Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-66/2022 11.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Məmmədov Müşfiq Vaqif oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi1, zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, xx xxxx 1977-ci ildə Lənkəran rayonunun Osaküçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli himayəsində bir azyaşlı uşağı olan, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşayan, barəsində 05 noyabr 2021-ci ildə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.4.2, 259.2.3 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 23 iyun 2008-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmış ********** nömrəli “VÖEN” əsasında fərdi sahibkarlıqla məşğul olmaqla ayrı-ayrı şəxsləri işə qəbul etmək və işdən azad etmək, təşkilatisərəncamverici, inzibati-təsərrüfat və s. səlahiyyətlərə malik vəzifəli şəxs olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X8 və Bərpası Müəssisəsinin rəhbərliyi ilə aralarında bağlanmış və həmin Departamentdə təsdiq edilərək qeydiyyata alınmış 21 sentyabr 2016-cı il tarixli, 01 nömrəli müqavilə əsasında istirahət-rekreasiya məqsədi ilə X8 və X4 meşəbəyliyinin 10-cu kvartalının 14-cü bölməsində yerləşən, meşəbərpa tədbirlərinin aparılması üçün nəzərdə tutulmayan, meşə ilə örtülü olan 0,60 ha torpaq sahəsini 4 il müddətinə icarəyə götürdükdən sonra Azərbaycan Respublikası Meşə Məcəlləsinin meşə fondundan istifadə zamanı meşə istifadəçilərinin vəzifələrini tənzimləyən 50-ci maddəsinin, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun təbiətdən istifadəçilərin vəzifələri və hüquqlarını tənzimləyən 13-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 1998-ci il tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə” Qaydalarının 4-cü bəndində nəzərdə tutulmuş meşə fondu sahələrindən turizm ehtiyacları üçün istifadə edən meşə istifadəçisi olaraq meşə fondu sahələrindən mövcud qanunvericiliyə uyğun istifadə etmək, müqavilənin şərtlərinə əməl etmək və istifadə olunan sahəyə bitişik meşənin qanunsuz qırılmasına yol verməmək kimi tələblərinə əməl etməli, icarəyə götürdüyü torpaq sahəsində və onun əhatəsində icarə müddəti ərzində müqavilənin 2.1 və 2.5-ci bəndlərinə uyğun olaraq heç bir əsaslı tikinti aparmadan, meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan və özbaşına qırıntıya yol vermədən ərazidə çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməli və torpaqdan istifadəni dayandırdıqda istifadə etdiyi sahəni təhvil verməli olduğu, eləcə də Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 29 noyabr 2016-cı il tarixli 220 saylı sərəncamına əsasən ona ayrılmış 0,60 ha torpaq sahəsində 100.0 kv.metr ölçüdə yüngül metal konstruksiyaların quraşdırılmasına icazə verildiyi halda, qeyd olunanlara əməl etməyərək vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək, yəni nüfuzlu restoran sahibi olaraq daha çox müştəri cəlb etməklə daha çox maddi gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib müqavilə əsasında istifadəsinə verilmiş 0,60 ha torpaq sahəsindən əlavə ona bitişik 0,1376 ha torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ, yəni meşə fonduna daxil olan həmin ölçüdə torpağın mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam (icarə müqaviləsi və sair) olmadan ərazi hüdudlarına taxta və dəmir məftillə sədd çəkib hasarlayaraq, orada və istifadəsinə verilmiş 0,60 ha torpaq sahəsində 21 sentyabr 2016-cı ildən müqavilənin müddətinin bitdiyi 21 sentyabr 2020-ci ilədək və həmin tarixdən 2021-ci ilin iyul ayınadək olan müddət ərzində öz qulluq mövqeyindən istifadə etməklə rəhbərliyi ilə “Pambəhi istirahət mərkəzi” adlı restoranın fəaliyyət göstərdiyi ümumilikdə 0,7376 ha meşə ərazisindəki torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan şəxsiyyəti müəyyən edilməmiş, onun əsl niyyətindən xəbərsiz olan usta və fəhlə qismində şəxslər cəlb edərək vahid niyyətlə 7x4 metr ölçüdə 1 ədəd, 4x9 metr ölçüdə 1 ədəd, 3x3 metr ölçüdə 1 ədəd, 3,40x4 metr ölçüdə 1 ədəd, 3,30x3 metr ölçüdə 1 ədəd, 3,40x6 metr ölçüdə 1 ədəd, 3x6 metr ölçüdə 1 ədəd, 3x4 metr ölçüdə 1 ədəd, 3,50x9,90 metr ölçüdə 1 ədəd, 3x6 metr ölçüdə 1 ədəd, 2,5x3 metr ölçüdə 1 ədəd, 3x5,5 metr ölçüdə 1 ədəd, 3,40x6 metr ölçüdə 1 ədəd, 3x4 metr ölçüdə 1 ədəd, 3x3,30 metr ölçüdə 1 ədəd, 3x3,40 metr ölçüdə 1 ədəd, 3x9 metr ölçüdə 1 ədəd, 4x6 metr ölçüdə 1 ədəd, cəmi 18 ədəd dirək üstə yay oturacağı (besetka) yerləri, 1x2 metr ölçüdə 1 ədəd əsaslı tikinti olan əl-üz yuyulan yer, 1,20x8 metr ölçüdə 1 ədəd əsaslı tikinti olan əl-üz yuyulan yer, 3x5 metr ölçüdə 1 ədəd əsaslı tikinti olan tualet, 5x21 metr ölçüdə 1 ədəd əsaslı tikinti olan mətbəx, 3,50x4 metr ölçüdə 1 ədəd, 6x24 metr ölçüdə 1 ədəd, 4x12 metr ölçüdə 1 ədəd, 3x3.50 metr ölçüdə 6 ədəd, 11,60x40 metr ölçüdə 1 ədəd, 4,40x5 metr ölçüdə 1 ədəd, 3,50x6 metr ölçüdə 2 ədəd, 3,50x4 metr ölçüdə 1 ədəd, 5x10 metr ölçüdə 1 ədəd dirək üstə yay oturacaqları tikdirməsi, istirahət mərkəzinin daxilində 152 metr uzunluqda eni müxtəlif ölçülərdə olmaqla ümumilikdə 591 kvadrat metr ölçüdə və 4,80x6 metr ölçüdə 1 ədəd su quyusununun ətrafı olmaqla ümumilikdə 1297.15 kv.m ölçüdə torpağın üst qatı beton və çay daşları ilə örtülməsi və çay daşlarından 98x0,30 metr ölçüdə divar hördürməsindən ibarət özbaşına tikinti və ya quraşdırma işlərini aparması nəticəsində torpağın 38,91 kub metr münbit qatını korlamasına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 saylı qərarına əsasən 1 kub metri 290 manat olmaqla ümumilikdə 11283 (on bir min iki yüz səksən üç) manat 90 (doxsan) qəpik məbləğində, həmçinin 22 may 2021-ci ildə öz qulluq mövqeyindən istifadə etməklə həmin istirahət mərkəzinin ərazi hüdudları daxilində yerləşən meşə ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 nömrəli Qərarının 7 nömrəli əlavəsinə uyğun hesablanmaqla dəyəri 165 manat təşkil edən 40 sm diametrli 1 ədəd və dəyəri 1570 manat təşkil edən 60 sm diametrli 1 ədəd yaş kök üstə “azat” cinsli ağacların kəsilməsinə guya aidiyyəti dövlət qurumlarından razılıq aldığını bildirməklə onun cinayətkar niyyətindən xəbərsiz olan fəhlə qismində cəlb etdiyi Şahid2, ona məxsus istirahət mərkəzində ofisiant işləyib tabeliyində olan Şahid1 göstəriş verərək, xeyli miqdarda - 1735 (min yeddi yüz otuz beş) manat dəyərində həmin ağacların qanunsuz kəsilməsini təşkil etmiş, təbiətə ümumilikdə, 13018 (on üç min on səkkiz) manat 90 (doxsan) qəpik məbləğində ziyan vuraraq, dövlətin ekologiya, ətraf mühitin, torpaqların münbitliyinin və meşələrin qorunması, onların səmərəli istifadəsi və mühafizəsi ilə bağlı qanunla qorunan mənafeyinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraatı zamanı verdiyi ifadələrini təsdiq etməklə ona Azərbaycan Respublikası CM-in 188.4.2, 259.2.3 və 308.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi sahibkarlıqla məşğul olur. 2016-cı ildə Lənkəran rayonunun Osaküçə kəndi ərazisində yerləşən meşə torpaqlarına aid olan Verəvul çayının keçdiyi əraziyə düşən torpaq sahəsini icarəyə götürərək orada ailəvi istirahət mərkəzi yaratmaq qərarına gəlmiş, bu məqsədlə X8 və Bərpası Müəssisəsi ilə razılaşmış, mərkəzin Osaküçə meşəbəyliyinin 10 saylı dolayının 14-cü kvartalından 0,60 ha meşə fondu torpağı istirahət-rekreasiya məqsədilə 22 sentyabr 2016-cı ildə, 87 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 21 sentyabr 2016-cı il tarixli, 01 nömrəli “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə” müqavilə ilə 4 il müddətinə ona icarəyə verilmiş, bununla bağlı aralarında müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə illik icarə haqqı 240 manat təşkil etmiş, müqaviləyə əsasən müəyyən olunmuş sahədə və onun əhatəsində heç bir əsaslı tikinti aparmadan, meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, özbaşına qırıntıya yol vermədən, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına əməl etməklə, ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməyi və digər vəzifələri öhdəsinə götürmüşdür. 2016cı ilin sentyabr ayında icarəyə götürdüyü ərazidə “Pambəhi” istirahət mərkəzinin tikintisinə başlanılmış, 2017-ci ilin may ayında istirahət mərkəzinin əsas hissəsinin tikintisi başa çatdırılmış, Osaküçə meşəbəyliyinin meşə gözətçisi işləyən dayısı oğlu Şahid5 20 may 2021-ci ildə istirahət mərkəzinə gələrək 2 ədəd azat cinsindən olan ağacın kəsilərək şəhid ailələrinə veriləcəyini demiş, Ramildən bu barədə Meşə İdarəsinin məlumatı olubolmadığını soruşarkən sonuncu bu barədə idarəyə məlumat verdiyini bildirmiş, mayın 21də saat 08 radələrində Ramilin və Osaküçə kənd sakini Ramiz adlı şəxsin istirahət mərkəzinin mətbəx otağının içərisindən keçən azat cinsli ağacı kəsərək yerdə motorlu mişar vasitəsilə doğradıqlarının görmüş, həmin vaxt istirahət mərkəzində qardaşı Şahid6 və işçisi Şahid1 də olmuş, Ramilə birgə çay içdikdən sonra Lənkəran şəhəri ərazisinə gələrkən qardaşına orada fəhlə işləyən Ramizə verməsi üçün 50 manat pul vermiş, ikinci ağacın kəsilməsini həmin vaxt yox, sonradan yəni 29 iyul 2021-ci ildə ekologiya idarəsinin əməkdaşları əraziyə baxış keçirərkən bilmiş, müqavilənin şərtlərini tam oxumadığından ona icarəyə verilmiş torpaq sahəsindən əlavə 13,76 sot torpaq zəbt etməsi barədə məlumatı olmamışdır. Belə ki, 2016-cı ildən istirahət mərkəzi hazırda yerləşdiyi ərazi çərçivəsində olmuş, iki ədəd azat cinsli ağac kəsildikdən sonra ona icarəyə verilmiş torpaq sahəsinin sərhədlərindən kənara çıxaraq həmin ərazidə ümumi sahəsi 1 sotdan çox olan talvar tikmiş, torpaq örtüyü üzərində beton və çay daşlarından olmaqla əsaslı tikinti işləri aparmış, çirkab sularının istirahət mərkəzinin yaxınlığından keçən Veravul çayına axıdılmasının qanunsuz olmasını bilməmiş, çünki bu barədə ona hər hansı bir idarə tərəfindən xəbərdarlıq edilməmişdir. İcarə müqaviləsinin müddətinin uzadılması ilə bağlı 2020-ci ilin avqust ayında X10 Təsərrüfatı Mərkəzinə ərizə ilə müraciət etmiş, lakin müharibə və pandemiya ilə bağlı ərizəsinə rəsmi cavab verilməmiş, icarə müqaviləsinin müddəti qurtardığına görə fəaliyyətini dayandırması ilə bağlı ona rəsmi xəbərdarlıq edilməmiş, 2 ədəd kəsildikdən sonra boş ərazi olduğundan orada əlavə tikinti işləri aparmışdır. Hazırda törətdiyi cinatət əməlini səmimi etiraf etməklə peşmançılıq keçirməsini, vurulmuş ziyanı tam ödməsini, zərər çəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının və bir azyaşlı uşağının olmasını, yaşadığı ərazidə müəyyən nüfuz sahibi olmasını və ilk məhkumluğunu nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Nümayəndə1 zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilərkən o, məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayının 22-23-də Osaküçə meşəbəyliyinin gözətçisi Şahid5 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun baş məsləhətçi müfəttişi Şahid3 zəng edərək 10 saylı dolayın ərazisində yerləşən “Pambəhi” istirahət mərkəzinin ərazisində qanunsuz olaraq 2 ədəd ağac kəsilməsini, çirkab suların Veravul çayına axıdılmasını və məişət tullantılarının çayın sahilinə atılmasını bildirmiş, 13 avqust 2021-ci ildə X10 Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən Mərkəzin Osaküçə meşəbəyliyinin 10 saylı dolayında yerləşən “Pambəhi” istirahət mərkəzinə baxış keçirilmiş, baxış zamanı istirahət mərkəzinin ərazisində müxtəlif ölçülərdə torpağın üst qatının beton, çay daşları ilə örtülməsi və çay daşlarından divar hörülməsi müəyyən edilmiş, Təqsirləndirilən şəxs qanunsuz hərkətləri nəticəsində meşə fonduna ümumilikdə 11283,90 manat ziyan dəymişdir. Hazırda meşə fonduna dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ilin iyul ayından Lənkəran rayonunun Osaküçə kəndi ərazisində yerləşən və həmin kənd sakini Təqsirləndirilən şəxs məxsus “Pambəhi” istirahət mərkəzində gözətçisi işləyir. 21 may 2021-ci ildə Firad ona səhər saat 06 radələrində işə gəlməsini, Ramiz adlı şəxslə birlikdə istirahət mərkəzində mətbəxin arxa divarından keçən və mətbəxin yanında olan iki ədəd ağacı kəsməsini tapşırmış, həmin gün o, Ramizlə köməkləşərək sonuncuya məxsus motorlu mişar ilə ağacları kəsmiş, həmin vaxt Firadın qardaşı Mürvət də istirahət mərkəzində olmuş, ağacları kəsdikdən sonra onları doğrayaraq istirahət mərkəzinin yanında olan Verəvul çayının üzərindəki körpünün altına yığmış, saat 08 radələrində Firad istirahət mərkəzinə gələrək ağacların kəsilməsini hər hansı şəxsin görməməsi üçün kəsilmiş ağaclardan qalan qırıntıları rezin boru (şlanq) vasitəsilə su ilə çaya tökmüş, təxminən yarım saat sonra meşə gözətçisi Şahid5 istirahət mərkəzinə gəlmiş, ağacların kəsilməsinə görə Firada öz etirazını bildirib qanunsuz iş görüdüyünü deyərkən Firad istirahət mərkəzinin özünə məxsus olduğunu bildirmiş, onların arasında sözlə mübahisə olmuş, sonra Ramil istirahət mərkəzindən çıxıb getmiş, ağaclar Firadın göstərişi ilə kəsilərək orada əlavə tikinti işləri aparılmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 21 may 2021-ci ildə “Pambəhi” istirahət mərkəzinin sahibi Təqsirləndirilən şəxs ona zəng edərək ertəsi gün səhər saatlarında istirahət mərkəzinə gələrək orada olan ağacları kəsməsini və qarşılığında ona 50 manat pul verəcəyini, bununla bağlı razılıq aldığını, hər hansı bir problem olmayacağını bildirmiş, Firadın bu təklifi ilə razılaşaraq mayın 22-də səhər saat 06 radələrində özünə məxsus motorlu mişarla istirahət mərkəzinə getmiş, həmin vaxt orada Firadın qardaşı Mürvət və gözətçi işləyən Siyasət olmuş, sonuncu ilə köməkləşib istirahət mərkəzinin mətbəx otağından çıxan və mətbəx otağının yaxınlığındakı ağacları kəsmiş, sonra onları doğrayaraq çayın üzərində olan körpünün altına yığmış, saat 08 radələrində Firad istirahət mərkəzinə gələrək kəsilmiş ağaclardan qalan qırıntıları rezin boru (şlanq) vasitəsilə su ilə Verəvul çayına tökmüş, sonra Firad ona 50 manat pul vermiş, təxminən saat 11 radələrində həmin ərazinin meşə gözətçisi Şahid5 istirahət mərkəzinə gəlmiş, Firada ağac kəsilməsi ilə bağlı iradını, qanunsuz olaraq ağacları kəsdiyini bildirmiş, sonra onların arasında sözlə mübahisə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 istintaqda verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, X10 X2 meşəbəyliyinin gözətçisi işləyir. 2021-ci ilin may ayının sonlarında “Pambəhi” istirahət mərkəzinin ərazisində yerləşən iki ədəd “Azat” cinsindən olan ağacın kəsilərək doğrandığını görüb istirahət mərkəzinin sahibi Firaddan soruşarkən sonuncu ağacların kəsilməsi ilə bağlı X10 Təsərrüfatı Mərkəzindən icazə aldığını demiş, buna baxmayaraq Mərkəzin rəisi Fizuli Məmmədova zəng edərək bu barədə məlumat vermiş, sonuncu isə bunun araşdırılacağını bildirmişdir. 2021-ci ilin iyul ayı ərzində Firad istirahət mərkəzində toplanmış tullantıları meşə ərazisində yandırdığına görə ona iradını bildirib yandırmaması, eyni zamanda çayın ərazisindəki tullantıları və çirkab sularını çaya axıtmaması barədə xəbərdarlıq etmiş, lakin sonuncu öz hərəkətlərini davam etdirdiyindən Firadın qanunsuz hərəkətləri ilə bağlı X10 Təsərrüfatı Mərkəzinə və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etmiş, Təbii Sərvətlər İdarəsinin 2 əməkdaşı tərəfindən onun iştirakı ilə istirahət mərkəzinin ərazisinə baxış keçirilərkən göstərdiyi faktlar təsdiq olunduğundan akt tərtib edilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində icarəyə verilmiş meşə fondu ərazisində torpağın üst münbit qatının beton, çay daşları ilə örtülməsi nəticəsində torpağın üst münbit qatı korlanmaqla meşə fonduna 1735 manat ziyan dəymişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, “Pambəhi” istirahət mərkəzinin sahibi Təqsirləndirilən şəxs onun qardaşıdır. İstirahət mərkəzində ağacların sulanması işi ilə məşğul olur. “Pambəhi” istirahət mərkəzində əsaslı tikintilərin həyata keçirilməsi ilə bağlı hər hansı bir məlumatı olmamış, həmin işlər Firadın göstərişi əsasında aparılmışdır. 22 may 2021-ci ildə səhər saatlarında mərkəzdə gözətçisi işləyən Siyasətlə birlikdə istirahət mərkəzinə getmiş, ərazinin meşə gözətçisi olan dayısı oğlu Şahid5 və kənd sakini Şahid2 istirahət mərkəzində mətbəxin yanındakı iki ədəd ağacı motorlu mişarla kəsdiklərini, sonra onların kəsilmiş ağacları kötüklər formasında doğrayaraq körpünün altına yığdıqlarını görmüş, həmin vaxt oraya gələn qardaşı Firad ona 50 manat pul verərək onu Ramilə verməsini demiş, o, da pulu aparıb Ramilə vermiş, sonuncu isə ona verilən pulu Ramizlə öz aralarında bölərək oradan getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, X10 Təsərrüfatı Mərkəzinin meşə uçotu və kadastr üzrə baş mühəndisi vəzifəsində işləyir. Daxil olmuş məlumat əsasında 29 iyul 2021-ci ildə Təqsirləndirilən şəxs sahibi olduğu “Pambəhi” istirahət mərkəzində araşdırma aparılarkən müəyyən olunmuşdur ki, 2 ədəd azat cinsli ağacların qanunsuz olaraq kəsilməsi, Təqsirləndirilən şəxs icarəyə verilmiş meşə fondu ərazisində torpağın üst münbit qatının beton, çay daşları ilə örtülməsi nəticəsində torpağın üst münbit qatı korlanmaqla meşə fonduna 1735 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 Şahid7 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin nümayəndəsinin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPMin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqında” 17 avqust 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən ərazi Lənkəran rayonunun Osaküçə kəndi ərazisində yerləşən X10 X3 meşəbəyliyinin 10-cu kvartalının 14-cü bölməsində yerləşən “Pambəhi” ailəvi istirahət mərkəzinin yerləşdiyi ərazidir. Ərazi bir tərəfdən Verəvul çayının yatağı ilə, digər tərəflərdən isə meşə ərazisi ilə həmsərhəd olmaqla dördbucaqlı formasındadır. “Pambəhi” ailəvi istirahət mərkəzinin ərazisinə daxil olmaq üçün avtomobil yolundan kənd istiqamətində olmaqla sol doğru körpü çəkilmişdir. Körpü dəmir və beton dayaqlar üzərindədir. İstirahət mərkəzinin ərazisində 7x4 metr ölçüdə 1 ədəd, 4x9 metr ölçüdə 1 ədəd, 3x3 metr ölçüdə 1 ədəd, 3,40x4 metr ölçüdə 1 ədəd, 3,30x3 metr ölçüdə 1 ədəd, 3,40x6 metr ölçüdə 1 ədəd, 3x6 metr ölçüdə 1 ədəd, 3x4 metr ölçüdə 1 ədəd, 3,50x9,90 metr ölçüdə 1 ədəd, 3x6 metr ölçüdə 1 ədəd, 2,5x3 metr ölçüdə 1 ədəd, 3x5,5 metr ölçüdə 1 ədəd, 3,40x6 metr ölçüdə 1 ədəd, 3x4 metr ölçüdə 1 ədəd, 3x3,30 metr ölçüdə 1 ədəd, 3x3,40 metr ölçüdə 1 ədəd, 3x9 metr ölçüdə 1 ədəd, 4x6 metr ölçüdə 1 ədəd dirək üstə yay oturacağı (besetka), 1x2 metr ölçüdə 1 ədəd əsaslı tikinti, yəni əl-üz yuyulan yer, 3x5 metr ölçüdə 1 ədəd əsaslı tikinti, yəni tualet, 4x12 metr ölçüdə 1 ədəd dirək üstə, 1,20x8 metr ölçüdə 1 ədəd əsaslı tikinti, yəni əl-üz yuyulan yer, 3,50x4 ölçüdə 1 ədəd, 6x24 metr ölçüdə 1 ədəd dirək üstə, 5x21 metr ölçüdə 1 ədəd əsaslı tikinti, yəni mətbəx, 3x3.50 metr ölçüdə 6 ədəd, 11,60x40 metr ölçüdə 1 ədəd, 4,40x5 metr ölçüdə 1 ədəd, 3,50x6 metr ölçüdə 2 ədəd, 3,50x4 metr ölçüdə 1 ədəd dirək üstə, 5x10 metr ölçüdə 1 ədəd dirək üstə yay oturacaqları, bundan başqa istirahət mərkəzinin daxilində 152 metr uzunluqda eni müxtəlif ölçülərdə torpağın üst qatı beton və çay daşları ilə örtülmüş (ümumilikdə 591 kvadrat metr ölçüdə), çay daşlarından 98x0,30 metr ölçüdə divar hörülmüş, 4,80x6 metr ölçüdə 1 ədəd su quyusununun ətrafı olmaqla ümumilikdə 1297,15 kvadrat metr sahənin üst qatı beton və çay daşları ilə örtülməsi, ümumilikdə isə təxminən 1300 kvadrat metr ərazidə torpağın üzərinin beton və çay daşları ilə örtülməsi müəyyən edildi. Eyni zamanda istirahət mərkəzinin ərazisində Verəvul çayına doğru olmaqla tikilmiş talvarın divar hissəsindən keçən 1 ədəd 60 sm diametrli və talvarın sağ qurtaracağında 1 ədəd 40 sm diametrli azat cinsindən olan ağacın yaş kök üstə kəsilərək götürüldüyü müəyyən edildi. Eləcə də istirahət mərkəzinin ərazi hüdudlarına taxta və dəmir məftillə sədd çəkilib hasarlanması, Verəvul çayına doğru tikilmiş talvarın həmin hasarlanmış hissədən kənarda olması müəyyən edildi. Həmçinin “Pambəhi” ailəvi istirahət mərkəzinin faktiki yerləşdiyi torpaq sahəsi ölçüldü və ərazinin ümumilikdə təxminən 0,73 hektar olması müəyyən edildi. İş materiallarında olan Təqsirləndirilən şəxs ilə X8 və Bərpası Müəssisəsi ilə bağlanmış “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə” müqavilədən görünür ki, qeyd edilən müqavilə 21 sentyabr 2016-ci ildə 01 nömrəsi ilə 4 il müddətinə bağlanaraq 22 sentyabr 2021-ci ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentində təsdiq edilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinin şərtlərinə görə istirahət-rekreasiya məqsədi ilə X8 və X4 meşəbəyliyinin 10-cu kvartalının 14-cü bölməsində yerləşən, meşəbərpa tədbirlərinin aparılması üçün nəzərdə tutulmayan, meşə ilə örtülü olan 0,60 ha torpaq sahəsi ayrılır. Həmin müqavilənin 2.1 və 2.5-ci bəndlərinə uyğun olaraq istifadəçi, yəni Təqsirləndirilən şəxs heç bir əsaslı tikinti aparmadan, meşə fondu torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan və özbaşına qırıntıya yol vermədən ərazidə çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməli və torpaqdan istifadəni dayandırdıqda istifadə etdiyi sahəni təhvil verməlidir. İş matieriallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 29 noyabr 2016cı il tarixli 220 №-li sərəncamından görünür ki, Təqsirləndirilən şəxs ona ayrılmış 0,60 ha torpaq sahəsində 100.0 kv.metr ölçüdə yüngül metal konstruksiyaların quraşdırılmasına icazə verilmişdir. İş materiallarında olan X8 və X5 Firad Səyad oğluna ünvanlandığı 9 fevral 2017-ci il tarixli, 1/335 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəhər İcra Hakimiyyəti başçısının 29 noyabr 2016-cı il tarixli 220 №-li sərəncamının və müqavilənin 2.1-ci bəndinin tələblərini pozaraq “Pambəhi” ailəvi istirahət mərkəzinin ərazisində əlavə olaraq əsaslı tikinti işləri aparmış, qanunsuzluqları aradan qaldırmadığı təqdirdə barəsində qanuni tədbir görüləcəyi göstərilmişdir. Eyni zamanda X8 və X5 Firad Səyad oğluna ünvanlandığı 07 oktyabr 2020-ci il tarixli, 897 nömrəli məktubundan görünür ki, X10 X3 meşəbəyliyinin 10-cu kvartalının 14-cü bölməsində yerləşən “Pambəhi” ailəvi istirahət mərkəzində icarə müqaviləsinin şərtlərinin pozularaq 23 ədəd zal və besetkalar inşa edilmiş, torpağın üst münbit qatının korlanaraq ümumilikdə 670 kvadrat metr hissədə beton-tökmə işləri aparılmış və digər əsaslı tikinti işləri aparılmışdır. Eləcə də həmin məktubla Təqsirləndirilən şəxs “Pambəhi” ailəvi istirahət mərkəzində qanunsuz inşa etdiyi tikintiləri söküb 1 ay müddətində ərazini əvvəlki vəziyyətə gətirərək X10 Təsərrüfatı Mərkəzinə təhvil verməsi tələb olunmuşdur. İş materiallarında olan 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 29 iyul 2021-ci il tarixli, 70947 nömrəli aktdan və akta əlavə edilmiş hesabat cədvəlindən görünür ki, “Pambəhi” ailəvi istirahət mərkəzinin ərazisində azat cinsli bir ədəd 40 sm diametrli, bir ədəd 60 sm diametrli ağaclar qanunsuz olaraq kəsilmiş və meşə fonduna 1735 manat ziyan dəymişdir. İş materiallarında olan X10 Təsərrüfatı Mərkəzindən daxil olmuş 13 avqust 2021-ci il tarixli, 292 nömrəli aktdan və akta əlavə edilmiş torpağın münbit qatının korlanmasına görə hesablanmış ziyan cədvəlindən görünür ki, “Pambəhi” ailəvi istirahət mərkəzinin ərazisində7x4 metr ölçüdə 1 ədəd, 4x9 metr ölçüdə 1 ədəd, 3x3 metr ölçüdə 1 ədəd, 3,40x4 metr ölçüdə 1 ədəd, 3,30x3 metr ölçüdə 1 ədəd, 3,40x6 metr ölçüdə 1 ədəd, 3x6 metr ölçüdə 1 ədəd, 3x4 metr ölçüdə 1 ədəd, 3,50x9,90 metr ölçüdə 1 ədəd, 3x6 metr ölçüdə 1 ədəd, 2,5x3 metr ölçüdə 1 ədəd, 3x5,5 metr ölçüdə 1 ədəd, 3,40x6 metr ölçüdə 1 ədəd, 3x4 metr ölçüdə 1 ədəd, 3x3,30 metr ölçüdə 1 ədəd, 3x3,40 metr ölçüdə 1 ədəd, 3x9 metr ölçüdə 1 ədəd, 4x6 metr ölçüdə 1 ədəd dirək üstə yay oturacağı (besetka), 1x2 metr ölçüdə 1 ədəd əsaslı tikinti, yəni əl-üz yuyulan yer, 3x5 metr ölçüdə 1 ədəd əsaslı tikinti, yəni tualet, 4x12 metr ölçüdə 1 ədəd dirək üstə, 1,20x8 metr ölçüdə 1 ədəd əsaslı tikinti, yəni əl-üz yuyulan yer, 3,50x4 ölçüdə 1 ədəd, 6x24 metr ölçüdə 1 ədəd dirək üstə, 5x21 metr ölçüdə 1 ədəd əsaslı tikinti, yəni mətbəx, 3x3.50 metr ölçüdə 6 ədəd, 11,60x40 metr ölçüdə 1 ədəd, 4,40x5 metr ölçüdə 1 ədəd, 3,50x6 metr ölçüdə 2 ədəd, 3,50x4 metr ölçüdə 1 ədəd dirək üstə, 5x10 metr ölçüdə 1 ədəd dirək üstə yay oturacaqları, bundan başqa istirahət mərkəzinin daxilində 152 metr uzunluqda eni müxtəlif ölçülərdə torpağın üst qatı beton və çay daşları ilə örtülmüş (ümumilikdə 591 kvadrat metr ölçüdə), çay daşlarından 98x0,30 metr ölçüdə divar hörülmüş, 4,80x6 metr ölçüdə 1 ədəd su quyusununun ətrafı olmaqla ümumilikdə 1297,15 kvadrat metr sahənin üst qatı beton və çay daşları ilə örtülmüş, nəticədə 1297,15 kvadrat metr, yəni 38,91 kub metr münbit qat korlanaraq təbiətə 11283,90 manat ziyan dəymişdir. İş materiallarında olan X10 Təsərrüfatı Mərkəzindən daxil olmuş 03 noyabr 2021-ci il tarixli, 685 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ağacların kəsilməsi ilə Lənkəran RMTM-yə müraciət etməmişdir. İş materiallarında olan X10 Təsərrüfatı Mərkəzindən daxil olmuş 03 noyabr 2021-ci il tarixli, 684 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ilə 22 sentyabr 2016-cı ildə bağlanmış icarə müqaviləsinin müddəti 22 sentyabr 2020-ci ildə bitmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsindən daxil olmuş 20 sentyabr 2021-ci il tarixli, **********26 nömrəli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, “Pambəhi” ailəvi istirahət mərkəzinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü ümumilikdə 0,7376 hektar təşkil edir. Hüquq müəyyənedici sənəd üzrə (icarə müqaviləsinə münasibətdə) 0,60 hektar torpaq sahəsinin icarəyə verildiyi nəzərə alınaraq həmin torpaq sahəsinin koordinatları faktiki istifadə edilən 0,7376 hektar torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. “Pambəhi” ailəvi istirahət mərkəzinin yerləşdiyi torpaq sahəsinin təyinatının (kateqoriyası) meşə fondu olması müəyyən edilmişdir. İş materiallarında olan Lənkəran rayon məhkəməsindən daxil olmuş 2 sentyabr 2021-ci il tarixli, 3614/2021 saylı məktubdan görünür ki, Lənkəran rayonunun Osaküçə kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində 2016-cı il tarixdən 2 sentyabr 2021-ci il tarixədək Lənkəran rayon məhkəməsinin icraatında mülki, və ya cinayət işi olmamışdır. İş materiallarında olan Lənkəran şəhər psixiatriya xəstəxanasından daxil olmuş 9 sentyabr 2021-ci il tarixli, 558 nömrəli məktubdan görünür ki, Lənkəran rayonunun Osaküçə kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1977-ci il təvəllüdlü Həbibov X6 şəhər psixiatriya xəstəxanasında qeydiyyatda deyildir. İş materiallarında olan Lənkəran şəhər narkoloji xəstəxanasından daxil olmuş 10 sentyabr 2021-ci il tarixli, 472 nömrəli məktubdan görünür ki, Lənkəran rayonunun Osaküçə kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1977-ci il təvəllüdlü Həbibov X6 şəhər narkoloji xəstəxanasında qeydiyyatda deyildir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş 20 sentyabr 2021-ci il tarixli, **********165900 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs (VÖEN **********) vergi orqanında vergi ödəciyisi kimi vergi uçotundadır, hazırda fəaliyyət vəziyyəti aktivdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsindən daxil olmuş 21 oktyabr 2021-ci il tarixli, **********95 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi 2, mənzil 5, Lənkəran rayonunun Osaküçə kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsi, Lənkəran rayonunun Osaküçə kəndində yerləşən ümumi birgə (5 nəfər) mülkiyyətdə olan 0.28 hektar həyətyanı torpaq sahəsi və Lənkəran rayonunun Osaküçə kəndində yerləşən ümumi birgə (5 nəfər) mülkiyyətdə olan 0.41 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 5 oktyabr 2021-ci il tarixli, 9/6511 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 29 iyul 2021-ci il tarixli, 70947 nömrəli akta əlavə edilmiş həmin tarixli ziyanın hesablanması cədvəlinə əsasən Lənkəran Meşə X3 meşəbəyliyinin 10 saylı dolayında yerləşən “Pambəhi” ailəvi istirahət mərkəzində “azat” cinsli 1 ədəd 40 sm və 1 ədəd 60 sm diametrli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 1735 manat, X7 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 avqust 2021-ci il tarixli akta əsasən Lənkəran Meşə X3 meşəbəyliyinin 10 saylı dolayında yerləşən “Pambəhi” ailəvi istirahət mərkəzində torpağın münbit qatının korlanmasına görə təbiətə dəymiş ziyanın ümumi məbləği 11283,90 manat müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 22 oktyabr 2021-ci il tarixli, 10/5095 saylı rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 20 sentyabr 2021-ci il tarixli, **********26 saylı mütəxəssis rəyinə əsasən Lənkəran Meşə X3 meşəbəyliyinin 10 saylı dolayında yerləşən “Pambəhi” ailəvi istirahət mərkəzinin faktiki yerləşdiyi torpaq sahəsi meşə fondu torpaqları olmaqla sahəsi 0,7376 hektar təşkil edir. Hüquq müəyyənedici sənəd üzrə (icarə müqaviləsinə münasibətdə) 0,60 hektar torpaq sahəsinin icarəyə verildiyi nəzərə alınaraq həmin torpaq sahəsinin koordinatları faktiki istifadə edilən 0,7376 hektar torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi müəyyən edilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə (təqsirləndirilən şəxsin etirafedici, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 188.4.2, 259.2.3 və 308.1-ci maddələri ilə ilə düzgün tövsif edilmiş, onun əməlləri qeyd edilən maddələrin dispozisiyası şərtlərinə uyğun gəldiyindən o həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətlərini ona istinad edilən CM-in maddələrinin dispozisiyasına şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı ona elan edilmiş ittihamda nəzərdə tutulan ictimai təhlükəli əməllərin törədilməsini, həmin əməllərin törədilməsində təqsirləndirilən şəxsin qəsdən iştirak etməsini, törədilmiş əməllərin ona aid edilməsini təsdiq edən, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb cinayətin tamah məqsədi ilə törədilməsi qənaətinə gəlir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58, 59 və 61-ci maddələrinin tələblərini nəzərə alaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayətin məqsəd və motivini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. İş materiallarında olan 05 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün o ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas və əlavə cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə və əlavə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş 24 yanvar 2022-ci il tarixli, 35 saylı arayışdan görünür ki, iş üzrə vurulmuş 13018 (on üç min on səkkiz) manat 90 qəpik məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Həbibov X6 rayonu, Osaküçə kəndində qeydiyyatda olmaqla himayəsində arvadı, bir azyaşlı və bir yetkinlik yaşına çatmayan olmaqla üç uşağı ilə birgə orada yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində azyaşlı uşağının olmasını, dəymiş ziyanı ödəməsini, Azərbaycan Respublikası CM-in 59.1.4-cü, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddələrinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, ilk məhkumluğunu, himayəsində heç bir yerdə işləməyən arvadının, bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin törədilmə şəraitini, Təqsirləndirilən şəxs ilk məhkumluğunu, ali təhsilli olmasını, təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, dəymiş ziyanı könüllü olaraq ödəməsini, hal-hazırda islah yolunda olmasını, eləcə də, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının, heç bir yerdə işləməyən arvadının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin onun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcəyi təqdirdə himayəsində olan şəxslərin gələcək həyatına və sağlamlığına mənfi təsir göstərəcəyini, ailəsinin mənəvi iztirablar çəkəcəyini, eyni zamanda təyin olunacaq cəzanın ailəsinin həyat şəraitinə təsirini, onun hadisədən sonrakı davranışını və yaşayış yerindən müsbət xarakterizə olunmasını, yaşadığı ərazidə müəyyən nüfuza malik olmasını nəzərə alaraq onu cəmiyyətdən təcrid etmədən də, yəni ona təyin olunacaq cəzanı çəkmədən də onun islah olunmasını mümkün sayır. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən müəyyən müddətə azalıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi ədalət və humanizm prinsiplərinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən etməklə ona təyin olunacaq cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəuyğun hesab edir. Müəyyən olunmuş sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, himayəsində heç bir yerdə işləməyən arvadının, bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının qayğısına qalmaq, uşaqlarını böyütmək, onların təhsil almalarına şərait yaratmaq və onları tərbiyə etmək vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunacağını nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq, barələrində Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsini tətbiq etməklə, onun dövlət və yerli-özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməsi kimi əlavə cəzanın təyin olunmasını zəruri hesab edir. Təqsirləndirilən şəxs törətdiyi cinayəti vəzifələrindən sui-istifadə edərək törətməsini əsas götürərək, məhkəmə onun barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzanın təyin edilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəza kimi tətbiq olunmalı, həmin cəza azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Azərbaycan Respublikası CM-in 68.2-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə əlavə cəzalar müstəqil icra olunmalıdır. İş üzrə vurulmuş 13018 (on üç min on səkkiz) manat 90 qəpik məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs məxsus, qanunverigiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul əmlak vəs. müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə ekspertiza xərci 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353, 354-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.4.2, 259.2.3 və 308.1-ci maddələri nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 188.4.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 259.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 308.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli-özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzanı qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli-özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla, təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və üzərində 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar müstəqil icra olunsun. Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəzanın müddəti əsas cəzanın şərti hesab edildiyi müddətə şamil olunsun. Sınaq müddətində Təqsirləndirilən şəxs üzərinə davranışı ilə əlaqədar nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, ailəsini saxlamaq, onların qayğısına qalmaq və uşağının təhsilini davam etdirməsini təmin etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindiyi andan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə vurulmuş 13018 (on üç min on səkkiz) manat 90 qəpik məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Cəlil Nəbiyev
2. Müşfiq Məmmədov
3. İlkin Abdullayev