Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-650/2022 14.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1978-ci ildə Lənkəran rayonunun Alxovka kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Lənkəran rayon məhkəməsinin 07 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran rayon məhkəməsinin 16 fevral 2022-ci il tarixli qərarına əsasən barəsində “8 Noyabr Zəfər günü münasibəti ilə amnistiya aktı" tətbiq edilərək cəzası 1 (bir) il müddətə azaldılmış, Lənkəran rayonunun Göyşaban kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində 17 iyun 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayının əvvəllərində qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlmiş, əldə edilmiş razılığa və ümumi niyyətə uyğun olaraq müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədil ilə qanunsuz olaraq əldə etdikləri 01 (bir) ədəd bağlamada təmiz çəkisi 510,0 qram olmaqla külli miqdar təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 (bir) ədəd bağlamada təmiz çəkisi 198,806 qram olub külli miqdar təşkil edən ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamini məlum olmayan vaxtda və şəraitdə gizlədilmiş Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən yol dairəsinin yaxınlığında 14 iyun 2022-ci ildə külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq yaşadığı evə gətirmiş və satışını realizə etmək üçün onları üzərində saxlamış, bu barədə əməliyyat məlumatları almış Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının 15 iyun 2022-ci ildə, saat 18 radələrində keçirdikləri əməliyyat tədbirləri zamanı Lənkəran rayonunun Göyşaban kəndində saxlanılaraq regional şöbənin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış keçirilərkən göstərilən çəkilərdə olan külli miqdarda narkotik vasitə heroin əynində olmuş şalvarın sol arxa cibindən və psixotrop maddə metamfetamin isə əynində olmuş şalvarın sağ arxa cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki 15 iyun 2022-ci ildə mülki geyimli polis əməkdaşları qanunsuz olaraq evinə gələrək onu zorla polis şöbəsinə aparmış, polis əməkdaşları ailəsi ilə onu təhdid etdiyinə görə sonuncular tərəfindən yazılmış ifadələrə məcbur olaraq imza etmiş, iran vətəndaşı olan Əfsunla telefonla danışmış, lakin heç bir narkotik barədə söhbəti olmamış, iranlı Fərhad adlı şəxsin adı ifadələrə polis əməkdaşları tərəfindən yazılmış, sonuncunu tanımır, onunla heç bir əlaqəsi olmamış, evində və üzərində heç bir narkotik vasitə olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmə istintaqında tədqiq edilib araşdırılarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və törədilmiş cinayət haqqında ətraflı ifadələr verərək göstərmişdir ki, 2022-ci ilin iyun ayının 14-də səhər saatlarında sosial şəbəkə vasitəsilə tanış olduğu Fərhad adlı şəxs Whatsap sosial şəbəkəsində ona zəng edərək, yaşadığı Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən dairəvi yol ərazisində, yolun kənarında bir bağlamada heroin və bir bağlamada “şüşə” yəni metamfetamin qoyduracağını, həmin maddələri axşam saat 20 radələrində götürməsini tapşırmış, həmin gün saat 20 radələrində dairəvi yolun kənarında yerləşən taxtadan və daşdan ibarət olmaqla kiçik hündürlükdə olan hasarın arxasına qoyulmuş bir ədəd sellofan torbanı götürüb içərisinə baxarkən orada iki ədəd iri həcmli bükümlərin birində narkotik vasitə heroin digərində isə psixotrop maddə metamfetamin olduğunu görüb onları yaşadığı evə gətirmiş, 15 iyun 2022-ci ildə saat 18 radələrində narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şalvarının cibinə qoyub yaşadığı evdən çıxıb onları gizətməyə yer axtarmağa gedərkən Lənkəran rayonunun Göyşaban kəndi ərazisində mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini, eləcə də şalvarının cibində olmuş bir ədəd “Ketel” və “Samsung” markalı mobil telefonları, həmçinin bir ədəd elektron-nəzarət qurğusunu polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-yi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin xüsusi mühüm işlər üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Lənkəran rayonunun Göyşaban kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə edib üzərində saxlamaqla gəzdirməsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatları əsasında əməliyyat qrupu yaradılmış, 15 iyun 2022-ci ildə, saat 18 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonunun Göyşaban kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynində olan cins şalvarın arxa sağ cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan büküm, şalvarın arxa sol cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan bükümu, eləcə də şalvarının cibində olmuş bir ədəd “Ketel” və “Samsung” markalı mobil telefonları, həmçinin bir ədəd elektron-nəzarət qurğusunu onlara təqdim etmiş, sonra keçirilən əməliyyat-axtarış tədbiri ilə bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X4 və Şahid3 da digər Şahid1 ifadəsiniı təsdiq etməklə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan ifadələrin yerində yoxlanması haqqında 20 iyun 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ifadəsinin yerində yoxlanılması zamanı təqdim etdiyi şərait onun əvvəl verdiyi ifadəyə tam uyğundur. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında olan 15 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2022-ci ildə saat 18:00-da Baş Narkotiklərlə Mübarizə X2 Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonunun Göyşaban kəndində piyada hərəkətdə olan zaman üzərində külli miqdarda narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi şübhəsi ilə saxlanılaraq regional şöbəyə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd büküm, şalvarıən arxa sol cibindən bir ədəd sellofan büküm, sağ yan cibindən bir ədəd “Ketel” markalı telefon, sol yan cibindən isə bir ədəd “Samsung” markalı mobil telefon və məhkumluqla bağlı elektron nəzarət vasitəsinin mobil vasitəsi aşkar olunmuşdur. Təqdim etmiş bağlamalara baxış zamanı bir büküm içərisində narkotik vasitə heroinə bənzər maddə, digərinin içərisində isə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Həmin bükümlər tərəzidə çəkilərək zərfə qoyulub qablaşdırılaraq götürülmüş, şifahi sorğu zamanı həmin bağlamanı 14 iyun 2022-ci ildə İran İslam Respublikasının vətəndaşı “Fərhad” adlı şəxsin Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən yol dairəsi yaxınlığında gizlətdiyi yerdən götürdüyünü bildirmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 19/706 nömrəli, 16 iyun 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 01 büküm heroinə bənzər kütlə, 1 büküm metamfetaminə bəznər kütlə qablaşdırıldı və möhürləndi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -510,0 qram olan qəhvəyi rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 bükümdə təmiz çəkisi - 198,806 qram olan ağ rəngli kristalşəkilli olan maddə metamfetamindir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefona baxış keçirilməsi haqqında 18 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiuş və mobil telefonda Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə etdiyi müəyyən olunmuşdur. Mobil telefonun zəng tarixçəsinə baxış zamanı hər hansı əhəmiyyət kəsb edən məlumat aşkar olunmamışdır. Bundan əlavə mobil telefonda Whatsapp ani mesajlaşma sisteminin zəng bölümünə baxış zamanı istifdə etdiyi ***-***-**-** mobil nömrə ilə İran İslam Respublikası opertatoruna məxsus və “Əmi” adı altında qeyd olunmuş +98- 937-402-5586 mobil nömrəsi ilə 15 iyun 2022-ci il tarixdə saat 11:45-dən saat 16:58 tarixədək dörd dəfə zəngləşməsi aşkar olunmuşdur. Şifahi sorğu zamanı Fərhad adlı şəxsin mobil nömrəsini “Əmi” adı altında qeyd etdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 20 iyun 2022-ci il tarixli 701 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 5(049)-213/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirinin qanuni hesab edilmişdir. İş materiallarında olan əməliyyat tapşırığına cavab məktuğundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş külli miqdarda narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı Fərhad adlı şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirmiş və Lənkəran rayonu Göyşaban kəndində yerləşən yol dairəsinin yaxınlığında gizlədilmiş yerdən əldə edərək yaşadığı evə daşımış və Lənkəran rayonu Göyşaban kəndi ərazisində üzərində daşıyan zaman saxlanılmışdır. Həmçinin onun narkotik vasitə və psixotrop maddələrin üzərində saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatlarının olunduğu bildirilmişdir. İş materiallarında olan 22 iyun 2022-ci il tarixli 501 saylı arayışlardan görünür ki, Nəcəfov X3 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. İş materiallarında olan qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınan və ekspertiza tədqiqatından sonra xalis qalıq çəkisi 1ədəd bağlamada təmiz çəkisi -510,0 qram narkotik vasitə heroin, 1ədəd bağlamada 198,806 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” və 01 ədəd “Ketel” markalı mobil telefonlar Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılır, istintaq hərəkətinin videogörüntüsünü əks etdirən 01 (bir) ədəd DVD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici və şahidlərin isə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin «polis əməkdaşları ailəsi ilə onu təhdid etdiyinə görə sonuncular tərəfindən yazılmış ifadələrə məcbur olaraq imza etmiş, evində və üzərində heç bir narkotik vasitə olmamışdır» hissəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin hissədə ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Belə ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin külli miqdar təşkil etməsi, şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin barəsində narkotik vasitələrin və psixotrop maddənin satışı ilə bağlı məlumatlarının olması göstərilən narkotik vasitənin bilavasitə satış məqsədi ilə əldə olunması nəticəsinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin satış məqsədi ilə əldə olunması qənaətinə gəlir, eyni zamanda onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Nəcəfov X3 rayon məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 1(049)-338/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il, 06 (altı) ay, 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 16 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayon məhkəməsinin 07 iyun 2022ci il tarixli, 1(049)-338/2021 nömrəli hökmü ilə ona təyin olunmuş 02 (iki) il, 06 (altı) ay, 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il, 02 (iki) ay 21 (iyirmi bir) gün hissəsi “8 Noyabr Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 1 (bir) il müddətə azaldılmışdır. İş materiallarından görünür ki, hazırda Təqsirləndirilən şəxs Lənkəran rayon məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 1(049)-338/2021 nömrəli hökmü ilə ona təyin olunmuş 02 (iki) il, 06 (altı) ay, 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 10 (on) ay, 20 (iyirmi) gün çəkilməmiş cəzası qalır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Lənkəran rayon məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 1(049)-338/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il, 06 (altı) ay, 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 (on) ay, 20 (iyirmi) günü yeni hökm üzrə təyin ediləcək cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 67.1, 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən hesab edir ki, Lənkəran rayon məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 1 (049)- 338/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il, 06 (altı) ay, 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 (on) ay, 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş 5 (beş) ay, 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından Təqsirləndirilən şəxs əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CMin 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni – 15 iyun 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Lənkəran rayon məhkəməsinin 17 iyun 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 15 iyun 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Nəcəfov X3 rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və iki azyaşlı uşağı ilə birgə ilə göstərilən ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını və himayəsində heç bir yerdə işləməyən arvadının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1ədəd bağlamada təmiz çəkisi -510,0 qram narkotik vasitə heroin, 1ədəd bağlamada 198,806 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” və 01 ədəd“Ketel” markalı mobil telefonlar onun yaxın qohumlarına qaytarılmalı, istintaq hərəkətinin videogörüntüsünü əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 7 (yeddi) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1, 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Lənkəran rayon məhkəməsinin 07 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il, 06 (altı) ay, 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 (on) ay, 20(iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş 5 (beş) ay, 10 (on ) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 7 (yeddi) il, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 iyun 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1ədəd bağlamada təmiz çəkisi -510,0 qram narkotik vasitə heroin, 1ədəd bağlamada 198,806 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus “Samsung” və “Ketel” markalı mobil telefonlar onun yaxın qohumlarına qaytarılsın, istintaq hərəkətinin videogörüntüsünü əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli
3. Müşfiq Məmmədov