Məhkəmə qərarları › İş №1(099)-656/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-656/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-656/2024 16.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Bakı şəhəri, «Prospekt» vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1973-cü ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvələr məhkum olunmamış, Hacıqabul şəhəri S.Vurğun küçəsi ev 6-da qeydiyyatda olmaqla, Şirvan şəhəri Ş.Şükürov küçəsi ev 27-də yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd kağız bükümündə təmiz çəkisi 0,168qram, 4 ədəd ədəd polietilen kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkiləri 0,738qram, 0,515qram, 0,335qram, 5,070qram, ümumi çəkisi 6,826 qram külli miqdar təşkil edən psixotrop maddə metamfetamini və içərisində psixotrop maddə metamfetaminin izləri olan 2 ədəd şüşə lampadan düzəldilmiş “qəlyanı” qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Şirvan şəhər X1 mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 mart 2024-cü il tarixdə, saat 23:40 radələrində Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən çörək bişirmə sexinin yaxınlığında hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı 1 ədəd kağız bükümündə təmiz çəkisi 0,168qram, 4 ədəd ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,738qram, 0,515qram, 0,335qram, 5,070qram, ümumi çəkisi 6,826 qram külli miqdar təşkil edən psixotrop maddə metamfetamini və içərisində psixotrop maddə metamfetaminin izləri olan 2 ədəd şüşə lampadan düzəldilmiş “qəlyan” əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibində olan üzərində “X7” yazılmış siqaret qutusunun içərisindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində istifadəsində olan “1j” markalı çörək daşımada istfadə etdiyi **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini təmirdən gətirib işlədiyi çörək sexinin qabağına. Bundan sonra çörək sexinə keçmiş əlini və ayağını yuyub avtomobilin ə tərəf qayıdıb avtomobilə əyləşmək istəyən zaman tanımadığı mülkü geyimli 4 nəfər şəxslər onu arxadan qolunu buraraq tutub “Mercedec” markalı avtomobilə əyləşdirəndən sonra əllərində olan özlərinə məxsus narkotik vasitəni guya onun üzərindən aşkar edilməsini uca səslə “sənindi deyə ona” bildirmişlər və onu Şirvan şəhər polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları onu döyməyə başlamışlar, döyərkən ayağının altına “rezin “dəyənəklə vurmağa başlamışlar və onun ayağından dartaraq ayağlarını tam aralayıb “Şpaqat” açıb sonra yenidən “Rezin” dəyənəklə “Qasıq” nahiyyəsinə vuraraq işgəncə verməyə başlamışlar. Həmin şəxslərdən biri tanıdığı Şahid2, ikinci adını Şahmar kimi bildiyi şəxs, digər şəxslərin isə adlarını xatırlamır. Bundan sonra yenidən Şahid2 “rezin” dəyənəklə boğaz nahiyyəsindən tutub ona əgər boynuna götürməsən gedib evinə külli miqdarda narkotik vasitə qoyub yenidən çıxaracağlarını bildirmişlər. O, bu işgəncələrə və şantaja dözməyərək onların yəni Şahid2 dedikləri ilə razılaşdıqdan sonra bildirmişlər ki, elə bir nömrə deki guya həmin narkotik vasitəni ondan almısan yoxsa üzünə duracaq admlar gətirəcəklər ki, sən narkotik vasitəni onlardan almısan. Oda bundan sonra tanıdığı Bakı şəhərində taksi kimi fəaliyyət göstərən “Seyid” adlı şəxsin əlaqə nömrəsini vermişdir tutulmadığı gündən bir gün qabaq həmin şəxsin vasitəsi ilə avtomobilinə ehtiyyat hissələri gətirmişdir. Videoçəkilişdən qabaq ona bildirmişlər ki, guya “Seyid” adlı şəxs həmin narkotik vasitəni Hacıqabul rayon ərazisində yerləşən körpünün altına qoyub oda gedib onu ordan götürüb özündə saxlayıb və o, deyən zaman harasa qoyub 30 manatda bu işin qarşılıqında zəhmət haqqı alacaqsan deyə bildirmişlər. Oda bu cürə ifadə verməyə məcbur olmuşdur. O, ilkin müdafiəçisinin adını bilmir, yalnız ilkin çəkilişdə iştirak etmiş, onunla təklikdə nə söhbət nədə onu sorğu-sual etməmiş, bu günə qədərdə o, vəkilinin üzünü görməmişdir. O, heç bir vaxt narkotik vasitələrdən eyni zamanda metamfetamindən istifadə etməmiş, nədə alqı satqısı ilə məşğul olmamış Polis əməkdaşları tərəfindən ona işgəncə verilərək zorla üzərinə qoyulmuşdur. Günahı olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Lakin ibtidai istintaq zamanı 31 mart 2024-cü il tarixli şübhəli və 01 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində dindirilərkən özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək ifadələrində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23:00-da Seyid adlı şəxsin ona dediyi Bakı-Qazax yolunun Hacıqabul rayon hissəsində olan körpünün altına özünə məxsus avtomobil ilə getmiş və oradan Seyidin dediyi içərisində psixotrop maddə metamfetamin olan 05 ədəd bükümlər və 02 ədəd psixotrop maddəni istifadə etmək üçün avtomobil işığının lampaları olan siqaret qutusunu götürərək cibinə qoymuşdur. Bundan sonra Şirvan şəhərinə qayıtmışdır. Şirvan şəhərində işlədiyi çörək sexinin yanında polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. Üzərində şəxsi axtarış aparılan zaman psixotrop maddə metamfetamin olan 05 ədəd bükümlər və 02 ədəd psixotrop maddəni istifadə etmək üçün avtomobil işığının lampalarını təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verdiyi ifadələrində “psixotrop maddənin polis əməkdaşları tərəfindən ona işgəncə verilərək zorla üzərinə qoyulması” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirərək sübut növü kimi qəbul etmir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitələr əldə edib üzərində saxlama, istifadə və qanunsuz dövrüyyəsi barədə məlumat daxil olmuş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyt qruppu yaradılmışdır. Həmin gün saat 23:40 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən çörək bişirmə sexinin yanına getmişlər. Həmin yerdə olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşıb və özlərini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi etməsi və dövrüyyəsi ilə məşğul olması barədə məlumatının daxil olduğunu bildirib, sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd “X7” yazısı olan qızılı rəngdə siqaret qutusunu və 01 ədəd avtomobil işıq lampasını, həmçinin gödəkçəsinin sol yan cibindən özünə məxsus “Mİ” markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoymuşdur. Siqaret qutusuna baxıldıqda içərisində 04 ədəd sellofan bükümdə, 01 ədəd siqaretin gümüşü kağızı bükümdə ümumilikdə 05 ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Bundan əlavə siqaret qutusunda 01 ədəd avtomobil işıq lampasıda aşkar olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddələrin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddələri Seyid adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra aşkar olunmuşş psixotrop maddə metamfetaminlər elektron tərəzi vasitəsi ilə çəkildikdən sonra qablaşdırılmış, sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə baxış keçirilərkən ona qarşı heçbir təziq-təsir, döymə olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövrüyyəsi ilə məşğul olması barədə məlumat daxil olsa da, sonuncu tərəfindən həmin maddələrin satış faktı müəyyən etmək mümkün olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar ifadə verərək xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 31 mart 2024-cü il tarixli 3-16-16/2-18/352 saylı rəyindən görünür ki, tədqiqata təqdim edimiş üzərində: “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki: -1 ədəd kağız bükümündə təmiz çəkisi-0,168qram 4 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,738qram, 0,515qram, 0,335qram, 5,07qram, ümumi çəkisi-6,826qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -2 ədəd şüşə lampadan düzəldilmiş “qəlyan”ın içərisində psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) vonun miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş 5 ədəd bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (Siyahı İ) . Ekspertiza tədqiqatından sonrakı qalıq metamfetamin psixotrop maddəsi 6,576 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil edır. İş materiallarında olan 17 may 2024-cü il tarixli 205 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi ehtiyacı vardırr. Ərazi narkoloji qeydiyyata alınması məsləhət görülür İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 25 may 2024cü il tarixli 1519 saylı rəyin nəticə hissəində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəalliyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi mülaicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 18 aprel 2024-cü il tarixli 169 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, T422/2024 nömrəli rəyində göstərilmişdir ki, 1-4. Təqsirləndirilən şəxs istər ilkin, istərsə də təkrar məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində hər-hansı xəsarət və ya onun izi aşkar edilməmişdir.

5. Təqsirləndirilən şəxs adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 169 saylı rəyin nəticə hissəsi təsviri hissəyə uyğun tərtib edilmişdir. İş materiallarında olan 31 mart 2024-cü il tarixli videoçəilişlə aparılmışq «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd üzərinə “X7” yazısı olan qızılı rəngdə siqaret qutusunu və 01 ədəd avtomobil işıq lampasını, həmçinin gödəkçəsinin sol yan cibindən özünə məxsus “mi” markalı mobil telefonun, siqaret qutusunun içərisində 04 ədəd sellofan bükümdə, 01 ədəd siqaretin gümüşü kağızı bükümdə ümumilikdə 05 ədəd içərisində psixotrop maddə metamfetaminlər əlavə siqaret qutusundan 01 ədəd avtomobil işıq lampasının aşkar olunmamasını özündə əks etdirən 1 ədəd disk protokola əlavə edilmişdir. İş materiallarında olan 31 mart 2024-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şirvan şəhər məhkəməsinin 01 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 31 mart 2024-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında Şirvan Şəhər Mərkəzi Rayon Xəstəxanası X5 16 aprel 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika, ruhi-əsəb narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında Hacıqabul Rayon Xəstəxanası X5 13 may 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın konsultativ-poliklinika, ruhiəsəb narkoloji və alkoloq qeydiyyatda deyil. İş materiallarında olan Şirvan şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Ş.Şükürov küçəsi ev 27-də qeydiyyatda olmaqla yaşayır, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bakı şəhəri, 3 saylı İstintaq Təcridxanasından xx.xx.2024-cü il tarixdə daxil olmuş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 3 saylı istintaq təcridxanasının TSH-də təlimata uyğun olaraq tibbi müayinələrdən keçirilmişdir. Sorğu zamanı həbs edilmiş şəxs xəsarət almadığını bildirmişdir. Bədən səthinin müayinəsi zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. İş materiallarında olan 20 iyul 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 6,576 qram psixotrop maddə metamfetamin və şəxsi axtarış keçirilməsinə dair videogörüntünü özündə əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınmış, psixotrop maddə saxlanılmasından ötrü Şirvan ŞPR-nin maddi sübutlar otağına təhvil verilmiş, bir ədəd CD disk iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 20 may 2024-cü il tarixli «Bakcell MMC»dəçn daxil olmuş CD diskə baxış keçirilməsi haqqında protokoldan sonra Təqsirləndirilən şəxs istifajdəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, ***-***-**-** saylı nömrə üzrə xx.xx.2024 23:06:20 USVN3407D/GSVN3407 Hajigabul-2/"Hacıqabul rayonu, Ziya Bünyadov küç, Şəhər giriş tablosunun arxası"/Hajigabul/ (39.99xx/xx.9451) Hacıqabul rayon ərazisində olması müəyyən edilmişdir. Məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, onu satmaq niyyətində olması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nədə ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. İstintaq orqanı ittihamda satış məqsədini yalnız ona görə göstərmişdir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddə metamfetaminin 2 qramdan artıq olmaqla külli miqdar təşkil edir, başqa digər hər hansı bir sübut isə olmamışdır. Əgər iş materiallarında belə sübutlar olsaydı, bundan sonra şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, həmçinin psixotrop maddənin miqdarı da nəzərə alınmalı idi. Sözü gedən maddənin külli miqdar təşkil etməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin maddənin miqdarının çox olması o halda sübut növü kimi qəbul edilə bilər ki, satış məqsədini təsdiq edən digər sübutlar da mövcud olsun. İbtidai araşdırma orqanı belə bir sübuta istinad etməmiş və iş materiallarında da belə bir sübut növü müəyyən olunmamışdır. Bununla da istintaq orqanı yalnız ehtimala əsaslanmaqla Təqsirləndirilən şəxs satış məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Belə bir halda psixotrop maddənin külli miqdar təşkil etməsi həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilir ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədi ilə törədilsin. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-1-ci maddələsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs psixotrop maddənin hazırlanması üçün üzərində hər hansı bir avadanlığın olmaması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi nəzərə alınaraq sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində ilk məhkumluğunu, məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müəlicə olunmalı, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Şirvan şəhər rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 6,576 qram psixotrop maddə metamfetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış keçirilməsinə dair videogörüntünü özündə əks etdirən bir ədəd CD disk cinayət təqibi üzrə materialların saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 31 mart 2024-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 mart 2024-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Şirvan şəhər rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 6,576 qram psixotrop maddə metamfetamin məhv edilsin. - Cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış keçirilməsinə dair videogörüntünü özündə əks etdirən bir ədəd CD disk cinayət təqibi üzrə materialların saxlanma müddəti ərzində işdə saxlanıl Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Nahid Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar