Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-658/2022 15.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 və Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1990-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan şəhəri, 20 yanvar küçəsi ev 107-də qeydiyyatda olmaqla orada yaşayan, barəsində “Həbs” növündə qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 8,572 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib yerini dəyişməklə üzərində qanunsuz olaraq saxlamaqla daşımış, 2022-ci il avqustun 01-də, saat 01:30 radələrində Salyan şəhəri 20 yanvar küçəsində yaşadığı evin yaxınlığında Salyan RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən həmin narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, tutulandan təxminən 1 ay əvvəl instaqram internet səhifəsi üzərindən narkotik satışı ilə məşğul olan bir şəxslə tanış olmuşdur. Ona görə instaqram səhifəsinə girib həmin şəxslə sms vasitəsilə əlaqə saxlayıb 210 manatpulu milliön ödəmə terminalı vasitəsilə həmin şəxsin bank hesabına göndərdikdən sonra həmin şəxs ona heroin bükümünü Bakı şəhərində Badamdard qəsəbəsində yerləşən hazırda fəaliyyət göstərməyən, keçmiş hərbi hissənin giriş qapısının yanında gizlətdiyini demiş, o da 31 iyulda saat təxminən 18 radələrində gedib nişan verilmiş yerdən bir ədəd sellofan bükümdə heroini götürərək yaşadığıSalyan rayonuna qayıtmışdır. 01 avqust gecə saat 01 radələrində yaşadığı evin yaxınlığında gəzişərkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, üzərində narkotik vasitə olması ilə əlaqədar şübhələndiklərini bildirib, onu polis şöbəsinə dəvət etmişlər. Orada vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərində axtarış aparmışlar. Axtarış zamanı şalvarın sol yan cibindən içərisində heroin olan bir ədəd bükümü, 3 manat pulu və “Samsung” markalı mobil telefonu aşkar etmişlər. Sorğu zamanı üzərindən aşkar edilmiş maddənin heroin olduğunu, onu 31 iyul 2002-ci il tarixdə Bakı şəhərində Badamdart qəsəbəsində internet vasitəsi ilə tanış olduğu, üzünü görmədiyi və tanımadığı şəxsdən 210 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan heroin elektron tərəzidə çəkildikdə çəkisi 10 qram olmuşdur. Sonra da həmin maddə qablaşdırılmış və bu barədə protokol tərtib edilmiş, protokol ona ucadan oxunduqdan sonra o protokolu imzalamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, əldə edilmiş maddi sübut, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübuta yetirilir. Belə ki, dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Salyan Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 2022-ci il iyulun 31-də Salyan şəhəri, 20 Yanvar küçəsi ev 107 saylı evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu və üzərində narkotik vasitə saxladığı barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması üçün yaradılmış əməliyyat qrupu Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər və 01 avqustda saat təxminən 01:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evinin yaxınlığında 20 Yanvar küçəsində saxlayıb, narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Salyan Rayon Polis Şöbəsinə dəvət etmişlər. Orada vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərində axtarış aparılmasına başlanılmışdır. Axtarış aparılmasından əvvəl üzərində narkotik vasitə və qadağan olunmuş digər əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan büküm, 3 manat pul və “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisinə baxıldıqda orada heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, həmin heroini iyulun 31-də saat 18 radələrində Bakı şəhərində Badamdart qəsəbəsində internet üzərindən tanış olduğu, lakin üzünü görmədiyi və tanımadığı şəxsdən 210 manat müqabilində öz istifadəsi üçün əldə etdiyini bildirmişdir.Sonra da həmin maddə elektron tərəzidə çəkilərək qablaşdırılmıqablaşdırılıb möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 manat pul özünə qaytarılmış, “Samsung” markalı mobil telefon isə işə əlavə edilməsi üçün götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol oxunduqdan sonra protokolu imzalamışlar Xəlilovun narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda məlumat olmamışdır. Dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə verdi. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə protokolundan görünür ki, 01 avqust 2022-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilib, ondan götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 01 avqust 2022-ci il tarixli 18/814 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 8,572 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Salyan RPŞ-nə verilmiş əməliyyat tapşırığına alınmış cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi və onun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı əməliyyat məlumatları əldə olunmamışdır. İşdə olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” X2 arayışından görünür ki, Təqsirləndirilən şəxs 2015ci ildən “çətənə narkomaniyası” diaqnozu ilə dispanser qeydiyyatında dayanır, digər bir xəstəlik üzrə dispanser qeydiyyatında yoxdur. İşdə olan ibtidai istintaq orqanının 03 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 8,522 qram narkotik vasitə heroin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmışdır. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 8,572 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib yerini dəyişərək üzərində qanunsuz olaraq saxlamaqla daşıması tam təsdiq olunur. Onun törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, CM-nin həmin maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1990-cı ildə Salyan şəhərində anadan olmuşdur. Salyan şəhəri, 20 Yanvar küçəsi ev 107-də qeydiyyatda olmaqla orada yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan Salyan Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 01 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 oktyabr 2015-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya Qərarına əsasən 23 iyul 2016-cı il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edərkən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, onun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 oktyabr 2015-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya Qərarına əsasən 23 iyul 2016-cı il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Göründüyü kimi onun məhkumluğu CM-nin 83-cü maddəsinə əsasən ödənilmişdir. Ona görə o məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcədə cəzanı yüngülləşdirən halı nəzərə alır və hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah edilməsi mümkün deyildir. Ona görə də ona təqsirləndirildiyi maddənin, sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddinə yaxın cəza təyin edilməlidir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 62 və 70-ci maddələrinin tətbiq edilməsinə əsasə görmür. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin başlanğıcı 01 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, o ərazi narkoloji kabinetinadə qeydiyyata alınmalıdır. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. İş üzrə maddi sübut olan və Salyan Rayon Polis Şöbəsində saxlanılan 8,522 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubilikası CPM-nin 44, 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı 01 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. O ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan Rayon Polis Şöbəsində saxlanılan 8,522 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə məhkəmə xərci olan 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-658/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-658/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver