Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-65/2024 19.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə xx xxxxxxxx 1994-cü ildə Astara rayonunun Züngüləş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 318.2-ci maddələri ilə məhkum olunmuş və məhkumluğu olan, Astara rayonunun Züngüləş kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-959,525 qram narkotik vasitə olan tiryək və külli miqdarda-3016,321 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş, saxlamış, daşımış və həmin narkotik vasitələrin satışını realizə etmək üçün onları ayrı-ayrı qablaşdıraraq bir ədəd bağlamada 945,0 qram tiryəki və bir ədəd bağlamada 3010,0 qram qurudulmuş marixuananı Astara rayonun Alaşa kəndində yerləşən qəbirstanlıqdakı çürümüş ağacın içərisində gizlətmiş, narkotiklərin qalan hissələri-bir ədəd sellofan bükümdə 14,525 qram tiryəki və 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda 3,513 qram və 2,808 qram olmaqla cəmi 6,321 qram qurudulmuş marixuananı üzərində saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında 03 mart 2023cü il tarixdə, saat 21 radələrində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Astara rayonunun Züngüləş kəndində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın ciblərindən bir ədəd sellofan bükümdə 14,525 qram narkotik vasitə olan tiryək və 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda 3,513 qram və 2,808 qram olmaqla cəmi 6,321 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüş, daha sonra həmin gün saat 23 radələrində Astara rayonunun Alaşa kəndində yerləşən qəbirstanlıq ərazisində olan ağaca baxış zamanı çürümüş ağacın içərisindən bir ədəd bağlamada 3010,0 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bağlamada 945,0 qram narkotik vasitə olan tiryək aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vardır, heç bir yerə işləməmiş, fəhləliklə məşğul olmuş və Astara rayonunun Züngüləş kəndində yaşamışdır. 2022-ci ilin aprel ayında dövlət sərhədini qanunsuz olaraq keçib İrana gedib qayıtdığına görə Astara Rayon Məhkəməsi tərəfindən 2023-ci ilin iyun ayında CM-nin 318-ci maddəsi (CM-nin 318.1 və 318.2-ci maddələri) ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. O, 7-8 ildir ki, marixuanadan istifadə etməyə başlamış, digər növ narkotiklərdən istifadə etməmişdir. Narkotikdələrdən istifadə etsə də, narkotiklərin satışı ilə məşğul olmamış və narkotiklərin satışı ilə bağlı ona verilmiş ittihamı qəbul etmir. İranlı “Afşin” adlı şəxs xalası qızının əridir və o, “Afşin”lə aradabir vatsapla danışmış və yazışmaları olmuşdur. O, “Afşin”dən heç vaxt narkotik maddə almamışdır. Birinci dəfə 24 fevral 2023-cü il tarixdə üzərində 3 qram marixuana saxladığına görə Astara RPŞ-in əməkdaşı Şahid2 və başqa polislər onu tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində buraxılması üçün ondan beş min manat pul tələb olunmuş və həmin pulun iki min manatını polislərə mərhum atası Xanhüseyn Əhədov vermiş və bundan sonra o, buraxılmışdır. Bundan sonra polislər ondan qalan üç min manat pulun verilməsini tələb etmiş, əks təqdirdə onu yenidən tutmaları ilə hədələmişlər. Maddi imkanları olmadığından həmin pulu polislərə verə bilməmişlər. 03 mart 2023-cü il tarixdə, saat 13-14 radələrində evdən çıxıb bir az gəzmək məqsədi ilə yaxınlıqda yerləşən Alaşa kəndinə getmiş, az vaxtdan sonra evinə qayıtmışdır. Evin həyətinə daxil olanda 4-5 nəfər mülki geyimlə polis əməkdaşlarının həyətdə olmalarını görmüşdür. Həyətə gələn polislər-Yaşar, Fuad adlı polislər və başqa tanımadığı polislər olmuşdur. Həmin vaxt evdə anası, qardaşı, arvadı və başqa ailə üzvləri olmuşlar. Polis əməkdaşları həyətlərində oturub çay içmiş, sonra polis əməkdaşı Yaşar ona “hazırlaş gedirik Astara RPŞ-nə, rəis müavini Orxan Novruzovun yanına” demiş, sonra həmin polislər onu polis maşınına mindirib polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılarkən polislər onun mobil telefonunu əlindən almışlar. Polis şöbəsində onu rəis müavini Orxanın yanına aparmışlar və orada ona təqdim olunan, həm də yaşadığı evə yaxın, İranla sərhəddə olan Alaşa kənd qəristanlığındakı ağacın çürük hissəsinə qoyulmuş narkotiki üzərinə götürməsini tələb etmişlər. Əməliyyatçılar ona narkotiki üzərinə götürməsi valideynlərinin də polisə gətirilməsi ilə hədələmiş, sonra isə onu döymüşlər. Dindirmə zamanı ona demişlər ki, guya o, tanış olduğu bir nəfər iranlıdan narkotik maddə alıb başqa şəxslərə satır. Polis şöbəsində polis əməkdaşları axşam saat 20-dək onu döymüş, o da məcbur qalıb narkotiklərin özünə məxsus olmasını, tanışı iranlının göndərdiyini deməyə razılaşmışdır. Bundan sonra Yaşar və Fərman adlı polis əməkdaşları onun üzərinə narkotik maddələr qoymuş, sonra üzərində videoçəkilişlə axtarş aparılmış və üzərinə qoyulmuş narkotik maddələr aşkar edilmişdir. Daha sonra polis əməkdaşları ona Astara rayonunun Alaşa kəndində yerləşən qəbirstanlıq ərazisində ona məxsus narkotik maddə gizlədildiyini bildirib həmin yerdə narkotik maddə olmasını deməyə məcbur etmiş, bundan sonra onu Astara rayonunun Alaşa kəndində yerləşən qəbirstanlıq ərazisinə aparmış və orada çürümüş ağacın içərisində gizlədilmiş yerdən içərisində narkotik maddələr olan bağlama götürülmüşdür. Götürülmüş bağlamanın içərisində hansı növ narkotik maddələr olmasını bilməmiş, bağlamaya baxış zamanı içərisindən bir bağlama tiryək və bir bağlama marixuana çıxmışdır. Həmin yerə narkotik maddələr o, qoymamış, bu maddələri ora polis əməkdaşları qoymuş, sonra oradan özünün iştirakı ilə götürülmüş və onu məcbur etmişlər ki, həmin narkotik maddələrin özünə məxsus olmasını desin. Polis şöbəsinə gətirildikdən sonra polis əməkdaşları onu döymüş və təzyiqlər etmiş, o da məcbur qalıb polislər tərəfindən əvvəl üzərinə, sonra da Alaşa kəndində yerləşən qəbirstanlıqdakı çürümüş ağacın içərisinə qoyulmuş narkotik maddələrin özünə məxsus olmasını demişdir. Əslində isə həmin narkotik maddələr polis əməkdaşlarına aiddir, o, əvvəl narkotiklə bağlı tutulduğu vaxt ondan istənilən pulu polislərə vermədiyinə görə, polislər onu 2-ci dəfə tutub döyüb təzyiqlər edərək narkotiklə bağlı verilən ittihamı üzərinə götürməsini məcbur etmişlər. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 9 yaşından başlayaraq narkotik maddə qurudulmuş marixuanadan istifadə etməyə başlamış, başqa narkotiklərdən istifadə etməmişdir. İstifadəsi üçün marixuananı Astara şəhərində “Mərkəzi bazar” adlanan ərazidə üzdən tanıdığı şəxslərdən almışdır. Tutulmamışdan bir müddət əvvəl təxminən 19 fevral 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində özünü “Afşin” kimi təqdim edən İran vətəndaşı ilə səsli zəng edərək danışdığı vaxt həmin şəxs ona bir qədər narkotik vasitəsi olduğunu və həmin narkotik vasitəni götürərək bir müddət özündə saxlamağı, sonra deyəcəyi adama həmin bağlamanı verməyi xahiş etmiş, həm də hal-hazırda İrandan Azərbaycan Respublikası ərazisinə narkotik vasitə keçirməsinin çox çətin olduğunu bildirib Bakı şəhərində yaşayan tanışının da bir qədər narkotik vasitə saxladığını və həmin narkotik vasitəni Astara rayonuna gətirəcəyini demiş və o, razılaşdıqdan sonra “Afşin” ona gözləməyini və xəbər edəcəyini bildirmişdir. 23 fevral 2023-cü il tarixdə “Afşin” sosial şəbəkə vasitəsilə ona səsli zəng edib Bakı şəhərində yaşayan adını bildirmədiyi tanışının narkotiklər olan bağlamaları gətirib Astara rayonun Alaşa kəndindəki qəbirstanlıqda çürümüş ağacın içərisinə yerləşdirdiyini bildirib həmin bağlamaları oradan götürməyi, sonra deyəcəyi adama verməyini xahiş etmiş, o, razılaşsa da qorxduğu üçün 2 gün “Afşin”in dediyi əraziyə getməmişdir. 25 fevral 2023-cü il tarixdə, axşam saatlarında o, Alaşa kənd qəbirstanlığına gedib çürümüş ağacı tapıb içərisinə baxmış və bir ədəd sellofan torbanın içərisində bir ədəd bağlamada marixuana və bir ədəd bağlamada tiryək olmasını görmüşdür. Sonra o, həmin bağlamalardan şəxsi istifadəsi üçün 3 kibrit qutusu qurudulmuş marixuana və 1 büküm tiryək götürüb cibinə qoyub həmin ərazini tərk etmişdir. 25 fevral 2023-cü il tarixdən 03 mart 2023-cü il tarixədək 3 ədəd kibrit qutusunda olan marixuananın 1 kibrit qutusunu istifadə etmiş, qalanları üzərində istifadəsi üçün saxlamışdır. 03 mart 2023-cü il tarixdə, saat 21 radələrində yaşadığı evdən çıxıb kənd ərazisində bir qədər dolaşmaq qərarına gəlib piyada hərəkətdə olarkən bir neçə nəfər mülki geyimli polis əməkdaşları onu saxlayıb X6 dövriyyəsində şübhəli olduğu bildirilib avtomobillə onu Astara RPŞ-nə aparmışlar. Polis şöbəsinə aparılan vaxt üzərində narkotik maddələr (tiryək və marixuana) olmuşdur. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı özü əynindəki şalvarının ciblərindən 1 bükümdə tiryəki və içərisində qurudulmuş marixuana olan 2 ədəd kibrit qutusunu çıxarıb masanın üzərində qoymuşdur. Polis əməkdaşları tərəfindən aşkar olunmuş tiryək və marixuana elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı o, sosial şəbəkədə tanış olduğu özünü “Afşin” kimi təqdim edən İran vətəndaşının tanışı olan, tanımadığı və görmədiyi başqa bir şəxsin gətirib Astara rayonun Alaşa kənd qəbirstanlığında çürümüş ağacın içərisində gizlətdiyi bağlamaların içərisindən öz istifadəsi üçün üzərində aşkar olunan həmin narkotik maddələri götürdüyünü bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Astara rayonun Alaşa kənd qəbirstanlığına aparmış və o, orada çürümüş ağacın olduğu yeri göstərmiş, sonra həmin yerə özünün və müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən ağacın içərisində gizlədilmiş 1 ədəd torbanın içərisində 1 ədəd bağlamada qurudulmuş marixuanaya və 1 ədəd bağlamada tiryək aşkar edilib qablaşdırılıb götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, iş üzrə ona məxsus olması deyilən imzalar, yəni “Şübhəli şəxsin dindirilməsi haqqında” və “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokollarında olan imzalar ona məxsus deyil, o, həmin sənədləri imzalamamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində və Astara rayonun Alaşa kənd qəbirstanlığındakı ağacın içərisində aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını bildirmişdir. Əslində isə üzərində və Astara rayonun Alaşa kənd qəbirstanlığındakı ağacın içərisində aşkar olunmuş tiryək və marixuana ona məxsus deyil, həmin narkotik maddələri üzərinə və ağacın içərisinə polis əməkdaşları qoymuş, sonradan əvvəl üzərində axtarış vaxtı, sonra da gedib Astara rayonun Alaşa kənd qəbirstanlığındakı ağacın içərisinə baxış zamanı bu maddələr aşkar edilib götürülmüşdür. Polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq hallarına yol verilib döyülməsi və polis əməkdaşlarının onu 1-ci dəfə tutarkən ondanailəsindən beş min manat pul tələb etmələri ilə bağlı şikayəti üzrə prokurorluq tərəfindən aparılmış araşdırmanın nəticəsi ilə razılaşmır. O, hesab edir ki, 1-ci dəfə tutulan vaxt polis əməkdaşlarına istədikləri qədər pulu tam olaraq vermədiyinə görə polis əməkdaşları onu 2-ci dəfə bu qaydada tutub ona ittiham vermişlər. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və bununla bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Həmçinin Təqsirləndirilən şəxs əlavə ifadəsində bildirmişdir ki, polis əməkdaşı Şahid2 və tanımadığı bir neçə polis əməkdaşı onun yaşadığı evə gəlib pulun qalan hissəsinin verilməsi ilə bağlı onunla söhbət etmiş və həyətlərində oturub çay içmişlər. Həmin vaxt o, onlara vermək üçün pulları olmadığını bildirmiş, bundan sonra Şahid2 və digər polis əməkdaşı onun qolundan tutub həyətdən çıxarıb maşına oturdub rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşı Şahid2 və digər polislər onun qarşısına içərisində narkotik maddələr olan bükümləri qoyub üzərinə götürməsini, əks təqdirdə yaşadığı evdən daha çox narkotik maddə çıxaracaqlarını və ailəsinin də məsuliyyətə cəlb olunacaqlarını bildirmiş, o da məcbur qalıb razılaşmışdır. O, 03 mart 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evin həyətindən tutulub polis şöbəsinə aparılarkən üzərində mobil telefonu olmuş və 050/897-78-17 saylı mobil telefon nömrəsindən istifadə etmişdir. Polis şöbəsində olarkən axşam saatlarında arvadı Aytac ona zəng edib harada olmasını soruşmuş, o da çayxanada olduğunu, bir azdan evə gələcəyini desə də, o, həmin vaxt polis şöbəsində olmuş və polis şöbəsində olmasını həyat yoldaşına deməmişdir. Polis şöbəsində polis əməkdaşları mobil telefonu ondan götürmüş və o, bir daha ailə üzvləri ilə telefonla danışa bilməmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Astara RPŞnin əməkdaşıdır. 03 mart 2023-cü il tarixdə ona, Astara rayonun Züngüləş kənd sakini Təqsirləndirilən şəxs X6 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 21 radələrində əməliyyat qurupu Astara rayonun Züngüləş kəndinə gedib Vüsalın yaşadığı evin yerləşdiyi ətrafında mövqe tutub, müşahidə etməyə başlamışlar. Bir azdan Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olduğunu görüb əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs saxlanılıb ona X6 dövriyyəsində şübhəli olduğu bildirilib avtomobillə onu Astara RPŞ-nə aparmışlar. Polis şöbəsində təhqiqatçı Samir Rəsullu tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının ciblərindən 2 ədəd kibrit qutusu və 1 ədəd büküm çıxarıb təqdim edib kibrit qutuların və bükümün içərisində marixuana və tiryək olduğunu, özünün istifadəsi üçün üstündə saxladığını billdirmişdir. İki ədəd kibrit qutuların içərisindən qurudulmuş marixuanaya oxşar kütlələr və bir ədəd bükümün içərisindən tiryəkə oxşar kütlə aşkar edilmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu “Afşin” adlı şəxsdən həmin narkotik maddələri aldığını və aldığı narkotik maddələrin bir hissəsinin də Astara rayonun Alaşa kənd qəbirstanlığında çürümüş ağacın içərisində gizlətdiyi bildirmişdir. Bundan sonra həmin gün gecə saat 22-23 radələrində təhqiqatçı tərəfindən polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və vəkilin (müdafiəçinin) iştirakı ilə, həm də videoçəkilişlə həmin əraziyə (Astara rayonun Alaşa kənd qəbirstanlığına) baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs göstərdiyi yerdən, yəni orada olan çürümüş ağacın içərisindən bir ədəd sellofan torbanın içərisində bir ədəd bağlamada marixuanaya və bir ədəd bağlamada tiryəkə oxşar kütlələr aşkar edilib götürülmüş, sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış və baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir. Ailəsi Astara rayonun Züngüləş kəndində yaşayır. Əri Vüsalın narkotik maddələrdən istifadə etməsini bilsə də, onun narkotikdən istifadə etməsini görməmişdir. Polis əməkdaşları 1-ci dəfə-24 fevral 2023-cü il tarixdə Vüsalı narkotiklə bağlı tutub Astara RPŞ-nə aparmışlar və ondan buraxılması üçün beş min manat pul tələb etmişlər. Sonra Vüsalın mərhum atası Xanhüseyn iki min manat pulu aparıb polislərə verdikdən sonra polislər Vüsalı buraxmış və pulun qalan hissəsini də gətirib verməsini bildirmişlər. Vüsal buraxılandan sonra polislərə dedikləri pulun qalan hissəsini verə bilməmişdir. 03 mart 2023-cü il tarixdə, saat 12-13 aralarında Yaşar adlı polis əməkdaşı başqa bir nəfər polis əməkdaşı ilə birlikdə Astara rayonun Züngüləş kəndinə, onların yaşadığı evə gəlmişlər, həmin vaxt Vüsal da evdə olmuşdur. Polis əməkdaşlarının onlara gəlməkdə məqsədi tələb etdikləri pulun qalan hissəsini Vüsaldan almaq olmuşdur. Yaşar və digər polis əməkdaşı Vüsalla söhbət etmiş, sonra onlar həyətdə oturub çay içmişlər. Bir az sonra polis əməkdaşları Vüsalı həyətdən küçəyə aparıb maşına oturdub harasa aparmışlar. Polislər Vüsalı apardıqdan sonra Vüsal evə qayıtmadığına görə o, narahat olub axşam saat 18 radələrində qayınatasına məxsus olan 051/693-45-23 saylı mobil telefon nömrəsi ilə Vüsala (050/897-78-17 saylı mobil telefon nömrəsinə) zəng etmiş, Vüsal da çayxanada olduğunu, bir azdan evə gələcəyini bildirmişdir. Həmin gün xeyli gözləsələr də, Vüsal evə gəlməmiş, səhərisi gün isə onlara məlum olmuşdur ki, polis əməkdaşları Vüsalı narkotiklə bağlı tutmuşlar. O, hesab edir ki, polislər tərəfindən 1-ci dəfə tutularkən istədikləri pulun qalan hissəsi polislərə verilmədiyinə görə polislər Vüsalı 03 mart 2023-cü il tarixdə evdən tutub polis şöbəsinə aparmış və orada onu döyərək üzərinə narkotik maddə qoymuşlar. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər X4 və X2 şahid Aytac Əliyevanın ifadəsinə uyğun ifadə vermişlər. İşdə olan, Astara RPŞ-nin əməkdaşının 03 mart 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Astara rayonun Züngüləş kənd sakini Təqsirləndirilən şəxs X6 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında 03 mart 2023-cü il tarixdə, saat 21 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Astara rayonun Züngüləş kəndində yolla hərəkət edərkən saxlanıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 03 mart 2023-cü il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs X6 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Astara Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 03 mart 2023-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 06 mart 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 03 mart 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Astara RPŞ-nin TB-nin təhqiqatçısı Samir Rəsullu tərəfindən müdafiəçi Allahverən Əbilovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının ciblərindən bir ədəd bükümdə tiryəkə oxşar kütlə və 2 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin tiryək və marixuana olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, həmçinin Astara rayonunun Alaşa kəndində yerləşən qəbiristanlıqda da narkotik maddə gizlətdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, “Baxış və götürmə barədə” 03 mart 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Astara RPŞ-nin TB-nin təhqiqatçısı Samir Rəsullu tərəfindən müdafiəçi Allahverən Əbilovun və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs göstərdiyi əraziyə-Astara rayonunun Alaşa kəndində yerləşən qəbiristanlıq ərazisinə baxış keçirilmişdir. Baxış zamanı Alaşa kənd qəbiristanlığında Təqsirləndirilən şəxs göstərdiyi ağacın çürümüş hissəsində bir ədəd torbanın içərisində bir ədəd bağlamada qurudulmuş marixuanaya oxşar kütlə və bir ədəd bağlamada tiryəkə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin tiryək və marixuana olduğunu, həmin narkotik maddələri İran vətəndaşından əldə etdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 04 mart 2023-cü il tarixli, 19/255 №-li rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində "Astara rayon Züngüləş k/s Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə ..." sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-14,525 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində "Astara rayon Züngüləş k/s Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr ..." sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkisi-3,513 qram və 2,808 qram olmaqla ümumi təmiz çəkisi-6,321 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş üzərində "Astara rayon Züngüləş k/s Təqsirləndirilən şəxs təqdim etdiyi tiryəkə bənzər kütlə ..." sözlər və imzalar olan bir ədəd bağlamadakı, 1 ədəd bükülüdə təmiz çəkisi-945,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində "Astara rayon Züngüləş k/s Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə ..." sözlər və imzalar olan bir ədəd bağlamadakı, 1 ədəd bükülüdə təmiz çəkisi-3010,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərilərində "Astara rayon Züngüləş k/s Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə ..." və "Astara rayon Züngüləş k/s Təqsirləndirilən şəxs təqdim etdiyi tiryəkə bənzər kütlə ..." sözlər və imzalar olan 1 ədəd zərfdəki və 1 ədəd bağlamadakı, ümumilikdə 2 ədəd olmaqla ümumi təmiz çəkisi-959,525 qram olan tiryəklər, kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərilərində "Astara rayon Züngüləş k/s Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr ..." və "Astara rayon Züngüləş k/s Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə ..." sözlər və imzalar olan 1 ədəd zərfdəki və 1 ədəd bağlamadakı umumilikdə 3 aded olmaqla ümumi təmiz çəkisi-3016,321 qram olan marixuanalar, bioloji komponent tərkiblərinə görə bir-biriləri ile eynidirlər. Ekspertiza tədqiqatından sonra tiryək 959,325 qram və qalıq qurudulmuş marixuana 3016,171 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 01 aprel 2023-cü il tarixli və “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 03 iyun 2023-cü il tarixli qərarlarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq 959,325 qram tiryək və 3016,171 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Astara RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı üç ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 mart 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və onun məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2017-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İşdə olan, “Cinayət işinin ayrı icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 03 iyun 2023-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən təqsirləndirilən şəxsin əldə etdiyi narkotik maddələrin mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 iyun 2023-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinə zamanı onun bədəni üzərində-sağ bilək nahiyəsində qərtməkli yara xəsarəti və yumşaq toxumaların əziyi xəsarətləri aşkar edilməsi ilə bağlı daxil olmuş məlumat üzrə Astara rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Astara Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqdan sonra o, Astara RPŞ-nin MSY-nə gətirilmiş və orada olarkən məhkəmənin hökmünə etirazını bildirib özünü divarlara çıpmışdır ki, elə bunun nəticəsində müəyyən bədən xəsarətləri almışdır. 09 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına köçürülmüşdür. Araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması, habelə ondan pul tələb edilməsi faktları təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan, məhkəmə-xəttşünaslıq ekspertizasının 14 noyabr 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 48-52-ci vərəqələrində yerləşən 04 mart 2023-cü il tarixli “Şübhəli şəxsin dindirilməsi haqqında” 039/48 №-li protokolda Təqsirləndirilən şəxs adından olan imzalar (05 ədəd), 70-74-cü vərəqələrində yerləşən 05 mart 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 039/70 №-li protokolda Təqsirləndirilən şəxs adından olan imzalar (07 ədəd)- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 132 (bir yüz otuz iki) manat təşkil edir. İşdə olan, Astara RPŞ-nin 18 fevral 2024-cü il tarixli arayış-məktubu ilə müəyyən edilir ki, Astara RPŞ-nin əməkdaşları tərəfindən 25 fevral 2023-cü il tarixdə, saat 10:45-də Təqsirləndirilən şəxs üzərində narkotik maddə saxlaması şübhəsi ilə saxlanılmış və MSYnə həmin tarixdə daxil olmuş, təhqiqatçı tərəfindən araşdırılmış və üzərində aşkar olunmuş narkotik maddə cinayət tərkibi yaratmadığından təhqiqatçının qərarına əsasən Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə, saat 18:30-da MSY-dən buraxılmışdır. İşdə olan, telefon danışıqlarına dair məlumatlarla müəyyən edilir ki, ki, 03 mart 2023cü il tarixdə, saat 12:52-də Təqsirləndirilən şəxs istifadəsində olan 050/897-78-17 saylı mobil telefon nömrəsinin vatsapla danışığı olmuş, saat 18:34-də 051/693-45-23 saylı mobil telefon nömrəsindən (arayan şəxs Astara rayonunun Züngüləş kəndində olmaqla) Təqsirləndirilən şəxs istifadəsində olan 050/897-78-17 saylı mobil telefon nömrəsinə (aranan şəxs Astara rayonu ərazisində olmaqla) zəng edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (03 mart 2023-cü il tarixdə, saat 12-13 radələrində polis əmkdaşları tərəfindən tutulması və tutularkən üzərində narkotik maddələrin olmaması, polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün üzərində aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını deməsi, əslində isə həmin narkotik maddələri üzərinə polis əməkdaşlarının qoyması, Astara rayonun Alaşa kənd qəbirstanlıqdakı ağacın içərisində gizlədilmiş narkotik maddələrin ona məxsus olmaması, həmin narkotik maddələri ora polis əməkdaşları tərəfindən qoyulması və bundan sonra onun iştirakı ilə həmin narkotik maddələrin götürülməsi, polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq hallarına yol verilməklə döyülməsi və polis əməkdaşlarının onu 1-ci dəfə tutarkən ondanailəsindən beş min manat pul tələb etmələri, 1-ci dəfə tutulan vaxt polis əməkdaşlarına istədikləri qədər pulun tam olaraq onlara verilmədiyinə görə polis əməkdaşlarının onu 2-ci dəfə tutmalarını güman etməsi, polis əməkdaşları tərəfindən üzərinə və Astara rayonun Alaşa kənd qəbirstanlıqdakı ağacın içərisinə narkotik maddələrin qoyulub sonradan həmin narkotik maddələr üzərindən və ağacın içərisindən götürülməklə bu maddələrin ona məxsus olmasına deməyə məcbur edilməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması, iş üzrə olan “Şübhəli şəxsin dindirilməsi haqqında” və “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokollarında olan imzaların ona məxsus olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarış və baxışa dair protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni 03 mart 2023-cü il tarixdə, saat 12-13 radələrində polis əmkdaşları tərəfindən tutulması və tutularkən üzərində narkotik maddələrin olmaması, polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün üzərində aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını deməsi, əslində isə həmin narkotik maddələri üzərinə polis əməkdaşlarının qoyması, Astara rayonun Alaşa kənd qəbirstanlıqdakı ağacın içərisində gizlədilmiş narkotik maddələrin ona məxsus olmaması, həmin narkotik maddələri ora polis əməkdaşları tərəfindən qoyulması və bundan sonra onun iştirakı ilə həmin narkotik maddələrin götürülməsi, polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq hallarına yol verilməklə döyülməsi və polis əməkdaşlarının onu 1-ci dəfə tutarkən ondanailəsindən beş min manat pul tələb etmələri, 1-ci dəfə tutulan vaxt polis əməkdaşlarına istədikləri qədər pulun tam olaraq onlara verilmədiyinə görə polis əməkdaşlarının onu 2-ci dəfə tutmalarını güman etməsi, polis əməkdaşları tərəfindən üzərinə və Astara rayonun Alaşa kənd qəbirstanlıqdakı ağacın içərisinə narkotik maddələrin qoyulub sonradan həmin narkotik maddələr üzərindən və ağacın içərisindən götürülməklə bu maddələrin ona məxsus olmasına deməyə məcbur edilməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması, iş üzrə olan “Şübhəli şəxsin dindirilməsi haqqında” və “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokollarında olan imzaların ona məxsus olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri (o cümlədən məhkəmə-tibbi ekspertizasının 06 mart 2023-cü il tarixli rəyinə əsasən tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır), məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlər, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 iyun 2023-cü il tarixli qərarla (araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması, habelə ondan pul tələb edilməsi faktları təsdiq olunmamışdır), telefon danışıqlarına dair məlumatlar (həmin məlumatlara əsasən 03 mart 2023-cü il tarixdə, saat 12:52-də Təqsirləndirilən şəxs istifadəsində olan 050/897- 78-17 saylı mobil telefon nömrəsinin vatsapla danışığın olması, saat 18:34-də 051/693-45- 23 saylı mobil telefon nömrəsindən (arayan şəxs Astara rayonunun Züngüləş kəndində olmaqla) Təqsirləndirilən şəxs istifadəsində olan 050/897-78-17 saylı mobil telefon nömrəsinə (aranan şəxs Astara rayonu ərazisində olmaqla) zəng edilməsi müəyyən edilir ki, bu da polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdə, saat 12:13 radələrində tutulması faktını təkzib edir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərindən və Astara rayonun Alaşa kəndində göstərdiyi ərazidə aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə şahidlər Aytac Əliyeva, Ofeyliya Əliyeva və Sehirnisa Məmmədovanın ifadələrində göstərdiyi xüsusatlar, yəni 03 mart 2023-cü il tarixdə, saat 12-13 radələrində Astara RPŞ-nin əməkdaşı Şahid2 başqa bir nəfər polis əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə gəlib Vüsalla söhbət etmələri, sonra oturub həyətdə çay içmələri, bundan sonra həmin polis əməkdaşlarının Vüsalı maşına oturdub harasa aparmaları, bir müddət Vüsalın harada olması barədə məlumatlarının olmaması, sonra Vüsalın polislər tərəfindən narkotiklə bağlı tutulması barədə məlumat almaları, polis əməkdaşlarının Vüsalı 1-ci dəfə tutarkən buraxılması üçün ondan beş min manat pul istəmələri və həmin pulun iki min manatını Vüsalın mərhum atası tərəfindən polislərə verilməsi və qalan üç min manatın sonradan veriləcəyinə razılaşdıqdan sonra Vüsalın buraxılması, bundan sonra polislərə həmin pulu verə bilmədiklərinə görə Vüsalın 2-ci dəfə tutulub üzərinə narkotik maddə qoyulması və Vüsalın polis əməkdaşları tərəfindən döyülməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarış və baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərlə, eləcə də 30 iyun 2023-cü il tarixli qərarla (Astara rayon prokurorluğunda araşdırma aparılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması, habelə ondan pul tələb edilməsi faktları təsdiq olunmamışdır) təkzib olunduğundan məhkəmə şahidlər Aytac Əliyeva, Ofeyliya Əliyeva və Sehirnisa Məmmədovanın ifadələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə öz mülahizələrinə uyğun verilmiş ifadələr kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddələrin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin psixotrop maddələrin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Astara Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü qismən (CM-nin 234.1-ci maddəsi ilə) təqsirli bilib verilmiş ittiham üzrə ona məxsus olması göstərilən narkotik vasitələr ona məxsus olmaqla onları satmaq məqsədi olmamasını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Tiryək” və “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddələr narkotik vasitələrdir. Tiryəkin 0,5 qramdan və qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, tiryəktn 50 qramı və ya ondan artıq hissəsi, qurudulmuş marixuananın 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 959,525 qram narkotik vasitə olan tiryək və 3016,321 qram narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ayrı-ayrı növlərdən ibarət narkotik vasitələr, o cümlədən həmin narkotik vasitələrin bir hissəsini xırda bükümləri qablaşdırıb üzərində saxlayıb daşıması onun həmin narkotik maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddələr əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Astara Rayon Məhkəməsinin 05 mart 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin 03 mart 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmlərinin surətləri ilə müəyyən edilir ki, Füzuli Hərbi Məhkəməsinin 24 oktyabr 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş və Şirvan Apelyasiya Məhkəməsnin 14 mart 2014-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək barəsində CM-nin 70-ci maddəsi tətbiq edilib 06 ay sınaq müddəti təyin edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq edilmişdir. Füzuli Hərbi Məhkəməsinin 31 mart 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 182.1 və 332.1-ci maddələri ilə təqsirli bilinib 400 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Astara Rayon Məhkəməsinin 20 may 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 03 avqust 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Astara Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 318.1 və 318.2-ci maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin hökm 03 iyul 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.2 və 83.3.3-cü maddələrinin müddəalarına əsasən 24 oktyabr 2013-cü il, 31 mart 2014-cü il və 20 may 2016-cı il tarixli hökmlər üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş, lakin 07 iyun 2023-cü il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Eyni zamanda Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixli hökmdə göstərilən cinayət əməlini hazırki iş üzrə olan cinayət əməlindən əvvəl-13 və 20 aprel 2022-ci il tarixində törətməsi və həmin əməlinə görə 07 iyun 2023-cü il tarixli hökmlə məhkum olunması və bu hökmün 03 iyul 2023-cü il tarixdə qanuni qüvvəyə minməsi nəzərə alınaraq məhkəmə hesab edir ki, qeyd olunan hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu olsa da, hazırki iş üzrə törədilmiş cinayət əməlinə (03 mart 2023-cü il tarixdə cinayət törədərkən Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır) münasibətdə o, məhkumluğu olmayan şəxs kimi qəbul edilməlidir. İşdə olan, Astara rayon Səncərədi kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Astara rayonunun Züngüləş kəndində qeydiyyatda olmaqla yaşamış və yaşadığı müddətdə müsbət (birgəyaşayış qaydalarına əməl etmiş, qonşuların və həmyaşıdların hörmətini qazanmış və ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, AZ-İV 878600 №-li doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən edilir ki, X3 25 mart 2023-cü ildə doğulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirin halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, CM-nin 66.5 və 66.3-cü maddələrinin müddəalarına əsasən, Astara Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 03 mart 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji xəstəxanada “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Astara RPŞ-nin maddi sübutlar otağında saxlanılan 959,325 qram tiryək və 3016,171 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X6 X7 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Habelə iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-192 (bir yüz doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351- 353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5 və 66.3-cü maddələrinə əsasən, Astara Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 03 mart 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübutlar olan və Astara Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 959,325 qram narkotik vasitə olan tiryək və 3016,171 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 3 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-192 (bir yüz doxsan iki) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-65/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-65/2024
19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver