Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-66/2025 03.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət təqibinə xitam verilməsi haqqında) Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 1989-cu ildə Masallı rayonu Yeddioymaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Masallı rayonu Şıxlar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri; xx xxxxx 1984-cü ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Beyləqan rayonu İkinci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ona görə ki, onlar istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda öz aralarında və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda 3,512 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 14,707 qram çəkidə psixotrop maddə metamfetamini və xeyli miqdarda 86,186 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli İİR-dan Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə razılığa gəlmiş, İİR vətəndaşı külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetamini və xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda gömrük sərhədindən gizli şəkildə qaçaqmalçılıq yolu ilə İİR-dan Azərbaycan Respublikası ərazisinə keçirib Masallı şəhəri Digah küçəsində yerləşən əvvəllər qaz doldurma məntəqəsi kimi istifadə edilmiş yerdə gizlədərək bu barədə onlara məlumat verdikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə istintaqa məlum olmayan tarixdə və vaxtda həmin yerdən külli miqdarda 3,512 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 14,707 qram çəkidə psixotrop maddə metamfetamini və xeyli miqdarda 86,186 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərlərində saxlayaraq daşımış, onların külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla cinayət törətmələri barədə məlumat almış Masallı RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 00:10 radələrində Masallı şəhəri Digah küçəsi ərazisində saxlanılaraq Masallı RPŞ-nə gətirilib orada üzərlərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 əynində olan açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 3,512 qram təşkil edən narkotik vasitə heroin, 01 ədəd bükümdə ümumi təmiz çəkisi 14,707 qram təşkil edən psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə ümumi təmiz çəkisi 86,186 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək onlara həmin maddələr ilə ittiham elan edilmiş və cinayət işi ittiham aktı ilə baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Vətən müharibəsinin iştirakçısıdır, qazidir, medalllarla təltif olunmuşdur. Onun narkotik vasitəyə heç bir aidiyyəti yoxdur. 08 aprel 2024-cü il tarixdə Bakı şəhəri Mərdəkan qəsəbəsində Təqsirləndirilən şəxs2 və onun qohumu Murad ilə birlikdə ev təmir işləri ilə məşğul olmuşlar. Həmin vaxt Muraddan öz istifadəsi üçün narkotik vasitə olan «nəşə» isətmiş və buna görə Murada 30 manat pul vermişdir. İranlı ilə Murad “nəşə” barədə əvvəlcədən onun telefonu ilə danışmış və Muradın verdiyi, yadında qalmayan nömrəyə həmin gün 300 manat pul ödəmişlər. İranılı ilə ona görə onun telefonu ilə danışmışlar ki, Nüsrətin telefonu sadə olmuş, onda “Whatsapp” proqramı olmamışdır. Murad adlı şəxs nəşəni götürmək üçün özü Masallı rayonuna gedə bilməyəcəyini demişdir. Masallı şəhərində götürməli olduqları “nəşə”dən ona da istifadə üçün verilməli imiş. Həm Masallıda təxminən 45 qram “nəşə”ni götürmək, həm də Masallı şəhərində yerləşən evlərindən ev təmiri alətlərini söküb Bakı şəhərinə aparmaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 18-19 radələrində Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhərindən Masallıya yola düşmüşlər. Həmin gün saat 21 radələrində Salyan rayonu ərazisində «Hacoğlu» restoranında olmuş, çay içmiş, sonra isə Masallıya yola düşmüşlər. Təxminən saat 22 radələrində Masallı şəhərinə çatmışlar. Masallıda dairənin yanında avtomaşından düşmüşlər. Bir az getmişlər ki, saat 22:30 radələrində vərəm dispanserinin yaxınlığında, qəbirstanlığın yanında polis işçiləri onu və Təqsirləndirilən şəxs2 saxlamışlar. Polis işçiləri onu saxlayanda üzərində heç bir narkotik vasitə olmamışdır. Polis işçiləri onları polis şöbəsinə aparmışlar. Polis işçiləri onları döəyərək təzyiq göstərmiş, üzərinə narkotik vasitə qoyacaqlarını, onu boynuna götürməsini tələb etmişlər. Əks halda cibinə daha çox narkotik vasitə qoymaqla, butulkanın üzərində oturdub videosunu «Yutub» sosial şəbəkəsində yaymaqla hədələmişlər. Orxan adlı polis işçisi onun üzərinə heroin, metamfetamin və qurudulmuş marixuana qoymuşdur. Həm də polis işçiləri onu cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə verəcəklərini vəd etmişlər. Məcbur olub videoçəkiliş zamanı narkotikin ona məxsus olmasını etiraf etmişdir. Onların polis tərəfindən tutulmasından 6-7 saat sonra üzərlərində şəxsi axtarış keçirmişlər. Polis işçilərinin onu tutmalarının və üzərinə narkotik vasitə qoymalarının səbəbi odur ki, onun arvadı X3 Masallı Rayon Polis Şöbəsinin əməkdaşı X8 ilə yaxın münasibətinin olması səbəbindən arvadı ilə boşanmış və uşağı onun himayəsində qalmışdır. Polis əməkdaşı X4 barəsində şikayət etmişlər. Polis əməkdaşını işdən çıxarmışlar. Onun qayınatası sabiq yol polis rəisi olmuşdur. Qayınatası və keçmiş arvadı uşağını onun əlindən almağa çalışmışlar. Ona görə də onun polis işçiləri tərəfindən tutulmasını və üzərinə narkotik vasitə qoyulmasını qayınatası və keçmiş arvadı təşkil etmişlər. Onların polis tərəfindən tutulmalarından bir-neçə saat sonra istifadəsində olan ********** mobil telefon nömrəsinə tanımadığı iran nömrəsindən onu “Peyman” adlandırmaqla narkotiklə bağlı sms göndərmişdir. Həmin sms-i kimin göndərməsini bilmir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – CPM-nin) 327.1.3-cü maddəsinə əsasən həmin ifadə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş və həmin ifadəsində göstərmişdir ki, bir ilə yaxındır ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Tutulmalarından təxminən bir həftə əvvəl Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində bağ evlərində işlədiyi zaman Beyləqan rayon sakini Murad adlı şəxsin vasitəsilə Beyləqan rayonu İkinci Şahsevən kənd sakini Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Murad adlı şəxs onun narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini bilmişdir. Tutulmalarından təxminin 2-3 gün əvvəl X20 Respublikası vətəndaşı olan adını bilmədiyi tanışının olduğunu və həmin şəxsdən narkotik vasitə alacağını, həmin şəxsin Masallı rayonu ərazisində narkotik vasitə gizlədəcəyini, özünün Masallı rayonunu tanımadığını və onunla birlikdə Masallı rayonuna gedib həmin narkotik vasitəni götürməkdə ona köməklik edəcəyi təqdirdə ona da istifadə etməsi üçün narkotik vasitə verəcəyini bildirmişdir. Onun da həmçinin usta olduğundan dəzgahları Masallı şəhərindəki evində olduğu üçün və Nüsrətin ona narkotik vasitə verəcəyinə əmin olduğuna görə sonuncu ilə razılaşmışdır. Sonra Nüsrət onu həmin İran İslam Respublikası vətəndaşı ilə mobil telefon vasitəsilə tanış etmiş və o da həmin şəxslə mobil telefonda danışmağa başlamış və ilkin olaraq onların arasında sadəcə ümumi söhbət, yəni tanışlıq olmuşdur. Lakin həmin şəxs ona adını deməmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 ona “whatsapp» ani danışıq sistemi” vasitəsilə zəng edərək kart hesabı göndərməsini, həmin hesaba 300 manat pul köçürəcəyini və sonra onun həmin pulu online vasitəsilə İran vətəndaşının hesabına göndərməsini demişdir. O, Nüsrətdən pulu iranlıya hansı səbəbdən özünün köçürmədiyini soruşduqda Nüsrət öz adına kart hesabı olmadığı üçün pulun online formada köçürülməsində ondan köməklik istədiyini bildirmişdir. O da Nüsrətə kart hesabının fotoşəklini göndərmiş, lakin Nüsrət həmin kart hesabına pul köçürə bilməmişdir. Bundan sonra Nüsrətin İran vətəndaşına hansı üsulla pul köçürdüyünü bilməmişdir. xx.xx.2024-cü il tarixdə axşam saat 19 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində görüşdükləri zaman sonuncu ona artıq Masallı rayonu ərazisinə getməli olduğuqlarını bildirmiş və İran vətəndaşı ilə telefon danışdığı zamanı sonuncu narkotik vasitə heroini, psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı Masallı şəhəri Digah küçəsi ərazisində qəbirəstanlığın yaxınlığında gizlətdiyini və oradan götürmələrini bildirib “whatsapp» vasitəsilə həmin yerin məkanını onun mobil telefonuna göndərmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2 ilə birlikdə yola çıxıb Masallı rayonu ərazisinə gedərək «Seybətin» dairəsində avtomobildən düşmüş, orada taksiyə minərək İran vətəndaşının ona göndərdiyi məkan üzrə hərəkət etməklə Masallı şəhəri Digah küçəsində yerləşən qəbirəstanlığın yanına gəlmiş və avtomobildən düşmüşlər. Nüsrət özünün kənarda durub ətrafa nəzarət edəcəyini, onun isə narkotik vasitələri və psixotrop maddəni götürüb qayıtmasını demişdir. O, İran vətəndaşının ona dediyi yerə, yəni qəbirəstanlığın yaxınlığında yerləşən daşlardan hörülmüş yerin qarşısına yaxınlaşıb orada yerdə şəffaf sellofana bükülmüş içərisində 3 ədəd bükümlərdə olan narkotik vasitələri və psixotrop maddəni götürüb əynində olan gödəkçənin sağ yan cibinə qoymuş və Nüsrətin yanına doğru getməyə başlamışdır. Həmin vaxt mülki geyimdə olan polis işçiləri onları saxlamış və Masallı Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində şübhəli şəxs qismində tutmuş, müdafiəçinin iştirakları ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və maddə olub-olmamasını soruşulmuşdur. O, əynində olan gödəkçənin sağ yan cibindən şəffaf sellofana bükülmüş üç ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümlər açıldıqda içərisində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olması müəyyən olunmuşdur. Təhqiqatçı ondan həmin narkotik vasitələri və psixotrop maddəni haradan əldə etdiyini soruşduqda o, Nüsrət adlı tanışının vasitəsilə adını bilmədiyi İran İslam Respublikası vətəndaşı ilə tanış olduğunu, Nüsrətin həmin şəxsə 300 manat pul göndərdikdən sonra Masallı rayonu ərazisinə gəlib həmin şəxsin gizlətdiyi narkotik vasitələri və psixotrop maddəni götürəcəkləri barədə razılaşıb Masallı rayonu ərazisinə gəldiklərini, Masallı rayonunda həmin narkotik vasitələri və psixotrop maddəni götürüb üzərində daşıdığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun təqdim etdiyi narkotik vasitələr və psixotrop maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs kimi dindirilməsi barədə 10 aprel 2024-cü il tarixli protokoldan görünür ki, (Təqsirləndirilən şəxs1 tutulması polis əməkdaşları tərəfindən 09 aprel 2024-cü il tarixdə sənədləşdirildiyi halda) müstəntiq ona xx.xx.2024-cü il tarixdə üzərində aşkar edilmiş külli miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və marixuananı saxlamaqda məqsədinin nə olması barədə sual vermişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Təqsirləndirilən şəxs1 08 aprel 2024-cü il tarixdən iki gün əvvəl həmkəndlisi Muradın vasitəsi ilə tanımışdır. 08 aprel 2024cü il tarixdə Murad onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək ona göndərəcəyi «Nar» nömrəsinə 300 manat pul köçürməsini demişdir. Murad ondan pulu borc olaraq istiəmişdir. Murad ona «Nar» telefon nömrəsi göndərmişdir. O, Binə qəsəbəsində yerləşən marketdə quraşdırılmış terminaldan «m10» pul kisəsi vasitəsi ilə Muradın verdiyi, xatırlamadığı «Nar» telefon nömrəsinə 300 manat pulu köçürmüşdür. Murad narkotikin Masallıda olacağını demiş və Amidlə birlikdə narkotiki götürmək üçün Masallıya getmişlər. Masallıda narkotikin olduğu yerin məkan göstəriciləri «konumu» ona göndərilməmişdir. 08 aprel 2024-cü il tarixdə saat 22-23 radələrində Masallı şəhərində olduqları vaxt narkotiki götürmədikləri halda polis işçiləri onları saxlamışlar. Polis işçiləri onları döymüşlər. Muradın cibinə narkotik vasitələri qoyaraq videoçəkiliş aparmışlar. Polis işçilərinin təzyiqi altında etirafedici ifadə vermişlər. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən həmin ifadə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş və həmin ifadəsində göstərmişdir ki, təxminən 4-5 ilə yaxın müddətdir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmalarından 2-3 gün əvvəl Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yaşayan qohumu Murad adlı şəxsin vasitəsilə Masallı rayonu Şıxlar kənd sakini Təqsirləndirilən şəxs1 tanımışdır. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs1 “whatsapp» vasitəsilə ona zəng edərək ehtiyacı olduğu üçün ondan 300 manat borc pul istəmişdir. O da Amidlə danışığını sonlandırıb sonra Murada zəng edərək bu barədə, yəni Amidin ondan borc pul istədiyini veribverməməyini soruşmuşdur. Murad ona heç bir narahatlığın olmamasını bildirdiyindən o, Amidə zəng edib ona kartının fotoşəklini göndərməsini xahiş etmişdir. Amid ona kartının fotoşəklini göndərdikdən sonra o, Binə qəsəbəsində yerləşən adını xatırlamadığı ərzaq mağazasında yerləşən ödəmə terminalı vasitəsilə Amidin göndərdiyi kart hesabına 300 manat pul göndərməyə çalışmış, lakin, həmin kart hesabı işləməmişdir. Bundan sonra Amidə kartının işləmədiyini bildirmiş və Amid də ona m10 hesab nömrəsi göndərmişdir. O da həmin hesaba 300 manat pul köçürmüşdür. Həmin gün saat 19 radələrində Binə qəsəbəsində Təqsirləndirilən şəxs1 ilə görüşdükləri zaman Amid ona Masallı rayonunda olan özünə məxsus dəzgahları götürmək istədiyini və onunla birlikdə həmin yerə getməyini, orada ona istifadə etmək üçün narkotik vasitə qurudulmuş marixuana verəcəyini bildirmişdir. O da həm bekar olduğu üçün, həm də narkotik vasitə qurudulmuş marixuana istifadə edəcəyi üçün Amidlə razılaşıb Masallı rayonu ərazisinə getmişdir. Masallı rayonu ərazisində əvvəllər olmadığı üçün ərazini yaxşı tanımamışdır. Amidlə birlikdə Masallı şəhərinə gəldikdən sonra taksiyə minmişlər. Amid sürücüyə gedəcəkləri yeri demiş, yaşadığı kəndə getmək üçün həmin yerdə onları “Qazel” markalı avtomobilin gözlədiyini bildirmişdir. Təxminən 3-4 kilometr məsafə getdikdən sonra avtomobildən düşmüşlər. O, Amiddən “Qazel” markalı avtomobilin harada olduğunu soruşduqda Amid ona bir neçə dəqiqəyə gələcəyini bildirib, orada gözləməsini demiş və ondan təxminən 20-30 metr məsafədə uzaqlaşıb getmişdir. Gözlədiyi zaman polis əməkdaşları əvvəlcə Amidə, daha sonra isə ona yaxınlaşıb üzərlərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O da üzərində hər hansı bir narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra onları Masallı Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində şübhəli şəxs qismində tutmuş, müdafiəçinin iştirakı ilə onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, qanunsuz əşya aşkar olunmamışdır. Üzərində “Samsung” markalı mobil telefonunu götürülmüşdür. Daha sonra təhqiqatçı ondan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitədən məlumatının olub-olmadığı soruşulmuşdur. O da Təqsirləndirilən şəxs1 «whatsApp» ani danışıq sistemi vasitəsilə İran İslam Respublikası vətəndaşı ilə tanış olduğunu, Masallı rayonu ərazisinə gəldikdən sonra həmin şəxsdən narkotik vasitə götürüb istifadə etmək üçün ona da verəcəyini bildirdiyini demişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Masallı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhərindən Masallı rayonu ərazisinə gələrək narkotik vasitələri əldə etməkdə və üzərlərində gəzdirməkdə şübhəli olmaları barədə ona daxil olan əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmaqla həmin şəxslərin saxlanılmaları üçün əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər. Hər iki şəxsin Masallı şəhəri Digah küçəsində yerləşən qəbirəstanlığın yaxınlığında olmaları barədə məlumat əldə edib həmin əraziyə getmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs2 asfalt yol üzərində dayanıb kənarı müşahidə etməsini, Təqsirləndirilən şəxs1 isə əvvəllər qazdoldurma məntəqəsi kimi fəaliyyət göstərən yerdən Təqsirləndirilən şəxs2 tərəfə iti addımlarla hərəkət etməsini müşahidə edərək onlara yaxınlaşmışlar. Onlara üzərlərində külli miqdarda narkotik vasitələri gəzdirməkdə şübhəli olmalarını bildirib polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslər üzərlərində narkotik vasitə saxlamaqda şübhəli şəxs kimi tutulmuşlar. Dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində video çəkiliş vasitəsi ilə şəxsi-axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sağ yan cibindən şəffaf sellofana bükülən üç ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlər açıldıqda içərisində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri və psixotrop maddəni Nüsrət adlı tanışının vasitəsi ilə adını bilmədiyi İran vətəndaşı ilə tanış olduğunu, Nüsrətin həmin şəxsə 300 manat pul göndərməsindən sonra Masallı rayonu ərazisinə gəlib həmin şəxsin gizlətdiyi narkotik vasitələri və psixotrop maddəni götürəcəkləri barədə razılaşıb Masallı rayonu ərazisinə gəldiklərini, Masallı rayonunda həmin narkotik vasitələri və psixotrop maddəni götürüb üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərində həmçinin “Samsung” markalı mobil telefon, plastik bank kartı aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsiaxtarış keçirilmiş, qanunla qadağan olunan hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 «whatsApp» ani danışıq sistemi vasitəsilə İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, narkotik vasitələri götürmək üçün Masallı rayonu ərazisinə gəlmişlər. Təqsirləndirilən şəxs1 ona istifadə üçün narkotik vasitə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitələr qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir təzyiq-təsir göstərməmişlər, onların üzərlərinə narkotik vasitə qoymamışlar. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşları Şahid2, Şahid5, Şahid4, Şahid3, Şahid6 da şahid Əlməddin Qasımovla eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid7 göstərdi ki, Təqsirləndirilən şəxs2 onun həmkənlisi və qohumudur. Özü yaşıllaşdırma idarəsində işləmişdir, Amidi Hacıyevi həmin idarədə tanımışdır. Təqsirləndirilən şəxs2 həmin idarəyə işə düzəltmişdir. Lakin 08 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə Mərdəkan qəsəbəsində ev təmiri ilə məşğul olmamışlar. Həmin gün Təqsirləndirilən şəxs1 ondan narkotik vasitə istəməmişdir və narkotik almaq üçün ona 30 manat pul verməmişdir. Həmin gün narkotikə görə 300 manat pul köçürmələri üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 telefon nömrəsi verməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Masallıya gedərək narkotik vasitələri götürmələri barədə heç bir söz deməmişdir. Onların 08 aprel 2024-cü il tarixdə narkotik götürmək üçün Masallı şəhərinə getmələri barədə məlumatı olmamışdır. Cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 anası Şahid9 İsməli qızı məhkəməyə müraciət edərək göstərmişdir ki, oğlunun işinə məhkəmədə baxılarkən narkotiklə tutulduğu gün oğlunun telefonuna narkotiklə bağlı İran İslam Respublikası operatoruna məxsus +**********25 telefon nömrəsindən mesaj göndərildiyini bilmişdir. İran İslam Respublikası operatoruna məxsus +**********25 telefon nömrəsina zəng etmiş, həmin telefonun istifadəçisi ona cavab verərək adının Fazil olduğunu bildirmişdir. O, Fazil adlı şəxsə onun telefonundan oğlunun telefonuna tutulduğu gün narkotik barədə mesaj göndərildiyini, oğlunun həmin mesaj əsasında tutulduğunu, bununla da oğlunun tutulmasına bais olduğunu, günah işlətdiyini bildirmişdir. Fazil adlı şəxs oğlunun narkotiklə tutulmasının Masallı Rayon Polis Şöbəsində işləmiş, özünü Muxtar kimi təqdim edən polis işçisi tərəfindən təşkil olunmasını və həmin polisin taşrığı ilə oğlunun mobil telefonuna narkotik barədə mesaj göndərməsini bildirmişdir. Fazil adlı şəxs həmçinin həmin polis işçisinin hazırda Bakı şəhərində «Ulduz» deyilən yerdə (metro stansiya) işlədiyini bildirmişdir. Fazil adlı şəxs onunla danışdıqdan sonra həmin polis işçisi ilə «whatsApp» vasitəsi ilə oğlunun narkotiklə tutdurması barədə danışmaqla səsini yazmış, həmçinin onunla bu barədə bir-birlərinə mesajlar yazmışlar. İranlı Polis işçisi ilə oğlu Təqsirləndirilən şəxs1 narkotiklə tutulmasının polis işçisi tərəfindənt təşkil olunmasını təsdiq edən danışıqları, mesajları və polis işçisinin fotoşəklini «whatsApp» vasitəsi ilə ona göndərmişdir. O, polis işçisinin fotoşəklini görərkən onun Masallı Rayon Polis Şöbəsində rəis müavini işləmiş Şahid8 olduğunu bilmişdir. Şahid9 iranlı Fazil adlı şəxs tərəfindən göndərilmiş materialları və məlumatları məhkəməyə təqdim etmişdir. Bununla bağlı Şahid9 İsməli qızı məhkəmə istintaqında şahid kimi dindirilərkən verdiyi ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs1 arvadı X3 Masallı Rayon Polis Şöbəsinin əməkdaşı X8 ilə münasibəti olmuşdur. Bu səbəbdən oğlu Amid Hacıy ilə arvadı Mənsumə Hacıyeva boşanmışlar. Bu barədə şikayət etmiş və şikayəti öz təsdiqini tapdığından Zaur Abdullayevi polis orqanlarından xaric etmişlər. Oğlu Təqsirləndirilən şəxs1 Mənsumə Hacıyeva ilə boşanmasından sonra Mənsumə Hacıyeva və onun atası, əvvəllər polis işləmiş Nazir Təqsirləndirilən şəxs1 tutdurmaqla hədələmişlər. Mənsumə Hacıyevanın polis işçiləri ilə əlaqəsi olmuşdur. Təqsirləndirilən şəxs1 08 aprel 2024-cü il tarixdə öz tikinti təmiri alətlərini götürmək üçün Bakı şəhərindən Masallya gedərkən ona qaz pulu barədə bildirişi vermişdir ki, yolda qazın pulunu ödəsin. Təqsirləndirilən şəxs1 həmin gün Bakı-Astara avtomobil yolunun kənarında yerləşən «Hacoğlu» restoranındakı terminal vasitəsi ilə qaz pulunu ödəmiş və çekini telefon vasitəsi ilə ona göndərmişdir. Sonra oğluna dəfələrlə zəng etsə də, ona zəng çatmamışdır. O, oğlundan xəbər tutmağa çalışmış, lakin heç bir məlumat öyrənə bilməmişdir. Bir az zaman keçdikdən sonra «102» xidmətinə zəng etmiş, oğlu Təqsirləndirilən şəxs1 yoxa çıxması barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs1 axtarmaq məqsədi ilə həmin gün «Hacıoğlu» restoranına getmiş və orada kamera görüntülərinə baxdıqda Təqsirləndirilən şəxs1 orada qaz pulunu ödəməsinin görüntülərini görmüşdür. Həmin gün Masallı Rayon Polis Şöbəsinə getmiş, soraqlamış, ona oğlunun polis şöbəsində olmadığını demişlər. Ancaq bundan bir müddət sonra ona vəkil zəng edərək oğlu Təqsirləndirilən şəxs1 narkotiklə tutulduğunu demişdir. Oğlunun barəsində cinayət işinə məhkəmədə baxılması zamanı Təqsirləndirilən şəxs1 telefonuna narkotiklə bağlı İran İslam Respublikası vətəndaşı tərəfindən mesaj göndərilməsini öyrənmişdir. Sonra Bakı İstintaq Təcridxanasına gedərək oğlu Təqsirləndirilən şəxs1lə görüşmüş, oğlu onun telefonuna narkotiklə bağlı +**********25 iran nömrəsindən mesajı kimin göndərməsini bilmədiyini demişdir. Bundan sonra +**********25 nömrəsinə zəng etmişdir. İranlı telefona cavab verərək onunla danışmış, adının Fazil olduğunu bildirmişdir. O, iranlı Fazilə özünü Təqsirləndirilən şəxs1 bacısı kimi təqdim etmiş, onun Təqsirləndirilən şəxs1 telefonuna narkotiklə bağlı yazdığı mesaja görə qardaşının həbs olunduğunu, anasının bu dərdə dözməyərək öldüyünü demişdir. İranlı isə ona Təqsirləndirilən şəxs1 tanımadığını demişdir. İranlının onu da ilişdirə biləcəyindən ehtiyyatlanaraq ona daha zəng etməmişdir. Bir nece ay sonra iranlı ona +**********25 nömrəsi ilə zəng etmiş, adının Fazil olduğunu, oğlunun onun narkotik barədə göndərdiyi mesaj əsasında həbs olunduğuna görə vicadan əzabı çəkdiyini, rahat yata bilmədiyini demişdir. İranlı Fazil ona demişdir ki, Masallı rayonunda işləyən, özünü Muxtar kimi təqdim edən polis onun oğlunun narkotiklə tutulmasını təşkil etmişdir. Həmin polis işçisi oğlu Təqsirləndirilən şəxs1 telefon nömrəsini ona vermiş, 1000 manat pul qarşılığında Təqsirləndirilən şəxs1 telefon nömrəsinə narkotiklə bağlı mesaj göndərtdirmişdir. Fazil adlı şəxs bildirmişdir ki, 09 aprel 2024-cü il tarixdə gecə saat 01 radələrində toydan gəlmiş və bu zaman tanışı olan həmin polis işçisi Təqsirləndirilən şəxs1 telefonunu və mesajın mətnini «WhatsApp» vasitəsi ilə ona göndərmiş və həmin mesajı Amidin telefonuna göndərməsini tapşırmışdır. O da polis işçisinin tapşırığı ilə Amidin telefonuna «ağay Peyman manam Rezady İranan san telefonun nya kamus eladyn manym 50 pyram nasamy 10 pyram paty 2 pyram heroyny hapynyatmysan maly qoturdunnyva manna telfonu acmysan» mesajını göndərmişdir. Həmin polis hal-hazırda Bakı şəhərində «Ulduz» metrosansiysı tərəfdə işləyir. O, Masallı Rayon Polis Şöbəsində Muxtar adlı polisin işləmədiyini öyrənmişdir. O, iranlı ilə telefon əlaqəsi saxlamaqla oğlunu tutdurmuş polislə bağlı səs, bir fotoşəkil, video və ya başqa sübut ola biləcək bir şey göndərməsini xahiş etmişdir. İranlı Fazil onunla əlaqəsi olan və Təqsirləndirilən şəxs1 narkotiklə tutulmasını təşkil etmiş polis işçisinin fotoşəklini «WhatsApp» proqramı vasitəsi ilə ona göndərmişdir. O, Masallı Rayon Polis Şöbəsində işləmiş Şahid8 fotoşəklini görən kimi tanımışdır. Belə ki, Şahid8 fotoşəkilini sosial şəbəkələrdə görmüşdür. Bundan sonra iranlı Fazil polis işçisi Şahid8la «WhatsApp» proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs1 narkotiklə tutdurması ilə bağlı danışmış, onun səsəini yazmış, mesajlaşmış, sübut olaraq polis işçisinin səs yazılarını və mesajları ona göndərmişdir. O səs yazılarına qulaq asarkən müəyyən etmişdir ki, Fazil adlı iranlı Şahid8 deyir ki, sən nə iş idi mənim başıma gətirdin, bir qazini tutdurdun, anası da məndən indi əl çəkmir və mənim iran mobil nömrəmi də cinayət işinə əlavə etmisən. İranlı Fazilin ona göndərdiyi Şahid8la «WhatsApp» proqramı vasitəsi ilə apardığı, oğlu Təqsirləndirilən şəxs1 narkotiklə tutdurması barədə olan danışıqları, mesajları, fotoşəkilləıri sübut kimi məhkəmyə təqdim edir. Şahid9 İsməli qızının məhkəməyə təqdim etdiyi məlumatların yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 09 aprel 2024-cü il tarixdə (faktiki olaraq 08 aprel 2024-cü il tarixdə) Masallı şəhəri ərazisində narkotik vasitələr və psixotrop maddə metamfetaminin əldə edilməsi ilə bağlı tutulmaları zaman Masallı Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini işləmiş Şahid8 məhkəmə iclasına çağrılmaqla şahid kimi dindirilmişdir. Şahid8 məhkəmə iətintaqında şahid kimi verdiyi ifadəsində göstərdi ki, 18 mart 2021ci il tarixdən 02 avqust 2024-cü il tarixədək olan müddətdə Masallı Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işləmişdir. Hal-hazırda isə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində bölmə rəisinin müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 09 aprel 2024-cü il tarixdə Masallı şəhərində narkotik vasitələri və psixotrop maddəni əldə edərkən tutulmaları zamanı Masallı Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işləmişdir. Lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmaları ilə bağlı keçirilmiş əməliyyat tədbirində iştirak etməmişdir. +**********25 telefon nömrəsinin istifadəçisi olan iranlı Fazil adlı şəxsi tanımamış, onunla heç bir telefon əlaqəsi olmamışdır. +**********57 nömrəli telefondan istifadə etməklə iranlı Fazil adlı şəxslə «WhatsApp» proqramı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə ilə tutulmaları barədə heç bir danışıqlar aparmamışdır. 09 aprel 2024-cü il tarixdə gecə saat 01 radələrində iranlı Fazil adlı şəxsə Təqsirləndirilən şəxs1 istifadəsində olan telefon nömrəsinə «ağay Peyman manam Rezady İranan san telefonun nya kamuseladyn manym 50 pyramnasamy 10 pyrampaty 2 pyram heroyny hapynyatmysan maly qoturdunnyva manna telfonu acmysan» məzmunlu mesaj göndərilməsi barədə heç bir tapşırıq verməmişdir. İran İslam Respublikası operatoruna məxsus +**********25 telefon nömrəsinin istifadəçisi Fazil adlı şəxslə +**********57 telefon nömrəsindən istifadə etməklə «whatsApp» proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs1 və başqa şəxslərin narkotiklə tutulmaları barədə aparılmış dialoq (danışıq səsləri) məhkəmə iclasında səslədirilmiş, Şahid8 həmin dialoqa qulaq asdıqdan sonra Fazil adlı şəxslə danışan polis işçisinin o olmadığını, danışıq səsinin ona məxsus olmadığını bildirmişdir. İranlı Fazil adlı şəxslə Təqsirləndirilən şəxs1 və başqa şəxslərin narkotiklə tutulmalarının təşkil olunması barədə polis işçisi kimi danışıq aparmış şəxsin Şahid8 olubolmamasının müəyyən edilməsi məqsədi ilə məhkəmə iclasında Şahid8 eksperimental səs nümunələri götürülməklə iş üzrə məhkəmə-foneskopik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fonoskopik ekspertizasının xx.xx.2025-ci il tarixli, 4/2018 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş Fazil adlı İran İslam Respublikasının +**********25 telefon nömrəsinin «WhatsApp» proqramı ilə +90 535 389 7257 telefon nömrəsinin istifadəçisi olan polislə danışıq səslərində «K-1» kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid8 məxsusdur. Beləliklə də Şahid8la («K1» iranlı Fazil adlı şəxsin («K2») aralarında narkotik vasitələrin Azərbaycan Respublikası ərazisində Şahid8 tərəfindən konkret yerlərə qoyulması, Fazil adlı şəxs tərəfindən isə ona Şahid8 tərəfindən müəyyən məbləğdə ödənilən pul müqabilində ayrı-ayrı şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, narkotik vasitəni götürmək üçün həmin yerə göndərilmələri və sonda həmin şəxslərin Şahid8 tərəfindən tutulmaları barədə aşağıdakı məzmunlu (ixtisarla) danışıqlar aparılmışdır: K2- Hə bir iki həftənin içində. Sənə deyirdim ha 100 dənə mal istiyirsən, qoymadın. K1-100 dənə mal istiyirdi alladacaqdı, götürüb yiyəcəkdi. K2-Bə deyirdi pul vururam da, elə cür deyirdi pul vuracam, əgər sənə də vursaydı saxta vuraseydi o K1-Nə qədər mal atdın ki, sən K2-Həə 20 dənə K2-Həə.Gənə Ulduzdasan elə? K1- Yoox, Gənclikdə (Şahid8 hazırda işlədiyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xidməti ərazisi) K2-Qardaşıa böyünnəri biraz pul vur dana, qoy xəşdiyim K1-İnan noldayam, nolda, təzə çıxmışam işə K2-Vallah adamlarımı yolladım, hamısını götdün getdin, məni qoydun yaman günə. Düzü də apardın, əyrini də apardın, xanımları da apardın, Məhəmməd verdi, Musa verdi, Vesi verdi K2-Bi dənə narkaman var e, gör eliyə bilsən bünüləri biyəz maapul vur, xəşdiyim zadım yoxdu K2-Hammısınnan qırmışam da, hammısınnan, Məhəmməd dedi ki, Muxtar deyir, fazil deyir. K1-Onu göndərirsən götürüm? K2-Həə axşamüstü yollaram götürərsən K1-Neçə dənə daş demisən üç dənə, iki dənə? K2-Yoox, yoox, çox götürür. hardasa əlli dənə zad istiyir, deyir beş dəniyə-on dəniyə adam gedər? Məə deyir bi əlli dənə at, qoy sənə deyir yaxşı pul verirəm K1-Onda denən iyirmi dənəynən başdıyax, iyirmi qoyum götürsün, qoy görüm var burada?.. Burada hazır iyirmi dənə var. K2-onu hara qoya biləceysən? K1-Bunu Dərnəgülə K2-Ayrı yerə qoya bilməzsən? K1-Hara deyirsən, Nərimanova, Gəncliyə, Ulduza, X12, Böyükşora, Koroğluya, hara? K2-Ə, belə yerə qoysan ki, aparıb qoyursan düz idarə olduğun yerə K1-Olduğum yer şeydi də o Gənclik tərəf, istədim qoyum zavoldun qabağında heç kim olmuyan yerə Bundan sonra Şahid8la iranlı Fazil adlı şəxsin aralarında Təqsirləndirilən şəxs1 (Təqsirləndirilən şəxs1 telefonuna göndərdiyi mesajda Fazil adlı şəxs onu «Peyman» adlandırmışdır) narkotiklə tutulmasının təşkili barədə aşağıdakı məzmunlu danışıq olmuşdur: Şahid8 (K1): Hamm. O Teyman məsələsi kutarmadı? Bu Teyman nə Teyman oldu bu şərəfsiz? (Peymanı Teyman kimi deyir) Fazil (K2) : Sən özün bildiyin işdi dənə. Sən o zamanı mənə mesajı yazdırdın o üçü. Şahid8: İndi nə deyillər ki, onnan bağlı? O həbsdədi axı o cındır. Fazil: Deyirlər qazidir. Şahid8: Ə bariqadı da cındır. Fazi: Həə Şahid8: Narkotik satdırandı da hə. Fazil: Deyirlər heç nədən heç nədən xəbəri yoximiş, siz oradan siz döyüb boynuna qoyubsuz. Şahid8: Ə yox, onun videosu var məndə mal satan yerdə, ataram baxarsan. Fazil: Həə mənnən əl çəkmirlər də, mənə qarğış eliyirlər, mənə deyirlər sənin nömrəni yapışdırıblar sənət parata. Şahid8: Sənin yo yapışdırmayıblar e, ona gələn zəng masajdan çıxıb yəqin. Fazil: Ə, nə mesajı sən yazdırdın da, o zaman mesajı da sən mənə gecə keflibazarına saat on iki yarım idi, biriydi yazdım. Şahid8: Bildim e, düzdü, prosdu şeyi deyirəm mən ay Fazil, gəlib başqa bir nömrədən şey eliyərdin də onu, elə bil əlavə bir nömrə həmişə olsun yanında. Öz işdətdiyin nömrəynən mən demədim ki, başqa bir nömrəynən gərək yazardın, o qədər əlavə nömrə var e, onlarnan yazardın. Fazil: Sən özün bilmirsən İrandakı nömrələrin hamısı insanın adı üçündü. Onunbunun nömrəsini işdətməy olar? Şahid8: Niyə bi dənə qoca arvadı tapırsan, onun vəsiqəsiynən nömrə alırsan. Fazil: Həə bəxtəfər başına, sən çox bilirsən o qoca arvatdardan ətmən çox it çəkibsən ha sən. Şahid8: (gülür) Fazil: Nə iranda Şahid8: Var-yoxuna lənət Teymannan bir manat xeyir götürənin Allah evini yıxsın. Fazil: Bəs sən adam tapbırdın, sən bir dənə qazini neynirdin o zaman, bi ayrı adamı tutardın da? Şahid8: Ayə o qazinin videosunu ataram, gör nə ən əsgi, ən yaramaz, ən şərəfsiz, cavan-cavan uşağları bədbaxt eliyib o oğraş. Fazil: Hm. At dana, onu at videosunu bi baxım. Şahid8: Hə ataram Ədaa olara atmıyasan sən canı. Fazil: Kimə? Şahid8: Olara. Fazil: Səfehliyirsən e, yavaş deyəsən. Göründüyü kimi, Şahid8 özünü Fazil adlı şəxsə “Muxtar” kimi təqdim edir. Onlar ayrıayrı yerlərə Şahid8 tərəfindən narkotikin qoyulması, Fazil adlı şəxsin isə adamları narkotiki götürmək üçün göndərməsi barədə danışıb razılaşmaqla yanaşı Təqsirləndirilən şəxs1 də narkotiklə tutulmasının təşkili barədə danışırlar. Hətta Şahid8 Təqsirləndirilən şəxs1 narkotik vasitələri və psixotrop maddəni götürməsini, tutulmasını təşkil etməsini və gecə saatlarında Fazil adlı şəxsə Təqsirləndirilən şəxs1 telefonuna narkotik və psixotrop maddə ilə bağlı mesaj yazdırmasını etiraf etməklə yanaşı, həm də Fazil adlı şəxsə deyir ki, mesajı niyə öz telefon nömrəndən göndərmisən, başqa telefon nömrəsindən istifadə edərdin. Fazil adlı şəxs isə İranda hər kəsin öz adına olan telefonu işlətdiyini, ona görə də Təqsirləndirilən şəxs1 telefonuna başqa nömrədən mesaj göndərməyin mümkün olmadığını bildirir. Məhkəmə baxışı zamanı iranlı Fazil adlı şəxs tərəfindən göndərilməklə Təqsirləndirilən şəxs1 anası Şahid9 tərəfindən məhkəmyə təqdim edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmalarından sonra İran İslam Respublikasının vətəndaşı +**********25 telefon nömrəsinin istifadəçisi Fazil adlı şəxsin öz telefonunda “Yıldız” kimi yazdığı Şahid8 istifadəsində olan +**********57 telefon nömrəsi ilə “WhatsApp” proqramı vasitəsi Təqsirləndirilən şəxs1 narkotiklə tutulması ilə bağlı Fazil adlı şəxs tərəfindən Elvin Əzimva aşağıdakı məzmunda yazılı mesajlar göndərmişdir: “mani salıbsan zibilə”, “san duz ensan dayılsan”, “mana gunda qarxish eliyilar”, “san o zaman mana mesac yazdırdın peyman adinan o adama mani saibsan pis vəziyyətə”, “allah sanin bala versin”, “san utanmadın manim numrami yarishdiribsan sanat ustuna”, “cox sharafsiz ensan sansan”, “utan ol ayib olsun”, “allah kefi saz elamasin”. Bundan başqa Şahid8 Fazil adlı şəxsə **********, ********** və **********84 telefon nömrələrini göndərməklə onları “şirəyə çəkməsini tapşırır. “Salam, bir iş gör, 10 kilo gol adam var 1000 manat verəcəm” mesajını, əməliyyat tədbiri zamanı tutduqları narkotik vasitələrin fotoşəkillərini, barının dibində narkotik vasitələrin qoyulduğu yerin fotoşəkilini, Masallı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi X13 Əliyev mərkəzində təltif zamanı polis formasında çəkdirdiyi fotoşəkili, Masallı Rayon Polis Şöbəsinin təşkilatçılı ilə rayonun Təklə, Yeyənkənd və Kəlbəhüseynli tam orta məktəblərində “Narkomaniyaya və erkən nikaha yox deyək” və “Kiberçinayətkarlıq və ona qarşı mübarizə üsulları”mövzunuda keçirilən tədbirə dair yazıları və tədbir iştirakçıları olan polis işçilərinin fotoşəkillərini, X5 fotoşəkilini və şəxsiyyət vəsiqəsinin surətini (bizdə məhkum olunub) göndərmişdir. Bundan başqa səsli danışıqlardan görünür ki, Şahid8 polis şöbəsində əməliyyat işlərinin vəziyyəti barədə iclas keçirərkən iranlı Fazil adlı şəxsdən ona zəng gəlir, Şahid8 ona qulaq asır və deyir ki, yaxşı Fazil sonra danışarıq. Bundan başqa məhkəmə baxışı zamanı Şahid8 xx.xx.2025-ci il tarixdə məhkəməyə çağrılmasından sonra +**********57 telefon nömrəsinin WhatsApp proqramı vasitəsi ilə iranlı Fazilin istifadəsində olan +**********25 telefon nömrəsinə “Səsimi kimə atmısan”, “Hansı danışığımı atmısan”, “Heç utanmadın?”, “İnsan necə şərfəsiz olareee”, “Mənim .... heç kim yeyə bilməz”, “Amma sənə heç yaraşdırmadım”, “Mənim səsimi götürüb kiməsə atırsan” və digər məzmunlu mesajlar göndərmişdir. Göstərilənlər Şahid8 əvvəlcədən Fazil adlı iranlı ilə birbaşa əlaqəsinin, “iş birliyinin” olduğunu, Təqsirləndirilən şəxs1 barəsində məhkəmə istintaqı zamanı toplanmış sübutlarla birbaşa maraqlandığını, məhkəmənin obyektiv həqiqəti müəyyən etmək üçün toplanan sübutlara müdaxilə etməyə, iranlanın məhkəməyə sübutları təqdim etməsinin qarşısını almağa səy göstərməsini təsdiq edir. İranlı Fazil ilə Şahid8 səs yazıları bir ədəd elektron yaddaş kartında olmaqla cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərinin ifşa olunması məqsədi ilə əməliyyat qrupunun yaradılması barədə Masallı Rayon Polis Şöbəsinin rəisi tərəfindən xx.xx.2024-cü il tarixli, 97/7201124 №-li əmr vermişdir. Əmrin giriş hissəsində «Masallı RPŞ-nin CAB-nin ə/m polis kapitanı Şahid1 xx.xx.2024-cü il tarixdə tərtib etdiyi «Təxirə salınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarı»nın icrası ilə bağlı əməliyyat təhqiqat qrupunun yaradılması barədə» göstərilmişdir. Göründüyü kimi, polis şöbəsi rəisinin qyd olunan əmrinin məzmunu ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar ilkin olaraq 08 aprel 2024-cü il tarixdə qəbul olunmuş, cinayət işinə əməliyyat müvəkkili X2 «Təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə» 09 aprel 2024-cü il tarixli qərar əlavə olunmuşdur. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulması barədə qərar 09 aprel 2024-cü il tarixdə qəbul edilmiş, onun şübhəli şəxs kimi tutulması haqqında 09 aprel 2024-cü il tarixli protokolda həmin gün saat 00:20-də tutulması, şəxsi axtarış aparılması bparədə protokolda isə üzərində şəxsi axtarışın 09 aprel 2024-cü il tarixdə saat 00:30-da başlayıb, 00:46-da başa çatması göstərilmişdir. Lakin Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi zamanı iştirak edən polis işçisi Şahid5 sənədə qol çəkərkən onun qol biləyində olan saatın rəqəmləri videoçəkilişdə qeydə alınmışdır. İş üzrə təyin edilmiş audio və video yazıların məhkəmə ekspertizasının 08 yanvar 2026-cı il tarixli rəyində göstərilmişdir ki, həmin vaxt Şahid5 qol biləyində olan metallik rəngli qol saatının zamanı göstərişi 5:50-5:55 aralığını göstərir. Şəxsi axtarış protokolundan və şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərdən məlum olur ki, təhqiqatçı Təqsirləndirilən şəxs1 üzərində nanrkotik vasitə və ya başqa qanunsuz əşya vardırsa, təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs1 əynindəki gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edir. Bükümdə 50 qram marixuana, 10 qram patı, 2 qram «kola» (heroin) olduğunu, həmin maddələri iran vətəndaşından aldığını, iran vətəndaşını iş yoldaşı Nüsrətin vasitəsi ilə tanıdığını, iran vətəndaşının adını telefonunda «Türkiyə» kimi yazdığını, narkotikləri almaq üçün Nüsrətin 300 manat pul ödədiyini bildirir. Bundan başqa üzərindən 370 manat pul və «Samsunq» markalı telefon aşkar olunur. Telefon təhqiqatçı tərəfindən götürülür. Təqsirləndirilən şəxs1 saxlanılması zamanı üzərində olan telefona baxış keçirilməsi barədə 16 aprel 2024-cü il tarixli protokoldan və telefonun ekranında olan məlumatlardan görünür ki, istifadəsində olan ********** mobil telefon nömrəsinin kontaktlar bölməsində İran İslam Respublikası operatoruna aid olan +**********27 telefon nömrəsi «Turkiye» adı ilə qeydiyyata alınmışdır. «WhatsApp» proqrammı vasitəsi ilə «Turkiye» kimi qeyd olunmuş İran İslam Respublikası operatoruna məxsus həmin nömrədən Təqsirləndirilən şəxs1 nömrəsinə 8 aprel 2024-cü il tarixdə saat 20:50-də, 21:06-da, 21:07-də cavabsız zənglər daxil olmuş, saat 21:33-də Təqsirləndirilən şəxs1 nömrəsindən «Turkiye» nömrəsinə zəng olunmuş, «Türyiye» nömrəsindən saat 21:48-də, 22:04-də, 22:35-də Təqsirləndirilən şəxs1 nömrəsinə zənglər olunub. 8 aprel 2024-cü il tarixdə saat 21:46-da Təqsirləndirilən şəxs2 məxsus «Maskva Rastov» kimi qeydiyyatda olan nömrədən Təqsirləndirilən şəxs1 nömrəsinə «Google» xəritədən «Biləsuvap-Masallı Yolu» işarələnmiş məkan göndərilmişdir, bu məkan başqa telefondan yönləndirilmişdir. Saat 23:18-də «Turkiye» abunəçisindən başqa telefondan yönləndirilmiş yerin ox işarəsi ilə işarələnmiş üç ədəd fotoşəkilləri göndərilmişdir, bu fotoşəkillərdən üçüncüsü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vastələri götürəcəkləri (ifadələrinin yerində yoxlanılması zamanı göstərdikləri) yerin fotoşəkilidir. Saat 23:48-də «Turkiye» adı ilə qeyd olunmuş nömrədən Təqsirləndirilən şəxs1 telefonuna əsasən Azərbaycan hərifləri ilə «Ağayi Peyman, manam Rezadi irandan. sen telefonu niye hamus elədin. Menim 50 qeram neşemi, 10 qeram patini 2 qeram heronimin haqqını atmasan seninle daha iş qurmayacağam. Sen mene cevap versen gelen sefer seni anbardar edecem» məzmunlu başqa telefondan yönləndirilmiş mesaj daxil olmuşdur. Təqsirləndirilən şəxs1 telefonuna kontaktlar bölməsində qeyd olunmayan İran İslam Respublikası operatoruna məxsus +**********25 telefon nömrəsindən 9 aprel 2024-cü il tarixdə saat 00:51:34-də «ağay peyman manam Rezady İranan san telefonun nya kamus eladyn manym 50 pyramnasamy 10 pyrampaty 2 pyram heroyny hapynyatmysan maly qoturdunnyva manna telfonu acmysan» məzmunlu sms daxil olmuşdur. İş üzrə tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** mobil telefon nömrəsinə İran İslam Respublikası operatorlarına aid +**********25 mobil nömrədən xx/xx/2024-cü il tarixdə saat 00:51:34-də daxil olmuş həmin məzmunlu smsə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara ittiham olunan cinayət əməllərini təsdiq edən möhtəbər sübut kimi istinad edilmişdir. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulması barədə qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, şübhəli şəxs kimi tutulması barədə xx.xx.2024-cü il tarixli protokolda onun həmin gün saat 00:50-də tutulması, üzərində şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2024-cü il tarixli protokolda şəxsi axtarışın saat 00:55-də başlayıb 01:05-də başa çatması göstərilmişdir. Protokolda həmçinin Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixli qərara əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək polis şöbəsinə gətirilmsi göstərilmişdir. Şəxsi axtarış aparılması zamanı çəkilmiş videogörüntülərdən məlum olur ki, təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs2 üzərində narkotik olmadığını bildirir və bir ədəd «Samsunq» markalı telefonu cibindən çıxarıb təqdim edir, yeddi-səkkiz aydır ki, nəşə çəkdiyini, Bakı şəhərində qohumu ilə bir yerdə işləyən Təqsirləndirilən şəxs1 iki-üç gün əvvəldən tanıdığını, Masallı şəhərinə çəkmək üçün narkotik əldə etməyə gəldiklərini, narkotik barədə Təqsirləndirilən şəxs1 danışdığını, onun isə 300 manat pul köçürdüyünü, həmin pulu Təqsirləndirilən şəxs1 borc kimi verdiyini, onun yolun kənarında durub telefonla danışdığını, Təqsirləndirilən şəxs1 isə telefonla nəsə qurtdalandığını, bu zaman polis işçilərinin gəlib onları tutduqlarını, polis işçiləri onları tutmasa, narkotiki istifadə edəcəklərini bildirir. Cinayət işinin 1-ci cild 37-ci vərəqində Masallı rayon prokuroruna rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli məktubda Masallı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında X6 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə tutulması göstərilmişdir. Cinayət işi 1-ci cild 40-cı vərəqdə Masallı Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən tərtib edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs2 bildirişin verilməsi barədə xx.xx.2024-cü il tarixli protokolda Masallı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasın şübhəli şəxs qismində tutulub saxlanılması göstərilmişdir. 14 aprel 2024-cü il tarixli protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri yerində yoxlanılarkən onlar 09 aprel 2024-cü il tarixdə Masallı şəhərində Digah küçəsində yerləşən əvvəllər qazdoldurma məntəqəsi kimi istifadə edilmiş yeri təqdim edərək narkotik vasitələri və psixotrop maddələri həmin yerdən götürmələrini göstərmişlər. Materialların məhkəmə ekspertizasının 09 aprel 2024-cü il tarixli, 3-16-16/326 nömrəıli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 3,512 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 14,707 qram olan, ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 86,186 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 349 və 350 nömrəli rəylərində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur, narpkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Məhkəmə-tibb ekspertinin 15 aprel 2024-cü il tarixli, 295 və 296 nömrəli rəylərində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bədənləri üzərində xəsarət və ya izləri aşkar edilməmişdir. Lakin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təcridxanaya xx.xx.2024cü il tarixdə, yəni tutulmalarından yeddi gün sonra daxil olmuş və müayinə olunarkən Təqsirləndirilən şəxs2 sol səid nahiyəsinin ön səthində köhnə çapıqlar, Təqsirləndirilən şəxs1 hər iki saidinin yuxarı üçdə birində sıyrıq izləri aşkar olunmuşdur. Beləliklə, Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericliyinin tələblərinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmalarından sonra 24 saat müddətində istintaq təcridxanasına təhvil verilməli olduqları halda səkkizinci gün təhvil verilmişlər. Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** mobil telefon nömrəsinin kontaktlar bölməsinə İran İslam Respublikası operatoruna aid olan +**********27 telefon nömrəsinin nə zaman («Turkiye» adı ilə) daxil edilməsinin, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən üzərlərində olan mobil telefon cihazlarının yaddaşında iş üçün əhəmiyyətli ola biləcək WhatsApp proqramı ilə göndərilmiş və ya daxil olmuş mesajların, foto və videoların olub olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə kompüter-texniki ekspertizası keçirilməklə rəy alınmışdır. Həmin ekspertizanın 29 dekabr 2025-ci il tarnixli rəyində göstərilmişdir ki, həmin nömrənin kontaktlar bölməsində +**********27 telefon nömrəsinin nə vaxt qeydə alınması müəyyən edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən götürülmüş hər iki telefon cihazlarının yaddaşında iş üçün əhəmiyyətli hallar müəyyən edilməmişdir. 16 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində aşkar olunmuş mobil telefona baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Azercell MMC-dən daxil olmuş telefon danışıqları barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** telefon nömrəsinin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 21:27-də Salyan rayonu Xıdırlı kəndində, 22:39-da Masallı şəhəri, Sabir küçəsi, Digah qəsəbəsində, saat 22:42-də Masallıda olmuş, bundan sonra danışıq aparılmamışdır. xx.xx.2024-cü il tarixdə saat 01:05-də Masallı Dadva kəndində olmuşdur. Həmin telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 00:51:34-də İran İslam Respublikasına məxsus +**********25 telefon nömrəsindən «ağay Peyman manam Rezady iranan san telefonun nya kamuseladyn manym 50 pyramnasamy 10 pyrampaty 2 pyram heroyny hapynyatmysan maly qoturdunnyva manna telfonu acmysan» məzmunlu sms daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 00:55:21-də “maly qoturdunnywa mana telefonuacmysan» məzmunlu sms gəlmişdir. Hər iki smslərin göndərilməsi zamanı artıq Təqsirləndirilən şəxs1 tutulmuş və telefonu polis işçilərinin əlində olmuşdur. Şahid8 iranlı Fazil adlı şəxsin istifadəsində olan +**********25 telefon nömrəsi ilə WhatsApp proqramından istifadə etməklə danışıqlar apardığı Türkiyə operatoruna məxsus +**********57 telefon nömrəsinin anten dairəsinin, hansı emei kodlu telefon cihazında istifadə olunmasının, abunəçisinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən 02 dekabr 2025-ci il tarixli qərar qəbul edilməklə icra olunması üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, +**********57 nömrəsi ilə "xxxx" MMC-yə məxsus ***-***-**-**, 9941051-979-901, ***-***-**-**, ***-***-**-** (Şahid8 öz istifadəsində) və ***-***-**-** telefon nömrələri ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək danışıqlar aparılmışdır. Həmin danışıqlar zamanı +**********57 telefon nömrəsi “Siqma” Telecomdan (Türkiyə) istifadə etmişdir. "xxxx" MMC-nin məktubunda həmçinin göstərilmişdir ki, məlumat bazasında "xxxx" MMC (Baksell, Azerfon, Ultel və Azertelekom) şəbəkələrinə daxil olan və çıxan beynəlxalq zənglər, mobil telefon nömrələrindən göndərilən və onlara daxil olan sms-lər, səsli mesajlar, fotoşəkillər, baza stansiyaları, xarici ölkələrin telefon abunəçiləri və İMEİ nömrələri barədə məlumatlar mövcud deyildir. Təqsirləndirilən şəxs1 saxlanılması zamanı üzərində aşkar olunmuş “Samsunq” markalı mobil telefona quraşdırılmış ********** mobil telefon nömrəsinin kontaktlar bölməsində İran İslam Respublikası operatoruna aid olan «Turkiye» adı ilə qeydiyyata alınması +**********27 telefon nömrəsindən başqa nömrədən yönləndirilmiş narkotik vasitələrin və psixotrop məddənin qoyulduğu yerin fotoşəkilinin və məkan göstəricisinin göndərilməsi ilə yanaşı saat 23:48-də, artıq onların polis işçiləri tərəfindən tutulmalarından sonra, əsasən Azərbaycan hərifləri ilə «Ağayi Peyman, manam Rezadi irandan. sen telefonu niye hamus elədin. Menim 50 qeram neşemi, 10 qeram patini 2 qeram heronimin haqqını atmasan seninle daha iş qurmayacağam. Sen mene cevap versen gelen sefer seni anbardar edecem» məzmunlu, xx.xx.2024-cü il tarixdə saat 00:51:34-də Fazil adlı şəxsə məxsus +**********25 telefon nömrəsindən «ağay Peyman manam Rezady İranan san telefonu nya kamuseladyn manym 50 pyramnasamy 10 pyrampaty 2 pyram heroyny hapynyatmysan maly qoturdunnyva manna telfonu acmysan» mesajlarının daxil olması onu təsdiq edir ki, hər iki telefon nömrələrindən eyni məzmunlu başqa nömrədən yönləndirilmiş mesajların göndərilməsi Şahid8 tərəfindən təşkil edilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** telefon nömrəsinin anteni xx.xx.2024-cü il tarixdə 16:58-də Abşeron rayonu Binə qəsəbəsində olmuşdur. Bundan başqa həmin telefon nörəsi ilə 08.09 aprel 2024-cü il tarixdə danışıq qeydə alınmamışdır. Təqsirləndirilən şəxs1 telefon nömrəsinin anten dairəsinin 08 aprel 2024-cü il tarixdə 22:39-da Masallı şəhəri, Sabir küçəsi, Digah qəsəbəsində, 22:42-də Masallıda olması, bundan sonra danışıqların olmaması, əməliyyat qrupunun yaradılması barədə Masallı Rayon Polis Şöbəsinin rəisinin 9 aprel 2024-cü il tarixli əmrində Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixdə tərtib etdiyi «Təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı»nın icrası ilə bağlı əməliyyattəhqiqat qrupunun yaradılması, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2024-cü il tarixli protokolda onun xx.xx.2024-cü il tarixli qərara əsasən saxlanılmasının, Masallı rayon prokuroruna təhqiqatçı tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli məktubda Təqsirləndirilən şəxs2 08 aprel 2024-cü il tarixli qərar əsasında tutulmasının göstərilməsi, Təqsirləndirilən şəxs2 bildirişin verilməsi barədə xx.xx.2024-cü il tarixli protokolda onun 08 aprel 2024-cü il tarixli qərara əsasən şübhəli şəxs qismində tutulmasının göstərilməsi, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi dindirilməsi barədə protokolda onun 8 aprel 2024-cü il tarixdə tutulmasının göstərilməsi onu təsdiq edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdikləri kimi faktiki olaraq 8 aprel 2023-cü il tarixdə saat 23 radələrində tutulmuşlar. Təhqiqatçı və müstəntiq tərəfindən onların 8 aprel 2024-cü il tarixdə tutulmalarının ört-basdır edilməsinə səy göstərilsə də, bu mümükün olmamış, sənədlərdə 8 aprel 2024-cü il tarixdə tutulmalarını təsdiq edən məlumatlar qalmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Masallı Rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi barədə 24 dekabr 2021-ci il tarixli qərarından məlum olur ki, Masallı rayonu Şıxlar kəndində yaşayan Şahid9 İsməli qızı xx.xx.2021-ci il tarixdə Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək polis işçisi X4 oğlu Təqsirləndirilən şəxs1 arvadı X7 ilə telefonla danışması, onunla yaxın münasibətinin olması barədə şikayət etmişdir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 müharibə veteranıdır, ona bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq komissiyası tərəfindən 10 iyun 2024-cü il tarixdə müddətsiz olaraq vəsiqə verilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli, 1040s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı medalı ilə və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli, 2368 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Masallı Rayon Polis Şöbəsi rəisinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Şahid8 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Masallı Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işləmişdir. X8 xx.xx.2019-cu il tarixdən Masallı Rayon Polis Şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləmiş, xx.xx.2024-cü il tarixdə daxili işlər orqanlarından xaric olunmuşdur. Beləliklə də, İran İslam Respublikası operatoruna məxsus +**********25 telefon nömrəsinin istifadəçisi Fazil adlı şəxsin göndərdiyi məlumatlar, polis əməkdaşı Şahid8 +**********57 telefon nömrəsindən istifadə etməklə “WhatsApp” proqramı vasitəsi ilə Fazil adlı şəxslə «Peyman» kimi adlandırdığı Təqsirləndirilən şəxs1 narkotiklə tutulması barədə apardığı dialoq (səli danışıqları), yazılı mesajlar, məhkəmə-foneskopik ekspertizasının rəyi ilə sübuta yetirilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 08 aprel 2023-cü il tarixdə +**********25 və +**********27 telefon nömrələri vasitəsi ilə əlaqə saxlanılmaqla Masallı şəhəri ərazisində polis əməkdaşlarının özləri tərəfindən qoyulmuş 3,512 qram narkotik vasitə heroin, 14,707 qram psixotrop maddə metamfetamin və 86,186 qram narkotik vasitə qurudulmuş marixuananı götürməyə təhrik edilmələri və tutulmaları Masallı Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işləməklə rayon ərazisində cinayətlərin açılmasına və cinayət törətmiş şəxslərin ifşa olunmasına birbaşa məsul şəxs kimi Şahid8 tərəfindən təşkil edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinə hüquqi qiymət verilməsi, onların cinayət məsəuliyyəti məsələsinin həll edilməsi üçün polis işçisi Şahid8 tərəfindən +**********25 telefon nömrəsinin istifadəçisi iranlı Fazil adlı şəxsin və +**********27 telefon nömrəsinin istifadəçisinin vasitəsi ilə təhrik edilməklə nəticə etibarı ilə Masallı şəhəri ərazisində polis əməkdaşı tərəfindən qoyulmuş narkotik vasitələrin və psixotrop maddənin götürülməsi ilə bağlı toplanmış sübutların möhtəbərliliyini qiymətləndirərkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbləri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu kimi ayrı-ayrı cinayət işləri üzrə hüquqi mövqeyini də nəzərə alıp. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Lüdi İsveçrəyə qarşı 15 iyun 1992-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə ciddi cinayətlərlə mübarizədə dövlət orqanlarının qarşılaşdığı çətinliklərə göz yummur və bu kontekstdə bəzən daha məharətli istintaq metodlarına ehtiyac duyulur. Prinsipcə, cinayət prosesinin istintaq mərhələsində və cinayətin xarakteri bunu tələb etdikdə Məhkəmənin presedent hüququ məxfi polis əməliyyatı nəticəsində əldə edilmiş sübutlara əsaslanmağa mane olmur. Lakin məxfi agentlərdən istifadə məhdudlaşdırılmalıdır; polis məxfi hərəkətlər edə bilər, amma təhrikedici hərəkətlər edə bilməz. Eynilə, Vanyan Rusiyaya qarşı məhkəmə işində də (ərizə Nº 53203/99, 15 dekabr 2005, b. 45-50) Məhkəmə narkotik maddə alışının simulyasiyasını təhrikedici hərəkət hesab edərək 6-cı maddənin 1-ci bəndinin pozulduğunu müəyyən etdi, baxmayaraq ki, həmin alış məxfi agent qismində hərəkət edən adi şəxs tərəfindən həyata keçirilsə də, nəticə etibarı ilə polis tərəfindən təşkil edilmişdi və polisin nəzarəti altında idi. Hazırki iş üzrə polis təhriki ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, polis təhrikinin mahiyyəti ondan ibarətdir ki, polis müdaxiləsi, polis şirnikləndirməsi, polis tələsi olmasa idi, şəxs həmin cinayət əməlini törətməyəcəkdi və ya tutulduğu yerə gəlməyəcəkdi. Bundan əlavə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təkzibedilməz qaydada sübuta yetirilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Masallı şəhərində xx.xx.2023-cü il tarixdə saat 23 radələrində tutulmuşlar. Lakin Təqsirləndirilən şəxs1 tutulması xx.xx.2024-cü il tarixdə saat 00:20-də, Təqsirləndirilən şəxs2 tutulması isə xx.xx.2024-cü il tarixdə saat 00:50-də sənədləşdirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərində 09 aprel 2024-cü il tarixdə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmasında iştiak edən polis işçisi Şahid5 qol bildəyində olan metallik saatın zaman göstəricisinin saat 05:50-05:55-i göstərməsi ilə tam sübuta yetirilir ki, şəxsi axtarış aparılması barədə xx.xx.2024-cü il tarixli protokollarda Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın həmin gün saat 00:30-da, Təqsirləndirilən şəxs2 üzərində isə saat 00:55-də aparılması göstərilsə də, onların üzərlərində şəxsi axtarış faktiki olaraq saat 05:55 radələrində, yəni tutulmlarında altı saat sonra aparılmışdır. Yəni təqsirləndirilən şəxslər faktiki olaraq altı saat müddətində polis işçilərinin nəzarəti altında olduqdan sonra üzərlərində şəxsi axtarış aparılmışdır. Bu isə Təqsirləndirilən şəxs1 üzərinə narkotik vasitələrin və psixotrop maddənin polis işçiləri tərəfindən qoyulması barədə ifadəsinin inandırıcı hesab olunması üçün əsasdır. Belə ki, “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmamışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən 30 (otuz) dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmış, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Həmçinin məhkəmə iş üzrə ərizəçinin 2005-ci il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 fevral 2016- cı il tarixli qərarının məzmununa əsasən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət (həmin qərarda 20 dəqiqə) keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Göstərilən bu hallar təqsirləndirilən şəxslərin saxlanılması, şübhəli şəxs qismində tutulmaları, üzərlərində şəxsi axtarış və götürmə hərəkətinin həyata keçirilməsi ilə bağlı sənədləşmənin düzgün aparılmamasına, göstərilən vaxtların təhrif edilməsinə dəlalət edən hallardır ki, bu hallar iş üzrə araşdırmanın CPM-nin tələbləri pozulmaqla aparılmasının, sənədlərin formal şəkildə reallığı əks etdirmədən tərtib edilməsinin göstəricisidir. O cümlədən, Təqsirləndirilən şəxs1 istifadəsində olan telefon nömrəsinə İran İslam Respublikasına aid +**********27 telefon nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 23:48də «Ağayi Peyman, manam Rezadi irandan. sen telefonu niye hamus elədin. Menim 50 qeram neşemi, 10 qeram patini 2 qeram heronimin haqqını atmasan seninle daha iş qurmayacağam. Sen mene cevap versen gelen sefer seni anbardar edecem» məzmunlu, xx.xx.2024-cü il tarixdə saat 00:51:34-də iranlı Fazil adlı şəxsə məxsus +**********25 telefon nömrəsindən «ağay Peyman manam Rezady İranan san telefonu nya kamuseladyn manym 50 pyramnasamy 10 pyrampaty 2 pyram heroyny hapynyatmysan maly qoturdunnyva manna telfonu acmysan» məzmunlu, 00:55:21-də “maly qoturdunnywa mana telefonuacmysan» mesajların daxil olması zamanı onlar artıq polis işçiləri tərəfindən tutulmuşlar və telefon polis işçilərinin sərəncamında olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə tutulmalarından sonra yeddi gün polis şöbəsində saxlanılmalarını, səkkizinci gün, yəni xx.xx.2024-cü il tarixdə istintaq təcridxanasına təhvil verilmələrini, həmin vaxt müayinə zamanı bədənləri üzərində xəsarət izlərinin aşkar olunmasına əsasən onların polis işçiləri tərəfindən döyülmələri, işgəncəyə və pis rəftara məruz qalmaları şəraitində etirafedici ifadə verməyə məcbur olunmaları barədə ifadələrini əsaslı hesab edir. Məhkəmə tərkibi göstəərilənlərə əsasən bildirir ki, hazırkı cinayət işi üzrə qeyd olunan əməliyyat məlumatının əks olunduğu sənəd, təqsirləndirilən şəxslərin üzərlərində şəxsi axtarış aparılması, narkotik vasitələrin və psixotrop maddələrin götürülməsi barədə protokollar, həmçinin onların etiraedici iyadələri cinayət prosesində sübut kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliliklərinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların polis işçilərinin özləri tərəfindən təşkil edilmiş qeri-real, qurama əməliyyat-axtarış tədbirləri ilə bağlı onların narkotik vasitələri və psixotrop maddəni götürməyə təhrik edilmələri nəticəsində fiziki təsir və hədəqorxu ilə, eləcə də cinayət prosesual qanunvericiliyin tələbləri pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların CPM-nin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, məhkəmədə toplanmış obyektiv sübutlarla iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin reallağı əks etdirməməsini nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinmələri cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb ola bilər. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən CPM-nin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Məhkəmə tərkibi CPM-nin 28.4-cü maddəsində nəzərdə tutulmuş vəzifələrin həyata keçirlməsi məqsədi ilə müdafiə tərəfinin verdiyi vəsatətləri təmin edərək cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmişdir. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində «accusatio desiderat crimen» («ittiham cinayətin mövcudluğunu ehtimal edir») prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə «in dubio pro reo» («şübhə olduğu halda təqsirləndirilənin xeyrinə») prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» qərarlarında «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbara, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və CPM-də nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1.4cü maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. CPM-nin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, CPM-nin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxslərin xeyrlərinə təfsir edilməli və onlara Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunan ittiham üzrə cinayətin törədilməsində təqsirlilikləri sübuta yetirilmədiyi görə CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməlidir. Lakin məhkəmə baxışı gedişində Dövlət ittihamçısı2 iş üzrə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara ittiham verilmiş cinayətlərin törədilməsində təqsirlilikləri sübuta yetirilmədiyinə görə cinayət təqibindən imtina etmişdir. Odur ki, dövlət ittihamçısı ittihamdan imtina etdiyindən məhkəmə Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.1-ci maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxslərə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 162.1.1, 175.2 və 280.2.8-ci maddələrinin tələblərinə əsasən cinayət işi üzrə icraata xitam verildiyindən və qətimkan tədbirinin tədbiqinə zərurət aradan qalxdığından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və onlar məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalıdırlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cinayət təqibinə bəraətverici əsasla xitam verildiyindən onlar iş üzrə məhkəmə xərclərinin ödənilməsindən azad edilməlidirlər. CPM-nin 43.4-cü maddəsinə uyğun olaraq məhkəmə baxışı gedişində dövlət ittihamçısının CPM-nin 39.2-ci maddəsində nəzərdə tutulmuş halda cinayət təqibindən imtina etməsi ilə əlaqədar məhkəmənin qərarına əsasən cinayət təqibinə bəraətverici əsaslarla xitam verildiyindən və cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldığından qərar qanuni qüvvəyə mindikdən sonra CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Bununla yanaşı maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan 3,412 qram narkotik vasitə heroin, 14,607 qram psixotrop maddə metamfetamin və 86,086 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə materiallara əlavə edilməli, cinayət işinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 11221 nömrəli və "xxxx" MMC-nin 29 may 2024-cü il tarixli, 11380 nömrəli telefon danışıqlarının siyahısını özündə əks etdirən “CD” formatlı disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı mobil telefonlar onların özlərinə verilməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2, 43.1, 43.1.1, 43.4, 162.1.1, 175.2, 280.2.8 və 321-ci maddələrini rəhbər tutaraq Qəraraaldı: Dövlət ittihamçısı2 iş üzrə cinayət təqibindən imtina etməsi qəbul edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və onlar məhkəmə iclas zalından dərhal həbsdən azad edilsinlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş üzrə ekspertiza xərcinin ödənilməsindən azad edilsinlər. Qərar qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan 3,412 qram narkotik vasitə heroin, 14,607 qram psixotrop maddə metamfetamin və 86,086 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə materiallara əlavə edilsin, cinayət işinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 11221 nömrəli və "xxxx" MMCnin 29 may 2024-cü il tarixli, 11380 nömrəli telefon danışıqlarını özündə əks etdirən “CD” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. Lənkəran Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung” markalı və Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Samsung” markalı mobil telefonlar onların özlərinə verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəy minir. Sədrlik edən hakim: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-66/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-66/2025
03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver