Məhkəmə qərarları › İş №1(099)-66/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-66/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-66/2023 16.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X7 və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1963-cü ildə Sabirabad rayonunun Mürsəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonunun Mürsəlli kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş və satış məqsədilə qanunsuz olaraq küllli miqdarda narkotik vasitə əldə etmiş və saxlamışdır. Belə ki, o, əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin mart ayında Sabirabad rayonunun Mürsəlli kəndində yaşadığı evin həyətyanı sahəsində əkmiş, həmin toxumlardan yetişmiş 80 ədəd çətənə bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq həmin çətənə (kannabis) bitkilərinin yarpaqları və digər hissələrini toplayıb qurudub kustar üsulla hazırlayıb külli miqdarda-4680 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş və onların 3600 qram və 380 qram hissəsini iki ədəd sellofan torbalara qablaşdırıb çətənə bitkilərinin əkildiyi yerdə, 700 qram hissəsini isə bir ədəd karton qutuya yığıb yaşadığı evin zirzəmisində saxlamışdır.Daxil olmuş əməliyyat məlumatına əsasən Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 23 iyun 2022-ci il tarixdə saat 14 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı, Sabirabad rayonunun Mürsəlli kəndində olan fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış zamanı külli miqdarda-80 (səksən) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və həmin bitkilərin əkildiyi yerdə iki ədəd sellofan torbalarda, eləcə də evin zirzəmisində bir ədəd karton qutuda olmaqla cəmi külli miqdarda-4680 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyib, CM-nin 237.2.3-cü maddəsi ilə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Sabirabad rayonunun Mürsəlli kəndində qeydiyyatda olmaqla yaşayır, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi qaydada təsərrüfat işləri ilə məşğul olmuş, həmçinin ürək əməliyyatı keçirdiyinə görə xəstə olmaqla 2-ci qrup əlildir. Xeyli müddətdir ki, “nəşə” adlanan narkotik maddədən (qurudulmuş marixunadan) istifadə etməyə başlamış, bir qayda olaraq hər gün marixuanadan cəkmə yolu ilə qəbul etmiş, başqa növ narkotiklərdən istifadə etməmişdir. Hər dəfə marixuanadan istifadə edərkən toxumları yığıb saxlamışdır ki, sonradan həmin toxumları əkib özünün istifadəsi üçün çətənə bitkisi yetişdirsin. 2022-ci ilin mart ayında yaşadığı evin həyətyanı sahəsindən keçən su kanalının kənarına toxumları əkmiş, bir müddət sonra toxumlar cücərib böyümüşdür.O, çətənə bitkilərinə qulluq etməmiş, bitkilər elə su kanalının yanında olduğu üçün suyu da elə kanaldan götürmüşdür.Yalnız özünün istifadəsi məqsədi ilə həmin bitkiləri əkib-yetişdirmişdir.Çətənə bitkiləri böyüdükdən sonra o, həmin bitkilərin istifadəyə yararsız yarpaq və hissələrini qırıb iki ədəd sellofan torbalara yığıb həyətində olan ağacların yanına qoymuşdur ki, sonra aparıb kənara atsın.23 iyun 2022-ci il tarixdə, günorta saatlarında bir qrup polis əməkdaşları həyətinə gəlib ona həyətyanı sahədə çətənə bitkilərinin əkməsi barədə məlumat daxil olduğunu, yaşadığı evin həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir.Sonra polis əməkdaşları özünün və digər şəxslərin (hal şahidləri və aqronom-mütəxəssisin) iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən yaşadığı evin həyətyanı sahəsində 80 ədəd çətənə bitkiləri, həyətindəki ağaclarının yanına qoyduğu çətənə bitkilərinin yararsız hissələri yığdığı iki ədəd sellofan torba, həm də yaşadığı evin zirzəmisində bir ədəd karton qutunun içərisində çətənə bitkilərinin yararsız hissələri aşkar edilmişdir.Sonra polis əməkdaşları tərəfindən çətənə bitkiləri, torbalarda və karton qutuda olan kütlələr qablaşdırılıb götürülmüş, daha sonra sənədləşmə aparılmışdır.O, əkdiyi çətənə bitkilərinin yarpaqlarını və digər hissələrini istifadəsi məqsədi ilə qurutmaq üçün yığmamış və narkotik maddələrin satışı ilə məşğul olmamışdır.Ona görə də o, narkotik maddələrin satışı ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün istifadəsi üçün çətənə bitkiləri əkib-yetişdirməsinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. İbtidai istintaq zamanı işin mahiyyəti üzrə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə ümumən uyğun ifadələr vermiş, həmçinin bu ifadələrində göstərmişdir ki, o, 2022-ci ilin mart ayında yaşadığı evin həyətyanı sahəsində çətənə bitkisinin toxumlarını əkmiş, həmin toxumlardan cücərmiş 80 ədəd bitkilərə su verməklə, ətrafını təmizləməklə və budamaqla qulluq etmişdir.İstifadə etməsi üçün həmin bitkiləri budadıqdan sonra yarpaqlarını elə əkdiyi yerə töküb qurudub kisələrə yığıb saxlamışdır. 23 iyun 2022-ci il tarixdə, günorta saatlarında polis əməkdaşları tərəfindən özünün, iki nəfər hal şahidi və aqronomun iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən evin həyətyanı sahəsində 80 ədəd çətənə bitkiləri, çətənə bitkiləri əkdiyi yerdə qurudaraq kisələrdə saxladığı qurudulmuş marixuana kütlələri və yaşadığı evin zirzəmisindən bir ədəd karton qutuda qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış protokol və protokola əlavə edilmiş fotoşəkillər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini ümumən təsdiq etdiyini bildirib əlavə ifadəsində göstərmişdir ki, o, əkdiyi çətənə bitkilərinin yarpaqlarını və digər hissələrini şəxsi istifadəsi üçün yığsa da, həmin kütlənin çəkisi az olmuş, həmçinin torbalarda və karton qutu olan kütlələr istifadə üçün yararsız olmuşdur.O, narkotik maddələrin satışı ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün istifadəsi üçün çətənə bitkiləri əkib-yetişdirməsinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin əməkdaşıdır. 23 iyun 2022-ci il tarixdə ona Sabirabad rayonunun Mürsəlli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkibbecərməsi barədə məlumat daxil olmuşdur.Həmin gün günorta saatlarında bu məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirində, yəni Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxışın keçirilməsində o da iştirak etmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evin həyətə daxil olduqdan sonra müstəntiq X11 Niftaliyevə həyətində qanunsuz olaraq çətənə bitkiləri əkib-yetişdirməkdə şübhəli olması və həyətinə baxış keçiriləcəyi bildirmiş, Təqsirləndirilən şəxs də etiraz etməmiş, həm də həyətində çətənə kolları əkdiyini etiraf etmişdir.Sonra polis əməkdaşları tərəfindən hal şahidləri, Təqsirləndirilən şəxs və bir nəfər aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir.Baxış zamanı evin həyətyanı sahədən 80 ədəd çətənə kolu aşkar edilib götürülmüşdür.Bundan başqa həmin bitkilərin əkildiyi yerdə iki ədəd torbada və evin zirzəmisində bir ədəd karton qutunun içərisində qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilib götürülmüşdür.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş çətənə kollarını özünün əkib-yetişdirdiyini, torbalarda və karton qutuda olan kütlələrin də özünə məxsus olduğunu, çətənə kollarından yığdığını bildirmişdir.Aşkar olunmuş cəmi 80 ədəd çətənə bitkiləri, torbalarda və karton qutuda olan kütlələr qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, o, ixtisasca aqronomdur.23 iyun 2022-ci il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının dəvəti ilə Sabirabad rayonunun Mürsəlli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsində aqronom-mütəxəssis kimi iştirak etmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs yaşıdığı evin həyətyanı sahəsində 80 ədəd çətənə bitkiləri, həmçinin həmin bikilərin yanında iki ədəd sintetik kisədə və evin zirzəmisindən isə bir ədəd karton qutuda qurudulmuş marixuana kütlələri aşkar edilmişdir.Aşkar edilmiş bitkilərə aqronommütəxəssis kimi baxış keçirib həmin bitkilərin çətənə bitkiləri olmasını və onlara aqronotexniki qaydada qulluq olunmasını müəyyən etmiş, sonra bununla bağlı yazılı rəyini vermişdir. İşdə olan, Sabirabad RPŞ-nin əməkdaşının 23 iyun 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Sabirabad rayonunun Mürsəlli kənd sakini X3 həyətində və həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkiləri əkməsi və narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, “Baxış keçirilməsi haqqında” 23 iyun 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkilərlə müəyyən edilir ki, həmin tarixdə, saat 18 radələrində Sabirabad RPŞ-nin İB-nin müstəntiqiı Mirzahid Abasov tərəfindən polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və aqronom-mütəxəssis Şahid7 iştirakı ilə Sabirabad rayonunun Mürsəlli kəndində, Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsnə baxış keçirilmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində 80 ədəd çətənə koluna oxşar bitkilər, bitkilərin əkildiyi yerdə iki ədəd sellofan torbada bitki yarpaqları olan marixuanaya oxşar kütlələr, habelə evin zirzəmisində bir ədəd karton qutuda qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir.Aşkar edilmiş 80 ədəd çətənə koluna oxşar bitkilər, iki ədəd sellofan torbada və bir ədəd karton qutuda bitki yarpaqları olan marixuanaya oxşar kütlələr qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. İşdə olan, 23 iyun 2022-ci il tarixli “Mütəxəssis rəyi”nə əsasən həmin tarixdə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən aşkar edilmiş 80 ədəd bitkilər çətənə kollarıdır və həmin bitkilər aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 23 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən..narkotik tərkibli bitkilər..” sözləri və imzalar olan sintetik torbada 80 (səksən) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi-5000 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Aqronomun rəyinə əsasən aşkar olunmuş ümumi sayı 80 (səksən) ədəd bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir.Tədqiqata təqdim olunmuş üzərində“... Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş kütlə ... sözləri və imzalar olan 01 ədəd sintetik torbada ayrı-ayrılıqda təmiz çəkisi-3600 qram, 380 qram, ümumi çəkisi- 3980 olan kütlələr təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs zirzəmisindən .. sözləri və imzalar olan 01 ədəd karton qutuda təmiz çəkisi-700 qram, olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır.Tədqiqata təqdim edilmiş 80 ədəd çətənə bitkiləri və qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər.Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 4679,85 qram və 80 ədəd çətənə bitkiləri. Ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanımaq haqqında” 25 iyun 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 4679,85 qram narkotik vasitə olan qurudulmuş marixuana və 80 ədəd çətənə bitkisi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 27 sentyabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, Sabirabad rayonu İHB-nın Ülacalı kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 28 iyun 2022-ci il tarixli arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlilddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndinin (məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər) 3.2-ci maddəsinə əsasən (əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara) məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə tətbiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olduğu üçün barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. İşdə olan, Sabirabad RPŞ-nin 08 iyul 2022-ci il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, Sabirabad rayonunun Mürsəlli kənd sakini Təqsirləndirilən şəxs başqa şəxslərə narkotik vasitə satması və satmaq məqsədi ilə yaşadığı evdə narkotik vasitə saxlaması barədə çoxsaylı əməliyyat məlumatları daxil olmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid3, Şahid4 və Şahid7 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (əkib-yetişdirdiyi çətənə bitkilərini hissəllərini satış məqsədi ilə toplamaması, əkdiyi çətənə bitkilərinə qullun etməməsi, torbalarda və karton qutuda olan çətənə bitkilərin hissələrinin yararsız olması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatlar, yəni əkib-yetişdirdiyi çətənə bitkilərini hissəllərini satış məqsədi ilə toplamaması, əkdiyi çətənə bitkilərinə qullun etməməsi, torbalarda və karton qutuda olan çətənə bitkilərin hissələrinin yararsız olması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid3, Şahid4 və Şahid7 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən hal şahidlərinin iştirakı ilə keçirilmiş baxışın protokolu, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, yaşadığı evin həyətyanı sahəsində əkdiyi çətənə bitkisinin toxumlarından cücərmiş 80 ədəd bitkilərə su verməklə, ətrafını təmizləməklə və budamaqla qulluq etməsini, həmçinin istifadə etməsi üçün həmin bitkiləri budadıqdan sonra yarpaqlarını elə bitkiləri əkdiyi yerə töküb qurudub kisələrə yığıb saxlamasını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmə, yetişdirmə və kultivasiya etməsi, habelə satış məqsədi ilə qanunsuz olaraq çətənə bitkilərinin hissəllərini toplamaqla hazırlayıb narkotik maddə əldə etmə və saxlama cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adları “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitələrdir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Habelə həmin Qanunun “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan “Çətənə növlü bitkilər”in sayı 16 ədəd və ya ondan artıq olduqda olduqda külli miqdar hesab olunur. Həmçinin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 80 ədəd çətənə (kannabis) bitkilərinin sayı, habelə 4680 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdardadır.X5 götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, eləcə də polis şöbəsinə onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə dəfələrlə əməliyyat məlumatının daxil olması belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədilə külli miqdarda çətənə bitkisini əkib-yetişdirmiş və eyni məqsədlə bu bitkilərin hissələrini qurudub hazırlamaqla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana əldə edib saxlamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana hazırlamış, əldə etmiş və saxlamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən İlham Niftalıyevin əməli düzgün olaraq CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Sabirabad Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığı qətimkan tədbiri müddətinin əvvəli 23 iyun 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Sabirabad Rayon Məhkəməsinin 11 aprel 2007-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 30 may 2008ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Sabirabad Rayon Məhkəməsinin 06 dekabr 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 228.1, 237.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 12 fevral 2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) 11 aprel 2007 və 06 dekabr 2013-cü il tarixli hökmlər üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan, Sabirabad rayonu İHB-nın Ülacalı kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 28 iyun 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sabirabad rayonunun Mürsəlli kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (kənddə keçirilən ictimai işlərdə fəail iştirak etməklə kənd sakinlərinin hörmətini qazanmışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İİ dərəcə əlil olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (cinayətin qəsdən törədilməsi və törədilən əməllərin ağır cinayət hesab edilməsi, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərin əkilib-yetişdirilməklə əldə edilmiş külli miqdarda narkotik vasitənin satılması və ya başqa qaydada yayılmasının dövlətə və cəmiyyətə zərərin yetirilməsinə, o cümlədən insanların sağlamlığına zərər vurulmaqla narkomanlıq xəstəliyinə düçar olmasına, eləcə də gənc nəslin tərbiyəsinə mənfi təsir göstərməsinə səbəb ola bilcəyi və s. hallar), cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, habelə CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdən 16 fevral 2023-cü il tarixədək ev dustaqlığında olması müddəti azadlıqdan məhrumetmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Sabirabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan 80 ədəd çətənə (kannabis) bitkisi və 4679,85 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X4 X6 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdən 16 fevral 2023-cü il tarixədək ev dustaqlığında olması müddəti azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 80 (səksən) ədəd çətənə (kannabis) bitkisi və 4679,85 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar