Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-650/2024 24.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisi X19 və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1981-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsi, Pambıqkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, məhkumluğu olan, evli, işləməyən, Salyan rayonu, Pambıqkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 120.2.4, 120.2.7 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası CM-nin 234.4.3 və 93.1.4-cü maddələri ilə təqsirli bilinərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmünə əsasən 10 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla cəza çəkdiyi müddətdə doğulmuş övladları xx.xx.2009-cu il əvəllüdlü Şahid3, xx.xx.2016-cı il təvəllüdlü X15, cəzaçəkməkdən azad olunduğu müddətdən sonra doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X20 və xx.xx.2022-ci il təvəllüdlü X7 atalarının, mərhum qardaşı X3 övladları Rəşad Əliyev, Bəhruz Əliyev və Peyman Əliyev olduğunu güman edib, arvadı Şahid4 ilə birlikdə yaşadıqdarı Salyan rayonu, Pambıqkənd kəndi ərazisində yerləşən evində ailədaxili münaqişə yaratmaqla mütəmadi olaraq mübahisələr edərək arvadını döymüş, arvadı ilə aralarında olan həmin söhbətlərdən qardaşı oğlu Bəhruz Əliyevin məlumatı olmasından, eləcə də 01 mart 2024cü il tarixdə saat 16 radələrində qardaşının ailə üzvləri ilə qeyd olunan ünvanda birlikdə yaşadıqları, lakin ayrı təsərrüfatı olan evdə olarkən Bəhruz Əliyevin qardaşları Rəşad Əliyev və Peyman Əliyevlə birləşərək ona qarşı hər hansı bir hərəkət edəcəyindən şübhələnərək Bəhruz Əliyevi qısqanclıq zəminində qisas alıb qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə cinayəti törətmək üçün qanunsuz olaraq əldə edərək yaşadığı evin ümumi otağında saxladığı ümumi uzunluğu 282 mm, dəstəyi 119 mm, tiyəsi 163 mm olan zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilən ov tipli, kəsici-deşici xassəyə malik qatlanmayan bıçağı şalvarının belinə keçirdib, üzərini əynindəki gödəkçə ilə örtüb gizlədərək üzərində gəzdirməklə cinayətkar niyyətini həyata keçirtmək üçün yaşadıqları evin həyətinin darvazasından küçəyə çıxmış, orada anası X16 diş həkiminə aparmaq üçün dayanıb gözləyən Bəhruz Əliyevə qəflətən yaxınlaşıb sağ əli ilə şalvarının belində gizlədərək gəzdirdiyi qatlanmayan tipli həmin soyuq silah olan bıçağını çıxardıb Bəhruz Əliyevə zərbələr vurmağa başlamış, həmin vaxt səs-küyə küçəyə çıxan Rahilə Əliyevanın gözü qarşısında xüsusi əzab verdiyini əvvəlcədən dərk etməklə müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək Bəhruz Əliyevə bıçaq zərbələri vurmağa davam etməklə sonuncuya qəsdən, ümumilikdə 07 ədəd bıçaq zərbələri vuraraq, Bəhruz Əliyevə sol qoltuqaltı nahiyədə döş boşluğuna keçməyən 02 ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, döş qəfəsinin sol yarısının ön səthində döş boşluğuna keçən, ürək kisəsini, ürəyi, sol ağciyəri zədələyən 02 ədəd və qarnın ön divarının daxilə keçən, böyük piyliyin və qara ciyərin zədələyən 03 ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayət olunan həm ayrıayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid çoxsaylı bıçaq xəsarətləri yetirib, Bəhruz Əliyevin ürək kisəsini, ürəyin, ağ ciyərin sol payının, qaraciyərin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmədən ölümünə səbəb olmaqla Bəhruz Əliyevi xüsusi amansızlıqla qəsdən öldürlüklən sonra, Rahilə Əliyevaya yaxınlaşıb arvadının sonuncunun övladları tərəfindən zorlanmasından məlumatı olması barədə şübhələrinə görə qisas alıb qəsdən öldürmək qərarına gələrək, Rahilə Əliyevanın onu öldürməməsi üçün etdiyi yalvarışlarına, aman diləməsinə məhəl qoymadan sonuncuya xüsusi əzab verdiyini əvvəlcədən dərk etməklə, müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək, sağ əlində saxladığı həmin soyuq silah hesab edilən bıçaqla Rahilə Əliyevaya qəsdən, ümumilikdə 10 ədəd bıçaq zərbələri vuraraq, sonuncuya sol qulaq arxası nahiyənin 01 ədəd, sol bel nahiyəsinin 01 ədəd, sağ və sol qoltuqaltı nahiyələrinin 02 ədəd, sol saidin yuxarı 1/3-nin ön səthinin 01 ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, döş qəfəsinin ön səthində döş boşluğuna keçən, sağ ağciyərin yuxarı payını, ürək kisəsini, ürəyi zədələyən 02 ədəd və qarnın ön divarının sağ və sol nahiyələrinin 03 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları ilə müşayət olunan, həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid çoxsaylı bıçaq xəsarətləri yetirib, Rahilə Əliyevanın ürək kisəsini, ürəyin, ağ ciyərin sol payının yaralanması nəticəsində baş vermiş kəskin qanitirmədən ölümünə səbəb olmaqla, Bəhruz Əliyev və Rahilə Əliyevanı qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab olunan bıçaqla xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7 və 228.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-nin 120.2.7 və 228.4-cü maddələri tam təqsirli bilib, CM-nin 120.2.4-cü maddəsilə isə özünü təqsirli bilməyib iş üzrə ibtidai istintaq zamanı ifadə verdiyini və həmin ifadələrini təsdiq etdiyini bildirib ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan oluna bilər) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunmaqla tədqiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.7 və 228.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər 2 dəfə olmaqla 2002-ci ildə Azərbaycan Respublikası CM-in 182.2.1 və 228.4-cü maddələri ilə, 2009-cu ildə isə 234.4.3-cü maddəsi ilə məhkum olunmuş və 2018-ci ildə cəzasının sonu ilə həbsdən azad olunmuşdur. 2005-ci ildən Şahid4 ilə ailə həyatı qurmuş, onunla evlilikdən 2022-ci il təvəllüdlü Ruqəyya Əliyeva, 2020-ci il təvəllüdlü Yadullah Əliyev, 2016-cı il təvəllüdlü Leyla Əliyeva, 2009-cu il il təvəllüdlü Şahid3 adlı 4 övladı dünyaya gəlmişdir. Ailədə ondan başqa Ədalət adlı qardaşı və 5 bacısı vardır. Qardaşı Ədalət 1998-ci ildə Moskva şəhərində qətlə yetirilmişdir. Qətlə yetirdiyi Bəhruz Əliyev qardaşı Ədalət Əliyevin ortancıl övladı, Rahilə Əliyeva isə qardaşının arvadıdır. Onlarla münasibəti normal olmuşdur. Bəhruzun özündən başqa 2 qardaşı da vardır. Qardaşının hər üç övladını özü böyütmüşdür. Onların heç biri ilə düşmənçiliyi və şəxsi ədavəti yoxdur. Onun ailəsi ilə qardaşının ailəsi bir evdə mərhum anasının evində yaşamışlar. O, 2009-cu ildə Salyan RPŞ-nin MSY-də olduğu zaman anası Fatı Əliyeva onun yanına gələrək kağız vərəqdə arvadının hamilə olması barədə sevincli xəbər vermiş və həmin vərəqdə arvadının hamiləlik tarixi yazılmışdır. O da 2005-ci ildən evli olsa da 2009-cu ilədək olan müddətdə 4 il övladı olmamışdır. MSY-də olduğu zaman özünün hesablamalarına əsasən həmin uşağın ondan olmadığı qənaətinə gəlmiş, lakin bu günə qədər bu fikirdən özünü yayındırmağa çalışmışdır və Fatimənin öz övladı olmasına özünü inandırmışdır. Buna baxmayaraq həbsdən çıxdıqdan sonra demək olar ki, hər gün arvadı Yeganə ilə gündəlik ailədaxili münaqişələri olmuş, tez-tez onunla mübahisə edib Yeganənin necə Fatiməyə hamilə qaldığını təkidlə soruşmuşdur. Təxminən 2 il əvvəl, yəni 2022-ci ildə evdə olduğu zaman qardaşının kiçik oğlu X31 Əliyevaya nəsə deməsindən sonra arvadının həyacanlı səslə “Mosu evdədi” dediyini eşitmiş, bunun üstündə arvadı ilə dəfələrlə söz söhbəti olmuş və onu hətta bir neçə dəfə döymüşdür. Arvadından Rəşadın ona nə dediyini soruşsa da Yeganə ona heç nə deməmişdir. Ondan sonra qardaşının övladlarından şübhələnməyə başlamışdır. Bundan başqa 2023-cü ildə dəqiq xatırlamadığı tarixdə qardaşının böyük oğlu Peyman evdə olan zaman ona öz dostlarını evə dəvət etməsini və onlara göbələk qonaqlığı verəcəyini təklif etmiş, həmin gün həyətdə Peymanın dostları Vasif, Fərid həkim, Amid adlı şəxslər olmuş, onlar yemək yedikləri zaman Rəşada evin arxasından kompot gətirməsini tapşırmış, Rəşad evin arxsına keçdikdən təxminən 5- 10 dəqiqə sonra taxtaların aşma səsi gəlmiş və Rəşadın arxada ehtiraslı formada “ah” çəkdiyini eşitmişdir. Bu zaman həyəcandan boğulmağa başlamış və Rəşadın arvadı ilə birlikdə ola biləcəyindən təkrar şübhələnməyə başlamışdır. O, həmin gün də arvadından Rəşadın kompot gətirməyə gedən zaman harada olduğunu soruşsa da Yeganə ona özünün evdə olduğunu və Rəşadı görmədiyini bildirmişdir. Bunun üstündə də arvadını bir neçə dəfə döymüş, lakin o, heç bir şey etiraf etməmişdir. Bundan başqa həmin ərəfələrdə övladı Leyla onu əsəbiləşdirdiyi üçün Leylaya şillə vurmuş, bu zaman Bəhruz onun üzərinə cumaraq onunla əlbəyaxa olmuş və ona “o mənim balamdır” demişdir. Bəhruzun bu sözü çox ürəkdən deməsi onda təkrar şübhə oyatmış və o, Peymana zəng edərək Bəhruzun niyə “o mənim balamdır” sözünü dediyini, onun 11 il həbsdə yatdığını deyib niyə onun içində şübhə yaratdıqlarını soruşmuş, Peyman da şübhəli heç nə olmadığını, elə bir şeyin mümkün olmadığını deyib onu sakitləşdirməyə çalışmışdır. Bundan başqa 2015-ci ilin dekabr ayında Qobustanda həbsəxanada cəza çəkdiyi zaman arvadı anası ilə birlikdə onun yanına gəlmiş, orada arvadı ona yaxınlıq vermək istəmədiyi üçün onun hamilə olduğundan şübhələnmiş, buna görə Leylanın da onun övladı olmadığından şübhələnmişdir. Sonuncu dəfə 26 yanvar 2024-cü il tarixdə evdə olduğu zaman əsəbi olmuş və Yeganə ilə mübahisə etmişdir və təkrar köhnə söhbətləri açıb deməyə başlamışdır. O, əsəbiləşərək ağlamağa başlamış və niyə ona bu qədər əziyyət verdiyini soruşmuşdur. Ondan hər şeyi etiraf etməsini xahiş etmiş və onu döyməyəcəyini bildirmişdir. Sonradan o, evdən çıxaraq Şirvan şəhərinə bazarlığa getmiş, evə qayıdanda arvadını evdə tapa bilməmişdir. Onu çox axtarandan sonra atasının evinə getdiyini öyrənmiş, ondan çox xahiş etsə də Yeganə qayıtmamışdır. Bundan sonra 26 fevral 2024cü il tarixdə Yeganə ilə telefondan danışıb onu evə qaytarmağa çalışmış, Yeganə də onunla razılaşıb həmin gün onunla evə qayıtmışdır. Bundan sonra 27 fevral tarixdə uşaqlar evdə yatdıqdan sonra Yeganəni çağıraraq söhbət etmək istədiyini demiş, ona əl qaldırmayacağına inandırmış, Yeganə də and içdirdikdən sonra qardaşının övladlarının onunla zorla cinsi əlaqədə olduqlarını etiraf etmişdir. Yeganədən ilk dəfə kimin ona toxunduğunu soruşanda ona Peymanın ilk dəfə onu zorladığını bildirmişdir. Ondan övladlarının atalarının kim olduğunu soruşanda X4 olduğunu, Fatimənin Peymanın qızı olduğunu, lakin Peymanın bununla razılaşmadığını, Yadullanın Rəşadın övladı olduğunu bildirmişdir. Yeganədən niyə müqavimət göstərmədiyini soruşanda olanlar barədə ona deyəcəkləri ilə hədələdiklədiklərini demişdir. Bundan sonra bir neçə gün Yeganə ilə olan söhbətlərindən Bəhruzun şübhələndiyini hiss etmiş, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində evdə olduğu zaman Bəhruz anasını stomatoloq yanına aparmağa hazırlaşmış, Bəhruz həyətdə anasına “mənə başqa kəmər də ver, hiss edirəm ki, bu kəmərim bu gün qırılacaq” sözlərini kinayəli şəkildə demiş, ondan şübhələnərək 3 qardaşın birləşərək ona qarşı hər hansı hərəkət edəcəklərini şübhələnmiş, Bəhruzun sözlərindən əsəbiləşdiyi üçün evindən bıçaq götürüb belinə qoymuş və gödəkçəni də üstündən geyinmişdir ki, bıçaq belində görünməsin. Bundan sonra dərhal çölə çıxmış, həmin vaxt Bəhruz çöldə olmuş, anası Rahilə isə həyətdən çıxmağa hazırlaşmışdır. O, həyətin qapısından çölə çıxanda Bəhruzun həyətlə üzbəüz hasarın yanında dayandığını görüb ona yaxınlaşmış və belindəki bıçağı sağ əlinə götürüb dalbadal onu öldürmək məqsədilə bıçaqla qəflətən bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur. Bıçaqla zərbə vurarkən onu konkret olaraq öldürmək məqəsdilə vurmuş, Bəhruz ona müqavimət göstərə bilməmişdir. Həmin vaxt anası ilə birlikdə həkimə getməli olan Bəhruzun anası Rahilə onların səsinə çölə çıxmış və Rahilə çöldə olduğu zaman Bəhruza zərbə vurmaqda davam etmiş, Bəhruz oradaca yerə yıxılmış və o ömürlük azadlıqdan məhrum ediləcəyini düşündüyü üçün dərhal darvazanın qarşısında dayanan Rahiləyə yaxınlaşmış, Rahilə ağlayaraq onu öldürməməsi üçün ona yalvarsa da onun dediklərinə məhəl qoymamış və onun arvadının onun övladları tərəfindən zorlandığını bildiyini düşündüyü üçün qəflətən bıçaqla onun da bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmişdir. Rahilə də oradaca yerə yıxılmışdır. Onların öldüklərinə əmin olduqdan sonra həyətə girmiş, həmin vaxt özü də bilmədən əlindən xəsarət almışdır. Əlinin qanı axa-axa evinə tərəf getmiş və qızı Fatimə qabağına çıxdığı üçün ondan dərhal ədyal verməsini istəmişdir. Qızı ədyal gətirmiş və onu çölə çıxmağa qoymayıb ədyalları da götürüb hər iki meyitin üzərini örtmüşdür. Bəhruzla anasının Peyman və Rəşadla birlikdə həkimə gedəcəklərini, buna görə də Peymanla Rəşadın da ora gələcəklərini güman edərək onları da qabaqlayıb öldürmək məqsədilə həyətindəki yardımçı tikilidən balta götürmüş və yeriyərək yola çıxmışdır. O, məktəbin yanına çatanda orada məktəbdə hərbi fəndən dərs deyən Ramiz müəllimi görmüş və onu polisə təslim etməsini xahiş etmişdir. Ramiz müəllim əlini qanlı görüb qorxmuş, lakin ona heç nə etməyəcəyini bildirmiş və baltanı məktəbin həyətinə atdıqdan sonra Ramiz müəllimlə yola doğru maşınla getmişlər. Bu vaxt Salyan RPŞ-nin PPXB-da işləyən Orxanı görüb maşından düşərək adam öldürdüyünü polisə bildirmiş, həmçinin belindəki bıçağı ona təhvil vermişdir. Orxan da onu polis şöbəsinə aparmışdır. Bəhruzu öldürdüyü üçün peşman olmasa da, Rahiləni öldürdüyü üçün peşman olmuş, çünki onu təsadüfən qarşısına çıxdığı üçün əsəbini sakitləşdirmək məqsədilə öldürmüşdür. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, hadisə baş verdiyi zaman küçədə kimlərin olmasını xatırlamamış, Bəhruz Əliyevi arvadını zorladığı üçün öldürmüş, onun anası Rahilə Əliyevanı isə təsadüfən qarşısına çıxdığı üçün onun da arvadının zorlanması barədə məlumatının olduğunu güman edib əsəbiləşib öldürmüşdür. Hadisə zamanı əsəbi olduğundan onlara bıçaqla neçə zərbə endirdiyini, zərbələrdən neçəsinin onlara dəydiyini xatırlamamış, vurduğu bıçaq zərbələrinin heç birinin boşa çıxmadığını güman etmiş, axırıncı zərbəni endirəndən sonra Bəhruz “Ayallah öldüm” ifadəsini işlətmiş və yerə yıxılmışdır. Anasının isə ümumiyyətlə səsi çıxmamışdır. Onlara bıçaq zərbələrini var gücü ilə tez-tez və dalbadal vurmuşdur ki, hər ikisi tez ölsünlər. Hadisəni törətmək üçün istifadə etdiyi bıçağı haradan və nə vaxt aldığını xatırlamamışdır. Qeyd olunan bıçaq uzun illərdir onda olmuşdur. Bəhruz Əliyevlə bir neçə dəfə mübahisəsi olmuş, lakin nə vaxt olduğunu xatırlamamış, onun anası ilə isə ümumiyyətlə söz-söhbəti olmamışdır. Əvvəllər heç vaxt onların heç birini öldürmək fikri olmamış və bu barədə heç kimə heç nə deməmişdir. Onları heç vaxt öz övladlarından ayırmamışdır. Bəhruz Əliyevi və Rahilə Əliyevanı öldürməyi ona heç kim təklif etməmiş və onları öldürəndə ona heç kim köməklik etməmişdir. Hadisə vaxtı əynində qara rəngli önü zəncirbəndli gödəkçə, qara rəngli uzunqol kofta və tünd göy rəngli cins şalvar var olmuşdur. Heç vaxt narkotik vasitə və spirtli içki qəbul etməmişdir. İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq, həmin ifadəsində göstərilənləri qismən təsdiq etdiyini, qardaşı oğlulları Peyman, Rəşad və Bəhruzu bir yerə yığıb onları öldürmək məqsədi olduğunu, tək Bəhruzu yaxud onun anasını qətiyyən vurmaq fikrində olmadığını, bu hadisənin gözlənilmədən olduğunu, səbr edib üç qardaşı bir yerə yığıb üçünü də bir yerdə vurmaq istədiyini, bunun boynunun borcu olduğunu, hadisə günü Bəhruzun yanından keçməyinin yadında olduğunu, sonrasının isə yox, elə bil içindən bir səsin möhkəm “vur” deməsini, necə vurduğunu, hara vurduğunu bilmədiyini, Rahilədən qan fışqıranda ayıldığını, hadisəni biixtiyar törətdiyini, qanı görüb dala çəkildiyini, Rahilənin yıxıldığını, çönəndə isə Bəhruzun yıxıldığını gördüyünü, həmin ərəfədə heç bir səs eşitmədiyini, əgər orda səs olmuşsa Əjdərin səsinin ola biləcəyini, Rahiləni niyə öldürdüyünü bilmədiyini, onun üzünü görmədiyini, səsini eşitmədiyini, daha sonra baltanı götürüb Peyman maşınla gələcəyindən onun qarşısını kəsib öldürmək məqsədilə getdiyini bildirmişdir. Heç bir kişinin başına belə bir hal gəlməsini arzulamır, 44 illik qazandığını hər şeyini bu hadisə ilə əlindən almışlar, DNK ekspertizası keçirilməlidir ki, əlində niyə adam öldüyünü el, bacıları bilsin, onu kimsəsiz qoymamağı, ədalətin ortaya çıxmasını, ömürlükdə olsa bilməlidir ki, dörd uşağı var, haqq-ədalətlə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin hüquqi varisi X19 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs əmisidir. Hadisə günü 01 mart 2024-cü ildə Şirvan şəhərində qayınanasıgildə evdə olmuşdur. Qardaşı Bəhruz ona zəng edib demişdir ki, “qaqa çıxarsan yola anamın dişi ağrıyır, onu həkimə aparacam, gəlib bizi yoldan götürərsən”. Bunun üstündən üç-beş dəqiqə sonra qonşusu Əjdər ona zəng vurub, qardaşı Bəhruzun Ziya tərəfindən bıçaqlandığını bildirmişdir. Özü həmin vaxt digər qardaşı Rəşadı götürüb kəndə gəlmişdir. Qapının ağzında qardaşı Bəhruzu yerdə görmüş, onu maşına götürüb təcili Şirvan Şəhər Xəstəxanasına aparmışdır. Xəstəxanada isə artıq qardaşının öldüyünü bilmişdir. Ondan sonra Salyan şəhərinə morqa gəlmişlər, anasının ölüm xəbərin isə morqda olanda öyrənmişdir. Həmin vaxta qədər isə anasından xəbəri olmamışdır. Ziya iki nəfəri öldürüb, barışıqdan söhbət gedə bilməz, haqq, ədalətlə ona ən ağır cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Ziyanın uşaqlarının onlardan olması barədə bildirdikləri tamamilə yalandır. Bu hadisəyə qədər isə Ziya ilə aralarında heç bir narazılıq olmamışdır. Lakin Ziya yoldaşı Yeganəni həmişə döymüşdür. Yeganədən isə onu zorlamaqları barədə indiyədək heç bir söz eşitməmişlər. Həyətə çatıb qardaşını götürəndə isə həmin vaxt Ziyanın özünü öldürdüyün dediklərindən digər yerdə olan adama baxmamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus maşınla ikinci növbə məktəbə dərs deməyə gedirmiş. Maşının qapısını bağlayanda görmüş ki, Ziya onu çağıra-çağıra əlində balta ona tərəf gəlir və onu polis şöbəsinə aparıb təhvil verməsini deyir. Həmin vaxt Ziyaya dərsinin olduğunu demiş, Ziya isə ona “rəhmətliyin oğlu dərs vaxtıdı, məni apar təhvil ver” demişdir. Maşına yaxınlaşanda isə Ziya əlindəki baltanı məktəbin həyətinə atmışdır. Bundan sonra Ziya maşınına oturmuş, həmin gün isə kənddə başqa bir cinayət hadisəsi də olmuşdur. Belə ki, həkimi öldürmüşdülər. Bundan sonra üzü Salyana doğru getməyə başlamışlar. Yolda isə Ziya demişdir ki, “PPX-ya rast gəlsək, salxa məni təhvil ver”. Həmin öldürülən həkimin evinin qabağından keçəndə, çünki həkimin evi yol qırağında olmuşdur, PPX əməkdaşlarının orada olduğunu görmüşlər. Ziya da bunu görüb demişdir ki, “burada saxla maşını məni təhvil ver, sən qayıt”. O da maşını saxlamış, Ziyanı polislərə təhvil verib, geri qayıtmışdır. Ziya maşına gələndə əlində qan görmüş, həm də maşını saxlayanda qışqırıq səsləri eşitmişdir ki, adam öldürdülər. Ziyadan həmin vaxt niyə belə etdiyini soruşmuş, Ziya isə dedi-qodudan bezdiyini demişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, özü mühafizəçi çalışır, həmin gündə gecə növbəsindən qayıtmışdır. 01 mart 2024-cü ildə saat 15:00 radələrində qonşusu Bəhruz onu çağırıb demişdir ki, “qonşu anamın dişi ağrıyır, bizi Təzəkəndə kimi apararsan oradan qardaşım gəlib götürəcək”. Özü isə Bəhruza aparacağını bildirib, həyətə girmiş, evdə əynini dəyişmiş, daha sonra küçəyə çıxmışdır. Maşınını da çıxarıb küçədə saxlamışdır. Hardasa iyirmi dəqiqə keçmişdir, saat 15:45-də Bəhruzu yığıb onları gözlədiyini demişdir. Bəhruz isə beş dəqiqəyə çıxacaqlarını bildirmişdir. Daha sonra Bəhruz əlində çanta gəlib, çantanı maşına qoymuş, onunla söhbət etmişdir. Həmin vaxt Bəhruz ona telefonunun abunə olduğunu, hazırda bağlandığını, ondan telefonu bağlı olduğu üçün öz telefonunu istəmiş ki, qardaşı Peymana zəng etsin. Bəhruza telefonunu vermiş, o da qardaşı Peymanı yığıb demişdir ki, “sən çıx yola, bizi ora qədər Əjdər gətirir”. Bundan sonra Ziya da onların yanına gəlmiş və onunla həmişəki kimi görüşmüşlər, Ziya çəkilib orada qonşunun bağının qapısında dayanmışdır. Sonra isə iki-üç dəqiqə söhbət edib, hava soyuq olduğundan, onu üzürlü saymalarını nasaz olduğunu deyib, özü keçib maşında oturmuş və maşını işə salmışdır. Bundan sonra Rahilə də çölə çıxmış, qapını çəkib bağlamış, çünki qapı dəmir olduğundan örtüləndə səsi gəlirmiş. Bundan sonra şappıltı səsi eşitmiş, düşünmüş ki, Ziya ilə Bəhruz əl-ələ görüşürlər, sonra Bəhruzun arxaarxaya onun avtomobilinin sağ tərəfinə gəldiyini, əlinin də sinəsində olduğunu görmüşdür və Bəhruz orada yerə yıxılmışdır. O, cəld maşından düşüb Bəhruzun sol əli ilə ürək nahiyəsini tutduğunu, nəfəsinin xırıldadığını və gözlərinin ağardığını görüb qorxmuş və qışqırmağa başlamışdır. Demişdir ki, “ay allah bu nədi, bu nə işdi”. Həmin vaxt Ziyanın əlində bıçağı görmüş, hər şeyi başa düşmüşdür. Ziya demişdir ki, “niyə”. Ziya isə ona demişdir ki, “otur maşına çıx get burdan”. Rahilə isə qapılarına söykənib dayanmışdır. Özü isə maşına oturub qabağa sürmüş və Peymana zəng vurub hadisəni demişdir. Sonradan isə ora qayıtmış, özünü pis etmiş, təzyiqi qalxmış, halı pisləşmişdir. Həmin vaxt çox qorxmuş, hadisənin qarşısını almaq üçün heçnə eəd bilməmişdir. Hadisələr çox ani olmuş, özü maşından düşəndə artıq Bəhruz vurulmuşdur. Rahilənin vurulmasını isə görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 təqsirləndirilən şəxs əri olduğundan onun əleyhinə ifadə verməyəcəyini bildirib, ifadə verməkdən imtina etmişdir. Cinayət prosesi tərəflərinin razılığı ilə Şahid4 ibtidai istintaq zamanı şahid qismində dindirmə protokolu elan və tədqiq edilmişdir. Həmin ifadəsində Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onu kənddə hər kəs “Mosu” ləqəbi ilə tanımışdır. Zərərçəkmiş şəxslər Bəhruz Əliyev qaynı Ədalətin oğlu, Rahilə Əliyeva ilə onun arvadıdır. Zərərçəkmiş şəxslərlə münasibəti hər zaman yaxşı olmuşdur. Təqsirləndirilən şəxslə münasibəti bir o qədər də yaxşı olmamışdır. Belə ki, Ziya tez-tez onu və övladlarını döymüşdür. O, 2009-cu ildə həbs edildiyi vaxt qayınanası ilə birlikdə onun saxlanıldığı yerə getmiş, orada Ziyaya hamilə olduğunu demiş, Ziya bundan sonra ondan şübhələnməyə başlamış və uşağın ondan olmadığını, guya onun başqası ilə cinsi əlaqədə olduğunu demişdir. Bundan sonra Ziya cəzaçəkmə müəssisəsində olanda mütəmadi onun yanına gedərək onunla cinsi əlaqədə olmuş, buna görə də onun 2016-cı ildə də uşağı olmuşdur. Ziya azadlığa çıxandan sonra hər gün onu və uşaqları döyməyə başlamışdır. Hər gün onunla mübahisə edərək uşaqların atasının kim olmasını soruşmuşdur. Onun psixoloji problemləri olduğu üçün hər xırda detaldan şübhələnmişdir. Özü səhvən oğlu Yadullaya Rəşad adı ilə müraciət etmiş sonra öz dediyindən şübhələnərək Yadullanın guya Rəşaddan olan övladı olduğunu demişdir. O bu sözləri ilə hər dəfə onu şərləmiş və durduq yerdə onu və övladlarını döymüş, onu öldürməklə hədələmişdir. Son vaxtlar ümumiyyətlə onun psixologiyasında problemlər yaranmışdı. Tez tez ona demişdir ki, “sənə cadu ediblər, sənin dilini ağzını bağlayıblar, sən mənə xəyanət edirsən, mənə vergi verilib, mən hər şeyi görə bilirəm”. Onun bu tip hərəkətlərinə görə 26 yanvar 2024-cü il tarixdə atasının evinə getmiş və sonradan Ziyanın təkidlərinə görə ailəsinin dağılmaması üçün məcbur qalıb 26 fevral 2024-cü il tarixdə evinə geri qayıtmışdır. Həmin gündən başlayaraq Ziya gündəlik onunla təklikdə söhbət edərək Bəhruz, Peyman və Rəşadın onunla cinsi əlaqədə olduqlarını zorla etiraf etdirmək istəmişdir. Onunla gündəlik söhbət edib ona hər gün guya onu döyməyəcəyini, uşaqları da götürüb kənddən gedəcəklərini, başqa yerdə kirayə yaşayacaqlarını, qardaşının övladları ilə əlaqəni birdəfəlik kəsəcəyini, həmçinin namaz qılıb guya onun günahlarına görə Allahdan bağışlanmağı istəyəcəyini bildirmişdir. Buna görə də 29 fevral 2024-cü il tarixdə saat 20 radələrində Ziya onu yanına çağırmış və təkrar hacət namazı qılacağını, ona heç bir şey etməyəcəyini, heç kimin bu məsələdən xəbəri olmayacağını bildirmiş və ondan təkrar kimin onunla cinsi əlaqədə olduğunu soruşmuşdur. O da Ziyadan çox qorxduğu üçün onu öldürə biləcəyini güman etmiş və ona yalandan demişdir ki, guya öz qardaşı uşaqları Bəhruz, Peyman və Rəşad 2006-cı ildən başlayaraq mütəmadi onunla zorla cinsi əlaqədə olmuşlar, hər dəfə onu əmilərinə məlumat verəcəkləri ilə hədələmişlər. Ziya ondan uşaqların atasının kim olduğunu soruşmuş, o da yalandan etiraf edərək guya Fatimənin Peymanın övladı olduğunu demiş, Yadullanın onun öz uşağı olduğunu deyəndə kart açdırıb fala baxdığını və Yadullanın Rəşadın uşağı olduğunu demişdir. Bundan sonra X29 övladı olduğunu, Bəhruzun Leylanı çox istədiyini bildirmişdir. Ziya 1 mart 2024-cü il tarixdə 09 radələrində Şirvan şəhərinə getmiş və evdən çıxarkən cümə namazı qılmağa getdiyini bildirmişdir. O, saat 15 radələrində evə qayıtmış və evdə ondan kofe istəmiş, sonra o Fatimə ilə birlikdə zalda Ziyanın ayaqlarını ovxalamağa başlamışlar. Sonra onun kiçik qızı Ruqəyya da evdə ağladığı üçün gedib onu sakitləşdirməyə çalışmış, uşağa yemək verəndə Ziya evin içində gəzməyə başlamış, bu ərəfədə Bəhruz həyətdəki hamamdan çıxaraq qapının qarşısında dayanıb Ziyaya “əmi mənimlə bir işin yoxdu” deyə sual vermiş, Ziya birdən acıqlı şəkildə diksinərək “yoxdur” demişdir. Sonra Ziya hara getdiklərini soruşanda Bəhruz anasını Şirvan şəhərində diş həkiminə aparacağını bildirmişdir. Bəhruz çıxıb gedəndən sonra arxaya çevriləndə Ziyanın evdə olmadığını görmüş, bu vaxt çöldə əvvəlcə Ziya ilə Bəhruzun qışqırıq səslərini eşitmiş və Ziyanın Bəhruzu döydüyünü güman etmişdir. Bunun ardınca isə Rahilənin qışqırıq səsini eşitmiş və bir neçə saniyədən sonra onların səsləri kəsilmişdir. Bu vaxt qorxmuş və başa Ziyanın onları öldürdüyünü başa düşmüşdür. Buna görə də dərhal uşaqlarını da götürüb həyətin arxasından qonşusu Tahirənin evinə qaçmışdır. Övladlarını aparandan sonra Fatimə təkrar atasının yanına qayıtmışdır. O, qonşuda olarkən Ziya qışqıraraq onu çağırmağa başlamış və heç nə etməyəcəyini demişdir, lakin qorxudan evdən çölə çıxmamışdır. Tahirə ona küçədə 2 nəfərin yerdə uzandığını bildirmişdir. Sonra Tahirə ona Ziyanın oradan uzaqlaşıb getdiyini xəbər vermişdir. Ziya gedəndən sonra övladlarının hamısını götürüb qardaşının evinə getmişdir. Sonradan bütün kənd sakinlərinə X18 bıçaqla vurduğu yayılmışdır. Rahilə hadisə yerində dərhal ölmüş, lakin Bəhruz yaralı olduğu üçün onu Şirvan ŞMX-na aparmışlar. Bəhruz da xəstəxanaya aparılarkən ölmüşdür. Şahid4 əlavə olaraq bildirmişdir ki, hadisə baş verdiyi zaman evdə Bəhruzugildə Rahilə ilə Bəhruzun özü, onlarda isə Fatimə, Ruqəyya və o olmuşdur. Təqsirləndirilən şəxs qardaşı oğlu Bəhruz Əliyevi onunla cinsi əlaqədə olduğunu düşündüyü üçün öldürmüşdür. Onun anası Rahilə Əliyevanı isə nə səbəbə görə öldürdüyünü bilməmişdir. Təqsirləndirilən şəxs əsəb xəstəliyindən əziyyət çəkmiş, bununla bağlı özünün dediyinə görə 2008-ci ildə Maştağa qəsəbəsində yerləşən psixiatriya xəstəxanasında müalicə də almışdır. İfadəsi elan edildikdən sonra Şahid4 həmin ifadəsinin doğru olduğunu, ifadəsini tam təsdiq etdiyini bildirib, suallara cavab vermək istəmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 təqsirləndirilən şəxs atası olduğundan onun əleyhinə ifadə verməyəcəyini bildirib, ifadə verməkdən imtina etmişdir. Cinayət prosesi tərəflərinin razılığı ilə Şahid3 ibtidai istintaq zamanı şahid qismində dindirmə protokolu elan və tədqiq edilmişdir. Həmin ifadəsində Şahid3 anası Şahid4 yuxarıda qeyd edilən ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Salyan rayon prokurorluğunun müstəntiqi İsmayıl Cavadlı tərəfindən Salyan rayon prokuroruna ünvanlanmış xx.xx.2024-cü il tarixli təqrirdən görünür ki, 01 mart 2024-cü il tarixdə, saat 17:00-da Salyan Rayon Polis Şöbəsinin növbətçi hissəsindən daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs polis şöbəsinə gəlib qardaşı arvadı X25 və X11 öldürdüyünü bildirərək təslim olmuşdur. (c İ, i.v 3) İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 01 mart 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Salyan rayonu Pambıqkənd kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində və küçədə qana bənzər ləkələr aşkar edilmiş və həmin ləkələrdən pambıq üzərinə hopdurulmaqla nümunələr, qanabənzər ləkələr olan torpaq nümunəsi, üzərində qana bənzər ləkələr olan dəri kəmər, həmçinin Salyan rayonu Pambıqkənd kənd tam orta məktəbin həyətindən balta götürülmüşdür. (c İ, i.v 4-12) İşdə olan, “Meyitə baxış keçirilməsi haqqında” 01 mart 2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Bəhruz Əliyevin bədəni üzərində döş qəfəsinin ön sol səthində döş qəfəsindən 4 sm aşağı 2,5x1,8 sm ondan bir qədər aralı 2,5x2 sm, qarnın ön sol nahiyəsində 3x1,5 sm qarnın ön divarında göbəkdən bir qədər yuxarı 2 sm, göbəkdən bir qədər aşağı 4x2 sm, sağ qabırğaaltı nahiyədə 9x2,8 sm 5x1,5 sm ölçülərdə xəsarətlər vardır. Bəhruz Əliyevin meyitinə baxış keçirilərkən əynində olan pulover, şalvar, mayka götürülmüşdür. (c İ, i.v 13-18) İşdə olan, “Meyitə baxış keçirilməsi haqqında” 01 mart 2024-cü il tarixli protokoldan görünür ki, Şahid4 bədəni üzərində sol qulaqaltı nahiyədə 12x7 sm, sağ körpücük nahiyəsində 9x2,2 sm, sağ qoltuqaltı nahiyədə 5x0,5 sm, qarnın sağ nahiyəsində 1,5x1 sm, sol süd vəzisi altında 3x1,5 sm, sol bel nahiyəsində 2,5x1 sm, qarnın sol yan hissəsində 5x3 sm, 3x2 sm, sol qoltuqaltı nahiyədə 2,5x0,5 sm, sol saidin yuxarı 1/3-nin ön səthində 5,5x2 sm ölçüdə xəsarətlər vardır. Şahid4 meyitinə baxış keçirilərkən əynində olan mayka, şalvar, busqalter, don, palto götürülmüşdür. (c İ, i.v 19-26) İşdə olan, xx.xx.2024-cü il tarixli “cinayət törətmiş şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Əliyev X23 RPŞ-nin PPXB-nin polis nəfəri X5 vasitəsi ilə rayon polis şöbəsinə gələrək X11 və X16 qəsdən öldürdüyünü etiraf edərək könüllü təslim olmuş və cinayət hadisəsini törətdiyi bıçağı təqdim etmişdir. (c İ, i.v 28) İşdə olan, şübhəli şəxsin tutulması haqqında 01 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2024-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 43) İşdə olan, xx.xx.2024-cü il tarixli könüllü təqdim olunan əşyaların götürülməsi və baxışın aparılması haqqında protokoldan və fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs əynində olan üzərində qanabənzər ləkələrlə şalvar və köynək götürülmüşdür. (c İ, i.v 64- 65) İşdə olan, 02 mart 2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən hadisə yerində şəraiti, orada olan əşyaları tam dəqiqliklə göstərmişdir. (c İ, i.v 68-71) İşdə olan, “Telefona baxış keçirilməsi haqqında” 01 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid4 cinayət hadisəsindən qabaq söhbət etdikləri videoda Təqsirləndirilən şəxs bildirir ki, “hacət namazı qılacam, sırf sənlikdi, yaxına dur, səninlə xoşluqla olublar ya zorlayıblar”, Şahid4 bildirir ki, “mənimlə məcburi olublar, qorxudublar, xoşluqla olmayıb”, Təqsirləndirilən şəxs bildirir ki, “ağzını tutublar hə?”, Şahid4 bildirir ki, “hə”. Təqsirləndirilən şəxs bildirir ki, “sənnən daldan da qabaqdan da olublar”, Şahid4 bildirir ki, “hə, sən təkrar təkrar bu şeyləri məndən soruşursan mən özümdən gedirəm.” Təqsirləndirilən şəxs bildirir ki, “Peyman sənə ilk dəfə neçənci ildə toxunub”. Şahid4 bildirir ki, “2007-ci ildə Lalənin qızının toyunda biz Bakıya gedəndə olub, sən onda Nabranda idin”. Həmin video görüntülər iş üzrə əhəmiyyət kəsb etdiyindən CD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. (c İ, i.v 99-100) İşdə olan, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(057)-18/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü ildən hesablanmışdır. (c İ, i.v 126-131) İşdə olan, zərərçəkmiş şəxslərin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X19 zərərçəkmiş şəxslər X8 və X12 hüquqi varisi qismində tanınmışdır. (c İ, i.v 133-134) İşdə olan, Salyan RİHB-nın Salyan rayon Qaraçala qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Pambıqkənd kəndində yaşayır, ailə tərkibi arvadı, 2009, 2016, 2020 və 2022-ci il təvəllüdlü uşaqlarından ibarətdir, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. (c İ, i.v 146-147) İşdə olan, TƏBİB “Salyan Rayon Mərkəzi Xəstəxanası” X42 və “Respublika Narkoloji Mərkəzi” tərəfindən verilmiş xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli sorğuya cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxs 2010-cu il tarixdən “Həşiş narkomaniyası” ilə qeydiyyatdadır. (c İ, i.v 152,165) İşdə olan, Salyan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid4 arasında bağlanmış nikah xx.xx.2009-cu ildə Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən 1279 nömrəli aktla dövlət qeydiyyatına alınmışdır. (c İ, i.v 163) İşdə olan, 24 iyun 2009-cu il tarixli, 1(101)-636/09 nömrəli Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (c İ, i.v 166-170) İşdə olan, xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2, 182.2.3, 228.4 və 66.3-cü maddələri ilə 06 il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə cəzası 2 ilə endirilmiş, xx.xx.2004-cü ildə isə cəzanın sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3 və 93.1.4-cü maddələri ilə 10 il müddətində azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə cəzası 09 il 09 aya endirilmiş, xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. (c İ, i.v 183-185) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli 4495 nömrəli məktubdan görünür ki, X21 və X22 adı göstərilən xəstəxanada müalicədə olmamışlar. Təqsirləndirilən şəxs xx.xx.2008-ci il və xx.xx.2008-ci il tarixdə “Affektiv tipli şəxsiyyət pozuntusu, özünü kəsmələr” diaqnozu ilə qeyd olunan xəstəxanada stasionar müayinələrdə olmuşdur. (c İ, i.v 190) İşdə olan, cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 9 nömrəli rəyindən görünür ki, X12 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir; - Döş qəfəsinin ön səthində döş boşluğuna keçən, sağ ağciyərin yuxarı payını, ürək kisəsini, ürəyi zədələyən 2 ədəd, sol qulaq arxası nahiyənin 1 ədəd, qarının ön divarının sağ və sol nahiyələrinin 3 ədəd, sol bel nahiyəsinin 1 ədəd, sağ və sol qoltuqaltı nahiyələrinin 2 ədəd, sol saidin yuxarı 1/3-nin ön səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları aşkar edilmişdir. Bu xəsarətlər birlikdə həyatidir, ölümündən bir qədər əvvəl deşici-kəsici alətin zərbəvi təsiri nəticəsində yetirilmişlər və bunlardan döş qəfəsinin ön səthində döş boşluğuna keçən, sağ ağciyərin yuxarı payını, ürək kisəsini, ürəyi zədələyən 2 ədəd deşilmiş-kəsilmiş yarası, qarnın ön divarının sağ və sol nahiyələrinin 3 ədəd daxilə nüfuz edən yaraları həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Sol qulaq arxası, sol bel, sağ və sol qoltuqaltı, sol saidin yuxarı 1/3-nin ümumilikdə 5 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Bu xəsarətlər qeyd olunan hadisə gününə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Rahilə Əliyevanın ölümünə səbəb-ürək kisəsinin ürəyin, ağciyərin sol payının yaralanması nəticəsində baş vermiş kəskin çoxlu qanitirmə olmuşdur. Rahilə Əliyevanın ölümü onun meyitinin meyitxanada müayinəsindən təxminən 3-4 saat əvvəl baş vermiş, meyitin bədəni üzərində aşkar edilmiş xəsarətlər qısa zaman kəsiyində ard-arda yetirildiyinə görə hansı ardıcıllıqla yetirilməsini müəyyən etmək mümkün olmamışdır. Xəsarətlərin lokalizasiyasına əsasən demək olar ki, bu xəsarətlər yetirilərkən Rahilə Əliyeva və xəsarəti yetirən şəxs müxtəlif qarşılıqlı duruş vəziyyətində ola bilərdilər, çox güman ki, onlar yetirilərkən Rahilə Əliyevanın bədəninin ön səthi xəsarət yetirən şəxsə tərəf yönəlmiş vəziyyətdə olmuşdur. Rahilə Əliyeva aldığı xəsarətlərdən sonra məqsədyönlü hərəkət edə bilməzdi və xəsarətlərin özü tərəfindən yetirilməsi inkar edilir. Rahilə Əliyevanın meyitində aşkar edilmiş yara və yara kanallarının xarakterini, lokalizasiyalarını, ölçülərini və maddi sübutun-bıçağın konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin xəsarətlərin ekspertizaya təqdim olunmuş və ya ona oxşar bıçaqlarla yetirilməsi inkar olunmur. Rahilə Əliyevanın meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı zamanı etil spirti, narkotik və ya psixotrop maddə aşkar edilməmişdir. (c İ, i.v 246-250) İşdə olan, cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 96 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol əlin İİİ barmağının ovuc səthinin yarası kəsici –deşici alətin təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə bıçaqla öz əlini kəsməsi nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. (c İİ, i.v 1) İşdə olan, cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 8 nömrəli rəyindən görünür ki, X8 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - Döş qəfəsinin sol yarısının ön səthində döş boşluğuna keçən, ürək kisəsini, ürəyi, sol ağciyəri zədələyən 2 ədəd ədəd deşilmiş-kəsilmiş yara, sol qoltuqaltı nahiyədə döş boşluğuna keçməyən 2 ədəd deşilmiş-kəsilmiş yara, qarının ön divarının daxilə keçən, böyük piyliyin və qara ciyərin zədələnməsi ilə müşayiət olunan 3 ədəd deşilmiş-kəsilmiş yaraları aşkar edilmişdir. Bu xəsarətlər həyatidir, ölümündən bir qədər əvvəl deşici-kəsici alətin zərbəvi təsiri nəticəsində yetirilmişlər və bunlardan döş qəfəsinin ön səthinin 2 ədəd daxilə keçən, qarının ön divarının ön divarının 3 ədəd daxilə keçən yaraları ümumilikdə, istərsə də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Sol qoltuqaltı nahiyənin 2 ədəd daxilə nüfuz etməyən deşilmişkəsilmiş yaraları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Bu xəsarətlər qeyd olunan hadisə gününə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Bəhruz Əliyevin ölümünə səbəb-ürək kisəsinin, ürəyin, ağciyərin sol payının, qaraciyərin yaralanması nəticəsində baş vermiş kəskin çoxlu qanitirmə olmuşdur. Bəhruz Əliyevin ölümü onun meyitinin meyitxanada müayinəsindən təxminən 2-3 saat əvvəl baş vermiş, meyitin bədəni üzərində aşkar edilmiş xəsarətlər qısa zaman kəsiyində ard-arda yetirildiyinə görə hansı ardıcıllıqla yetirilməsini müəyyən etmək mümkün olmamışdır. Xəsarətlərin lokalizasiyasına əsasən demək olar ki, bu xəsarətlər yetirilərkən Bəhruz Əliyev və xəsarəti yetirən şəxs müxtəlif qarşılıqlı duruş vəziyyətində ola bilərdilər, çox güman ki, onlar yetirilərkən Bəhruz Əliyevin bədəninin ön səthi xəsarət yetirən şəxsə tərəf yönəlmiş vəziyyətdə olmuşdur. Bəhruz Əliyev aldığı xəsarətlərdən sonra məqsədyönlü hərəkət edə bilməzdi və xəsarətlərin özü tərəfindən yetirilməsi inkar edilir. Bəhruz Əliyevin meyitində aşkar edilmiş yara və yara kanallarının xarakterini, lokalizasiyalarını, ölçülərini və maddi sübutun-bıçağın konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin xəsarətlərin ekspertizaya təqdim olunmuş və ya ona oxşar bıçaqlarla yetirilməsi inkar olunmur. Bəhruz Əliyevin meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı zamanı etil spirti, narkotik və ya psixotrop maddə aşkar edilməmişdir. (c İİ, i.v 2-7) İşdə olan, cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 146/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu-Abeta/İİ/.(Təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən), X8 ABO sistemi üzrə qan qrupu-Abeta(H)/İİ/. Əİiyeva Rahilə Kamo qızının ABO sistemi üzrə qan qrupu-Balfa(H)/İİİ/. - Həmin rəyə əsasən ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, 01 ədəd balta, 02 ədəd paketdə bərkimiş torpaq hissələri, 03 ədəd pambıq tampon, 01 ədəd kəmər, Təqsirləndirilən şəxs məxsus kofta və cins şalvar, B.Əliyevə məxsus alt mayka, sviter, şalvar, R.K.Əliyevaya məxsus alt mayka, büstqalter, retuz, don və palto üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda 1 saylı paketdəki bərkimiş torpaq hissələri (Ayəddin Abıyevə məxsus evin hasarının önündəki torpaqdan), 5 saylı paketdəki pambıq tampon (Ayəddin Abıyevə məxsus evin hasarının önündəki qaz borusunun üzərindən), R.K.Əliyevaya məxsus alt mayka, büstqalter, retuz, don və palto üzərindəki ləkələrdə «B» və «H» antigenləri, bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş X17 məxsus ola bilər. - Balta, 2 saylı paketdəki bərkimiş torpaq hissələri (Təqsirləndirilən şəxs yaşadığı evin hasarının önündəki torpaq üzərindən), 3 və 4 saylı paketdəki pambıq tampon (Təqsirləndirilən şəxs məxsus həyətin beton döşəməsi və evin hasarının önündəki qaz borusunun üzərindən), 01 ədəd kəmər, Təqsirləndirilən şəxs məxsus kofta və cins şalvar, B.Əliyevə məxsus alt mayka, sviter və şalvar üzərindəki ləkələrdə «A» və «H» antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş X13 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa. Bıçaq üzərindəki ləkələrdə isə «A», «B» və «H» antigenləri alındı. Qan ləkələri bir şəxsə məxsusdursa AB(H)/İV/ qruplu şəxsin, qarışıq olduğu halında isə ləkələrdə AB(İV), Abeta(İİ), Balfa(İİİ)/ müşayiətçi «H» antigeni və ya onsuz/ və Oalfa, beta(İ) qruplu şəxslərin qarışmış qanlarının olması mümkündür. Bu halda ləkələrdə X12, X8 və Təqsirləndirilən şəxs qarışmış qanlarının olması inkar olunmur, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa. (c İİ, i.v 8-17) İşdə olan, cinayət işi üzrə təyin edilmiş məhkəmə-trasoloji və ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3/617-618 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd predmet, kustar üsulla hazırlanmış bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik olan təsərrüfat–məişət təinatlı baltadır. Tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş geyim əşyalarından Bəhruz Əliyevə məxsus paltarların (jaketin, maykanın) və Rahilə Əliyevaya məxsus paltarların üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi aiddir. Tədqiqata təqdim edilmiş Bəhruz Əliyevə məxsus şalvarın və Təqsirləndirilən şəxs məxsus paltarların üzərində hər hansı mexaniki zədə müəyyən edilmədi. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatdır. (c İİ, i.v 18-23) İşdə olan, cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 467 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitədən istifadə halları istisna olunmur. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur, məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. (c İİ, i.v 30) İşdə olan, cinayət işi üzrə təyin edilmiş kompleks ambulator məhkəmə -psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1429 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs barəsində istitnaqın ekspertlər qarşısında qoyduğu suallara ambulator şəraitdə cavab verməyin çətin olmasını nəzərə alaraq hazırki psixi vəziyyətinin düzgün qiymətləndirilməsi ətraflı və uzun müddətli müayinə tələb etdiyindən onun stasionar məhkəmə psixiatrik ekspertizasına göndərilməsi zəruridir. (c İİ, i.v 32-34) İşdə olan, cinayət işi üzrə təyin edilmiş kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 102 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədənə qədər və həmin əməlini törətdiyi zaman “Paranoid şəxsiyyət pozuntusu” kimi psixi pozuntudan əziyyət çəkmişdir, Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatının onuncu baxışında qeyd edilmişdir: «Şəxsiyyətin paranoid pozuntusu uğursuzluqlara hədsiz incikliyi bağışlaya bilməməklə, şübhəliliklə və ətrafdakıların neytral və dostcasına hərəkətlərini düşməncəsinə və saymazlıq kimi qəbul etmə yolu ilə reallığın dəyişdirilməsinə meylliliklə xarakterizə olunan şəxsiyyət pozğunluğudur». Həmçinin mötəbər elmi ədəbiyyatlardakı məlumata əsasən bu tip şəxsiyyət pozuntusu olan insanlar xəyali düşmənlərinə qarşı mübarizə aparmaqdan yorulmur, bəzən olduqca qəddar, ədalətsiz hərəkət etməyə qadir olurlar. Paranoyal psixopatlar öz məqsədlərinə nail olmaq üçün illərlə mübarizə aparmaqdan yorulmur, müxtəlif idarə və təşkilatlara şikayətlər etməkdən çəkinmirlər».Yoxlanılan şəxs Təqsirləndirilən şəxs paranoid tipli şəxsiyyət pozuntusu əlamətləri müəyyən edilir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müəyyən edilən paranoid tipli şəxsiyyət pozuntusu onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı şəxsiyyətin paranoid tipli pozuntusuna xas əlamətlər müəyyən edilir. Lakin həmin pozuntu Təqsirləndirilən şəxs öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən paranoid tipli şəxsiyyət pozuntusu cinayət əməlini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Təqsirləndirilən şəxs qərarda qeyd edilən cinayət əməlini törədərkən paranoid tipli şəxsiyyət pozuntusundan əziyyət çəkməsinə baxmayaraq öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs inadkarlıq, hövsələsizlik, eqosentrizm, qısqanclıq, şübhəlilik, başqalarının fikirləri ilə razılaşmamaq, öz fikirlərini ətrafdakılara qəbul etdirməyə çalışmaq, öz maraqlarını üstün tutmaq, mübahisəyə və konfliktə meyllilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs keçirdiyi emosional vəziyyəti onda müəyyən edilən psixi pozuntu ilə şərtləşmiş, həmin zaman davranışları implusiv olmuşdur.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (c İİ, i.v 82-89) İşdə olan, cinayət işi üzrə təyin edilmiş xx.xx.2024-cü il tarixli, 24/1012 nömrəli məhkəmə-genetik ekspertizasının rəyindən görünür ki,
1. Təqsirləndirilən şəxs 99.99 % ehtimalla X9 bioloji atasıdır.
2. Təqsirləndirilən şəxs 99.99 % ehtimalla Şahid3 bioloji atasıdır.
3. Təqsirləndirilən şəxs 99.99 % ehtimalla X15 bioloji atasıdır.
4. Təqsirləndirilən şəxs 99.99 % ehtimalla X14 bioloji atasıdır. (c İİ, i.v 90-96) İşdə olan, xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayətin törədilməsində istifadə olunan bıçaq, Bəhruz Əliyevə məxsus şalvar, mayka, pulover, Rahilə Əliyevaya məxsus şalvar, mayka, busqalter, don, palto, Təqsirləndirilən şəxs məxsus uzunqol köynək və şalvar, 1 ədəd balta, 1 ədəd dəri kəmər, 3 ədəd pambıq topası, 2 ədəd torpaq nümunəsi topası öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyindən iş üzrə maddi sübut kimi hesab edilmişdir. (c İİ, i.v 99-122) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: qardaşı oğlulları Peyman, Rəşad və Bəhruzu bir yerə yığıb onları öldürmək məqsədi olmuş, tək Bəhruzu yaxud onun anasını qətiyyən vurmaq fikrində olmamış, bu hadisə gözlənilmədən olmuş, səbr edib üç qardaşı bir yerə yığıb üçünü də bir yerdə vurmaq istəmiş, hadisə günü Bəhruzun yanından keçməyinin yadında olduğunu, sonrasının isə yox, elə bil içindən bir səsin möhkəm “vur” deməsini, necə vurduğunu, hara vurduğunu bilməmiş, Rahilədən qan fışqıranda ayılmış, hadisəni biixtiyar törətmiş, Rahilənin yıxıldığını, çönəndə isə Bəhruzun yıxıldığını görmüş, həmin ərəfədə heç bir səs eşitməmiş, əgər orda səs olmuşsa Əjdərin səsinin ola biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində bildirdiyi yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən onun özünün müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü ildə şübhəli (cild İ – i.v. 58-61), xx.xx.2024-cü ildə və xx.xx.2024-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v 79-83, cild İİ – i.v 132-135) qismində verdiyi ifadələri (o, ittihamda göstərilən xüsusatları, hadisə zamanı həyətin qapısından çölə çıxanda Bəhruzun həyətlə üzbəüz hasarın yanında dayandığını görüb ona yaxınlaşmış və belindəki bıçağı sağ əlinə götürüb dalbadal onu öldürmək məqsədilə bıçaqla qəflətən bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur. Bıçaqla zərbə vurarkən onu konkret olaraq öldürmək məqəsdilə vurmuş, Bəhruz ona müqavimət göstərə bilməmişdir. Həmin vaxt anası ilə birlikdə həkimə getməli olan Bəhruzun anası Rahilə onların səsinə çölə çıxmış və Rahilə çöldə olduğu zaman Bəhruza zərbə vurmaqda davam etmiş, Bəhruz oradaca yerə yıxılmış və o ömürlük azadlıqdan məhrum ediləcəyini düşündüyü üçün dərhal darvazanın qarşısında dayanan Rahiləyə yaxınlaşmış, Rahilə ağlayaraq onu öldürməməsi üçün ona yalvarsa da onun dediklərinə məhəl qoymamış və onun arvadının onun övladları tərəfindən zorlandığını bildiyini düşündüyü üçün qəflətən bıçaqla onun da bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmişdir. Rahilə də oradaca yerə yıxılmışdır. Onların öldüklərinə əmin olduqdan sonra həyətə girdiyini bildirmiş), şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.7 və 228.4-cü maddələri ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Bəhruz Əliyev və Rahilə Əliyevanı xüsusi amansızlıqla iki şəxsi vahid qəsdlə öldürməsi, yəni onları qəsdən həyatdan məhrum etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı qismən təsdiq etdiyi ifadələrində səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Belə ki, hazırki cinayət işi üzrə məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Bəhruz Əliyev və Rahilə Əliyevaya yetirmiş olduğu xəsarətlərin lokalizasiyası, yetirilmə mexanizmi, təqsirkarın və zərərçəkmişlərin qüvvələrinin nisbəti və sair halları nəzərə alıb hesab edir ki, təqsirkar Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsi prosesində zərərçəkmiş şəxslərə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş edilərək, Bəhruz Əliyev yaşadıqları evin həyətinin darvazasından küçəyə çıxmış, orada anası Rahilə Əliyevanı diş həkiminə aparmaq üçün dayanıb gözləyərkən ona qəflətən yaxınlaşıb sağ əli ilə şalvarının belində gizlədərək gəzdirdiyi soyuq silah hesab edilən ov tipli, kəsicideşici xassəyə malik qatlanmayan bıçağı çıxardıb Bəhruz Əliyevə zərbələr vurmağa başlamış, həmin vaxt səs-küyə küçəyə çıxan Rahilə Əliyevanın gözü qarşısında xüsusi əzab verdiyini əvvəlcədən dərk etməklə müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək Bəhruz Əliyevə bıçaq zərbələri vurmağa davam etməklə sonuncuya qəsdən, ümumilikdə 07 (yeddi) ədəd bıçaq zərbələri vuraraq, 02 (iki) ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, 05 (beş) ədəd həm ayrıayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid çoxsaylı bıçaq xəsarətləri yetirib, Bəhruz Əliyevin ürək kisəsini, ürəyin, ağ ciyərin sol payının, qaraciyərin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmədən ölümünə səbəb olmaqla Bəhruz Əliyevi xüsusi amansızlıqla qəsdən öldürlüklən sonra, Rahilə Əliyevaya yaxınlaşıb arvadının sonuncunun övladları tərəfindən zorlanmasından məlumatı olması barədə şübhələrinə görə qisas alıb qəsdən öldürmək qərarına gələrək, Rahilə Əliyevanın onu öldürməməsi üçün etdiyi yalvarışlarına, aman diləməsinə məhəl qoymadan sonuncuya xüsusi əzab verdiyini əvvəlcədən dərk etməklə, müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək, sağ əlində saxladığı həmin soyuq silah hesab edilən bıçaqla Rahilə Əliyevaya qəsdən, ümumilikdə 10 (on) ədəd bıçaq zərbələri vuraraq, 05 (beş) ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, 05 (beş) ədəd həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid çoxsaylı bıçaq xəsarətləri yetirib, Rahilə Əliyevanın ürək kisəsini, ürəyin, ağ ciyərin sol payının yaralanması nəticəsində baş vermiş kəskin qanitirmədən ölümünə səbəb olmaqla, Bəhruz Əliyev və Rahilə Əliyevanı qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab olunan bıçaqla onların hər ikisini xüsusi amansızlıqla qəsdən öldürməsi cinayət işinin mübahisəsiz hallarıdır və təqsirləndirilən şəxsin etirafedici ifadələri ilə yanaşı iş materiallarında olan yuxarıda sadalanan çoxsaylı sübutlarla da tam təsdiq edilir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7 və 228.4-cü maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə hər bir adamöldürmə əməli insanın həyatdan məhrum edilməsi ilə nəticələnən qəddar və amansız cinayətdir. Lakin qanunvericilikdə sadəcə amansızlıqla deyil, xüsusi amansızlıqla törədilən qətl cinayətləri ağırlaşdırıcı hallarda törədilən qəsdən həyatdan məhrumetmə əməllərinə aid edilir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 03 (üç) azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayəti anlaqılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi törətməsi Azərbaycan Respublikası CM-nin 59.1.9-cü maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna alması isə Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Habelə məhkəmə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən xüsusilə ağır cinayət törətdiyindən məhkəmə cinayətin xüsusi təhlükəli residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən xüsusilə ağır cinayət törədilməsi cinayətin xüsusi təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən altı il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini, onun kriminal keçmişini nəzərə almışdır. Eyni zamanda cəza təyinində törədilən cinayətin xarakteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan hallardan başqa təqsirləndirilən şəxsə cəza təyin edilərkən onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Şəxsin ictimai təhlükəlliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olubolmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Bundan başqa məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu, konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarakteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimai təhlükəliliyinin xarakterinə, onun hansı qrupa – böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və ya xüsusilə ağır cinayətlər qrupuna mənsub olmasından, CM-in Xüsusi hissəsinin hansı fəslinə daxil olmasından asılı olaraq qiymət verilir. Beləliklə, məhkəmələr cəza təyin edərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna aid olduğunu, CM-in Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərlə dövlətin cinayət-hüquqi mübarizə siyasətini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 57.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. Məhkəmə baxışı zamanı təkzibedilməz və mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs şəxsiyyət əleyhinə olan xüsusilə ağır cinayətləri törətmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli xüsusilə ağır cinayətdir və ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırmalıdır. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona ömürlük azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin ediləcək ömürlük azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.5-ci maddəsinə əsasən həbsxanada çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 01 mart 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 49-cu bəndinə əsasən təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hökmün elan edilməsindən sonra ona əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Salyan Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan cinayətin törədilməsində istifadə olunan bıçaq, Bəhruz Əliyevə məxsus şalvar, mayka, pulover, Rahilə Əliyevaya məxsus şalvar, mayka, busqalter, don, palto, Təqsirləndirilən şəxs məxsus uzunqol köynək və şalvar, 1 ədəd balta, 1 ədəd dəri kəmər, 3 ədəd pambıq topası, 2 ədəd torpaq nümunəsi topası məhv edilməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.7-ci maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş ömürlük azadlıqdan məhrumetmə cəzasını həbsxanada çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 01 mart 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Salyan Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan cinayətin törədilməsində istifadə olunan bıçaq, Bəhruz Əliyevə məxsus şalvar, mayka, pulover, Rahilə Əliyevaya məxsus şalvar, mayka, busqalter, don, palto, Təqsirləndirilən şəxs məxsus uzunqol köynək və şalvar, 1 ədəd balta, 1 ədəd dəri kəmər, 3 ədəd pambıq topası, 2 ədəd torpaq nümunəsi topası məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Təqsirləndirilən şəxs izah edsin ki, onun Azərbaycan Respublikasının Prezidenti qarşısında əfv haqqında vəsatət qaldırmaq hüququ vardır. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev