Məhkəmə qərarları › İş №1(099)-661/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-661/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-661/2023 07.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi-anası Qanuni nümayəndə iştirakı ilə xx xxxxx 1993-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Cəlilabad şəhəri, N.Tusi küçəsi, ev 02-də qeydiyyatda olmaqla yaşamış və barəsində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 144.3-cü maddəsi ilə, xx xxxx 1994-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Cəlilabad şəhəri, Ə.Cavad küçəsində olan fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 evlənməsi məqsədi ilə Cəlilabad şəhəri, Ə.Cavad küçəsində yaşayan, yetkinlik yaşına çatmayan, xx xxxxxx 2005-ci il təvədllüdlü Zərərçəkmiş şəxs oğurlamaq (qaçırmaq) qərarına gəlib cinayət əlaqəsinə girərək bu məqsədlə əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ-2107 markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə 20 aprel 2023-cü il tarixdə, saat 15 radələrində Cəlilabad şəhəri, Ə.Cavad küçəsində Zərərçəkmiş şəxs yaşadığı ev istiqamətində piyada hərəkətdə olan zaman ətrafda heç kimin olmamasıdan istifadə edib avtomobili Zərərçəkmiş şəxs yanına doğru idarə edib saxlamış, aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 avtomobildən düşüb qəfildən Zərərçəkmiş şəxs qollarından tutub iradəsinə zidd olaraq zorla avtomobilin arxa oturacağına əyləşdirərək müqavimətini qırdıqdan sonra Təqsirləndirilən şəxs2 avtomobili idarə edib birlikdə Zərərçəkmiş şəxs başqa yerə, Cəlilabad şəhəri, Ə.Cavad küçəsində yerləşən, Təqsirləndirilən şəxs1 dayısı X1 evinə aparıb saxlamaqla birgə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs oğurlamışlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, həmkəndlisi, həm də qonşusu olan Zərərçəkmiş şəxs və onun ailə üzvlərini tanıyır və qonşu kimi onlarla münasibətləri yaxşı olmuşdur. Xeyli müddətdir ki, qonşusu Şəmsiyyəni sevmiş və onunla evlənmək fikri olmuş, lakin onun Şəmsiyyəni sevməsini Şəmsiyyə bilməmişdir. Şəmsiyyənin orta məktəbdə oxuduğunu bilsə də, neçə yaşında olması barədə dəqiq məlumatı olmamışdır. Ailəsinin maddi vəziyyəti yaxşı olmadığından onun Şəmsiyyə ilə el adəti ilə toy etmək imkanı olmamış, bu səbəbdən o, Şəmsiyyəni qaçırmaq fikrinə düşmüşdür. 2023-cü ilin aprel ayının əvvəllərində işləmək üçün Bakı şəhərinə getmiş və orada tikintidə fəhlə işləmişdir. Bakı şəhərində olduğu zaman Şəmsiyyəni qaçırıb onunla evlənmək qərarına gəlmiş və bu niyyətini həyata keçirmək üçün Bakıdan Cəlilabad rayonuna gəlmişdir. Şəmsiyyəni qaçırmaqda ona kömək etməsi üçün dayısı oğlu Təqsirləndirilən şəxs2la bir neçə dəfə görüşüb söhbət etmiş, Hikmət əvvəl razı olmasa da, sonra razılaşmışdır ki, Şəmsiyyəni qaçırmaqda ona atasının maşını ilə kömək edəcəkdir. 20 aprel 2023-cü il tarixdə o, qəti qərara gəlmişdir ki, Şəmsiyyəni qaçırıb onunla evlənsin. Həmin gün saat 13 radələrində dayısı oğlu Hikmətin evinə gedib xahiş etmişdir ki, o, atasının avtomobilini (VAZ-2107 markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilini) götürüb onunla birlikdə gedib Şəmsiyyəni qaçırsınlar. O, Hikmətgilə gedərkən Şəmsiyyənin evlərindən çıxıb getdiyini və onun çiynində məktəbli çantası olduğunu görüb onun məktəbə getdiyini güman etmişdir. Dayısı oğlu Hikmətlə danışıb razılaşdıqdan sonra o, Hikmətə Şəmsiyyəni məktəbə gedəndə gördüyünü və Şəmsiyyə məktəbdən çıxıb evinə gedərkən yolda onu qaçıracaqlarını bildirmişdir. Hikmət yenə də, bu işlə bağlı onunla getmək istəməmiş, lakin o, təkid etdikdən sonra Hikmət onunla razılaşmışdır. Sonra Hikmət atasının avtomobilini (VAZ-2107 markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilini) götürmüş və onlar birlikdə Cəlilabad şəhərində «Bağ» adlanan yerə gəlmişlər. Həmin yerdə olarkən o, məscidin qarşısında Şəmsiyyənin evlərinə doğru getdiyini görüb onu Hikmətə göstərib ona Şəmsiyyəni izləmələri üçün evlərinə doğru gedib, sonra geri qayıtmalarını demişdir. Bundan sonra Hikmət avtomobili onların yaşadıqları küçə ilə evləri istiqamətində sürüb oradakı mağazasının yanından geriyə dönüb qayıtmış və küçədə dayanıb Şəmsiyyənin gəlməsini gözləmişlər ki, Şəmsiyyə həmin küçədən keçib evlərinə gedərkən onu avtomobilə mindirib qaçırsınlar. Bir az sonra Şəmsiyyənin küçə ilə gəldiyini görmüş və Şəmsiyyə onların yanına çatmağına təxminən 20 metr qalmış o, avtomobildən düşərkən Hikmətə avtomobili işlək vəziyyətdə saxlamasını demiş, Hikmət də avtomobili işlək vəziyyətdə saxlayıb avtomobildən çıxmışdır. Şəmsiyyə onların yanına çatan vaxt o, Şəmsiyyəyə yaxınlaşıb avtomobilə əyləşməsini demiş, lakin Şəmsiyyə etiraz edib onunla gəlməyəcəyini bildirdiyindən o, Şəmsiyyənin qollarından tutub zorla avtomobilə tərəf çəkib avtomobilin açıq saxladığı arxa sağ tərəfindən onu avtomobilin salonuna itələmiş, özü də ondan sonra həmin qapıdan avtomobilə əyləşmişdir. Sonra o, Hikmətə avtomobili sürməsini demiş, Hikmət də avtomobili idarə edib həmin yerdən uzaqlaşmışlar. Bundan sonra o, Hikmətə maşını dayısı Nurəddingilə sürməsini demiş və onlar dayısı Nurəddinin evinin qarşısına gəlmişlər. Həmin vaxt dayısı Nurəddin evdə olmadığına görə evə girməmişlər və o, Hikmətə maşını digər dayısı Faxrəddinin evinə sürməsini demiş, Hikmət də maşını sürüb dayısı Faxrəddinin evinin həyətlərin qarşısında saxlamışdır. O, avtomobildən yerə düşmüş sonra Şəmsiyyənin əlindən tutub onu da avtomobildən düşürmüş və onlar birlikdə dayısı Faxrəddinin evinə daxil olmuş, Hikmət isə avtomobili sürüb oradan çıxıb getmişdir. Dayısı Faxrəddin evdə olmamış, lakin dayısı arvadı İradə və qızı evdə olmuşlar. Dayısı arvadı İradə onu və Şəmsiyyəni görüb nə baş verdiyini soruşmuş, o da Şəmsiyyəni qaçırdığını demişdir. İradə ondan Şəmsiyyənin neçə yaşı olduğunu, onu istəyib-istəmədiyin soruşmuş, o da Şəmsiyyənin hələ məktəbdə oxuduğunu, onu istəyib-istəmədiyini bilmədiyini demişdir. İradə ona Şəmsiyyənin yaşının az olduğunu, problem yaranacağını bildirib dayısı Elşad və Nurəddinə zəng edib onun Şəmsiyyəni qaçırıb onun evinə gətirməsini demişdir. Az sonra dayısı Nurəddin və Elşad onların olduğu evə gəlmiş və onlar Şəmsiyyədən onu istəyib-istəmədiyini, necə gəldiyini soruşmuş, Şəmsiyyə onlara onu istəmədiyini və oxumaq istədiyini demişdir. Dayısı Elşad ona Şəmsiyyənin onu istəmədiyini demiş, o isə Şəmsiyyəni qaçırdığını, artıq geriyə yol olmadığını bildirmişdir. Sonra dayısı Elşad Şəmsiyyənin aparıb valideynlərinə təhvil verəcəyini bildirmiş, o da etiraz etməmiş, bundan sonra dayısı evdən çıxıb getmişdir. O, Şəmsiyyə ilə birlikdə dayısı Nurəddinin evində olarkən bir qrup polis əməkdaşlarının dayısının evinə tərəf gəlmələrinə görüb evdən çıxıb yaxınlıqdakı çaya doğru gedib orada gizlənmişdir. İki gün orada gizləndikdən sonra 22 aprel 2023-cü il tarixdə, axşam saatlarında evlərinə gəlmiş və həmin gün saat 20 radələrində əvvəllər tanıdığı İzzət adlı polis əməkdaşı onların evinə gəlib ona Şəmsiyyəni qaçırdığına görə polis şöbəsinə getməli olduğunu bildirmiş, sonra o, İzzətlə birlikdə Cəlilabad RPŞ-nə getmişdir. O, bu hadisəni törətdiyinə görə əməlindən peşmandır. Həmçinin Şəmsiyyənin qaçırılmasına köməklik etməsini o, dayısı oğlu Hikmətdən xahiş etmiş, həm də Hikməti aldatmışdır ki, Şəmsiyyəni onun razılığı ilə qaçıracaqdır, lakin sonra Hikmət bilmişdir ki, o, Şəmsiyyəsini zorla qaçırır. O, Şəmsiyyəni evlənmək məqsədi ilə onun razılığı olmadan qaçırdığına görə ona və ailəsinə üzrxahlıq etməklə bir daha əməlindən peşmandır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, əvvəllər N saylı hərbi hissədə xidmədə olmuş, bu hadisədən bir müddət əvvəl ordudan tərxis olunmuş və Cəlilabad şəhəri, Ə.Cavad küçəsində olan fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşamışdır. Təqsirləndirilən şəxs1 bibisi oğludur və onunla münasibəti yaxşı olmuşdur. Zərərçəkmiş şəxs və onun ailə üzvlərini tanımış, lakin onlarla hər hansı bir münasibəti olmamışdır. 15 aprel 2023-cü il tarixdə Atif onunla görüşüb söhbət edərkən ona qonşuları Şəmsiyyəni istədiyini, atası Afət və anası Nargilənin qızın evinə elçi getdiklərini, lakin Şəmsiyyənin valideynləri razı olmayıb Şəmsiyyənin hələ oxuyacağını və oxuyub qurtarandan sonra bu barədə danışaqcaqlarını bildirmişlər. Həmçinin söhbət zamanı Atif Şəmsiyyə ilə bir-birilərini sevdiklərini və hər gün danışdıqlarını, eyni zamanda Atif Şəmsiyyənin ailəsi onların evlənmələrinə razı olmadıqlarına görə Şəmsiyyəni qaçıracağını, Şəmsiyyə ilə bu barədə danışıb razılığa gəldiklərini demişdir. Atif maşınla gəlib ona kömək etməsini, yəni atası Siyasətə məxsus avtomobillə gəlib birlikdə gedib Şəmsiyyəni evlərinin yanından qaçırmasını təklif etmiş, o isə buna etiraz edib gələ bilməyəcəyini demişdir. Sonra yenidən təkrarən Atif onunla əlaqə saxlayıb təkid edərək atasının maşınını götürüb gəlməsini və birlikdə Şəmsiyyəni qaçırmalarını demiş, o yenə də razılaşmamışdır. Bundan sonra 17 aprel 2023-cü il tarixdə Atif onların evinə gəlib onunla görüşüb ondan Şəmsiyyəni qaçırmaqda ona kömək etməyini xahiş etmiş, o da Atifə Şəmsiyyəni qaçırmaqda ona kömək etməsindən qorxduğunu və qız qaçırmağın cinayət olduğunu deyib yenə də razılaşmamış, lakin Atif əminliklə ona demişdir ki, Şəmsiyyə ilə onu qaçıracağı barədə razılığa gəlmişdir. Həmin vaxt o, Atifin təklifi ilə razılaşmışdır ki, Şəmsiyyəni qaçırmasında atasının maşını ilə gəlib ona kömək edəcəkdir. Bundan sonra 20 aprel 2023-cü il tarixdə, saat 13 radələrində Atif onların evinə gəlib ona gedib birgə Şəmsiyyəni qaçırmalarını və bu məsələnin bu gün həll olunmalı olduğunu, Şəmsiyyənin də gözlədiyini demişdir. Həmin vaxt o, Atifə inanıb onunla razılaşmışdır. Sonra o, atasının VAZ-2107 markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb Atiflə birlikdə avtomobilə əyləşib Atifin dediyi yerə Cəlilabad şəhərində “Bağ” adlanan yerə tərəf getmişlər. X5 gəldiyini gördüyünü deyib avtomobili Şəmsiyyəgilin evinə gedən keçəyə sürdürmüş və onlar həmin küçə ilə hərəkət etmişlər, sonra o, avtomobili geriyə döndərib asfalt yol istiqamətində, yəni küçədən çıxışa doğru yolun kənarında saxlayıb Şəmsiyyənin gəlməyini gözləməyə başlamışlar. Bir az sonra Şəmsiyyə küçəyə dönüb onlara tərəf gəlməyə başlamış, Atif də avtomobildən düşüb Şəmsiyyənin yaxınlaşmasını gözləmişdir. Şəmsiyyə onların yanına çatanda Atif onun qarşısını kəsmiş, avtomobilin arxa sağ qapısını açıb ona avtomobilə əyləşməsini bildirmiş, Şəmsiyyə isə etiraz edib onunla getməyəcəyini demişdir. Bu vaxt Atif Şəmsiyyəni öndən qucaqlayıb avtomobilə tərəf çəkib onu avtomobilin arxa sağ qapısından avtomobilin içərisinə çəkib oturacağa əyləşdirmişdir. Həmin vaxt o, avtomobilin arxa sağ qapısının açıq qaldığını görüb avtomobildən düşüb açıq olan arxa sağ qapını bağlayıb yenidən avtomobilə əyləşib avtomobili sürmüşdür ki, Atiflə əvvəlcədən razılaşdıqları kimi Şəmsiyyəni qaçırıb Atifin dayısı, özünün isə əmisi olan Faxrəddinin evinə aparsınlar. Bundan sonra o, avtomobili əmisi Faxrəddingilin evinə tərəf sürmüşdür. X3 geri qaytarmasını, əks halda onun üçün pis olacağını demiş, Atif isə Şəmsiyyəyə hər şeyin yaxşı olacağını, evləndikdən sonra onu oxudacağını bildirimişdir. Şəmsiyyənin bu hərəkətini görüb başa düşmüşdür ki, Atif onu aldatmış, Şəmsiyyə onu sevmədiyi halda onu qaçırmışdır. Sonra o, avtomobili əmisi Faxrəddinin evinin qarşısında saxlamış və Atifə öz ailəsinə zəng edib Şəmsiyyəni qaçırıb buraya gətirməsi barədə məlumat verməsini demiş, həm də Şəmsiyyəyə narahat olmamasını bildirmişdir. Bundan sonra Atif avtomobilin qapısını açıb Şəmsiyyəyə avtomobildən düşməsini demiş, Şəmsiyyə avtomobildən düşməmiş və Atifdən onu evinə aparmasını demiş, Atif isə Şəmsiyyənin qolundan tutub onu avtomobildən yerə düşürmüşdür. Orada o, bir daha Atifə düzgün hərəkət etmədiyini, məsələni həll etməsini deyib avtomobili sürüb oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Həyətdə avtomobili saxlayıb evdən çıxıb küçə ilə piyada əmisi Faxrəddinin evinə tərəf getməyə başlamışdır. Ora çatanda bibisi Nargilə və Atifi görmüş, bibisi Nargilə ondan nə baş verdiyini soruşmuş, o da olanları ona danışmışdır. Həmin vaxt oraya polislərin gəldiyini görüb oradan qaçıb uzaqlaşmış, sonra taksi maşını ilə Biləsuvar rayonuna, oradan da taksi ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərində Şüvəlan qəsəbəsində tanışının evinə gedib orada qalmış, sonradan isə Buzovna qəsəbəsində «Aqroland» adlı təsərrüfat birliyində fəhlə işləməyə başlamışdır. 17 iyun 2023-cü il tarixdə bir qrup polis əməkdaşları onu tutub Cəlilabad RPŞ-nə gətirib istintaqa təhvil verilmişdir. Bu hadisənin törədilməsində Atiflə birlikdə iştirak etdiyini görə əməlindən peşmandır, Atifin dediklərinə inanıb ona köməklik etmişdir. Hazırda zərərçəkmiş şəxslə və onun ailəsi ilə barışıq əldə olunmuş, həmçinin o, Zərərçəkmiş şəxs və onun ailəsinə belə hadisənin baş verməsində iştirakına görə üzrxahqlıq etməklə bir daha əməlindən peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 tanıyır, qonşusudur və qonşu kimi Atiflə və onun ailə üzvləri ilə münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs2 tanımamışdır. Hazırda o, Cəlilabad şəhər 4 saylı tam orta məktəbdə 11-ci sinif şagirdidir, həmçinin o, Cəlilabad şəhərində hazırlıq dərslərinə də gedir. 20 aprel 2023-cü il tarixdə, saat 13.30 radələrində anası Sevinc onu Cəlilabad şəhəri, Musiqi məktəbinin yaxınlığında yerləşən hazırlıq dərsinə aparmış və onu orada qoyub evə qayıtmışdır. Həmin gün saat 15.00 radələrində hazırlıq dərsindən çıxıb piyada evlərinə tərəf getməyə başlamışdır. Bir az getdikdən sonra Cəlilabad rayonun Fərzili kəndi istiqamətində gedən yoldan sola doğru, yəni yaşadığı küçəyə dönmüş və bu zaman yanından qırmızı rəngli VAZ-2107 markalı avtomobil keçib getmişdir. Həmin avtomobil təxminən 100 metr irəli getdikdən sonra geriyə dönüb yolun kənarında dayanmışdır. O, hərəkətini davam etdirib həmin avtomobilin yanına çatdığı zaman avtomobildən bir nəfər düşmüş, bu şəxs qonşusu Atif olmuşdur. Atif ona yaxınlaşıb avtomobilə əyləşməsini demiş, o isə etiraz edib avtomobilə əyləşməmişdir. Bundan sonra Atif onun qollarından tutub avtomobilin sağ arxa qapısından onu içəri itələyib əyləşməsinə məcbur etmiş, sonra özü də onunla birlikdə avtomobilə əyləşmişdir. Sonra avtomobilin sürücüsü, tanımadığı şəxs avtomobili sürətlə sürüb həmin yerdən uzaqlaşmışlar. O, avtomobildə olarkən ucadan qışqırıb kömək istəmiş və Atifdən onu buraxmasını tələb etmiş, lakin Atif onun qollarından tutub onu buraxmamışdır. Sonra sürücü avtomobili Cəlilabad şəhərində hansısa küçəyə sürüb tanımadığı bir evin qarşısında avtomobili saxlamış, bundan sonra Atif onun qollarında tutub zorla avtomobildən düşürmüş, tanımadığı şəxs olan sürücü isə avtomobili sürüb oradan getmişdir. Daha sonra Atif onu həmin evin həyətinə aparmış, həyətdə olan, tanımadığı iki qadın onlara tərəf gəlib nə baş verdiyini soruşmuş, Atif də onlara onu qaçırdığını və bu məsələnin onlara aidiyyəti olmadığını bildirmiş, həmin qadınlar isə Atifə düz hərəkət etmədiyini dedimişdir. Sonra həmin tanımadığı qadınlar onun qollarından tutub zorla həmin evə aparıb içəri salmışdır. Orada olarkən həmin qadınların adının İradə və Kəmalə olduğunu eşitmişdir. Onlara həmin evə getmək istəmədiyini desə də, onlar ona məhəl qoymamış, o isə ağlayıb qışqırmışdır. Həmin qadınlar onun ağladığını görüb ona qorxamamağını, onu evə aparacaqlarını demişlər. Sonra həmin qadınlardan biri ona su vermiş, lakin o, suyu içməmiş, evə getmək istədiyini demiş, həmçinin həmin qadınlar Atifdən qorxduqlarını bildirib onun evdən çıxmağına mane olub qollarından tutub evdən çıxmağa qoymamışlar. Daha sonra adını bilmədiyi iki nəfər kişi evə gəlib Atifdən niyə belə hərəkət etdiklərini soruşmuş, Atif isə onlarla mübahisə edib bu məsələnin onlara aidiyyəti olmadığını bildirmişdir. Sonra isə həmin iki nəfər kişidən biri, sonradan adının Nurəddin olduğu bildiyi şəxs onu evdən həyətə çıxarıb evinə aparılacağını ona demiş, həmçinin həyətdə həmin kişilər ona, anası şikayətini geri götürsə onu evinə aparacaqlarını bildirmişlər. O, isə onlara anasının şikayətini geri götürməyəcəyini, özünün də orada qalmaq istəmədiyini və bu barədə şikayət edəcəyini demişdir. Bundan sonra həmin kişilərdən biri Atifin atası ilə telefonla danışıb ona Atifin onu qaçırıb buraya gətirdiyini bildirib onunla mübahisə etmişdir. Daha sonra Atifin anası Nargilə ora gəlib ona anası şikayətini geri götürsə onu evinə aparacaqlarını demiş, o isə etiraz edib burada qalmaq istəmədiyini bildirişdir. Daha sonra Atifin anası, İradə və Kəmalə adlı qadınlar və iki nəfər onun yaşlarında olan qız onu həmin həyətdə olan başqa evə aparmışlar. O, orada otaqda bir müddət tək qalmış, sonra Nargilə və tanımadığı bir qadın onu həmin otaqdan həyətə aparmış, həyətə polis əməkdaşlarının gəldiyini görmüş, bundan sonra polislər onu Nargilə ilə birlikdə Cəlilabad RPŞ-nə aparmış və orada onu anası Sevincə təhvil verilmişlər. Onun Atiflə heç bir əlaqəsi olmamış, heç vaxt onunla görüşüb söhbət etməmiş, aralarında sevgi münasibətləri olmamış, həmçinin Atifin onu sevməsini bilməmişdir. Həmin gün Atif onu zorla avtomobili mindirib qaçırarkən əvvəl nə baş verdiyini bilməmiş, sonradan isə başa düşmüşdür ki, Atif onu evlənmək məqsədi ilə qaçırır, lakin o, buna razı olmamış, qışqırarın etiraz etmiş, buna baxmayaraq Atif onu zorla qaçırmışdır. Atif onu zorla avtomobilə oturzdurarkən tanımadığı sürücü (Təqsirləndirilən şəxs2) avtomobildə sükan arxasında olmuş, hər hansı başqa bir hərəkət etməmiş, Atif onu avtomobilə otuzdurduqdan sonra sürücü avtomobili sürmüşdür. Avtomobildə olarkən o, qışqıraraq onu buraxmasını onlardan tələb etmiş, Atif onun qolundan tutub hərəkət etməsinə imkan verməmiş, sürücü də avtomobili saxlamamışdır. Hazırda sonradan adını bildiyi sürücü Hikmət adlı şəxslə, yəni Təqsirləndirilən şəxs2la barışmış və ona qarşı şikayət və tələbi yoxdur, lakin Təqsirləndirilən şəxs1 ilə barışmamış, ona qarşı şikayətçi olmaqla onun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını məhkəmədən xahiş edir. İşdə olan, Zərərçəkmiş şəxs (qanuni nümayəndəsi ilə birlikdə verilmiş) 17 iyul 2023cü il tarixli ərizəsi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2la ilə barışmış və ona qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 bacısı oğlu, Təqsirləndirilən şəxs2 qardaşı oğludur. Zərərçəkmiş şəxs və onun ailəsinə tanıyır. 20 aprel 2023-cü il tarixdə, evində mərhum atasının il mərasi təşkil etdiyində evində olmuşdur. Həmin gün axşam saatlarında qardaşı Faxrəddinin arvadı İradə ona zəng edib bacısı oğlu Atifin onlara gəldiyini və yanında bir nəfər qız gətirdiyini bildirib onlara gəlməsini xahiş etmişdir. O, qardaşı Fəxrəddingilə gedib evə daxil olanda Atifin qızı Şəmsiyyəni görüb İradədən na baş verdiyi soruşmuş, qardaşı arvadı İradə də ona Atifin Şəmsiyyəni qaçırıb evə gətirdiyini bildirmişdir. Həmin vaxt Şəmsiyyə ağlayıb «əmi məni qoyma burada qalım, evimə apar» demişdir. O, bir daha ondan nə baş verdiyini soruşmuş, Şəmsiyyə də Atifin onu qaçırıb buraya gətirdiyini demişdir. Sonra o, Atifin həyətdə olduğunu görüb onun yanına gedib nəyə görə belə hərəkət etdiyini soruşmuş, Atif də Şəmsiyyə ilə bir-birilərini sevdiklərini və evlənmək üçün onu qaçırdığını bildirmişdir. O, bu hərəkəti ilə bağlı Atifi bərk danlamış, sonra Atif həyətdən çıxıb getmişdir. Bundan sonra o, Şəmsiyyənin razılığı ilə onu İradə ilə birlikdə öz evinə gətirmişdir ki, oradan Şəmsiyyəni evlərinə yola salsın. Bir az sonra arvadı və qızı evə gəlmişlər və onlara da Atifin Şəmsiyyəni qaçırdığını demiş, arvadı Kəmalə də ona Şəmsiyyəni aparıb valideynlərinə təhvil verməsini bildirmişdir. Sonra qardaşı Şahid2 da həyətinə gəlib nə baş verdiyini soruşmuş, o da Atifin Şəmsiyyəni qaçırdığını deyib Elşada ağsaqqallıq etməsini və Şəmsiyyəni aparıb valideynlərinə təhvil verməsini bildirmişdir. Qardaşı Elşad və Şəmsiyyə birlikdə həyətdən çıxdıqları zaman bacısı Nargilə, yəni Atifin anası gəlmiş və həyətdə Şəmsiyyəni görüb ondan nə baş verdiyini soruşmuş, Nargiləyə də oğlu Atifin Şəmsiyyəni qaçırıb qardaşı Fəxrəddinin evinə apardığını, sonra Şəmsiyyəni oradan öz evinə gətirdiyini və Elşadın Şəmsiyyəni valideynlərinə təhvil verməyə apardığını demiş, bacısı Nargilə də onalara Şəmsiyyəni aparıb valideynlərinə təhvil verməsinin xahiş etmişdir. Elə bu zaman həyətinə əvvəllər tanıdığı Cəmil, Emin və İsmayıl adlı polis əməkdaşları gəlmişdir. Onlar həyətdən çıxmaq istəyərkən bir neçə polis əməkdaşı həyətə daxil olmuş, onlara da baş vermiş hadisə barədə deyib Şəmsiyyəni onlara göstərib valideynlərinə təhvil verməyə apardıqlarını bildirmişdir. Polis əməkdaşları isə ona Şəmsiyyənin Cəlilabad RPŞ-nə aparacaqlarını bildirmiş, bundan sonra polis əməkdaşları bacısı Nargilə ilə birlikdə Şəmsiyyəni polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahidlər Şahid2 Sətdar oğlu və Şahid5 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 oğlu, digər Təqsirləndirilən şəxs2 qayını Siyasətin oğludur. Zərərçəkmiş şəxs qonşusudır, onu və ailəsini yaxşı tanıyır və münasibətləri həmişə yaxşı olmuşdur. 20 aprel 2023-cü il tarixdə, axşam saatlarında evə gəlmiş və evin həyətində əri Afətin polis əməkdaşları ilə söhbət etdiyini görüb nə baş verməsini soruşmuş, Afət də ona oğu Atifin qonşuları Sevincin qızı Şəmsiyyəni qaçırmasını bildirmişdir. Sonra əri Afət ona Atifi və Şəmsiyyənin yerini öyrənib onları tapmasını bildirdiyindən o, dərhal həyətdən küçəyə çıxmış və Atifin haraya gedə biləcəyi barədə fikirləşib əvvəl yaxınlıqda yerləşən, vəfat etmiş atası Sətdarın evinə tərəf getməyə başlamış, yolda qardaşı Mahirlə rastlaşmış və ona Atifin qız qaçırdığını bildirib Atifi soruşmuş, Mahir də Atifi görmədiyini və atasının evində olmadığını demişdir. Sonra yaxınlıqda yaşayan qardaşı Nurəddinin evinə getmişdir. Evdə otaqda Şəmsiyyəni, Nurəddinin arvadı Kəmaləni və qızı Həbibəni görmüşdür. Sonra o, Şəmsiyyəyə yaxınlaşıb ona darıxmamasını, bir az gözləməsini və taksi çağırıb onu evinə aparacağını bildirmiş, Şəmsiyyə də təkidlə onu evlərinə aparmağını demişdir. Sonra evdən çıxıb həyətə düşmüşlər ki, Şəmsiyyəni evlərinə aparsınlar. Elə həmin vaxt polislər həyətə gəlmiş və polislərə də Atifin evlənmək məqsədi ilə Şəmsiyyəni qaçırdığını demişlər. Bundan sonra polis əməkdaşları onu və Şəmsiyyəni rayon polis şöbəsinə aparmışlar. İşdə olan, Cəlilabad RPŞ-nə ünvanlanmış 20 aprel 2023-cü il tarixli ərizə ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs polisə müraciət edərək 20 aprel 2023-cü il tarixdə, saat 15 radələrində Cəlilabad şəhər sakini, Təqsirləndirilən şəxs1 adını bilmədiyi digər bir şəxslə birlikdə qızı-xx xxxxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq avtomobilə mindirib naməlum istiqamətə aparmalarını, qızının tapılıb qaytarılmasını və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir. İşdə olan. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 16 və 18 iyun 2023-cü il tarixli protokollar və protokollara əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, təqsirləndirildən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs 20 aprel 2023-cü il tarixdə oğurladıqları (qaçırdıqları) yer (cinayətin baş verdiyi yer) Cəlilabad şəhəri, Ə.Cavad küçəsindəki ərazidir. Habelə təqsirləndirildən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri yerində yoxlanılarkən ifadələrində göstərdikləri halları bir daha təsdiq etmişlər. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 22 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, xx xxxxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, məhkəmə-psixiatrik ekspertizanın 17 iyun və 15 iyul 2023-cü il tarixli, 1685 və 194 saylı rəylər ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmçinin onlara ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə onlar öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdırlar. Onların hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxslər hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadırlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacları yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinə və ətrafındakılara zərər yetirmək təhlükəsi müəyyən edilməmişdir. İşdə olan, AA ******* №-li şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2005-ci ildə doğulmuş və qeyd olunan cinayət əməli törədilən vaxt Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan olmuşdur. Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinə əsasən cinayət əməli törədilən vaxt on dörd yaşı tamam olmuş, on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə Zərərçəkmiş şəxs, şahidlər Qanuni nümayəndə, Şahid1, Şahid2, Şahid5 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs1 Şəmsiyyəni onun razılığı ilə qaçıracağını Hikmətə deyərək onu aldatmasına aid hallar, eləcə də Hikmət X2 razılığı ilə qaçıracağını deyərək onu aldatması və Şəmsiyyənin zorla qaçırıldığını sonradan bilməsinə, habelə Şəmsiyyənin qaçırılması ilə bağlı onun Atiflə əvvəlcədən razılaşmasının olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində göstərdikləri xüsusatlar, yəni Təqsirləndirilən şəxs1 Şəmsiyyəni onun razılığı ilə qaçıracağını Hikmətə deyərək onu aldatmasına dair hallar, eləcə də Hikmət X2 razılığı ilə qaçıracağını deyərək onu aldatması və Şəmsiyyənin zorla qaçırıldığını sonradan bilməsinə, habelə Şəmsiyyənin qaçırılması ilə bağlı onun Atiflə əvvəlcədən razılaşmasının olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs, şahidlər Qanuni nümayəndə, Şahid1, Şahid2, Şahid5 və Şahid3 ifadələri (həmin şahidlər ifadələrində ittihamda göstərilən bütün xüsusatları, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə Zərərçəkmiş şəxs iradəsinin ziddinə olaraq onu oğurlamaları (qaçırmaları) ilə bağlı halları təsdiq etmişlər), habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, həmçinin təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni zərərçəkmiş şəxs və şahidlərin, eləcə də təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yetkinlik yaşına çatmayan şəxs barəsində olmaqla adam oğurluğu cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 144.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin 24 aprel və 18 iyun 2023-cü il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixlərdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 həbsetmənin əvvəli 22 aprel 2023-cü il tarixdən və Təqsirləndirilən şəxs2 həbsetmənin əvvəli 17 iyun 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamələrlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İşdə olan, Cəlilabad şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 05 may 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri, N.Tusi küçəsi, ev 2-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. İşdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər xidmət etdiyi N saylı hərbi hissədə qeydiyyatda olmaqla yaşamış, daha sonra ordudan tərxis olunduqdan sonra Cəlilabad şəhəri, Ə.Cavad küçəsində yerləşən fərdi yaşayış evində yaşamış və o, hərbi xidmətdə olduğu mülddətdə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsi CMnin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs2 cazasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Habelə işdə olan sənədlərlə, o cümlədən Cəlilabad şəhər 4 saylı tam orta məktəbdən verilmiş 30 aprel 2023-cü il tarixli xasiyyətnaməsi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2005-ci ildə Cəlilabad şəhərində doğulmuş, valideynlərinin himayəsində yaşayır və o, hazırda Cəlilabad şəhər 4 saylı tam orta məktəbin ******************************0000şagirdi olmaqla təhsil aldığı dövrdə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların CM-nin 144.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99- 1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halı (Təqsirləndirilən şəxs2 münasibətdə), habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsi CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edib, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, cəza təyini zamanı CM-nin 60-cı maddəsinin müddəalarının tətbiq edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətdiyinə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər uçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 22 aprel 2023-cü il tarixdən və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 17 iyun 2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 aprel 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 17 iyun 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar