Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-652/2022 01.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi - hakim Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər: Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, tərcüməçi X4, təqsirləndirilən şəxs X1, onun müdafiəçisi Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxxxx 1978-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, sürücü işləmiş, məhkum olunmamış, Rusiya Federasiyası Dağıstan Respublikasının Levoşinsk rayonu, Ulluaya kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, X1 Azərbaycan Respublikası CM-nin 206.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayının sonlarında İran İslam Respublikasında (bundan sonra məntndə - İİR) olarkən məlum olmayan mənbədən qəsdən, tamah və satış məqsədilə qanunsuz əldə etdiyi külli miqdar 40,2 qram cəkidə cəmi 268 həbi, 3 karton qutuda hər qutuda 3 konvolyut, hər konvolutda 10 həb olmaqla narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan tərkibindəki preqabalin güclü təsir edən maddəsinin üzərində “Pregabin 150” yazısı olan 90 həbi 1 ədəd sellofan paketdə saxlamış, həmçinin üzərində heç bir markalanma göstəricisi olmayan narıncı-göy rəngli preqabalin tərkibli 178 həbi isə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Volvo” markalı “e458cx53/ae803905” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında olan əvvəlcədən yan ciblərini içəridən sökdüyü tünd göy rəngli gödəkçənin astar hissəsində gizlədərək qanunsuz saxlayıb İİR-dən Azərbaycan Respublikasına daşımış, 29 iyun 2022-ci il tarixdə saat 11 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Astara” gömrük postunda üzərində “Pregabin 150” yazısı olan həmin 90 həbi gömrük orqanına yazılı bəyan etməməklə, üzərində heç bir markalanma göstəricisi olmayan preqabalin tərkibli 178 həbi isə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü dərman preparatlarını gömrük bəyannaməsi tərtib etmədən qaçaqmalçılıq yolu ilə keçirməkdə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir beynəlxalq yük daşımaları üzrə sürücüsü kimi fəaliyyət göstərir. İdarə etdiyi “Volvo” markalı avtomobillə İrana gedib-gəlmişdir. Saxlanılmamışdan əvvəl son dəfə İranın Astara şəhərində olarkən həmyerlisi Aslan Dağıstandan ona zəng edərək İrandan bəzi dərmanların ucuz olduğundan həmin dərmanları alıb gətirməsini xahiş etmişdir. Aslan ona bildirmişdir ki, hazırda müharibə şəraiti olduğundan həmin dərmanlar Dağıstanda tapılmır. Aslanın ona dediyi dərmanları İranın Astara şəhərində yerləşən tanımadığı apteklərin birindən almışdır. Aptekə getmiş, dərmanları tanımadığından aptekdə çalışan əczaçı ilə Aslanı mobil telefonda danışdırmış, Aslan həmin dərmanların adını əczaçıya demişdir. Tanımadığı əczaçı Aslanın dediyi dərmanları sellofan paketdə qoymuş və onları alaraq paketi idarə etdiyi Volvo markalı yük maşının sürücü tərəfində oturacağın üzərinə qoymuşdur. Aslan ona yenidən zəng edərək söhbət əsnasında preqabalin dərmanlarının az olduğunu, bir qədər də almasını tapşırmışdır. Tanımadığı aptekdən preqabalin tabletkalarını almış və həmin gün hava yağışlı olduğundan tabletkaları gödəkçəsinin astarına gizlətmişdir. xx.xx.2022-ci il tarixdə İranın Astara şəhərindən sərhədi keçib Azərbaycan Respublikasının Astara şəhərinə gəlmişdir. “Astara” gömrük postunda bir qədər növbədə gözlədikdən sonra saat 11 radələrində idarə etdiyi “Volvo” markalı nəqliyyat vasitəsi ilə yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə daxil olmuşdur. Gömrük əməkdaşları onu saxlamış və maşına baxış keçirərkən hər hansı bir qadağan olunmuş əşyanını olub-olmamasını soruşmuşlar. Onlara içərisində “Vitamin D”, “Omeqa 3”, “Voltadec 100” və digər yazısı olan dərmanları təqdim etmişdir. Daha sonra baxış zamanı həmin dərmanlarla birgə paketdə preqabalin tabletkaları aşkar olunmuşdur. Bundan sonra gömrük əməkdaşları maşının kabinasına baxış keçirən zaman istirahət üçün nəzərdə tutulmuş hissədə onun gödəkçəsini və gödəkçənin astar hissəsində olan preqabalin tabletkalarını aşkar etmişlər. O, dərmanları gödəkçəsinə qoyarkən gizlətmək niyyətinin olmadığını bildirmişdir. Preqabalin dərmanının qanunsuz olmasından xəbəri olmamışdır. Maşında aşkar olunan digər dərmanları və vitaminləri İrandan ucuz qiymətə xəstə olan arvadına almışdır. Tabletkaların Preqabalin olduğunu bilmiş, lakin həmin tabletkanın Azərbaycan Respublikasında dövriyyəsinin qadağan olmasından məlumatı olmamışdır. Özü heç vaxt narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməmişdir. Törətdiyi əməldən peşmandır. Hazırda himayəsində 2 azyaşlı, 1 yetkinlik yaşına çatmayan uşaqları vardır, uşaqların biri Ayub anadangəlmə xəstədir. Özü isə gözdən ikinci qrup əlildir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ilkin etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində aldığı preqebalin dərmanların 178 ədədini qutularından çıxarıb gödəkçəsinin yan ciblərini söküb astarın içərisinə tökdüyünü, bu yolla sərhəddən keçirə biləcəyini düşündüyünü, həmin kapsulların qutularını isə İranda zibil yeşiyinə atdığını, gödəkçəsinin ciblərini sökərək orada gizlətməsinin özünün təşəbbüsü olduğunu, Aslana dərmanları təmənnasız gətirdiyini, pulunu isə çatdırarkən alacağını, pragabalin həblərinin tərkibi barədə onda məlumat olmadığını, dərmanların hamısını bir yerdən aldığını, pragabalin həblərinin sayı çox olduğu üçün bir hissəsini ayırıb gödəkçəsinin astarında gizlətdiyini etiraf etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” gömrük postunun baş inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə postda xidmətdə olarkən saat 11 radələrində Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı yük maşını gömrük nəzarəti zamanı tərəfindən saxlanılaraq nəqliyyat vasitəsinə Təqsirləndirilən şəxs və hal şahidlərinin iştrakı ilə gömrük yoxlaması keçirmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində dərman preparatlarının olduğunu bildirərək 1 ədəd sellofan paketdə olan dərman preparatlarını ona təqdim etmiş, həmin dərman preparatlarına baxış zamanı dərmanlardan 1 ədəd karton qutuda olmaqla, 3 konvolut, hər konvolutda kapsula, ümumilikdə 30 kapsul üzərində “Omega-3” yazısı olan dərman preparatı, 1 ədəd karton qutuda olmaqla, ümumilikdə 30 həb üzərində “Vitamin D3 1000 İU” yazısı olan dərman preparatı, 1 ədəd karton qutuda olmaqla, 9 konvolut, hər konvolutda 10 kapsula, ümumilikdə 90 kapsul üzərində “Voltadec 100” yazısı olan dərman preparatı, 1 ədəd karton qutuda olmaqla, 5 konvolut, hər konvolutda 20 kapsula, ümumilikdə 100 kapsul üzərində “Omega 3 plus”, yazısı olan dərman preparatı, 1 (bir) ədəd plastik qabda olmaqla, 90 həb üzərində “Calci Pover” yazısı olan dərman preparatı, 1 ədəd karton qutuda olmaqla, ümumilikdə 30 həb üzərində “Vitamin D3 2000 İU” yazısı olan dərman preparatı və mütləq şəkildə yazılı formada bəyan edilməli olan güclü təsiredici maddələrin siyahısına daxil olan preqabalin tərkibli üzərində “Pregabin 150” yazısı olan 3 ədəd karton qutuda olmaqla, hər qutuda 3 konvolut, hər konvolutda 10 kapsula, ümumilikdə 9 konvolutda 90 kapsula dərman preparatı olduğu məlum olmuşdur. Bundan sonra gömrük yoxlaması davam etdirilərək nəqliyyat vasitəsinin kabinası yoxlanılmış, yoxlama zamanı kabinada olan sürücüyə məxsus tünd göy rəngli gödəkçənin əvvəlcədən yan cibləri içəridən sökülərək astar hissəsində gizlədilmiş dərman preparatlarını aşkar edilmişdir. Daha sonra həmin dərman preparatları oradan çıxarılaraq baxılmış, sayılmış və üzərində heç bir markalanma göstəricisi olmayan 178 kapsula dərman preparatı olduğu məlum olmuşdur. Axmad etiraf etmişdir ki, Preqabalin ona məxsusdur, Dağıstana aparır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə saat 11 radələrində X8 Rusiya vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı maşınına keçirilən baxışda hal şahidi qismində iştirak etmişdir. Axmad adında sürücü nəqliyyat vasitəsində dərman preparatlarının olduğunu bildirərək 1 ədəd sellofan paketdə olan dərman preparatlarını təqdim etmiş, baxış zamanı dərmanların 1 ədəd karton qutuda olmaqla, 3 konvolut, hər konvolutda 10 kapsula, ümumilikdə 30 kapsul üzərində “Omega-3” yazısı olan dərman preparatı, 1 ədəd karton qutuda olmaqla, ümumilikdə 30 həb üzərində “Vitamin D3 1000 İU” yazısı olan dərman preparatı, 1 ədəd karton qutuda olmaqla, 9 konvolut, hər konvolutda 10 kapsula, ümumilikdə 90 kapsul üzərində “Voltadec 100” yazısı olan dərman preparatı, 1 ədəd karton qutuda olmaqla, 5 konvolut, hər konvolutda 20 kapsula, ümumilikdə 100 kapsul üzərində “Omega 3 plus” yazısı olan dərman preparatı, 1 ədəd plastik qabda olmaqla, 90 həb üzərində “Calci Pover” yazısı olan dərman preparatı, 1 ədəd karton qutuda olmaqla, ümumilikdə 30 həb üzərində “Vitamin D3 2000 İU” yazısı olan dərman preparatı və üzərində “Pregabin 150” yazısı olan 3 ədəd karton qutuda olmaqla, hər qutuda 3 konvolut, hər konvolutda 10 kapsula, ümumilikdə 9 konvolutda 90 kapsula dərman preparatı olduğu məlum olmuşdur. Bundan sonra gömrük yoxlaması davam etdirilərək maşının kabinası yoxlanılmışdır. Bu zaman kabinada olan tünd göy rəngli gödəkçənin əvvəlcədən yan cibləri içəridən sökülərək astar hissəsində gizlədilmiş dərman preparatlarını gömrük əməkdaşı tərəfindən aşkar edilmiş və həmin dərman preparatları oradan çıxarılaraq baxılmış, sayılmış və üzərində heç bir markalanma göstəricisi olmayan 178 ədəd kapsula dərman preparatı olduğu məlum olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş digər hal şahidi Şahid3 ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 6/3613 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası DGK-nə məxsus 003703 №-li bir ədəd polietilen paketdəki dərman preparatları dərman formalarına və kimyəvi tərkiblərinə görə adlarına uyğundurlar. Təqdim olunmuş ümumi sayı 268 ədəd olan (90 ədəd “Pregabalin 150 mg” + 178 ədəd narıncı-göy rəngli kapsullar) kapsulların tərkibindəki preqabalin təsir maddəsinin ümumi miqdarı 40.2 qramdır. Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” daxildir. Təqdim olunmuş digər dərman preparatları 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarına” daxil deyildir. Preqabalin kapsullarının ümumi sayı 268 ədəd oluş, 2 kapsul tədqiqata sərf edilmiş, 266 kapsul isə qalıq qalmışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/4720 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 7 adda dərman vasitələrinin ümumilikdə orta bazar qiymətinin xx.xx.2022-ci il tarixinə təxminən 54.60 manat olduğu müəyyən edilmişdir. Həmçinin ekspertizaya təqdim edilmiş 1 qutu “Voltadec 100”, 3 qutu “Pregabin 150” və heç bir markalanma göstəricisi olmayan 178 kapsula dərman preparatlarına internet saytlarında, satışda və mərkəzdə toplanmış məlumatlarda qiymətinə dair məlumatlar olmadığından həmin vasitələrin qiymətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4381 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “malların və nəqliyyat vasitələrinin yoxlanılması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində dərman preparatlarının olduğunu bildirərək 1 ədəd sellofan paketdə olan dərman preparatlarını təqdim etmiş, həmin dərman preparatlarına baxış zamanı dərmanların 1 ədəd karton qutuda olmaqla, 3 konvolut, hər konvolutda 10 kapsula, ümumilikdə 30 kapsul üzərində “Omega-3” yazısı olan dərman preparatı, 1 ədəd karton qutuda olmaqla, ümumilikdə 30 həb üzərində “Vitamin D3 1000 İU” yazısı olan dərman preparatı, 1 ədəd karton qutuda olmaqla, 9 konvolut, hər konvolutda 10 kapsula, ümumilikdə 90 kapsul üzərində “Voltadec 100” yazısı olan dərman preparatı, 1 ədəd karton qutuda olmaqla, 5 konvolut, hər konvolutda 20 kapsula, ümumilikdə 100 kapsul üzərində “Omega 3 plus” yazısı olan dərman preparatı, 1 ədəd plastik qabda olmaqla, 90 həb üzərində “Calci Pover” yazısı olan dərman preparatı, 1 ədəd karton qutuda olmaqla, ümumilikdə 30 həb üzərində “Vitamin D3 2000 İU” yazısı olan dərman preparatı və mütləq şəkildə yazılı formada bəyan edilməli olan güclü təsiredici maddələrin siyahısına daxil olan preqabalin tərkibli, üzərində “Pregabin 150” yazısı olan 3 ədəd karton qutuda olmaqla, hər qutuda 3 konvolut, hər konvolutda 10 kapsula, ümumilikdə 9 konvolutda 90 kapsula dərman preparatı olduğu məlum olmuşdur. Daha sonra yoxlama zamanı kabinada olan tünd göy rəngli gödəkçənin əvvəlcədən yan cibləri içəridən sökülərək astar hissəsində gizlədilmiş dərman preparatlarını aşkar edilmiş, həmin dərman preparatları oradan çıxarılaraq baxılmış, sayılmış və üzərində heç bir markalanma göstəricisi olmayan 178 kapsula dərman preparatı olduğu məlum olmuşdur. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş “HUAWEİ P30 Lite” markalı mobil telefonuna xx.xx.2022-ci il tarixdə keçirilmiş baxışın protokolundan görünür ki, o, ifadəsində qeyd etdiyi Aslan adlı şəxslə xx.xx.2022-ci il tarixdə saat 18:51dən sonra əlaqə saxladığı müəyyən edildi. Bundan əlavə iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs qeyd edilən mobil telefonuna xx.xx.2022-ci il tarixdə yenidən baxış keçirilmiş və “Whatsapp” sosial mesajlaşma tətbiqində “Maqa Xa” kimi qeyd edilmiş +**********6 mobil nömrəsinin və “Marğəm” kimi qeyd edilmiş +7965488-88-80 nobil nömrələrin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs İran İslam Respublikasının ərazisində olarkən “Whatsapp” sosial mesajlaşma tətbiqində “Maqa Xa” kimi qeyd etdiyi +**********6 nömrə ilə və “Marğəm” kimi qeyd olunmuş +7965488-88-80 nömrə ilə müxtəlif vaxtlarda qarşılıqlı zənglərin edildiyi müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış protoklundan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı “E458CX53/AE803905” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində olan və əvvəlcədən yan cibləri içəridən sökülərək astar hissəsində gömrük nəzarətindən gizlədilmiş 178 ədəd kapsulun aşkar edildiyi tünd göy rəngli gödəkçə ona təqdim edilmiş və o, həmin gödəkçənin ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********8 mobil nömrəsindən Azərbaycan Respublikası ərazisində hər hansı bir nömrə ilə zəng və mesajlaşmasının olmadığı müəyyən edilmişdir. X3 Sisteminə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol və əlavə edilmiş sərhədkeçmə hesabatı ilə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11:51də idarə etdiyi “Volvo” markalı, E458CX53 nömrəli nəqliyyat vasitəsi ilə “Astara” gömrük postu sərhəd nəzarət məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olması müəyyən edilmişdir. İş materiallarında olan 8 sentyabr 2022-ci il tarixli qərarla 40,2 qram çəkidə ekspertiza tədqiqatında sonra 266 ədəd qalıq qalmış “Preqebalin” həbləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. İş materiallarında olan aktdan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi və X8 saxlanılan “Volvo” markalı “E458CX53/AE803905” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi 4 iyul 2022-ci il tarixdə Rusiya Federasiyanın vətəndaşı X5 müvafiq aktla X8 təhvil verilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında preqabalin həblərini gödəkçəsinin cibinə qoyarkən onları gizlətmək niyyətinin olmaması, preqabalin həblərinin Azərbaycan Respublikasında dövriyyəsi qadağan olan preparatlara aid olmasından məlumatının olmamasına dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadələrində aldığı preqebalin dərmanların 178 ədədini qutularından çıxarıb gödəkçəsinin yan ciblərini söküb astarın içərisinə tökdüyünü, bu yolla sərhəddən keçirə biləcəyini düşündüyünü, həmin kapsulların qutularını isə İranda zibil yeşiyinə atdığını, preqabalin həblərin hamısını bir yerdən aldığını, lakin praqabalin həblərinin sayı çox olduğu üçün bir hissəsini ayırdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs irandan aldığı preqabalin həblərinin cox hissəsini dövriyyəsi qadağan olunmayan digər dərman preparatlarları (“Omega-3”, “Vitamin D3 1000 İU”, “Voltadec 100”, “Omega 3 plus” və “Calci Pover” ) olan paketdə yox, gödəkçəsinin cibində pərakəndə qaydada gizlətməsi bir daha ona dəlalət edir ki, o, preqabalin həblərinin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş güclü təsir edən maddələrə aid olmasını bilmiş və həmin dərman preparatını gödəkçəsinin astarında gizlədərək qaçaqmalçılıq yolu ilə yaşadığı Rusiya Federasiyasının Dağıstan Respublikasına daşımaq istəyərkən saxlanılmışdır. Artıq bu hal təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirəndirilən şəxsin ibtidai istintq zamanı etirafedici ifadəsini, şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən təqsirləndirilən şəxsin İİR-in Astara şəhərində tanımadığı aptekdən aldığı preqabalin həblərinin gödəkçəsinin astarında aşkar edilməsi həqiqətən də həmin maddəni bilə-bilə qaçaqmalçılıq yolu ilə qanunsuz əldə edilməsi, saxlanması və daşıması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları»nın təsdiq edilməsi haqqında 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunundan görünür ki, «Preqabalin» güclü təsir edən maddələrin siyahısına daxildir, onun 5 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda Preqebalin güclü təsir edən maddəsini əldə edib saxlayaraq qaçaqmalçılıq yolu ilə İİR-dən Azərbaycan Respublikasının ərazisinə keçirməsi məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 240.3.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun bu əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 1 iyul 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 2 iyul 2022-ci il tarixdə CM-in 206.2 və 240.3.2-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2 iyul 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 1 iyul 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 23 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri, 1 oktyabr 2022-ci il tarixdən isə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 5 iyul 2022-ci il tarixli 563 N-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi arvadı Mariyam Baqandovadan, xx.xx.2007-ci il təvəllüdlü qızı Patimat, xx.xx.2011-ci il təvəllüdlü oğlu Xizbulla və xx.xx.2021-ci il təvəllüdlü oğlu Ayubdən ibarətdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs gözündən 2-ci qrup əlildir, 702 rubl təqaüd alır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmış uşağının olmasını, gözündən 2-ci qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 32.5, 206.2-ci maddəsi “az ağır”, 240.3.2-ci maddəsi isə “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 32.5, 206.2-ci maddənin sanksiyasında üç ildən beş ilədək azadlıqdan məhrum etmə, 240.3.2-ci maddəin sanksiyasında dörd idən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qaçaqmalçılıq cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, gömrük nəzarətindən kənar qadağan olunmuş əşya və maddələrin ölkəyə gətirilməsi daxili ictimai asayişi, əhalinin sağlamalığını və başqa mühüm dəyərləri ciddi təhlükə altına alır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 240.3.2-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənar məcburi çıxarılmalı və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla və cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 29 iyun 2022-ci ildə saxlanılsa da o, 1 iyul 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2 iyul 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli düzgün olmayaraq 1 iyul 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq saxlanıldığı gündən - 29 iyun 2022-ci il tarixdə məhdudlaşdırıldığı üçün həbsetmənin əvvəli 1 iyul 2022-ci il tarixdə deyil, 29 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və “ev dustaqlığında” saxlanıldığı 3 (üç) ay 2 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhərum etmə cəzası saxlanılmalıdır. Akhmed Maqomedqadzhiyev barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri əvəz edilməklə o, dərhal məhkəmə iclas zalında həbs edilməli, saxlanılması üçün Lənkəran ŞRPŞ-nın X6 təhvil verilməli və Bakı İstintaq Təcridxanasına keçirilməlidir. Akhmed Maqomedqadzhiyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 1 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 266 ədəd qalıq qalmış preqabalin həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci-keçirilmiş ekspertiza tədqiqatının dəyəri 261 (iki yüz altmış bir) manat təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-354, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə HÖKM ETDİ: X2 Azərbaycan Respublikası CM-nin 206.2 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Akhmed Maqomedqadzhiyevə cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və “ev dustaqlığında” saxlanıldığı 3 (üç) ay 2 (iki) gün müddət ona təyin olunmuş 5 (beş) il azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Akhmed Maqomedqadzhiyev barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri əvəz edilməklə o, dərhal məhkəmə iclas zalında həbs edilsin, saxlanılması üçün Lənkəran ŞRPŞ-nın X6 təhvil verilsin və Bakı İstintaq Təcridxanasına keçirilsin. Akhmed Maqomedqadzhiyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 1 dekabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənar məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə maddi sübut olan və hazırda Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 266 ədəd qalıq qalmış “Preqebalin” həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci-keçirilmiş ekspertiza tədqiqatının dəyəri 261 (iki yüz altmış bir) manat təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-652/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-652/2022
01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver