Məhkəmə qərarları › İş №1(099)-653/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-653/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-653/2024 21.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Şirvan Regional Rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə xx xxx 2002-ci ildə Sabirabad rayonunun Nizami kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sabirabad rayonunun Nizami kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 29 fevral 2024-cü il tarixdə, saat 17 radələrində Sabirabad rayonun Nizami kəndinin ərazisində satış məqsədi ilə qanunsuz olaraq bir ədəd kibrit qutusunda 2,77 qram narkotik vasitə olan qurudulmuş marixuananı həmkəndlisi X2 60 manat pul müqabilində əldə edib, saxlayıb üzərində daşıyaraq, 01 mart 2024-cü il tarixdə, saat 18 radələrində Sabirabad rayonun Nizami kəndinin ərazisində əvvəldən tanıdığı, xx xxxx 2007-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan həmkəndlisi Şahid1 90 manat pul müqabilində qanunsuz olaraq satmış, daxil olmuş əməliyyatı məlumatı əsasında 03 mart 2024-cü il tarixdə, saat 10 radələrində Sabirabad Rayon Polis Şöbəsinin X7 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid1 Sabirabad rayonun Nizami kəndində yaşadığı evin yaxınlığında saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən bir ədəd kibrit qutusunda 2,77 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.3-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, Sabirabad rayonunun Nizami kəndində qeydiyyatda olmaqla yaşamış, heç bir yerdə işləməmişdir. İki ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamış və nakotik maddəni həmkəndlisi Bəxtiyar adlı şəxsdən əldə etmişdir. Şahid1 həmkəndlisidir, münasibətləri yaxşı olmuş, onun neçə yaşda olmasını dəqiq bilməmiş, lakin yaşca özündən balaca olmaqla uşaq olmasını (yetkinlik yaşına çatmadığını) bilmişdir. Bildiyinə görə Kazım marixuanadan istifadə edən olmuşdur. 29 fevral 2024-cü il tarixdə Kazım ona zəng edib Bakı şəhərinə gedəcəyini və onun üçün marixuana tapmasını xahiş etmiş, o da maraqlanacağını demişdir. Həmin gün Nizami kəndinin ərazisində saat 16 radələrində o, Kazımla görüşmüş və Kazım ona narkotik maddə alması üçün 40 manat vermiş, lazım olsa əlavə də pul verəcəyini bildirmişdir. Bundan sonra o, həmin gün Nizami kəndində saat 17 radələrində Bəxtiyarla görüşüb ona 60 manat pul verib bir ədəd kibrit qutusunda marixuana almışdır. Səhərisi gün (01 mart 2024-cü il tarixdə) Kazım ona zəng edib narkotik maddə əldə edib-etmədiyini soruşmuş, o da narkotik maddə aldığını, gəlib götürməsini bildirmişdir. Bundan sonra həmin gün saat 18 radələrində yaşadığı evin yaxınlığında küçədə o, Kazımla görüşmüş və bir ədəd kibrit qutusunda olan marixuananı Kazıma vermiş və həmin narkotik maddəyə görə ondan əlavə olaraq 50 manat pul almışdır. 03 mart 2024-cü il tarixdə, saat 11 radələrində rayonun Nizami kəndinin ərazisində olarkən polis əməkdaşları onu saxlayıb narkotik vasitə satmaqda şübhəli olduğu bildirilib X9 aparılmışdır. Polis bölməsində üzərində axtarış keçirilmiş, lakin üzərindən narkotik maddə və ya başqa qadağan olunmuş əşyalar aşkar edilməmişdir. Polisdə şifahi sorğu olunarkən o, marixuanadan istifadə etdiyini və istifadəsi üçün bir neçə dəfə həmkəndlisi Bəxtiyardan (X2) marixuana aldığını, bir dəfə isə həmkəndlisi Kazımın xahişi ilə Bəxtiyardan 60 manata marixuana aldığını və həmin marixuananı Kazıma 90 manata satdığını bildirmişdir. Marixuana alması üçün Kazım ona 40 manat pul vermiş, o da həmin 40 manatın üstünə 20 manat qoyub Bəxtiyardan 60 manata marixuana almış, sonra həmin marixuananı Kazıma verərkən ondan əlavə 50 manat pul da almışdır. Kazım onun Bəxtiyardan marixuananı neçə manata aldığını bilməmiş və o, marixuana alıb Kazıma satmasına görə əlavə 30 manat pul əldə etmişdir. O, marixuana alıb Kazıma satdığına görə əməlindən peşimandır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonra ona qarşı hər hansı təzyiqlər və başqa qanunsuz hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin Qaragüney PB-nin əməkdaşıdır. 03 mart 2024-cü il tarixdə Sabirabad rayonun Nizami kənd sakini Şahid1 qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 10 radələrində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri zamanı əməliyyat qrupu tərəfindən Şahid1 Sabirabad rayonun Nizami kəndində, yaşadığı evin yaxınlığında yol kənarında (küçədə) saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib polis bölməsinə aparılmışdır. Polis bölməsində X15 tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Şahid1 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid1 üzərində olan bir ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Şahid1 üzərində aşkar olunmuş marixuananı həmkəndlisi Təqsirləndirilən şəxs 90 manata aldığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Sonra X15un raportu əsasında həmin gün saat 11 radələrində təxirəsalınmadan əməliyyat-axtarış tədbiri davam etdirilmiş və Təqsirləndirilən şəxs Sabirabad rayonun Nizami kəndinin ərazisində saxlanılıb ona qanunsuz olaraq narkotik maddə əldə edib satmasında şübhəli olduğu bildirilib polis bölməsinə aparılıb müstəntiqə təqdim edilmişdir. Bundan sonra X15 tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik maddə və ya qanunla qadağan olunmuş əşyalar aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs marixuana istifadəçisi olduğunu və narkotik maddəni həmkəndlisi Bəxtiyar Əmirovdan pulla aldığını, sonuncu dəfə 29 fevral 2024-cü il tarixdə həmkəndlisi Şahid1 40 manat pul verib marixuana tapmasını xahiş etdiyini və gedib 60 manat pul verib Bəxtiyardan bir ədəd kibrit qutusunda marixuana aldığını, sonra həmin marixuananı Şahid1 verib ondan əlavə 50 manat pul aldığını göstərmişdir. Bundan sonra X15un raportu əsasında həmin gün saat 12 radələrində təxirəsalınmadan əməliyyat-axtarış tədbiri davam etdirilmiş və X10 rayonun Nizami kəndinme ərazisində yol kənarında saxlanılıb ona qanunsuz olaraq narkotik maddə əldə edib satmasında şübhəli olduğu bildirilib polis bölməsinə aparılıb müstəntiqə təqdim edilmişdir. X15 tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Bəxtiyar Əmirovun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Bəxtiyar Əmirovun üzərindən iki bükümdə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Bəxtiyar Əmirovun üzərində aşkar olunmuş marixuananı tapdığını və istifadəsi üçün üzərində saxladığını, həmçinin bir dəfə həmkəndlisi Təqsirləndirilən şəxs bir kibrit qutusunda 60 manata marixuana satdığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Şahid1, Təqsirləndirilən şəxs və Bəxtiyar Əmirov saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Şahid1, Təqsirləndirilən şəxs və Bəxtiyar Əmirovun hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonunun Nizami kəndində yaşayır, təxminən iki aydır ki, narkotik vasitədən (qurudulmuş marixuanadan) istifadə etməyə başlamış və narkotik maddəni həmkəndlisi Təqsirləndirilən şəxs almışdır. 29 fevral 2024-cü il tarixdə, saat 16 radələrində Babəkdən narkotik vasitə istəmiş, Babək də ona narkotik vasitə sata biləcəyini bildirib əvvəlcədən ondan 40 manat almış, narkotik vasitəni alıb gətirəndə əlavə 50 manat da alacağını demiş, o da həmin narkotik vasitəyə görə Babəkə 90 manat pul verməyə razılaşmışdır. 01 mart 2024-cü il tarixdə, saat 18 radələrində Babək ona zəng edib narkotik vasitəni əldə etdiyini bildirmiş, sonra o, Babəkin yaşadığı evin yaxınlığında görüşüb Babəkdən bir ədəd kibrit qutusunda marixuananı götürmüş və qalan 50 manat pulu Babəkə vermişdir. O, 03 mart 2024-cü il tarixdə, saat 10 radələrində Sabirabad rayonunda yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları onu saxlayıb qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğu bildirilib Sabirabad RPŞ-nin Qaragüney PB-nə aparılmışdır. Polis bölməsində üzərində axtarış zamanı özü üzərində saxladığı bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı təqdim etmişdir. Təqdim etdiyi bir ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuana aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, həmin kütləni həmkəndlisi Təqsirləndirilən şəxs 90 manata aldığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İşdə olan, Sabirabad RPŞ-nin X7 əməkdaşının 03 mart 2024-cü il tarixli “Raport”larının surətləri ilə müəyyən olunur ki, Sabirabad rayonunun Nizami kənd sakini Şahid1 qanunsuz olaraq narkotik vasitə əldə edib istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Qaragüney RB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid1 03 mart 2024-cü il tarixdə, saat 10 radələrində Sabirabad rayonunun Nizami kəndinin ərazisində saxlanılıb polis bölməsinə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” 03 mart 2024-cü il tarixli protokolun surəti ilə müəyyən olunur ki, həmin tarixdə Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Araz Fərəcov tərəfindən müdafiəçi İlqar Tapdıqovun iştirakı ilə və videoçəkilişlə Şahid1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid1 üzərindən bir ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şifahi soğru zamanı Şahid1 üzərində aşkar olunmuş qurudulmuş marixuananı Sabirabad rayonunun Nizami kənd sakini Babək adlı şəxsdən (Təqsirləndirilən şəxs) 90 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırılıb müstəntiq tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Araz Fərəcovun və X7 əməkdaşının 03 mart 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Sabirabad rayonunun Nizami kənd sakini Şahid1 üzərində aşkar olunmuş qurudulmuş marixuananı Sabirabad rayonunun Nizami kənd sakini Təqsirləndirilən şəxs 90 manata aldığını bildirməsi ilə bağlı daxil olmuş məlumat əsasında Qaragüney RB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 03 mart 2024-cü il tarixdə, saat 11 radələrində Sabirabad rayonunun Nizami kəndinin ərazisində saxlanılıb polis bölməsinə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” 03 mart 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Araz Fərəcov tərəfindən müdafiəçi Eyvaz Əhədovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuanadan istifadə etdiyini, bir neçə dəfə həmkəndlisi Bəxtiyar adlı şəxsdən (X2) marixuana aldığını, habelə 29 fevral 2024-cü il tarixdə həmkəndlisi Şahid1 ona narkotik vasitə tapmasını xahiş edib 40 manat verdiyini, sonra o, Bəxtiyardan 60 manata bir kibrit qutusunda marixuana aldığını və 01 mart 2024-cü il tarixdə həmin kibrit qutusunda olan marixuananı Şahid1 verdiyini və ondan əlavə 50 manat pul alaraq 30 manat qazanc əldə etdiyini bildirmişdir. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 03 mart 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “... Şahid1 üzərindən ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi-2,77 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 2,75 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Araz Fərəcovun və X7 əməkdaşının 03 mart 2024-cü il tarixli “Raport”larının surətləri ilə müəyyən olunur ki, Sabirabad rayonunun Nizami kənd sakini Təqsirləndirilən şəxs həmkəndlisi Şahid1 bir kibrit qutusunda qurudulmuş marixuana satması və həmin marixuananı Sabirabad rayonunun Nizami kənd sakini X2 60 manata almasını bildirməsi ilə bağlı daxil olmuş məlumat əsasında Qaragüney RB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bəxtiyar Əmirov 03 mart 2024-cü il tarixdə, saat 12 radələrində Sabirabad rayonunun Nizami kəndinin ərazisində saxlanılıb polis bölməsinə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” 03 mart 2024-cü il tarixli protokolun surəti ilə müəyyən olunur ki, həmin tarixdə Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Araz Fərəcov tərəfindən müdafiəçi Valeh Vahidovun iştirakı ilə və videoçəkilişlə X4 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Bəxtiyar Əmirovun üzərindən iki ədəd bükümdə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Şifahi soğru zamanı Bəxtiyar Əmirov aşkar olunmuş qurudulmuş marixuananı tapdığını və istifadəsi üçün üzərində saxladığını, həmçinin bir dəfə həmkəndlisi Babəkə bir kibrit qutusunda marixuananı 60 manata satdığını bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb müstəntiq tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 04 mart 2024-cü il tarixli rəyin surəti ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “... X4 üzərindən ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,33 qram, 0,34 qram və ümumi çəkisi-0,67 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş X4 üzərindən və Şahid1 üzərindən götürülmüş marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 04 mart 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 2,75 qram qurudulmuş marixuana üş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və o, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 04 mart 2024-cü il tarixli qərarın və digər prosessual sənədlərin surətləri ilə müəyyən olunur ki, X5 və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanıb istintaq aparılmışdır. İşdə olan, “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 23 may 2024-cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən Şahid1 əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tənbeh tədbirinin görülməsi üçün qəbul edilmiş qərarın surəti Sabirabad RPŞ-nin İTB-nə göndərilmiş, habelə Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.3-1-ci maddəsinə tövsif olunmuşdur. İşdə olan, “Cinayət işindən ayrıca icraata başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə” 23 may 2024-cü il tarixli qərarla müəyyən olunur ki, X5 və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə başlanıb istintaq edilən cinayət işindən Təqsirləndirilən şəxs barəsində CM-nin 234.3-1-ci maddəsi ilə (Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə) hazırki cinayət işi ayrılmışdır. Eyni zamanda hazırki iş üzrə tərtib olunmuş ittiham aktında X4 üzərindən aşkar olunub götürülmüş 0,67 qram (ekspertiza tədqiqatından sonra qalıq 0,63 qram) narkotik vasitə olan qurudulmuş marixuananın hazırki cinayət işi üzrə maddə sübut olması və bununla bağlı ekspertiza xərcinin də bu işə aid olması göstərilmişdir, lakin işdə olan prosessual sənədlərlə müəyyən edilir ki, X4 üzərindən aşkar olunub götürülmüş 0,67 qram (ekspertiza tədqiqatından sonra qalıq 0,63 qram) qurudulmuş marixuana) X4 barəsində olan cinayət işinə aid olmaqla həmin iş üzrə maddi sübutdur, həm də bununla bağlı ekspertiza xərci də bu işə aiddir. Məhkəmə qeyd olunan halları, yəni ekspertiza tədqiqatından sonra qalıq 0,63 qram qurudulmuş marixuananın X4 barəsində olan cinayət işi üzrə maddi sübut olmasını, həm də bununla bağlı ekspertiza xərcinin də bu işə aid olmasını nəzərə alır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçilərin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışlara dair protokollalarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Marixuana-Kannabis” (o cümlədən qurudulmuş marixuana) olan maddə narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan 500 qramadək hissəsi xeyli miqdar, 500 qramdan artıq 50000 qramadək külli miqdar və 50000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Təqsirləndirilən şəxs əldə edib, saxlayıb, daşıyıb satdığı 2,77 qram narkotik vasitə olan qurudulmuş marixuana xeyli miqdardan azdır, eyni zamanda məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və satmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, CM-in 234.3-1-ci maddəsində yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində, yaxud həbs yerlərində törətməyə görə məsuliyyət müəyyən edilmişdir. Həmin maddədə nəzərdə tutulan “yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” tövsifedici əlaməti təqsirkara narkotik vasitəni satdığı şəxsin yetkinlik yaşına çatmaması məlum olduğu halda yaranır. Təqsirkarın ondan narkotik vasitəni əldə edən şəxsin yetkinlik yaşına çatmasından məlumatlı olması sonuncunun zahiri əlamətləri, onların arasında qohumluq, tanışlıq münasibətlərinin olması, əməlin törədildiyi yerin orta məktəb və yaxud əsasən yeniyetmələrin getməyə üstünlük verdikləri digər yerdə törədilməsi və s. bu kimi obyektiv hallara görə də müəyyən edilə bilər. Habelə həmin Qərarın 16-ci bəndində izah verilir ki, ... aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. İşdə olan, AA ******* №-li şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Şahid1 xx xxxx 2007-ci ildə doğulmuşdur. Qeyd olunan cinayət Təqsirləndirilən şəxs tərəfindən törədilən vaxt (01 mart 2024-cü il tarixdə) Şahid1 17 yaşı olmaqla yetkinlik yaşına çatmayan olmuşdur. Azərbaycan Respublikası CPM-nin 7.0.33-1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs (uşaq) 18 yaşına çatmayan şəxsdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 2,77 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış, daşımış və yetkinlik yaşına çatmayan şəxs Şahid1 satmışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.3-1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Sabirabad Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 mart 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Sabirabad rayon, Nizami kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sabirabad rayonunun Nizami kəndində qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə müsbət (kənd təsərrüfatı işləri ilə məşğul olmuş, yaşadığı ərazidə özünü nizamintizamlı aparmış və barəsində heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Azərbaycan Respublikası medalının № İ-9420, № İ-5237 və № İ-59285 saylı vəsiqələrin surətləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla “Füzulinin azad olanmasına görə”, “Xocavəndin azad olanmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müharibə iştirakçısı olmaqla müvafiq medallarla təltif olunması CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 03 mart 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Sabirabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan 2,75 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Sabirabad Rayon İcra Hakimiyyəti yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-49 manat 74 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 03 mart 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 2,75 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar