. Növbəti gün, yəni 22 iyul 2021-ci il tarixdə saat 10 radələrində Elvinin onun kartını göndərdiyi nömrədən ona 30 manat pulun atılması ilə bağlı çekin şəklini göndərilmişdir. Daha sonra həmin şəxs ona səs atmışdır ki, 30 manatı karta göndərib. Bir neçə saatdan sonra bankomatdan 30 manatı çıxardaraq Elvinə vermişdir. Pul göndərən şəxs 24 iyul 2021-ci il tarixdə saat 10 radələrində ona zəng edib Elvinlə əlaqə saxlaya bilmədiyini demişdir. Ona bildirmişdir ki, Elvindən xəbəri yoxdur, görsə deyər. Bundan sonra özü də Elvinə zəng etmiş, lakin onun telefonuna zəng çatmamışdır. Həmin gün axşam saat 17 radələrində nişanı olmuş, Elvin də nişana gəlmişdir. Başı tədbirə qarışdığı üçün qeyd etdiyi şəxsin Elvini axtarması barədə sonuncuya demək yadından çıxmışdır. 25 iyul 2021-ci il tarixdə Bakı şəhərinə getmişdir. 2021-ci ilin avqust ayının əvvəllərində eşitmişdir ki, Elvin adam öldürdüyünə görə tutulmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nın əməkdaşı Şahid12 ifadəsində göstərmişdir ki, Lənkəran rayon sakini Şahid2 102 xidmətinə zəng edərək Lənkəran şəhəri Z.Əliyeva küçəsi giriş 1, mənzil 1-də yaşayan qaynatası Zərərçəkmiş şəxs 25 iyul 2021-ci il tarixdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə məlumat vermişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus VAZ 21015 markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin 26, 27 iyul 2021-ci ll tarixlərdə Bakı şəhəri, Lökbatan qəsəbəsi istiqamətində hərəkət etdiyi məlum olmuşdur. Həmin avtomobil 26 iyul 2021-ci il tarixdə saat 23 radələrində Lökbatan qəsəbəsi, D.Bünyatzadə küçəsi 1-ci massivdə Şahid4 və Şahid3 yaşadıqları nömrəsiz evin qarşısında üzərinə **-FX-*** dövlət qeydiyyat nişanı bağlanmış vəziyyətdə aşkarlanmışdır. Müəyyən edilmişdir ki, həmin avtomobili bir neçə gün əvvəl Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs gətirib Şahid3 vermiş və 27 iyul 2021-ci il tarixdə Lənkərana qayıtmişdır. VAZ 21015 markalı avtomobil oradan Lənkəran ŞRPŞ-yə gətirilmişdir. 30 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanılmış və polis şöbəsinə gətirilmişdir. O, şöbədə Zərərçəkmiş şəxs bıçaqla öldürdüyünü və yaşadığı evin həyətində quyuda basdırdığını, sonuncunun sənədlərini isə yandırdığını etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində Lənkəran ŞRPŞ-nın əməkdaşı Şahid14 Şahid12lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 25 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində boyun əzələ və vətərlərinin sağ yuxu arteriyası, sol körpücük altı arteriyanın zədələnməsi, boyun, sol körpücüküstü və kürəküstü nahiyələrində 13 ədəd kəsilmiş və kəsilmiş-deşilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub kəsici-deşici əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə aşkar edilmiş xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçaqla vurma nəticəsində əmələ gələ bilməsi inkar edilmir və ümumilikdə canlı şəxslərdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. Mərhum Zərərçəkmiş şəxs yetirilən xəsarətlər müxtəlif vəziyyətlərdə (ayaqüstə, yarımoturaq) olarkən, o cümlədən xəsarət yetirən şəxslə üz-üzə və sirkulyar vəziyyətlərdə yetirilə bilməsi mümkündür. Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilmiş kəsilmiş-deşilmiş yaraların özünü müdafiə və ya qarşılıqlı mübarizə zamanı əmələ gəlməsi istintaq yolu ilə aydınlaşdırılması məqsədə uyğundur. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlərin yara kanalının istiqamətinə görə soldan sağa, sağdan sola, yuxarıdan aşağıya doğru olmuşdur. Mərhum Zərərçəkmiş şəxs ölümü zorakıdır. Ölüm boyun nahiyəsinin, sağ yuxu və sol körpücükaltı arteriyaların kəsilməsi ilə əlaqədar kəskin qanitirmədən baş vermişdir. Zərərçəkmiş şəxs ölümü meyitdə əmələ gələn çürümə dəyişikliklərinə görə demək olar ki, müayinədən 3-5 gün əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs əynində olan paltarlar üzərində hər hansı bir zədə aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında alkoqol və narkotik maddələr aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitində gedən çürümə dəyişikliyi ilə əlaqədar düz bağırsağın arxa keçəcəyini müayinə etmək mümkün deyildir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 01 sentyabr 2021-ci il tarixli, 3/1338; 1339; 1340 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçağın səthində aşkar edilmiş papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş bıçağın səthində aşkar edilmiş papilyar naxış izləri müqayisəli tədqiqat üçün yararsız olduğundan Təqsirləndirilən şəxs 1 ədəd daktiloxəritəyə köçürülmüş eksperimental əlbarmaq və ovuc izlərinin tədqiqatı aparılmadı. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş geyim əşyalarından Zərərçəkmiş şəxs məxsus köynəyin, maykanın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədələr bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də ola bilər. Digər geyim əşyalarının üzərində hər hansı mexaniki zədə aşkar edilmədi. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 sentyabr 2021-ci il tarixli, 9/5880 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən avtomağazalarda və avtoservis müəssisələrində mövcud olan qiymətlərin, “www.turbo.az” və “www.avtomobil.az” milli internet saytlarının məlumatlarına əsasən tədqiq edilən, hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı, 2012-ci il buraxılışlı, ağ rəngli “VAZ-21015” markalı avtomobilin 9 il istismar müddətini nəzərə alaraq 25 iyul 2021ci il tarixə respublika daxili orta bazar parakəndə satış qiyməti təxminən 9000,00 manat müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 663/2021 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A/İİ/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu B/İİİ/. (qərarın təsviri hissəsində qeyd olunan məlumata əsasən). Ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, cins şalvar, mayka, Təqsirləndirilən şəxs məxsus şalvar, onun əlini sildiyi ağ rəngli qısaqol köynək üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda yalnız A antigeni alındı. Beləliklə, bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə Təqsirləndirilən şəxs qanının olması ABO sistemi ilə inkar olunur. Təqdim edilən Zərərçəkmiş şəxs məxsus şalvar, mayka, Təqsirləndirilən şəxs məxsus şalvar üzərindəki yapışqanlı qabıqvari maddə hissəciklərindən hazırlanmış preparatlarda sitoloji tədqiqat üçün yararlı olan dəri üstlüyünün dərin qatlarının və xüsusi dərinin nüvəli hüceyrələri aşkar olunmadı. Zərərçəkmiş şəxs məxsus bir cüt corab, kəmər, Təqsirləndirilən şəxs məxsus qısaqol köynək, əlini sildiyi qısaqol köynək üzərində dəri toxumasına şübhəli hissəciklər müəyyən olunmadı. Təqdim olunan qatlanan cib bıçağı üzərində qan, mərhum Zərərçəkmiş şəxs məxsus bir cüt corab, kəmər üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Zərərçəkmiş şəxs məxsus trusik, Təqsirləndirilən şəxs məxsus qısaqol köynək tədqiqata yararsız vəziyyətdədirlər. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1911 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin aparılması mümkündür. Təqsirləndirilən şəxs eqosentrizm, kobudluq, özünü müdafiə etməyə meyillilik, özünə qarşı ətrafdakılardan həddən artıq hörmət tələb etmək, öz üstünlüyünü nümayiş etdirməyə meyllilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində aqressivlik yaranmışdır. Həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 806 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən toksikomaniya aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan materialların-məhkəmə ekspertizasının 27 avqust 2021-ci il tarixli, 6/3322 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1№-li cədvəlində göstərilmişdir. Həmin kənar lif mikrohissəciklərin arasında Zərərçəkmiş şəxs köynəyinin üzərindən aşkar edilmiş qəhvəyi rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs şalvarının üzərindən aşkar edilmiş göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş bir ədəd bıçağın üzərində kənar lif mikrohissəciklər yoxdur. 30 iyul 2021-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisənin baş verdiyi yer Təqsirləndirilən şəxs məxsus Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən fərdi yaşayış evinin qarşısı və həyətidir. Baxış zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən öldürərək basdırdığı quyu qazılmış, həmin quyudan Zərərçəkmiş şəxs meyiti sellofan torbaya bükülü vəziyyətdə aşkar edilmiş, həmçinin həmin quyudan Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarlar, əlini silmək üçün istifadə etdiyi köynək də aşkar edilərək götürülmüş, götürülmüş paltarlara baxış keçirilmiş, baxış zamanı həmin paltarlarda qanabənzər ləkələr aşkar edilmişdir. 30 iyul 2021-ci il tarixli «könüllü təqdim edilən Təqsirləndirilən şəxs məxsus paltarlara və «Kibosum A5» markalı mobil telefona baxış keçirilməsi haqqında » qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhərinə gedərkən avtomobildə olan görüntüsünü əks etdirən fotoşəkildə onun əynində olan qısaqol yay köynəyi istintaqa könüllü olaraq təqdim etdiyi köynək eynilik təşkil etmişdir. Kibosum A5 markalı mobil telefona baxış keçirimiş, iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilmədi. 30 iyul 2021-ci il tarixli «götürmə aparılması haqqında» protokoldan görünür ki, Şahid3 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə yerləşən evdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürən zaman istifadə etdiyi bıçaq yataq otağındakı paltar şkafında aşkar edilmiş, Şahid3 həmin bıçağı təqdim edərək Təqsirləndirilən şəxs həmin bıçağı hədiyyə qismində ona verdiyini bildirmişdir. 31 iyul 2021-ci il tarixli «Əşyanın tanınması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş 04 ədəd bıçağın içərisindən Zərərçəkmiş şəxs öldürdüyü 02 nömrə ilə işarələnmiş bıçağı tanımışdır. 31 iyul 2021-ci il tarixli «Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, VAZ 21015 markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfdən qabaq oturacağının qarşısından iki ədəd **-FX-*** dövlət qeydiyyat nişanı aşkar edilmişdir. 1 avqust 2021-ci il tarixli «kamera görüntülərinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 25 iyul 2021-ci il tarixdə saat 23:32:44-də Təqsirləndirilən şəxs əynində göy rəngli qısaqol yay köynəyi və ağ rəngli üzərində bəzəkləri olan şortiklə marketə daxil olur. Həmin vaxt o, idarə etdiyi ağ rəngli VAZ 21015 markalı avtomobili marketin müşahidə kameralarına cüzi düşən hissədə saxlayır, avtomobilin dövlət qeydiyyat nişanını müəyyən etmək olmur, saat 23:33:18-də marketdən çıxır və idarə etdiyi avtomobilə doğru gedir. Bundan başqa həmin gün saat 23:43:12-də Təqsirləndirilən şəxs yenidən idarə etdiyi ağ rəngli, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobillə marketin qarşısına gəlir. O, avtomobili marketin qarşısında saxlayaraq marketə daxil olur və marketdən heç nə almadan saat 23:43:47-də çıxır. 1 avqust 2021-ci il tarixli «kamera görüntülərinə baxış keçirilməsi haqqında protokol»la 25 iyul 2021-ci il tarixdə saat 22:07:57-də Təqsirləndirilən şəxs “Heydər Əliyev adına park” tərəfdən gələrək Zərərçəkmiş şəxs idarə etdiyi ağ rəngli, **-EX-*** dövlət qeydiyyat nişanlı VAZ 21015 markalı avtomobilin qabaq yan oturacağında əyləşməsi, avtomobilin saat 22:08:15-də H.Əliyev adına parkın sağ tərəfi ilə gedən intensiv nəqliyyat axını üçün nəzərdə tutulmamış Lənkəran Şəhər İcra Hakimiyyəti istiqamətinə gedən əlavə yolla Sütəmurdov kəndinə doğru yola düşməsi və kameraların müşahidə dairəsindən çıxması müəyyən edilmişdir. 22 sentyabr 2021-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrələrə daxil olan və çıxan zənglər, mesajlar, həmin mobil nömrələrin antenn dairələrinin əks olunduğu diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin antenna dairəsi xx.xx.2021-ci il tarixdə saat 21:54-də Lənkəran şəhəri, Z.Əliyeva küçəsində, saat 22:10-da Lənkəran şəhərində, Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən X3 ətrafında, saat 22:26, 22:31, 22:32, 23:20, 23:51 və xx.xx.2021-ci il tarixdə saat 01:27-də Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində, saat 09:19-da Puta qəsəbəsi ərazisində, 18:27-də Qızıldaş qəsəbəsi ərazisində, 19:39 və 19:59-da Lökbatan qəsəbəsi ərazisində, xx.xx.2021-ci il tarixdə saat 15:35 və 16:07-də Qızıldaş qəsəbəsi ərazisində, 19:14-də Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən X3 ətrafında, 20:08-də Lənkəran şəhərində, 21:51-də Sütəmurdov kəndində və xx.xx.2021-ci il tarixədək isə müxtəlif günlərdə və saatlarda Lənkəran rayonu ərazisində, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin antenna dairəsindən görünür ki, 25 iyul 2021-ci il tarixdə saat 20:39-da Lənkəran şəhəri ərazisində, bundan sonra isə xx.xx.2021-ci il tarixədə saat 09:51-dək müxtəlif günlərdə və saatlarda Ələt qəsəbəsi, X9, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv və Qızıldaş qəsəbəsi ərazilərində qeydə alınmışdır. 30 sentyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən tualetə «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, həmin tualetin dam örtüyündəki şiferlərin altından sellofana bükülmüş vəziyyətdə 26 avqust 2013-cü il tarixdə Səyyar ASAN 1 tərəfindən verilmiş AZE №******** seriyalı “vətəndaşın şəxsiyyət vəsiqəsi”, 26 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin Lənkəran Regional Qeydiyyat İmtahan və X13 tərəfindən verilmiş BD № 003845 seriyalı “nəqliyyat vasitəsinin uçot kartoçkası” və 14 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş taksi ilə sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələri üçün DMV № 017467 seriyalı “fərqlənmə nişanı” adlı sənədlər aşkar edilərək götürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 396 saylı və 09 avqust 2021-ci il tarixli, 488 saylı məktublardan görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlik əlamətləri aşkar olunmur, Lənkəran Şəhər Narkoloji Xəstəxanasında qeydiyyatda durmur. Baş X16 İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs adına 10 saylı Səyyar Asan Xidmət mərkəzində xx.xx.2016-cı il tarixdən xx.xx.2026cı il tarixədək 10 il müddətinə “B” kateqoriyalı AF101670 saylı sürücülük vəsiqəsi verilmişdir. Zərərçəkmiş şəxs adına Lənkəran RQİ və TBŞ-də xx.xx.2021-ci il tarixdə VAZ- 21154 markalı **-EX-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı avtomobilinə 1 ay müddətinə müvəqqəti verilmiş BD003845 saylı uçot kartoçkası əsasında nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Baş X16 İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında və etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. VAZ- 2101 markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.1999-cu il tarixdən X1 adında qeydiyyatdadır. Qeyd olunan avtomobilin etibarnamə ilə hər hansı şəxsin istifadəsinə verilməsi barədə DİN-in Baş X16i İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. Lənkəran ŞRPŞ-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs (FİN xxxxxxx) Səyyar-Asan1 tərəfindən xx.xx.2013-cü il tarixdə AZE№******** seriyalı şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Cənub X2 xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Lənkəran şəhəri M.F.Axundov küçəsi ev 6-da qeydiyyatda olan Zərərçəkmiş şəxs xx.xx.2010-cu il tarixdə DİN-in BPQMİ-nin Cənub X6 tərəfindən P3982870 nömrəli, xxxxxxx fin kodla ümumvətəndaş pasportu ilə təmin edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 10 saylı Lənkəran Ərazi İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs adına xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli Lənkəran şəhəri, X12 ev 48 ünvanında yerləşən 10 saylı mənzilə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarış verilmişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilənlər təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi mərhum Zərərçəkmiş şəxs 25 iyul 2021-ci il tarixdə saat 22 radələrində onu idarə etdiyi taksi avtomobili ilə yaşadığı Sütəmurdov kəndində yerləşən evinin qarşısına gətirən zaman Zərərçəkmiş şəxs mobil telefonuna zəng gəlməsi, həmin vaxt sonuncunun telefonda kiminləsə söyüşlə uca səslə zarafat etməsi, buna etiraz edərək öz iradını bildirən zaman aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ona ağır söyüşlər söyməsi səbəbindən sonuncunu bıçaqla vurub öldürdüyünü bildirməsi ilə bağlı xüsusatlar, həmçinin Təqsirləndirilən şəxs ifadəsində hadisədən bir neçə gün əvvəl psixotrop maddə metamfetamin qəbul etməməsi, Zərərçəkmiş şəxs avtomobilini ələ keçirdikdən sonra həmin avtomobillə bağlı Bakı şəhərində yaşayan əmisi qızının əri Şahid3la aralarında satış barədə hər hansı bir razılaşmanın olmaması və Şahid3 VAZ 21015 markalı avtomobil barədə əvvəlcədən heçnə deməməsi, mərhum Zərərçəkmiş şəxs maşınından hər hansı bir sənəd götürmədiyi, heç bir sənədi yandırmadığı ilə bağlı xüsusatlar, iş materialları, yəni şahid ifadələri, telefon danışıqlarına baxış keçirilməsi haqqında protokollar və digər istintaq materialları ilə təkzib edildiyindən, işin obyektiv hallarına uyğun olmadığından məsuliyyətini yüngülləşdirmək məqsədi ilə özünü müdafiə etmə kimi qiymətləndirir və inandırıcı hesab etmir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin əmisi qızı Aygün Həsənova və onun əri Şahid3 həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs VAZ 21015 markalı avtomobillə onlara gələrək həmin avtomobili onlara satıb pulunu sonradan hissə-hissə ona verəcəkləri barədə razılaşdıqlarını bildirmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamindən istifadə etməsi və toksikomaniyadan məcburi müalicəyə ehtiyacının olması məhkəmə-narkoloji ekspertizasının 4 avqust 2021-ci il tarixli 806 saylı rəyi və ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə təsdiq olunur. Eyni zamanda, Təqsirləndirilən şəxs saxlanıldığı ilk gündən öz seçimi ilə təyin edilmiş vəkilin iştirakı ilə verdiyi ifadələrində göstərmişdir ki, avtomobilin əşya bölməsində (bardaçokundan) mərhum Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, taksi kimi fəaliyyət göstərmək üçün fərqlənmə nişanını, mənzilə dair çıxarışı, ümumvətəndaş pasportunu və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini götürərək yaşadığı Lənkəran rayonu Sütəmurdov kəndinə gəlmiş, həmin sənədlərdən-sürücülük vəsiqəsini, pasportu və mənzilə dair çıxarışı yandıraraq məhv etmiş, digər sənədlərisürücülük vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və taksi fəaliyyəti ilə məşğul olması üçün fərqlənmə nişanını yaşadığı evin həyətində tualetin dam örtüyünün gizlətmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürdükdən sonra sonuncuya məxsus avtomobili idarə edərək Bakı şəhərinə getməsi, həmin avtomobili əmisi qızı Şahid4 və onunla qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şahid3 yaşadığı evə aparması və həmin avtomobili Şahid3la aralarında olmuş şifahi razılığa əsasən dəyərini sonradan ödəmək şərti ilə satması müəyyən olunur. “Qəsdənadam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci l tarixli Qərarının 15-ci bəndində göstərilir ki, quldurluq, hədə-qoru ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu ci nayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsilə yanaşı müvafiq olaraq CM-nin 181,182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədi ilə törədilsələr də təqsirkarın əməlinin əlavə olaraq CM-nin 120.2.5-ci maddəsilə tövsif edilməsinə ehtiyac yoxdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs quldurluq, yəni özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən bıçaqla zərəçəkmiş şəxsin sağlamlığına ağır zərər vuraraq hücuma məruz qalmış şəxsin həyatı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluqla əlaqədar qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş və rəsmi sənədləri digər şəxsi niyyətlə məhv etmişdir. Məhkəmə cinayət qanunvericiliyinin müddəalarını, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin, eləcə də təqsirləndirilən şəxsin ifadələri, ekspert rəyləri, maddi sübutlar məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənədlərə və iş materiallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs niyyəti Zərərçəkmiş şəxs qəsdən öldürüb əmlakını quldurluq yolu ilə ələ keçirmək olmuşdur. Təqsirləndirilən şəxsin əməlində onun təqsiriliyini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 21-ci bəndində göstərilir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11, 181.3.3 və 326.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən həmin maddələrlə düzgün tövsif olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.11, 181.3.3 və 326.1-ci maddələri ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). İş materiallarında olan Lənkəran RİH başçısının Sütəmurdov kənd İƏD üzrə nümayəndəsindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kəndin heç bir ictimai işində fəal iştirak etməmiş, özünə xas həyat tərzi seçmiş, kənd camaatı arasında mənfi xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.11 və 181.3.3-cü maddəsində nəzərdə tutulan törətdiyi cinayətlər xüsusilə ağır, CM-nin 326.1-ci maddəsi isə böyük ictimi təhlükə törətməyən cinayətlər katerqoriyasına aiddir, 120.2.11-ci maddənin sanksiyasında 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası, 181.3.3cü maddənin sanksiyasında 10 ildən 15 ilədən azadlıqdan məhrum etmə cəzası, 326.1-ci maddənin sanksiyasında alternativ cəzalarla yanaşı 6 ayadək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bu cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, insanların həyat və sağlamlığı təhlükə altına alınır, onlara qəsd olunur, əmlakları talanır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və yüksək ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.11,181.3.3 və 326.1-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 31 iyul 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Lənkəran Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli onun faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan - tutulduğu 30 iyul 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində toksikomaniydan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran rayon prokurorluğunda saxlanılan: - Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş göy rəngli, “emperio armani” markalı cins şalvar və qəhvəyi rəngli, “Y.R Nanhai” markalı üç düyməli qısaqol yay köynəyi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs basdıran zaman əlini silmək üçün istifadə etdiyi ağ rəngli, boyun hissəsində və qollarında qara rəngli bəzəkləri olan “Versace” markalı qısaqol yay köynəyi və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürdükdən sonra əyninə geyinərək Bakı şəhərinə getdiyi ağ rəngli üzərində bəzəkləri olan qısaqol yay köynəyi, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş göy rəngli “into” markalı cins şalvar, qara rəngli dəri kəmər, bir cüt tünd göy rəngli corab, göy rəngli üzərində qara rəngli kvadrat fiqurları olan “adonis” markalı trusik, açıq mavi rəngli “Pierre cardin” markalı düyməli qısaqol yay köynəyi və ağ rəngli mayka, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürdüyü bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, uzunluğu 205 mm, tiyəsinin uzunluğu 88 mm, eni 21 mm və qalınlığı 2 mm olan, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı qatlanan turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir; Təqsirləndirilən şəxs istifadəsində olmuş “Kibosum” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır; Mərhum Zərərçəkmiş şəxs məxsus AZE №******** seriyalı “vətəndaşın şəxsiyyət vəsiqəsi”, 26 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin Lənkəran Regional Qeydiyyat İmtahan və X13 tərəfindən verilmiş BD № 003845 seriyalı “nəqliyyat vasitəsinin uçot kartoçkası” və 14 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş taksi ilə sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələri üçün DMV № 017467 seriyalı “fərqlənmə nişanı” adlı sənədlər zərərçəkmiş şəxsin hüquqi varisi X7 qaytarılmalıdır; İş üzrə maddi sübut olan və hazırda Lənkəran ŞRPŞ-nın cərimə meydançasında saxlanılan Zərərçəkmiş şəxs istifadəsində olmuş ağ rəngli, “Vaz 21154” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxsin hüquqi varisi X7, həmin avtomobildən aşkar olunmuş **-FX-*** dövlət qeydiyyat nişanı isə Şahid3 qaytarılmalıdır; İş üzrə məhkəmə məsrəfləri-ekspertiza xərci 356 (üç yüz əlli altı) manat təşkil edir, həmin məbləğ təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.11,181.3.3 və 326.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 326.1-ci maddəsilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 30 iyul 2021-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində toksikomaniydan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və hazırda Lənkəran rayon prokurorluğunda saxlanılan:- Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş göy rəngli, “emperio armani” markalı cins şalvar və qəhvəyi rəngli, “Y.R Nanhai” markalı üç düyməli qısaqol yay köynəyi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs basdıran zaman əlini silmək üçün istifadə etdiyi ağ rəngli, boyun hissəsində və qollarında qara rəngli bəzəkləri olan “Versace” markalı qısaqol yay köynəyi və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürdükdən sonra əyninə geyinərək Bakı şəhərinə getdiyi ağ rəngli üzərində bəzəkləri olan qısaqol yay köynəyi, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş göy rəngli “into” markalı cins şalvar, qara rəngli dəri kəmər, bir cüt tünd göy rəngli corab, göy rəngli üzərində qara rəngli kvadrat fiqurları olan “adonis” markalı trusik, açıq mavi rəngli “Pierre cardin” markalı düyməli qısaqol yay köynəyi və ağ rəngli mayka, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürdüyü bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, uzunluğu 205 mm, tiyəsinin uzunluğu 88 mm, eni 21 mm və qalınlığı 2 mm olan, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı qatlanan turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; Təqsirləndirilən şəxs istifadəsində olmuş “Kibosum” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın; Mərhum Zərərçəkmiş şəxs məxsus AZE №******** seriyalı “vətəndaşın şəxsiyyət vəsiqəsi”, 26 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin Lənkəran Regional Qeydiyyat İmtahan və X13 tərəfindən verilmiş BD № 003845 seriyalı “nəqliyyat vasitəsinin uçot kartoçkası” və 14 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş taksi ilə sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələri üçün DMV № 017467 seriyalı “fərqlənmə nişanı” adlı sənədlər zərərçəkmiş şəxsin hüquqi varisi X7 qaytarılsın; İş üzrə maddi sübut olan və hazırda Lənkəran ŞRPŞ-nın cərimə meydançasında saxlanılan Zərərçəkmiş şəxs istifadəsində olmuş ağ rəngli, “Vaz 21154” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxsin hüquqi varisi X7, həmin avtomobildən aşkar olunmuş **-FX-*** dövlət qeydiyyat nişanı isə Şahid3 qaytarılsın; İş üzrə 356 (üç yüz əlli altı) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar