Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-654/2022 02.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3 və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkilİ Müdafiəçi iştirakları ilə xx xxxx 1982-ci il tarixdə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bitərəf, əvvəllər məhkum olunmamış, işsiz, Şirvan şəhəri, Ş.Qurbanov küçəsi ev 10-da qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan hazırda Penitensiaq Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan şəraitdə əldə etdiyi çətənə toxumlarını yaşadığı Şirvan şəhəri, N.Rəfibəyli küçəsi ev 42-də yerləşən həyətyanı sahəsində 2022-ci ilin may ayının əvvəllərindən qanunsuz olaraq əkib, həmin toxumları becərməklə əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olmaqla külli miqdar təşkil edən 30 (otuz) ədəd çətənə (kannabis) bitkilərini yetişdirərək, qeyd olunan çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş və 28 iyul 2022-ci il tarixdə saat 16 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə yaşadığı ünvan 3 ünvanında yerləşən həyətyanı sahəyə baxış keçirilən zaman oradan 30 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 5000 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 2022-ci ilin may ayının əvvəllərində 14 ədəd çətənə toxumlarını şəxsi istifadəsi üçün həyətində əkmiş, onlara qulluq edib becərmişdir. Sonra qorxduğundan 28 iyul 2022-ci il tarixdə kolları çıxardıb meşoka yığmış və meşoku qapının ağzına qoymuşdur ki, axşam düşəndən sonra zibilliyə atsın. Həmin gün marketdə bazarlıq etdiyi vaxt polis əməkdaşları Müşfiq, Yunis, Tural və tanımadığı bir nəfər başqa şəxs də marketdə olmuşlar. Müşfiq ona yaxınlaşaraq onda çətənə bitkiləri olub-olmadığını soruşmuş, o da onda çətənə bitkilərinin olduğunu demiş və polis əməkdaşları ilə birlikdə onun evinə getmişlər. Orada yığıb qapının ağzına qoyduğu narkotik dolu meşoku elə qapının ağzında onlara təhvil vermişdir. X4 aparıb ondan izahat alaraq, onu yenidən evinə aparmışlar. Orada anası ilə onu kənarda saxlayıb, özləri içəri keçmişlər. Sonra da ona həyətində 14 kol deyil 30 kol olduğunu ona bildirmişlər. Baxış videoçəkilişlə aparılmışdır. Çəkiliş elə onun həyətində başlanmışdır. Həyətində 14 ədəd kollar olmuşdur. Ona görə də özünü 14 ədəd kola görə təqsirli bilir. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək arabir narkotik vasitələrdən istifadə etdiyini, 2022-ci ilin may ayının əvvəllərində o, tapdığı çətənə bitkisi toxumlarını yaşadığı evin həyətində yerləşən çardağın arxa tərəfinə əkdiyini, həmin çətənə kollarına aqrotexniki qaydada qulluq etdiyini, 28 iyul 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları gələrək, evin həyətyanı sahəsinə onun razılığı ilə baxış keçirildiyini, baxış zamanı həyətyanı sahədə ot yığmaq üçün nəzərdə tutulmuş çardaqla daş hasarın arasında 30 ədəd çətənə kolu aşkar olunduğunu, polislərə 30 ədəd kolların çətənə bitkisi olduğunu, onları özü istifadə etmək üçün əkdiyini və satış məqsədi olmadığını, orada olan aqronom Şahid4 30 ədəd çətənə koluna baxış keçirərək, onlara aqro texniki qaydada qulluq edildiyini bildirdiyini, sonra da 30 ədəd çətənə kolunun qablaşdırılaraq, bu barədə protokol tərtib olunduğunu, protokol onun, polis əməkdaşlarının, aqronomun iştirakı ilə imzalandığını, Həmin vaxt ona heç bir fiziki və mənəvi təzyiq olunmadığını göstərmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, cinayət işinin materiallarında olan istintaq hərəkəti protokolları, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə tamamilə sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 28 iyul 2022-ci il tarixdə Şirvan şəhəri, N.Rəfibəyli küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evinin həyətində narkotik tərkibli bitkilərin əkilib becərilməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 16 radələrində Şirvan Şəhər Polis Şöbəsinin təhqiqatçısı X2, polis nəfərləri Şahid2, Şahid3 və aqronom Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı şəhərin N.Rəfibəyli küçəsi 42 saylı ünvanda yerləşən evinə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs razılığı ilə evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı evin həyətində olan çardaqla qonşu həyətin daş hasarı arasında xüsusi hazırlanmış yerdən qurudulması üçün sərilmiş vəziyyətdə olan 30 ədəd çətənə bitkisinə oxşar bitkilər qurudulması üçün yerə sərilmiş vəziyyətdə aşkar olunmuş, sorğu edilərkən Təqsirləndirilən şəxs həmin aşkar edilmiş 30 ədəd kolların narkotik tərkibli çətənə bitkiləri olduğunu və həmin bitkiləri özü istifadə etmək üçün əkdiyini etiraf etmişdir. Həmin vaxt baxışda iştirak edən aqronom Şahid4 aşkar edilmiş 30 ədəd bitkilərin narkotik tərkibli bitkilər olmaqla, həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Baxış zamanı aşkar edilmiş 30 ədəd çətənə kolları ekspertizaya təqdim edilməsi üçün götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib edilmiş, protokol bütün iştirakçılar həmçinin, Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, onlara Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkib-becərməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Onların əvvəlcədən çıxarılaraq kisəyə qoyulması barədə Şəmsi İbadovun verdiyi ifadə həqiqətə uyğun deyil. Dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə verdilər. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” 28 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Şirvan şəhəri, N.Rəfibəyli küçəsi, ev 42-də yerləşən fərdi yaşayış evinin həyətində olan çardaqla qonşuya məxsus daş hasarın arasında qurudulması üçün yerə sərilmiş vəziyyətdə olan 30 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilmiş və həmin kollar götürülərək qablaşdırılmışdır. Məhkəmədə baxış keçirilməsi istintaq hərəkətinin videogörüntülərinin qeydə alındığı diskdə olan görüntülər nümayiş etdirilərkən də Təqsirləndirilən şəxs məxsus Şirvan şəhəri, N.Rəfibəyli küçəsi ev 42-də yerləşən evinin həyətində olan çardaqla qonşuya məxsus daş hasarın arasında qurudulması üçün torbaqdan çıxarılaraq yerə sərilmiş vəziyyətdə olan 30 ədəd narkotik tərkibli çətənə kollarının onun iştirakı ilə aşkar edilib, götürülərək qablaşdırılması və onun həmin çətənə kollarını özü istifadə etmək üçün əkib becərdiyini bildirməsi təsdiq olunur. İşdə olan mütəxəsis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş 30 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 29 iyul 2022-ci il tarixli 18/800 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ”....Təqsirləndirilən şəxs... həyətyanı sahəsindən...30 (otuz) ədəd..” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 30 (otuz) ədəd yaş vəziyyətdə, ümumi çəkisi-5000 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkbili çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 30 (otuz) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 26 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş 30 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək 14 ədəd çətənə bitkisini əkib-becərdiyini və onları 28 iyul 2022-ci il tarixdə çıxararaq zibilliyə atmaq üçün kisəyə yığdığını, polis əməkdaşları həyətinə baxış keçirərkən onu və anasını kənarda saxlayaraq özləri həyətə baxış keçirdikdən sonra həyətində 30 ədəd çətənə kollarını aşkar edildiyini ona bildirdiklərini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin özünü müdafiə məqsədi daşıdığından, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə elan olunmaqla tədqiq edilmiş özünün işin faktiki hallarına uyğun gələn səmimi etirafedici ifadəsi, dindirilmiş şahidlərin ifadələri, Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə aparılmış baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolu ilə, əldə olunmuş maddi sübutlar və işin faktiki halları ilə təkzib olunduğundan həmin hissədə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə elan olunmaqla tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına və həqiqtə uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1982-ci il tarixdə Əli Bayramlı şəhərində doğulmuşdur. Şirvan şəhəri, Ş.Qurbanov küçəsi ev 10-da qeydiyyatda olmaqla, Şirvan şəhəri, Rəfibəyli küçəsi ev 42-də yaşamışdır. Himayəsində 2008-ci il təvəllüdlü oğlu Fərid və 2015-ci il təvəllüdlü qızı Ruqəyya vardır. İşdə olan Şirvan Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən həbs müddətinin başlanğıcı 28 iyul 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını və CM-nin 59.2-ci maddəsinə əsasən öhtəsində olan 4 nəfər ailə üzvündən bir nəfərinin azyaşlı, iki nəfərinin yetkinlik yaşına çatmayan olmaqla ailədə yeganə qazanc gətirən olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməli və o həmin cəzanı çəkməlidir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 62 və ya 70-ci maddələrinin tətbiqinə əsas görmür. Məhkəmə hesab edir ki, CM-in 56.1.2 maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 28 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 30 ədəd çətənə bitkiləri məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. O ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 30 ədəd çətənə bitkiləri məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alnaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-654/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-654/2022
02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver