Məhkəmə qərarları › İş №1(099)-656/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-656/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-656/2023 06.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1998-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada bərbər işləyən, məhkum olunmamış, Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi bina 2, ev 20-də qeydiyyatda olmaqla Sabirabad şəhəri, Vidadi küçəsi, ev 24-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-11,537 qram narkotik vasitə heroin əldə etmiş, saxlamış və həmin maddəni üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 29 mart 2023-cü il tarixdə, saat 14 radələrində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Sabirabad şəhəri, Vidadi küçəsində saxlanıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən bir ədəd bükümdə külli miqdarda-11,537 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vardır.Uşağı o, polis əməkdaşları tərəfindən tutulduğu gün-29 mart 2023-cü il tarixdə doğulmuşdur.Rəsmi olaraq işləməsə də, Sabirabad şəhəri, Muğan prospektində yerləşən bərbərxanada fərdi qaydada bərbərliklə məşğul olmaqla gündəlik gəliri 20-25 manat olmuşdur. İbadətlə məşğul olub müsəlman kimi namaz qılan insandır.Ona verilmiş ittihamda göstərilənlər tamamilə əsassızdır.Belə ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və narkotiklərin satışı ilə məşğul olmamışdır. 29 mart 2023-cü il tarixdə, gecə saat 03 radələrində yaşadığı evə bir neçə polis əməkdaşı gəlib onu zorla tutub rayon polis şöbəsinə aparmışlar.Evinə gələn polis əməkdaşları Şahid2 və Şahid3 olmuşdur.Həmin gün saat 18 radələrində polis şöbəsində Taleh adlı polis əməkdaşı və digər polis əməkdaşları qarşısına qoyulmuş narkotik maddənin üzərinə götürməsini təhdid etmiş, o, etiraz etdikdə isə ona qarşı psixi təzyiqlər etmişlər.Polis əməkdaşları onu döyməsələr də, ona qarşı psixi təzyiqlər edərək bildirmişlər ki, əgər təqdim olunan narkotiki üzərinə götürməsə, onun üzərinə daha çox miqdarda narkotik qoyulmaqla ittiham oluna bilər.Ona görə də o, məcburiyyət qarşısında polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır.Sonra Taleh adlı polis əməkdaşı cibininə bir büküm qoymuş, həmin vaxt başa düşmüşdür ki, cibinə qoyulmuş bükümün içərisində hansısa növ narkotik maddə vardır.Həmçinin polis əməkdaşları ona cibinə qoyulmuş narkotiki işlədiyi bərbərxananın yanında yerdən tapdığını və istifadəsi üçün üzərində saxlamasını deməyi tapşırmışlar.Bundan sonra polis əməkdaşları tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə onun üzərində axtarış keçirilmişdir.Axtarış zamanı o, polislərin əvvəldən ona dedikləri kimi hərəkət edib cibində olan bir ədəd bükümü çıxarıb polislərə təqdim edib bükümün içərisində narkotik maddə (heroin) olduğunu, yerdən tapdığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Əslində isə üzərində aşkar olunmuş narkotik maddə (heroin) ona məxsus deyil, həmin narkotiki (heroini) cibinə polis əməkdaşı Taleh qoymuşdur.Polis əməkdaşlarının ona qarşı belə hərəkət etmələrinin səbəbini bilməmişdir.Sonradan ona məlum olmuşdur ki, istintaq orqanı tərəfindən 2023-cü ilin aprel ayında onun iştirakı olmadan polis əməkdaşları evinə baxış keçirirmiş və özünə məxsus bir neçə dini ədəbiyyatı götürüb ekspertizaya göndərilmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 30 və 31 mart 2023-cü il tarixli ifadələrində göstərmişdir ki, o, 29 mart 2023-cü il tarixdə, səhər saatlarında işlədiyi bərbərxananın qapısında, səkinin üzərində bir ədəd torbanın içərisində heroin tapmış və həmin heroini istifadə etmək üçün əynindəki şalvarının cibinə qoymuşdur. Həmin gün, saat 14 radələrində yaşadığı ünvandan, Sabirabad şəhəri, Vidadi küçəsindən işlədiyi bərbərxanaya gedərkən polis əməkdaşları onu saxlayıb üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib rayon polis şöbəsinə aparmışlar.Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır.Axtarış zamanı özü əynindəki şalvarının cibindən bir ədəd bükümü çıxarıb təqdim edib bükümün içərisində heroin olduğunu, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Polis əməkdaşları tərəfindən aşkar olunmuş heroin kütləsi qablaşdırılıb götürülmüşdür.Üzərindən aşkar edilmiş heroin ona məxsusdur, həmin heroini işlədiyi bərbərxananın yanında, yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və ya zor tətbiq edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 23 may 2023-cü il tarixli ifadəsində göstərmişdir ki, o, əvvəlki ifadələrində göstərdiklərini təsdiq etmir, həmin ifadələrində göstərilənləri polislərin təzyiqi altında vermişdir.Əsl həqiqətdə 29 mart 2023-cü il tarixdə, saat 03 radələrində yaşadığı evə polis əməkdaşları gəlib onu küçəyə çağırmış və o, küçəyə çıxdıqdan sonra polis əməkdaşlaları onu tutub rayon polis şöbəsinə aparmışlar.Polis şöbəsində tanımadığı polis əməkdaşları ona qarşı təzyiqlər edərək bir ədəd bükümdə olan narkotik vasitəni üzərinə götürməsini, əks təqdirdə həmin narkotik maddənin evinə qoyulub götürüləcəyini və evdən narkotik çıxacağı təqdirdə onun, həm də ailə üzvlərinin narkotiklə bağlı ittiham olunacaqları, ona görə də onun videoçəkiliş zamanı narkotik maddənin ona məxsus olmasını deməyi bildirilmişdir.O, təzyiq altında olmaqla, həm də ailə üzvlərindən narahat olduğundan narkotik maddəni üzərinə götürmüşdür.Sonra üzərində videoçəkilişlə axtarış zamanı o, üzərindən aşkar olunmuş heroinun özünə məxsus olmasını bildirmişdir.Üzərində aşkar olunmuş heroin ona məxsus deyil, həmin heroini üzərinə polis əməkdaşı qoymuşdur. Həmçinin iş üzrə barəsində verilmiş narkoloji rəylə razı deyil, o, əvvəllər narkotik maddələr qəbul etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 30 və 31 mart 2023-cü il tarixli ifadələrini təsdiq etməyib,23 may 2023-cü il tarixli ifadəsini təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddə olmamışdır.Polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş narkotik maddənin (heroinin) özünə məxsus olduğunu bildirmiş, sonradan da polislərin dediyi kimi izahat və ifadə vermişdir. Polis əməkdaşları onu Sabirabad şəhəri, Vidadi küçəsində yox, yaşadığı evdə tutub polis şöbəsinə aparmış, həmçinin o, tutulan gün, yəni 29 mart 2023-cü il tarixdə işə getməmiş, işə getməməsinə səbəbi arvadının hamilə olması olmuş, ona görə də onun işlədiyi yerdən, yəni işlədiyi bərbərxananın qarşısında, yerdən içərisində narkotik maddə (heroin) olan torba tapması tamamilə yalandır.Üzərində aşkar olunmuş narkotik maddə (heroin) ona məxsus deyil, həmin narkotik maddəni (heroini) cibinə polis əməkdaşı Taleh qoymuşdur.O, narkotik maddələrin satışı ilə məşğul olmamış və üzərində aşkar olunmuş narkotik maddə ilə (heroinlə) bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin əməkdaşıdır.29 mart 2023-cü il tarixdə ona, Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 14 radələrində əməliyyat-axtarış tədbiri keçirilmiş və əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ərazidə, Sabirabad şəhəri, Vidadi küçəsində saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır.Polis şöbəsində müstəntiq Elvin Həmidov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim edib bükümün içərisində heroin olduğunu, özünün istifadəsi üçün üstündə saxladığını bildirmişdir.Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində heroinə oxşar kütlə aşkar edilmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini işlədiyi bərbərxananın yanında, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər X3 və Şahid3 Şahid2 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Sabirabad RPŞ-nin əməkdaşının 29 mart 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında 29 mart 2023-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Sabirabad şəhəri, Vidadi küçəsində saxlanıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 29 mart 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Elvin Həmidov tərəfindən müdafiəçi Səxavət Məmmədlinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəb bükümdə heroinə oxşar kütlə aşkar olunmuşdur.Aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-11,537 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 11,487 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanımaq haqqında” 01 aprel 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 11,487 qram heroin maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, “Axtarış aparılması haqqında” 29 aprel 2023-cü il tarixli protokolla müəyyən olunur ki, məhkəmənin “Yaşayış yerində axtarış aparılması barədə” 28 aprel 2023-cü il tarixli qərarına əsasən (Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik və psixotrop maddələrin və cinayət yolu ilə əldə edilmiş sair predmetlərin gizlədilməsi ehtimalı əsası ilə) 29 aprel 2023-cü il tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Sabirabad şəhəri, Vidadi küçəsi ev 24-də axtarış aparılmış və axtarış zamanı evdən 01 ədəd üzərində “Fatimeyi Zəhra”, 01 ədəd üzərində “X12 Əbu Talibin ensiklopediyası” adlı kitablar, 01 ədəd üzərində “İmam Sadiqin ictimai həyatına bir baxış” sözləri yazılmış kitabça, 01 ədəd üzərində “Namazı belə qılaq” sözləri yazılmış kitabça, 01 ədəd “Təqdim 2012” sözləri yazılmış kitabça, 01 ədəd A 4 formatda üzərində məscidin görüntüsü olan şəkil aşkar edilib götürülmüşdür. İşdə olan, məhkəmə-linqvistik və dinşünaslıq ekspertizasının 05 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, təqdim edilmiş materiallarda linqvistik və dinşünaslıq təhlil baxımından Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar, həmçinin hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar müəyyən edilməmişdir.Təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələrində kütləvi iğtişaşların təşkil edilməsinə və belə iğtişaşlarda iştirak etməyə, həmçinin açıq şəkildə terrorçuluğa, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan çağırışlar, eləcə də, belə əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etməyə dair məlumatlar əks olunmamışdır.Təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələri dini ekstremist materiallar deyildir.Təqdim edilmiş ədəbiyyat nümunələri dini təyinatlıdır.Eyni zamanda Abdullah Əbdüləziz əl-Haşiminin “Fatimeyi Zəhra (s.ə.) doğumunun əvvəlindən şəhadətindən sonraya qədər” və X4 Reyşəhrinin “X13 Talibin (ə) ensiklopediyası” kitablarının istehsal və idxal edilməsinə, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə X11 üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq alınmışdır.Digər ədəbiyyat nümunələrinin istehsal və idxal edilməsinə, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə dair X11 üzrə Dövlət Komitəsinə hər hansı bir müraciət daxil olmamışdır.Təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələrində dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan cərəyanın və ya dini cərəyanın yayılması və təbliği halları əks olunmamışdır.Təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələrində ekspert qarşısında qoyulmuş suallara əsasən, aşkar surətdə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq, vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərə yol verilməmişdir.Təqdim edilmiş Abdullah Əbdüləziz əl-Haşiminin “Fatimeyi Zəhra (s.ə.) doğumunun əvvəlindən şəhadətindən sonraya qədər” və X4 Reyşəhrinin “X13 Talibin (ə) ensiklopediyası” kitabları ölkə nəşriyyatlarında çap olunmuşdur. Digərləri isə xarici nəşriyyatlarda çap olunmuşdur.Eyni zamanda “Təqvim 2012 (1433-1434)” kitabçasının ölkə və ya xarici nəşriyyatda çap olunduğunu müəyyənləşdirmək mümkün olmamışdır. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulyatorların istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur.Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 iyun 2023-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının qanunsuz hərəkətlərə məruz qalması barədə daxil olmuş məlumat üzrə Sabirabad rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs qarşı polis əməkdaşlarının qanunsuz hərəkətlər etməsi, o cümlədən ona qarşı təzyiqlərin olması təsdiq olunmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi, cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 20 iyun 2023-cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində CMnin 167.2.1 və 167.3.1-ci maddələri iilə cinayət təqibinin başlanması rədd edilmiş, habelə cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş külli miqdarda narkotik vasitənin mənbəyi barəsində CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübut, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid2, İsmayıl Şixəliyev və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (üzərində aşkar olunmuş heroinin ona məxsus olmaması, həmin heroinin polis əməkdaşı tərəfindən üzərinə qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması, üzərində aşkar olunmuş heroini şəxsi istifadəsi üçün üzərində saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2, İsmayıl Şixəliyev və Şahid3 ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşları onu küçədə yox, yaşadığı evdə tutub polis şöbəsinə aparması, tutulan vaxt üzərində narkotik maddənin olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiqlərin olması və bu səbəbdən üzərində aşkar olunmuş narkotik maddənin (heroinin) özünə məxsus olmasını bildirməsi, sonra polislərin dediyi kimi izahat və ifadə verməsi, üzərində aşkar olunmuş narkotik maddənin (heroinin) ona məxsus olmaması və həmin narkotik maddəni (heroini) cibinə polis əməkdaşının qoyması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2, İsmayıl Şixəliyev və Şahid3 ifadələri, maddi sübut, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 30 və 31 mart 2023-cü il tarixli ifadələri ilə (həmin ifadələrində o, üzərindən aşkar olunmuş heroin kütləsinin özünə məxsus olmasını göstərmişdir) tam təkzib olunur.Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 11,537 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsey külli miqdarda heroin əldə etməsi və həmin maddəni üzərində saxlayıb yaşıdığı ərazidə küçədə daşıması onun həmin maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroini əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Sabirabad Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Sabirabad rayon MİS-nin 08 iyun 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi bina 2, ev 20-də qeydiyyatda olmaqla Sabirabad şəhəri, Vidadi küçəsi, ev 24-də yaşamış və yaşıdığı yer üzrə müsbət (yaşadığı ərazidə özünü sakit və tərbiyəli aparmış, heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Sabirabad rayon MİS-nin 08 iyun 2023-cü il tarixli arayış və doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində 29 mart 2023-cü il təvəllüdlü X8 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə xəstəxananın narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Sabirabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan 11,487 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X5 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 mart 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə xəstəxananın narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 11,487 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar