Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-654/2023 10.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1990-cı ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, İmişli şəhər, R.Məmmədov küçəsi ev 16 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 2,237 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq özündə saxlamış, 27 mart 2023-cü il tarixdə saat 12 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri, R.Məmmədov küçəsində saxlanılaraq İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin gün saat 12:45 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,237 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 27 mart 2023-cü ildə evdə problem olub, söz-söhbət düşdüyündən atası əvvəlcə polis əməkdaşı Şahid1 şikayət edib, İlqar isə onu götürmək üçün atasına 102-yə zəng vurmalı olduğun izah edib. Bundan sonra atası 102 xidmətinə zəng edib şikayət etmiş və İmişli polisləri gəlib onu yaşadığı evdən aparmışlar. Həmin vaxt dərman atıb evdə söz-söhbət yaratmışdır. Polis şöbəsinə gedərkən üstündə 3 ədəd tramadol dərman olmuşdur. Özü narkotiklərdən istifadə etmiş, heroin qəbul etmişdir. Polis əməkdaşları ona üzərinə qoyulmuş narkotiki götürüb CM-nin 234.1-ci maddəsi ilə içəri gedib müalicə olunub sağalmasını təklif etmişlər. O da düşünmüş ki, 8 ay falan cəza alıb içəridə sağalar, narkotikdən uzaqlaşar. Polis şöbəsində olarkən döyülməmiş, heç bir təzyiq göstərilməmişdir. Bundan sonra şöbədə İlqar və Elvin adlı polis əməkdaşları üzərinə narkotik qoymuş, özü isə onlarla razılaşmış, çəkiliş zamanı da cibindən çıxarıb stolun üstünə qoymuş və demiş ki, iran vətəndaşından alıb. Halbuki özü heç vaxt iran vətəndaşı tanımamışdır. Balaca bir büküm qoymuş stola, həmin bükümü də vəkilinin yanında polislər cibinə qoymuşdur. Narkotikin ona aidiyyəti yoxdur, özü ailə başçısıdır, evdə olan problemə görə gətirib onu yükləyiblər. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, narkotik vasitələrdən istifadə etmişdir. 2022ci il tarixdə Respublika Narkoloji Dispanserində müalicə almış və orada qeydiyyatdır. Bundan sonra o, həkim resepti ilə “tramadol” dərmanından istifadə etmişdir. 27 mart 2023cü il tarixdə saat 12 radələrində yaşadığı İmişli rayonu R.Məmmədov küçəsində evinin yaxınlığında olduğu vaxt polis əməkdaşları ona yaxınlaşaraq onu İmişli rayon polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmişdir və birlikdə polis şöbəsinə getmişlər. Orada xidməti otaqların birində qanunla qorunan hüquqlarını müdafiə etməsi üçün İmişli şəhər hüquq bürosundan vəkil Fəyyaz Quliyev dəvət edilmişdir. Ona üzərində qanunla qadağan olunmuş maddə və ya predmetin olub-olmaması soruşulmuşdur. Həmin vaxt o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə heroin olan şəffaf sellofan bükümü, 7 ədədi istifadə olunmuş 3 ədədi isə istifadə olunmamış üzərində “Трамадол 50 мг” sözləri yazılmış dərman preparatını, bir ədəd göy rəngli alışqanı və bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları həmin narkotik vasitə olan heroini haradan əldə etdiyini soruşduqda o da həmin narkotik vasitə olan heroini Bakı şəhərindən aldığını bildirmişdir. Daha sonra polis əməkdaşları üzərindən aşkar edilərək götürülmüş bir ədəd içərisində narkotik vasitə heroin olan şəffaf sellofan bükümü, 7 ədədi istifadə olunmuş 3 ədədi isə istifadə olunmamış üzərində “Трамадол 50 мг” sözləri yazılmış dərman preparatını qablaşdırıb, üzərinə möhür vurmuşdur. Qeyd etmişdir ki, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,237 qram narkotik vasitə olan heroini 5-6 gün əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən şəxsi istifadə etmək məqsədi ilə 20 manata almışdır, 7 ədədi istifadə olunmuş 3 ədədi isə istifadə olunmamış üzərində “Трамадол 50 мг” sözləri yazılmış dərman preparatını 18 fevral 2023-cü il tarixdə İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən “Zəfəran” apktedən almışdır. İstifadəsində hal-hazırda mobil nömrə yoxdur. Lakin təxminən 2 il bundan əvvələ qədər ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı formada fiziki və psixi zor tətbiq edilməmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, orada yazılanları CM 234.1-ci maddəsi ilə razılaşdığına görə polislər tərəfindən öyrədilərək dediyini, istintaq zamanı aldadılıb sənədlərə qol çəkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, İmişli RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 mart 2023-cü il tarixdə məlumat daxil olmuşdur ki, İmişli şəhər sakini Xəyal adlı şəxs üzərində narkotik vasitə olan heroin gəzdirir. Ailə üzvləri də dəfələrlə ona müraciət etmişdir ki, düzəlmir, narkotik istifadə edir. Özü də hadisədən əvvəl bir-iki dəfə Xəyalı görüb nəsihət etmişdir ki, uzaqlaşsın bu işdən. Özünün də onlara qohumluğu çatır. Həmin gün İmişli şəhər, R.Məmmədov küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində X2 görüb saxlayaraq, İmişli RPŞ-ya dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə, video-çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs da həmin vaxt əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlə olan şəffaf sellofan bükümü, 7 ədədi istifadə olunmuş, 3 ədədi isə qalmış üzərində “Tramadol 50 mq” sözləri yazılmış dərman preparatını, bir ədəd göy rəngli alışqan və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütləni Bakı şəhərindən aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlə olan şəffaf sellofan büküm və 7 ədədi istifadə olunmuş, 3 ədədi isə qalmış üzərində “Tramadol 50 mq” sözləri yazılmış dərman preparatı ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Ona qarşı saxlanılarkən və polis şöbəsinə gətirilərkən heç bir təsir və ya təzyiq edilməyib, nə özü nə də ki, digər polis əməkdaşları tərəfindən üzərinə narkotik qoyulmayıb. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, İmişli RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, İmişli sakini Xəyal adlı şəxsin üzərində narkotik vasitə olan heroin gəzdirərək, həmin tarixdə saat 12:00 radələrində İmişli şəhəri, R.Məmmədov küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində olacaqdır. (c İ, i.v 3) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» 27 mart 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Xəyal adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair İmişli RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 4) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:45-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 24-25) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlə olan şəffaf sellofan bükümü, 7 ədədi istifadə olunmuş, 3 ədədi isə qalmış üzərində “Tramadol 50 mq” sözləri yazılmış dərman preparatı, bir ədəd göy rəngli alışqan və özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütləni Bakı şəhərindən almasını bildirmişdir. (c İ, i.v 27-29) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 18/354 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "...Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən..." sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd polietilen kəsiyi bükükmündə təmiz çəkisi-2,237 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi-0,05 qram, qalıq-2,187 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İ, i.v 35-37) İşdə olan, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 mart 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 67-68) İşdə olan, 20 aprel 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 yanvar 2022-ci il tarixdən 27 mart 2023-cü il tarixədək iş üçün əhəmiyyət kəsb edən aşağıdakı qısa mesajlar (sms) müəyyən olundu: xx/xx/2023-cü il tarixdə 17:03:53-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Xəyal qeyrətin s...m başım xarab olur qabağıma çıxana söyüşüvü göstərəcəm bu dəyqə 10 manatı at camaatın pulun verim”, xx/xx/2022-ci il tarixdə saat 00:04:02-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa biras bijana atajdin gorejdim qutardi ele bu mende jatmamisam sased sokecek”, xx/xx/2022-ci il tarixdə saat 09:15:38də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa men sene arkajin oldum teli ac menim isderim hamsi sarvat olur”, xx/xx/2022-ci il tarixdə saat 13:07:51-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa biras dus getir”, xx/xx/2022-ci il tarixdə saat 12:58:07-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə “Jeke oqlansan varjokun s...m asedi gelende meni vesijetden cikartarsan”, xx/xx/2022-ci il tarixdə saat 20:42:10-da ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə “Qaqa dedijin kimi cikmadi”, xx/xx/2022-ci il tarixdə saat 01:25:34-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Bajaqki as edi tesden dedijimi jaksi ele onan cok as qaldi tesden dokusun jarsi jiqacam dur”, xx/xx/2022-ci il tarixdə saat 04:38:24-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Axirinci defe olsun mene mesaj yazirsan var yoxun s...m birde mene mesaj yazssan sene telefon acsam sene salam versem menim kimi p...ri yoxdu yeke kiwisen e bele hereket eleme” xx/xx/2022-ci il tarixdə saat 15:00:34-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Jarim saata adam var ona demisem dejende mene dejecem get gotur men basqa jerdejem” xx/xx/2022-ci il tarixdə saat 15:32:50-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “5 manatın dalıyca gedim ee zeng ele” xx/xx/2022-ci il tarixdə saat 15:42:26-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Aə zeng ele itqirxan”, xx/xx/2022-ci il tarixdə saat 15:45:11-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Dejir hele getmemisem birasdan gedecem telfonum isdemir ona gore jiqa bhlmirem” xx/xx/2022ci il tarixdə saat 15:52:04-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Basa telle yiqmaq olur ,tay yiqma isdemirem pulda Ayib olsun sene” xx/xx/2022ci il tarixdə saat 18:14:24-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Sen ol uje bas conur bir yerden zeng vur qatiqladun sen artıq” xx/xx/2022-ci il tarixdə saat 23:49:14-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa sene arkajinam meselenisen dura bilsem nedi istisen gelim indi ver tesden pulu ilkinin janina qojaram gmnturersen mene bir caüab de bilim” xx/xx/2022-ci il tarixdə saat 09:14:28-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa gelim o birin ver”, xx/xx/2022-ci il tarixdə saat 23:31:28-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa tesden ise gedende jiqim seni durursan ona isdemis mene bir keber de bilim” xx/xx/2022-ci il tarixdə saat 12:01:24-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa basva donum gelim mektebin tanina meni jola sal menen isdijen aciq elib gedecek” xx/xx/2022-ci il tarixdə saat 20:59:09da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa sen gelince balnisede dort ekis doqan arvad uje eve gedir noldun gosumun kokü saraldi” xx/xx/2022ci il tarixdə saat 21:13:13-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Meni arkajin edib nije bele edirsen” xx/xx/2022-ci il tarixdə saat 21:28:07-də ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Bu ne hereketdi qis kimi kusursen adamnan billemki bile bile acmirsan” xx/xx/2022-ci il tarixdə saat 21:30:53-də ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Meni nije sojuqda saklamisan isaqin tukaninin janindajam jeke oqlansan dondum oldum ona gore hele eve getmemisem” xx/xx/2022-ci il tarixdə saat 21:41:12-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Jeke oqlansan saat altida jol cikacam meni pis vesjetde qojma butun isderim sarvat olar qaqa” xx/xx/2022-ci il tarixdə saat 21:35:21-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa 5 alti manat varimdi bajaq dedujunden mene vererdun duselerdim bu ne hereketdi adamdan kusursen bloka atmisan he meni” xx/xx/2022-ci il tarixdə saat 21:43:19-da ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə “Beledeki hec isdisen inden bele salami kelamida kesek bele bakriam kusejen karakterun var neise” xx/xx/2022-ci il tarixdə saat 13:19:40-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa kisi seng elijir ona sös verdim gelirem aqir seitdi onu aldatmajaq qaqa” xx/xx/2022-ci il tarixdə saat 21:52:57-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa sene arkajnam ha kecenseferdekine donmesin basva donum qaqa teli acik qoj gecen kejre qalsin” xx/xx/2022-ci il tarixdə saat 15:55:06-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa teli kepenejnen qosuram sarjatqaja bir vakt de onda cikarim acim teli seng catmajacaq mene” xx/xx/2022-ci il tarixdə saat 18:32:58-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa bawva donum mene ikiisin ver onun sabah alacuq” xx/xx/2022-ci il tarixdə saat 10:44:42-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qaqa evdejem deyni diye bilmedim 15 ,5 iwden gelene kimi verdene qaqa varjokun s...m gelende verecem osun bilisen ki yalandan soyuw soyen dorem axwamda goturende ustunde 20 butok verecem bawva donum qaqa mende gedim iwe” xx/xx/2022-ci il tarixdə saat 17:28:52-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Bu ne hereketdi s...m onun icine q...e q...e hereket eleme meni ne gosdedir7en” xx/xx/2022-ci il tarixdə saat 22:43:13-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Men seni gosdurem qaqa onu istifade eledim men sene arkajin oldum men ise gede bilmerem ha bil” xx/xx/2022-ci il tarixdə saat 22:34:00-da ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa tesdene sos vermedi? Alinacaq sence tesden men ise getmeje bir cavab jas bilim qaqa” xx/xx/2022-ci il tarixdə saat 21:34:03-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa tesden menimde isimi asirt sene arkajinam qaqa mene bir cavab jas” xx/xx/2022-ci il tarixdə saat 08:46:09-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa birasdan gelecem evdejdim dije bilmedim” xx/xx/2022-ci il tarixdə saat 08:48:03-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “5.g 2.dene alarsan” xx/xx/2022-ci il tarixdə saat 19:08:42-də ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə “Men catdim sajondajam gelirsen bir sös de sarjatqam jokdu” xx/xx/2022-ci il tarixdə saat 19:31:42-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Taj meni jola sal seni gosdurem kucede” xx/xx/2022-ci il tarixdə saat 21:29:06-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “salam xəyal,pulu cattir xais edirəm.” xx/xx/2022-ci il tarixdə saat 21:29:39-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “biz soz danisdiqaxı.” xx/xx/2022-ci il tarixdə saat 23:11:35-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Lale 2 dene asphrin ver hec kim bilmesin” xx/xx/2022-ci il tarixdə saat 23:59:36-da ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Yetim qoyduğum mal orda yoxdu” xx/xx/2022-ci il tarixdə saat 12:35:04-da ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə “Xəyal o malı ordan sən götürmüsən. Səbrli ol hər şeyi aydınlaşdıracam sənə.” xx/xx/2022-ci il tarixdə saat 17:19:10-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Telefonu ac Xeyal soz dansdq axi biz kisiyik o sozleri men demedm sene sen dedn mene” xx/xx/2022-ci il tarixdə saat 08:53:17-də ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Menhm bhpq hli jerde jaksi malim var pul duselde bilirsense senin masinla gedib duselmirse mene he jok de basqasijla gedim i” xx/xx/2022-ci il tarixdə saat 14:33:03-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ajaq usde durmaqa halim jokdu 2 .3 tusdu menede cehdir qaqa basva donum” xx/xx/2022-ci il tarixdə saat 23:06:32-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Soqp elemhsen qaqa sajdiqlarindan biri gotdu basdi adam dor bodije bak mene der rajonda dorem hemde der derman atiram jaksi elemisen harda kimin masininda oturublar addarin bide dejersen jiqiram danismajacam sen danis qulaq asim” xx/xx/2022-ci il tarixdə saat 20:33:57-də ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Lasimdi pulun üar g...t b...t verimde men senin kimi a...q dorem q...e” xx/xx/2022-ci il tarixdə saat 20:46:20-də ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa cem eledene duselmir sen dedujun bu gunluk jola ver birdeki tesden durassan?” xx/xx/2022-ci il tarixdə saat 20:55:03-də ***-***-**-** saylı mobil nömrə ***-***-**-** saylı mobil nömrəyə “Qaqa chkmasin elimnen ac qaqa” xx/xx/2022-ci il tarixdə saat 21:01:22-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa mene asdardan cordan de 36 manat borcumu verim” xx/xx/2022-ci il tarixdə saat 19:55:34-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Mabes khlo latun goturdum ki tesden vererem mali onu getrmisem sis terefejem” xx/xx/2022-ci il tarixdə saat 09:14:39-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Getmhqpsense ac de getmirem men bilim” xx/xx/2022-ci il tarixdə saat 19:04:22-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə “Axşamin xeyir qaqa sabah qalib pul goturmeyimiz sabah goruşecem sen” xx/xx/2022-ci il tarixdə saat 20:52:53-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Niye mene bele eledin bu vezyetde qaldim bilisen axi menim tezden olur pulum men neyniyim indi qaqa” xx/xx/2022-ci il tarixdə saat 00:11:35-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Kucedeyem telfon sonecek gozduyurem burda nazi gil teref” xx/xx/2022-ci il tarixdə saat 00:15:49-da ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa gozduyum yoxsa gedim ?mene bir cavab ver” xx/xx/2022-ci il tarixdə saat 00:40:00-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa pulu axdariram cibimnen duşub kucede hardasa gelmişdim qayitdim dala qanim it qanina donub” xx/xx/2022-ci il tarixdə saat 20:53:09-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qaqa daniwdim deyir biraz gec gelecem isdiyisen gelen kimi seni yiqim yada tezden goruwende o qarwiq hamsini verim neter isdisen hele edek” xx/xx/2022-ci il tarixdə saat 14:06:06-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa iwim duz gelmedi qaqavi 22 ne kimi gozde kredit goturecem onda butov verecem olar qaqa” xx/xx/2022-ci il tarixdə saat 18:33:49-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Niye balam ne pisdiyim deyib saymamazdiq edirsen biz terefede gelib gedirsen ama xeber etmirsen ay ehtibarsiz teki canin saqolsun eyaqu keserem ha buraliqdan CİMİ” xx/xx/2022-ci il tarixdə saat 18:02:21-də ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən “Sen gor neter adamsan xeyal mene borcun var deye gedib bawka adama deyib getmisen iwe ne bilim ozun bil 12 ye kimi gozdeyirem 12den sora istemiyecem o pulu miri deyirki vermeyib pulu dedim yox hele dediki soyuw soyub verer” xx/xx/2022-ci il tarixdə saat 19:42:50-də ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrəyə “Me ne fors elisen qatiq day hemiwe senen alib indide senen ala men dedim deye” xx/xx/2022-ci il tarixdə saat 20:55:28-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə “Saat ujey 9du eyer buyun vermesen pulu sabax mene bahane uydurma ne desen onsuz inanmiyacam cunki tezden verecem varyoxun s...m heleki xeber yoxdu” 1/03/2022-ci il tarixdə saat 00:17:41-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Telfonu verim 2,5 bide 5 de o biri sabah axwam teli goturerem bir cacab yaz bilim daniwa bilmirem gorum neynirem” xx/xx/2022-ci il tarixdə saat 00:43:08-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Duz eledun mende iwimi bildim ki gundelik kime verecem pula demeli her gun pul olur bir defe olmayanda g...t corusen duz elisen caqrib yaxwiki qret elemirsen” xx/xx/2022-ci il tarixdə saat 15:26:07-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “5 de obirinen birdayam qaqa omrumu gunumu s...di tezol basua donum qaqa cixib hedir gucnen saxlatmiea.” xx/xx/2022-ci il tarixdə saat 20:52:08-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa arisdon var bidene hor seid isdiyer evezine zeng vurum daniwaq teli ac sozum bawqada sozum var” xx/xx/2022-ci il tarixdə saat 21:28:44-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa onu satan adam wehere gedir hekime yol pulusu yoxdu ona gore dedim sene ucuz yanimdadi diye acib demedim imkan ele biadam tsl gotur Allahada xow geder bayram vaxdidi” xx/xx/2022-ci il tarixdə saat 22:06:16-da ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə “Telfonu zalok qoyram birsigune kimi 1000 manatdiq teldi tezedi evindi qram yarim bide obirinen onluq”, saat 22:15:48-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ewid bil telefon elebele adamin dor birsigune kimi saxliyAsan birsi gun goturulecek bayaq oxuduqu gotrecem qaqa ama tel amanati not 10bahalidi ha amanatdi tez meni yiq”, saat 22:22:39-da “Bilisendene kimindi deqiq gotrcek yanimdadi diye adin demirem”, saat 22:24:12-də “O telfon batirar qatiq cabidi”, saat 22:25:29-da “Elden cixmamiw tez yiq qaqa gedmesin”, xx/xx/2022-ci il tarixdə saat 00:15:14-də “Zeng baqrim cartladi telefon o cavanw ozunundu menen xeber gozduyur yata bilmirik ikimizde getrim verim saxla elebele telfon dor qaqa qoymaz axi o pula” xx/xx/2022-ci il tarixdə saat 21:24:11-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Xeyal var yoxun s...m veziyetim cox pisdi mene buyun komek ele sabax evezin cxacam olmuyum lomkadan” xx/xx/2022-ci il tarixdə saat 21:29:43-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Xeyal ozun bilirsen lomka nedi bele hereket eleme menim cetinliyim sabaxa kimidi mene he yox denen gelirsen????” xx/xx/2022-ci il tarixdə saat 22:32:42-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Kucediyem seni gozdurem qaqa deve eti yesen cixirsan bir soz de bilim” xx/xx/2022-ci il tarixdə saat 23:37:40-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ne q...e wuenlik salirsan dedim tezden verecem yarsin telfonda s...m s...nan daniwma s...un altina qoyum c...q telin sesi moykem cixjr” xx/xx/2022-ci il tarixdə saat 11:27:08-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Bi cimdik dawda ver qaqa nolar” xx/xx/2022-ci il tarixdə saat 00:16:11-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “G...n daw derem evde hami bildi sen bilmedin” xx/xx/2022-ci il tarixdə saat 21:46:10-da ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə “Salam noldu pul ?” xx/xx/2022-ci il tarixdə saat 14:30:40-da ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Paliklinkanin heyetindeye.” xx/xx/2022-ci il tarixdə saat 22:17:17-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “n. Sənə 5 aprelə qədər vaxt verirəm, 5 aprel gününə qədər mənim pulumu verməyən oğlanın hər bir şeyin söymüşəm” xx/xx/2022-ci il tarixdə saat 23:42:32-də ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Bu ne q...di eliyisen c...q adam arxayin elemeyi bawa salaram sene tumuy g...tu soxa bilmedi sen sen ol men men gor g...tu dewirem yoxsa yox” xx/xx/2022-ci il tarixdə saat 23:43:33-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Dal daliqda dalimca daniwanin varyoxun s...m”, xx/xx/2022-ci il tarixdə saat 00:06:09-da “Men catirAm teli ac eseb crir meni”, xx/xx/2022-ci il tarixdə saat 00:41:23-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Axwamin xeyir tezdenen pul ozumde olacaq zeng vurum meni yola salirsan ? Bir cavab yaz bilim daniwa bilmirem dedem indi girdi eve nehlet olmuw canimda el”, xx/xx/2022-ci il tarixdə saat 22:05:15-də “Qaqa bu ne hereketdi pulum yoxdu diye meydim ortada qalacaq ?bele wey olmaz bawa duw hec olmasa” xx/xx/2022-ci il tarixdə saat 20:04:40-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Bu ne hereketdi getdim ora yoxsan dondum oldum soyuqdan yiq” xx/xx/2022-ci il tarixdə saat 11:09:58-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Tapdim ozu yaxwi aparsun iwden gelende 10 15manat vererem ozu yaxwi aparsan” xx/xx/2022-ci il tarixdə saat 22:32:30-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa bidenesin cem ele qoy hemiweki yere goturende puluda qoyacam ora sene arxayinam bawqa guman yerim yoxdu qaqa bawva donum yadundan cixmasin” (c İ, i.v 102-108) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (c İ, i.v 111-112) İşdə olan, xx.xx.2023-cü il tarixli İmişli RİHB-nın İmişli Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası, anası, arvadı və oğlundan ibarətdir, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. (c İ, i.v 120-121) İşdə olan, “ambulator məhkəmə-narkoloji ekspertiza” üzrə verilmiş 16 iyun 2023-cü il tarixli, 3802 saylı rəyin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 124-125) İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/3256 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsi TƏDQİQAT OBYEKTİ № 1” dairəvi möhür əksləri olan, “... İmişli RPŞ Təqsirləndirilən şəxs aid...” sözləri, soyad və imza qeyd edilmiş bir ədəd zərfdəki üzərində "Тpaмaдол 50 мг" göstəricisi olan 1 (bir) ədəd konvalyutda ümumilikdə 3 (üç) ədəd ağ-göy rəngli kapsulda tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0,15 qram (üzərində olan göstəriciyə əsasən 1 ədəd kapsulda təsiredici maddənin miqdarı 0,05 qram) təşkil edir. Tramadol hidroxlorid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxidir. Tədqiqata sərf edildi-1 ədəd, qalıq-2 ədəd. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. (c İ, i.v 126- 129) İşdə olan, Ambulator məhkəmə psixiatrik ekspertizasının 10 iyun 2023-cü il tarixli 1602 nömrəli rəyindindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hasnı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (c İ, i.v 130-131) İşdə olan, İmişli Rayon Mərkəzi X5 Şəxs tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən “İmişli RMX” PHŞ-nin Narkoloji kabinetində narkoman kimi qeydiyyatdadır və daimi ağrı sindromu olduğu üçün xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixə kimi Həkim narkoloq tərəfindən Tramadol 90 tablet 1*3 təyin edilmişdir. Xəstəxana tərəfindən hər-hansı bir dərman preparatı ilə təmin olunmur. (c İ, i.v 159) İşdə olan, 12 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tətqiqatına sərf edilmiş çəki nəzərə alınmaqla qalıq çəkisi 2,187 qram çəkidə narkotik vasitə heroin və 2 ədəd Tramadol kapsulu iş üçün əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və saxlanılması üçün İmişli RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi, məlumatları özündə əks etdirən Azercell MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə və özündə cinayətin izlərini əks etdirdiyinə görə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (c İ, i.v 160-181) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində yalnız 3 ədəd tramadol dərman olmuş, lakin üzərində heç bir narkotik vasitə olmamış, narkotik vasitə heroin polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, polis əməkdaşlarının CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəyi barədə vədlərinə aldanaraq, gələcəkdə aşağı həddə cəza almaqla müalicə olunub narkotik vasitədən uzaqlaşacağını düşünərək həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində bildirdiyi yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 46-48) və xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v 57-59) qismində verdiyi ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, eləcə də Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı hadisə barədə söylədiyi səsli nitqi (o, ittihamda göstərilən xüsusatları, üzərindən aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu və onu Bakı şəhərindən aldığını, şəxsi istifadə məqsədilə üzərində saxladığını təsdiq etmiş, eləcədə müdafiəçinin suallarına cavab olaraq hər hansı şikayətinin və xahişinin olmadığını bildirmiş) ilə tam təkzib olunur. Belə ki, həmin ifadələrdə və istintaq hərəkətində təqsirləndirlən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olmasını səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən yuxarıda qeyd edilən ifadələrindən fərqli ifadə verməsini hər hansı bir mötəbər dəlillə əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən aldadıldığını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi yuxarıda qeyd edilən ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, telefon danışıqları məlumatları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu yuxarıda qeyd edilən ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu və Bakı şəhərindən aldığını, şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi yuxarıda qeyd edilən ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 27 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və xx.xx.2021-ci il tarixdən “İmişli RMX” PHŞ-nin Narkoloji kabinetində narkoman kimi qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq İmişli Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,187 qram narkotik vasitə heroin və 2 ədəd tramadol kapsullar məhv edilməli, Azercell MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114,74 (bir yüz on dörd manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 27 mart 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və İmişli Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,187 qram narkotik vasitə heroin və 2 ədəd tramadol kapsullar məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş, Azercell MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-114,74 (bir yüz on dörd manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-654/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-654/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver