Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-653/2023 24.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 03 avqust 1971-ci ildə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(099)- 181/2022 nömrəli hökmü ilə qəti olaraq 2 (iki) il 1 (bir) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Astara şəhəri, Azərbaycan küçəsi (indiki H.Əliyev prospekti), ev 14, mənzil 8-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 28 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Astara Rayon Məhkəməsinin 30 aprel 2023-cü il tarixli, 4(018)- 58/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq külli miqdarda-8239,726 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşımaqla özündə saxlayaraq narkotik vasitənin 20,262 qramını 24 aprel 2023-cü il tarixdə saat 13 radələrində Astara şəhəri, H.Əliyev prospektində tanışı Şahid4 Bəylər oğluna 120 manata qanunsuz olaraq satıb qalan 8219,464 qramını qanunsuz olaraq özündə saxlamış, Şahid4 aralarında hər hansı bir razılaşma olmadan özündə olan narkotik vasitə qurudulmuş marixuananın 10,490 qramını 24 aprel 2023-cü il tarixdə saat 15 radələrində Astara şəhərində yerləşən Heydər Əliyev parkında tanışı X3 80 manata qanunsuz olaraq satıb qalan 9,772 qramını qanunsuz olaraq özündə saxlamış, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Aqil Cəlilzadə 28 aprel 2023-cü il tarixdə, saat 17 radələrində Astara şəhəri 1 nömrəli məktəbin qarşısında saxlanılaraq Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən 2 (iki) ədəd kibrit qutusunda, ayrıayrılıqda təmiz çəkiləri- 5,224 qram və 5,266 qram olmaqla ümumi təmiz çəkisi 10,490 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq Şahid4 Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 28 aprel 2023-cü il tarixdə saat 18:20-də Astara şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri - 5,309 qram və 4,463 qram olmaqla ümumi təmiz çəkisi 9,772 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, sonra isə əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 28 aprel 2023-cü il tarixdə saat 21:30 radələrində Astara şəhəri, H.Əliyev prospektində saxlanılıb rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 3 (üç) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,753 qram, 4,664 qram və 5,047 qram olmaqla ümumi təmiz çəkisi 14,464 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin gün saat 23:00 radələrində onun yaşadığı ünvan 2 ünvanında yerləşən evinə baxış keçirilən zaman evin həyətyanı sahəsində yerləşən yarımtikilinin girişində sol tərəfdə 1 (bir) ədəd sintetik torbanın içərisində 6 (altı) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1220,0 qram, 1305,0 qram, 1440,0 qram, 1430,0 qram, 1360 qram və 1450,0 qram olmaqla külli miqdarda-8205 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, narkotik vasitələrdən istifadə edir, saxlanılan zaman üzərində narkotik vasitə marixuana olmamış, yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilidə 8 kq deyil, 1 kq narkotik vasitə marixuana olmuşdur. 24 aprel 2023-cü il tarixdə saat 13 radələrində Astara şəhəri, H.Əliyev prospektində tanışı Şahid4 Bəylər oğluna 120 manata qanunsuz olaraq 20,262 qram narkotik vasitəni satmamışdır. Şahid4 ondan narkotik vasitə istədiyindən o da Şahid4 əvəzsiz olaraq özü istifadə etməsi üçün narkotik vasitə marixuana vermişdir. Şahid4 onun verdiyi narkotik vasitə marixuananı hər hansı şəxsə satmasından məlumatı olmamışdır. Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 28 aprel 2023-cü il tarixdə, saat 17 radələrində Astara şəhəri, H.Əliyev prospektində saxlanılıb RPŞ-nin inzibati binasına gətirilmişdir. Həmin vaxtı polis əmkdaşları tərəfindən döyülməmişdir. Əvvəllər polislər tərəfindən tutulan zaman etiraf etmədiyi üçün döyüldüyündən, bu dəfə də döyülmək istəmədiyindən polislərin dediklərini etmişdir. Saxlanılan zaman üzərində narkotik vasitə olmadığı halda polislərin verdiyi 3 (üç) ədəd kibrit qutusunda olan narkotik vasitəni çıxararaq təqdim etmiş və özünə məxsus olduğunu bildirmişdir. Bütün sənədlərə imza çəkmişdir. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid4 heç vaxt narkotik vasitə satmamışdır, 1 (bir) ədəd kibrit qutusu narkotik vasitə marixuananın qiyməti bahadı, guya 20,262 qram narkotik vasitə marixuananı Şahid4 120 manata satmışdır. Saxlanılan zaman üzərində narkotik vasitə marixuana olmamışdır. Yaşadığı ünvan 2 ünvanında yerləşən evinə baxış keçirilən zaman evin həyətyanı sahəsində yerləşən yarımtikilinin girişində sol tərəfdə 1 (bir) ədəd sintetik torbanın içərisində aşkar edilərək götürülmüş 6 (altı) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1220,0 qram, 1305,0 qram, 1440,0 qram, 1430,0 qram, 1360 qram və 1450,0 qram olmaqla külli miqdarda-8205 qram narkotik vasitə qurudulmuş marixuana ona məxsus deyildir. Həmin narkotik vasitələr polislər tərəfindən qoyulmuşdur. Özünə məxsus olan 1 (bir) kq narkotik vasitə marixuananın polislər tərəfindən hara aparılmasından məlumatı olmamışdır. Polislərin qanunsuz hərəkətləri barədə heç bir orqana şikayət etməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, uzun müddət ərzində narkotik vasitələrdən istifadə etmişdir. Tutulmazdan təxminən 15 gün əvvəl Astara şəhərində dəniz kənarı ərazidən bir bükümdə narkotik vasitə qurudulmuş marixuana tapmışdır. Tapdığı marixuananı götürüb Astara şəhərində yaşadığı evə aparıb həyətdə yerləşən yarımtikilidə saxlamışdır. Həmin naroktik vasitədən istifadə etmək və istəyən olsa, tanıdığı şəxslərə satacağını fikirləşmişdir. Həmin marixuananı evə apardıqdan sonra bu barədə ailə üzvlərindən kiməsə bildirməmişdir. Həyətdəki yarımtikilidə marixuananı kibrit qutularına doldurmuşdur ki, istəyən olsa satsın. Tutulmazdan təxminən 4 gün əvvəl həmin kibrit qutusundan tanışı, Astara şəhər sakini Şahid4 satmışdır. Orxana 4 ədəd kibrit qutusunu 120 manata satmışdır. Belə ki, Orxan həmin gün günorta saatlarında məhəllədə onu görüb ondan 4 ədəd kibrit qutusunda marixuana istəmiş, o da razılaşaraq həmin gün axşam saatlarında yaşadığı məhəllədə ona 4 ədəd kibrit qutusu dolu marixuana verib ondan 120 manat pul almışdır. O, narkotik vasitəni satarkən onun satışı barədə kiminləsə razılığı olmamış, narkotik vasitəni satıb pulunu almışdır. Orxan onunla bir məhəllədə yaşayırmış. O, hər dəfə üzərində 3-4 ədəd kibrit qutusu marixuana saxlamışdır ki, tanıdıqlarından istəyən olsa, satsın. xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Astara şəhəri ərazisində yol ilə hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onu saxlamışlar. Daha sonra isə onun üzərində şəxsi axtarış keçirilməsindən ötrü onu polis şöbəsinə dəvət etmişlər. Ondan sonra Astara RPŞ-də polis əməkdaşları öz iştirakı və vəkil Feyruz Əmənullayevin iştirakı və video çəkiliş aparılmaqla xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış keçirilən zaman o üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində qurudulmuş marixuana olan 3 ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin kütlələr götürülərək qablaşdırılmışdır. Şifahi sorğu zamanı yaşadığı evin həyətində yerləşən yarım tikilidə də narkotik vasitə saxaldığını və təqdim edə biləcəyini bildirdiyi üçün polis əməkdaşlarının iştirakı və video çəkiliş vasitəsilə yaşadığı evin həyətyanı sahəsində olan yarım tikilidə 1 ədəd kisənin içərisində saxladığı 6 bükümdə narkotik vasitə qurudulmuş marixuananı baxış zamanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütlələr qablaşdırılaraq götürülmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini etiraf etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, üzərindən aşkar olunmuş 3 (üç) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,753 qram, 4,664 qram və 5,047 qram olmaqla ümumi təmiz çəkisi 14,464 qram olan narkotik vasitə qurudulmuş marixuana və yaşadığı ünvan 2 ünvanında yerləşən evinə baxış keçirilən zaman evin həyətyanı sahəsində yerləşən yarımtikilinin girişində sol tərəfdə 1 (bir) ədəd sintetik torbanın içərisində aşkar edilərək götürülmüş 6 (altı) ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 1220,0 qram, 1305,0 qram, 1440,0 qram, 1430,0 qram, 1360 qram və 1450,0 qram olmaqla külli miqdarda-8205 qram narkotik vasitə qurudulmuş marixuana ona məxsus olmaması, həmin narkotik vasitələrin polislər tərəfindən qoyulması, özünə məxsus 1 (bir) kq narkotik vasitə marixuana olması, polislərin sözü ilə həmin narkotik vasitə marixuanaların ona məxsus olmasını dediyini bildirməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etdikdən sonra həmin şəxsin saxlanılaraq üzərinə baxış keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərarın icrası üçün əməliyyat qrupu yaradıldıqdan sonra şöbənin digər əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edərək 28 aprel 2023-cü il tarixdə təxminən saat 21:30 radələrində onun yaşadığı Astara şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olduğunu görüb onu saxlamışlar. Həmin vaxt küçədə gediş-gəliş çox olduğuna görə Təqsirləndirilən şəxs üzərinə normal şəxsi axtarış keçirilməsi mümkün olmadığından əməliyyat qrupunun üzvləri tərəfindən ona üzərinə Astara RPŞ-də şəxsi axtarış keçirilməsi təklif olunmuş və Təqsirləndirilən şəxs razılığı ilə Astara RPŞ-nə gətirilmişdir. Bundan sonra polis şöbəsinin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Həmin vaxt ona üzərində narkotik vasitə, habelə daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 3 (üç) ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusuna baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, yaşadığı evində də həmin narkotik vasitədən saxladığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə olan quruldulmuş marixuanaya oxşar kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılıb möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evinə baxış keçirmək üçün həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı Astara şəhəri H.Əliyev küçəsində yerləşən fərdi yaşayış evinin həyətindəki yarımtikilinin girişində, sol tərəfdə 1 (bir) ədəd kisənin içərisində 6 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin özünə məxsus olduğunu bildirmiş, bağlamalar çəkilərək qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin əməkdaşları Şahid1 ifadəsində Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 24 aprel 2023-cü il tarixdə, saat 13 radələrində Astara şəhərində “9 mərtəbəli” binanın yanındakı ara küçədə Təqsirləndirilən şəxs hər biri 30 manat olmaqla 120 manata 4 kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Təbriz də həmin gün günorta saatlarında ona 4 ədəd kibrit qutusunda qurudulmuş marixuana gətirmiş və əvəzində ondan 120 manat pul almışdır. Həmin marixuanadan Astara şəhərində Heydər Əliyev parkında, yəni İcra Hakimiyyətinin yerləşdiyi parkda tanışı Aqil Cəlilzadəyə iki ədəd kibrit qutusunda 80 manata satmışdır. Qalan iki qutuda olan narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi üçün saxlamışdır. 28 aprel 2023-cü il tarixdə, saat 18 radələrində Astara şəhəri, H.Əliyev prospekti ilə evə gedərkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşmış, özlərinin polis əməkdaşları olduğunu bildirib ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu polis şöbəsinə aparmışlar. Polis Şöbəsində polislər tərəfindən otaqlardan birində videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən bir neçə gün öncə tanışı Təbrizdən aldığı, içərisində qurudulmuş marixuana kütləsi olan 2 ədəd kibrit qutusu aşkar olunmuşdur. Hazırda onun barəsində Astara Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi istintaq olunur və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -28 aprel 2023-cü il tarixdə saat 21:30 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Astara şəhəri, H.Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,753 qram, 4,664 qram və 5,047 qram olmaqla ümumi təmiz çəkisi 14,464 qram olan narkotik vasitə qurudulmuş marixuana, daha sonra həmin gün saat 23:00-da onun yaşadığı evinə keçirilən baxış zamanı evin həyətyanı sahəsində yerləşən yarımtikilinin girişində sol tərəfdə 01 ədəd sintetik torbanın içərisində 06 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1220,0 qram, 1305,0 qram, 1440,0 qram, 1430,0 qram, 1360 qram və 1450,0 qram olmaqla ümumi təmiz çəkisi 8205 qram olan narkotik vasitə qurudulmuş marixuananın aşkar edilib götürülməsi ilə bağlı toplanmış material əsasında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır. (i.v. 1-71) -«cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması barədə» 28 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:10-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 26) -«şəxsi axtarış və götürmə barədə» 28 aprel 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxararaq içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olan 03 ədəd kibrit qutusunu təqdim etmiş, Təbriz Mirəzyev üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, özünün istifadəsi üçün üzərində saxladığını, həmin kütlələri təxminən 15 gün əvvəl Astara şəhəri dəniz kənarı ərazisində yerdən tapdığı kisənin içərisindəki narkotik vasitə qurudulmuş marixuanadan ayıraraq üzərində daşımışdır. Həmin kütlədən Astara şəhər sakini tanışı Orxan adlı şəxsə də 4 ədəd kibrit qutusunda, hər birini 30 manata, ümumilikdə 120 manata satdığını bildirmişdir. (i.v. 28-29) -«baxış və götürmə aparılması barədə» 28 aprel 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təbirz Mirzəyevin yaşadığı ünvan 4 ünvanında yerləşən evin həyətindəki yarımtikilinin içərisində sol tərəfdə yerdə 01 ədəd kisənin içərisində 06 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş kütlələri təxminən 15 gün əvvəl Astara şəhərində dəniz kənarından tapdığını bildirmişdir. (i.v. 31-32) -«məhkəmə-kimyəvi ekspertizası»nın 29 aprel 2023-cü il tarixli, 19/498 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr...” sözlər və imzalar olan zərfdəki, 3 ədəd kibrit qutusunun ayrıayrılıqda təmiz çəkisi:-4,753 qr; -4,664 qr; -5,047 qram: ümumi təmiz çəkisi-14,464 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Astara şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətində yerləşən yarımtikilidən aşkar olunaraq götürülmüş kütlələr....” sözlər və imzalar olan bir ədəd kisədəki, 6 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkisi: -1220,0 qr;-1305,0 qr; - 1440,0 qr; -1360,0 qr; -1450,0 qram: ümumi təmiz çəkisi: -8205,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Beləliklə, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvanda yarımtikilidən aşkar edilmiş, ümumilikdə 9 ədəd olmaqla ümumi təmmiz çəkisi-8219,464 qram olan marixuanalar, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr...”; “Astara şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətində yerləşən yarımtikilidən aşkar olunaraq götürülmüş kütlələr....”; “X2 üzərindən aşkar olunmuş 2 ədəd kibrit qutusunda marixuana...” və “Şahid4 üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunda marixuana...” sözlər və imzalar olan, ümumilikdə 2 ədəd zərfdəki və 1 ədəd kisədəki marixuanalar, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. (i.v. 39-42) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 30 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, Astara Rayon Məhkəməsinin 30 aprel 2023-cü il tarixli, 4(018)- 58/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 51-53, 67-69) -«ifadələrin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş 2 (iki) ədəd fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs təklifi ilə Astara RPŞ-nin inzibati binasından Astara şəhəri dənizkənarı əraziyə getmişlər, Təqsirləndirilən şəxs həmin boş ərazini göstərərək ondan aşkar olunaraq götürülmüş narkotik qurudulmuş marixuananı tutulmazdan 15 (on beş) gün əvvəl 1 (bir) ədəd bağlama formasında tapdığını bildirmişdir. (i.v. 70-71) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 01 may 2023-cü il tarixli, 489 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabionidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (i.v. 78) -«məhkəmə-tibbi ekspertizası»nın 01 may 2023-cü il tarixli, 148 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. (i.v. 79-80) -«əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarət qaydasında yoxlanılmasının nəticələri haqqında» Astara Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 5(018)- 84/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in Astara RPŞ-nin ƏİÜ-nin rəis müavini VMİE X4 28 aprel 2023-cü il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir. (i.v. 86) -«maddi sübut kimi tanıma haqqında» 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvanda yarımtikilidən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 8219,014 qram olan narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Astara RPŞ-də maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (i.v. 111) -«cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvanda yarımtikilidən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (i.v. 171-172) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərindən aşkar olunmuş 3 (üç) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,753 qram, 4,664 qram və 5,047 qram olmaqla ümumi təmiz çəkisi 14,464 qram olan narkotik vasitə qurudulmuş marixuana və yaşadığı ünvan 2 ünvanında yerləşən evinə baxış keçirilən zaman evin həyətyanı sahəsində yerləşən yarımtikilinin girişində sol tərəfdə 1 (bir) ədəd sintetik torbanın içərisində aşkar edilərək götürülmüş 6 (altı) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1220,0 qram, 1305,0 qram, 1440,0 qram, 1430,0 qram, 1360 qram və 1450,0 qram olmaqla külli miqdarda-8205 qram narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmaması, həmin narkotik vasitələrin polislər tərəfindən qoyulması, özünə məxsus 1 (bir) kq narkotik vasitə marixuana olduğunu, polislərin sözü ilə həmin narkotik vasitə marixuanaların ona məxsus olmasını dediyini bildirməsi məzmunda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, aşkar edilmiş marixuanaların eyni tərkibli olması ilə, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən marixuana narkotik vasitə hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda-8239,726 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşımaqla özündə saxlayaraq narkotik vasitənin 20,262 qramını 24 aprel 2023-cü il tarixdə saat 13 radələrində Astara şəhəri H.Əliyev prospektində tanışı Şahid4 Bəylər oğluna 120 manata qanunsuz olaraq satıb qalan 8219,464 qramını qanunsuz olaraq özündə saxlaması, 28 aprel 2023-cü il tarixdə saat 21:30 radələrində Astara şəhəri H.Əliyev prospektində saxlanılıb rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 3 (üç) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,753 qram, 4,664 qram və 5,047 qram olmaqla ümumi təmiz çəkisi 14,464 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi, həmin gün saat 23:00 radələrində onun yaşadığı ünvan 2 ünvanında yerləşən evinə baxış keçirilən zaman evin həyətyanı sahəsində yerləşən yarımtikilinin girişində sol tərəfdə 1 (bir) ədəd sintetik torbanın içərisində 06 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1220,0 qram, 1305,0 qram, 1440,0 qram, 1430,0 qram, 1360 qram və 1450,0 qram olmaqla külli miqdarda- 8205 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun qeyd edilən kütlələri satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilidən aşkar edilmiş narkotik vasitələrə münasibətdə satış niyyətində olması və Şahid4 narkotik vasitə marixuana satması barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. «X6 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış və götürmə barədə» 28 aprel 2023-cü il tarixli, «baxış və götürmə aparılması barədə» 28 aprel 2023-cü il tarixli protokollardan və həmin protokollara əlavə edilmiş videogörüntülərdə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə marixuana, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(099)-181/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılamsı cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v 149-161). Astara rayon İcra və Probasiya şöbəsinin 12 iyul 2023-cü il tarixli, AM-26/03 nömrəli məktubundan görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(099)-181/2022 nömrəli hökmünə əsasən, Astara şəhərində anadan olmuş, Astara şəhəri, Azərbaycan küçəsi, ev 14. mənzil 8-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs (FİN:xxxxxxx) Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yeri hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Astara rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Astara rayon İcra və Probasiya şöbəsinə tapşırılmışdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilmiş və onun ərazi narkoloji kabinetində qeydiyyata alınması qərar alınmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(099)-181/2022 nömrəli hökmü və hökmün icrası barədə göstəriş 25 aprel 2022-ci il tarixdə icraata götürülmüş və Astara Rayon Məhkəməsinin 30 aprel 2023-cü il tarixli qərarı ilə məhkum barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. 30 aprel 2023-cü il tarixədək məhkum tərəfindən cəzanın çəkilmiş müddəti 1 il 26 gün, çəkilməmiş qalan cəza müddəti 1 il 16 gün təşkil etmişdir. -Astara Rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 iyul 2023-ci il tarixli, 878 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v. 162-163) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(099)-181/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 2 (iki) il 1 (bir) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 16 (on altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla 6 (altı) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 28 aprel 2023-ci il tarixdən hesablanmalı və Astara Rayon Məhkəməsinin 30 aprel 2023-cü il tarixli, 4(018)-58/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan «ambulator məcburi narkoloji tibbi yoxlama»nın 01 may 2023-cü il tarixli, 489 nömrəli rəyini nəzərə alınaraq Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 8219,014 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikiliyə baxış keçirilməsi istintaq hərəkətləri icra edilən zaman çəkilmiş videogörüntülərin yazıldığı 2 (iki) ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(099)-181/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 2 (iki) il 1 (bir) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla 6 (altı) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin olunmuş 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 28 aprel 2023-cü il tarixdən hesablansın. Astara Rayon Məhkəməsinin 30 aprel 2023-cü il tarixli, 4(018)-58/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 8219,014 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikiliyə baxış keçirilməsi istintaq hərəkətləri icra edilən zaman çəkilmiş videogörüntülərin yazıldığı 2 (iki) ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-653/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-653/2023
24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver