Məhkəmə qərarları › İş №1(099)-659/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-659/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-659/2022 07.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1986-cı Salyan rayonunun Qarabağlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, "xxxx" ASC-də poladəridən köməkçisi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2in inzibati binasında qeydiyyatsız yaşamış, barəsində 15 iyul 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 149.1 və 157.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 11 iyul 2022-ci ildə, saat 22 radələrində alkoqol sərxoşluğu vəziyyətində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı mənzilə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, həmin mənzildə yaşayan Zərərçəkmiş şəxs iradəsinin ziddinə olaraq sonuncunun qollarından tutub zor tətbiq etməklə mənzilin qapısından içəri daxil olub əli ilə üz nahiyəsinə bir neçə zərbə vurub müqavimətini qıraraq mənzilin qonaq otağında yerə yıxıb sonuncunun əynində olan şalvarı, donu, tumanı və maykanı məcburi şəkildə əynindən çıxarıb arxası üstə yerə uzandırmış, sonuncunun qışqırmasına baxmayaraq müqavimət göstərməsinin qarşısını almaq məqsədilə əli ilə yenidən sonuncunun üz nahiyəsinə vuraraq ona sol paraorbital nahiyədə şişkinlik-qançır, sol gözdə qansızma, sol göz yarığının daralması, sol körpüçükaltı nahiyədə və sağ bud-çanaqda sıyrıqlar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirməklə fiziki zor tətbiq edib öz paltarını da soyunaraq cinsi orqanını öndən Zərərçəkmiş şəxs cinsi orqanına daxil edərək cinsi əlaqədə olmaqla onu iradəsinə zidd olaraq zorlamış, bundan sonra o cinayətkar niyyətini qərəzli şəkildə davam etdirərək sonuncunu məcburi qaydada yataq otağına aparmaqla çarpayının üzərinə arxası üstə uzanmağa məcbur edib, növbəti dəfə əli ilə bədəninin müxtəlif nahiyələrinə şillə vuraraq fiziki zor tətbiq etməklə öz cinsi orqanını Zərərçəkmiş şəxs cinsi orqanına daxil edərək sonuncu ilə yenidən cinsi əlaqədə olmaqla onu iradəsinə zidd olaraq zorlamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 149.1 və 157.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 157.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləməyən arvadı və iki azyaşlı uşağı ilə birgə Şirvan şəhərində yerləşən köhnə 28 saylı texniki peşə məktəbinin inzibati binasında qeydiyyatsız yaşamışdır. 11 iyul 2022-ci ildə, saat 22 radələrində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı ola bilsin ki, sonuncunun evinə daxil olub ona şillə vurmuş, lakin Sevda ilə cinsi əlaqədə olmamış, yəni onu zorlamamış, dayısı Xəyalın evində olarkən özündə olmayaraq Sevdanı döydüyünü öyrənmiş, sonuncunun yaşadığı mənzilə gedərək ondan şikayət etməməsini, barışıq ərizəsi verməsini xahiş etmişdir. Hazırda özünü Sevdanın evinə getməkdə təqsirli bildiyini, əməlindən peşman olduğunu bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittihamlar üzrə cinayət əməllərini törətməsini, həmçinin onun bu əməllərin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin aktiki hallarını hərtərəfli, tam və byektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla qonuşuluqda yaşamış, yaşadığı müddətdə onunla münasibəti normal olmuş, sonuncu heç bir zaman onun yaşadığı evə gəlib-getməmişdir. 11 iyul 2022-ci ildə saat 22 radələrində yaşadığı evdə olarkən hava isti olduğundan giriş qapısını açıq qoyaraq qonaq otağında yerdə döşəyin üzərində uzanmış, anidən qonşusu Əli evə daxil olub giriş qapısını bağlamış, sonuncudan niyə evə gəldiyini soruşarkən Əli “elə belə gəlmişəm, səndən kəsirəm, elə eliyəcəm, uşağa qalacaqsan” demiş, ona çölə çıxmasını desə də o, çölə çıxmamış, Əlinin çölə çıxmadığını görüb özü çölə çıxmaq istəyərkən Əli qollarından tutaraq ona çıxmağa imkan verməmiş, sonra Əli onun müqavimətini qırıb döşəyin üzərinə yıxaraq əynində olan paltarları soyundurmağa başlamış, bu vaxt qışqırmaq istəyərkən Əli ağzından tutaraq onu döymüş, onunla zorla cinsi əlaqədə olmaq üçün əli ilə öz cinsi orqanından tutaraq onun cinsi orqanına salmış, onunla təbii yolla cinsi əlaqədə olmağa başlamış, təxminən Əli onunla zorla 20 dəqiqə cinsi əlaqədə olmuş, sonra yenidən onu qonaq otağında olan yatağın üzərinə zorla uzadaraq onunla zorla cinsi əlaqədə olmuş, ona müqavimət göstərdikdə Əli onu döymüş, sonra evdən çıxıb getmişdir. 12 iyul 2022-ci ildə, saat 09 radələrində qonşusu Rüqayəyə baş vermiş hadisəni danışmış, sonuncu da bacısı Mülayimə zəng edərək onu çağırmış, bacısı Mülayimlə birlikdə Şirvan ŞPŞ-yə gedərək ərizə ilə müraciət etmiş, polis şöbəsində izahat verərkən hər şeyi olduğu kimi danışmış, sonra o ekspertizaya göndərilmişdir. Hazırda Təqsirləndirilən şəxs bağışlamadığını və onunla barışmadığını bildirmiş məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonunda yaşayır. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Sevdanın əri öldükdən sonra o, tək yaşamışdır. 12 iyul 2022-ci ildə səhər saatlarında Sevdanın qonşuluğunda yaşayan Rüqayyə adlı qadın ona zəng edərək bacısının qonşusu Əli tərəfindən döyüldüyünü, başına pis bir hadisə gətirildiyini bildirmiş, xəbəri eşidib Şirvan şəhərinə Sevdanın evinə gəlmiş, bacısı başına gələnləri ona danışmış, onun gözünün altında şiş, bədəninin müxtəlif nahiyələrində göyərtilər olmuş, Sevda döyülməkdən halsız vəziyyətdə yerdə uzanmış, qonşusu Rüqayyə Əlinin gecə Sevdanın evinə daxil olaraq döydüyünü, döydükdən sonra zorladığını bildirmiş, Sevdanı taksi vasitəsi ilə Şirvan ŞPŞ-yə gətirmiş, orada ərizə yazdıqdan sonra ekspertizaya göndərilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 12 iyul 2022-ci il tarixli protokoldan görünür ki, 1 ədəd örtük, 1 ədəd mələfə, 1 ədəd yastıq üzlüyü müvafiq qaydada qablaşdırılaraq götürülmüş, hadisə yerinin fotoşəkilləri çəkilməklə protokola əlavə edilmişdir. İstintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hadisə baş verən zaman əynində olmuş paltarlar götürülməklə onlara baxış keçirilmişdir. İş materiallarında olan şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 14 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində istintaqa verdiyi ifadəsini bir daha təsdiq etməklə hadisənin baş verdiyi yeri əyani şəkildə göstərmişdir. İş amteriallarında olan 15 iyul 2022-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi Təqsirləndirilən şəxs 11 iyul 2022-ci ildə yaşadığı mənzilə qanunsuz olaraq zor tətbiq etməklə daxil olduğunu və onu zor tətbiq etməklə zorladığını bir daha təsdiq edərək təqsirləndirilən şəxsin üzünə qarşı söyləmiş, Təqsirləndirilən şəxs isə bunu təkzib etmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 12 iyul 2022-ci il tarixli, 331 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-sol paraorbital nahiyədə şişkinlik-qançır, sol gözdə qansızma, sol göz yarığının daralması, sol körpüçükaltı nahiyədə və sağ bud-çanaqda sıyrıqlar-küt əşya təsirindən törənmiş, müxtəlif şəraitlərdə, eləcədə qərarın təsviri hissəsində göstərilən şəraitdə-zorla cinsi əlaqədə olma zamanı da əmələ gələ bilərdi, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir. İş materiallarında olan əlavə məhkəmə-tibb ekspertizasının 24 avqust 2022-ci il tarixli, 331/a nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-sol paraorbital nahiyədə şişkinlik-qançır, sol gözdə qansızma, sol göz yarığının daralması, sol körpücükaltı nahiyədə və sağ bud-çanaqda sıyrıqlar-küt əşya təsirindən törənmiş, müxtəlif şəraitlərdə, eləcə də qərarın təsviri hissəsində göstərilən şəraitdə-zorla cinsi əlaqədə olma zamanı yetirilə bilərdi, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs uşaqlıq yolundan götürülmüş möhtəviyyət olan tampon üzərində sperma qarışmış uşaqlıq yolu ifrazatı ləkələri aşkar edildi. Bu ləkələrdə qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda A və B antingenləri alındı. B antigeni zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qrup göstəricisini xarakterizə etdiyi üçün ləkələrdə onun alınması uşaqlıq yolu ifrazatı hesabına izah olunur. Belə olan halda uşaqlıq yolu ifrazatı B/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs, sperma isə A/İİ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Zərərçəkmiş şəxs ilə arxakeçəcək vasitəsilə cinsi əlaqədə olma əlamətləri aşkar olunmadı. Qıfabənzər genişlənmənin olmaması, düz bağırsağ büküşlərinin hamarlaşmaması, sfinktorun tonusunun saxlanması bunu sübut edən əlamətlərdən hesab olunur. Zərərçəkmiş şəxs QİÇS və zöhrəvi xəstəliklərlə əlaqədar qeydiyyatda yoxdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 14 iyul 2022-ci il tarixli, 331/A nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan xəsarətsol əldə cüzi şişkinlik-küt əşya təsirindən törənmiş, müxtəlif şəraitlərdə, eləcə də müayinə olunanın dediyi xx.xx.2022-ci ildə kondisioner təmir edərkən sol əlin zədələnməsi nəticəsində əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs sol əlində aşkar olunan cüzi şişkinlik onun sol əlinin normal işləməsini istisna etmir. Sol əl barmaqlarında hərəkətin tam həcmdə və sərbəst olması bunu sübut edən əlamətlərdən hesab olunur. Təqsirləndirilən şəxs cinsi əlaqədə ola bilmə qabiliyyətinin olmamasına dəlalət edən hər hansı bir əlamət aşkar olunmadı. İş materiallarında olan maddi sübutların məhkəmə-tibbi bioloji tədqiqinə dair 18 avqust 2022-ci il tarixli, 445/2022-MTBŞ nörməli rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu B /İİİ/-dir. Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu A /İİ/-dir.(təqdim olunan sənədlərin surətlərinə əsasən). Ekspertizaya təqdim edilmiş uşaqlıq yolu möhtəviyyəti olan tampon üzərində sperma qarışmış uşaqlıq yolu ifrazatı ləkələri aşkar edildi. Bu ləkələrdə qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda A və B antigenləri alındı. B antigeni zərərçəkmiş X2 qrup göstəricisini xarakterizə etdiyi üçün ləkələrdə onun alınması uşaqlıq yolu ifrazatı hesabına izah olunur. A antigeni ona məxsus olmadığı üçün onun ləkələrdə alınması sperma hesabına izah oluna bilər. Belə olan halda uşaqlıq yolu ifrazatı B /İİİ/ qruplu şəxsə o cümlədən Zərərçəkmiş şəxs, sperma isə A /İİ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar üzərində sperma ləkəsi aşkar edildi. Bu ləkədə qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda A antigeni alındı. Bu sperma ləkəsi A /İİ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Zərərçəkmiş şəxs məxsus şalvar üzərində uşaqlıq yolu möhtəviyyəti, qana şübhəli ləkə və tükə oxşar obyekt aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz mayka üzərində olan ləkədə qan aşkar olunmadı. Bu maykada uşaqlıq yolu möhtəviyyəti, spermaya şübhəli ləkə və tükə oxşar obyekt aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus tuman üzərində olan ləkədə spermatozoidlər aşkar olunmadı. Bu tumanda uşaqlıq yolu möhtəviyyəti, qana şübhəli ləkə və tükə oxşar obyekt aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz mayka, şalvar, Təqsirləndirilən şəxs məxsus tuman üzərində olan ləkələrdə ağız suyu aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş balış üzü, mələfə, örtük, Zərərçəkmiş şəxs məxsus don, tuman, Təqsirləndirilən şəxs məxsus şalvar, qısaqol kofta üzərində uşaqlıq yolu möhtəviyyəti, qana, spermaya şübhəli ləkə və tükə oxşar obyekt aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş uşaqlıq yolu möhtəviyyəti olan tampon üzərində qana, şübhəli ləkə və tükə oxşar obyekt aşkar olunmadı. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 06 avqust 2022-ci il tarixli, 2072 nömrəli rəyindən görünür ki, məhkəməpsixiatrik ekspertizası üzrə yekun hissə: yoxlanılan şəxs Təqsirləndirilən şəxs xx.xx.2022ci ildə cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq qeyd edilməyib. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xx.xx.2022ci ildə cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci madəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, özünü psixoloji müdafiəyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafının xüsusiyyətlərinə görə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fiziolji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan maddi sübutların məhkəmə-tibbi kriminalistik tədqiqinə dair 15 avqust 2022-ci il tarixli, 359/2022-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön hissəsinin orta-aşağı nahiyəsində bir ədəd, donun arxa hissəsinin sol-aşağı nahiyəsində bir ədəd və donun arxa hissəsinin ortaaşağı nahiyəsində iki ədəd məhdud cırılmalar aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizminə malikdir, paltarların müvafiq nahiyələrinin hər-hansı bir əşyaya ilişibdartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın ön-orta tikişinin aşağı hissəsində bir ədəd, şalvarın sağ ayağının içəri tikişinin yuxarı nahiyəsində bir ədəd və şalvarın belində, köbənin tikildiyi tikişin üzərində dörd ədəd zədə məhdud sökülmələr aşkar olundu. Bu sökülmələr küt yaranma mexanizminə malikdir, şalvarın müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tuman üzərində hərhansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin arxa hissəsinin orta aşağı nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizminə malikdir, köynəyin müvafiq nahiyəsinin hər-hansı bir əşyaya ilişib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar və tuman üzərində hərhansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. İş materiallarında olan lifli materialların ekspertizasının 11 avqust 2022-ci il tarixli, 6/3907 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və 01 ədəd örtüyün, 01 ədəd döşək ağının (mələfə) və 01 ədəd yastıq üzünün səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, 01 ədəd örtüyün, 01 ədəd döşək ağının (mələfə) və 01 ədəd yastıq üzünün səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarında olan qərardan görünür ki, 1 ədəd örtük, 1 ədəd mələfə, 1 ədəd yastıq üzlüyü, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs uşaqlıq yolundan götürülmüş yaxma nümunəsi kontrolla birlikdə, Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, alt tumanı, eləcə də Təqsirləndirilən şəxs götürülmüş saç və tüpürcək nümunələri Şirvan şəhər prokurorluğunda saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin qismən etirafedici, zərər çəkmiş şəxsin və şahidin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və işdə olan digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə həmin sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələrinə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə (zərər çəkmiş şəxsin və şahidin ifadələri, həmçinin məhkəmə ekspertiza rəyləri, eləcə də maddi sübutlarla) müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb özünü müdafiə xarakteri olmaqla cinayət məsuliyyətindən yayınmağa yönələn cəhd xarakteri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı ona elan edilmiş ittihamda nəzərdə tutulan ictimai təhlükəli əməlin törədilməsini, həmin əməlin törədilməsində təqsirləndirilən şəxsin qəsdən iştirak etməsini, törədilmiş əməlin ona aid edilməsini təsdiq edən, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayəti zərər çəkmiş şəxsə zor tətbiq etməklə, onun köməksiz vəziyyətindən istifadə edərək törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək həmin əməlin Azərbaycan Respublikası CM-in 149.1 və 157.2-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 149.1 və 157.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 149.1 və 157.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından Təqsirləndirilən şəxs əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi, eyni zamanda onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70ci maddəsinin tətbiq olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş 22 avqust 2022-ci il tarixli, 593 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2in inzibati binasında himayəsində heç bir yerdə işləməyən arvadı və iki azyaşlı uşağı ilə birgə həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, heç bir yerdə işləməyən arvadının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və ilk məhkumluğunu isə CM-in 9.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ağır cinayət törətdiyini nəzərə alaraq onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir və ona azadlıqdan məhrum etmə cəzasını təyin etməklə çəkiləcək bu cəzanın maksimum dərəcədə onun islah olunması məqsədinə xidmət edəcəyini əsas götürür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin izah və tələblərinə əsasən (mad. 41.2) “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs kimi tutulduğu 14 iyul 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Şirvan şəhər məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 14 iyul 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan şəhər prokurorluğunda saxlanılan 1 ədəd örtük, 1 ədəd mələfə, 1 ədəd yastıq üzlüyü, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs uşaqlıq yolundan götürülmüş yaxma nümunəsi kontrolla birlikdə, Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, alt tumanı, eləcə də Təqsirləndirilən şəxs götürülmüş saç və tüpürcək nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Qeyd edilənlərlə yanaşı, ekspertiza tədqiqatının dəyəri olan 215 (iki yüz on beş) manat Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 149.1 və 157.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 149.1-ci maddəsi ilə 6 (altı) il 3 üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 157.2-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 14 iyul 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan şəhər prokurorluğunda saxlanılan 1 ədəd örtük, 1 ədəd mələfə, 1 ədəd yastıq üzlüyü, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs uşaqlıq yolundan götürülmüş yaxma nümunəsi kontrolla birlikdə, Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, alt tumanı, eləcə də Təqsirləndirilən şəxs götürülmüş saç və tüpürcək nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 215 (iki yüz on beş) manat Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev

2. Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar