Məhkəmə qərarları › İş №1(099)-657/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-657/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-657/2023 07.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1972-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 19 iyul 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs N aprel 2023-cü ildə, saat 21 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq “VAZ 21061” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsi olmadan yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində idarə edərək Hacıqabul-Mincivan avtomobil yolunun Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində yerləşən “4 yol” adlanan ərazidən keçən 150-ci kilometrliyində Hacıqabul istiqamətində hərəkətdə olarkən hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, buna texniki cəhətdən imkanının olmasına baxmayaraq Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməyərək həmin yolu sağdan sola keçmək istəyən piyada X3 hərəkətdə olduğu zolaqda avtomobilin sol qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Şakir Abbasovun baş-beyinin əzilməsi, toxumasına, qişaları altına və mədəciklərə qansızma, hər iki təpə və gicgah sümüklərinin az yerdəyişmiş sınıqları, başın hər iki təpə-gicgah nahiyələrinin dərialtı hematoması, sol saidin əzilmiş-cırılmış yarası, sol bazunun, sol saidin, hər iki əlin, sol diz oynağı nahiyəsinin sıyrıqları, sol üst göz qapağının, sağ bazunun, sol budun qançırları xarakterli, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik bədən xəsarətləri almasına və Şakir Abbasovun 12 may 2023-cü ildə müalicə olunduğu Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, N aprel 2023-cü ildə, saat 12 radələrində iş yoldaşı və həmkəndlisi Şahid2 ilə birlikdə 0,5 litrlik spirtli içki olan araq içmiş, həmin gun saat 20 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən “4 yol” adlanan yerdə avtomobillə hərəkətdə olarkən “Notarius”un qarşısında iki nəfər şəxsin yolu keçməsini görüb avtomobili saxlamış, həmin piyadalar yolu keçdikdən sonra avtomobili hərəkətə gətirib, təxminən 30-40 km/saat sürətlə idarə edərkən “Araz marketin” qarşısında bir nəfər şəxsin sağdan sola keçmək üçün telefonla danışa-danışa adi yerişlərlə yola çıxaraq getdiyini görmüş, həmin vaxt avtomobilin əyləcini bassa da, avtomobili saxlaya bilməmiş, avtomobilin qarşı sol tərəfi - kapotun sol küncü ilə həmin piyadanı vurmuş, həmin şəxs avtomobilin qabaq alın şüşəsinə dəyərək zərbənin təsirindən yerə yıxılmış, bunu görüb təcili-tibbi yardıma məlumat vermiş, təcili yardım avtomobili hadisə baş verən yerə gələrək həmin şəxsi xəstəxanaya aparmış, yol-nəqliyyat hadisəsi zamanı vurduğu şəxsin 13 may 2023-cü ildə müalicə aldığı xəstəxanada ölməsini eşitmişdir. Yol-nəqliyyat hadisəsinin onun diqqətsizliyi nəticəsində baş verməsini etiraf etməklə əməlindən peşmanlıq keçirməsini bildirmiş və ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində iki azyaşlı uşaqları və heç bir yerdə işləməyən arvadının olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini eləcə də Vətən Müharibəsində iştirak etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəməyədək icraat zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X6 xəstəliyi ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyindən onun ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilərkən müəyyən olunur ki, o, ifadəsində göstərmişdir ki, N aprel 2023-cü ildə hərbi hissədə xidmətdə olarkən saat 21 radələrində Əjdər adlı tanışı ona telefona zəng edərək atasını avtomobil vurduğunu və hazırda xəstəxanada olduğunu demiş, xəbəri eşidib Füzuli rayon mərkəzi xəstəxanasına gəlmiş, xəstəxanada atasının vəziyyətinin ağır olmasını, hadisənin isə Füzuli rayonunun Əhmədbəyli kənd sakini Bəhlul adlı şəxs tərəfindən törədildiyini öyrənmiş, atası aldığı ağır bədən xəsarətlərdən 12 may 2023-cü ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir. Məhkəmə iclasında Füzuli rayon X8 X9 Yol Patrul Xidmətinin inspektoru vəzifəsində işləyən Şahid3 şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, N aprel 2023-cü ildə, saat 21 radələrində xidmətdə olarkən Füzuli rayonunun Bala Bəhmənli kənd ərazisində yerləşən “4 yol” adlanan ərazidə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat alıb həmin əraziyə getmiş, hadisə yerinə çatdıqda əvvəldən tanımadığı, adının sonradan Təqsirləndirilən şəxs olmasını öyrəndiyi şəxsin “VAZ 21061 markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ərazidə yolu sağdan sola keçmək istəyən piyada X3 vurmasını öyrənmiş, sürücü hadisə yerində olmuş, xəsarət alan Şakir Abbasov isə xəstəxanaya aparılmış, hadisə yerinə baxış keçirildikdən sonra sürücü Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilməsi üçün Füzuli rayon mərkəzi xəstəxanasına aparılmış, sonuncuda alkoqol sərxoşluğu aşkar olunmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, N aprel 2023-cü ildə saat 12 radələrində həmkəndlisi Təqsirləndirilən şəxslə birlikdə spirtli içki içmiş, sonuncu avtomobili ilə onu aparıb kənd ərazisində düşürmüş, həmin gün axşam saatlarında Bəhlulun rayonunun Bala Bəhmənli kəndində “4 yol” adlanan ərazidə yolnəqliyyat hadisəsi törədərək həmin kənddə yaşayan Şakir adlı şəxsi vurduğunu, hadisədən bir neçə gün sonra isə Şakirin Bakı şəhərində müalicə aldığı xəstəxanada öldüyünü eşitmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” N aprel 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Hacıqabul-Mincivan avtomobil yolunun Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində yerləşən “4 yol” adlanan ərazisindən keçən 150-ci kilometrliyində, Hacıqabul istiqamətində baş vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 12 iyun 2023-cü il tarixli, 41/MEŞ rəyindən görünür ki, Ş.M.Abbasovun bədənində aşkar edilmiş xəsarətlər – baş beyinin əzilməsi, toxumasına, qişaları altına və mədəciklərə qansızma, hər iki təpə və gicgah sümüklərinin az yerdəyişmiş sınıqları, başın hər iki təpə-gicgah nahiyələrinin dərialtı hematoması, sol saidin əzilmiş-cırılmış yarası, sol bazunun, sol saidin, hər iki əlin, sol diz oynağı nahiyəsinin sıyrıqları, sol üst göz qapağının, sağ bazunun, sol budun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Ş.M.Abbasovun ölümünün bilavasitə səbəbi başın küt travması ilə əlaqədar baş beyinin əzilməsi, toxumasına, qişaları altına və mədəciklərə qansızma olmuşdur. Ş.M.Abbasovun ölümü xx.xx.2023-cü il tarixdə, saat 22:55-də Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. İş materiallarında olan Füzuli rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin N aprel 2023-cü il tarixli, 261 nömrəli sərxoşluq aktından görünür ki, N aprel 2023-cü il tarixdə, saat 21:36-da Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilərkən onda 1,230 promil spirtli içkinin t əsirində olması müəyyən olunmuşdur. İş materiallarında olan məhkəmə-tibbi və məhkəmə-kimyəvi ekspertizasının 15 may 2023-cü il tarixli, 1611/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edildi. Etil spirtinin qatılığı 0,8 promildir. Metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinn tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabioid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotk vasitə hesab edilən) aşkar edilməmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisələri ekspertizasının 23 iyun 2023-cü il tarixli, 8/1724 nömrəli rəyindən görünür ki, “VAZ 21061” markalı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ 21061” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş halda idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin t ələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan BC 706130 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə DİN BDYPİ Qİİ/ İmişli ASAN xidmət mərkəzindən verilmiş və xx.xx.2032-ci ilədək qüvvədə olan “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş materiallarında olan Füzuli Rayon X8 Yol Polisi bölməsindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-xx-xx/1752/2023 nömrəli raportdan görünür ki, Baş X12 İdarəsinin Mərkəzi İnformasiya mərkəzinə baxış zamanı xx.xx.1972-ci ildə Füzuli rayonu, Əhmədbəyli kəndində anadan olmuş Təqsirləndirilən şəxs BC 706230 nömrəli, “B” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliynin Baş Klinik Hospitalının 31 oktyabr 2023-cü il tarixli 6552 nömrəli tibbi və 14 avqust 2023-cü il tarixli, 172 nömrəli travma haqqında arayışlardan görünür ki, zərər çəkmiş şəxsin hüquqi varisi X6 01 avqust 2023-cü ildən hal-hazıradək Müdafiə Nazirliynin Baş X2 zədələnmələr və Rekonstruktiv cərrahiyə bölməsində «Elektrotravma (xx.xx.2023) Sağ yuxarı ətrafın, döş qəfəsinin ön səthinin sağ yarısının, hər iki budun ön-içəri səthlərinin, hər iki baldırın aşağı 1/3-nin və ayaqları 20% İ, İİ, İİİ A, İİİ B, İV termiki yanıqları diaqnozu ilə stasionar müayinə və müalicə alır. İş materiallarında olan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəi tərəfindən verilmiş M\V№085533 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2020-ci ildə «Qarabağ Uğrunda» medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 noyabr 2022-ci il tarixli, 671s nömrəli sərəncamı ilə verilmiş 1-82272 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli,2715 nömrəli sərəncamı ilə verilmiş 1-11587 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «Qubadlının azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21061” minik markalı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomobil onun özünə qaytarılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin verdiyi etirafedici, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin isə təsdiqedici) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, məhkəmə-tibbi və məhkəmə yolnəqliyyat hadisələri ekspertizalarının rəylərini, maddi sübutları, həmçinin işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq alkoqol sərxoşluğu halında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin və Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozması nəticəsində yuxarıda göstərilən nəticələrə səbəb olmuş yol - nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmədə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından o, qanunauyğun cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür və ona təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu vaxtdan, yəni 19 iyul 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, işdə olan Cəbrayıl rayon məhkəməsinin 19 iyul 2023-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 19 iyul 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxsin hüquqi varisi X6 xəstəliyi ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs ilə barışmadığını, onu bağışlamadığını, sonuncunun tərəfindən onlara heç bir maddi yardım və mənəvi köməklik göstərilmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X5 rayonunun Əhmədbəyli kəndində qeydiyyatda olmaqla himayəsində 2015 və 2019-cü illərdə doğulmuş iki azyaşlı uşaqları və heç bir yerdə işləməyən arvadı birlikdə orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, müharibə iştirakçısı olmaqla Qarabağ uğurunda gedən döyüşlərdə iştirak etməsini, Müharibə veteranı olmasını, eləcə də ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə yuxarıda göstərilən yüngülləşdirici halların olmasını, eyni zamanda cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın həddə cəza təyin edilməsini, həmçinin müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona təyin olunacaq əsas cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia verilməmişsə, zərər çəkmiş şəxsin hüquqi varisi mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi X4 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ ona izah olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21061” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş)manat Təqsirləndirilən şəxs alınaraq dövlət hesabına keçirilməlidir. İş üzrə madd i sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 19 iyul 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət hesabına keçirilsin. İş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi X4 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21061” minik markalı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilin özünə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs oğluna isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar